təşkilində aşağıdakı faktorlar nəzərə alınmalıdır:
- insanın fərdi irsi xüsusiyyətləri (morfofunksional tipi, yüksək əsəb fəaliyyəti tipi, vegetativ əsəb
nizamlanmasında üstünlük təşkil edən mexanizm və s.);
- insanın həyatında təbii-ekoloji və sosial-ekoloji mühit şəraiti (ailə-məişət və peşəkarlıq fəaliyyətində
konkret həyat şəraiti);
- insanın yaş və cinsi mənsubiyyəti və sosial-iqtisadi həyat şəraiti (ailə vəziyyəti, peşəsi, ənənə, əmək və
məişət şəraiti, maddi təminatı və s.).
Sağlam həyat tərzinə aşağıdakı faktorlar daxil edilməlidir:
- optimal hərəkət rejimi;
- immunitet və möhkəmlik təlimi;
- psixi-fizioloji tənzimlənmə;
- psixo-seksual və cinsi mədəniyyət;
- həyatın səmərəli rejimi;
Sağlam həyat tərzi aşağıdakı məsələlərin həll olunmasını təmin edir:
- risk faktorlarının təsirini və xəstəliyi azaldır və ya aradan qaldırır, bunun nəticəsində müalicəyə sərf olu-
nacaq xərci azaldır;
- insan həyatının sağlamlığına və ömrünün uzun olmasına səbəb olur;
- ailədə yaxşı qarşılıqlı əlaqənin olmasını, uşaqların sağlamlığını və xəstəliyini təmin edir;
- insanın özünü reallaşdırma tələbatının təmin olunmasının əsası sayılır, yüksək sosial fəallığı və sosial
nailiyyətləri təmin edir;
156
- orqanizmin yüksək iş qabiliyyətinə, işdə yorğunluğun azalmasına, yüksək əmək məhsuldarlığına və bunun
əsasında, yüksək maddi bolluğa səbəb olur;
- zərərli vərdişlərdən imtina etmək, aktiv istirahətin vasitə və metodlarından istifadə edib vaxtın səmərəli
istifadəsini təşkil etməyə imkan yaradır;
- həmişə şən, xoş əhvali-ruhiyyə və optimizm təmin edir.
Uşaqlarda sağlam həyat tərzini hələ onlarda əsəb sistemi plastik olub, həyat yolu kifayət qədər davamlı
olmamışdan formalaşdırmaq xüsusilə vacibdir. Bu dövrdə uşaqlarda sağlam həyat tərzini onların marağı
istiqamətində yaratmaq lazımdır.
157
Suda balıq yoxdursa, onun su olmasına inanmıram, havada qaranquş
uçmursa, onun hava olmasına da inanmıram, vəhşi heyvana rast
gəlinməyən, yalnız insan olan meşəyə meşə demək olmaz.
M.M.Prişvin
II HİSSƏ
ƏTRAF MÜHİT VƏ
İNSAN
158
XI FƏSİL
ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ VƏ
ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
ATMOSFER HAVASINDA ƏN ÇOX YAYILAN
ÇİRKLƏNDİRİCİ MADDƏLƏR VƏ ONUN İNSAN
SAĞLAMLIĞINA TƏSİRİ
ASILI HİSSƏCİKLƏR
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl
qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması
təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm
hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir.
Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə dax-
il olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə
tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri
(uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində
əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin
reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozol-
lar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs.
sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.
Asılı hissəciklərin ölçüsünü, onların təsvirini və davranışını, mənşəyini, həmçinin kimyəvi tərkibin çökmə
(düşmə) vaxtını və ya hava mühitində qalma vaxtını və ərazidə yayılmasını müəyyən etmək birinci dərəcəli
əhəmiyyət kəsb edir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-dən
iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Kiçik hissəciklər (0,01-0,1 mkm) hava
nümunəsində adətən az miqdarda müəyyən edilir.
Hissəciklərin xırda fraksiyaları (0,1-2,5 mkm) havada toplanır və uzaq məsafələrə aparıla bilir. İri
hissəciklər (2 mkm-dən iri) qravitasiya çökmə prosesində yerə düşür, lakin bəzən küləyin təsirindən yuxarı qal-
xaraq havanın yenidən çirklənməsinə səbəb olur. Asılı hissəciklərin tərkibində zərərli mikroorqanizmlər (bakte-
riya, virus və göbələklər) atmosferin bioloji çirklənməsinə səbəb olur. Müxtəlif ölçülü hissəciklərin orqanizmə
təsiri mexanizmində və təsir dərəcəsində prinsipial fərq mövcuddur.
Analiz üçün nümunə götürərkən selektiv impaktordan keçən aerodinamik diametri 10 mkm olan hissəciklər
PM
10
adlanır (ingiliscə partikulate matter). PM
10
hissəcikləri əsasən raspirabel fraksiyasından ibarətdir, yəni
xirtləkdən (boğazdan) birbaşa ötərək orqanizmə daxil olur. Diametri 10 mkm-dən kiçik olan antropogen
tullantılarının asılı hissəciklərinin başlıca mənbələrinin cəmi avtonəqliyyatın hərəkəti (10-25%), stasionar
qurğularda yanacağın yandırılması (40-55%) və sənayedəki texnoloji proseslər (15-30%) sayılır.
Selektiv impaktordan keçən 2,5 mkm aerodinamik diametrli hissəciklər (həmin diametrli hissəciklərin 50%
ələnməsini təmin edən) PM
2,5
adlanır. Tam ələnmənin yuxarı həddi 7 mkm-ə uyğun gəlir. Yüksək risk qrupun-
dan (uşaqlar və müəyyən ağciyər xəstəliyi olan yaşlılar) olan şəxslərin tənəffüs (nəfəs) yolları sahəsinə daxil
olan ümumi asılı hissəciklərin respirabel hissəsini təşkil edir.
Asılı hissəciklərə hər yerdə rast gəlinməsi və mürəkkəb tərkibli olduğuna görə onların normalaşdırılması
olduqca mürəkkəb məsələ sayılır. Rusiyada asılı hissəciklərin cəmi üçün yalnız iki normativ qəbul olunmuşdur:
maksimal YVK (yol verilən konsentrasiya) – 500 mkq/m
3
və orta sutkalıq YVK – 150 mkq/m
3
. Avropa
ölkələrində və ABŞ-da ümumi asılı hissəciklər və ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün daha
parçalanmış normativ şkalası hazırlanmışdır. ABŞ-da asılı hissəciklərin normalaşdırılması yalnız respirabel
fraksiyası, yəni ölçüsü 10 və 2,5 mkm-dən kiçik olan hissəciklər üçün hazırlanmışdır. Bu normativlər asılı
hissəciklərin mütənasib olaraq 83 və 50 mkq/m
3
cəminin miqdarına uyğun gəlir. Avropa Şurası bu normativləri
gələcəkdə daha da sərtləşdirmək (azaltmaq) üzrə xüsusi direktivlər hazırlayır.
Hesablamalar göstərir ki, Rusiyada hər iki adamdan biri (70 mln-dan artıq) daim atmosfer havasında olan
asılı gətirmələrin yüksək təsirinə məruz qalır. Həm də 2,4 mln. adam yüksək konsentrasiyanın (300 mkq/m
3
) və
20 mln. adam isə ortasutkalıq YVK-dan yüksək təsirinə məruz qalır. ABŞ-da 2 mln. adam havada asılı
hissəciklərin 300 mkq/m
3
-dən yüksək olan konsentrasiyasının təsirinə məruz qalır.
Asılı hissəciklərin sağlamlığa təsiri. Bu təsir geniş spektrli bioloji effektlər şəklində: oskürəyin tezliyinin,
159
yuxarı və aşağı tənəffüs yollarının digər simptomlarının artmasından başlayaraq, bronxial astmanın
gərginləşməsi, bronxit xəstəlikləri hadisələrinin çoxalması, tənəffüs orqanlarının və ürək-damar xəstəliklərindən
ölüm hallarının artmasına qədər təzahür olunur.
AH
10
(aslıı hissəciklərin) hissəciklərin qısamüddətli – 24 saat təsiri hər 10 mkq/m
3
PM
10
üzrə 0,8% (0,5-
dən 1,6%-ə qədər) sutkalıq ölüm dərəcəsinin artmasına səbəb olur. Bu zaman ölüm halları ən çox tənəffüs
orqanlarının xəstələnməsi ilə əlaqədar artır, bəzən ürək-damar xəstəliklərindən də ölüm halları çoxalır. Çox vaxt
xəstəxanalarda olanlarla müqayisədə evdə qalanlar daha çox ölür, çünki stasionar şəraitdə xəstələrə daha yaxşı
tibb yardımı göstərməyə imkan vardır.
PM
10
-nun ortasutkalıq konsentrasiyası 10 mkq/m
3
-a qədər yüksəldikdə tənəffüs orqanlarının simptomlarının
tezliyi 2,8% yüksəlir, bu hal həm yuxarı, həm də aşağı tənəffüs yollarına aiddir. PM
10
-nun konsentrasiyası bir ay
ərzində 10 mkq/m
3
yüksələrsə, uşaqlarda astma tutmaları 4,2% çoxalır.
Asılı hissəciklərin xroniki təsiri zamanı həm uşaqlarda, həm də yaşı 65-i keçmiş şəxslərdə bronxit xəstəliyi
hadisəsinin sayı artır. PM
10
-nun konsentrasiyasının hər 10 mkq/m
3
yüksəlməsi ilə əlaqədar bronxit xəstəliyinin
və xroniki öskürəyin baş verməsi hadisəsinin 10-25% artması müəyyən edilmişdir. PM
10
-nun konsentrasiyasının
artması ilə əlaqədar ümumi ölüm hadisələri və ürək-damar, tənəffüs sisteminin və ağciyər xərçəng xəstəliyindən
ölümün artması müşahilə olunur.
Atmosferdə xırda dispers tozun mövcud olduğu Rusiyanın ən çirklənmiş şəhərlərində 2 mln-luq əhalidə
aslıı hissəciklərin kəskin təsirindən əlavə ölüm hadisəsi 4 min, xroniki təsirindən isə əlavə ölüm 2 min təşkil
edir (cədvəl 11.1).
Cədvəl 11.1
1 mln. əhalisi olan şəhərdə PM
10
hissəciklərinin müxtəlif
konsentrasiyada il ərzində təsiri nəticəsində əlavə ölüm
hadisələrinin sayı (Avaliani, 2002)
Təsirə
məruz
qalan
əhalinin
sayı
mln. adam
PM
10
-nun
konsentrasiyası,
mkq/m
3
Əlavə ölüm hadisəsinin sayı
Tozun kəskin
təsiri zamanı
Tozun xroniki
təsiri zamanı
2,4
≥165 və çox
1831 1237
20 83-165 1376 930
50
<83
670 450
Havanın yüksək səviyyədə asılı hissəciklərlə çirklənən şəhərlərdə yaşayan insanların ömrü təxminən 4 il
azalır.
Rusiyanın atmosfer havasının asılı hissəciklər və digər çirkləndiricilərlə yüksək səviyyədə çirklənən
şəhərlərinin əhalisində tez-tez faringit, konyuktivit, bronxit, bronxial astma və digər xəstəliklərə rast gəlinir.
Azot 2 - oksid. Azot 2 – oksidin (NO
2
) ayrılmasının başlıca mənbələri metallurgiya istehsalı, avtomobil
nəqliyyatı, istilik elektrik stansiyaları və müxtəlif qızdırıcı qurğuları hesab olunur. Azot 2-oksidi həmişə azot 1-
oksid (NO) müşayiət edir: onların məcmusu «N
x
» kimi ifadə olunur. Stasionar mənbələrdən azot 2-oksid
tullantılarının həcmi ilbəil azalır, bununla yanaşı, avtomobil nəqliyyatı ilə daima artır. Belə ki, son illər
avtomobillərin kəskin surətdə çoxalması azot oksidləri tullantılarının 30-40% artmasına səbəb olmuşdur.
Rusiyanın müxtəlif şəhərlərində atmosfer havasında azot 2-oksidin ortaillik miqdarı 40-70 mkq/m
3
təşkil
edir. Azot 2-oksidin ən yüksək konsentrasiyası, avtomobil nəqliyyatının buraxdığı NO-nun tullantısı ümumi
tullantıların 50-70%-ni təşkil edən iri şəhərlərdə qeydə alınır. Son illər atmosfer havasında azot 2-oksidin
miqdarı 20%-dən çox artmışdır. Dioksid azotla havası yüksək səviyyədə çirklənən şəhərlərdə 6 mln-a qədər
əhali yaşayır, o cümlədən onlardan 3,6 milyonu 60-70 mkq/m
3
, 2 milyonu isə 70 .. 120 mkq/m
3
konsentrasiyalı
çirklənməyə məruz qalır. ABŞ-da analoji şəraitdə 9 mln əhali yaşayır.
Sağlamlığa təsiri. Azot 2-oksid selikli qişaya və tənəffüs orqanlarına qıcıqlandırıcı təsir göstərir. Çox
yüksək konsentrasiyada (məsələn, sənaye müəssisəsində qəza zamanı) NO
2
-nin təsiri ağciyərlərin dərhal ağır
zədələnməsinə səsəb olur.
NO
2
-nin sağlamlığa təsiri şəhərlərdə real müşahidə olunan xeyli aşağı konsentrasiyada da təzahür oluna
160
bilər. NO
2
-nin yüksək konsentrasiyasının uzun müddətli təsiri orqanizmin geniş spektrdə cavab reaksiyasına, ilk
növbədə respirator sistemində (məsələn, astmatiklərdə) müşahidə olunur. Bronxial astma xəstəliyi olan
şəxslərdə NO
2
-nin 380-560 mkq/m
3
konsentrasiyası ağciyərlərdə dəyişkənliyə səbəb olur. NO
2
-nin
konsentrasiyanın hər 10 mkq/m
3
səviyyədə yüksəlməsi, bronxial astmalarda tutmaları 6,5%, aşağı tənəffüs
yollarının xəstələnməsi tezliyini 6,6%, yuxarı tənəffüs yollarınınkını isə 3,8% artırır.
Kükürd 2-oksid. Tullantıların kütləvi miqdarına görə SO
2
digər atmosfer çirkləndiriciləri arasında ön
cərgədə durur. Bu maddə havaya yanacağın İES-də, qazanxanalarda, sobalarda yandırılmasından, metallurgiya,
dağ-mədən və digər istehsalatlardan, dizel mühərriklərindən daxil olur.
Müxtəlif ölkələrdə atmosfer havasında kükürd 2-oksidin miqdarı üçün aşağıdakı normativlər qəbul
edilmişdir: Rusiyada – ortasutkalıq YVK 50 mkq/m
3
, maksimal birdəfəlik YVK – 500 mkq/m
3
;
ABŞ-da ortaillik konsentrasiya kimi milli standart – 85 mkq/m
3
və 24 saata – 400 mkq/m
3
-dan istifadə edilir.
ÜST-nin tövsiyəsinə uyğun olaraq: 10 dəqiqə təsir zamanı – 500 mkq/m
3
, 24 saata – 125 mkq/m
3
və il ərzində
orta konsentrasiya 50 mkq/m
3
qəbul edilmişdir.
Sağlamlığa təsiri. Kükürd 2-oksid kəskin xoşagəlməz iyə malik olub, ilk növbədə tənəffüs orqanlarına,
gözə və dəriyə qıcıqlandırıcı təsir göstərir, mərkəzi sinir sistemini zədələyir, orqanizmdə gedən oksidləşmə
proseslərini məhv edir. Kükürd 2-oksidin sorulması onun burun və udlaq boşluğunun selikli qişası ilə kontaktda
olduqda dərhal başlayır. Kükürd 2-oksidin təsirindən yaranan zərərli effektin qiymətləndirilməsi ehtimalını
ümumi ölüm, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəlikləri və astmatiklərin tutmalarının sayının
armtası ilə irəli sürmək olar. Kükürd 2-oksidin havadakı törəmə məhsulu sayılan sulfat turşusu əsasən tənəffüs
orqanlarına təsir göstərir. Kükürdün çoxnüvəli ammonyak duzları və ya sulfat üzvi maddələri alveollara
(ağciyərdə qovuqcuqlar) mexaniki təsir göstərir və sonradan suda asan həll olunduğundan tənəffüs yollarının
selikli qişası vasitəsilə sərbəst orqanizmə daxil olur.
Kükürd 2-oksidin kəskin təsiri (üç günə qədər) ümumi ölüm hadisəsini 0,6% artırır.
Karbon 1-oksid (karbon monooksid) – CO (dəm qazı) tullantıların kütləsinə görə asılı hissəciklər və
kükürd 2-oksiddən sonra üçüncü yerdə durur.
Rusiyada CO-nun atmosferdə ortasutkalıq YVK 3 mq/m
3
, maksimal birdəfəlik YVK – 5 mq/m
3
təşkil edir.
Digər ölkələrdə daha yumşaq normativlər müəyyən edilmişdir. ABŞ-da 8 saata 10 mq/m
3
və 1 saata
40 mq/m
3
, ÜST-nin tövsiyəsinə uyğun olaraq – YVK 15 dəqiqəyə 100 mq/m
3
, 30 dəq. 60 mq/m
3
, 1 saat – 30
mq/m
3
, 8 saata – 10 mq/m
3
müəyyən edilmişdir.
Sağlamlığa təsiri. Karbon 1-oksidin yüksək konsentrasiyası kəskin zəhərlənməyə səbəb olur. Xroniki təsir
zamanı qanda karboksihemoqlobinin miqdarının artması və uşaqlarda psixi hərəkət reaksiyasının dəiyşməsi
müşahidə olunur.
Cədvəl 11.2
İnsan qanında karboksihemoqlabinin konsentrasiyasının
dəyişməsi ilə irəli gələn effektlər
COHv-in
konsentrasiyası,
%
Effekt
1 2
0-3 -
2,5-3,0 Stenokardiyadan
əziyyət çəkənlərdə vaxt yükünün azalması
5,0 Ürək xəstəliyi olanlarda aritmiya tutmasının tezləşməsi
3,0-8,0 Siqaret
çəkənlər üçün effekt yoxdur
5,1-8,2
Avtomobil sürmək qabiliyyətinin, koordinasiyanın, diqqətin
zəifləməsi
5,0-20 Dərk etmə (tanıma) qabiliyyətinin zəifləməsi
10-20
Baş ağrıları, ürək bulanma, görmənin zəifləməsi, qıcıqlanma,
nəfəs almanın çətinləşməsi
20-30 Ürək döyüntüsü, baş ağrıları
161
1 2
30-40 Güclü
baş ağrısı, taxikardiya, huşun itirilməsi
30-50 Baş gicəllənməsi, ürək bulanma, zəiflik
50-60
Koma, ölüm
Karbon 1-oksidin təsir indiaktoru qanda törəmə hemoqlobinin – karboksihemoqlobinin (COHb) təyin
edilməsidir. Bu metoddan həm ekoloji epidemiologiyada, həm də tibbi məhkəmədə geniş istifadə olunur. 11.2
saylı cədvəldə insanın qanında karboksihemoqlobinin miqdarından asılı olaraq baş verə biləcək mənfi
effektlərin siyahısı verilir (ÜST, 2000). Qanda COHb-in miqdarı işçilərdə işin sonunda 3,5% (Amerika gigiyena
əmək assosiasiyasının tövsiyəsinə görə), ümumi əhali qrupunda isə 2,5%-dən artıq olmamalıdır.
Ozon. Ozon oksigenin allatrop modifikasiyası (O
3
) olub, mavi rəngə, xarakterik iyə və partlayıcı xassəyə
malikdir, həmçinin güclü oksidləşdiricidir.
Troposfer və strotosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12-17 km-ə qədər, strotosfer ozonu
isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi strotosferdə yerləşir. Troposferdə isə ozonun
miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir.
Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin krabohidrogenlərlə
fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen
mənşəlidir (ən çox avtomobillərin yaratdığı).
Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji
fəlakətlərə gətirib çıxara bilər.
Atmosfer havasında ozonun fon konsentrasiyası adətən 30 mkq/m
3
-i keçmir. Rusiyada ozonun YVK-sı 20
dəqiqədə 160 mkq/m
3
, bu konsentrasiya il ərzində və 24 saat ərzində 30 mkq/m
3
müəyyən edilir. ÜST Avropa
Bürosu 8 saat ərzində ozonun normativini 120 mkq/m
3
səviyyəsində tövsiyə edir.
Sağlamlığa təsiri. Ozon suda az həll olduğu üçün havakeçirən yollarla insanın orqanizminə daxil olur. O,
qıcıqlandırıcı xassəyə malikdir. Ozonun 160-470 mkq/m
3
səviyyəli konsentrasiyada təsiri zamanı xarici
tənəffüsün funksiyasında əhəmiyyətli dərəcədə dəyişiklik gedir, öskürək və baş ağrıları baş verir. Ozonun uzun
müddətli təsiri ağciyərlərin mərkəzi hissəsinin epitelial və birləşdirici toxumalarının morfoloji dəyişməsinə
səbəb ola bilər.
• Mötərizədə zərərli maddələrin təsir müddəti göstərilir.
• İndeksi hesablamaq üçün maksimal konsentrasiya 8 saat, orta konsentrasiya – 1 saat ərzində istifadə edi-
lir.
Yuxarıda göstərilən çirkləndirici maddələrin təhlükəlilik təsirini qiymətləndirmək üçün Avropa Şurası (AŞ)
havanın keyfiyyətini göstərən 10 diapazon təklif edir, hər diapazona müəyyən neqativ effekt uyğun
gəlir (cədvəl 11.3).
Aşağıda havanın müəyyən çirklənmə səviyyəsinə uyğun zərərli maddələrin əhalinin sağlamlığına təsir
effektləri xarakterizə olunur (AŞ-nın tövsiyəsinə görə, 2001).
• Aşağı – müəyyən maddəyə hətta həssaslıq göstərən şəxslərə təsiri də güman edilmir.
Cədvəl 11.3
Müxtəlif keyfiyyət indekslərinə (diapazonlarına) uyğun gələn zərərli maddələrin (mqm/m
3
) konsentrasiya
diapazonları (Avropa Şurasının tövsiyəsinə görə, 2001)
Səviyy
ə
İnde
ks
PM
10
(1
saat)
Azot
2-oksid (1
saat)
Kükürd
anhidridi
(15 dəq)
•
Karbon
1 oksid
(8 saat)
•
Ozon
(8 və ya
1 saat)
••
Aşağı
1 0-16 0-95
0-88
0-3,8 0-32
2 17-32
96-190 89-176 3,9-7,6
33-66
3 33-49
191-286 177-265 7,7-11,5
67-99
Müla-
yim
(orta)
4 50-57
287-381 266-354 11,6-13,4
100-126
5 5-66 382-476 355-442 13,5-15,4
127-152
6 67-74
478-572 443-531 15,5-17,3
153-179
162
Yüksək
7 75-82
573-635 532-708 17,4-19,2
180-239
8 83-91
636-700 709-886 19,3-21,2
240-299
9 92-99
701-763 887-1063 21,3-23,1
300-359
10
≥100
≥764
≥1064
≥23,2
≥360
• Mülayim (orta) – zəif, həkimin müdaxiləsinə ehtiyac yoxdur, həssas fərdlər üçün müşahidə edilir.
• Yüksək – həssas fərdlərdə təzahür edilir.
• Çox yüksək – həssas fərdlərdə effektlər güclənir.
Flüor və flüortərkibli birləşmələr. Orqanizmə flüor başlıca olaraq qida və su ilə daxil olur. Qeyri-
endemik ərazidə yaşlı adamın orqanizminə daxil olan bu elementin miqdarı 0,8 mq-a (bədənin kütləsinin 1 kq-
na 0,011 mq) bərabərdir və 0,5-dən 1,2 mq arasında dəyişir. Flüorun konsentrasiyası suda, həmçinin çörək və
sulu xörəklərdə flüorun hesabına əhalinin qida rasionunda bir qədər çox olur. Qida məhsullarından flüorun
mənimsənilməsi suya nisbətən 16-20% az olur. Həzm traktından flüor qana keçir və sümüklərdə, dişlərdə
toplanır. İnsanın bərk toxumalarında 99,9% flüor vardır. O, orqanizmdən sidiklə, qismən saç və dırnaqlarla xaric
olunur.
ÜST flüorun suda səviyyə miqdarını 1,5 mq/l tövsiyə edir.
Flüorun suda yüksək miqdarı (mülayim iqlim şəraitində 1-2 mq/l-dən artıq, isti iqlim şəraitində 0,5-0,8
mql-dən artıq) əhalinin endem flüoroz xəstəliyinə səbəb olur, onun əsas əlamətlərindən biri dişin emalında
ləkələrin olmasıdır. Flüorun orqanizmə izafi daxil olması dişlərin dağılmasına səbəb olur, uşaqlarda böyümə
zəifləyir və skeletlərin sümükləşməsində pozğunluq yaranır, sinir sisteminin və qalxanvari vəzin fəaliyyətində
də pozğunluq müşahidə olunur, böyrəklər zədələnməyə başlayır.
Flüor kalsiumlaşmış toxumalarla birləşərək, dişlərin kariyesini azaldır və sümüklərin sıxlığını artırır.
Orqanizmə flüorun kifayət qədər daxil olmaması diş emalının əriməsini yüksəldir və dişin zədələnməsinə səbəb
olur. Bu, suda flüorun konsentrasiyası 1,5 mq/l-dən az olduqda baş verir. Rusiyada əhalinin 90%-dən çoxu
lazım olan miqdarda bu mikroelementi qəbul etmir.
Flüor çatışmayan rayonlarda suyun flüorlaşdırılması tövsiyə olunur. Lakin flüor yodun antoqonisti
olduğundan insan üçün zəruri sayılan bu elementi sıxışdırır.
İnsan üçün atmosfer havasında olan flüor birləşmələri olduqca təhlükəli hesab edilir. Onların ayrılması
mənbələri alüminium zavodlarının və mineral gübrələr istehsal olunan müəssisələrin tullantıları sayılır.
Alüminium zavodu yerləşən şəhərlərin atmosfer havasında HF-in orta illik konsentrasiyası yüksək olub orta
sutkalıq YVK-ni (ortasutkalıq YVK – 5 mkq/m
3
-dur) on dəfələrlə keçir.
Elektroliz istehsalı fəhlələrində və yaxınlıqda yaşayan insanlarda peşə flüorozun sümük formalarının,
sümük-əzələ sistemi, tənəffüs və ağız boşluğu xəstəliklərinin baş verməsi riski yüksəlir.
Alüminium zavodlarının yaxınlığında yaşayan əhali üçün dəridə ləkələr şəklində təzahür olunan flüoroz
xəstəliyi səciyyəvidir. Bu şəxslərin sidik, qan, sümük və dişlərində flüorun miqdarı yüksəklir. Flüorun təsir
indikatoru onun sidikdə olan miqdarıdır.
83> Dostları ilə paylaş: |