QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə23/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

1 2 

Vanadium birləşmələri 

Yuxarı  nəfəs yollarının qıcıqlanması, ağciyər 

toxumalarının dəyişməsi. Mübadilə proseslərinə  və 

mərkəzi əsəb sisteminə təsiri   

Vanadium pentoksidi  

Nezofarinqit, davamlı öskürək, konyunktivitlər  

Əlvan metallurgiya 

Flüor birləşmələri 

Ağciyər xərçəngi xəstəliyi və ondan ölüm hallarının 

artması  

Qurğuşun birləşmələri 

aerozolları  

Hemoqlobinin biosintezinin pozulması, enzimlərin 

aktivliyinin azalması, oranizmin qoruyucu 

mexanizminin dəyişməsi. Ürək-damar sisteminin 

funksional və üzvi pozulması hipo- və hepertoniya, 

ateroskleroz, miokard distrofiyası ilə müşayiət olunur; 

əsəb sistemi pozularaq polinevrit, pazez (yüngül iflic), 

iflic və digər əsəb xəstəilikləri ilə müşayiət olunur. 

Psixikanın pozulması. Tez yorğunluq,  əzginlik, 

laqeydlik, fəaliyyətsizlik. Qaraciyər, böyrək, mədə-

bağırsaq traktının (qastrit, kolit, enterokolit, xora 

xəstəliyi və s.) pozulması; bağırsağın üzvi fəaliyyətinin 

pozulması. Böyrək, mədə, bağırsaq xərçənginin 

çoxalması. Orqanizmdə (sümük, qan, sidikdə) 

qurğuşunun tapılması. Ömrün qısalması.      

Kükürd qazı, kar-bon 

oksidi, azot oksidləri, 

fenol, polimetal 

tozları, civənin buxarı  

Raspirator xəstəlikləri 

Sink istehsalı müəssisələri 

Sink birləşmələri, 

polimetal tozları, 

kükürd-anhidridi, 

karbon oksidi, azot 

oksidləri, fenol, 

qurğuşun, civə bu-xarı, 

kadmium  

Uşaqlarda ümumi xəstəliklərin çoxalması, raspirator 

xəstəlikləri   



Nikel və kobalt istehsalı müəssisələri 

Polimetal tozları, nikel 

və onun 

birləşmələrinin 

aerozolları  

Qanəmələgətirən sistemə, orqanizmdəki fizioloji 

proseslərə güclü təsir, mərkəzi  əsəb sisteminə  təsir. 

Periferik qanın dəyişməsi, ürək-damar patologiyası, 

mərkəzi  əsəb sisteminin fəaliyyətinin pozulması, 

«nikel pnevmokomoz», mədə-bağırsaq xəstəlikləri, 

orqanizmin immunbioloji reaktivliyinin dəyişməsi 

(infeksiyaya qarşı müqavimətin azalması, allergiya 

xəstəliyinin inkişafı), ağciyər xərçəngi   

Nikel karbonili 

Burunun selikli qişasının xərçəngi, ağciyər, ağız 

boşluğu, yoğun bağırsaq xərçəngi  

Kobalt aerozolları  

Qan və  nəfəs orqanları göstəricilərinin dəiyşməsi, 

ürək-damar sisteminin fizioloji və biokimyəvi 

dəyişməsi. Kapilyarların keçiriciliyinin yüksəlməsi, 

ağciyərin şişməsi, ağciyər qanaxması, mərkəzi əsəb və 

ürək-damar sisteminə təsir   

Kükürd anhidridi, 

karbon oksidi  

Raspirator xəstəlikləri 

Kadmium istehsalı müəssisələri 


 

149


1 2 

Kadmium birləşmələri 

Ürək-damar xəstəliklərinin və ondan ölüm hallarının 

çoxalması (hipertoniya, ateroskleroz). İnsultların 

tezləşməsi. Sümük, toxuma və orqanlarda kadmiumun 

toplanması. Proksimal kanalların zədələnməsi 

nəticəsində xroniki zəhərlənmədən böyrəkdə daşların 

əmələ gəlməsi. Sümük-oynaq sisteminin zədələnməsi   

 

Alüminium istehsalı müəssisələri 

Qazşəkill flüor, ümumi 

ftor, hid-rogen-flüorid 

və flüor tərkibli duzlar 

(silisium-flüorid, 

alüminium-flüorid) 

Bronxit, pnevmaniya, xərçəng xəstəliyi, xüsusilə 

tənəffüs orqanları (ağciyər, bronxlar, plevra), 

qaraciyər, öd yolları, düz bağırsaq, sidik kisəsində. 

Nəfəs yollarının və gözlərin selikli qişasının 

qıcıqlanması. Flüor birləşmələrinin kiçik 

konsentrasiyasının xroniki təsiri nəticəsində 

zəhərlənmə baş verərək burunda qanaxma, burunun 

selikli qişasının yara tökməsi, quru boğucu öskürək, 

ağciyərin pnevmosklerotik dəyişməsi. Uşaqlarda fiziki 

inkişafın, əsas hematoloji göstəricilərin (hemoqlobinin 

aşağı düşməsi, eritrositlərin miqdarının artması) 

pisləşməsi, sidikdə  və saçlarda flüorun miqdarının 

artması, dərinin spesifik zədələnməsi baş verir  

Xrom oksidi aero-

zolları, kömür tozu, 

qətranlı maddələr, 

tərkibində 

benz(a)piren, kar-bon 

oksidi və dioksidi, 

kükürd qazı olan 

karbo-hidrogenlər.  

Ağciyər xərçəngi xəstəlikləri və ondan ölüm hallarının 

artması  

Florid turşusu, florlu 

karbohidrogenlər həll 

olduqda əmələ gəlir 

Floroz. Flüorun sümüklərdə toplanması, sümüklərdə 

patohistoloji dəiyşilmələr, sümüklərin bərkliyinin 

azalması ilə müşayiət olunur  

Civə istehsalı müəssisələri 

Metal civənin buxarı, 

onun qeyri-üzvi və 

üzvi birləşmələri 

Orqanizmdə civənin toplanması (beyin, ürək, ağciyər, 

böyrək, qaraciyər, dalaq, mədəaltı  vəz,  əzələ 

toxumalarında). Civənin qanda, süddə, saçlarda aşkar 

olunması.  Əsəb-psixi pozuntular, ümumi xəstəliklərin 

çoxalması. Uşaqlarda – hipotoniya, dişlərin kariyeslə 

zədələnməsi, sidikdə civənin miqdarının artması. 

Kəskin və xroniki zəhərlənmə – merkurizm – ümumi 

zəiflik, başağrısı, ürək bulanma, qusma, mədə-bağırsaq 

pozuntuları, yuxarı tənəffus yollarının kataral hadisəsi, 

əsəbilik, tez həyəcanlanma, həmçinin yuxusuzluq, 

apatiya, yaddaşın və  iş qabiliyyətinin azalması. 

İntoksikasiya – böyrəklərə, həzm orqanlarına, mərkəzi 

əsəb sisteminə, ürəyə təsir göstərir    

Civə  


Mərkəzi  əsəb sisteminin və beynin bərpa olunmayan 

zədələnməsi (pozulması) – polionevropatiya, iflic, 

hərəkətin pozulması, görmə qabiliyyətinin pozulması, 

eşitmə qabiliyyətinin itirilməsi, onurğa beyninin 

zədələnməsi, ciddi psixi əyilmə (Minamata xəstəliyi) 

baş verir. Minamata xəstəliyi südəmər uşaqlarda 



 

150


1 2 

«anadangəlmə» baş verdikdə beyin pozuntuları (iflic, 

psixi çatışmazlıq, görmə  və  eşitmə qabiliyyətinin 

itirilməsi) ilə müşayiət olunur   



Maşınqayırma və metal emalı müəssisələri 

Xrom, nikel bir-

ləşmələri aerozol-ları, 

üzvi həlledici-lər  

Pnevmokonioz (silikoz), raspirator xəstəlikləri 

Civənin buxarı, 

qurğuşun və nikelin 

aerozolları   

Xroniki zəhərlənmə – merkurizm – ümumi zəiflik, baş 

ağrıları, ürək bulanma, qusma, stomatit, mədə-bağırsaq 

pozuntuları, böyrəklərin qıcıqlanması, yuxarı  tənəffüs 

yollarında kataral hadisələri,  əlləlrin tremoru, əsmə, 

apatiya, yaddaşın və  iş qabiliyyətinin zəifləməsi 

simptomları ilə mərkəzi əsəb sisteminin pozulması  



Neft emalı sənayesi 

Hidrogen sulfid, 

kükürd anhidridi, 

karbon oksidi, 

ammonyak, yağlı 

turşular, parafin 

Mərkəzi  əsəb və ürək-damar sisteminə  təsiri. 

Qaraciyər, mədə-bağırsaq traktı, endokrin aparatının 

zədələnməsi. Aşağı konsentrasiyalı xroniki təsir 

zamanı – gözün işıq hissiyyatının, beynin elektrik 

aktivliyinin dəyişməsi, müxtəlif tipli vegetodistoniya, o 

cümlədən kardionevroz, əsəb sisteminin funksional 

pozulması. Hemoqlobin və leykositlərin 

göstəricilərinin azalması, ürək-damar sisteminin 

fəaliyyətinin pozulması (arterial hipertoniyanın 

inkişafı), kontakt dermotitlər   

 

Karbohidrogenlər, o 



cümlədən 

benz(a)pirenlər 

Ağciyər, bronx, plevra xərçəngi xəstəliklərinin artması    

Neft-kimya sənayesi 

Hidrogen-sulfid və 

karbohidrogenlər, 

kükürd qazı, sulfat 

turşusu, karbon oksidi, 

ammonyak, fenol, 

benzol, sinte-tik yağlı 

turşular, olefinlər, 

izopropro-fil-benzol, 

aseton, parafinlər, 

spirtlər  

Qişalı  gənzikin (burun-udlağın), tənəffüs orqanlarının, 

mərkəzi 

əsəb sisteminin (yüksək yorğunluq, 

diqqətsizlik) zədələnməsi. Ağciyər, bronx, plevra 

xərçənginin çoxalması   



Qeyri-üzvi kimya müəssisələri 

Kükürd-anhidridi  

Uşaqlarda angina, yuxarı  tənəffüs yollarının, görmə 

orqanlarının, həzm traktının xəstəliklərinin artması   

Hidrogen-sulfid  

Qanın morfoloji tərkibində dəyişiklik 

Karbon-sulfid Raspirator 

xəstəlikləri  

Karbohidrogenlər, o 

cümlədən benz(a)piren 

Xərçəng xəstəliyinin çoxalması  

Fenol, aldehidlər və 

üzvi turşular 

Bronxların titrəyən epiteliyasının korlanması, 

selikayrılmanın azalması  nəticəsində konserogenlərin 

nəfəs orqanlarının daxil olmasına şərait yaranır 

Həlledicilər  

Mədəaltı 

vəzi sahəsində, ağciyər, qaraciyər, 

böyrəklərdə iltihab prosesləri. Ürək, ağciyərdə  kəskin 

və xroniki xəstəliklər. Allergiya xəstəlikləri  


 

151


1 2 

Mineral gübrələr istehsalı müəssisələri 

Kükürd oksidləri 

(kükürd anhidridi, 

sulfat turşusunun 

aerozolları) hidrogen-

flüorid və flüor 

birləşmələri, 

ammonium, azot 

oksidləri, super-fosfat 

və apatitin tozları, 

fosfor anhidridi və 

fosfor birləşmələri. 

fosfat turşusu, 

ammonium selitrasının 

aerozolları, karbon 

oksidləri, nitrat turşusu   

Dəridə güclü çətin sağalan yanıq, dərinin spesifik 

zədələnməsi. Raspirator xəstəlikləri  



Sulfat turşusu istehsalı müəssisələri 

Sulfat turşusunun 

aerozolları, sulfid an-

hidridi, sulfat 

turşusunun duzları 

Yuxarı  nəfəs yollarının, gözün selikli qişasının 

qıcıqlanması, görmə qabiliyyətinin dəyişməsi, 

ağciyərin xroniki xəstəliyindən və astma tutmasının 

tezləşməsindən ölüm hallarının artması. Toksiki du-

man dövründə – kütləvi zəhərlənmə  nəfəs almanın 

kəskin pozulması ilə müşayiət olunur   

Nitrat turşusu istehsalı müəssisələri 

Azot oksidi, ammo-

nyak, karbon oksidi  

Uşaqlarda və 60 yaşdan çox olan adamlarda qanda me-

themoqlobinin səviyyəsinin armtası  

Ammonyak istehsalı müəssisələri 

Ammonyak, karbon 

oksidi  

Xroniki təsir zamanı – yuxarı  tənəffüs yollarının 

katarının, konyuktiv xəstəliklərinin artması, infeksion 

xəstəliklərə qarşı müqavimətin azalması. Mərkəzi əsəb 

sisteminə təsir. Kəskin zəhərlənmə 

Xlor istehsalı  

Sərbəst xlor və onun 

birləşmələri 

 İybilmə duyğusuna və gözün işıq hissiyyatına mənfi 

təsiri, nəfəsalma (tənəffüs) ritminin pozulması  

Süni kauçuk istehalı müəssisələri  

Mürəkkəb kimyəvi 

tərkib tullantıları – 

xlorvinil, vinil-xlorid, 

dixloretan, 

metilmetakrilat, 

metanol, aseton-

sianhidrid, metakril 

turşusu, sulfid-

anhidridi, fosgen, 

xlorbenzol, 

kapropaktam və s. 

ələvə 

məhsullar: 



dimerlər, trimerlər, 

oliqomerlər   

Xərçəng xəstəliklərinin çoxalması 

Sintetik lif, qatran, plastik kütlə istehsalı müəssisələri 

Mürəkkəb kimyəvi 

tərkib tullantıları: 

Ürəyin tac xəstəliklərindən ölüm hallarının çoxalması. 

Qrip və pnevmaniya xəstəliklərinin artması. Tənəffüs 


 

152


1 2 

xlorvinil, dixloretan, 

metilmetakrilat, 

metanol, aseton-

sinanhid, metakril 

turşusu, 

polixlorvinilfosgen, 

xlor, benzol, hidrogen-

xlorid, kadmium, toz, 

sikloheksan 

orqanları, qulaq, boğaz, burun, kəskin konyuktiv, 

xəstəliklərinin çoxalması. 

Əsəb sisteminin 

zədələnməsi, baş gicəllənməsi, yuxusuzluq, 

yorğunluqla müşayiət olunur. Qaraciyər 

(angiosarkoma), ağciyər, düz bağırsaqda xərçəng 

xəstəliklərinin artması     

Pestisid istehsalı müəssisələri 

Civənin buxarı, arsen, 

fosgen, sianid turşusu, 

kadmium, qurğuşun, 

selen, xlor, benzol, 

karbofos, metafos, 

xlorbenzol   

Yuxarı  tənəffüs yollarının – xroniki tonzillit, faringit, 

rinit, burunun selikli qişasının, ağızın heperemiyası, 

burunun selikli qişasının, ağızın, udlağın  şişməsi, 

yuxarı selikli nəfəs yollarında  şiş. Tənəffüs yolları 

orqanları, ağciyər, limfa sistemində xərçəng    



Antibiotik istehsalı müəssisələri 

Penisillin, 

streptomisin, butil-

asetat, butil spirti, 

fermentasiya qaz-ları, 

qida mühitinin buxarı, 

kseroform, fenol, qalen 

və sulfamid preparat-

ları, civə buxarı  və s.-

nin  əsas və  əlavə 

məhsullarının 

aerozolları   

Allergiya xəstəlikləri, xroniki ranitlər, bronxitlər, 

konyuktivitlər, yuxarı nəfəs yollarının zədələnməsi  



Sement istehsalı müəssisələri 

Tərkibində silisium 

oksidi, kalsium, 

maqnezium, dəmir, 

arsen, civə, qurğuşun, 

ftor və ftor birləşmələri 

olan toz  

Tənəffüs (nəfəs), həzm orqanları, boğaz, burun, qulaq, 

selikli göz orqanları  xəstəliklərinin artması, mədənin 

selikli qişasının sekresiya funksiyasının dəiyşməsi 

qastrit və yaranın  əmələ  gəlməsinə  səbəb olur. Dəri 

xəstəlikləri. Pnevmokonioz, asbestoz, bronxit. 

Ağciyərin xərçəngi və ondan ölüm hallarının 

çoxalması      



Azbest və azbosement istehsalı müəssisələri 

 Tərkibində azbest lifi 

olan azbest tozu   

Pnevmokomoz (azbestoz), ağciyər xərçəngi və döş 

toxumasının, ağciyərin, bronxların, plevrin, qarının, 

qida borusunun, mədənin, yoğun bağırsağın, düz 

bağırsağın, yumurtalığın və digər hissələrin mezoteli-

mi. Ağciyərin fibrozu və plevrin əhənglənməsi    



Maqnezit və gips istehsalı müəssisələri 

Mannozit tozu, SiO

2



gips tozu 



Uşaqların sağlamlığının pisləşməsi  

Asfalt istehsalı müəssisələri 

Tərkibində 

benz(a)piren bitum 

buxarı, sulfid qazları 

olan toz, qurum  

Xərçəng xəstəlikləri 



Əhəng istehsalı müəssisələri 

Toz, benz(a)piren 

Yuxarı 

nəfəs yollarının, göz xəstəlikləri, 



 

153


1 2 

pnevmokonioz (silikoz), xərçəng  



Şüşə izolyasiya lifləri və mineral pambıq istehsalı müəssisələri 

Nazik dispers şüşə to-

zu, fenollar, for-

maldehidlər, karbo-

hidrogenlər  

Dəri və reaspirator xəstəlikləri  



Toxucu müəssisələri 

Pambıq tozu  

Raspirator xəstəlikləri (bronxit), pnevmokonioz 

(bisinoz)  



Avtomobil nəqliyyatı 

Karbohidrogenlər, o 

cümlədən benz(a)piren 

Tənəffüs (nəfəs) yollarının qıcıqlanması, ürək 

bulanması, baş gicəllənməsi, nəfəsalma və qan 

dövranının pozulması. Beynin elektrik aktivliyinə 

təsiri. Orqanizmin immun aktivliyinin aşağı düşməsi, 

uşaqlarda akitaminozun əmələ  gəlməsi, bədxassəli 

yenitörəmələr (şişlər).  

Qanda hemoqlobin təcrid olunaraq karboksihemoqlo-

bin  əmələ  gəlir və qanın oksigeni ağciyərlərdən 

bədənin toxumalarına keçirmə qabiliyyəti aşağı düşür. 

Koronar (damar) çatışmazlığı tutumaları, stenokardiya 

və  hətta miokarda infarktı. Karboksihemoqlobinin 

konsentrasiyası 3-4% olduqda görmə qavrayışı pozu-

lur,  əsəb sistemi zədələnir. Orqanizmin mübadilə 

prosesləri, mərkəzi əsəb sisteminin fəaliyyət vəziyyəti 

(psixi sapmalar, toxuma tənəffüsü sıxılır) pozulur. 

Nəqliyyatın  ən qızğın iş saatlarında (pik) piyadalarda 

ümumi keyfsizlik, süstlük, psixomotor pozuntuları, 

beynin funksional pozulması müşahidə olunur. 

Ağciyər və nəfəs yollarında kəskin qıcıqlanma və ilti-

hab prosesləri, methemoqlobinin əmələ  gələmsi, qan 

təzyiqinin aşağı düşməsi, baş gicəllənməsi, huşun 

itirilməsi, qusmaq, təngnəfəslik, azot 2-oksid olduqda 

– öskürək, zökəm baş verir. Uşaqlarda – tənəffüs 

funksiyası  aşağı düşür, raspirator xəstəlikləri artır. 

Gözün selikli qişasında qıcıqlanma, ağciyərlərin xroni-

ki dəyişməsi və iltihab prosesləri, mikroorqanizmlərin 

təsiri ilə birlikdə  ağciyərin  şişməsi inkişafının 

tezləşməsi. Baş ağrıları, tez yorğunluq. Əsəbi pozğun-

luq. Uşaqlarda – ləng böyümə, anemiya, hiperaktivlik -  

yüksək hərəkət aktivliyinə, diqqətsizliyə, küsəyənliyə, 

yüksək qıcıqlanmaya, ölüvaylığa səbəb olur, hərəkət 

funksiyasının incə  və kobud pozulması  uşaqlarda 

yerişin düzgün olmaması, tarazlığın pozulması,  əzələ 

zəifliyi ilə nəticələnir. Belə uşaqlar təhsildə geri qalır.     

10.7. Tibbi təminat və onun insan sağlamlığına təsiri  

İlk baxışda sağlamlığın təmin olunmasında səhiyyənin məsuliyyət payı (10-15%) aşağıdır. Lakin insanların 

əksəriyyəti öz sağlamlığına ümidini məhz səhiyyə ilə bağlayır. Bu onunla əlaqədardır ki, çox vaxt adamlar 

yalnız xəstələndikdən sonra sağlamlığı barədə düşünür. Təbii ki, sağalmasını onlar yalnız tibblə bağlayır. Lakin 

bu zaman insan düşünməlidir ki, həkim sağlamlığı qorumq deyil, müalicə ilə məşğul olur. 

Müalicə zamanı həkim strateji yanaşmadan deyil, tikinti yanaşmadan istifadə edərək kəskin halları aradan 

qaldırmağa çalışır. Həkim simptomu aradan qaldırmaq hesabına müvəqqəti xəstənin halını yüngülləşdirir, lakin 

o, simptomu aradan qaldırdıqda onu yaradan səbəbləri aradan qaldırmır, bununla da xəstəliyi «daxilə» ötürür, 



 

154


onun sonrakı inkişafını süni davam etdirərək xroniki formaya keçirir.  

Ənənəvi tibbdə farmakologiya, sakitlik və cərrah bıçağı əsas müalicə vasitələri sayılır. Onlardan hər birinin 

üstün və çatışmayan cəhətləri vardır. Kritik vəziyyətdə, güclü ağrılar zamanı, yaralandıqda, reanimasiyada 

məlumdur ki, kəskin halları  kənarlaşdırma işləri yerinə yetirilir. Bu halda hər  şeydən  əvvəl farmakoloji və 

cərrahi əməliyyatlar həyata keçirilir. Farmakoloji preparatların əksəriyyəti güclü təsiri ilə fərqlənir və yaşamaq 

uğrunda mübarizə üçün orqanizm maksimum aktivləşdirilir.  

Məlumdur ki, orqanizmdə resursların belə toplanması yalnız müvəqqəti xarakter daşıyır. Lakin uzun 

müddətli belə farmakologiyadan istifadə olunması faydalı deyil, belə ki, bir tərəfdən funksional rezervlərin 

bərpa olunmasına imkan yaranmır, digər tərəfdən zəhərli sayılır, allergiya və digər xəstəliklərə səbəb olur.  

Cədvəl 10.3  

 

Sintetik və təbii mənşəli farmakoloji preparatların  

müqayisəli xarakteristikası (E.N.Vayner, 2001) 

 

Göstəricilər 

Preparatlar  

Sintetik Xroniki 

 

1 2 



Xəstənin müalicəsində başlıca 

istifadə edilir 

kəskin xroniki 

Profilaktika üçün əhəmiyyətli   

məhdud çox 

Zəhərlənmə  

tez-tez yüksək  

tez-tez aşağı 

Dərman xəstəlikləri  

tez-tez 

çox az 


Allergiya təhlükəsi  

maksimum  

minimum 

Uzun müddətli istifadə  

adətən təhlükəli və ya 

ehtiyatla 

mümkündür 

Dərman arsenalında saxlanması seyrək 10 ildən çox  

10 min ildən 15 

min ilə qədər 



 

Həm də bu, ən çox süni sintetikləşdirilmiş dərman maddələrinə aiddir, belə ki, təbii preparatlar daha yüngül 

(yumşaq) təsirə malikdir (cədvəl 10.3). Belə  vəziyyət təkamül baxımından aydın olur. Sintetik preparatlar 

orqanizmdə yad məlumat daşıyır və ona təkamül prosesində rast gəlinmir. Təbii maddələrin özləri təkamül 

prosesinə  səbəb olmuş, ona görə onların informasiya tərkibi orqanizmin həyat fəaliyyəti mexanizminə uyğun 

gəlir. Odur ki, farmakoloji preparatlarla uzun müddət müalicə aparıldıqda (xüsusən sintetik mənşəli) müalicə 

olunan xəstəliyin və müalicənin izi qalır. Bundan ilk növbədə qaraciyər, mədə-bağırsaq yolları, tənəffüs siste-

mi, daxili sekresiya vəzləri əziyyət çəkir. Son nəticədə, bütövlüklə orqanizmdə maddələr mübadiləsini pozur.  



İstirahət (dinclik), orqanizmin kəskin vəziyyətində  xəstəliklə mübarizə aparmaqda orqanizmin 

rezervlərindən tam istifadə etmək üçün vacib şərtdir. Lakin kəskin vəziyyəti aradan qaldırdıqdan sonra, xüsusən, 

xroniki pozuntu zamanı onu tövsiyə etmək düzgün deyil. Əzələ sükutluğu orqanizmin həyati mühüm sisteminin, 

o cümlədən patoloji dəyişmiş toxumaların qanla təchiz olunmasını azaldır, funksional ehtiyatı  aşağı salır, 

toxumaların atrofiya və distrofiyasına və regenerasiyanın gedişinin yavaşımasına səbəb olur. Bununla belə, 

funksional vasitələrdən və metodlarından optimal istifadə etməklə, hətta kəskin vəziyyətdən və ciddi cərrahi 

əməliyyatından sonra orqanizmin bərpasını tezləşdirmək olar.  

Beləliklə, hazırda mövcud müalicə prinsipləri, adətən fizioloji proseslərin normal gedişinə  sərt (kobud) 

müdaxilədən ibarətdir və orqanizmin fərdi adaptasiya imkanlarından istifadə olunmur. Bu hal, belə müalicənin 

aşağı effektliyi və müasir insanın sağlamlığının tibbi təminatdan aşağı dərəcədə asılı olması ilə izah olunur. Bu-

nunla  əlaqədar  Hippokrat demişdir:  «Tibb çox vaxt sakitləşdirir, bəzən yüngülləşdirir, arabir müalicə 

edir». Təəssüf ki, bu sözlər indi də çox halda aktualdır.  

 

10.8. Həyat şəraiti və tərzi, onların insan sağlamlığına təsiri 

Son vaxtlar məlum olmuşdur ki, yalnız tibb əhali arasında artan xəstəliklərin öhdəsindən gölməyə qadir 

deyil. Səhiyyənin insanın sağlamlığına təsiri cəmi 10-15% təşkil edir, halbuki, həyat  şəraiti və  tərzinin təsiri 

50%-dən artıqdır. Bununla əlaqədar həm mütəxəssislər, həm də  əhali arasında sağlam həyat tərzi məsələsinə 



 

155


maraq artmışdır.  

İnsanın həyat tərzi tarixi dövr sivilizasiyanın inkişaf səviyyəsi, mədəniyyətin xüsusiyyətləri, həmçinin şəxsi 

keyfiyyətlər – xarakter və iradə ilə müəyyən olunur. Həyat tərzi əmək, nitq mədəniyyəti, qidalanma xüsusiyyəti 

və insanın həyat fəaliyyətinin digər cəhətlərini əhatə edir (Məmmədov, Suravegina, 2000).  

Hər tarixi dövrün öz həyat tərzi vardır. Qədim insanın həyat tərzi ov və balıqçılıqla bağlı olub, güc, çevik-

lik, müşahidəçilik, dözüm, iti reaksiya tələb edirdi. O dövrdə insanların ömrü qısa idi. Tək-tək adamlara 50 il və 

bir qədər çox yaşamaq qismət olurdu. Uşaq ölümü yüksək səviyyədə idi.  

Müasir insanın həyat tərzi isə qədim əcdadlarından kəskin fərqlənir. Əhalinin böyük şəhərlərdə cəmləşməsi, 

əlaqələrin dünya miqyasında inkişafı XX-XXI əsrlərdə insan həyat tərzinin dəyişməsinə səbəb oldu. Müasir in-

san üçün sərbəst şəxsi münasibətlərin zənginliyi çox vacibdir. Bizim dövrümüzdə insanların vacib sosial qrupu 

kimi ailə daha böyük əhəmiyyət kəsb edir. Ailə  həyatı-ailə üzvlərinin sağlamlığını  həm bilavasitə, həm də 

dolayı yolla müəyyən edir. Ailə  həyatında xoşbəxt olan şəxslər daha çox yaşayır, az xəstələnir. Dul qadınlar 

arasında ölüm halları,  əri olanlarla müqayisədə daha çoxdur. Əlverişsiz psixi-emosional vəziyyətin olduğu 

ailələrdə  uşaqlar daha tez-tez mədə xorası, sarılıq, xroniki qastritə tutulurlar. İstirahətin, qida və yuxunun 

pozulması ailənin əksər üzvlərində ürək-damar, əsəb və başqa xəstəliklərin baş verməsinə şərait yaradır.  

Ailə özünün qidalanma ənənəsinə malikdir. İnsanın sağlamlığı  və uzunömürlülüyü qidanın kəmiyyət və 

keyfiyyəti ilə, həmçinin qidalanma rejimi ilə müəyyən olunur.  

İnsan orqanizminin bioloji xüsusiyyətlərinin illər  ərzində  nəzərə çarpacaq dərəcədə  dəyişməsi də, onun 

həyat tərzi və qidalanma xüsusiyyətlərində böyük dəyişiklik olmuşdur. Belə ki, qədim insanın rasionuna ət, 

balıq, meyvə, giləmeyvə, bəzi yabanı bitkilərin kök yumruları daxil idi. Oddan istifadə  və qida maddələrinin 

istiliklə hazırlanması qidalanmanın xarakterini dəiyşdi, çətin həzm olunan qaba yemlər tez mənimsənilən qida-

larla əvəz olundu.  

Müasir insan xüsusi yetişdirilmiş bitki və heyvanlarla qidalanır. Onun qidasında heyvan mənşəli zülallar bitki 

ilə müqayisədə üstünlük edir. Alimlərin fikrincə, insanın qidası miqdarına və kaloriliyinə görə orta, tərkibinə görə 

müxtəlif və  zəngin olmalıdır. Sağlam dietada (pəhrizdə) yağ  və duzlar məhdudlaşdırılmalı, meyvə  və  tərəvəz 

məhsulları, qaba un məhsullarından geniş istifadə edilməlidir. Zülal yeməyi kimi paxlalılar, az yağlı süd 

məhsulları, balıq və ya pəhriz ətdən istifadə olunması məsləhətdir.  

İnsanın sağlamlığı üçün hərəkət  ən vacib şərtlərdən biridir. Hərəkət xüsusi hormonların ifrazını 

stimullaşdırır və stresin yaranmasına səbəb olan adrenalin və hormonları azaldır. Hərəkət mədəniyyəti, özünü 

idarə etmək qabiliyyətini inkişaf etdirir, yəni istənilən vəziyyətdə emosional müvazinətin saxlanmasına 

köməklik göstərir. Hərəkətin azlığı orqanizmin ümumi vəziyyətində öz əksini tapır: qan təzyiqi yuxarı, ya da 

aşağı olur, sümüklər kövrəkləşir, insan tez yorulur, əhvali-ruhiyyə aşağı olur. Hərəkətin azlığı – hipodinamiya, 

izafi qidalanma, siqaret çəkmək kimi insanda ürək-damar xəstəliklərinin inkiaşfına səbəb olur.  

Həyat tərzində  hər insanın fərdiliyi nəzərə alınmalıdır. Konkret insan üçün sağlam  həyat tərzinin 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin