Bentos – hövzənin dibinə yapışıb lil çöküntülərində yaşayır və orada sakit dayanır; Perifiton – su
bitkilərinin yarpaq və budaqlarına və ya su hövzəsinin digər çıxıntısına yapışmış heyvan və bitkilər; Plankton –
Üzən orqanizmlər, zooplankton hətta özü aktiv yerini dəyişə bilir, lakin əsasən onlar axının köməyi ilə qarışır
(hərəkət edir); Nekton – suda sərbəst hərəkət edən orqanizmlər – balıqlar, amfibiyalar və b.
Su hövzələrinin üç zonasında məskunlaşan orqanizmlərin yayılması xüsusi əhəmiyyət daşıyır. Litoral zona
– günəş şüasının suyun dibinə qədər düşən su qatı. Limnik zona – günəş işığının yalnız 1%-i daxil olan və foto-
sintez prosesinin söndüyü (dayandığı) su qatı. Evfotik zona – litoral və limnik zonalarda işıqlanan (işıq düşən)
su qatı. Profundal zona – günəş şüası düşməyən su qatı və suyun dibi.
Axar su hövzələrində son üç zona nəzərə çarpmır, lakin onların elementlərinə rast gəlinir. Növbəli
dayazlıqlar – sürətli axını olan dayaz sahələr; dibi lilsiz olur, əksəriyyət halda perifiton və bentos yapışır.
Növbəli dərinlik (quytul) – dərin sulu sahələr, axın sürəti yavaşdır, dibində yumşaq lil substratı və eşici hey-
vanlar olur.
Yuxarıda verilən təsnifat qruplaşmalarda hər hansı bir orqanizmin ekoloji vəziyyətini təyin etməkdə
mühüm rol oynayır.
7.2.1. Lentik ekosistemlər (göllər, nohurlar)
Litoral zonada iki produsent tipi vardır: hövzənin dibinə bərkimiş çiçəkli bitkilər və üzən yaşıl bitkilər – yo-
sunlar, bəzi ali bitkilər (su çiçəyi). Hövzənin dibinə bərkimiş bitkilər üç konsentrik zona əmələ gətirir: 1) suüstü
(susəthi) vegetasiya zonası – bitkinin fotosintezedən hissəsi suyun üzərində yerləşir (qamış, ciyən və b.), biogen
elementlər isə dib çöküntülərindən alınır; 2) yarpaqları su səthində üzən dibə bərkimiş bitkilər (su zanbağı)
zonası, bu bitkilərin rolu birinci zonada olduğu kimidir, lakin onlar suyun aşağı qatlarını kölgələndirə bilir; 3)
sualtı vegetasiya zonası – tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və mineral
mübadiləsi sü mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar).
Litoral zonada heyvanlar, konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə
seçilir. Perifiton molyuska, rotatorilər, mşanka, həşəratların sürfələri və s. ibarətdir. Nektonun bir çox heyvanları
atmosfer havası ilə nəfəs alır (qurbağa, tısbağalar, salamandr-səməndər və b.). Balıqlar həyatının çox hissəsini
litoralda keçirir və orada da çoxalırlar. Zooplankton xərçəngəbənzərlərdən ibarət olub balıqların
qidalanmasında böyük əhəmiyyət kəsb edir.
Limnik (göl) zonasının qruplaşmalarında fitoplankton produsent hesab olunur. Mülayim qurşağın su
hövzələrində onun populyasiyasının sıxlığı mövsüm üzrə kəskin dəyişir. Yazda suyun «çiçəkləməsi» sərin suya
uyğunlaşan diatomit (trepel) yosunların kütləvi inkişafı ilə, yayda yaşıl yosunların, payızda isə azot fiksə edən göy-
116
yaşıl yosunların inkişafı ilə bağlıdır. Zooplankton bitki ilə qidalanan xərçəngkimilər və rotatorilərdən ibarətdir,
qalanlar isə yırtıcılardır. Limnik zonanın nektonu yalnız balıqlardır.
Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən
(redusentlər), həmçinin bentos formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir
(konsumentlər).
Su hövzələrinin çirkab suları ilə çirklənməsinin artması nəticəsində qırmızı həlqəli qurdların miqdarı
çoxalır, yəni bu göstərici ilə su hövzəsinin çirklənmə dərəcəsi haqqında fikir yürütmək olar.
Durğun su hövzələrinin qruplaşmalarında oksigenin miqdarı, temperatur, işıqlanma kimi limitləşdirici
faktorların təsiri bu su hövzələrinin spesifik xüsusiyyətlərindən (göl, xırda göl – prud və süni su anbarı) asılıdır.
Göllər – təbii şirinsulu su hövzələri olub geoloji baxımdan nisbətən yaxın keçmişdə – son bir neçə on min illərdə
əmələ gəlmişdir, yalnız bəzi göllərin yaşı milyon illərlə hesablanır (məs. Baykal gölü). Göllərin əksəriyyətində pro-
fundal zonanın mövcudluğu su qatının temperatur rejiminə, onun «qarışmasına» və orada oksigenin paylanmasına
təsir göstərir. Bu proseslər gölün temperatur rejimi kimi mövsümi xarakter daşıyır (şəkil 6.14.).
Mülayim qurşağın göllərində yay dövründə şaquli kəsikdə üç zona ayırmaq olar: epilimnion – suyun konveksiya
(sirkulyasiya) etdiyi dərinliyə qədər; termoklin – aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır; hipo-
limninon – soyuq su sahəsi, burada sirkulyasiya getmir (Şəkil 6.16).
Øÿêil 6.14. Ýþëöí ö÷ ÿñàñ çîíàñû
Termokilın adətən işıq düşən sərhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda
tükənir. Yayda – durğunluq dövrü başlayır. Payızda – temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və
hipolimnionun oksigenlə zənginləşməsi baş verir. Qışda – buzun altında suyun temperaturu +4
0
C-dən aşağı olur, bu
onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra
suyun temperaturu 4
0
C-yə çatır, o, ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali
Amerika gölləri üçündür. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə – qışda, tropikada isə daim və
qeyri müntəzəm olur.
Məhsuldarlığına görə göllər iki qrupa bölünür: 1) Oliqotrof (biogen maddələr və plankton az olan) və 2)
evtrof (biogen maddələrlə zəngin) göllər. Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün
dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur.
Prudlar – yaxşı inkişaf etmiş litorala malik olub stratifikasiya praktiki olaraq mövcud deyildir. Prudlar
müxtəlif çökəkliklərdə əmələ gəlir, çox vaxt müvəqqəti hal daşıyır – yayda və ya quraqlıq dövründə quruyur.
Prudların faunası quraqlıq dövründə sükutluq vəziyyətində yaşamağa qabildir və ya digər su hövzəsinə (qışda
suyu olan) köçür. Təbii prudlar yüksək məhsuldar olur. Süni prudlarda balıqları insan özü yemləndirir.
117
Su anbarları – hidroenergetik və hidromeliorasiya kompleksləri yaradılarkən insan tərəfindən tikilir. Bu təbii
sistem olmayıb təbii-texniki sistem sayılır. Burada istilik və biogenlərin paylanması su anbarı bəndinin tipindən
asılıdır. Əgər su bəndin dibindən buraxılırsa, bu zaman su anbarı istilik toplayır və biogen maddələr xaric
olunur, su bəndin üstündən axıdıldıqda isə istilik xaric olunur, biogen maddələr toplanır. Birinci halda su
hipolimiondan, ikinci halda isə epilimiondan axıdılır (buraxılır). Dərin şlüzlərdən çaya daha duzlu sular da axır,
biogenlər isə çay sahəsini evtrofikasiyaya uğradır.
7.2.2. Lotik ekosistemlər – çaylar – Durğun su hövzələrindən üç əsas şəraiti ilə fərqlənir: 1) axın –
mühüm limitləşdirici və nəzarətedici faktordur; 2) su ilə quru arasında mübadilə daha aktivdir; 3) praktiki olaraq
stratifikasiya olmadığından daha bərabər paylanır.
Axının sürəti çayda balıqların paylanmasına təsir göstərir – onlar daşların altında, növbəli dayazlıqların alt
hissəsində yaşaya bilir, bunlar müxtəlif növlər olub konkret şəraitlərə adaptasiya olunurlar. Çay açıq ekosistem
olub, ora ona bitişik sahələrdən çoxlu miqdarda üzvi maddələr daxil olur.
Detrit qidalanma – lotik ekosistemlərin trofik zəncirinin əsasını təşkil edir: konsumentlər enerjinin 60%-
dən çoxunu gətirmə materiallarından alır, lakin çaylarda oksigen kifayət qədərdir və onun miqdarı daimidir.
118
Øÿêil 6.15. Ëåíòèê ãðóïðàøìàëàðûí áÿçè ïðîäóñåíòëÿðè: ñó ùþâçÿëÿðèíèí äèáèíÿ
áÿðêèìèø ñàùèëéàíû áèòêèëÿð (1-7), ñàïøÿêèëëè éîñóíëàð (8-9) âÿ ôèòîïëàíêòîí
(10-20). Ôèòîïëàíêòîíóí òÿðêèáèíäÿ éàøûë (10-13), äèàòîì (14-17) âÿ ýþé-éàøûë
(18-20) éîñóíëàð 1 - Úèéÿí; 2 - ãàìûø; 3 - îõéàðïàã; 4- ñóçàíáàüû; 5âÿ 6 -
ñó÷è÷ÿéèíèí èêè íþâö; 7 - Chara.
Növbəli dayazlıqların və növbəli dərinliklərin lotik qruplaşmaları ayrılır. Növbəli dayazlıqlarda substrata
bərkimək (yapışmaq) qabiliyyəti olan orqanizmlər (sapvari yosunlar) və ya yaxşı üzücülər (alabalıq)
məskunlaşır. Dərinlik qruplaşmaları prud qruplaşmalarını xatırladır.
Øÿêtl 6.16. Øèìàl éàðûìêöðÿñèíèí ìöëàéèì çîíàñûíûí ýþëöíäÿ òåìïåðàòóð
ñòðàòèôèêàñèéàñû (Ëèíñëè ýþëö, Êîííåêòèêóò, ÀÁØ É.Îäóìà ýþðÿ, 1975)
119
Øÿêil 6.17. Êè÷èê âÿ èðè ýþëëÿðèí ëèòîðàë çîíàñûíûí ôàóíàñûíûí òèïèê
íöìàéÿíäÿëÿðè (Ï.Ïåííàê, 1950-53) 1-4 - îòéåéÿíëÿðèí ôîðìàëàðû èëêèí
êîíñóìåíòëÿð; 5-8 - éûðòûúûëàð (èêèíúè êîíñóìåíòëÿð); 1- ãàðûíàéàãëû
ìîëéóñêà; 2 - õûðäà áóüóìàéàãëûëàð; 3 - òðèàåíîäåñèí ñöðôÿñè; 4 - ìèë÷ÿéèí
ñöðôÿñè; 5-6 - áèðýöíëöê áþúÿéèí íèìôàñû; 5 - éûðòûúû áþúÿê ùîâóçãóðäó; 6 -
éûðòûúû òàõòàáèòè; 7 - ýþçÿëãûç èéíÿúÿíèí íèìôàñû; 8 - èyíÿúÿëÿðèí íèìôàñû
Böyük çaylarda uzununa zonallıq izlənir: çayın yuxarılarında növbəli dayazlıqların aşağı və delta
hissəsində dərinliyin qruplaşmaları məskunlaşır, orta hissədə isə hər iki zonanın orqanizmlərinə rast gəlinə bilər.
Uzununa zonallıqda balıqların növ tərkibinin dəyişməsi nəzərə çarpır. Aşağıya doğru növ tərkibi kasatlaşır,
lakin balıqların ölçüsü artır.
Bataqlaşmış şirinsulu sahələr, adətən – alt və üst bataqlıqlar. Alt bataqlıqlar bir qayda olaraq yeraltı
sularla, üst bataqlıqlar isə atmosfer yağıntıları ilə qidalanır. Üst bataqlıqlara istənilən çökək yerlərdə, hətta
yamaclarda rast gəlinə bilər, alt bataqlıqlar isə göl və axmazların bitkilərlə örtülməsi nəticəsində əmələ gəlir.
Onlar su makrofitləri, bataqlıq bitkiləri və kollarla örtülə bilər.
Bataqlıq torpaqları və torfluqların tərkibində çoxlu karbon olur (14-20%), onların kənd təsərrüfatı üçün
becərilməsində havaya çoxlu miqdarda CO
2
ayrılaraq karbon qazı problemini dərinləşdirir.
7.3. Dəniz ekosistemləri
Dəniz mühitinin xüsusiyyətləri və faktorları
Məlum olduğu kimi, dəniz mühiti Yer kürəsinin 70%-dən çox hissəsini tutur. Okean olduqca böyük
dərinliyə malikdir. Onun bütün sahələrində həyat mövcuddur, lakin materiklərə və adalara yaxın yerlərdə o daha
zəngindir. Okeanda praktiki olaraq abiotik sahə yoxdur, buna baxmayaraq heyvanların hərəkət etməsi üçün
temperatur, duzluluq, dərinlik maneə ola bilər.
Daima fəaliyyətdə olan küləklər (passatlar) nəticəsində okean və dənizlərdə güclü axınlar (qolfstrim – isti,
kaliforniya – soyuq və s.) hesabına suyun daim sirkulyasiyası baş verir, bu isə okeanların dərinliklərində də
oksigen çatışmazlığının qarşısını alır.
Dünya okeanında ən məhsuldar sahə apvellinq hesab olunur. Dik materik yamaclarından küləklər suyu
kənara (uzağa) apararaq daim onu qarışdırdığı yerdə, okeanın dərinliyindən soyuq suların qalxması prosesi
apvellinq adlanır, onun əvəzinə dərinlikdən biogenlərlə zənginləşmiş su qalxır. Estuarilərin suları kənardan
biogenlərin gətirilməsi hesabına yüksək məhsuldar və zəngin olur. Y. Odum (1975) bu hadisəni autvellinq
adlandırmışdır.
Sahil zonasında Ay və Günəşin cazibə qüvvəsinin əmələ gətirdiyi qabarmaların rolu böyükdür. Onlar
qruplaşmaların həyatında nəzərə çarpan dövrlüyə («bioloji saatlar») səbəb olur.
Okeanın orta duzluluğu 35 q/l təşkil edir. Onların 25%-i natrium-xlorun payına düşür, qalan duzlar –
kalsium, maqnezium və kalium (sulfat, karbonat, bromid və b.), onlarca digər elementlər 1%-dən də azdır.
Dəniz su hövzələri üçün sabit qələvi mühiti (pH=8,2) səciyyəvidir, lakin duzların və duzluluq dərəcəsinin
nisbəti dəyişir. Sahil zonasında çay mənsəblərinin az duzlu körfəzlərinin suyunda duzluluq dərəcəsi azalaraq ilin
mövsümləri üzrə kəskin dəyişir. Ona görə də sahil zonasında evriqal (mühitin duzluluğuna və kimyəvi
tərkibinin çox dəyişməsinə dözən), açıq okeanda isə stenoqal (suda duzluluğun artıb-azalmasına dözməyən)
orqanizmlər (heyvanlar) məskunlaşır.
Biogen elementlər – dəniz mühitində mühüm limitləşdirici faktor olub suyun milyard hissəsindən bir
neçəsini təşkil edir. Biogen elementlər orqanizmlər tərəfindən tez tutulub praktiki olaraq heterotrof zonaya
(bioloji dövrana) çatmadan onların trofik zəncirinə düşür. Deməli, biogen elementlərin aşağı konsentrasiyası
onların ümumi defisiti demək deyildir.
Dənizin dərinliyi dəniz biotasını ayıran əsas faktor hesab olunur.
Dəniz ekosistemlərinin xarakteristikası
Kontinental şelf sahəsi, neritik sahə
Kontinental şelf sahəsi 200 m dərinliklə məhdudlaşır, bütün okeanın 8%-ni təşkil edir (29 mln. km
2
) və
okeanda faunistik baxımdan ən zəngin hesab olunur. Qidalanma mühitinə görə olduqca zəngindir. Bentos
faunasının sürfələri hesabına plankton yemi də zəngindir. Yeyilməyən sürfələr substrata çökərək ya epifauna
(bərkimiş, yapışmış), yaxud da infauna (basdırılmış) əmələ gətirir.
120
Apvellinq sahələri kontinentin qərb səhra sahilləri boyu yerləşir. Onlar adalarda yaşayan balıq və quşlarla
zəngindir. Lakin küləyin istiqaməti dəyişdikdə planktonun «çiçəkləməsi» kəskin azalır və oksigensiz şəraitin
inkişafı nəticəsində (evtrofikasiya) balıqların kütləvi qırılması baş verir.
Limanlar – sahilyanı yarımqapalı su hövzələridir, onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton
kimi özünü göstərir. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır.
Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi» hesab olunur. Bütün il ərzində avtotroflar –
makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların
yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Limanlar insanın
təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Okean sahəsi (ərazisi) – açıq okeanın evfotik zonası olub biogen elementlərlə kasatdır. Ona görə də sahil
zona ilə müqayisədə fauna ilə də çox kasatdır. Arktika və Antarktika zonaları nisbətən məhsuldardır, belə ki, isti
dənizlərdən soyuq dənizlərə keçiddə planktonun sıxlığı artır, balıq və kitəbənzər fauna burada xeyli zəngin olur.
Pelagik sahənin qida zəncirində fitoplankton enerjisinin ilkin mənbəyi – produsenti hesab edilir. İri heyvan-
lar, ilk növbədə balıqlar burada əsasən ikinci (törəmə) konsument olub zooplanktonla qidalanır. Zooplankton
üçün fitoplankton, həmçinin molyuskların plankton sürfələri produsent sayılır.
Dərinlik artdıqca faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı
abissal zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan
(uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq üçündür.
Müxtəliflik isə uzun geoloji dövrlər ərzində abissal zonada stabil şəraitin olması ilə əlaqədardır, bu isə təkamülü
ləngitmiş və uzaq geoloji epoxalardan bəri çoxlu növlər saxlanıb qalmışdır.
Şəkil 6.18. Dənizin şaquli və üfüqi zonallığı (təxmini sxem)
Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda
yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və zəhərli metalların konsentrasiyası
vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan (poqonofor), iri ikilaylı molyusklar,
121
krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir. Burada molyusklarla simbioz halında yaşayan hidrogen-
sulfid bakteriyaları prosudent kimi çıxış edir. Yırtıcılardan krabları, qarınayaqlı molyuskları və bəzi balıqları
göstərmək olar.
Okean planetimizdə həyatın beşiyi hesab edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın peyda
olması biosferin formalaşmasının başlanğıcını qoydu. Yer səthinin 70%-ni tutaraq okean hazırda da
materik ekosistemləri ilə birlikdə Yerin müasir biosferinin bütövlüyünü (vəhdətini) təyin edir.
122
VIII FƏSİL
İNSAN EKOLOGİYASI
8.1. İnsanın biososial təbiəti və ekologiyası
İnsan Yer üzərində canlı orqanizmlərin inkişafının ən yüksək pilləsi sayılır.
İ.T.Frolova (1985) görə «İnsan təbii-tarixi proseslərin subyekti, Yer üzərində maddi və mənəvi
mədəniyyətin inkişafı, digər həyati formalarla genetik bağlı olub, lakin onlardan əmək alətləri istehsal etmək
qabiliyyəti, aydın nitqi, aktiv yaradıcılığı və əxlaqi şüuru ilə fərqlənən biososial canlı varlıqdır».
İnsan həyatının vahid sistemli şəraitlə təyin olunması onun biososial təbiətini əks etdirir. Bura həm bioloji,
həm də sosial elementlər daxildir. Bu, insanın tək bioloji deyil, həm də sosial adaptasiya olunmasını tələb edir.
İnsan təbiətinin bu sahəsi sosial fənnlərin böyük qrupu tərəfindən öyrənilir.
İnsanın bioloji adaptasiyası heyvanat aləmindən olduqca fərqlidir. Belə ki, sosial faktorun artması zamanı o,
həm bioloji, həm də sosial funksiyasını saxlamağa cəhd göstərir. Bu vəziyyət böyük ekoloji əhəmiyyət
daşıyaraq, «insan» məvhumunun müəyyən edilməsində ekoloji baxımdan yanaşmağı əks etdirir.
İnsan – heyvanat aləminin bir növü olub, mürəkkəb sosial təşkili və əmək fəaliyyətinə malik olmaqla,
orqanizmin bioloji, o cümlədən etoloji (ilkin vərdişləri) xassələrini xeyli dərəcədə «aradan götürür» (az nəzərə
çarpacaq dərəcəyə endirir) (Reymers, 1990).
8.2. İnsan bioloji növ kimi
İnsan canlı aləmin tərkib hissəsi olub biosferdən kənarda təbii şəraitdə və müəyyən təkamül tipinin canlı
maddəsi kimi yaşaya bilməz.
İnsanın aid olduğu Hominid ailəsi Yerin ekvatorial hissəsində, İnsan cinsi isə Afrikanın şərqində və
Cənubi Asiyada yaranmışdır. İlk dövrlərdə Yer üzərində bir neçə homid növü mövcud olmuşdur; onlar iki
yarımailəyə mənsub olmuşlar: avstralopiteklər və adi insanlar. Onlardan yalnız bir növ – Homo sapiyens –
şüurlu insan qalmışdır. Bir sıra alimlər Homo sapiyens növünü iki yarımnövə ayırır: neandertals və müasir
insanlar (şəkil 8.1).
Canlı maddənin təkamülündə planetdə bir sıra dönüş nöqtəsi olmuşdur, bu təkamül suksessiyasının
sonuncusu insanın (Homo sapiyens) meydana gəlməsi (peyda olması) hesab edilir. Bu hadisə canlı maddənin
əmələ gəlməsi ilə müqayisədə yaxın zamanlarda, yəni 3,5-5 mln. il əvvəl baş vermişdir. Belə ki, canlı aləmin
inkişafı 4 milyard il əvvəl olmuşdur.
İbtidai insan yaxın dövrlərə qədər (kənd təsərrüfatına qədər) təbii ekosistemlərin adi hərşeyyeyən
konsimenti olub, meyvə və s. yığmaq və xırda heyvanlar ovlamaq yolu ilə uzun sürməyən kiçik məskunlaşmalar
yaradır, zəngin bitki örtüyü və başqa yem axtarmaq dalınca tez-tez yerini dəyişirdi.
Bitkilərlə qidalanan adi insanabənzər meymunlardan fərqli olaraq, avstralopiteklər bitkiyeyən
orqanizmlərin özləri ilə qidalananlara, yəni ətlə qidalanalara qismən keçməklə yırtıcılıq sırasına qoşulurlar.
Alimlərin tədqiqatları göstərir ki, insan meymunlar «gövdəsindən» 10 mln. il əvvəl ayrılmışdır (şəkil 8.1).
123
Şəkil 8.1. Yer üzərində insanın əmələ gəlməsi
Əmək fəaliyyətinin izləri kimi əmək alətləri 4,5-2,8 mln. illik tarixə malikdir. Bu dövrdə insanlar sadə əl
alətləri quraşdırır, onların köməyilə heyvanları ovlayaraq özlərini qida ilə təmin edirdilər.
Əlin hərəkəti (yerimə) vasitəsi funksiyasından azad olması yeni morfoloji adaptasiyanın inkişafına – əlin
tutma qabiliyyətinin yaranmasına səbəb oldu. İnsanın dik yeriməsi vərdiş halına keçdikcə əllər tədricən hərəkət
funksiyasından azad olurdu. Dik yerimə müvazinət orqanlarının inkişafına, əzələ reaksiyasının sürətlənməsinə
və beyinciyin böyüməsinə səbəb oldu.
İnsanın gündüz fəallığı insanabənzər meymunların qaranlıq gecə həyat tərzinin fəallığını əvəz etdi. Antilop
kimi iri heyvanı öldürmək, güclü pələngin hücumunu dəf etmək üçün fərdlər qruplarda birləşməyə başladı.
Müxtəlif fəaliyyət növləri ilə məşğul olan qruplarda ünsiyyət vasitəsi olan dil inkişaf tapdı. İnsan üçün yeni
böyük dəyişikliklər onun ali sinir sistemində, beynində baş verdi.
Qeyd etmək lazımdır ki, insanın formalaşması prosesi əcdadlarımızın fərdlərinin dəyişkənliyi nəticəsində
mümkün olmuşdur. Təbii seçmə Homo sapiyensin (insanın) təkamülündə həlledici rol oynamışdır. Müasir insan
tipi son buzlaşma dövründə, təxminən 40-50 min il əvvəl formalaşmışdır. Yuxarıda qeyd edildiyi kimi, bu dövr
ərzində insan ovçuluqla, meyvə və s. yığmaqla, çox sonralar isə heyvandarlıq, əkinçiliklə, kustarlıqla məşğul
olmuşlar. Yalnız son iki-üç əsrlərdə isə sənaye istehsalı inkişafının rolu artmışdır. Bütün bu tarixi dövr ərzində
təbii mühitin rolu tədricən azalmış və insan həyatında süni mühitin rolu artmışdır. Bu zaman təbii seçmənin
təsirinin ölçüsü və keyfiyyət xarakteri də dəyişmişdir.
Sosial dəyişkənlik və tibbin inkişafı nəticəsində inkişaf etmiş ölkələrdə təbii seçmənin təsiri xeyli
azalmışdır. Bununla belə, insan biososial varlıq olaraq bütün canlılar üçün universal olan ümumi bioloji
qanunauyğunluqların təsirindən təcrid olunmamışdır. Y.P.Altuxov və O.L.Kurbatovanın (1984) xarici
məlumatlardan gətirdiyi aşağıdakı rəqəmlər də bunu təsdiq edə bilər: insan enbrionunun 5%-i ontogenizin ilkin
mərhələlərində məhv olur (daxili səbəblərdən), 3%-ni ölü doğum təşkil edir, 3% reproduktiv yaşa çatmamış
ölür, yaşlarının 20%-i nigaha daxil olmur və nigahın 10%-nin dölü olmur.
Beləliklə, ilkin genofondun təxminən 50%-i sonrakı nəsillərdə təzələnmir, bu hadisənin əksər hissəsi
genetik cəhətdən asılı olur.
124
Bütün digər növlər kimi insan da mühitdən asılı olduğu kimi, özü də mühitə təsir göstərir. Heyvandan fərqli
olaraq insan zehni inkişafa (intellektə) malikdir. Onun intellekti mühüm faktor sayılan qida məhsullarının
çatışmazlığını kənd təsərrüfatı – maldarlıq və əkinçilikdən istifadə etməklə tənzimləməkdir. Bu, təxminən 10
min il əvvəl baş vermişdir. İnsan özünün müstəqil (xüsusi) ekoloji sistemini qurmağa başladı.
İnsanın düşüncə qabiliyyəti, lazımi əmək alətlərini yaratması müvəqqəti də olsa, adi abiotik və biotik
faktorların təsirinin qarşısını almaqda ona köməklik göstərdi. B.Nebel (1993, I cild) qeyd edir ki, bu təsirlərin
qarşısının alınmasında insan aşağıdakılara nail olmuşdur:
1) Bol ərzaq məhsulu əldə etmək;
2) Su anbarları yaradaraq, onun suyunu yaşayış məntəqələrinə və tarlalara çıxarmaq;
3) Yırtıcı və bir sıra xəstəliktörədən orqanizmlərə qarşı vasitələr yaratmaq;
4) Yaşayış yeri tikməklə onu öz istəyinə uyğun qızdırmaq və ya soyutmaq üsullarını öyrənmək;
5) Digər növlərlə rəqib mübarizəsində qalib çıxmaq.
İnsan limiti təyin edilmiş (həddini aşmış) faktorların təsirinin qarşısını almağı öyrənsə də, ona 100% qalib
gəlməyə qadir deyildir. Y.Odum (1975) qeyd edir ki, insan öz mənzilini, öz iş yerini kondensionerləşmiş hava
ilə təchiz edə bilər, lakin özünün iqlimdən asılı olmadığını zənn edə bilməz, əks halda kondensionerləşdirilmiş
hava ilə tarlalarını, ev heyvanlarını və s.-ni də kondensionerləşmiş hava ilə təchiz edə bilərdi. Deməli, insan hələ
də iqlim hadisələrindən – isti və soyuqdan, quraqlıq və yağışdan və digər hadisələrdən asılı olaraq qalır.
Beləliklə, insan sosial varlıq olsa da, əslində təbiət həmişə onun varlıq faktoru olaraq qalacaq və insanı
əhatə edən mühitin ayrılmaz hissəsini təşkil edəcəkdir. Bura həmçinin insanın yaratdığı süni mühit və ictimai
əlaqələr də daxildir. Süni məskunlaşma mühiti də insana təsir göstərir, yaxud burada əks əlaqə yaranır, bu əlaqə
insan populyasiyalarında baş verən həm bioloji, həm də sosial proseslərə təsir edir.
8.3. İnsan populyasiyası
İnsan populyasiyası, yaxud xüsusi növün populyasiyası – Homo sapiyens, heyvan populyasiyalarının
xassələrinə malikdir, lakin süni mühitin, sosial-iqtisadi şəraitin və sairə faktorların, yəni sosiumun (bu
faktorların cəmi sosium adlanır) təsiri nəticəsində bu xassələrin təzahürünün forma və xarakteri olduqca
fərqlənir.
Yer üzərində bütün insanlar bəşəriyyət populyasiyası sistemini əmələ gətirir. Bu populyasiyanın artması
təbii resurslar, həyat şəraiti sosial-iqtisadi və genetik mexanizmlərlə məhdudlaşır (Reymers, 1994). İnsan bu
məhdudlaşdırıcı faktorların əhəmiyyətini artıq kifayət qədər dərk edir. Sosial-iqtisadi faktorlar artıq müəyyən
dərəcədə nizamlayıcı kimi görünsə də, bu faktorlara hələ ki, az əhəmiyyət verilir. Bu baxımdan, əgər insan
həqiqətən düşünərək ağılla hərəkət edərsə, Y.Oduma (1975) görə o, aşağıdakılara əməl etməlidir:
1) Şəxsi populyasiya artım formasını öyrənməli və dərk etməli;
2) Müəyyən sahənin həcmi ilə əlaqədar əhalinin miqdarca optimum ölçüsünü və konfiqurasiyasını təyin
etməli;
3) «Təbii tənzimlənmə» fəaliyyətdə olmayan yerdə «mədəni tənzimləmə»ni qəbul etməyə hazır olmalıdır.
8.4. Yerin təbii resursları – insanın həyat faktoru kimi
Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir
şey nəzərdə tutulur. İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə etdikdə
o, müəyyən qədər insanın mənəvi tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»), rekreasiya və s.
Lakin onun əsas təyinatı, məqsədi – insanın maddi tələbatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır.
Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan onlardan maddi nemət kimi
istifadə edir. Bu isə bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən həyatın keyfiyyətinin
yüksəlməsini təmin edir.
İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların təyinatı, mənşəyi, istifadə
üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları
təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır.
Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.
Bioloji resurslar – bura biosferin bütün canlı mühitəmələgətirən komponentləri (produsentlər, konsumentlər
və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi və mənəvi
nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli landşaftlar, mikroorqanizmlər, bitki
resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət kəsb edir.
Mineral resurslar – Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar
125
təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olub ondan
metal alınır və qeyri filiz halında olub, ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da
tikinti materialı kimi istifadə olunur.
Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə
edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar
yanacaq-energetik resurslar adlanır.
Energetik resurslar. Günəş və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər enerji
mənbələrinin məcmusu energetik resurslar adlanır.
İstehsalatda istifadə olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar:
- Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərazilərindəki torpaqlar öz təyinatına görə
aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd təsərrüfatı təyinatlı (sənaye,
nəqliyyat, dağ-mədən və b.). Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd təsərrüfatı istehsalı
resurslarına aid olan təbii elementlər kənd təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim resursları –
mədəni bitkilərin böyümə və inkişafına lazım olan istilik və rütubətlik; b) torpaq resursları.
- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir. Bu
ərazilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar
bioloji resursların bir hissəsi sayılır.
- Su resursları - Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların məcmusu
(əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).
- Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b.
- Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə və başqa
yerlərdə məskunlaşan heyvanlar.
- Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer qabığında
mineralların təbii toplanması. Toplanan faydalı qazıntılar, onların yataqlarını əmələ gətirir, onların ehtiyatı
sənaye əhəmiyyəti daşımalıdır.
İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real və potensial resurslara bölünür. Real re-
surslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk
növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik
enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat
aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, ovlamış,
meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom
enerjisindən istifadə etməyə başlamışdır.
Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan tərəfindən (əsasən texniki səbəbdən) ya istifadə
edilmir, yaxud da kifayət dərəcədə istifadə olunmur. Bura Günəş enerjisi şüaları, dəniz qabarma – çəkilmələri,
külək və b. aiddir. Bura insan tərəfindən mənimsənilə bilməyən planetləri, məsələn, Ay planetini də aid etmək
olar.
Təbii resurslar elementar və ya sadə və kompleks və mürəkkəb resurslara ayrılır. Elementar resurslar
tərkibinə görə yekcins (oksigen, hidrogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir neçə
elementdən təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b.
Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu səbəbdən onların çoxu
azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün
əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii resursların belə təsnifatı
ekoloji təsnifat da adlanır.
Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən (şəkil 8.2).
Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ gəlir, lakin onların həcmi və yaran-
ma sürəti zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi təbii
bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır.
Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif həcmlə əmələ gələn resurslar daxildir. Bu
baxımdan, tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan və nisbətən bərpa oluna bilən növlərə
ayrılır.
126
Şəkil 8.2. Bərpa olunmasına görə təbii resursların təsnifatı
Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir.
Faydalı qazıntılar yer qabığının dərinliklərində daim filizyaranma prosesləri nəticəsində əmələ gəlir. Lakin bu
resursların əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur ki, onların təsərrüfat
baxımından hesablanması praktiki olaraq qeyri mümkündür. Bununla əlaqədar olaraq bütün mineral resurslar
tükənən, eyni zamanda bərpa olunmayan resurslar hesab olunur.
Torpaq
resursları təbii halında insan cəmiyyəti fəaliyyətinin maddi bazisi sayılır. Ərazinin
mənimsənilmə mümkünlüyünə və təsərrüfat fəaliyyətinə relyef şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir. Kar-
xana üçün və ya iri sənaye və mülki tikinti zamanı süni surətdə relyefin dəyişilməsilə pozulmuş ərazi (torpaq)
bir daha təbii halında bərpa oluna blməz.
Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki resurs az bir zaman ərzində
(bir-iki insan nəsli dövründə) bərpa oluna bilir.
Nisbi bərpa olunan və ya məhdud bərpa olunan resurslara olduqca defisit sayılan aşağıdakı təbii
sərvətlər aiddir: a) məhsuldar əkinə yararlı torpaqlar olduqca az sahə tutur. Müxtəlif məlumatlara əsasən quruda
cəmi 1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar torpaqlar 400 mln. ha sahə
tutur (E.P.Romanova və b., 1993). Məhsuldar torpaqlar çox tədriclə əmələ gəlir: məsələn, qaratorpaq tipinin 1
mm humus horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bununla belə, torpaqdan səmərəsiz
istifadə edilməsi ilə əlaqədar güclü eroziya prosesi nəticəsində yalnız bir il ərzində torpağın ən qiymətli üst şum
Кейфиййятъя ло-
Бярпа олунмай-
Файдалы газын-
Нисби бярпа
олунан
Чох йашлы
Торпаьын
Бязи минерал
Битки юртцйц
Щейванат алями
Бярпа олунан
Эцняш енержиси
Су енержиси
Кцляк енержиси
Йер тякинин
Су
Атмосфер щавасы
Кямиййятъя
Т
ц
к
я
н
я
н
Т
ц
к
я
н
м
я
й
я
н
Т
я
б
и
и
р
е
с
у
р
с
л
а
р
127
qatının bir neçə santimetr dağılmasına səbəb olur. Son 50 il ərzində əksər dövlətlərin ərazisində torpağın
dağılması prosesi olduqca intensiv gedir. Bu torpaqların bərpa olunmasına 1000 illərlə vaxt tələb olunur. Bu,
torpaq resurslarını «nisbi bərpa olunan» resurslar qrupuna aid etməyə əsas verir.
Hazırda sənaye əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu hal ən çox tropik
meşələrdə müşahidə olunur. Bir çox inkişaf etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand,
İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin sahəsinin azalması çox sürətlə gedir. Belə meşələrin
bərpasına azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii halında bərpa olunması qeyri-
mümkündür.
Bitki örtüyünün intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması və məhv edilməsi
onların bərpa olunmayan resurs qrupuna keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər
mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən
silinmiş olur.
Tükənməyən təbii resurslara okeanın su resursları, iqlim resursları, yer təkinin enerjisi, dəniz qabarması
və dalğaları daxildir.
Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab edilməsi faktı məlumdur. Lakin
Yer səthində su istifadəsi sistemində şirin su ehtiyatı qeyri-bərabər paylanmışdır. Arid və subarid rayonlarda
geniş ərazilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli istifadə olunması
nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su ehtiyatının faciəli azalması baş verir.
Məlum olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi həcmi 1390 mln. km
3
-a
yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu suları və yalnız 2,6%-i (36 mln. km
3
) şirin suların payına
düşür.
Duzlu
dəniz suyunun şirinləşdirilməsi texnologiyası artıq məlumdur. Odur ki, Dünya okeanı, duzlu
göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun
illik miqdarı o qədər də böyük olmayıb müxtəlif məlumatlara görə 41 …. 45 min km
3
təşkil edir. Dünya
təsərrüfatına öz ehtiyacını ödəmək üçün 4,5 min km
3
-ə yaxın su tələb olunur. Bu isə bərpa olunan su resursunun
təxminən 10%-i qədərdir. Deməli, təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində, bu su
resursları tükənməz resurs kimi qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca
kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti yarana bilər. Hələ ki, təbii mühit müxtəlif
məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir.
İqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür
(E.P.Romanova və b., 1993). Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır.
Havanın temperaturu -90
0
C-dən +80
0
C arasında tərəddüd edir, hərçənd Yer üçün orta temperatur təxminən
+15
0
C təşkil edir.
Quru,
bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119
min km
3
yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər
də vardır ki, ora 50 … 100 mm-dən də az yağıntı düşür.
Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar
keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı
azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi,
həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.
128
IX FƏSİL
ANTROPOGEN EKOSİSTEMLƏR
9.1. İnsan və ekosistemlər
İnsan təbii ətraf mühitdə həyat uğrunda konkret mübarizədə özünün süni antropogen ekosistemlərini
yaradır. Təxminən on min il əvvəl o, təbiətin sovqatlarını toplayan «adi» konsumentlikdən əl çəkib, bilavasitə öz
əmək fəaliyyəti ilə kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq) yaradaraq bu sovqatları özü əldə etməyə başladı.
Kənd təsərrüfatı modelinə yiyələnərək insan təxminən 200 il əvvəl sənaye inqilabına yaxınlaşdı. Müasir
mərhələdə o, daim artan tələbatını ödəmək üçün təbii ekosistemləri dəiyşməyə və özü istəməsə də, hətta onu
dağıtmaq məcburiyyətində qaldı.
Enerji – həm təbii, həm də antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi olmuşdur. Bu
sistemlərin energetik resursları həm tükənməz – Günəş, külək, qabarma, həm də tükənən – yanacaq-energetik
(daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə edərək insan sistemə enerji əlavə edə bilər və ya hətta
onu enerji ilə təmin edə bilər. Mövcud ekosistemlərin göstərilən energetik xüsusiyyətlərinə əsaslanıb, Y.Odum
(1986) onların təsnifatını təklif edərək, dörd «fundamental ekosistem» tipi ayırır:
1.
Günəşlə hərəkətə gətirilən təbii ekosistemlər;
2.
Günəşlə hərəkətə gətirilən və digər təbii mənbələrlə yardım olunan ekosistemlər;
3.
Günəşlə hərəkətə gətirilən və insan tərəfindən yardım olunan ekosistemlər;
4.
Yanacaqla (yeraltı qazıntılar, üzvi və ya nüvə) hərəkətə gətirilənlər.
Bu təsnifat prinsipcə biom təsnifatından fərqlənib mühitin xassələrinə əsaslandığından ekosistemin struktu-
runa əsaslanır. Bununla belə, bu təsnifat biom təsnifatını tamamlayır. 1-ci və 2-ci tipləri təbii ekosistemlərə, 3-
cü və 4-cü tipləri isə antropogen ekosistemlərə aid etmək lazımdır.
Birinci ekosistem tipinə okeanlar, yüksək dağlıq meşələri aid olub Yer Planetində həyatın təmin
olunmasının əsası hesab edilir (enerji axını orta hesabla ildə 0,2 kkal/sm
2
).
İkinci ekosistem tipinə dənizlərin estuariləri, çay ekosistemləri, «yağışlı» meşələr aiddir. Onlar qabarma
dalğalarının, axınların və küləyin enerjisi ilə də qidalanırlar (yararlanırlar). Enerji axını orta hesabla ildə 2
kkal/sm
2
təşkil edir.
Birinci tip ekosistemlər fauna və floranın yüksək sıxlığını saxlamağa qabil olmasalar da, onlar olduqca
böyük sahə tutur. Yalnız okeanlar Yer kürəsinin 70% ərazisini zəbt edir. Onlar tərəfindən yalnız Günəşin enen-
jisi hərəkətə gətirilir və Planetdə həyatın təminat şəraitini stabilləşdirici və saxlayıcısının əsası sayılır.
İkinci tipə aid olan ekosistemlər yüksək təbii məhsuldarlığa malikdir, çünki burada yaşayan orqanizmlər
(məsələn estuarilərdə) qabarma və axınların, yağışlı meşələrdə isə külək və yağışın əlavə enerjisindən istifadə
etməyə uyğunlaşmışlar. Bu sistemlərin «istehsal etdiyi» ilkin biokütlə onların özlərini saxlamaqlarına çatmaqla
yanaşı, bu məhsulun bir hissəsi digər sistemlərə aparılır, yaxud toplanır.
Beləliklə, təbii ekosistemlər insan tərəfindən heç bir qayğı göstərilmədən və xərc çəkilmədən öz həyat
qabiliyyətini saxlayır və inkişaf edir. Bununla belə, bu ekosistemlərdə xeyli miqdarda qida məhsulları və digər
materiallar yaranır, bu isə insanın özünün həyatı üçün zəruridir. Ən başlıcası isə, məhz burada havanın böyük
həcmi təmizlənir, dövrana şirin su qayıdır, iqlim formalaşır və s.
Antropogen ekosistemlər isə tamamilə başqa cür fəaliyyət göstərir. Bura 3-cü tipə aid olan ekosistemlər
yalnız Günəş enerjisi hesabına deyil, həmçinin insan tərəfindən təşkil edilmiş (verilmiş) yanacaq formasında
dotasiyanın hesabına qida məhsulları və lifli materiallar istehsal edən aqroekosistemlər, akvakulturlar daxil-
dir.
Bu sistemlər təbii sistemlərə oxşayır, çünki vegetasiya dövründə mədəni bitkilərin inkişafı təbii proses olub
onlara təbii Günəş enerjisi ilə həyat verilir. Lakin torpaq hazırlığı, səpin, məhsulun yığılması və s. insanın enerji
sərfidir. Həm də, insan praktiki olaraq təbii ekosistemi bütövlüklə dəyişir, hər şeydən əvvəl ekosistemi
sadələşdirir, yəni növ müxtəlifliyi azalır və bəzən güclü sadələşmiş monokultura sisteminə çevrilir (cədvəl 9.1).
Cədvəl 9.1
Təbii və sadələşmiş antropogen ekosistemlərin müqayisəsi
(Millerə görə, 1993)
Təbii ekosistemlər
(bataqlıq, çəmən, meşə)
Antropogen ekosistemlər
(tarla, zavod, ev)
129
1 2
Günəş enerjisini alır, dəiyşdirir,
toplayır
Qazıntı və nüvə yanacağının enerjisini
qəbul edir
Oksigen hasil edir və kabon qazından
istifadə edir
Oksigendən istifadə edir və qazıntı
yanacağı yandıqda karbon qazı hasil edir
Münbit torpaq yaradır
Münbit torpağı kasatlaşdırır və ya onun
üçün təhlükə yaradır
Rütubət toplayır, onu təmizləyir və
tədricən ondan istifadə edir
Çox sü sərf edir və onu çirkləndirir
Yabanı təbiətin müxtəlif növləri üçün
məskunlaşma şəraiti yaradır
Yabanı təbiətin bir çox növlərinin
yaşama yerini dağıdır
Çirkləndirici və tullantıları heç bir
xərc çəkmədən süzür
Çirkləndirici və tullantılar hasil edir,
onların zərərsizləşdirilməsinə xərc tələb
olunur
Özünüsaxlama və bərpa olunma
qabiliyyətinə malikdir
Saxlanması və bərpasına daima böyük
xərc tələb olunur
Müasir kənd təsərrüfatı ilbəil ekosistemləri suksessiyanın daim erkən mərhələlərində saxlamağa imkan
yaradaraq, bir və ya bir neçə bitkidən (məsələn, qarğıdalı, buğda, noxud və s.) maksimal ilkin məhsul əldə
etməyə cəhd göstərir. Kəndli baha qiymətə yüksək məhsul əldə edə bilir. Belə qiymət alaqlarla mübarizə,
mineral gübrələr, torpaq hazırlığı və b. işlərlə əlaqədardır (enerji axını orta hesabla 20 kkal/sm
2
⋅ il).
Yeni davamlı növlərin, məs., ot növlərinin peyda olması təbii suksessiya proseslərinin nəticəsidir. Biz alaq
adlandırdığımız «pioner» bitki növləridir, ziyanvericilər – həşəratlar və digər heyvanlardır, xəstəlik törədicilər
isə – mikroorqanizmlərdir. Alaq otları, ziyanvericilər və xəstəlik törədicilərlə aktiv mübarizə aparılmazsa, bütün
məhsul məhv olar.
Heyvandarlıq da ekosistemin sadələşməsinə gedən bir yol sayılır, insan özü üçün faydalı kənd təsərrüfatı
heyvanlarını (inək, camış, toyuq və s.) qoruyub, qida resurslarına rəqib çıxan otyeyən vəhşi heyvanları və ev
heyvanlarını məhv edən yırtıcıları yoxa çıxarır.
Qiymətli balıq növlərinin ovlanması su hövzələrinin ekosistemlərini sadələşdirir. Hava və su hövzələrinin
çirklənməsi də ağacların, balıqların məhv olmasına səbəb olur və təbii ekosistemlər «talanır».
Ümumiyyətlə, əhalinin sayı artdıqca insanlar bütün yetkin (klimaks) ekosistemləri sadə cavan
ekosistemlərə (məsələn, tropik meşələri, yetişmiş fıstıq, palıd meşələrini məhv edərək, bataqlıqları qurudaraq və
s.) çevirir. Bu sistemləri «cavan» yaşında saxlamaq üçün yanacaq-energetik resurslarından istifadə artacaqdır.
Bununla yanaşı, növ (genetik) müxtəlifliklərində və təbii landşaftlarda itki baş verəcəkdir (cədvəl 9.1).
Cavan, məhsuldar ekosistemlər monotip növ tərkibinə malik olduğu üçün çox zəif olur. Belə ki, hər hansı
bir fəlakətli hadisə, məsələn, quraqlıq baş verərsə, genotip dağıldığından belə ekosistemlər bir də bərpa
olunmur. Lakin bəşəriyyətin həyatı üçün onları saxlamaq vacibdir. Odur ki, vəzifəmiz, sadələşdirilmiş
antropogen ekosistemlər və onunla qonşuluqdakı daha mürəkkəb, zəngin genofonda malik olan təbii
ekosistemlər arasında balansı saxlamaqdır.
Dördüncü ekosistemlərdə, yəni sənaye-şəhər sistemlərində hadisə tamamilə başqa cür baş verir. Burada
yanacaq enerjisi Günəş enerjisini bütvölüklə əvəz edir, təbii ekosistemlərlə müqayisədə enerji axınının sərfi iki-
üç dəfə artıqdır. Adambaşına illik qidaya olan tələbat – 1 mln. kkal-a yaxındır. Əgər enerji sərfi əhalinin sayına
görə hesablanarsa, bu 10 dəfə yüksək olar (məs. ABŞ-da o, 86 dəfə çoxdur). Müxtəlif ölkələrdə enerji sərfi
müxtəlifdir. Varlı ölkələrlə inkişaf etməkdə olan ölkələrin müqayisəsində bu sərflərin fərqi xüsusilə böyükdür
(bir neçə on dəfələrlə, bəzən 100 dəfəyə qədər). Bu ölkələr elə bil ki, hələ birinci-ikinci tip ekosistemlər
mərhələsindədir, lakin inkişaf etmiş ölkələr bütün dörd mərhələni artıq keçmişlər.
9.2. Kənd təsərrüfatı ekosistemləri (aqroekosistemlər)
İnsan kənd təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə
özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir.
XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan gəlir və onları yedizdirmək,
130
geyindirmək və evlə təmin etmək lazımdır. 2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir.
Yaxın 20-25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min
ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur.
Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli
problem sayılır. Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin,
mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə
aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.
Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət
olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas
mənbəyidir. Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun əldə edilməsində
olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız heyvanlar və yosun əldə
edir.
Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi
ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir.
FAO-nun məlumatına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın torpaqlarından hər il 300 mln. tona
yaxın buğda, bir o qədər də düyü, 250 mln. ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış
(sorqo), darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. ton pomidor və soğan, 60
mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. ton ət, 400 mln. ton süd alınır.
Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü fotosintez edən bitkilər və heyvanlar 100 mln.
əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd təsərrüfatı inkişaf etdikcə torpaqların 10%-i insan tərəfindən
şumlanmış, gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu torpaqlar 5 milyard insanın yaşamasını
təmin edirdi.
Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə. 1-8 minilliklərdə) insanın biosferə
təsiri köçəri təsərrüfata nisbətən bir neçə qat yüksəlir. İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır.
Bitkilərin becərilməsi üçün torpağın hazırlanması üsulları və mal-qaranın saxlanma texnologiyası
təkmilləşdirilir. Ötən dövr ərzində baş verimş dəyişikliklər ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının
inkişafı çox vaxt geniş ərazilərdə ilkin bitki örtüyünün tamamilə məhv edilməsi ilə müşahidə olunurdu. Qida
üçün faydalı olan bitki növləri olan kiçik sahələr insanlar tərəfindən saxlanılır və bu növlər tədricən
mədəniləşdirilir və onların daimi yerdə becərilməsi təşkil olunur.
Kənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt isə faciəli təsir göstərir. Geniş
ərazilərdə meşələrin məhv edilməsi, mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi
tarixən formalaşmış ekosistemlərin birdəfəlik dağılmasına səbəb olmuşdur. Təbii biosenozların, ekosistemlərin,
landşaftların yerində aqrosferlər, aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir.
Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində dəyişilmiş bütün sahələrin məcmusunu əks
etdirən qlobal sistemdir.
Aqroekosistemlər – kənd təsərrüfatı fəaliyyəti prosesində insan tərəfindən dəyişdirilən ekosistemlərdir.
Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.
Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.
Aqrosenozlar – kənd təsərrüfatı istehsalı torpaqlarında kənd təsərrüfatı məhsulları əldə etmək məqsədilə
yaradılan biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşmalar olub,
ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir
(çeşidlər, cinslər).
Aqrar landşaft. Landşaftın (bozqır, tayqa, çəmən, meşə və s.) kənd təsərrüfatının təsiri ilə dəiyşilərək
formalaşan ekosistemlər aqrolandşaft adlanır.
XX əsrin əvvəllərinə qədər aqroekosistemlər kifayət qədər müxtəlif olmuşdur: xam torpaqlar, meşələr.
çoxsahəli oturaq təsərrüfatları olan rayonlar az dəyişikliyə məruz qalmışdır. Aqroekosistemlər öz ilkin
nümayəndələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bilavasitə ov və ev heyvanlarını yeməklə
dolayısı yolla qidalanmışlar. İlkin bitkilər – avtotroflar insanları bitki lifləri və meşə materialları ilə təmin
edirdi. İnsan bu ekosistemlərin əsas konsumenti sayılırdı, burada həmçinin çoxlu miqdarda vəhşi və ev
heyvanları böyük kütlə təşkil edirdi, insan tərəfindən istifadə olunan məhsullar tullantılara transformasiya
olunur, onlar isə redusentlər və ya destruktorlarla parçalanaraq və həzm edilərək sadə maddələrə (nitratlar,
fosfatlar, digər mineral birləşmələr) çevrilir, onlar isə fotosintez prosesində yenidən avtotroflar tərəfindən
istifadə olunur.
Torpaq və suyun özünütəmizləmə prosesi tam gedirdi və ekosistemdə maddələrin dövranı pozulmurdu.
131
İnsanın qidalanması zamanı maddələr mübadiləsi prosesində kimyəvi enerji şəklində aldığı günəş enerjisinin
axını (adambaşına sutkada 4000 kkal), insanın istilik (odun yandırması) və mexaniki (çəkici qüvvə) şəklində
təxminən istifadə etdiyi enerjinin miqdarına bərabər idi.
XIX əsrə kimi aqrar sivilizasiya prosesində bir vegetasiya dövrü ərzində ilkin konsumentlər tərəfindən
toplanan, həmçinin çox illər ərzində ağaclar tərəfindən akkumulyasiya olunan enerjidən istifadə olunurdu. Bir
insan tərəfindən istifadə olunan enerjinin ümumi miqdarı (22000 kkal/sutka), insanın neolit dövründə istifadə
etdiyi enerjidən cəmi iki dəfə (sutkada 10000 kkal-ə qədər) artıq təşkil edirdi.
Beləliklə, aqrar sivilizasiya təşəkkül tapdığı zaman insan ekosistemi yüksək səviyyəyə - homeostaza malik
idi. Ekosistemin antropogen dəyişməsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi və o,
biosferdə enerji axınını dəyişdirmirdi.
XX əsrdə kənd təsərrüfatı istehsalının artmasının təsiri nəticəsində Yerin biosferinin bərpa olunmaz qlobal
dəiyşməsi kəskin gücləndi. XX əsrin 70-90-cı illərində intensiv texnologiyanın (monokultura, yüksək məhsuldar
mühafizə olunmayan bitki çeşidləri, aqrokimyəvi maddələr) tətbiq olunması su və külək eroziyası, təkrar
şorlaşma, torpağın gücdən düşməsi, torpağın deqradasiyası, edafon və mezofaunanın kasatlaşması, meşəlik
faizinin azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur.
9.3. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası
Məlumdur ki, yer atmosferinin yuxarı qatının 1 sm
2
-a hər dəqiqə 2 kalori Günəş enerjisi düşür,
bu günəş sabiti və ya konstantı adlanır. İşıq enerjisinin bitkilər tərəfindən istifadə olunması nisbətən çox
deyildir. Günəş spektrinin yalnız FAR (dalğasının uzunluğu 380-710 nm, günəş radiasiyasının 21-46%-ni təşkil
edən fotosintetik aktiv radiasiya) adlanan kiçik hissəsi fotosintez prosesində iştirak edir. Təbii və
aqroekosistemlər fəaliyyət xüsusiyyətlərinə görə aşağıdakı fərqli xüsusiyyətlərə malikdir.
1. Müxtəlif istiqamətli seçmə. Təbii ekosistemlər üçün təbii seçmə xarakterikdir, bu onların əsaslı xassəsi
– davamlılığa yönəldir, qruplaşanın davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan çıxarır.
Aqroekosistemlər insan tərəfindən yaradılır və saxlanılır. Burada seçmənin başlıca istiqaməti süni üsul
olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdir.
İnsan tərəfindən mədəniləşdirilmiş bitki və heyvan növləri süni seçmə hesabına «təkamül» keçirir və
insanın köməyi olmadan onlar vəhşi növlərlə rəqabətə girmək qabiliyyətinə malik deyildir.
2. Təbii ekosistemlərdə fitosenozun ekoloji tərkibinin müxtəlifliyi ayrı-ayrı illərdə hava şəraitinin
tərəddüdü zamanı onun davamlığını təmin edir. Bir neçə bitki növünün məhv olması digər növlərin
məhsuldarlığının yüksəlməsinə şərait yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə fitosenoz
bütvölüklə məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur.
Tarla bitkilərinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi təzahür olunur.
Əlverişsiz faktorların aqrosenozun bütün bitkilərinə təsiri eyni cür olur. Əsas bitkinin böyümə və inkişafının
sıxılması (zəifləməsi) digər bitkilərin sürətlə inkişafı ilə kompensasiya oluna bilməz. Bunun nəticəsində
aqrosenozun məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır.
3. Müxtəlif fenoloji ritmə malik olan bitkilərin növ tərkibinin müxtəlifliyinin mövcudluğu bütün
vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyata keçirməyə,
istilik, rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməyə imkan yaradır.
Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya mövsümündən qısa olur. Təbii
fitosenozlarda müxtəlif bioloji ritmlərə malik olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında
maksimum biokütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin
ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır.
Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqrosenozlarda isə eyni vaxtda baş verməsi
məhsulvermə prosesi ritminin müxtəlif olmasına gətirib çıxarır.
4. Təbii və aqroekosistemlərin mühüm fərqi ekosistemlərin daxilində maddələr mübadiləsinin
kompensasiya (əvəz) olunma dərəcəsi hesab olunur. Təbii ekosistemlərdə maddələr dövranı (kimyəvi
elementlər) qapalı tsikllə, yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə daxil
olması orta hesabla tsikldən xaric olan maddələrin miqdarına bərabər olur, bu səbəbdən də tsikl daxilində hər
bloka daxil olan maddə, təxminən oradan çıxan maddəyə bərabər olur.
Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrosenozlarda maddələrin bir hissəsi
ekosistemdən birdəfəlik götürülür.
5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə insan tərəfindən idarə olunur.
Məqsədinə çatmaq üçün insan aqrosenozda təbii faktorların təsirini dəyişir və ya ona nəzarət edir, bitkinin
132
böyümə və inkişafına, xüsusilə qida məhsulvermə komponentlərə üstünlük verilir. Bununla əlaqədar əsas vəzifə
minimal enerji və maddə sərf etməklə məhsuldarlığın yüksəlməsinə şərait tapmaq, torpağın münbitliyini
artırmaqdır. Bu vəzifənin həlli aqrofitosenozlar tərəfindən təbii resurslardan daha tam istifadə etmək və
aqrosenozlarda kimyəvi elementlərin kompensasiya olunan tskillərini yaratmaqdır.
Resurslardan istifadə dolğunluğu sortun (çeşidin) genetik xüsusiyyətləri, vegetasiyanın uzunluğu, birgə
səpinlərdə komponentlərin müxtəlif cinsliliyi, səpinin yarusluğu və s. ilə müəyyən olunur.
Buna görə M.S.Sokolov və b. (1994) belə nəticəyə gəlir ki, aqrosistemlərin vəziyyətinə ən ciddi nəzarət
daha çox enerji sərfi tələb olunan qapalı sahədə yerinə yetirilə bilər. Bu qrupa yarımaçıq sistemlər aiddir, burada
xarici mühitlə (istixana, heyvandarlıq kompleksi) əlaqə olduqca məhdudlanır, temperatur, radiasiya, mineral və
üzvi maddələrin dövranı tənzimlənir və yüksək dərəcədə nəzarət olunur. Bu – idarəolunan
aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər – açıq sistemlərdir. İnsan tərəfindən effektiv nəzarət nə
qədər çox olarsa, onlar bir o qədər sadə olar.
Yarımaçıq və açıq sistemlərdə insanın səyi orqanizmlərin böyüməsinə optimum şəraiti təmin edir və onların
tərkibinə ciddi bioloji nəzarət olunur. Buradan aşağıdakı praktiki məsələlər meydana gəlir:
- birincisi, mümkün qədər arzu olunmayan növləri tam kənarlaşdırmaq;
- ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin seçilməsi;
- bütövlükdə qurumuş bitkilər və ölmüş fitofaqlarla birlikdə əvvəl udulmuş enerjinin ¾-ü ölü üzvi
maddələrin tərkibində saxlanır, ¼-dən bir qədər çoxu isə tənəffüs zamanı istilik şəklində ekosistemdən kənar
edilir.
Ekosistemin biokütlə istehsal etmək qabiliyyəti sayəsində insan özünə zəruri olan qida və bir çox texniki
resursları əldə edir. Qeyd edildiyi kimi, sayca artan bəşəriyyətin qida (ərzaq) ilə təmin edilməsi problemi –
başlıca olaraq aqroekosistemin (kənd təsərrüfatının) məhsuldarlığını yüksəltmək problemi hesab olunur.
Ekoloji sistemlərin insanın təsiri ilə əlaqədar dağılması və ya çirklənməsi bilavasitə enerji axınının
maddələrə daxil olmasının kəsilməsinə (dayanmasına), deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə
səbəb olur. Odur ki, bəşəriyyət qarşısında duran ilkin vəzifə – aqroekosistemin məhsuldarlığının aşağı
düşməsinin qarşısını almaqdır. Bu məsələ həll olunduqdan sonra ikinci mühüm vəzifənin – məhsuldarlığın
artırılması vəzifəsinin həlli mümkün ola bilər.
XX əsrin 90-cı illərində şumlanan torpaqların ilk illik məhsuldarlığı planetimizdə 8,7 mld. ton, enerji
ehtiyatı isə 14,7
⋅10
16
kC təşkil etmişdir.
Aqrosenozlarda tez-tez ayrı-ayrı növlərin hədsiz çoxalması baş verir. Bu hadisəni Ç.Elton «ekoloji
Dostları ilə paylaş: |