Bərk yanacaq. Bərk yanacaq yandırıldıqda atmosferə yanmayan yanacağın hissəcikləri olan uçucu kül, sul-
fid və kükürd anhidridi, azot oksidləri, bir qədər flüor birləşmələrinin, həmçinin tam yanmayan yanacağın
qazşəkilli məhsulları daxil olur. Uçucu külün tərkibində bəzi halda toksik olmayan qarışıqla bərabər, həm də
zərərli qarışıq da olur. Belə ki, Donessk antrasitinin külündə az miqdarda arsen olur.
Daş kömür. Planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislər belə hesab edirlər ki, onun
ehtiyatı 500 ilə çatar. Həm də daş kömür bütün dünya üzrə daha bərabər paylanıb və neftdən də qənaətlidir.
Daş kömürdən sintetik maye yanacaq almaq olar. Lakin belə məhsulun maya dəyəri yüksək başa gəlir.
Proses yüksək təzyiq altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu onu
göstərir ki, o, ekoloji baxımdan daha təmizdir.
Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi
pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir,
hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar
xeyli ekoloji çətinlik yaranır.
Maye yanacaq. Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd
anhidridi, azot oksidləri, vanadium birləşmələri, natrium duzları, həmçinin qazın təmizlənən vaxtı ayrılan
maddələr daxil olur. Bununla belə, maye yanacaq işlədildikdə geniş əraziləri tutan və daim atmosferi
çirkləndirən kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur.
Təbii qaz. Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndirici azot oksidləri hesab olunur. Lakin İES-
də təbii qazın yandırılmasından azot oksidi tullantıları daş kömürün yandırılmasından orta hesabla 20% azdır.
Deməli, təbii qazdan istifadə olunması ekoloji baxımdan əlverişlidir.
Beləliklə, İES-də yanacaq daş kömür, neft və neft məhsulları, təbii qaz, bəzən oduncaq və torfdan istifadə
olunur. yanan materialların əsas komponentləri karbon, hidrogen və oksigen sayılır, az miqdarda kükürd və azo-
ta rast gəlinir, metal və onların birləşmələrinin izləri də iştirak edir (ən çox oksid və sulfidlər).
Qazşəkilli tullantılarla yanaşı, İES-lər böyük kütlədə bərk tullantılar istehsal edir, onlara kömür
zənginləşdiricilərinin qalıqları, kül və şlaklar daxildir. Daş kömür zənginləşdirici fabriklərin tullantıları 55-60%
SiO
2
, 22-26% Al
2
O
3
, 5-12% Fe
2
O
3
, 0,5-1% CaO, 4-4,5% K
2
O və Na
2
O və 5%-əqədər C-dan ibarətdir. Onlar
tullantı laylara atılır – tozlanır, tüstüləyir və ətraf ərazilərin atmosferinin vəziyyətini pisləşdirir.
Hazırda texnogen sivilizasiya güclü reduksiya qazlarının axınını yaratmışdır, bu, ilk növbədə enerji almaq
üçün qazıntı yanacaqlarının yandırılması nəticəsində baş vermişdir. 1970-ci ildən 1990-cı il daxil olmaqla 20 il
dünyada 450 mld barrel neft, 90 mld. ton daş kömür və 11 trln m
3
qaz yandırılmışdır (cədvəl 15.1).
Cədvəl 15.1
Gücü ildə 1000 MVt olan elektrik stansiyalarının atmosferə
buraxdığı tullantılar (tonla)
Yanacaq
Tullantılar
karbohid-
rogenlər
CO NO
2
SO
2
Hissəciklər
Daş kömür
400
2000
27000
110000
3000
Neft
470
700
25000
37000
1200
Təbii qaz
34
-
20000
20,4
500
Tullantıların əsas hissəsi karbon qazı olub 1 mln ton, karbona çevirdikdə isə 1 Mt təşkil edir. İES-lər
tərəfindən çirkab suları ilə ildə 66 ton üzvi maddələr, 82 ton sulfat turşusu, 26 ton xloridlər, 41 ton fosfatlar və
təxminən 500 ton asılı maddələr kənar edilir. İES-lərin külünün tərkibində çox vaxt yüksək konsentrasiyalı ağır
202
metallar və radioaktiv maddələr olur.
Daş kömürlə işləyən İES-lər üçün il ərzində 3,6 mln ton kömür, 150 m
3
su və təxminən 30 milyard m
3
hava
tələb olunur.
İES-lərin bir neçə il aktiv işləməsi nəzərə alınarsa, onların təsirini vulkanın təsirilə müqayisə etmək olar.
Lakin əgər vulkan adətən məhsulların böyük miqdarda birdəfəyə atırsa, İES-lər bu işi daim yerinə yetirir. On
min illər ərzində vulkan fəaliyyəti insanın təsərrüfat fəaliyyəti nəticəsində əsasən qazıntı yanacağının
yandırılması və parnik qazlarının atılması ilə əlaqədar 100-200 ildə atmosferi bu qədər nəzərə çarpacaq dərəcədə
dəyişə bilməmişdir.
Energetik qurğuların faydalı iş əmsalı hələlik böyük olmayıb 30-40% təşkil edir, yanacağın çox hissəsi
boşboşuna (səmərəsiz) yandırılır. Əldə edilən enerji bu və ya digər üsulla istifadə edilir və nəhayət istilik
enerjisinə çevrilir, yəni biosferə kimyəvi çirklənmə ilə yanaşı, həm də istilik çirklənməsi daxil olur.
Enerji obyektlərinin qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları iki axında yayılır: onların bir
hissəsi qlobal, digəri isə regional və lokal dəyişkənliyə səbəb olur. Bu hal təsərrüfatların digər sahələrində də
baş verir, bununla belə, energetika və qazıntı yanacağının yandırılması əsas qlobal çirkləndirici mənbə hesab
olunur. Onlar atmosferə daxil olur və onların toplanması hesabına atmosferin qaz tərkibinin, o cümlədən parnik
(istilik) qazlarının konsentrasiyası dəyişir. Atmosferdə əvvəllər praktiki olaraq rast gəlinməyən qazlar –
xlorflüor karbohidrogenləri (freonlar) peyda olur.
Bunlar qlobal çirkləndiricilər kimi yüksək istilik
effektinə malik olur, həmçinin strotosferin ozon pərdəsinin dağılmasında iştirak edir.
Beləliklə, qeyd etmək lazımdır ki, müasir mərhələdə İES-lər bütün zərərli sənaye tullantılarının miqdarının
20%-ni atmosferə atır. Onlar yerləşdiyi rayonun ətraf mühitinə və bütövlüklə biosferə əhəmiyyətli dərəcədə təsir
göstərir.
Tərkibində vanadium, nikkel, flüor, fenollar və neft məhsulları olan İES-lərin çirkab suları və ərazidən axan
leysan yağışları suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyyətinə və su orqanizmlərinə neqativ təsir
göstərir. Su hövzələrində temperaturun artması və onların təbii hidrotermik rejiminin pozulması nəticəsində
suyun «çiçəkləməsi» prosesləri intensivləşir, qazların suda həll olması qabiliyyəti azalır, suyun fiziki xassələri
dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir və s. Su hövzəsinin isinən zonasında suyun
şəffaflığı azalır, pH yüksəlir, asan oksidləşən maddələrin parçalanma sürəti artır. Belə su hövzəsində
fotosintezin sürəti nəzərə çarpacaq dərəcədə aşağı düşür.
b) Atom elektrik stansiyaları (AES)
Nüvə energetikası hazırda daha perspektivli hesab edilir. Nüvə yanacağının ehtiyatının nisbətən yüksək
olması, həm də ətraf mühitə «mərhəmətli» təsirilə əlaqələndirilir. AES-in tikintisinin digər üstünlüyü onun nüvə
yatağına bağlamamaq imkanının olmasıdır. Belə ki, onun həcmi az olduğundan daşınması üçün böyük xərc tələb
etmir. Onu qeyd etmək kifayətdir ki, 0,5 kq nüvə yanacağından əldə olunan enerjinin miqdarı 1000 ton daş
kömürdən alınan yanacağa bərabərdir.
Bütün ölkələrdə çoxillik təcrübələr göstərir ki, AES-lərin istismarı gözə çarpan dərəcədə ətraf mühitə təsir
göstərmir.
15.2 saylı cədvəldə il ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan AES və
İES-lərin müqayisəli məlumatları verilir.
Cədvəl 15.2
Yanacaq sərfi və ətraf mühitin çirklənməsi
Mühitə təsir göstərən
faktorlar
İES AES
Tullantılar:
Karbon qazı
10 mln ton
-
Kükürd anhidridi və digər
birləşmələr
400 min ton
-
Kül
100 min ton
-
Radioaktiv maddələr
-
2 ton
Cədvəldəki göstəricilərə görə, atom energetikasının üzvi yanacağa əsaslanan energetikaya nisbətən
203
üstünlükləri böyükdür.
AES-lərin normal işində ətraf mühitə radioaktiv elementlər çox az miqdarda atılır. Orta hesabla onlar eyni
gücdə İES-lərə nisbətən 2-4 dəfə azdır.
Cədvəl 15.3
İstifadə olunan yanacaqdan asılı olaraq elektrik stansiyalarının
ətraf mühitə təsiri
Yanacaq Zərərli tullantılar
Ətraf mühitə
təsir
İqtisadi
ziyan (şərti
vahid)
Daş kömür,
mazut
Kükürd iki oksid,
karbon qazı, benzo-
pirin
Turşulu yağışlar,
parnik effekti
5
Təbii qaz
Azot 2 oksid, karbon
qazı
Çirklənmə, yanmış
məhsulların,
istehsalın və
yanacağın nəqlinin
təsirindən
ekosistemin deqra-
dasiyası
1,5
Nüvə yanacağı Radioaktivlər
Təyin olunmuş
normaya və təbii
fona nisbətən
radioaktivlik
aşağıdır
1,0
1986-cı ilin mayına qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək,
radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində AES-lər də
digər istehsal sahələrinə nisbətən olduqca az istehsalat travması baş vermişdir. Faciəyə qədər 30 il ərzində radia-
siya səbəbindən olmayan qəzalar nəticəsində cəmi 17 adam həlak olmuşdur. 1986-cı ildən sonra AES-lərin
başlıca ekoloji təhlükəsi qəza ilə əlaqələndirilir. Hərçənd müasir AES-lərdə qəza ehtimalı çox azdır, lakin o,
istisna deyildir. Bu planda Çernobıl AES-in 4-cü blokunda baş verən faciə ən böyük qəza sayılır.
Çernobıl AES-dəki qəza nəticəsində 2 min kilometr radiusunda ərazi radioaktiv çirklənməyə məruz qalaraq
20-dən artıq ölkəni əhatə etmişdir. Keçmiş SSRİ ərazisində 17 mln əhali yaşayan 11 vilayət əziyyət çəkmişdir.
Çirklənməyə məruz qalan ərazi 8 mln ha və ya 800000 km
2
-dən artıqdır. Qəza nəticəsində 31 adam ölmüş, 200
nəfərdən çox insan şüa xəstəliyinə gətirib çıxaran radiasiya dozası almışlar. Qəzadan dərhal sonra 115 min adam
daha təhlükəli zonadan (30 km-lik) köçürülmüşdür. Ölənlərin və köçürülənlərin sayı sonralar artmış, küləklə
radioaktiv maddələrin aparılması, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə zonası genişlənmişdir. Qəzanın
nəticələri hələ neçə-neçə nəsillərin həyatında təsirini göstərəcəkdir.
Çernobıl qəzasından sonra bir sıra ölkələrdə cəmiyyətin tələbi ilə AES-lərin tikilməsi proqramı müvəqqəti
olaraq dayandırıldı, lakin 34 ölkədə atom energetikası inkişafını davam etdirdi. Artıq 1990-cı ildə 10 yeni AES
elektrik şəbəkəsinə qoşuldu. AES-lərin tikintisi hazırda da davam etdirilir. 1999-cu ilin sonunun məlumatına
əsasən dünyada istismarda olan AES-lərin 436 bloku mövcuddur. Dünyada işləyən elektroblokların ümumi
elektrik gücü 335QVt-ə (1Q Vt=1000 Mvt=10
9
Vt) qədərdir. Fəaliyyətdə olan AES-lər dünya enerji istehsalının
17%-ni təşkil edir. Yalnız Qərbi Avropadakı AES-lər orta hesabla bütün elektrik enerjisinin 50%-ni istehsal
edir.
Əgər hazırda fəaliyyətdə olan bütün AES-lər İES-lərlə əvəz olunarsa, dünya iqtisadiyyatına, bütün
planetimizə və ayrılıqda hər bir insana düzəlməsi mümkün olmayan ziyan yetirilərdi. Belə nəticə ona əsaslanır
ki, AES-lərdən əldə olunan enerji eyni zamanda Yerin atmosferə hər il İES-lərdə üzvi yanacağın
yandırılmasından alınan 2300 mln ton karbon qazının, 80 mln ton kükürd-2-oksidin və 35 mln ton azot oksidi-
nin buraxılmasının qarşısını alır. Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə
tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium izotopları olan çoxlu miqdarda
204
radioaktiv maddələr atılır.
AES-lərin tikintisi iri şəhərlərdən 30-35 km aralı məsafədə aparılır. Ərazi havası dəyişən (təmizlənən),
daşqın suları basmayan yerdə seçilməlidir. AES-lərin ətrafında əhalinin yaşaması qadağan edilən səhiyyə-
qoruyucu zona ayrılır.
Qlobal yanacaq-energetik problemlərin tədqiqatlarına əsaslanaraq əksəriyyət nüfuzlu Beynəlxalq təşkilatlar
dünya atom energetikasının inkişaf perspektivlərini qiymətləndirərkən 2010-2020-ci illərdən sonra dünyada
AES-lərin tikintisinin genişləndirilməsinə tələbatın yenidən artmasını ehtimal edir. Real variantlara görə XXI
əsrin ortalarında təxminən 50 ölkədə atom energetikasına malik olmaq fikri proqnozlaşdırılır. Bu zaman dünya-
da AES-lərin 2020-ci ildə elektrik gücü ikiqat artaraq 570 QVt-a, 2050-ci ildə isə 1100 QVt-a qədər
yüksələcəkdir.
15.2.2. Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası
Energetikanın inkişafı hələlik başlıca olaraq bərpa olunmayan enerji mənbələrinə, yəni karbontərkibli və ya
uran yanacaqlarına əsaslanır. Bu mənbələrin ekoloji çatışmazlığı qeyri ənənəvi (alternativ) bərpa olunan ekoloji
təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir.
1992-ci ildə Rio-de-Janeyroda dayanıqlı inkişafın strategiyasının ekoloji aspektinin müddəalarından biri
«üzvi yanacağın yandırılmasına əsaslanan energetikadan tədricən enerjinin bərpa olunan mənbələrindən istifadə
edən alternativ energetikaya keçmək» sayılır.
205
Şəkil 15.7. Alternativ enerji mənbələrinin təsnifatı
Bu baxımdan, ən perspektivli energetika günəş və külək enerjisi, kiçik çayların, qabarma və dalğaların ener-
jisi, geotermal və biokütlənin enerjisi sayılır. Elm və texnologiyanın inkişafı ilə əlaqədar qeyri ənənəvi bərpa
olunan enerji mənbələrinin siyahısı durmadan artır. Artıq 1991-ci ildə bərpa olunan mənbələrdən əldə olunan
enerji, ümumi istifadə edilən enerji istehsalına nisbətən faizlə Norveçdə - 99%, Avstriyada – 70%, İsveçdə –
62%, Portuqaliyada – 55%, İsveçdə – 41%, İspaniyada – 25% təşkil etmişdir (Xotunsev, 2002).
a) Su elektrik stansiyaları (SES)
SES-lər ənənəvi olaraq nisbətən ucuz başa gələn və ekoloji təmiz enerji mənbəyi sayılırdı. Bu xülyanın
təsiri altında dünyada olduqca çoxlu miqdarda SES-lər yaradıldı. Şübhəsiz, SES-lərin müsbət cəhətləri az deyil.
Belə ki, çayların nizamlanması sudan suvarmada, zavodlarda, elektrik stansiyalarında və s. istifadə etməyə im-
kan yaratdı, bir çox rayonlarda yaz daşqınlarının qarşısı alındı. Bununla yanaşı, SES-lərin tikilməsi məqsədilə su
anbarlarının yaradılmasının bir sıra neqativ ekoloji təzadları meydana gəlir. Bununla əlaqədar olaraq dünyada
enerji istehsalının perspektivində ümumi enerji istehsalından SES_lərin payına yalnız 5%-dən çox olmaması
nəzərdə tutulur.
SES-lərdən alınan enerjinin payının aşağı düşməsinin ən mühüm səbəblərindən biri onların tikintisinin və
istismarının bütün mərhələlərində ərtaf mühitə güclü təsir göstərməsi sayılır.
Bir sıra tədqiqatçıların məlumatına görə SES-lərin ətraf mühitə təsiri kənd təsərrüfatına yararlı münbit
torpaqların, meşələrin və bir sıra qiymətli obyektlərin su anbarları altında qalmasıdır.
Su anbarı yaxınlığında olan torpaq sahələri qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədar olaraq su
altında qalır. Bu, adətən bataqlaşmış və şorlaşmış sahələrdən ibarətdir. Torpaqların dağıdılması və onlara xas
olan ekosistemlərin pozulması, həm də sahil xəttinin formalaşması zamanı su ilə dağılması (abraziya) zamanı
baş verir. Abraziya prosesləri adətən on illərlə davam edərək böyük torpaq-qrunt kütləsinin dağılmasına,
206
qarışmasına, suyun bulanmasına, su anbarının lilləşməsinə səbəb olur. Su anbarlarında su kəskin qızaraq istilik
çirklənməsinin nəticəsində oksigenin itməsi və digər proseslər intensivləşir. İstilik çirklənməsi biogen
maddələrin toplanması ilə bərabər su hövzəsinin yosunlar, o cümlədən zəhərli göy-yaşıl yosunlar basmasına
şərait yaradır. Suyun keyfiyyətinin pisləşməsi orada canlıların çoxunun məhv olmasına səbəb olur, balıq
sürülərinin xəstələnməsi, xüsusən helmintlərlə zədələnməsi artır. Balıqların miqrasiya yolları pozulur, yem
sahələri, kürüləmə yerləri dağılır. Məs., Volqa çayı üzərində SES kaskadı tikildikdən sonra Xəzər dənizindən
nərə balığının kürüləmək yeri əhəmiyyətini itirmişdir.
Nəticədə, tranzit çay sistemlərinin su anbarları ilə kəsilməsi (bağlanması) tranzit akkumulyativ sistemə çe-
vrilir. Burada biogen maddələrdən başqa uzun dövr ərzində ağır metallar, radioaktiv elementlər və bir çox
zəhərli kimyəvi maddələr toplanır.
Akkumulyasiya məhsulları, su anbarı ləğv edildikdən sonra onun zəbt etdiyi ərazidən istifadə imkanında
problemlər yaradır.
Dağlıq rayonlarında adətən sahəsi kiçik olduğundan su hövzələrinin yaradılması xeyli az məsarif tələb edir.
Lakin seysmik baxımdan təhlükəli dağ rayonlarında su anbarları zəlzələyə səbəb ola bilər. Burada sürüşmə
hadisəsi və bəndin dağılması nəticəsində fəlakətin baş verməsi ehtimalı artır. Belə ki, 1960-cı ildə Hindistanda
(Hucarat ştatı) bəndin yarılması 15 min adamın həyatına son qoydu.
XX əsrdə, xüsusilə 1950-ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda dünyada milyona
qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən kiçik gölə
(nohura) kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000 km
3
-i keçir, faydalı həcmi isə 3000 km
3
təşkil edir. Həcmi 1 mln km
3
-i keçən iri su anbarlarının sayı 30000-ə qədərdir. Onlardan ən böyükləri Anqara
çayında Bratski (169 km
3
), Zambezidə – Karib (160 km
3
), Nildə – Nasir (157 km
3
), Voltada – Volta (148 km
3
)
su anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.
Su anbarlarının səthindən 240 km
3
-a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin miqdarı
suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan suyun mütləq ölçülərindən 5 dəfə çoxdur.
Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya sistemləri, hidroelektrik stansiyaları, şlüzlər və
s.) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim
iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır. Belə ki, su anbarlarının reji-
mi və onların ətraf mühitə təsiri yüksək dərəcədə təbii şəraitdən asılıdır. Tropik regionda hər yeni su anbarı
yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş (zəif) olması, su
biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur. Bu
isə xəstəliklərin artmasına səbəb olur. Malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə nisbətən
su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin kəskin artmasına səbəb olur.
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərdən başqa
əlavə yeni ekoloji problemlər yaradır. Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Braziliyada Tukurui
hesab olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü olduqca yaxşı inkişaf et-
diyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı çürüməsi həll olmuş
oksigeni sudan tam udaraq, nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca zəhərli hidrogen sulfidin
ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit xəstəliyinin bir növü də daha çox müşahidə
olunmağa başladı. Belə vəziyyət Surinamda da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su
anbarında hidrogen-sulfidin iyi o dərəcədə kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhqazdan istifadə
edirlər.
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilməməsinə
əsas verir. Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları bərpa olunan su ehtiyatlarının həcminin artırılması
üçün mühüm vasitədir.
RAN-ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan bəndinin tikilməsinin ekolodi
nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir. Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar
baş verərək həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli (faydalı) rol oynayır. Belə ki, daşqınların
münbit lilli suyu ilə tarlalar suvarılırdı. Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanılır, odur ki,
torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında
toplanaraq, mümkün su ehtiyanın həcmini nizamlayır, sonra isə ondan suvarmada və elektrik enerjisi almaqla
istifadə olunur. 1970-ci illərin sonlarında Asuan su anbarı bir neçə dəfə olduqca yüksək və çox təhlükəli
daşqınların suyunu özündə saxladı. Əksinə, 1980-ci illərdə yeddi il dalbadal Nilin daşqınlarının həcmi orta
həcmdən də aşağı olmuşdur. Bu zaman az yağıntılı illərdə su qıtlığı zamanı Misirdə tarlaların suvarılmasında
Asuan su anbarının suyundan istifadə edilmişdir. Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını almışdır. Ölkə
207
aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən xilas edilmişdir.
Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970-ci illərdən sonra özünün
gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır. Bununla yanaşı, Çində Yanszısyan çayı
üzərində dünyada ən böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 1,7 mln ha
ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata keçirilir.
Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlərdən
artıq istifadə olunmuş, qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ-da son 25 ildə su
anbarı tikilməmişdir. 1995-ci ildə ABŞ-da su anbarlarının tikilməsini dayandırmaq haqqında qərar qəbul
olunmuşdur.
Dostları ilə paylaş: |