əmsal şkalaları (TƏ) hazırlanmışdır. Toksiklik vahidi kimi bu qrupun marker birləşmələrinin – bioloji aktivlik
baxımından ən güclü və yaxşı öyrənilən 2, 3, 7, 8 – tetraxlordibenzo-n-dioksin (TXDD) görə toksiklik effekti
qəbul edilmişdir. Dioksin və furanlar üçün TƏ-ni hesablamaq məqsədilə onların kütlə konsentrasiyası
ekvivalent toksiklik əmsalına vurulur. Alınmış qiymətləri toplayaraq öyrənilən nümunənin toksiklik cəmi
hesablanır. Hazırda hesablama aparılan zaman 1997-ci ildə ÜST tərəfindən qəbul edilən ekvivalent toksiklik
dərəcəsinin qiymətlərindən istifadə olunur (cədvəl 12.8).
Cədvəl 12.8
XDD toksinləri və XDF furanları üçün ekvivalent toksikliyin qiymət əmsalları (ÜST, 1997)
Birləşmə
TƏ Birləşmə
TƏ
1 2
3 4
2, 3, 7, 8 TXDD
1,0
2, 3, 4, 7, 8 penta XDF
0,5
1, 2, 3, 7, 8 XDD
1,0
1, 2, 3, 4, 7, 8 heksa XDF
0,1
1, 2, 3, 4, 7, 8 XXD
0,1
1, 2, 3, 6, 7, 8 heksa XDF
0,1
1, 2, 3, 6, 7, 8 XXD
0,1
1, 2, 3, 7, 8, 9 heksa XDF
0,1
1, 2, 3, 7, 8 XXD
0,1
2, 3, 4, 6, 7, 8 heksa XDF
0,1
1, 2, 4, 6, 7, 8 XXD
0,01
1, 2, 3, 4, 6, 7, 8 hepta XDF
0,01
Okta XXD
0,0001
1, 2, 3, 4, 7, 8, 9 hepta XDF
0,01
2, 3, 7, 8 TXDF
0,1
Okta XDF
0,0001
1, 2, 3, 7, 8 – penta
XDF
0,05
Qeyd edildiyi kimi, dioksinlər üçün orqanizmə politrop təsir səciyyəvidir, yəni onlar demək olar ki, bütün
sistemlərə və insanın bütün orqanlarına təsir göstərir. Bu xüsusilə, istehsalatda yüksək konsentrasiya xlortərkibli
pestisidlər və ya digər xlor üzvi maddələrin təsirində təzahür olunur. Təbii ki, məhz belə müəssisələrdə belə
toksikantlarla təmasda olan işçilərdə spesifik nəticələr nəzərə alınacaq dərəcədə özünü göstərir. Onlarda dəri
xəstəliklərinin (xlorakne) əmələ gəlməsinə böyük risk vardır, depressiya, nevralgiya, lipid mübadiləsinin,
immun statusunun pozuntuları, mərkəzi və periferik sinir sisteminin funksional dəyişməsi, libidonun aşağı
düşməsi müşahidə olunur. Bu pozuntuların əksəriyyəti 25 ildən artıq dioksinlərlə təmasda olunan işçilərdə baş
verir, lakin bəzi simptomlar cavan işçilərdə də görünür.
179
Dioksinlərin sonsuzluğun, daxili səbəblərdən törəyən abortların, ölü doğulanların, anadangəlmə qüsurların
inkişafı ekoloji-epidemioloji tədqiqatlarla təsdiq olunmuşdur.
1997-ci ilin fevralında MAİR-in beynəlxalq ekspert komitəsi dioksinləri kanserogen təhlükəli birinci qrupa
aid etdi. Son illərin tədqiqatlarında bu maddələrin qaraciyər kanserogenində rolu da təsdiq edilmişdir.
Dioksinlərin kanserogen təsirinin epidemioloji tədqiqatları göstərdi ki, xlor istehsalında işləyən fəhlələr arasında
mədə, ağciyər, bağırsaqda xərçəng xəstəliklərindən, həmçinin yumşaq toxumaların və leykozların
sarkomasından (qorxulu şişlərin bir növü) ölənlərin sayı 5,0-16,5 dəfə artmışdır (Reviç və b., 2004, səh. 225).
M.Kogevinas et al (1993) və D.Flesh-Yanys et al (1996) tərəfindən aparılan tədqiqatların nəticələri göstərdi
ki, TXDD əmələ gələn istehsalatda bir ildən artıq işləyən işçilərin ağciyər və mədələrində xərçəng və bəzi limfa
növləri xəstəliklərinin baş verməsi riski 15% yüksəlmişdir, xlortərkibli pestisidlərin təsirinə məruz qalan
qadınların süd vəzilərində xərçəngin əmələ gəlməsi hadisəsi də artmışdır.
Süd vəzilərində dioksinlərin miqdarı şəhər sakinlərində kənd yerlərində yaşayanlara nisbətən artıqdır.
Rusiyada dioksinin konsentrasiyası xlortərkibli istehsal müəssisələrinin yaxınlığında (Çapayevsk, Usolye-
Sibirsk və b.) yaşayan qadınların süd vəzilərində 3 dəfə çox olmuşdur. Qazaxıstanda pambıq tarlalarının
yaxınlığında yaşayan qadınların süd vəzilərində də dioksinin konsentrasiyası YVK-dan dəfələrlə çox olmuşdur
(K.Hooper et al., 1999).
Dioksini əks etdirən digər biosubstrat qan hesab olunur. Dünyanın müxtəlif ölkələrində dioksin təhlükəli is-
tehsalatda işləyən işçilərin qanının tərkibində olan dioksinlərin müqayisəli təhlili göstərir ki, bu toksiki
maddələrin miqdarının yüksək səviyyəsi Çapayevsk və Ufa kimyəvi zavodlarının fəhlələrində aşkar edilmişdir.
Zavodun yaxınlığında yaşayan qadınlarda dioksinin miqdarı 3 dəfə artıq qeydə alınmışdır.
«Oranj» agentinin tətbiqinin nəticələri. Vyetkonqun hərbi gücünü görmək məqsədilə 1964-cü ildə ABŞ-
ın hərbi hava qüvvələri tropik meşələrində ağacları yarpaqsızlaşdırmaq üçün kütləvi surətdə defoliant
herbisidindən istifadə etmişdir. Tərkibində 170 kq ən toksik konqener TXDD olan «Oranj» agentinin tətbiqi
nəticəsində Cənubi Vyetnam, Kampuçiya, Laosun əhalisinə, həm də bu əməliyyatda iştirak edən ABŞ, Kanada
və Avstraliyanın öz hərbi qüvvələrinə böyük ziyan dəymişdir. Hətta «oranj»dan istifadədən 20 il keçdikdən so-
nra da onun nəticələrinin effekti qeydə alınmışdır. Vyetnam müharibəsində «oranj» agentinin tozlandırılması ilə
məşğul olan Amerika veteranlarının üzərində aparılan müşahidələr onlarda diabetin əmələ gəlməsi 2, 3, 7, 8
TXDD-in təsiri arasında korrelyasiya aşkar etməyə imkan yaratmışdır.
1976-cı ildə Şimali İtaliyada Sevezo şəhərində kimya zavodunda baş verən qəza nəticəsində ətraf mühitə
çoxlu miqdarda 2, 3, 7, 8 TXDD daxil olmuşdur. Bunun nəticəsində 220 adamın dərisində xüsusi səpki (xlo-
rakne) əmələ gəlmişdir. bu xəstəliyə uşaqlar daha çox məruz qalmışlar. Qəzanın nəticələri reproduktiv funk-
siyada böyük dəyişkənliyə səbəb olmuşdur. Qəzadan ziyan çəkmiş Sevezo şəhərinin əhalisində (çirklənmiş
ərazidə) 15 il müddətində daima xərçəng xəstəliynin bəzi formalarının yüksək inkişaf riski qeydə alınmışdır.
12.2.2. Polixlorlu bifenillər (PXB)
PXB-in sintezi dünyada sənaye miqyasında 1920-ci illərin sonunda həyata keçirilməyə başlandı. 1970-ci
illərdə bir sıra məhsulların hazırlanması zamanı ondan istifadə olunması qadağan edildi. Lakin PXB-in
buraxılması davam etdirildi, çünki transformatorların, kondensatorların və müxtəlif hidravlik avadanlıqların
yığılmasında ona tələbat çox idi. Kondensator və transformatorların sovol (PXB) və sovtal (PXB və trixlorbife-
nilin (TXB) qarışığı) doldurucuları ilə kütləvi buraxılmasına 1960-cı illərdən başlandı və 1989-1990-cı illərə
qədər bu buraxılış dayandırılmadı. PXB-dən həm də lak, mum, sintetik qətran, epoksidli boyalar və gəmilərin alt
hissəsi üçün rənglər, sürgü-soyuducu mayelər və s. hazırlanmasında istifadə olunur. Qiymət məlumatına əsasən
keçmiş SSRİ-də 100 min ədəddən artıq həcmi 10-dan 2500 kq-a qədər olan transformator hazırlanmışdır.
Rusiyanın bəzi zavodları bir neçə yüz ədəd PXB tərkibli yağ olan transformatorlarla təchiz olunmuşdur.
Hazırda 1986-cı ilə qədər buraxılan Rusiyanın enerji sistemlərində xaricdə istehsal olunan TXB ilə dolduru-
lan 200 min güclü transformator istismar edilir (Reviç və b., 2004). Həmin vaxtdan etibarən enerji sistemlərinə
TXB və ya tərkibində PXB olan digər avadanlıqlar verilmir. Yeni kondensatorlarda TXB əvəzinə ekoloji
təhlükəsiz dielektrikdən istifadə edilir.
PXB-nin çox hissəsi işləndikdən sonra zibilliklərə atılır və ya yandırılır. Onların atmosferə daxil olmasının
bir yolu saylır (bütün itkinin 50%-ə qədəri). Bundan başqa PXB atmosferə bilavasitə əlavə buxarlanma (6%) ilə
də daxil olur.
Elektrotexniki yoxlamaların qabaqcadan verdiyi məlumata görə 30 min PXB tərkibli yağlar olan 1000-dən
artıq obyekt mövcuddur.
PXB-in sağlamlığa təsiri. PXB də dioksinlər kimi reprodikutiv funksiyaya böyük təsir göstərir. Əhalinin
180
PXB-in təsirinə məruz qalmasını müəyyən etmənin nəticələri aşkar olunmuşdur:
- PXB ilə qadınların çirklənmiş düyüdən istifadə etməsi nəticəsində ölü doğulan uşaqlar və uşaqlarda ölüm
hadisəsi artmışdır.
- Tərkibində yüksək miqdarda PXB olan balıqla qidalanan anaların uşaqları azçəkili olmuşdur (ABŞ, Miçi-
qan ştatı); İsveçin Baltikyanı sahillərində balıqçıların (anaların) qanlarında PXB-in miqdarı müqayisə qrupuna
nisbətən 30% çox olmuşdur.
- Qanlarında PXB-in miqdarı çox olan qadınların uşaqları anadangəlmə qüsurlarla doğulur.
MAİR PXB-ni 2A qrupuna, ABŞ-ın ətraf mühitin mühafizəsi Agentliyi isə insanda kanserogen ehtimalı
qrupuna aid etmişdir.
Epidemioloji tədqiqatların nəticələrinə əsasən PXB-in təsiri ilə dəridə melanomanın, qaraciyərdə xərçəng
xəstəliyinin, mədə-bağırsaq traktında (yolunda) şişlərin, digər bədxassəli yeni törəmələrin əmələ gəlməsi
arasında əlaqəlik müəyyən edilmişdir. Əsasən müayinə kondensator istehsalı fəhlələrində aparılmışdır.
Suyu PXB ilə çirklənmiş Miçiqan gölündə tutulmuş balıqla qidalanan anaların uşaqlarında əqli (zehni)
göstəricilərin aşağı olması müşahidə olunmuşdur (J.Jacobson, S.Yacobson, 1996).
«Yağ» xəstəlikləri. Yu-şo xəstəliyi. Yaponiyada PXB-nin qida məhsullarına izafi daxil olması əhalinin
sağlamlığında kəskin nəticələr baş vermişdir.
1968-ci ildə Yaponiyada düyü yağının təmizlənməsi mərhələsində məhsula «kanexlor-400» (PXB və
PXDF, az miqdarda isə PXDD-in əlavə edilməsi qarışığı ticarət adı) düşmüşdür. Bunun nəticəsində Fukuoka və
Naqasaki prefekturalarında yaşayan adamlarda əmələ gələn xəstəlik «yu-şo» adlandırılmışdır. Düyü yağında
tapılan PXB (TE)-in orta konsentrasiyası 0,98mkq/q, dioksinlər isə lap az olmuşdur. PXB-in orqanizmə
gündəlik daxil olması 154 nq/kq-a çatmış (dioksin ekvivalentində), bu isə fon səviyyəsindən xeyli çoxdur. Zərər
çəkən adamların qanında və yağ toxumalarında xeyli miqdarda PXB aşkar olunmuşdur.
Qidada çirklənmiş yağdan istifadə edilməsi nəticəsində 2 minə yaxın adam ziyan çəkmiş, onların 149-u
ölmüşdür. Xəstəliyin ilk simptomları bol tüpürcək axma, üst göz qapağının şişməsi, sızanaqşəkilli (civəşəkilli)
səpki (kamedon), piy vəzilərinin fəaliyyətinin güclənməsi, dərinin piqmentləşməsi, tərləmək, zəiflik hissiyyatı
olmuşdur. Xəstəlik ümumi yorğunluq, baş ağrıları, əzginlik (süstlük), ağır nəfəsalma ilə səciyyələnir. Yu-Şo
xəstəliyinə tutulmuş qadınlarda vaxtından qabaq doğum, bəzən ölü uşaq doğumu olmuşdur. Doğulan 11
uşaqdan 9-nun dərisinin piqmenti qeyri adi tünd-qəhvəyi (tünd qəhvəyi ləkəli boz dəri), həmçinin dırnaqların və
diş ətinin selikli qişasının piqmentləşməsi qeydə alınmış, çox yaş axması müşahidə edilmişdir .
Vaxtilə zəhərlənməyə məruz qalan qadınların yeni doğulan uşaqlarının dərisi tünd rəngli olması ilə seçilir.
Belə uşaqları «qara bəbələr» (black babies) adlandırılırdı. Onların çəkiləri sağlam anaların uşaqları ilə
müqayisədə azçəkili, anadangəlmə qüsurlu olub dişləri, diş ətləri, dəri və ağciyərlərində xəstəlik müşahidə olu-
nur. Sonrakı epidemioloji tədqiqatların nəticələri göstərdi ki, Yu-Şo xəstəliyinə məruz qalan adamlarda xərçəng
xəstəliklərindən ölüm hadisələrinin 3-6 dəfə çox olması aşkar edilmişdir.
Yu-çenq xəstəliyi. Bu da digər yağ xəstəliyi olub 1979-cu ildə Tayvan adasında baş vermişdir. Qida çeşidli
PXB ilə çirklənmiş düyü yağından istifadə etməklə 2 mindən artıq insan ziyan çəkmişdir. 1979-1986-cı illər
ərzində doğulan uşaqlarda qaraciyərin funksiyasında pozuntular müşahidə edilmiş, min doğulan uşaqda ölümün
sayı 26 nəfər, yəni orta qiymətdən 2-2,5 dəfə artıq olmuşdur.
Rusiyada Serpixovda 1967-ci ildən PXB ilə doldurulan kondisionerlər buraxılışı olmuşdur, onun əhalinin
sağlamlığına təsirinin dəqiq öyrənilməsi də burada həyata keçirilmişdir. 1988-ci ildən PXB tərkibli
kondisionerlərin buraxılışı dayandırıldı, lakin bu müəssisələri əhatə edən ərazilərdə torpaq, qar və havada onun-
la yüksək səviyyədə çirklənmə aşkar edildi. Torpağın 10 sm-lik üst qatında (zavoddan 300 metrlik məsafədə)
PXB-in konsentrasiyası quru çəki hesabı ilə 35,7 mq/kq-a çatması aşkar edildi.
Kondensioner zavodunun qadın fəhlələrində və zavodun ətrafında yaşayan qadınların südündə PXB-in
yüksək konsentrasiyası (2000 mkq/l-ə qədər), zavodda işləyən kişilərin qanında (1000 mkq/l-ə qədər), həmçinin
süd məhsullarında, yumurtada və s.-də aşkar edilmişdir. Hətta PXB tərkibli kondensionerlərin istehsalı
dayandırıldıqdan 10 il sonra da torpaqda, uşaq bağçalarında, həyətyanı sahələrdə bu maddələrin miqdarı YVK-
dan artıq olmuşdur.
Serpuxovda PXB-nin təsiri nəticəsində əhalinin reproduktiv sağlamlığında həm spesifik nəticələr, həm də
spesifik olmayan effektlər aşkar olundu.
12.2.3. Pestisidlərin ətraf mühitə və sağlamlığa təsiri
Kənd təsərrüfatı zərərvericiləri ilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə
istiqamətlərindən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir. Pestisidlər aşağıdakı əsas
181
siniflərə bölünür: akarisidlər – gənələrlə mübarizədə istifadə edilən maddələr; antifidinqlər – cücüləri məhv
edən maddələr; herbisidlər- alaq bitkilərinə qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli
onurğalı heyvanları məhv edən zəhərlər; bakterisidlər, virusosidlər, funqisidlər – bitkilərdə viruslu və
göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; nematosidlər – bitkilərdə nematod
xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar: molyuskosidlər – zərərli ilbizləri məhv edən
maddələr.
Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir.
Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr
olmalarından irəli gəlir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün dünyada pestisidlərin istifadəsindən hər il
20000 adam ölür və 1 milyona yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən istifadə çox-
alarsa, ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar.
Şəkil 12.4. Pestisidlərin ətraf mühitdə sirkulyasiyası (N.N.Melnikov, 1977)
Pestisidlər təbiətə də ciddi təsir göstərir.Adətən istifadə olunan pestisidlərin yalnız bir faizindən istənilən
məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək çox
vaxt gözlənilməz nəticələr verir. Torpağın münbitliyində torpaq biotası böyük rol oynayır. Zərərvericiləri
pestisidlərlə məhv edərkən torpaq orqanizmlərinin, o cümlədən torpaq soğulcanlarının sayını azaldır. Bununla
əlaqədar qara torpaqlarda torpaq soğulcanlarının miqdarı on və yüz dəfələrlə azalıb.
Müxtəlif pestisidlər landşafta və onun komponentlərinə mənfi təsir göstərir. Pestisidlərlə daha çox zərər
çəkən heyvan qrupları çoxa doğru sıra ilə aşağıdakı kimidir: onurğasızlar, balıqlar, quşlar, məməlilər,
mikroorqanizmlər.
Ətraf mühitə düşən pestisid bioakkumulyasiya prosesinə qoşulur, bu zaman pestisid qida zənciri ilə hərəkət
etdikcə onun konsentrasiyası dəfələrlə (yüz min dəfəyə qədər) arta bilər.
Xlorüzvi pestisidlərin sağlamlığa təsiri. Bu qrupa aldirin, heptaxlor, heksaxlor-benzol və DDT daxildir.
DDT. Xlorüzvi pestisidlər arasında insanın sağlamlığı və ekosistem üçün ən təhlükəlisi DDT-in kütləvi
istifadəsi hesab olunur. DDT xlorüzvi pestisidləri və onun çevrilmələri (DDE və DDD) aromatik birləşmələr
qrupuna daxildir (dioksinlər/furanlar, QXB və PXB də bu qrupa aiddir). Xlorüzvi pestisidlər Moskvada «Sin-
tez» zavodunda (1946-1970-ci illər), Dzerjinskidə (1965-1990), Novoçeboksarskda (1968-1990) və
Çapayevskdə (1960-1987) istehsal olunmuşdur.
SSRİ-də 1969-cu ildə DDT-dən istifadə edilməsi qadağan edilsə də, ondan 1980-ci ilin sonuna kimi istifadə
Атмосфер
Ин-
сан
Кимйя-
ви мящ-
суллар
Щей
ван
Бит-
ки
Торпаг
Ба-
лыг-
лар
Су
182
olunmuşdur. SSRİ ərazisində istifadə edilən DDT-in miqdarı 1960-cı ildə 10,8 min ton, 1970-ci ildə 8,9 min
ton, 1980-ci ildə 0,3 min ton təşkil etmişdir. 1971-ci ildə kənd təsərrüafatında ziyanvericilərlə mübarizədə
istifadə olunan kimyəvi vasitələrin siyahısından DDT çıxarıldı və ondan yalnız təbii-mənbə xəstəliklərinə qarşı
mübarizədə istifadə edildi.
İlk dəfə DDT 1874-cü ildə sintezləşdirildi, XX əsrin 30-cu illərinin sonunda İsveçrə kimyagəri Paul Müller
ondan insektisid kimi istifadə olunması imkanını kəşf etdi. DDT-dən səhiyyədə və hərbi gigiyenada (əsasən bitə
qarşı dezinsektant kimi) o qədər effektli oldu ki, 1948-ci ildə P.Müllerə tibb və fiziologiya sahəsində Nobel
mükafatı təqdim olundu. DDT malyariya və səpkili tifion törədicilərinə qarşı işlədilən ən birinci və güclü
insektisidlərdən biri hesab olundu. Onun istifadəsi bu xəstəliklərdən ölənlərin xeyli azalmasına imkan yaratdı.
Belə ki, 1948-ci ildə malyariyadan 3 mln. adam ölmüşdür, 1965-ci ildə bu xəstəlikdən ölüm hadisəsi baş
verməmişdir. 1938-ci ildə Yunanıstanda malyariya xəstəliyinə 1 mln., 1959-cu ildə cəmi 1200 adam
tutulmuşdur. 1945-ci ildə İtaliyanın Lasiya əyalətində bir ay ərzində malyariyadan 65-70 adam ölmüşdür, DDT-
dən istifadə edildikdən sonra isə bu səbəbdən ölənlərin sayı 1-2 nəfər olmuşdur. 1943-44-cü illərdə Neapolda
səpkili tifin epidemiyası olmuş, sutka ərzində bu xəstəliyə 60 nəfər tutulmuşdur. Əhali üçün sistemli olaraq
DDT-dən istifadə olunduqdan sonra (yanvar, 1944) fevralın sonunda sutka ərzində bu xəstəliyə tutulanların sayı
5 nəfərə kimi aşağı düşdü. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa başlandı. Lakin onun geniş
spektrli təsiri və olduqca davamlılığı hazırda ondan istifadədən imtina olunmasına gətirib çıxardı. Zərərli
həşəratlarla yanaşı, həm də, faydalıları da məhv edildi, DDT-nin davamlılığı onun qida zəncirində toplanmasına
səbəb oldu. Nəticədə quş, balıq və məməli orqanizmlərdə onun konsentrasiyası yüksəldi. Qida zəncirinin hər
həlqəsində DDT-nin miqdarı artdı: bitkilərdə (yosunlarda) -10 dəfə, xırda orqanizmlərdə (kiçik xərçəng) – 100
dəfə, balıqlarda – 1000 dəfə, yırtıcı balıqlarda – 10000 dəfə (DDT-nin lildə olan miqdarına nisbətən).
DDT-nin köməyi ilə insanlar öz həyat şəraitini yaxşılaşdırmağa ümid edirdi, lakin sonralar tədricən məlum
oldu ki, belə tərəqqi onlara baha başa gəlir.
Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır. Tor-
paqda isə o, 20 ilə qədər qala bilər. DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda və
lipidlərdə yaxşı həll olması ilə əlaqədardır.
ABŞ-da qadağan olunan kimyəvi agentlər arasında DDT birincilər sırasındadır.
DDT-nin ekosistemin vəziyyətinə və əhalinin sağlamlığına təsiri artıq uzun illərdir ki, öyrənilir.
Pestisidlərin təsirinə onun istehsalı ilə məşğul olan işçilər, həmçinin kənd təsərrüfatı aviasiyası personalı,
fermerlər, aqronomlar və kənd təsərrüfatının digər mütəxəssisləri daha çox məruz qalır. Bu şəxslərdə xlorakne
adlanan tipik xəstəlik qeydə alınır.
Hazırda dünyanın əksər ölkələrində DDT-dən istifadənin qadağan olunmasına və praktiki olaraq ondan
istifadə olunmamasına baxmayaraq, onun insanların reproduktiv sağlamlığına və endokrin sisteminə sonrakı
təsirinin nəticələri ciddi problem olaraq qalır.
DDT konserogen təsirə malikdir, odur ki, bu maddə MAİR tərəifndən insan üçün konserogen qrupuna (2 B
qrupu) aid edilmişdir. Son illərin tədqiqatları nəticəsində qadınların piy toxumasında DDT-nin miqdarı ilə süd
vəzilərində xərçəng xəstəliyi (P.Cocco et al., 2000), DDT-nin peşə təsirilə mədəaltı vəzinin xərçəngi arasında
bağlılıq aşkar edilmişdir. DDT-nin istifadəsi məhdudlaşdırıldığı ilə əlaqədar ana südündə onun miqdarı xeyli
azalmışdır (D.Smith, 1999). Lakin bu Avropa ölkələrinə, ABŞ-a və Kanadaya aiddir; Tacikistan və
Qazaxıstanda isə ana südündə DDT-nin miqdarı əvvəllər olduğu kimi yenə də yüksək (2300-600 nq/q) olaraq
qalır.
DDT-yə həmçinin digər DÜÇ-lərə şimal Arktika regionlarının ətraf mühitində də rast gəlinir. Bunlar bu
regionların azsaylı əhalisinə təhlükə yaradır. DDT qrupu pestisidlər Arktikanın yerli sakinlərinin qanında əsasən
DDE halında olur, bu, həmin toksinlərin orqanizmə nisbətən çoxdan daxil olmasını təsdiq edir.
M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda ən böhranlı ekotoksikoloji şərait
keçmiş pambıq və taxıl yetişdirilən rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır.
Respublikamızda 1980-ci ilin ortalarına qədər pestisidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay
və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra
əvvəllər pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq sovkası, gənə, mənənə və s.
cücülərin çoxalması baş verdi. K.Edvardsa görə T
50
DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox
asılıdır. Belə ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin torpaqlarında isə cəmi 3-9
ay qala bilir.
Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək qalıq miqdarı ən çox gilli torpaq-
larda rast gəlinir. Bu torpaqlarda profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal
183
torpaqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003).
Pestisidlərdən istifadənin digər ciddi problemi ziyanvericilərin ona alışmasıdır, bu alışma sonrakı nəsillərə
də keçərək pestisidlərin effektivliyini aşağı salır və yeni-yeni kimyəvi maddələrdən istifadəyə məcbur edir. Re-
zistentlik adlanan bu hadisədə həşəratların onlarla kütləvi növlərinin istifadə olunan əsas birləşmə siniflərinə
qarşı hissiyyat göstərmir. Bura ev milçəyi, tarakan, Kolorado kartof böcəyi, kələm güvəsi və s.-ni misal
göstərmək olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra baş verir. Odur ki, yaxın
gələcəkdə pestisidlərdən istifadənin hazırkı strategiyasında bütün əsas ziyanvericilər rezistent ola bilər.
Pestisidlərdən istifadənin problemlərini ümumiləşdirsək, belə nəticəyə gəlmək olar ki, əsas təhlükə ekosfe-
rin həyat təmin edilməsi xassələrinin pozulması və insanların sağlamlığının pisləşməsidir.
Gələcək perspektiv planda istifadə olunan kimyəvi maddələr qadağan olunmalı və bioloji mübarizə üsulları
ilə əvəz edilməlidir. Lakin təcili olaraq qadağan mümkün deyil. Keçid dövründə bəzi qaydalara riayət etmək
lazımdır. Pestisidlərdən lazım olmadıqda istifadə etmək olmaz, zərərvericiləri başdan-başa qırmağa çalışmaq
lazım deyil, onun sayını aşağı səviyyədə saxlamaq kifayətdir. Pestisidlərdən istifadə üçün xüsusi mütəxəssislər
hazırlanmalıdır.
12.2.4. Digər xlor-üzvi pestisidlər
Dostları ilə paylaş: |