partlayış» adlandırır. Tarixən belə «ekoloji partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə fitoftor göbələyi
Fransada bütün kartof sahələrini məhv etmiş və aclığa səbəb olmuşdur. Kolorado böcəyi Amerikada Atlantik
okeanına qədər yayılmış, XX əsrin başlanğıcında Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın Avropa
hissəsinə keçmişdir. Müharibənin sonrakı ağır illərində bu böcək Rusiyanın bütün tarlalarını «boşaltmışdır».
Bu hadisənin qarşısını almaq üçün zərərvericilərin sayını süni yolla nizamlamaq tələb olunur. Lakin kənd
təsərrüfatı praktikasında bu yol bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələşdirilməsi
ekoloji baxımdan təhlükəlidir. Bunu nəzərə alaraq bütün təbii landşaftları aqrotəsərrüfat landşaftına çevirmək
olmaz, onun müxtəlifliyini qorumaq üçün toxunulmayan qoruq sahələri saxlanılmalıdır. Bu sahələr təbii
qruplaşmaların suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır.
133
Cədvəl 8.2
Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası
Təbii ekosistemlər Aqroekosistemlər
1 2
Biosferin gedişində formalaşmış ilkin
təbii elementar (sahə) vahidlər
Biosferin insan tərəfindən transforma-
siyaya uğramış süni sadə vahidləri
Populyasiyanın bir neçə növü üstünlük
təşkil edən bir çox heyvan və bitki
növlərindən ibarət mürəkkəb sistemlər
Bir bitki və ya heyvan növünün
üstünlük təşkil etdiyi sadələşmiş
sistemlər. Onlar davamlı olmaqla
biokütləsinin strukturu tezdəyişən
(davamsız) olur
Maddələr dövranında iştirak edən
orqanizmlərin məhsuldarlığı onların
uyğunlaşma xüsusiyyətləri ilə
müəyyən edilir
Məhsuldarlıq təsərrüfat fəaliyyətinin
səviyyəsindən və iqtisadi, texniki
imkanlardan asılı olaraq müəyyən edilir
İlkin məhsul heyvanat tərəfindən
istifadə olunur və maddələr
dövranında iştirak edir. «istifadə»,
«istehsal»la eyni vaxtda baş verir
Məhsul insanın tələbatını ödəmək üçün
və mal-qaraya yem kimi toplanır.
Müəyyən vaxt ərazidə canlı maddə sərf
edilməyərək toplanır. Ən yüksək
məhsuldarlıq qısa vaxt ərzində inkişaf
edir
9.4. Sənaye-şəhər ekosistemləri (landşaftı)
Şəhər və sənaye müəssisələri ekosistemləri antropogen ekosistemə aiddir. Şəhərlərin yaranması əsasən
urbanizasiya ilə bağlıdır.
Dünyada ilk şəhərlər Tibr çayı, sonralar isə Nil çayı boyu yaranmışdır. Bu şəhərlər birlikdə ticarətlə məşğul
olmaq və düşməndən qorunmaq məqsədilə yaranmışdır. Tarixən ilk milyon nəfər əhalisi olan şəhər Roma
olmuşdur (Yuliya-Sezar dövründə, b.e.ə. 44-10 illər). Hazırda dünyanın ən böyük şəhəri Tokio sayılır (27 mln.
nəfər).
Şəhərlərin böyüməsi insanları get-gedə təbiətdən uzaqlaşdırır. Orta əsrlərin şəhər əhalisi təbiətə yaxın
olmuşdur. Müasir şəhərlərin landşaftı dəyişdirilmiş – mədəni landşafta aid olub burada cəmiyyətin fəaliyyəti
nəticəsində yaranan elementlər təbii landşafta nisbətən üstünlük təşkil edir. Şəhər landşaftı çox vaxt
urbanizasiya landşaftı da adlandırılır.
Abadlaşdırılmış şəhərlərdə daş, beton, asfalt üstünlük təşkil edir və daima təbii elementlərin nisbi azalması
müşahidə olunur, bunun nəticəsində hava hövzəsinin vəziyyəti pisləşir.
Şəhərlərdə aşağıdakı fəaliyyət göstərən zonalar ayrılır: yaşayış, sənaye, kommunal-anbar, xarici nəqliyyat,
şəhərətrafı ərazi.
Yaşayış zonası və ya seliteb zona – yaşayış rayonları, ictimai mərkəzlər (inzibati, elmi, tədris, tibbi, idman
və s.) və ümumi istifadəli yaşıllıqlar üçün ayrılır.
Yaşayış zonası küləkdöyən tərəfdən (üstünlük təşkil edən küləklər), həmçinin zərərli maddələrin mənbəyi
olan sənaye və kənd təsərrüfatı sahələrindən çay axarı boyu (yuxarı) salınır.
Şəhərlərin canlı zona ərazisinin əsas struktur elementi mikrorayonlar sayılır. Mikrorayonların daxilində
yaşayış binalarından başqa ilkin xidməti idarələr və müəssisələr də yerləşdirilir. Mikrorayonların ərazisi magi-
stral yollar və yaşayış binaları ilə kəsişir.
Böyük və çox böyük şəhərlərdə əhalinin cəmləşməsi son illər çoxmərtəbəli evlərin tikilməsi və əhalinin
sıxlığının daha da artması ilə müşayiət olunur. Tikililərin sayının çoxalması xidməti müəssisələrin (o cümlədən
məktəb və uşaq müəssisələrinin) ərazisinin, həmçinin yaşıl ağaclıqların sahəsinin azalmasına səbəb olur, yaşayış
ərazilərinin düzgün fəaliyyətini pozur, bunun nəticəsində binaların yanında, yaşayış evlərində, mikrorayonların və
kvartalların daxilində səs-küyün səviyyəsi yüksəlir.
16 və daha yüksək mərtəbəli evlərdə yaşamaq xüsusilə böyük narahatlıq yaradır. Hazırda belə binalara Bakı
134
şəhərinin bütün rayonlarında tez-tez rast gəlinir və onların sayı artmaqda davam edir.
Yüksək binalar şəhərin nəqliyyat problemini daha da kəskinləşdirir. Belə ki, şəhərin mərkəzi hissəsində in-
zibati binaların sayı da artır, iş yerindən uzaqda yaşayan işçilərin iş yerinə gəlməsi də problem yaradır.
Gigiyena mütəxəssisləri, inşaatçılar, iqtisadçılar, sosiologiya və estetika sahəsinin mütəxəssislərinin birgə
səyi ilə gələcəkdə hazırladığı layihələr şəhərimizdə həyat tərzinin pisləşməsinə deyil, yaxşılaşmasına zəmin
yaratmalıdır.
Sənaye zonası. Bu zonanın ərazisində müxtəlif sahələrin sənaye obyektləri (metallurgiya, kimya,
maşınqayırma, elektron və s.) və onlarla əlaqəli digər obyektlər yerləşir. Bu əraziətraf mühiti çirkləndirən əsas
mənbə sayılır.
Sanitar – mühafizə zonasının ölçüsü 3000 m tələb edən sənaye müəssisələri şəhərdən və digər yaşayış
məntəqələrindən kənarda yerləşdirilməlidir.
Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış və yanğın qorxusu olan müəssisələr sənaye
rayonunun yaşayış zonasından uzaqda və digər müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir.
Sənaye rayonlarını rekonstruksiya etmək üçün aşağıdakılar nəzərə alınmalıdır: planlaşdırmanı qaydaya
salmaq üçün və tikinti aparılan rayonda saxlanılan müəssisələr və yeni tikiləcək istehsalat obyektlərinin
yerləşdirilməsi üçün ərazi ehtiyatlarının aşkar edilməsi; ərazi ehtiyatı olmayan kiçik və köhnəlmiş müəssisələr
və obyektlərin, həmçinin yaşayış ərazisinə, qonşu müəssisələrə və ətraf mühitə mənfi təsir göstərən müəssisə və
obyektlərin ləğv edilməsi; rayonda nəqliyyat əlaqələrini qaydaya salmaq, az fəaliyyətdə olan əsas magistrala
çıxan dəmir yollarının ləğv edilməsi; sənaye müəssisələrinin ətraf ərazisini abadlaşdırmaq və yaşıllaşdırmaq,
ictimai və şəxsi nəqliyyat üçün dayanacaqlar təşkil etmək.
Mühəndis kommunikasiyalarını iqtisadi baxımdan qənaətcil, faydalı həll etmək, yük, təmir, energetik,
nəqliyyat və digər təsərrüfat müəssisələrini ümumi qrup halında təşkil etmək məqsədilə hazırda sənaye
müəssisələrini kompleksləşdirmək meyli müşahidə olunur. Texnoloji prosesləri, xammal bazalarını, məhsul və
ya tullantıların qarşılıqlı utilizasiyasının birləşdirilməsi əsasında müəssisələrin birləşdirilməsi daha
məqsədəuyğun olardı. Sənaye müəssisələrinin ümumi ərazidə kompleks yerləşdirilməsi xüsusilə kimya
sənayesində inkişaf etmişdir.
Müəssisələrin qruplaşdırılmasında texnoloji əlamətlərlə yanaşı, bəzi səhiyyə göstəriciləri də nəzərə
alınmalıdır. Məsələn, bəzi kimyəvi müəssisələrin ərzaq (qida) məhsullarına təsiri nəzərə alınmalıdır. Aqressiv
qaz və toz ayıran müəssisələr, fəhlələr və onların istehsal etdiyi məhsulları zərərli təsirlərdən mühafizə etmək
üçün digər müəssisələrdən aralı olmalıdır.
Atmosferə zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-ayrı müəssisələr elə yerləşdirilməlidir ki,
hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin.
Səth sularını çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə birlikdə çayın axın
istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.
Atmosferə ayrılan tullantıların yayılması (səpələnməsi) prosesini yaxşılaşdırmaq üçün müəssisələrin daha
yüksək sahədə yerləşdirilməsi məqsədə uyğundur.
Sənaye tərəfindən çirklənmiş meydançalara malik olan müəssisələr, çirkləndiricilərin leysan yağışları ilə
yaşayış ərazilərinə axmasının qarşısını almaq üçün yaşayış yerləri müəssisələrə nisbətən hündür sahələrdə
salınmalıdır.
Səhiyyə – qoruyucu zonası sənaye və nəqliyyat obyektlərinin ətraf yaşayış yerlərinə mənfi təsirini azalt-
maq üçün müəyyənləşdirilir.
Səhiyyə-qoruyucu zonanın təşkili ətraf mühitin çirklənməsi ilə sanitar-texniki üsullarla mübarizəni istisna
etmir və təmizləyici qurğularla təchiz olunmuş obyektlər yerləşən rayonlarda təşkil olunur.
Səhiyyə-qoruyucu zonanın ərazisində və müəssisələr arasında mövcud yaşıllıqlar saxlanmalı və onların
sahəsi daha da artırılmalıdır. Səhiyyə-qoruyucu zonada və sənaye müəssisələri arasında qaza-toza dözümlü ağac
cinslərindən istifadə olunmalıdır. Abşeron şəraiti üçün onlardan narıncı maklüra, daryarpaq iydə, xırdayarpaq
qarağac, yapon saforası, yaşıl göyrüş, lələk, amerika ağcaqayını, kanada qovağı, şərq səlbi, oleandr, tobira pit-
tosporumu, yulğun və s. göstərmək olar.
Sənaye obyektlərinin yaşıllıqlarındakı meyvə-giləmeyvə ağac və kolların meyvə və giləmeyvələrindən
yalnız müəyyən təcrübələr apararaq ayrılan maddələrin bitkilərdə toplanmasını təyin etdikdən sonra istifadə
etmək olar. Belə ki, alüminium zavodunun tüstü atılan zonasında otarılan inəklərin südündə xeyli miqdarda
flüor aşkar edilmişdir.
Kommunal-anbarların yerləşdiyi zona – ticarət anbarlarının (ümumi, ixtisaslaşdırılmış və s.), tərəvəz,
kartof və meyvə anbarları; nəqliyyata xidmət edən (tramvay deposu, avtobus, trolleybus və taksimotor parkları,
135
tədarük maşınları parkı); məişət xidməti müəssisələri (camaşır fabriki, kimyəvi təmizləmə fabriki); təkrar
xammalın istifadəsi müəssisələri, maddi-texniki təchizat və s.
Kommunal-anbar zonası yaşayış ərazisindən aralı yerləşdirilir, imkan daxilində bu məqsədlə sənaye
müəssisələrinin səhiyyə-mühafizə ərazisindən istifadə olunur.
Xarici nəqliyyat zonası. Bu zona nəqliyyat qurğularının yerləşdirilməsinə xidmət edir (sərnişin və yük
stansiyaları, limanlar, gəmilərin yan alması üçün körpü və s.).
Meşə-park və yaşıllıq zonası. Bu zona müasir şəhərlərdə yaşıl ağaclıqların başlıca sanitar-gigiyena, re-
kreasiya, quruluş-planlaşdırma, bədii dekorativ, estetik funksiyları daşıyır.
Şəhər və digər yaşayış məntəqələrində ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəzedilməzdir.
Yaşıllıqlar havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli qazlardan və tozdan təmizləyir, havanın
rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, yayın qızğın vaxtlarında sərinlik
yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə və digər yaşayış
məntəqələrinin abadlaşdırılması və memar-bədii tərtibatının mühüm elementlərindən biri sayılır.
Yaşıl ağaclıqlar şəhər ərazisində mikroiqlimi yaxşılaşdırır, açıq havada istirahət üçün əlverişli şərait
yaradır, torpağın, binaların divarlarının, asfaltın hədsiz qızmasının qarşısını alır. Qızmar havada bağda
kölgəlikdə açıq sahəyə nisbətən temperatur 7-8
0
C aşağı olur. Yay günü küçədə havanın temperaturu 30
0
C-dən
yüksəkdirsə, mikrorayonun bağında termometr 22-24
0
C-ni göstərir. Belə bağda istirahət etmək nə qədər xoşdur.
Ağaclar geniş çətirləri ilə, tratuar boyu salınan kollar küçələrin mikroiqlimini yaxşılaşdırır. Bir çox bitkilər
fitonsid deyilən bioloji aktiv maddələr əmələ gətirir. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox
zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Şam, ardıc, qovaq,
cökə, tozağac, palıd, dəfnə, qaraçöhrə xəstəlik törədən virusları, mikrobları azvay (aloya), sarımsaq, soğan və
istiotdan da tez məhv edir.
Yaşıl yarpaqlar, çiçəkaçan bitkilərin gözəl ahəngdarlığı, onların ətri, yarpaqların sakitləşdirici xışıltısı in-
sanda xoş sakitlik hissi yaradır, əsəb gərginliyini aradan qaldıraraq onun əhvali-ruhiyyəsini yaxşılaşdırır.
1m
-2
qazondan saatda 200 qrama qədər su buxarlanır. Bu havanı xeyli rütubətləndirir. Yayın qızmar
günlərində qazonun yanındakı piyada yolda insanın boyu hündürlüyündəki havanın temperaturu asfalt
örtüyündə həmin hündürlükdəkinə nisbətən 2,5
0
C aşağı olur. Qazon külək tərəfindən gətirilən tozu özündə
saxlayır.
İsti yay günündə qızmış asfaltın və evlərin çardaqlarının dəmir örtüyündən isti havanın qalxan axını yaranır və
xırda toz hissəciklərini yuxarı qaldıraraq havada uzun müddət qalır. Şəhərin mərkəzində salınan köhnə parkın
üzərində isə yarpaqların səthi asfalta və dəmir örtüklərə nisbətən xeyli sərin olduğu üçün havanın enən axını əmələ
gəlir. Havanın enən axınını yarpaqlar özünə cəzb edir və toz yarpağın üstündə yığılır.
Yaşıl ağaclar havadakı karbon qazını udmaqla yanaşı, həm də atmosferi dəm qazından təmizləyərək onun
qatılığını təbii hala (0,00001%-ə) qədər endirir.
Beləliklə, yaşıl ağaclıqlar mikroiqlimi yaxşılaşdırır, istilik rejimini dəyişir, havanı rütubətləndirir və
təmizləyir, onu oksigenlə zənginləşdirir və xəstəlik törədici mikrobları məhv edərək insanlara xoş təsir
bağışlayır.
Keçmiş Sovetlər İttifaqının bir sıra şəhərlərində (Moskva, Minsk, Daşkənd, Donetsk, Novoçerkassk və b.)
yaşıllaşdırma istiqamətində böyük işlər görülmüşdür. Bu yaşıllıqlarda əsas rolu təbii landşaftlar oynayaraq, süni
yaşıllıqlarla gözəl ahəngdarlıq yaradılmışdır.
Bakı şəhərində, Abşeronda da gözəl tərtibatlı yaşıllıqlar salınmışdır. Onların demək olar ki, hamısı süni
yaradılan yaşıllıqlardır. Aşağıda onların təsviri verilir.
- Şəhər parkları. Bura aşağıdakılar daxildir:
.. Nizami parkı 1880-1890-cı illərdə Bakının Qaraşəhər deyilən hissəsində salınıb. Hazırda parkda 30
ədəddən artıq hələb şamı qeydə aldıq. Onlar parkın əsas sakinləri olub yaraşıqlı və möhtəşəm gövdələri ilə
seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini
yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının
diametri 52 sm-dir. Bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var.
.. Zabitlər parkı 1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir.
.. Dənizkənarı Milli park (bulvar) birinci hissəsi 1908-ci ildə Azneft meydanından Kukla teatrına kimi, II
hissə 1931-32-ci illərdə Kukla teatrından Hökumət evi istiqamətində, III hissəsi isə 1938-ci ildə Azneft
meydanından köhnə «İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya
edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir.
.. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı.
136
.. Zığ parkı, 1930-cu ildə 50 ha sahədə salınıb. Zeytun, eldar şamı, nar, sərv, əncir, püstə ağaclarından
istifadə edilmişdir.
- Şəhər bağları. Bura qubernator bağı (1850-1860-cı illər), Axundov bağı (1925), Malakan bağı (1900-
1910), dəmir yolu bağı (1880), Sabir, S.Vurğun, S.Qazıyeva, Montin, İliç, fontanlar və b. daxildir. Bu bağlar
vaxtaşırı rekonstruksiya olunaraq, yeni ağac və kollar əlavə edilmişdir.
- Səhiyyə-qoruyucu əhəmiyyətli meşə-parklar. Bu istiqamətdə işlər 1970-ci ildən sonra aparılmışdır. Bu-
ra Qaraşəhərlə 8-ci km arasında, Zığ zeytun plantasiyası, 8-ci km Bakıxanov qəsəbəsi – Qaraçuxur arasında
salınan yaşıllıqları aid etmək olar.
Bakı şəhərinin şimal hissəsində yerləşən Biləcəri yaşıllıqları, qanlı göl, badamdar, Şor göl və Şıxov
yaşıllıqları da meşə-park rolunu oynayır.
- Şəhərətrafı meşə parkları. Bura Ceyranbatan gölü ətrafındakı və aeroport yanındakı meşə-parklar daxil-
dir.
- Kurort meşə parkları. Bura Buzovna, Zaqulba və Bilgəhdə yerləşən 7 sağlamlıq ocaqları ərazisində
salınan yaşıllıqlar daxildir.
Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir.
Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu
miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və sənayenin digər sahələrinin ərazilərində
yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda, əsasən, Qara şəhərdə, Sumqayıtda və
Qaradağda yerləşir. Onların ətrafında və ərazilərində ilbəil salınan yaşıllıqlar demək olar ki, tamamilə məhv
olur. Belə ki, belə şəraitdə əkilən bitkilər havadan yerüstü orqanları ilə və torpaqdan aldığı zəhərli maddələr
tərəfindən məhv edilir. Odur ki, yaşıllıqlar salarkən sənaye obyektlərinin yanındakı çirklənmiş sahələrin
meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir.
Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq.
- Zığ parkı – dənizə yönələn alçaq təpəli relyeflə səciyyələnir və Əhmədli yaylası şimal tərəfdən əsən
küləkdən bu ərazini qoruyur. Burada salınan zeytun bağları çox gözəl nəticə verməsinə baxmayaraq, onlar hissə-
hissə məhv edilərək, yerində xüsusi tikintilər salınır.
- Şıxov parkı sahəsində dənizə yönələn özünəməxsus amfiteatr yaranır və şimal küləyindən qorunur.
Dənizdən əsən cənub küləyi zamanı hava yodla, mineral duzlarla zənginləşir ki, o da amfiteatrın ərazisində
(parkda) saxlanılır. Badamdar yaylası şəhərdən gələn səsin və şimal küləyinin qabağını alır, eyni zamanda
şəhərdən gələn sənaye çirkləndiricilri, parka daxil olmasının qarşısını alır. Ərazinin yaşıllaşdırılması başa
çatdıqda Şıxov parkı Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı və Bayıl yamaclarının
yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə
əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.
Bayıl yamacları və «Dostluq» parkı yaşıllıqlarında əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən
istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-45
0
) cənub cəhətində süxur
qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu
4-5 m, diametri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının
yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə və efemerlərə təsadüf olunur.
Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə də təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir.
Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır. Bu isə torpaq qatının yuyulmasına və
qayalığın səthə çıxmasına səbəb olmuşdur.
- Şəhriyar parkı (köhnə Dzerjinski) şəhərin sıx əhali yerləşən massivində idman qurğuları kompleksi
ərazisində salınmışdır. Əhalinin ən çox gəzinti və istirahət yeri hesab olunur. Parkda eldar şamı üstünlük təşkil
edir. Böyük qruplarda zeytun ağacları yaxşı nəticə vermişdir, lakin onlar suvarılmadığı üçün bir qədər solğun,
sıxıntılı görünür. Sərv və şam ağacları suvarılmasa da, alçaq boylu olmasına baxmayaraq, öz görkəmini saxlayır.
Aylant və yapon saforası ağacları görkəmsiz olmaları ilə yanaşı, həm də qurumağa doğru gedir. Şam ağacları
altında pittosporum kolları olduqda cazibədar görünür. Bağın aşağı girəcəyində fəvvarənin yanında yoğunluğu
70 sm olan geniş çətirli daş palıd ağacı bağa yaraşıq verir. Onun yaxınlığında bağın mikroçökək hissəsində lələk
və aylant ağacları quruyur, iydə və yulğun kolları isə yaraşıqlı görünür. Burada bir kökdən qoşa duran boyu 13-
14 m, diametrləri 24-28 sm olan ekvaliptlər öz gözəllikləri ilə seçilir. Stadiondan Çaparidze heykəlinə doğru
Azadlıq prospektinə qədər parkda yalançı sabun ağacı, lələk, qarağac üstünlük təşkil edir, tut və maklüra
ağacları da çox əkilmişdir. Lakin bu ağacların heç biri özünü doğrultmur, onlar suvarılmadıqda solğun görünür,
göbələk xəstəliyinə tutulduğundan ağacların qurumaqları müşahidə olunur. Sonralar sərv ağacları müdaxilə
edildiyindən xiyabanın görkəmində canlanma görünür.
137
Azadlıq prospektindən Semaşko xəstəxanasına doğru 50 m enində xiyaban eldar şamı, zeytun, sərv
ağaclarından ibarət olub çox yaraşıqlı görünür. Xiyabanda tut, maklüra, lələk olan sahələrdə ağacların quruması
və seyrəlməsi müşahidə olunur.
Bütün bunlar göstərir ki, Şəhriyar parkında və ondan ayrılan xiyabanda tədricən rekonstruksiya işləri apara-
raq, əsasən həmişəyaşıl ağac növlərindən (şam, sərv, zeytun, daş palıd, evkalipt, yapon əzgili, sidr və s.) istifadə
edilməlidir.
- Ceyranbatan gölü ətrafında 1954-cü ildən başlayaraq 300 ha-dan artıq sahədə qoruyucu meşələr
salınmışdır. Apardığımız tədqiqat işləri göstərdi ki, bu məqsədlə əsasən eldar şamı, yaşıl göyrüş, şabalıdyarpaq
palıd və sərvdən istifadə olunmuşdur. Həmçinin lələk, tut, gilənar, zeytun, ağcaqayın, mantar palıdı, ərik,
qarağac, badam, saqqızağac, qovaq, ağ akasiya, yulğun, birgöz, naz, nar, şaftalıdan istifadə edilmişdir. Qeyd
edək ki, çox vaxt ağacların qarışdırılmasında onların bioloji xüsusiyyətləri nəzərə alınmamışdır. Son illər su-
varma aparılmadığından ağacların çoxunda quruma müşahidə olunur. Bu baxımdan eldar şamı, sərv, palıd,
saqqız, naz daha dözümlüdür.
- Qanlıgöl meşə parkı, gölün şimal və şimal-qərb hissəsində salınmışdır. Lakin hazırda bu yaşıllıqlar hissə-
hissə qırılıb yerində tikinti işləri aparılır. Burada ilboyu yaşıllığın mal-qaraya otarılması nəticəsində ağaclar
məhv olmağa doğru gedir.
- Neftayırma zavodu (NBNZ) ilə 8-ci kilometr qəsəbəsi arasında yaşıllıq Əhmədli yaylasının yaşıllıqları
ilə geniş massiv yaradır. Bu böyük yaşıllıq massivi böyük səhiyyə-gigiyena əhəmiyyəti daşıyır. 8-ci kilometr
yaşayış massivini, Qara şəhəri bir neçə neftayırma və neft-kimya zavodlarının zərərli təsirindən qoruyur.
Hazırda bu böyük yaşıllıq massivi demək olar ki, başlı-başına buraxılıb, onun çox hissəsində suvarma
aparılmadığından ağaclarda quruma müşahidə olunur. Suvarmanın aparılmaması nəticəsində ən çox qovaq, to-
pulqa, akasiya, ərkivan ağacları quruyub sıradan çıxır, göyrüş, itburnu, zeytun, qarağac, birgöz, oleandr da su-
suzluqdan solur, tədricən onlarda quruma müşahidə olunur. Safora və zeytun qurumasa da yarpaqları xırdalaşır,
bürüşür və görkəmini itirir. Eldar şamı və sərv bütün ağac növlərindən daha dözümlü olduğunu göstərir və
suvarılma dayandırıldıqda belə, öz həyatiliyini saxlayır. Qeyd edək ki, bu yaşıllıqlar da hissə-hissə məhv edilir
və yerində müxtəlif tikintilər salınır.
- Qaraçuxur qəsəbəsi rayonunda meşə-park 8-ci km qəsəbəsindəki yaşıllıqlarla birləşərək Bakı şəhərinə
geniş panorama yaradır. Lakin bu yaşıllıqlar da hissə-hissə məhv edilərək, yerində müxtəlif tikinti işləri aparılır
və sahəsi get-gedə azalır.
Dostları ilə paylaş: |