QƏRİb məMMƏdov, mahmud xəLİlov


 Ozon təbəqəsinin dağılması



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

14.3. Ozon təbəqəsinin dağılması  

Son onilliklərdə ozon qatının taleyi alimləri və dünya ictimaiyyətini narahat edir. Ozon oksigenin izotopu 

(O

3

) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozona atmosferdə yer səthində və 80 km yüksəkliyə qədər rast 



gəlinir, lakin onun maksimal konsentrasiyası orta enliklərdə 20 .. 24 km, tropiklərdə 24-27 km yüksəklikdə 

yerləşir, yüksək enliklərdə isə 13 … 15 km-ə qədər enir.  

Ozonun çox hissəsi strotosferdə yerləşir, troposferdə isə ozonun miqdarı azdır və o, mövsüm üzrə dəyişir, 

həm də havanın çirklənmə dərəcəsindən asılıdır.  

Troposfer ozonu atmosferdə elektrik və  şimşək çaxması  nəticəsində yaranır. Troposfer ozonu həm də günəş 

radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir, havada olan azot oksidi və CO

2

-ni avtomobillər 



yaradır. Bu zaman ozon, fotokimyəvi smoqun baş komponenti sayılır.  

Əgər troposfer ozonunun azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fəlakətlərə gətirib 

çıxara bilər. Biosferdə baş verən ekoloji təzadlardan biri də Yer kürəsində canlı aləmi günəşin dağıdıcı 

ultrabənövşəyi şüalarından qoruyan strotosfer ozonu təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində isə tez-

tez deşilməsidir.  

Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə  bərabər olan ozon təbəqəsi 

zərif və nazikdir. Normal təzyiq və temperatur şəraitində (təzyiq 760 mm civə st. və temperatur 0

0

C) 



atmosferdəki ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz.  

Məhz ozon təbəqəsi Günəşin qısadalğalı ultrabənövşəyi şüalarını udaraq Yer üzərində bütün canlıları qo-

ruyur və istilik rejimini, həmçinin atmosferin dinamikasını təyin edir.  

Ultrabənövşəyi (UB) şualanma dalğasının uzunluğu 1 … 400 nm olan elektromaqnit şüalarıdır. Müxtəlif 

uzunluqda olan UB – şüalanması insanın aktivliyinə eyni cür təsir etmədiyi üçün göstərilən diapazon 3 sahəyə 

bölünür: UB – A – dalğanın uzunluğu 315 …. 400 nm, UB – B -280 … 315 nm, UB – C- 1 …. 280 nm. 

Uzundalğalı şüalanma UB - A - insan orqanizminə zəif bioloji təsirilə səciyyələnir. Ortadalğalı şüalanma UB – B – 

dəri örtüyünə güclü təsir göstərir və raxitə qarşı  təsirə malikdir, bu zaman dalğanın uzunluğu 297 nm olduqda 

şüalanma maksimum effekt verir. Qısadalğalı şüalanma UB – C – zülal toxumalarına, göz toruna olduqca mənfi 

təsir göstərir, qan telciklərini dağıdır, xərçəng xəstəliklərinin artmasına, ekvator zonasında planktonların məhvi 

nəticəsində okeanın biogenezisinin dağılmasına, eləcə  də insan və heyvanların immun sisteminin zəifləməsi 

nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. ÜST-nin məlumatına  əsasən atmosferdə ozonun 

miqdarının 1% azalması insanlarda dəri xərçəngi xəstəliyini 6% artırır. Ozon qatının dağılma sürəti belə davam 

edərsə, XXI əsrin ortalarında dəri xərçəngi xəstəliyi hadisəsi ildə on milyonlara çatacaqdır. Bununla yanaşı, 

ultrabənövşəyi şüalanmanın intensivliyinin artması nəticəsində bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 

aşağı düşür (onlarda maddələr mübadiləsinin pozulması  və mikroorqanizmlərin – mutantların təsiri sayəsində), 

okeanda fitoplanktonun məhvinə, karbon qazının və oksigenin qlobal balansının pozulmasına və onunla müşayiət 

olunan bütün neqativ nəticələrə səbəb olur.  

Uzun illərdən bəridir ki, ozon təbəqəsində ozonun miqdarının lokal azalması – ozon deşikləri (bacaları) 

müşahidə olunur. Ozon bacaları dedikdə ozonosferdə  təbii və antropogen faktorların təsiri ilə ozonun 

konsentrasiyası xeyli azalan (50%-ə  qədər) sahələr başa düşülür. Belə böyük sahəli bacalar müxtəlif  ərazilər 

üzərində bəzən bir neçə gün və ya həftələr asılı halda qalır və belə hallar getdikcə artır.  

Tədqiqatlar göstərmişdir ki, ozon qatını  aşılayan, dağıdan səbəblər  əsasən atmosferi çirkləndirən 

maddələrdir. Bunlardan ən qorxulusu xlor-flüor üzvi birləşmələri (freonlar) hesab edilir.  

Xlor-flüor üzvi maddələri, yəni xlorflüorkarbon (XFK) birləşmələri süni yolla çox asan sintez olunur və 

sənayenin bir sıra sahələrində, o cümlədən məişətdə  də geniş istifadə edilir. Belə ki, soyuducularda, 

kondisionerlərdə, lakların, rəng boyalarının, müxtəlif infektisidlərin (cücülərə qarşı  işlədilən pestisidlər) və s. 

aerozol qablaşmalarında məhz freonlardan istifadə olunur.  

Əslində freonlar inert (təsirsiz) birləşmələrə aid olduğuna görə fauna – flora üçün zərərsiz sayılır və insan 

orqanizminə ziyan (xətər) gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı 

və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthində bir çox 

təsirlərə məruz qalan xlor-flüor üzvi birləşmələri atmosferin ozonla zəngin qatında ultrabənövşəyi şüalara qarşı tab 

gətirməyib asanlıqla parçalanır. Strotosferdə sərbəstləşən bir xlor və ya bir brom molekulunun hər biri on min ozon 

molekulunu tam məhv etməyə qadirdir. Məlumdur ki, ilin müxtəlif fəsillərində qütblərə doğru  əsən küləklərin 

sayəsində XFK, haloidkarbohidrogen və digər ozondağıdıcı maddələr ozonun dağılmasına daha çox şərait yaranan 

sahələrə çatır. Belə ki, Şimal və Cənub qütblərində, yəni Arktika və Antarktida üzərində mövsümi olaraq strotosfer 



 

196


dumanları mövcudluğu şəraitində və Günəş şüalanması nəticəsində həmin maddələr parçalanaraq ozonu dağıdırlar. 

Təxminən 1970-ci illərdən başlayaraq strotosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. 

Antarktikanın bəzi rayonları üzərində sentyabr-oktyabr aylarında ozonun ümumi miqdarı  təxminən 60% azalır. 

Hər iki yarımkürənin orta en dariələrində azalma on il ərzində 4-5% təşkil edir. Antarktika üzərində ozon 

təbəqəsində əmələ gələn «deşiyin» ölçüləri son ildə Afrika qitəsinin sahəsinə müvafiq olmuşdur. Arktika üzərində 

də ozonun ümumi miqdarının azalması öz mənfi təsirini göstərir.  

1990-cı illərdə strotosferdə xüsusi proqram əsasında və müasir cihazların (xüsusilə peyklər, ozonometr və 

s.) köməyilə yerinə yetirilən tədqiqatlara görə ozonun ixtisar olunması  təkcə Arktika və Antarktidaya aid 

olmayıb, həmçinin «kiçik ozon bacaları» bütün qitələrdə müşahidə edilir. Belə ki, süni peyklərin «çəkdikləri» 

xəritələrdə sahəsi orta hesabla 3000 km diametrə bərabər olan kiçik bacaların ekvator boyu və orta en dairələrin 

səmalarına xas olması  dəqiq göstərilmişdir. Bu faktdan sonra Avstraliya və Yeni Zelandiya üzərində ozonun 

tədricən və aramsız azalması daha çox narahatlıq doğurur.  

Yerin ozon təbəqəsinin dağılması insanlara və  təbiətə  fəlakətli neqativ təsir göstərir. Belə ki, ozon 

bacalarından düşən günəş rentgen və ultrabənövşəyi şüalar görünən spektr şüalarının enerjisindən 50-100 dəfə 

yüksək olur. Bu isə meşə yanğınlarının sayını artırır. Bu səbəbdən 1996-cı ildə Rusiyada 2 mln ha, Avstraliya, 

Şimali və Cənubi Amerika, Afrika, Avropa və Cənubi-şərqi Asiyada da geniş meşə sahələri yanmışdır. 1997-ci 

ildə İndoneziyada baş verən meşə yanğını 5 ay davam edərək onun tüstü-dumanı tək İndoneziyanı deyil, həm də 

Kiçik Asiyanı, Sinqapurun səmasını örtmüş, hətta Cənubi Çin dənizinə  qədər çatmışdır.  İnsanlar tüstüdən 

boğulmuşdu.  

Təcrübələrlə sübut olunmuşdur ki, başqa maddələrə nisbətən xlor-flüor üzvi birləşmələr ozonu 450-600 

dəfə çox dağıdır.  

Strotosferdə ozonun azalması  təkcə freonlarla əlaqədar deyildir. ABŞ geofizikləri sübut etmişlər ki, 

atmosferdə ildə artan azot, kükürd, karbon oksidləri və b. maddələr də ozona mənfi təsir göstərir.  

Göründüyü kimi, ozonu azaldan səbəblər çox cəhətlidir. Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən 

maqnetizm tarazlığının pozulması, reaktiv təyyarələr, kosmosa buraxılan minlərlə peyk və qurğulardaşıyan 

nəhəng raketlər, nüvə  sınaqları, ildə milyon hektarlarla təbii ozonator hesab edilən meşələrin qırılması  və 

yanğını nəticəsində yox olması və s. atmosferdə hidroksil birləşmələrin artmasına səbəb olur, nəticədə atmosfe-

rin strotosfer qatlarında qazların bir-biinə nisbəti pozulur. Müəyyən edilmişdir ki, ozon qatının dağılmasına 

yüksəksəsli uçan cihazlar, təyyarələr və çoxsaylı kosmik aparatların uçuşlarının intensivləşməsi də səbəb olur. 

NASA-nın məlumatına görə «Şattl» tipli bir kosmik gəminin buraxılışı 10 mln. tondan çox ozonu «söndürür». 

Ümumiyyətlə, bu təsir növü planetin ozon qatının 10%-ni dağıda bilər.  

1987-ci ildə 56 ölkənin hökumətləri  Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən 

yaxın onillikdə ozon qatını dağıdan xlor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM) 

istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci 

ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Manrealda dayandırılması irəli sürüldü.  

1996-cı ildə  sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin 

hallonları, tetraxlorid-karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə 

atmağı xahiş etdilər.  

1990-1996-cı ildə Rusiyada ODM-in istehsalı 10 dəfə azaldılaraq 205 min tondan 13 min tona 

endirilmişdir. 1997-ci ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının 

dayandırılması üçün 1 milyon dollar ayırmışdır.  

1997-ci ildə  Monreal protokolunun  təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində Yerin ozon 

təbəqəsinin mühafizəsi üzrə geniş beynəlxalq  əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin 

razılaşdırılmış gücü ilə  həmin illər  ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı  və istifadəsi 2 

dəfədən çox azalmışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin 

fikrincə bu iş davam etdirilərsə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və XXI əsrin 

ortalarına qədər öz təbii halına düşəcək.  

Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu 

texnika istehsalçıları  freonların ozon üçün zərərsiz maddələrlə  əvəz olunmasına artıq başlamışlar: propan-butan 

qarışığı,  tsiklopentanlı köpükləndirici, soyuducu agent - QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa» 

soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır.  

Azərbaycan Respublikası 1996-cı ildə ozondağıdıcı maddələrin (ODM) istifadəsindən mərhələlər üzrə 

çıxarılmasına dair Vyana konvensiyasını, Monreal protokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir. 

Artıq Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar hazırlamaq 



 

197


üçün zavod tam hazırdır. Bu kompressorlar eyni zamanda «Çinar» İstehsal Birliyində müasir soyuducuların 

hazırlanmasında istifadə ediləcəkdir. 



 

XV FƏSİL 

 

ENERGETİKA VƏ EKOLOGİYA 

 

15.1. Enerji resursları və ondan istifadə  

İnsanın mövcud olduğu tarix boyu bəşəriyyətin təşəkkül tapması  və inkişafı enerjinin əldə edilməsi və 

istifadəsi ilə sıx bağlıdır. İnsanın tələbatı yalnız enerjinin əldə olunması şəraitində ödənilə bilər: enerji nə qədər 

əlverişli və asan əldə edilərsə, insanın həyat keyfiyyəti yüksək və ömrü uzun olar.  

İlk enerji sıçrayışı insanın odu əldə etdiyi, oddan istifadə etdiyi və saxlamağı öyrəndiyi vaxt olmuşdur. Bu 

zaman  əsas enerji mənbəyi ağac və digər bitki materialları üzərində insanın özünün əzələ gücündən ibarət 

olmuşdur.  

Orta əsrlərə yaxın insanlar işçi mal-qarasından, küləyin, suyun, oduncağın, daş kömürün və digər təbii min-

eral yanacaq resurslarından (neft, şist, torf) istifadə etməyi öyrəndi. Bu dövrdə enerjidən istifadə ibtidai icmaya 

nisbətən təxminən 10 dəfə artdı. Sənaye cəmiyyətində olan müasir bəşəriyyət ibtidai insanlarla müqayisədə 100 

dəfədən də artıq enerji istifadə edərək, dörd dəfə artıq ömür sürür və müqayisə edilməz dərəcədə rahat (komfort) 

şəraitində yaşayır.  

Müasir dünyada energetika sənayenin baza sahələrinin inkişafının  əsasını  təşkil edərək, ictimai istehsalın 

tərəqqisini müəyyən edir. Sənaye cəhətdən inkişaf etmiş bütün ölkələrdə energetikanın inkişaf tempi digər 

fəaliyyət sahələrinin tempini ötüb keçir. Lakin bununla yanaşı, energetika biosferin bir hissəsi olan ətraf mühitə 

və insana mənfi təsir göstərən mənbələrdən biri sayılır.  

Energetika ətraf mühitə müxtəlif cür təsir göstərir:  

- Atmosferə oksigendən istifadə etməklə, qaz, rütubətlik, kül buraxmaqla; 

- Hidrosferə – sudan istifadə etmək, su anbarları yaratmaq, çirkab və qızdırılmış sular, maye tullantıları at-

maqla; 


- Litosferə – landşaftı dəyişmək, qazıntı yanacağından istifadə etmək, toksin (zəhər) atmaqla; 

- Biosferə – abiotik faktorları dəyişmək və çirkləndiricilərin bilavasitə canlı orqanizmlərə təsir göstərmək, 

ekosistemlərdə idarəedici əlaqələrin fəaliyyətini pozmaqla. 

Yer üzərində enerji mənbələrini iki böyük qrupa bölürlər: bərpa olunan və bərpa olunmayan. Bərpa olunan-

lara Yerin biosferində fasiləsiz fəaliyyət göstərən bütün enerji növləri (günəş, külək enerjisi, okeanın enerjisi və 

çayların hidroenerjisi) daxildir. Bərpa olunmayan enerji mənbələrinə qazıntı yanacaq növləri, nüvə  və nüvə-

istilik enerjisi aid edilir. Bərpa olunmayan mənbələrə əsaslanan energetika olduğu mühitin əlavə istiləşməsinə 

səbəb olur. Bəzən bu istilik növləri əlavə olunmuş istilik  adlandırılır, belə ki, onların enerjisi planetin Günəşlə 

qızmasını təmin edən enerjiyə əlavə olunur. Bərpa olunan mənbələrin enerjisindən istifadə etdikdə isə planetin 

əlavə qızmasına səbəb olmur. Biosferin orta temperatunun 1

0

C qızması Yerin iqlimində, həmçinin heyvanat və 



bitki aləmində qlobal fəlakətlərlə nəticələnə bilər. Bu haqda müvafiq fəsildə ətraflı məlumat verilir.  

Enerji istehsalının artmasının başlıca faktoru əhalinin sayının çoxalması  və  həyat keyfiyyətinin tərəqqisi 

olub adambaşına istifadə olunan enerjinin miqdarı ilə sıx bağlıdır. Hazırda Yer əhalisinin hər bir sakininə gündə 

2 kVt-a yaxın enerji düşür. Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə 

bəzi inkişaf etmiş ölkələr nail olmuşlar.  

Sənayesi inkişaf etmiş ölkələrdə əhalinin adambaşına istifadə etdiyi elektrik enerjisi inkişaf etməkdə olan 

ölkələrlə müqayisədə 14 dəfə artıqdır. Qeyd etmək lazımdır ki, hətta sənayesi inkişaf etmiş ölkələrdə də elektrik 

enerjisindən istifadə olunması  kəskin fərqlənir. Məsələn, Norveçdə  əhalinin adambaşına ildə 25 min kVt saat 

elektrik enerjisi sərf olunur. Bu rəqəm İsveçdə 16 min, Fransada 6 min, İtaliyada 3 min, Banqladeşdə isə cəmi 

46 kVt saat təşkil edir. Bundan belə  nəticəyə  gəlmək olar ki, elektrik enerjisinə olan tələbat gələcəkdə  həm 

sənayecə inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün artacaqdır.  

Son 200 ildə energidən qlobal istifadə 30 dəfə artmışdır və 1994-cü ildə 13.07 Qtu.t/il təşkil etmişdir (şərti 

yanacaq tonu enerji ölçüsü olub 7 mld. kal və ya 29.3 mld. Coula bərabərdir, bu təxminən 1 ton yüksək 

keyfiyyətli daş kömürün yanmasından ayrılan istiliyin miqdarına uyğun gəlir, 1Qt=1 mld ton).  

Son dövrlərə  qədər energetikada olan nailiyyətlər insanda heç bir təşviş doğurmurdu, hətta  əksinə, bu 

bəşəriyyətin sivilyaziyasının yüksək inkişaf səviyyəsini səciyyələndirirdi. Təxminən 70-ci illərin sonlarında pla-

netar iqlim sisteminə böyük antropogen təzyiq haqqında ciddi məlumatlar meydana gəldi.  


 

198


Energetikanın böyük hissəsi (80%-ə qədər) üzvi qazıntı yanacaqlarının (neft, kömür, qaz, torf), həmçinin 

bir qədər az həcmdə oduncağın yandırılması zamanı alınan enerjidən istifadə edilməsi ilə bağlıdır. Məlum 

olduğu kimi bu, atmosferə çoxlu miqdarda karbon qazının atılmasına səbəb olur, bu isə Yer səthindən əks olu-

nan günəş şüalarını saxlamaq qabiliyyətinə malikdir.  

Hazırkı dövrdə ilkin enerji mənbələrinin kommersiya (ticarət) və qeyri kommersiya mənbələrinə ayrılması 

üzrə adi təsnifat, ekoloji baxımdan az maraq doğurmur.  

Kommersiya enerji mənbələrinə  bərk (daş kömür, torf, yanar şistlər, bitumlu qumlar), maye (neft və qaz 

konsendatı), qazşəkilli (təbii qaz) yanacaq növləri və ilkin elektrik (nüvə, hidroelektrik, istilik, külək, geotermal, 

günəş, qabarma və dalğa stansiyalarında əldə olunan elektrik enerjisi).  

Qeyri kommersiya mənbələrinə yerdə qalan enerji mənbələri (odun, kənd təsərrüfatı, sənaye və sülb məişət 

tullantıları, işçi mal-qaranın və insanın özünün əzələ gücü) aiddir.  

Dünya energetikası kommersiya enerji mənbələrinə  əsaslanaraq, ümumi istifadə olunan enerjinin 30%-nə 

qədərini təşkil edir. Bəzi məlumatlara görə XX əsrin 90-cı illərinin ortalarında kommersiya enerjisinin dünya 

üzrə istifadəsinin əhalinin adambaşına təxminən 2,2 tu.t (nəfər/il) təşkil etmişdir. Lakin dünyada bir sıra ölkələr 

qrupunda (Afrikanın mərkəzi hissəsi, Cənubi-şərqi Asiya, qismən mərkəzi və Cənubi Amerika) əksər əhali öz 

yaşayışını demək olar ki, yalnız qeyri kommersiya enerji mənbələri hesabına saxlayır.  

XX  əsrin 50-ci illərinin başlanğıcında dünya energetikası kommersiya enerjisindən istifadə tempinin 

sürətlənməsi ilə səciyyələnir (şəkil 15.1).  

 

 

Şəkil 15.1.  Dünyada əhalinin adambaşına düşən ticarət 



enerjisinin istifadəsi 

 

XX  əsrin bütün birinci yarısında kommersiya enerji mənbələri arasında daş kömür əksər hallarda birinci 



yeri tuturdu (1950-ci ilə qədər 60%-dən artıq), lakin sonralar neft istehsalı kəskin artmağa başladı, bu nisbətən 

əlverişli neft yataqlarının aşkar olunması ilə əlaqədar idi (şəkil 15.2).  

 

Şəkil 15.2. Dünyada ticarət enerjisindən istifadə strukturu 

1950-ci ildə dünyada neft ehtiyatı 10,5 milyard tona qədər, 1973-cü ildə isə 91 milyard tondan artıq təşkil 

etmişdir, artım əsasən Yaxın Şərq ölkələrinin hesabına idi. Sonralar neft ehtiyatı, Alyaska, Qərbi Sibir, Şimal 

dənizi və Meksikanın hesabına artdı.  

1950-ci ildən 1975-ci il daxil olmaqla neftdən istifadə böyük sürətlə artdı (ildə 7,5%-ə  qədər). 1973-cü 


 

199


ildən sonra neftdən istifadə 33,5-4,0 Qtu.ton/il səviyyəsində sabitləşdi.  

Təbii qazdan istifadə yeknəsək qaydada ildə 5%-ə qədər artaraq, 1994-cü ildə 2,67 Qtu.ton-a çatdı, 2002-ci 

ildə isə 3,5 Qtu.tonu keçdi.  

 

Şəkil 15.3. Ticarət (kommersiya) enerji resurslarından istifadə strukturu   

 

1950-ci ildən 1975-ci il daxil olmaqla ilkin kommersiya enerji mənbələri strukturunda daş kömürün tutduğu 



pay 58%_dən 28%-ə kimi aşağı düşdü. 1973-cü ilin sonunda dünyada enerji krizisi zamanı daş kömürdən 

istifadəyə maraq artır (30%-ə qədər), XX əsrin sonunda isə daş kömürün istifadəsi kommersiya enerjisinin müa-

sir dünya istifadəsinin 28-30% səviyyəsində sabitləşərək 3,36 Qtu.ton təşkil etmişdir.  

Enerjidən istifadə səviyyəsinə görə dünyanın bütün ölkələri bir neçə qrupa bölünə bilər: 



-  İnkişaf etmiş  sənaye ölkələri enerjidən optimal səviyyədə istifadə edilməsi (2-14 t.y.t/nəfər·il) və illik 

əhali artımının aşağı olması ilə  səciyyələnir. Bu qrupun tərkibinə ABŞ, Kanada, Yaponiya, Avropanın  əksər 

ölkələri (hətta Estoniya, Çexiya, Slovakiya, Sloveniya), həmçinin Yeni Zenlandiya, Avstraliya və b. aiddir. 

Fərqləndirici xüsusiyyəti əhalinin adambaşına istifadə etdiyi enerjinin stabilləşməsi hesab olunur (şəkil 15.4).   

 

 

Şəkil 15.4. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə enerjidən istifadə, e  



 

 

- Keçid qrup – burada demoqrafik stabilləşməyə praktiki olaraq nail olunsa da, enerji ilə tam təmin 

olunmağa hələ başlanmayıb. Bu qrupun tərkibinə Rusiya, Bolqarıstan, Polşa, Portuqaliya, həmçinin Uruqvay, 

Argentina, Litva, Xorvatiya və b. daxildir (şəkil 15.5).  



 

200


 

Şəkil 15.5. Keçid tipli iqtisadiyyatlı ölkələrdə əhalinin 

adambaşına enerjidən istifadəsi, e 

 

- Yeni inkişaf etmiş ölkələr (orta gəlirli ölkələr) enerjidən optimal səviyyədən az istifadə etmələri, əhalinin 

təbii artımı orta qiymət miqdarında olub ildə 1,0% səviyyəsindən çox olmur. Bu tərkibə Azərbaycan, Moldava, 

Monqolustan, Kuba, Malaziya, Kareya, Livan, Meksika, Suriya, Özbəkistan, Çili, Ekvador, Koreya, Qazaxıstan 

və b. aiddir (şəkil 15.6).  



- Neft ixrac edən az sayda qrup ölkələr – enerjini optimal miqdardan artıq istifadə etməsi, əhali artımı 

optimal səviyyədən yüksək olması ilə fərqlənir; bu ölkələri xüsusi keçid kateqoriyasına aid etmək olar, enerji ilə 

yüksək təmin olunması bu ölkələrdə demoqrafik stabilləşmədən əvvəl baş vermişdir. Tərkibə Bəhreyn, Küveyt, 

Qatar, OAE, Bruney, Venesuela, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Trinidad daxildir.  

 

 

Şəkil 15.6. Yeni sənaye ölkələrində əhalinin adambaşına düşən 



enerjidən istifadəsi (2010-cu ilin proqnozu ilə) 

 

-  İnkişaf etməkdə olan ölkələr (Ümumdünya Bankının termininə  əsasən aşağı  gəlirli ölkələr) enerjini 

optimal səviyyədən xeyli az istifadə etmələri və  əhali artımının bir qayda olaraq Dünya səviyyəsindən artıq 

olmaları ilə fərqlənir. Bura Dünyanın yerdə qalan ölkələri aiddir.  

 

15.2. Energetikanın ekoloji problemləri 

Energetika bütün sənaye sahələrinin, nəqliyyatın, məişət və  kənd təsərrüfatının inkişafının  əsas 

istiqamətləndirici (hərəkətverici) faktoru, əmək məhsuldarlığını  və  əhalinin rifahını yüksəltməyin  əsası sayılır. 

Energetika müəssisələrinin ətraf mühitin çirklənməsində payı olduqca böyükdür. Enerji qurğularının tipindən asılı 

olaraq onların təsiri müxtəlif olur.  



 

 

201


15.2.1.Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri 

Qeyd edildiyi kimi, bərpa olunmayan energetikada faydalı qazıntılar tükənməklə yanaşı, həm də  mənfi 

nəticələr baş verir: atmosfer istilik çirklənməyə məruz qalır, nəqliyyat və enerji qurğuları vasitəsilə atmosferin 

oksigeni intensiv sərf olunur, ətraf mühit zərərli tullantılarla çirkləndirilir, nüvə enerjisindən istifadə edildikdə 

isə texnogen fəlakətin baş vermə təhlükəsi yaranır.  

 

a) İstilik elektrik stansiyaları (İES) 

İES-nin ətraf mühitə təsiri əsasən yandırılan yanacağın növündən asılıdır.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin