QƏRİb məMMƏdov, mahmud xəLİlov


 Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə17/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri 

Atmosfer, hidrosfer və o cümlədən planetin biosferinə daxil olan qatlarında gedən proseslərdə maddələrin 

dəfələrlə (təkrarən) iştirakı elementlərin dövranı adlanır. Oksigen, karbon, azot, kükürd və fosforun dövranı xü-

susilə böyük əhəmiyyət kəsb edir.  

 

Oksigenin dövranı 

Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndi-

rir. Oksigenin dövranının  əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı  sərbəst oksigenin əmələ 

gəlməsi, bütün canlı orqanizmlərin  tənəffüsü üçün  oksigendən  istifadə edilməsi,  üzvi qalıqların və qeyri-üzvi 

maddələrin  (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bun-

lar karbon qazı, su kimi oksidləşmiş birləşmələrin  əmələ  gəlməsinə  və onların fotosintetik çevrilmələrin yeni 

tsiklinə cəlb edilməsinə səbəb olur. 

Oksigenin dövranında canlı maddənin aktiv geokimyəvi fəaliyyəti  aydın təzahür olunur, bu canlı maddənin 

tsikl prosesində aparıcı roludur. İl  ərzində sintez olunan üzvi maddələrin kütləsinə  əsaslanaraq (15% tənəffüs 

prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, planetin yaşıl bitki örtüyünün illik oksigen 

məhsulunun miqdarı 300x10

9

 ton təşkil edir. Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda yerləşən 



bitki örtüyü tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən orqanizmləri tərəfindən ayrılır, sərbəst oksi-

gen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll olunmuş vəziyyətdə mövcuddur. Dünya okeanı suları-

nın həcmi cəmi 137x10

19

 litrə bərabərdir, 1 litr suda isə 2-dən 8 sm



oksigen həll olunur. Deməli, Dünya okeanı 

sularında 2,7-dən 10,9x10

12

 ton həll olunmuş oksigen vardır.  



 

 

100


 

 

Øÿêèë 6.6. Áèîñôåð, ùèäðîñôåð âÿ ëèòîñôåð àðàñûíäà îêñèýåí, 

êàðáîí ãàçû, ñó áóõàðû ìöáàäèëÿñèíèí ñõåìè.  

(Ìÿììÿäîâ, Ñóðàâåýèíà, 2000) 

 

Oksigen yanma prosesi və antropogen fəaliyyətin digər növləri üçün istifadə edilir. Bəşəriyyətin 1980-ci ilə 



qədər olan tarixində dünyada 84 mlrd. ton daş kömür, 30 mlrd. ton neft və 7,3 trln. m3 təbii qaz yanacağından 

istifadə olunmuşdur. Bu qədər yanacağın yandırılmasına 273 milyard ton oksigen sərf edilmişdir, bunun nəticə-

sində 322 milyard ton karbon qazı əmələ gəlmişdir. Göstərilən yanacağın 90%-ə qədəri son 40-60 ildə yandırıl-

mışdır. 


Bura insan, heyvan, bitkilərin tənəffüsünə, mikroorqanizmlərin oksidləşmə reaksiyalarına sərf olunan oksi-

geni əlavə etmək lazımdır.  

 

Karbonun dövranı 

Məlum olduğu kimi karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri sayılır. Bu aşağıdakılarla bağ-

lıdır: 

a) Həyatın demək olar ki, bütün formaları karbon birləşmələrindən ibarətdir. 

b) Biosferdə karbon birləşmələrinin oksidləşməsi və reduksiyası reaksiyaları yalnız karbonun deyil, həmçi-

nin oksigenin və bir çox digər elementlərin qlobal yayılmasına və balansına səbəb olur; 



ç) Karbon atomlarının zəncir və həlqə yaratma qabiliyyəti üzvi birləşmələrin müxtəlifliyini təmin edir; 

 


 

101


 

 

Øÿêèë 6.7. Êàðáîí èêè îêñèäèí äþâðàíû. Ðÿãÿìëÿð áèîñôåðèí ÿñàñ ùèññÿëÿðèíäÿ 

âÿ îíëàðûí àõûíëàðäà (îõëàðëà) ÑÎ2-íèí (ìëðä. òîí) ìèãäàðûíû ýþñòÿðèð. 

c) tərkibində karbon olan qazlar – karbon qazı (CO

2

) və metan (CH



4

) – antropogen parnik effektində müəy-

yən rol oynayır.  

Karbonun əsas ekosfer ehtiyatları hidrosfer, litosfer və atmosferdə yerləşir. Onlar arasında intensivliyi ildə 

on milyard tonlarla aktiv karbon mübadiləsi gedir. Bu mübadilədə okean karbonun əsas uducusu hesab olunur, 

bu qurudan çay axınları ilə üzvi maddələrin destruksiyası, həm də atmosferdən – bütün canlı orqanizm komp-

leksinin (biotanın) tənəffüsü nəticəsində daxil olur. Biosferdə mühüm proseslər – qeyri-üzvi maddələrdən gü-

nəş enerjisinin iştirakı ilə (fotosintez) üzvi maddələrin formalaşması, biotanın (biosenozun) aerob və anaerob 

proseslərin fəaliyyəti və üzvi maddələrin destruksiyasından üzvi maddələrin sərf olunması prosesləri gedir. 

Biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif for-

malarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərdə örtülür 

və beləliklə, ekosferdən kənara çıxır, bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. 

Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticə-

sində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi mad-

dələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da onun miqdarı 

durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Bu məsələ haqqında «Atmosfer» bölməsində ətraf-

lı  məlumat verilir. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin 

əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikro-

orqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına 

çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində  də belə başa çatır. Bitkilərdə fiksasiya 

olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tə-

nəffüs zamanı onu karbon qazı şəklində ayırır. Hidrosferdə karbonun dövranı kontinentə (quruya) nisbətən xeyli 

mürəkkəbdir, belə ki, karbon qaz formasında bu elementin yaşı həm atmosferdən, həm də alt qatlardın suyun üst qatı-

na daxil olan oksigendən asılıdır, quru və Dünya okeanı arasında karbonun daim miqrasiyası gedir. Bu elementin kar-

bonat və üzvi birləşmələr formasında qurudan dənizə gətirilməsi üstünlük təşkil edir. Dünya okeanından karbonun 

quruya daxil olması olduqca az miqdarda, yalnız karbon qazı şəklində atmosferə diffuziya olunaraq hava axınları va-

sitəsilə gedir. 

 

Azotun dövranı 

Azot həyatın hakim (açar) inqrediyenti sayılır, çünki bu element bütün zülal birləşmələrin vacib komponentidir. 

Azot birləşmələrinin böyük ehtiyatı litosferdə yerləşir. Qalan ehtiyatı isə kimyəvi cəhətdən az aktiv qaz şəklində at-

mosferin 79% -ni təşkil edir. Biosfer və hidrosferdə azotun yerüstü biokütlədə  və torpaqda kütləsinin orta nisbəti 

C:N=160:15 təşkil edir. 



 

102


Azotun ehtiyatının biosfer və hidrosferdə nisbətən az olmasına baxmayaraq, bu aktiv element geosferlər arasın-

da tez mübadilə edir. Azot tsiklinin kimyəvi şəkli olduqca mürəkkəb və müxtəlifdir, çünki azot hava, su və torpağa 

müxtəlif kimyəvi formalarda daxil olur və həm də şəklini dəyişir. 

 

 



Şəkil 6.8. Təbiətdə azotun dövranı: azot molekulunun kimyəvi çevrilmələri 

Azot birləşmələrinin dövranında azot toplayan, nitrifikatorlar, denitrifikatorlar mikroorqanizmləri olduqca 

böyük rol oynayır. Yerdə qalan orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu assimilyasi-

ya etdikdən sonra təsir göstərir. Fır-fır və yaşıl fotosintez bakteriyaları, müxtəlif torpaq bakteriyaları da azot top-

layır. 

 

Biosferdə havadan il ərzində orta hesabla 140-700  mq/m



3

 azot fiksasiya olunur (toplanır). Bunu əsasən bio-

loji fiksasiya təşkil edir, yalnız azotun az miqdarı (35mq/m

3

) elektrik boşalmaları və fotokimyəvi proseslər nəti-



cəsində toplanır. 

Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan çirklənmiş göllərdə baş verir. 

Atmosferdə və biosferin çöküntü qabığında olan külli miqdarda azot ehtiyatının dövranında yalnız quru və okea-

nın canlı orqanizmləri tərəfindən mənimsənilərək toplanan (fiksasiya olunan) azot iştirak edir. Azotun mübadilə fon-

du kateqoriyasına aşağıdakılar daxildir: biokütlənin azotu, bakteriya və canlı orqanizmlərin bioloji azot fiksasiyası, 

yuvenil (vulkanogen) azot, atmosfer (şimşək zamanı toplanan) azotu  və texnogen azot. 

İnsan fəaliyyəti olmayan geniş massivlərdə bitkilər ona lazım olan azotu kənardan torpağa gətirilən (yağışla-

nitratlar, havadan-amonyak), torpağa  qaytarılan  (heyvan, bitki qalıqları, heyvan eks krementləri) azotdan,  həmçi-

nin  müxtəlif  azot  toplayan orqanizmlərdən alır. 

Biosferdə azot və kül elementlərinin  ən çox miqdarı meşə bitkisində olur. Bütün bitki tiplərində kül ele-

mentlərinin miqdarı azot kütləsindən 2-3 dəfə artıq təşkil edir. Tundra bitkiliyi bu baxımdan müstəsnalıq təşkil 

edir, burada azot və kül elementlərinin miqdarı təxminən eyni olur. İl ərzində ən çox dövriyyədə olan elementlə-

rin miqdarı (yaxud bioloji dövranın həcmi) – rütubətli tropik meşələrdə, sonra qaratorpaq bozqırlarında və müla-

yim qurşağın enliyarpaqlı meşələrində (palıdlıqlarda) olur. Azot dövranının mühüm antropogen axını azot güb-

rələrinin istifadəsi ilə  əlaqədardır. Aqrosistemlərə verilən azotun təxminən 50%-i kənd təsərrüfatı bitkilərinin 

tərkibinə daxil olur, onun da yarısı tarladan məhsulla birlikdə yığılır, digər yarısı isə torpağın üzvi maddələrində 

qalır. Beləliklə, müasir əkinçilik azot axınının ümumi istiqamətini dəyişmişdir, bu axın, yəni atmosferdən torpa-

ğa deyil, əksinə gedir. Əhalinin artması və bununla əlaqəli zülal qidasına olan tələbatın yüksəlməsi azot gübrə-

sindən istifadəni və azotun dövranını intensivləşdirmişdir. 

Bu isə ətraf mühitin çirklənməsinə, o cümlədən su hövzələrində evtrofikasiya prosesinin güclənməsinə sə-

bəb olmuşdur. Azot axınının antropogen intensivləşməsinin digər amili energetika hesab olunur, belə ki, daş 

kömür, neft və onun məhsullarının, şistlərin, torpağın və s. yandırılması atmosferə amonyakı və azot oksidlə-

rinin emissiyasını artırmışdır. Azot oksidləri və amonyak öz növbəsində ətraf mühitin asidifikasiya prosesin-

də həlledici rol oynayır. Azot axınının antropogen intensivləşməsinin ətraf mühitə neqativ nəticələri müvafiq 

fəsillərdə (atmosfer, su, torpaq) geniş izah olunur. 


 

103


 

Kükürdün dövranı 

Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal 

dövranı müxtəlifliyi ilə fərqlənərək  biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif kom-

ponentlərin iştirakı ilə gedir.  

Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli in-

san fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı 

kükürd oksidinin  (SO

2

)



 

atmosferə antropogen təsirinin nəticəsidir.  

Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas ro-

lu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinli-

yində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. 

Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çö-

küntü  əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və 

onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir. 

Kükürdün tsiklinin (dövranının) antropogen pozulması ekosistemin asidifikasiyası, stratosfer və troposferdə 

ozonun vəziyyəti, iqlimin dəyişməsi kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir. 



 

Fosforun dövranı 

Fosfor bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün ən mühüm kimyəvi elementlərdən biri sa-

yılır.  

Fosforun əsas rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və su hövzələrində gətirmələrin çökün-

tüləridir. Fosforun qazşəkilli formaları praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Li-

tosferdə fosforun əksər hissəsi kristal süxurlar olub apatitlərin tərkibində olur. (95%) İlk dəfə olaraq quruda fos-

forun demək olar ki, hamısı apatitlərin aşınması nəticəsində əmələ gəlmişdir. Çökmə çöküntülər törəmə xarakter 

daşıyıb-fosforitlərdən ibarətdir və bütün dünyanın fosfor ehtiyatının 80%-i qədərdir. Torpaq və bitki örtüyündə 

karbon və fosforun konsentrasiyasının orta nisbəti: C:P-750:1-ə  bərabərdir.fosforun biokimyası digər biogen 

elementlərdən (karbon, oksigen, azot, kükürd) fərqlənir, bu onun qaz formasında olmamasilə əlaqədardır. Bu, 

fosforun yamac boyu ağırlıq qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır. Beləliklə, bu elementin 

çaylarla göl, su anbarları və dənizlərə axını baş verərək orada toplanır. Əks istiqamətdə fosforun axını olmur, bu 

isə quru ekosistemlərinin (o cümlədən aqroekosistemlərin) fosforla kasadlaşmasına və bununla əlaqədar onların 

bioloji məhsuldarlığının aşağı düşməsinə səbəb olur. 

 

 

 



 

104


 

 

Şəkil 6.9. Təbiətdə azotun dövranı:canlı varlıqların kimyəvi çevrilmələrdə iştirakı 

(Məmmədov, Suravegina, 2000) 

 


 

105


 

Øÿêèë 6.10. Êöêöðäöí äþâðàíû (Ðåéìåðñ, 1990) 

 

 Antrorogen fəaliyyət nəticəsində eroziya prosesinin güclənməsi,fosfor gübrələrinin yuyulub aparılması, çir-

kab sularının axıdılması dünyada fosfor axınlarının intensivliyini artırır. Bu isə su hövzələrinin evtrofikasiyası-

nın güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. tona yaxındır. Yer qabığında 

fosforun miqdarı 0,093% təşkil edir.  

Bu azotun miqdarından bir neçə dəfə çoxdur, lakin azotdan fərqli olaraq fosfor Yer qabığının əsas elementi 

sayılmır, lakin onun geokimyəvi tsiklinə Yer qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv bi-

oloji dövranı və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. Onun üzvi birləşmələri bütün bit-

ki və heyvanların həyat fəaliyyətində mühüm rol oynayır, nuklein turşularının, mürəkkəb zülalların, fosfolipid-

lərin membranının (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin əsasını təşkil edir. Fosfor canlı mad-

dələrdə toplanır, burada onun miqdarı Yer qabığından təxminən 10 dəfə çoxdur. Qurunun səthində «torpaq-bit-

ki-heyvan-torpaq» sistemində fosforun intensiv dövranı gedir. Fosforun mineral birləşmələri çətin həll olur və 

onun tərkibindəki fosfor elementi bitkilər tərəfindən demək olar ki, mənimsənilə bilmir; bitkilər  əksərən üzvi 

qalıqların parçalanması zamanı əmələ gələn fosforun asan həll olunan formalarından istifadə edir. Fosforun döv-

ranı «Quru-Dünya okeanı» sistemində gedir.  

Onun  əsasını çay axınları ilə fosfatların aparılması, onların kalsiumla qarşılıqlı  təsiri, fosforitlərin  əmələ 

gəlməsi, vaxtı gələndə yataqlarının səthə çıxması və yenidən miqrasiya proseslərinə daxil olması təşkil edir.  

 

 



 

106


 

Øÿêèë 6.11. Ôîñôîðóí äþâðàíû (Ðåéìåðñ, 1990) 

 

İnsan  öz təsərrüfat fəaliyyətini təbii proseslərin dövriliyini nəzərə alaraq planlaşdırmalıdır, xüsusilə onu 



əkinçilik, otlaq heyvandarlığı, su təchizatı və naviqasiyada (gəmiçilikdə) dəqiq nəzərə almaq lazımdır. Şumla-

ma, mineral gübrələrdən istifadə, neft və ağır metallarla çirklənmə torpaq faunasını olduqca kasadlaşdırır. Bu 

zaman normal qida zəncirlərinin həlqələri və biokimyəvi tsikllər pozulur, hətta tamamilə sıradan çıxır. 

Məlum olduğu kimi Biosferə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi, 

əsasən aşınma gedən qabıq (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. 

Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 

Aşağıdakı fəsillərdə biosferin təbii ekosistemlərinin təsnifatı, onun ayrı-ayrı hissələrinin (atmosfer, hidrosfer, li-

tosfer) geniş xarakteristikası, müasir vəziyyəti, antropogen faktorların təsiri nəticəsində dəyişməsi (pozulması) və 

onların yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər təklif olunur. 


 

107


VII FƏSİL 

 

LANDŞAFT ƏSASINDA BİOSFERİN 

TƏBİİ EKOSİSTEMLƏRİNİN TƏSNİFATI 

 

Biosferin təbii sistemlərinin təsnifatı landşaft istiqamətində yanaşmağa əsaslanır, belə ki, ekosistemlər Ye-



rin coğrafi (landşaft) örtüyünü (təbəqəsini) əmələ gətirən təbii coğrafi landşaftların ayrılmaz hissəsidir. Biogeo-

senozlar (ekosistemlər) Yer səthində biosferin əsasını  təşkil edən biosferi əmələ  gətirir, V.İ.Vernadski onu 



«həyat təbəqəsi», V.N.Sukaçov isə «biogeosenotik örtük» adlandırmışdır.  

Landşaft (coğrafi landşaft) – təbii coğrafi kompleks olub burada bütün əsas komponentlər (litosferin üst 

horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədədir və inkişaf səviyyəsinə görə eyni-

cinsli vahid sistem əmələ gətirir.  

Ekologiyada landşaft baxımından yanaşma hər şeydən öncə təbiətdən istifadə məqsədilə böyük əhəmiyyət 

kəsb edir. Mənşəyinə görə iki əsas landşaft tipi ayrılır – təbii və antropogen. 



Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakı təbii landşaftlar ayrılır:  

Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara ma-

lik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası 

məzsusdur.  

Elementar landşaft    (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki 

assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə 

ayrılır.  Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır. Maddələr və enerji 

atmosferdən daxil olur. Elementlərin aparılması prosesi həm səthi su axımları ilə  həll olmuş  şəkildə, həm də 

sülb maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir.  

Subakval landşaft – relyefin mənfi formalarında yaranır. Burada ellüvial və superakval landşaftlardan 

maddələrin toplanması prosesi üstünlük təşkil edir.  



Superakval landşaft – ellüvial və superakval landşaftlar arası  vəziyyət daşıyır. Burada həm maddələrin 

daxil olması (xaricdən və ellüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması baş verir.  



Mühafizə olunan landşaft – burada müəyyən təyin olunmuş qaydada təsərrüfat fəaliyyətinin hamısı və ya 

ayrı-ayrı növləri qadağan olunur.  

Hazırda quruda antropogen landşaftlar üstünlük təşkil edir.  

Antropogen landşaft – bu landşaft tipində insan fəaliyyətinin təsiri nəticəsində ilkin təbii landşaft 

dəyişərək təbii komponentlərin əlaqələri pozulmuşdur. Bura aşağıdakı landşaftlar daxildir: 



- aqrokultur (kənd təsərrüfatı) landşaftı – kənd təsərrüfatı əkin və səpinləri (sahələri) və bağlar bura dax-

ildir.  


- texnogen landşaft – insanın texnogen fəaliyyəti (güclü texniki vasitələrdən istifadə) nəticəsində torpaq pozulmuş, 

sənaye tullantıları ilə çirklənmişdir, iri sənaye komplekslərinin mühitə təsiri nəticəsində əmələ gələn sənaye landşaftı da 

bura aiddir.  

- şəhər (urbanizasiya) landşaftı – tikintilər, küçələr, parklar və s. bura daxildir.  

Cədvəl 6.3.  

Yer kürəsi ekosistemlərinin ilkin bioloji məhsuldarlığı 

(R.X.Uittekerə görə, 1980) 


 

108


Yerin coğrafi (landşaft) təbəqəsinin sərhədləri biosferin sərhədləri ilə uyğun gəlir. Lakin coğrafi təbəqəyə həyat 

olmayan sahə  də daxil olduğu üçün şərti olaraq biosferi coğrafi təbəqənin tərkibində olmasını  qəbul etmək olar. 

Faktiki olaraq bu əlaqəli birlikdir. Təbii ekosistem tiplərinin landşaft yanaşma baxımından ayrılması bunu təsdiq edir. 

R.X.Uittekerə görə Yer kürəsindəki ekosistemlərin məhsuldarlığının qiymətləndirilməsində istifadə olunan təsnifat 

buna misal ola bilər (cədvəl 6.3.). 

Landşaft təbəqəsi, həmçinin biosferin əsas (baş) enerji mənbəyi – Günəş radiasiyasıdır.  

6.3. saylı  cədvəldən göründüyü kimi biosferin məhsuldarlığı müxtəlif təbii ekosistemlərin (eyni zamanda 

landşaftların enerjisi) məhsuldarlığının cəmindən ibarətdir.  

Lakin günəş enerjisi bu məhsuldarlığı təmin edərək Yer səthinə çatan bütün enerjinin yalnız 2-3%-ni təşkil 

edir. Enerjinin qalanı onun fiziki-kimyəvi parçalanmasında (töküntü və b.) aktiv iştirakını  nəzərə almasaq, 

abiotik mühitə sərf olunur. Ancaq abiotik faktorlar biotik faktorlarla birlikdə orqanizmlərin təkamül inkişafını 

və ekosistemin homeostazını  təyin edir. Bitki örtüyü və heyvanat aləmi də öz növbəsində güclü təbii 

komponentlər kimi ətraf mühitə təsir göstərə bilir və müəyyən mikromühit (mikroiqlim) yaradır. Bütün bunlar 

canlı təbiətin, bütövlüklə landşaftın vahid enerji sahəsində mövcudluğunu təsdiq edir (cədvəl 6.3.). Cədvəldən 

göründüyü kimi müxtəlfi ekosistem tiplərinin məhsuldarlığı eyni olmayıb planetdə tutduğu ərazinin ölçüsü də 

müxtəlifdir. Məhsuldarlığın müxtəlifliyi iqlim zonallığı, mühitin xarakterindən (quru, su), ekoloji faktorların 

lokal qaydada təsiri və s. ilə bağlıdır. Y.Odum biosferin təbii ekosistemlərinin aşağıdakı  təsnifatını  təklif 

etmişdir.  



 

109


1. Yerüstü biomlar (ekosistemlər) 

- Arktika və alp tundrası 

- Boreal iynəyarpaqlı meşələr 

- Mülayim qurşağın bozqırları (çölləri, stepləri) 

- Tropik bozqırlar və savannalar  

- Çaparral – qışı yağışlı, yayı quraqlıq keçən rayonlar 

- Səhralar: otlu və kollu  

-Yarımhəmişəyaşıl tropik meşə (yağışlı və quraq mövsümləri aydın təzahür olunan) 

- Həmişəyaşıl tropik yağışlı meşələr 

2. Şirinsulu ekosistem tipləri  

- Lentik (durğun sular) ekosistemlər: göllər, nohurlar və s.  

- Bataqlaşmış sahələr: bataqlıqlar, bataqlıq meşələri 

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin