Perm-karbon buzlaşması epoxasında Yer kürəsinin digər rayonlarında iqlim şəraiti kifayət qədər isti
olmuşdur.
Perm dövründə nəzərə çarpan termik zonallıq olmuşdur, bununla belə, kontinentlərdə quru iqlim vilayətləri
genişlənmişdir.
Mezozoyun iqlimi (zamanımızdan 235-66 mln. il əvvəl) kifayət qədər yekrəng olmuşdur. Yer kürəsinin
böyük hissəsində iqlim şəraiti müasir tropik iqlimə yaxın olmuşdur, buna baxmayaraq, yüksək enliklərdə iqlim
xeyli mülayim və ya isti olmuş, temperatur dəyişkənliyi mövsümlər üzrə az olmuşdur. Mezozoyda rütubətlənmə
şəraiti kontinentlərdə, ehtimal ki, müasir epoxa ilə müqayisədə daha yekrəng olmuş, həm də rütubət çatışmazlığı
və izafi rütubətlik zonaları mövcud olmuşdur.
Təbaşir dövrünün sonunda isti iqlim zonası azalmış, quru iqlim şəraiti vilayəti isə genişlənmişdir. Kay-
nozoy erasına keçid dövründə iqlimdə nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Üçüncü dövrün ikinci
yarısında (oliqosenin ortalarında) soyuqlaşma prosesinin inkişafı başlanmışdır, bu proses mülayim, xüsusən
yüksək enliklərdə daha çox nəzərə çarpmışdır. Bu vaxtdan etibarən yüksək enliklərdə tədricən yeni iqlim zonası
genişlənir, burada meteoroloji rejim mülayim zonadakı müasir iqlim şəraitini xatırladır. Bu zonada havanın
temperaturu qışda sıfırdan aşağı enir, bu isə mövsümi qar örtüyünün əmələ gəlməsinə imkan yaradır. Eyni za-
manda okeandan uzaq rayonlarda iqlimin kontinentallığı artır.
Soyuqlaşma prosesi müntəzəm olmayıb, ayrı-ayrı epoxalarda istiləşmə baş vermişdir, lakin bu termik
zonallığın ümumi güclənmə meylini dəyişməmiş, yuxarı enliklərdə temperaturun aşağı düşməsinə səbəb
olmuşdur. Bu proses pliosendə güclənmiş, bu zaman ehtimal ki, oliqosendə Antarktidada kontinental
buzlaşmanın genişlənməsi baş vermişdir və indi də mövcuddur.
Pliosendə iqlimin müasir dövrdəkinə nisbətən isti olmasına baxmayaraq, o, mezozoya və üçüncü dövrün bi-
rinci yarısına nisbətən müasir iqlim şəraitinə daha oxşar olmuşdur.
Pleystosenin iqlim şəraiti. Pleyctosenin iqlimi özündən əvvəlki mezozoy və üçüncü dövrün iqlimindən
kəskin fərqlənir. Pleyctosen 1,6-2,0 mln. il əvvəl başlanmışdır, bu zaman üçüncü dövrün sonunda baş verən
soyuqlaşma mülayim və yüksək enliklərdə güclənmiş, bu isə böyük kontinental buzlaşmanın inkişafına səbəb
olmuşdur. Belə buzlaşmaların sayı və tarixi təxmini məlumdur.
XIX əsrdə Alpda aparılan tədqiqatlar dörd əsas Avropa buzlaşmalarını (Qyuns, Mindel, Riss və Vüyrm)
ayırmağa imkan verdi. Sonralar aydın olmuşdur ki, bu buzlaşmaların hər biri bir neçə mərhələyə ayrılır, onların
arasında buzlaqlar geri çəkilmişdir.
Ehtimal ki, buzlaşmanın inkişafı və geri çəkilməsi pleystosenin ümumi müddətinin az hissəsini təşkil
etmişdir, nisbətən isti buzlaqlararası epoxalar daha uzun müddətli olmuş və bu zaman kontinentlərdə buzlaqlar
225
yoxa çıxaraq yalnız dağ rayonlarında və yüksək en dairələrində qalmışdır. Müəyyən edilmişdir ki, Avropa,
Asiya və Şimali Amerikada buz örtüklərinin hücumu və geri çəkilməsi qismən sinxron (eyni zamanda)
olmuşdur.
Buzlaşma epoxasında kontinentlərdə buz örtüyü yerini dəyişərək daha rütubətli dəniz iqlimi olan rayonlara
çatmışdır. Şimali Asiyanın nisbətən quru iqlimində buzlaşma çox az sahə tutmuşdur.
Daha güclü buzlaşma zamanı kontinental buz örtüyü şimal yarım kürəsində orta hesabla 57
0
ş.e.d.-nə, ayrı-
ayrı rayonlarda hətta 40
0
ş.e.d.-nə çatmışdır. Kontinental buz örtüyünün qalınlığı buzlağın çox hissəsində 100
metr, bəzi vilayətlərdə isə bir kilometrə çatmışdır.
Şübhəsiz, kontinental buzlaşmanın inkişafı zamanı dəniz qütb buzlarının sərhədi də daha aşağı en
dairələrinə enmişdir. Bu, planetimizdə dami buz örtüyünün sahəsini xeyli artırmışdır. Buzlaqların hər dəfə
hücumu zamanı buzlaqla əhatə olunmayan dağ rayonlarında qar xətti yüz metrə, bəzən bir kilometrə qədər aşağı
enmişdir.
Bununla yanaşı, buzlaşma epoxalarında daima donuş torpaqların sahəsi də xeyli çoxalmışdır. Buzlaşmanın
inkişafı zamanı daim donuşluq daha aşağı en dairələrinə keçmiş, bu məsafə bəzən min kilometrə çatmışdır.
Buzlaşma epoxalarının xarakterik xüsusiyyətləri böyük kontinental buzlaqların inkişafı, Dünya okeanının
indikinə nisbətən 100-150 m aşağı düşməsi olmuşdur. İsti buzlaqlararası epoxalarda okeanın səviyyəsi bir neçə
on metrlərlə qalxmışdır.
Buzlaşma epoxalarının iqlimi Yer kürəsinin bütün rayonlarında havanın temperaturunun xeyli aşağı
düşməsi ilə səciyyələnmişdir, temperaturun belə aşağı düşməsi indikinə nisbətən orta hesabla bir neçə dərəcə
fərqli olmuş və en dairəsi artdıqca yüksəlmişdir. İsti buzlaqlararası epoxalarda havanın temperaturu indikindən
isti olmuşdur.
Holosenin iqlim şəraiti. Holosen iqlimin dəyişməsi tarixində nisbətən qısa bir epizod (hadisə) dördüncü
buzlaşmanın sonunda baş vermişdir. Bu vaxt ərzində iqlim şəraitində bir neçə nəzərə çarpacaq tərəddüdlər
olmuşdur.
Son vürum buzlaşması bizim dövrümüzdən 20 min il əvvəl baş vermiş, bir neçə min il ərzində bu
buzlaşma xeyli dərəcədə dağılmışdır. Ardıcıl (sonrakı) gələn epoxa şimal yarımkürəsinin mülayim və yüksək en
dairələrində nisbətən soyuq və rütubətli iqlimi ilə səciyyələnmişdir. Bizim dövrümüzdən təxminən 12 min il
əvvəl xeyli istiləşmə baş vermiş (Allered epoxası) və o, tezliklə soyuqlaşma ilə əvəz olunmuşdur.
Sonralar yenidən istiləşmə bərpa olunmuş və Avropa və Şimali Amerikada son iri buzlaşma, zamanımızdan
5-7 min il əvvəl yoxa çıxmışdır. Bu epoxada buzlaşmadan sonrakı istiləşmə maksimuma çatır. Güman edilir ki,
bizim dövrdən 6 və 7 min illər arasında şimal yarımkürəsində havanın temperaturu indikindən təxminən 1-3
0
artıq olmuşdur.
Bu zaman ehtimal ki, atmosfer dövranında müəyyən dəyişikliklər olmuşdur. Qütb buzlarının şimala doğru
yerləşməsi ilə bərabər, buzlaşma eyni zamanda subtropik qurşağın daha yüksək en dairələrinə keçmişdir, bu isə
Avropa, Asiya və Şimali Amerikanın bir sıra vilayətlərində quraqlıq zonanın genişlənməsinə gətirib çıxardı.
Eyni zamanda aşağı en dairələrinin müasir səhralarında yağıntıların miqdarı artdı. Həmin epoxada Saxaranın
iqlimi nisbətən rütubətli olmuş, bu isə burada zəngin flora və faunanın mövcudluğuna şərait yaratmışdır. Sonra-
lar soyuqlaşmaya doğru meyl üstünlük təşkil etmiş, bu hal, bizim eramızdan əvvəl birinci minillikdə xüsusilə
nəzərə çarpacaq dərəcədə olmuşdur.
Termik rejimin dəyişilməsi ilə yanaşı olaraq yağıntıların rejimi də dəyişərək müasir vəziyyətindəkinə
yaxınlaşmışdır.
Eramızın birinci minilliyinin sonu və ikinci minilliyin əvvəlində xeyli istiləşmə baş verir, bu vaxt qütb
buzları yüksək en dairələrinə doğru geri çəkilməyə başladı.
XIII əsrdən başlayaraq XVII əsrin başlanğıcında maksimuma çatan soyuqlaşma dağ buzlaqlarının
genişlənməsi ilə müşayiət olunur, bununla əlaqədar, bu dövr bəzən kiçik buzlaq epoxası adlandırılır. Sonralar
növbəti istiləşmə və buzlaqların geri çəkilməsi başlandı.
XVIII və XIX əsrlərin iqlim şəraiti müasir dövrünkündən nisbətən az fərqlənir.
16.4. İnsanın təsərrüfat fəaliyyətinin iqlimin dəiyşməsinə təsiri
Minilliklər ərzində insanların təsərrüfat fəaliyyəti təbii iqlim şəraitinə uyğunlaşmışdır. Yer kürəsində insan-
226
lar nisbətən azlıq təşkil etdiyi və onların energetika və texnika ilə təchizatı aşağı olduğu bir zamanda insanın
bütün təsərrüfat fəaliyyətinin ətraf təbiətə təsiri olduqca zəif olmuşdur. Lakin Yer üzərində əhalinin sürətlə
çoxalması onun təbii resurslardan istifadənin həcminin durmadan artmasını tələb edirdi. XX əsrdə elmi-texniki
tərəqqinin inkişafı, güclü texnologiyanın yaradılması və sənaye istehsalının çox sürətlə artması torpağın, su
obyektlərinin və havanın çirklənməsi qlobal miqyas aldı. V.İ.Vernadski yazırdı ki, bəşəriyyət bütövlükdə böyük
geoloji qüvvə olacaqdır. İnsanın dərrakəsi ilə yaradılan texnikanın təsiri təbiətin dağıdıcı qüvvəsi ilə ölçüyə gələ
bilən qüvvəyə çevrildi. Bütün bunlar təbiətə məxsus olan öz-özünü nizamlama və tarazlığın pozulmasına səbəb
olur (şəkil 16.1).
Şəkil 16.1. Yer səthində havanın temperaturunun
əsrlik gedişinin anomaliyası
227
Şəkil 16.2. Yer əhalisinin artımı və onun biosferə təsiri
Antropogen təsirlərin məcmusu insanın aşağıdakı müxtəlif fəaliyyət formalarından irəli gəlir:
•
Milyon hektarlarla sahənin kənd təsərrüfatı bitkiləri altında şumlanması və təbii otlaqların
yaxşılaşdırılması ilə əlaqədar Yer səthi albedosunun dəyişməsi, rütubətliliyin sürətlə itrilməsi, toz
hissəciklərinin atmosferə qalxması;
•
«Planetin ağciyəri» sayılan meşələrin, xüsusən tropik meşələrin geniş ərazilərdə məhv edilməsi,
albedonu dəyişir, yerin «çılpaqlaşdırılmış» səthindən buxarlanmanı gücləndirir, ərazinin su rejimini pisləşdirir;
•
Vahid otlaq sahəsində hədsiz sayda mal-qaranın otarılması bozqırları və savannaları səhraya çevirir; bu
zaman ekosistemlərin bioloji növlərinin müxtəlifliyi kəskin azalır, torpağın su-fiziki xassələri pisləşir, su və
külək eroziyası inkişaf edir, albedo yüksəlir;
•
Qazıntı üzvi yanacağın (daş, kömür, neft, qaz) həcminin artması, onların məhsulları atmosferin
çirklənməsini gücləndirir;
•
Atmosferə atılan sənaye və avtonəqliyyat tullantılarının xeyli artması atmosferin tərkibini dəyişdirir,
onun tərkibində aktiv radiasiyalı qazlar və aerozollar çoxalaraq, parnik (istilik) effekti yaradır, su obyektlərini
çirkləndirir, bitki, heyvan orqanizmlərinin vəziyyətinə və insanların sağlamlığına məhvedici təsir göstərir.
16.5. Parnik (istilik) effekti. temperaturun yüksəlməsi
Parnik (istilik) effekti nədir? Parnik effekti atmosferin Günəş radiasiyasını buraxıb, lakin yer şüalanmasını
saxlayaraq, bununla da, Yerin istilik toplanmasına kömək etmək xassəsidir. Yer atmosferi qısadalğalı günəş
radiasiyasını nisbətən yaxşı buraxır və o, albedosu olduğundan yer səthi tərəfindən tamamilə udulur. Yer səthi
günəş radiasiyasının udulması hesabına yerin, əsasən uzundalğalı istilik şüalanmasının mənbəyi olur; bu
dalğalar üçün atmosferin şəffaflığı azdır və onlar atmosferdə əsasən su buxarı tərəfindən udulur. Yer
şüalanmasının yalnız 10 …. 20%-i atmosferə keçərək kosmos fəzasına daxil olur. Beləliklə, atmosferin parnik
və ya istilik effekti, günəş şüaları tərəfindən istixananın qızması zamanı onun şüşəsinin təsirinə oxşardır.
Əgər yerin istilik qazları olan atmosferi olmasaydı, onun səthinin orta temperaturu 33
0
C aşağı olardı.
Hazırda yer səthinin orta temperaturu +15
0
C təşkil edir, deməli, parnik effekti olmasa idi, o, (-18
0
) olardı. Odur
ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün mexanizmlərdən biri sayılır.
Parnik effekti yaratmaqda su buxarı böyük rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyalı
qazların da rolu böyükdür. Əsas istilik effekti yaradan qazlar aşağıdakılardır: karbon 2-oksid (CO
2
), metan
(CH
4
), azot oksidləri, xüsusilə NO
2
, freonlar və troposfer ozonu. Sonuncu yüz illərdə bu qazların miqdarı
artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. On-
lardan ən əsasları insan tərəfindən sintez edilən xlor-flüor üzvi birləşmələri – freonlar da bu kateqoriyaya aid-
dir.
228
Son 200 ildə, xüsusilə 1950-ci ildən sonra hazırda da davam edən insan fəaliyyəti parnik effekti qazlarının
konsentrasiyasının artmasına səbəb olur. Bu qaz qarışıqları və aerozollar qısadalğalı günəş şüalarını keçirərək,
istixananın örtüyü kimi, uzundalğalı şüalanmanın qarşısını alır, bunun nəticəsində tədricən iqlimin istiləşməsi
baş verir.
Karbon-2-oksid və ya karbon qazının hazırda parnik effektində payı 60-64% təşkil edir. Bu qaz atmosferə
karbontərkibli yanacaq növlərinin (daş kömür, neft, qaz) sənayedə və avtomobil mühərriklərində (hazırda yerdə
bir milyarddan artıq avtomobildən istifadə edilir) istilik elektrik stansiyalarında yandırılması nəticəsində daxil
olur.
Sənaye inqilabının başlandığı zaman 1760-cı ildə qazıntı yanacağının yandırılması nəticəsində karbon
tullantıları olduqca az idi. Lakin 1950-ci ildə o, ildə 6 mlrd. ton olaraq, atmosferdə CO
2
-nin kəskin artmasına
səbəb oldu. 2000-ci ildə karbon tullantıları 6,3 mld. tona çatdı (şəkil 16.3).
Müxtəlif yanacaq növlərindən müxtəlif miqdarda karbon tullantıları atılır. Məsələn, vahid enerji istehsal
etmək üçün daş kömürün yandırılması zamanı neftə nisbətən çox karbon atılır, neftin yandırılmasında isə təbii
qaza nisbətən çox karbon atılır. Hazırda benzinlə işləyən 250 mindən artıq avtomobil, daş kömürlə işləyən
minlərlə elektrik stansiyaları iqlimin dəyişməsini idarə edir.
Şəkil 16.3. 1900-2000-ci illərdə bütün dünyada qazıntı yanacağının yandırılması zamanı karbonun
tullantıları
Bununla yanaşı, son illərdə hər il planetimizdə 9 mln hektardan artıq meşə örtüyü məhv edilir. Qeyd edək
ki, meşə eyni sahədən tarlaya nisbətən 20 dəfə artıq karbon qazı udub saxlayır.
Hazırda atmosferdə 2,6·10
3
milyard ton CO
2
vardır və hər il atmosferə 20 mld. ton CO
2
(6 mlrd ton karbon)
atılır. Digər məlumata əsasən, 1988-ci ildə karbontərkibli qazıntı yanacağının yandırılmasından atmosferə 5,5
mlrd. ton, meşələrin yox edilməsi və yandırılması nəticəsində isə 2,5 mlrd. ton karbon atılmışdır (şəkil 16.4).
Quruda 2 mlrd. ton CO
2
-nin karbonu fotosintez prosesində yaşıl bitkilər tərəfindən mənimsənilir, 2 mlrd. ton
okeanda mənimsənilir, yerdə qalan 2 mlrd. ton mənimsənilmir və atmosferdə CO
2
-nin konsentrasiyası artır.
Əgər intensiv insan fəaliyyətinin başlanğıcına qədər hava bərpa olunan resurs idisə, hazırda o belə deyil.
Son bir neçə min ildə buzlaşma dövründə atmosferdə CO
2
-nin təbii miqdarı havanın 1 mln. hissəciyində
180-200 hissəcik, isti iqlim epoxalarında isə 280-300 hissəcik təşkil etmişdir (şəkil 16.5). Son 200 ildə CO
2
-nin
miqdarı havanın 1 mln. hissəciyində 275-300 hissəcik, 1958-ci ildən 2001-ci il daxil olmaqla CO
2
-nin
konsentrasiyası 315-dən 368-ə qədər qalxmışdır.
229
Şəkil 16.4. 1950-1985-ci illərdə karbon qazının tullantıları
230
Şəkil 16.5. Son 160 min ildə parnik qazları və qlobal temperaturun
konsentrasiyasının dəyişməsi
Yerin geoloji tarixində atmosferdə karbon qazının miqdarının dəyişməsi belə yüksək həcmə çatmamışdır.
ABŞ-nin Milli Elmlər Akademiyasının hesablamalarına görə 2100-cü ilə atmosferdə CO
2
-nin konsentrasiyası
ikiqat artacaqdır; digər modellərə əsasən həmin ilə CO
2
-nin miqdarı 3 dəfə artacaqdır. Ehtimal ki, CO
2
-nin iki-
qat artması XXI əsrin ortalarında baş verəcəkdir.
Metan (CH
4
), bataqlıq qazı parnik effektində böyük rol oynayıb, bu baxımdan onun payı 19% təşkil edir.
Son on illərdə atmosferdə onun artması müşahidə edilir.
Metan atmosferə qaz, neft və daş kömürün çıxarılması və bioqazın istehsalı zamanı su ilə basılmış çəltik
tarlalarında üzvi maddələrin çürüməsindən, bataqlıqların qurudulması və meliorasiyası zamanı və maldarlığın
artması ilə əlaqədardır. Hazırda yer üzərində bir milyard ədəddən çox iribuynuzlu mal-qara mövcuddur. Mal-
qara daha çox saxlanılan yeni Zenlandiyada atmosferə daha çox metan qazı atılır. Metanın atmosferdə artma
sürəti 1,2-1,5% təşkil edir.
Metanın SO
2
-dən olduqca az olmasına baxmayaraq, infraqırmızı şüaların udulmasında yüksək effektli udu-
cu sayılır. Lakin onun konsentrasiyasının illik artımı SO
2
-yə nisbətən 2 dəfə çoxdur. Əhalinin sayının artması ilə
231
atmosferdə metanın çoxalması müşahidə olunur. Belə ki, əhali artdıqca çəltik tarlalarının sahəsi genişlənir, iri-
buynuzlu mal-qaranın sayı çoxalır. Hazırda metanın miqdarı sənaye erasına nisbətən 60% çoxdur. XXI əsrin
ortalarına atmosferdə metanın ikiqat artması gözlənilir.
Kənd təsərrüfatında azot gübrələrindən istifadənin və İES-lərdə üzvi yanacaqlardan kütləvi istifadə edilməsi
nəticəsində azot oksidlərinin miqdarı artmaqda davam edir. Onlar ümumi istilik effektinin 6%-ni təşkil edir.
Hər il NO
2
-nin konsentrasiyası 0,3% artır.
Freonlar tərkibində xlor, flüor və brom olan maddələrdir. Bunlar yüksək effektli potensiala malik olub
atmosferdə uzun müddət qalır. XXI əsrin ortalarında metan, azot oksidləri və freonların birlikdə təsiri
atmosferdəki CO
2
-nin konsentrasiyasının ikiqat artması effektinə bərabər ola bilər.
YUNEP-in Beynəlxalq konfransının məlumatına əsasən son yüz ildə planetin temperaturu CO
2
-nin artması
ilə əlaqədar 0,6
0
C yüksəlmişdir (şəkil 16.7), 2100-cü ilə temperaturun 1,5-5,8
0
C artması gözlənilir. Qütb en
dairələrində temperaturun yüksəlməsi 10
0
C-yə çata bilər.
Atmosferdə CO
2
-nin artması onun 1959-cu ildən başlayaraq müntəzəm olaraq ölçülməsi tarixindən
başlayır. Həmin ildən etibarən, müşahidə olunan 14 isti yaylar 1980-ci ildən sonrakı dövrə düşür. Son üç on
illiklərdə yer səthinin orta illik temperaturu 1969-1971-ci illərdən 1998-2000-ci ilə qədər 13,99
0
C-dən 14,43
0
C-
yə, yəni 0,44
0
C qalxmışdır.
16.8 saylı şəkildən görünür ki, 1980-ci ildən sonra Yerin temperaturu sürətlə yüksəlmişdir. Həm də tempe-
raturun artması meyli XXI əsrdə daha çox nəzərə çarpır. Əgər CO
2
-nin konsentrasiyası bu əsrin sonuna qədər
ikiqat artarsa, temperatur yuxarıda göstərildiyi kimi, 1,5-5,8
0
-yə qədər artacaqdır. Temperaturun yüksəlməsi ek-
stremal iqlim hadisələrinə, şiddətli isti havaların olmasına, bununla əlaqədar buzlaqların əriməsinə, okean və
dənizlərin səviyyəsinin qalxmasına və dağıcıdı tufanların, qasırğaların baş verməsinə səbəb olacaqdır.
Ehtimal olunan temperatur artımı Yer səthində qeyri bərabər paylanacaqdır. Quruda yüksək en dairələrində
dəniz səthinə və ekvator vilayətinə nisbətən temperaturun artımı daha çox müşahidə olunacaqdır. Temperaturun
sıçrayışla dəyişməsi şimal en dairələrində gözlənilir. Buna 1995-ci ilin iyun və iyul aylarında Çikaqoda olan
istilik misal ola bilər, burada iyulda 5 gün dalbadal havanın temperaturu 38-40
0
C-yə çatmışdır. Çikaqo müasir
sənaye şəhəri olub, havanın kondisionerləşmə sistemi ilə yaxşı inkişaf etməsinə baxmayaraq, baş verən yüksək
istilik 500 insanın həyatına son qoydu. Həmin regionda şiddətli istilik yayda qarğıdalının məhsuldarlığını 15%
aşağı saldı, bu isə təsərrüfata 3 mlrd. dollar ziyan deməkdir.
16.6. İqlimin qlobal dəiyşməsinin təbii və sosial-iqtisadi nəticələri
İqlimin dəyişməsi həm təbii, həm də sosial-iqtisadi proseslərə böyük təsir göstərir. İqlimin dəiyşməsi üzrə
dövlətlərarası komitə XXI əsrdə temperaturun qlobal yüksəlməsi nəticəsində əhalinin həyat tərzinin,
iqtisadiyyatın və energetikanın dəyişdirilməsi üzrə altı alternativ ssenarini təhlil etmişdir.
Bu tədqiqatlar zamanı təbii və sosial-iqtisadi sistemin həssaslığı, uyğunlaşması və zəifləməsi (dağılması)
əlaqələndirilmə məsələlərinə əsas diqqət ayırmışdır. Həssaslıq – sistemin iqlim şəraitinin dəyişməsinə reaksiya
etmək (cavab vermək) qabiliyyətidir. Uyğunlaşma – başlanacaq iqlim dəiyşməsinə iş rejimini dəyişməkdə
sistemə verilmiş imkanlardan, sistemdə gedən proseslərin sürəti, istiqaməti və bu zaman baş verəcək
strukturlaşma imkanlarından asılıdır. Zəifləmə, dağılma sistemə dəyən ziyanın dərəcəsini müəyyənləşdirir.
232
Şəkil 16.6. Parnik qazlarının qlobal konsentrasiyası
İqlim göstəricilərinin – ortaillik temperaturun və rütubətliliyin qlobal dəyişməsi nəticəsində qurunun
landşaftında müvafiq dəyişikliklər baş verəcək, denudasiya və aşınma prosesləri artacaq və ya azalacaq, Dünya
okeanının landşaftı şəklini dəyişəcək, şelflər genişlənəcək, yaxud daralacaq, kənd təsərrüfatında çox mühüm
dəyişikliklər olacaqdır.
Şəkil 16.7. 1951-1980-ci illərin orta temperaturu ilə müqayisədə
temperaturun dəyişməsi,
0
C
233
Şəkil 16.8. 1760-2000-ci illərdə atmosferdə karbon qazının konsentrasiyası
Quru landşaftların dəyişməsi. Orta enliklərdə temperaturun yaxın 100 illikdə 1-3,5
0
qalxması ekvivalent
surətdə qütblərə tərəf eninə 150-550 km, hündürlüyə görə isə 150-550 m izotermin qarışmasına səbəb olacaqdır.
Buna uyğun surətdə isə bitki örtüyünün dəyişməsi baş verəcəkdir.
Şəkil 16.9. 1866-2000-ci illərdə yer səthində orta temperatur
Flora və fauna inkişaf edib uyğunlaşdığı iqlimdən yeni bir iqlim rejiminə qədəm qoyacaqdır. İqlimin
dəyişmə sürətindən asılı olaraq bəzi növlər yeni şəraitə uyğunlaşaraq qalacaq, bəzi növlər isə sıradan çıxa bilər.
Bunun nəticəsində növlərin yeni kombinasiyaları formalaşmağa başlayacaq və yeni ekosistemlər yaranacaqdır.
Mülayim qurşağın meşələrində karbon qazının çoxalması ilə əlaqədar bəzi ağac cinsləri də sıradan çıxacaqdır.
Ekosistemin sahəcə yeni iqlim şəraitinə uyğunlaşması prosesi insan fəaliyyətinin maneçiliyi tərəfindən daha
da mürəkkəbləşəcəkdir.
Ən çox dəyişiklik arktik və subarktik qurşaqlarda baş verəcəkdir: kriosferin komponentləri – dəniz
buzlaqları, dağ və düzən buzlaqları, daimi və mövsümi donuşluqların sahəsi və dərinliyi, mövsümi qar
örtüyünün sahəsi və müddəti dəyişəcəkdir.
234
Landşaftlar dəyişkənliyə (transformasiyaya) uğrayaraq qütbə doğru hərəkət edəcəkdir. Landşaftların bəzi
elementləri (tundra və meşə-tundra) iqlimin istiləşməsi zamanı birdəfəlik itə bilərlər.
Səhralar temperaturun yüksəlməsilə əlaqədar daha da aridləşməyə doğru gedəcəkdir.
Dəniz sahili sistemlər müxtəlif olduğu üçün temperaturun yüksəlməsinə və okeanın səviyyəsinin
qalxmasına müxtəlif cür reaksiya göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayır. Odur ki, iqlimin dəyişilməsi
ilə baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların
səviyyəsinin sonrakı qalxması hündür olmayan ərazidə suyun basmasına, orada olan qurğuların, yaşayış
məntəqələrinin dağılması və bir sıra başqa təzadlı nəticələr baş verəcəkdir. Bu zaman ən çox aşağı səviyyədə
yerləşən adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq, burada yaşayan əhalinin miqrasiyasına və
onunla əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır.
Hazırda 46 mln. adam dəniz fırtınalarının basması qorxusu altındadır. Okeanın səviyyəsi 1 m qalxarsa, bu
miqdar 118 mln-a çata bilər.
Dostları ilə paylaş: |