QƏRİb məMMƏdov, mahmud xəLİlov


humid (paleoiqlim ssenarisi - EMİ) sayılır (cədvəl 16.2)



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə38/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   34   35   36   37   38   39   40   41   ...   64

humid (paleoiqlim ssenarisi - EMİ) sayılır (cədvəl 16.2). 

 

Cədvəl 16.2 

 

Aylar  

ΔT



0

ΔR, % 



EMİ CCC GFDL EMİ CCC GFDL 

yanvar  


9,8 

4,3 


2,1 

16 


15 

10 


iyul 0,2  1,8  2,2  16  0 

 



Cədvəldə verilən rəqəmlər göstərir ki, gələcək iqlimin təkamülü adı verilmiş ssenarilər üçün ümumi olub, 

istiləşmə sayılır, lakin istiləşmə dərəcəsi və yağıntıların miqdarının dəyişməsi müxtəlifdir.  

İqlim dəyişməsi kütləvi instrumental meteoroloji müşahidələrlə daha dəqiq qiymətləndirilir. Son 50 il 

ərzində olan məlumatların elmi yekunlaşdırılması  nəticəsində  İDBEQ-nin alimləri tərəfindən orta qlobal real 

iqlim istiləşməsi müəyyən edilmişdir; XX əsr ərzində Yer səthinin orta qlobal temperaturu 0,6

±0,2


0

C artmışdır. 

XX əsrdə temperaturun belə artması son minillik ərzində ən yüksək hesab olunur. 1950-ci ildən 1993-cü il daxil 


 

240


olmaqla yer səthindən havanın qış minimal temperaturu onilliklərdə 0,2

0

C, gündüz maksimal temperaturu isə 



0,1

0

C artmışdır. Bu şaxtasız dövrün davamiyyətini artırmışdır. Peyklərin köməyi ilə  əldə edilən  şəkillərin 



məlumatına əsasən 1960-cı ilin sonundan yerin qar örtüyünün sahəsi 10% azalmışdır, qeyri qütb rayonlarında 

dağ buzlaqlarının da sahəsinin azalması müşahidə olunur.  

XX  əsr  ərzində suyun istidən genişlənməsi və materik buzlarının  əriməsi nəticəsində dünya okeanının orta 

səviyyəsi 10 …. 20 sm qalxmışdır. XX əsrdə əsasən şimal yarımkürəsinin yüksək və orta en dairələrində atmosfer 

yağıntılarının miqdarı orta hesabla 0,5 …… 1% artmışdır. Güclü quraqlıq və hədsiz rütubətlənmə dövrünün təkrar 

olunması onilliklər üzrə tərəddüd etmişdir, lakin Aisya və Afrikanın bəzi rayonlarında quraqlığın  təkrar olunması 

və intensivliyi xeyli çoxalmışdır. Şimal yarımkürəsində ekstremal aşağı temperaturun təkrarlanması azalmış, ek-

stremal yüksək temperaturunku isə çoxalmışdır. Həm də cənub yarımkürəsinin bəzi rayonlarında və Antarktidada 

da iqlimin istiləşməsi qeydə alınmamışdır.  

Alimlər bütün iqlim dəyişmələrini parnik (istilik) qazlarının konsentrasiyasının antropogen dəyişilməsi ilə 

əlaqələndirir. Belə ki, İDBEQ-nin (İzrael, Qruza, 2001) üçüncü hesabatının məlumatına görə, 1750-ci ildən 

2000-ci il daxil olmaqla CO

2

-nin konsentrasiyası 31% çoxalmışdır. CO



2

-nin belə artması son 420 min ildə bu 

səviyyəyə çatmamışdır. Son 20 il ərzində antropogen CO

2

-nin ¾ hissəsinin atmosferə daxil olmasını alimlər, 



böyük miqdarda üzvi yanacaqların (neft, qaz, daş kömür) yandırılması ilə  əlaqələndirir, qalan hissəsi isə 

əkinçilik sistemindəki dəyişikliklər və meşə sahələrinin azalması hesabına olur.  

XX əsrin yalnız 90-cı illərində CO

2

-nin konsentrasiyası ildə 0,2…0,8% çoxalır. Atmosferdə metanın (CH



4

konsentrasiyasının artması 1750-ci ildən başlayıb, bu günə kimi artım 151% təşkil edir və çoxalmaqda davam 



edir. Yuxarıda qeyd olunduğu kimi atmosferdə metanın  əsas artması  mənbəyi üzvi tullantıların yandırılması, 

heyvandarlıq təsərrüfatlarının tullantılarının çoxalması  və s. hesab olunur. Son onilliklərdə atmosferdə azot 

oksidlərinin konsentrasiyası da xeyli artmışdır, bu torpağın kənd təsərrüfatında becərilməsi və kimya 

sənayesinin inkişafı ilə bağlıdır. Bunlardan başqa, atmosferə az miqdarda xlor, kükürd və s. qaz qarışıqları da 

daxil olur. Bütün bu qazlar atmosferə fasiləsiz daxil olaraq antropogen aerozolları əmələ gətirir, bu isə radiasiya 

şəraitini dəyişdirir. Belə ki, 1750-ci ildən başlayaraq, günəş radiasiyasının axını 0,3 Vt/m

2

 yüksəlmişdir, həm də 



bu dəyişikliklərin böyük hissəsi XX əsrin birinci yarısında olmuşdur.  

Deyildiyi kimi, iqlimin dəyişməsi ssenarisi təbiətin əsas fiziki qanunlarını nəzərə alaraq riyazi modellərlə 

işlənib hazırlanır.  Ən mürəkkəb model – qlobal iqlim modelləri olub, bura bir-birilə qarşılıqlı  əlaqələri olan 

əsas komponentlərin – atmosfer, okean, qurunun üst qatları, krio- və biosfer modelləri aiddir. Belə modellər 

müasir güclü hesablamalar əsasında yerinə yetirilir. Qlobal və subkontinental miqyasda belə modellər müşahidə 

edilən  əsas hidrometeoroloji kəmiyyətlərin ortaillik qiymətlərini və mövsümi gedişini kifayət qədər yenidən 

öyrənməyə imkan verir.  

2000-ci ildə yuxarıda göstərilən İDBEQ işçi qrupunun üzvü akademik Y.A.İzrael təbii mühitin və iqlimin 

qlobal vəziyyəti haqqında xüsusi məruzə  təqdim edərək, sosial-iqtisadi göstəricilər üzrə hesablamalar əlavə 

etmişdir.  



 

Cədvəl  16.3  

 

1990-2100-cü illər dövründə təbii mühit və iqlimin gözlənilən  

vəziyyəti və sosial-iqtisadi göstəriciləri 

 

İl  

Yer 

əhalisi, 

mlrd. 

nəfər  

Qlobal 

milli 

məhsul, 

10

12

 doll/il 

Ozonun 

yerüstü 

konsentra-

siyası,  şərti 

vahidlə 

CO

2

-nin 

konsentra-

siyası,  şərti 

vahidlə  

Qlobal 

temperaturun 

dəyişməsi, 

0

1990 5,3 

21 



354 



2000  6,1….. 6,2  25 ….. 28 

40 

367 


0,2 

2050 


8,4 

….11,3 


59 … 187 

60 


463 …. 623 

0,8 …. 2,6 

2100 

7,0 …. 


15,1 

197 …. 


550 

>70 


478 ... 1099 

1,4 ….. 5,8 



 

 

241


Beləliklə, XXI əsrdə  kənd təsərrüfatı  fəaliyyəti təbii mühitin və iqlimin kifayət dərəcədə tez dəyişilməsi 

şəraitində keçəcəkdir. Bu isə öz növbəsində aqroiqlim rayonlaşdırılmasını  və  kənd təsərrüfatı bitkilərinin 

istiliklə və rütubətlə təmin olunması göstəricilərinin hesablanmasını, ümumi bioloji potensiala yeni yanaşmalar 

və metodların işlənib hazırlanmasını tələb edir.  



 

16.6.6. Qlobal istiləşmənin aqroiqlim resurslarına və  kənd təsərrüfatı istehsalının məhsuldarlığına 

təsiri 

Ümumrusiya elmi-tədqiqat kənd təsərrüfatı meteorologiyası institutunun (ÜETKTM) alimləri yaxın 

onilliklərdə Rusiyanın ərzaq təhlükəsizliyinin, iqlimin qlobal istiləşmə prosesinin sürətindən və istiqamətindən 

asılı olmasını göstərir. 1970-ci ildən 1990-cı il daxil olmaqla Rusiyanın Avropa hissəsində iyulda torpağın bir 

metrlik qatında məhsuldar rütubətliyinin ehtiyatı orta hesabla 26% artmışdır. Bu isti dövrdə yağıntıların 20% 

çoxalması və buxarlanmanın 4% azalması hesabına olmuşdur. Bunun nəticəsində 20 illik dövr ərzində taxılın 

iqlimlə şərtlənən məhsuldarlığı 14% artmışdır (Sirotenko, Abaşina, 1994).  

ÜETKTM-in alimləri qlobal istilik (parnik) effektinin kənd təsərrüfatı istehsalına təsirinin nəticələri 

problemini tədqiq edərək, belə qənaətə gəldilər ki, təmiz iqlim parametrlərinin təsirindən başqa, həm də fotosintez 

prosesinə  təsir göstərən atmosferdə CO

2

-nin konsentrasiyasının artması, həmçinin torpağın yüksəlməkdə olan 



antropogen deqradasiyası və s. nəzərə alınmalıdır. Bir sıra aqrokimya işlərində göstərilir ki, Rusiyada şum qatında 

humusun ehtiyatı hər il ümumi ehtiyatdan 0,3 …. 0,7% azalır. 

Yuxarıda göstərilən üç ssenari üzrə (GFDL, CCC, EMİ) hesablamalara görə, Rusiyada iqlim resursları 

2030-cu ilə kimi xeyli dəyişəcəkdir. İsti dövrün davamiyyəti (

>5

0

C-dən yüksək) ölkənin müxtəlif regionlarında 



orta hesabla 15-38 gün artacaqdır;  buxarlanma isə 10-25% yüksələcəkdir.  

İstənilən ssenari üzrə istiliyin artması kənd təsərrüfatı bitkilərinin istiliklə təmin olunmasının çoxalması ilə 

müşayiət olunacaqdır; 5

0

C-dən yuxarı temperatur cəmi həmin dövr ərzində 450 …..550



0

C yüksələcəkdir.  

İqlimin quraqlıq (aridlik) dərəcəsinin mühüm indikatoru torpağın şum qatında olan məhsuldar rütubətliyin 

miqdarıdır. Belə ki, arid ssenarilərində (GFDL və CCC) yazdan başlayaraq vegetasiya dövrünün sonuna qədər 

torpağın metrlik qatında rütubətlik ehtiyatının hər yerdə azalması gözlənilir. Hesablamalara görə maksimum 

quruma iyul ayına təsadüf edir, bu zaman torpağın nəmliyi indiki səviyyəyə nisbətən 20 … 23% azalacaqdır, 

belə azalma xüsusilə mühüm kənd təsərrüfatı regionu hesab edilən Şimali Qafqazda olacaqdır, burada torpağın 

nəmliyi 40% azalacaqdır (Qrinqof, 2004).  



Humid (rütubətli) ssenari (EMİ) üzrə yaz-yay aylarında torpağın çox az quruması baş verəcəkdir. Qış 

dövründə yağıntıların çoxalması yazın başlanğıc dövründə torpağın rütubətlənməsini yaxşılaşdıracaq. Bütün 

bunlar biokütlənin intensiv artmasını təmin edəcək, yay dövründə isə bitkinin transpirasiyaya sərf etdiyi suyun 

miqdarı çoxalacaq, bu isə torpağın kök sistemi yayılan horizontlarında su ehtiyatının azalmasına səbəb 

olacaqdır.  

Miqdar eksperimentləri, isti və rütubətli iqlim şəraitində CO

2

-nin konsentrasiyasının 20% artması taxıl 



bitkilərinin məhsuldarlığının 20% artmasına imkan verməsini müəyyən edir. Bununla belə, troposfer ozonunun 

(O

3



) konsentrasiyası 30% artması  və torpaqda humusun miqdarının 20% azalması taxıl bitkilərinin 

məhsuldarlığının 2 və 6% azalmasına səbəb olur. Daha quru iqlim (arid ssenari) şəraitində parnik (istilik) 

qazlarının artması və göstərilən həddə torpağın münbitliyinin azalması taxıl bitkilərinin məhsuldarlığının aşağı 

düşməsinə aparıb çıxarır.  

Hesablamalar göstərir ki, orta illik temperaturun 1

0

C yüksəlməsi bitkiçiliyin sərhədinin dəyişməsinə səbəb 



olacaq və şimal yarımkürəsinin orta en dairələrində sərhəd 150 … 200 km şimala doğru irəliləyəcək, dağlarda 

şumlama əkinçiliyinin yuxarı sərhədi təxminən 150 …. 200 m qalxacaqdır.  



 

16.6.7. İqlimin istiləşməsinin əhalinin sağlamlığına təsiri 

XX əsrin ikinci yarısı müxtəlif ekstremal təbiət hadisələri ilə (daşqınlar, tayfunlar, gözlənilməz hava şəraiti) 

xarakterizə olunur. İnsan isə istənilən qeyri müvazinətlik vəziyyətində (sosial, psixoloji, ekoloji və s.) özünü 

rahat hiss etmir. Bu zaman onun adaptasiya – uyğunlaşma mexanizmi pozulur, onun uzunmüddətli kəskin 

gərginliyi mənfi stres reaksiyalarına, orqanizmdə sərbəst radikalların miqdarının artmasına və nəticədə bu və ya 

digər patoloji vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır.  

İqlimin qlobal istiləşməsi əhalinin sağlamlığına neqativ təsir göstərir. ÜST-nin məruzəsində, BMT-nin ətraf 

mühit üzrə Proqramında və Ümumdünya meteoroloji təşkilatının «İqlimin dəyişməsi və insan sağlamlığı: 

təhlükə və tədbirlər» (2003) məruzəsində iqlimin dəyişməsinin insan sağlamlığının bir neçə göstəricilərinə artıq 

təsir etməsi təsdiq olunur.  



 

242


İqlimin dəyişməsi artıq dünyada 150000-ə  qədər insanın ölümünə  səbəb olmuşdur. ÜST-nin məruzəsinin 

məlumatına əsasən, dünyada 2000-ci ildə iqlimin dəyişməsi ilə əlaqədar diareya (ishal) xəstəliyindən təxminən 

2,4% hadisə baş vermişdir, gəlirləri orta həddən aşağı olan ölkələrdə bu göstərici 6%-ə qalxmışdır (World 

Health Report, 2002). Hazırda iqlimin istiləşməsi faktoruna sağlamlıq üçün məlum olan digər risk faktorları 

(siqaret çəkmə, alkoqoldan sui istifadə, həddindən artıq yemək, az fiziki aktivlik və s.) ilə bir səviyyədə baxılır.  

Rusiyada iqlimin istiləşməsi yerli əhali üçün real hiss olunur. Uzun illər boyu aparılan müşahidələrin 

məlumatına görə son 100 il ərzində ən yüksək ortaillik temperatur artımı (3,5

0

) Şərqi Sibirdə, Priamuryedə və 



Primorsk ölkəsində baş vermişdir. XXI əsrdə Rusiyada iqlimin dəyişməsi XX əsrdəki kimi davam edərək, 2-4 

dəfə yüksək olacaqdır. XXI əsrin ortalarına havanın orta illik temperaturunun Qərbi Sibirdə 3-4

0

C, Avropa 



hissəsinin şimali-şərqində Yakutiyada Arktika sahillərində isə 2-3

0

 yüksəlməsi gözlənilir.  



İqlimin istiləşməsinin nəticələrini  şərti olaraq birbaşa (bilavasitə) və  dolayı yolla baş verməsinə bölmək 

olar. Bilavasitə nəticələrə daşqın, tayfun, fırtına, qasırğa ilə əlaqədar insanların ölümü sayılır. Bu səbəbdən 

Rusiyada hər il minə qədər adam tələf olur. Təbii fəlakətlərdən son illər ən çox Yakutiya, Stavropol və Krasno-

dar ölkələri, Primorye ziyan çəkmişdir. Təbii kataklizmlər  ərazini su basması  nəticəsində  ağcaqanad 

populyasiyalarının artması, gənə  və digər infeksiya daşıyıcılarının aktivləşməsi və onların potensial infeksiya 

təhlükəsi dövrünün uzanması, su kəmərləri və kanalizasiya qurğularının pozulması kimi dolayı nəticələr yaradır. 

Bununla əlaqədar bağırsaq infeksiya xəstəliklərinin çoxalması riski yüksəlir.  

 

16.6.8. Atmosfer havasının yüksək temperaturunun əhalinin  

sağlamlığına təsiri 

Ekstremal isti hava şəraiti ürək-damar sistemi və ya tənəffüs orqanlarının xroniki xəstəlikləri olan yaşlı 

adamların ölümünə  səbəb olur. Belə ki, 2003-cü ildə Avropada uzun sürən çox isti hava şəraiti bir sıra ölüm 

hadisələrinə  səbəb oldu. Bu vaxt ərzində  hərarətin təsirindən  əlavə ölənlərin sayı ÜST-nin məlumatına görə 

Fransada 14 min, İtaliyada 4 min, İspaniyada 6 min, Portuqaliyada 1 min nəfərdən artıq olmuşdur.  

Rusiyanın  şimal və  cənub regionlarında iqlimin istiləşməsinin  əhalinin sağlamlığına təsirinin nəticələri 

müxtəlif ola bilər. ABŞ-ın və Kanadanın iki şəhərində, SSRİ-nin Asiya respublikaları en dairəsində yerləşən 

cənubi Dallasda və Rusiyanın Stavropol, Krasnodar, Soçi, Tuapse, Mineralnıye Vodı şəhərlərinin cənubi analo-

qu ola bilən  şimali Morealda baş verən ölüm hadisələrinin müqayisəsi bunu təsdiq edir. Monrealda əhalinin 

ölüm hadisələri 29

0

C-dən, Dallasda isə 39



0

C-ni keçdikdən sonra başladı. London və Budapeşt kimi Avropa 

şəhərlərində əhalinin ölüm hadisələrinin artması 20-23

0

C-ni keçdikdə başladı.  



Ölüm hadisələrinin  əsas səbəbləri ürəyin işemiyası (yerli qanazlığı), diabet, tənəffüs yolları orqanlarının 

xəstəlikləri, özünə  qəsd etmə, xəstəxanaya yerləşdirmənin səbəbləri – ürək-damar sistemi, tənəffüs yolları, 

böyrək, sinir sistemi, epilepsiya xəstəlikləri hesab olunur. Bu onu göstərir ki, hərəkətli hava yalnız ürək-damar 

sisteminin pozulmasına deyil, həm də insanın psixoloji vəziyyətinə təsir göstərir.  

2002-ci ilin yayında Moskvada olan vəziyyətin təhlilinə əsaslanaraq, S.M.Novikov tərəfindən çox isti hava 

və havanın çirklənmə səviyyəsi ilə əhalidə yüksək ölüm hadisəsi arasındakı əlaqə təsdiqini tapmışdır. Anomal 

(normadan yüksək) yüksək temperatura meşə yanğınları  və torfluğun yanması  səbəb olmuşdur. Bunun 

nəticəsində şəhərdə tipik smoq vəziyyəti və artmosfer havasının yüksək səviyyədə çirklənməsi baş vermişdir. 

Tüstü ilə əlaqədar yollarda görünmə dərəcəsi aşağı olmuş, müvəqqəti olaraq şəhərin şərq hissəsində aeroportlar 

işləməmiş. havada yanıq hiss olunmuş, yerli sakinlər gözlərində  qıcıqlanma, tənəffüsün çətinləşməsi, baş 

ağrılarından  şikayət etmişlər. Hərəkətli çirklənmiş hava dövrü ərzində azot-2-oksidin təsirindən ümumi ölüm 

hadisəsinə əlavə ölüm 104, ürək-damar xəstəliyindən 44, kəskin infarkdan 22 hadisə müəyyən edilmişdir. Dəm 

qazından  əlavə ölüm hadisəsi 107, miokard infarktından 20 hadisə müəyyən edilmişdir. Xırda dispers asılı 

hissəciklərin (PM

2,5

) təsirindən əlavə ölüm hadisəsi 196 (asılı hissəciklərin konsentrasiyası 1,0-1,5 mq/m



3

 təşkil 


etmişdir) təyin edilmişdir. 2002-ci il 27 iyuldan 18 sentyabr daxil olmaqla ozonun təsirindən əlavə ölümün sayı 

34, ürək-damar xəstəliklərindən isə 18 müəyyən edilmişdir.  

Yüksək hərarət şəhərlilər üçün xüsusilə təhlükəlidir. Hətta «istilik adası» effekti qeydə alınmışdır, bu, bir 

qayda olaraq meqapolisin mərkəzində yüksək inzibati binalar yerləşən, praktiki olaraq hər yeri asfalt örtülü, az 

yaşıllığı olan ərazidə yerləşir. Beləliklə, yüksək hərarət yalnız  əhalinin daha zəif qrupu (yaşlı adamlar, 

aztəminatlılar, kiçik yaşlı uşaqlar) üçün, həm də şəhərin mərkəzində işləyən dövlət adamları üçün də risk fakto-

ru sayılır. Çox isti havada evdə kondisioneri olmayan yaşlı adamlar və yay dövründə  şəhərdən kənara çıxa 

bilməyən imkansız,  şikəst adamlar son dərəcə risk faktoruna məruz qala bilirlər. Epidemioloji tədqiqatlar 

göstərir ki, yüksək hərarət ən çox yaşı 80-i ötən şəxslər və kiçik yaşlı uşaqlar üçün daha qorxuludur. Uşaqlarda 

hərarət ishal, yuxarı nəfəs yollarının xəstəlikləri, əsəb pozuntuları əmələ gətirə bilər.  



 

243


İqlimin istiləşməsi yoluxucu xəstəliklərin inkişfında risk faktoru hesab olunur.  

Məlum  olduğu kimi, yoluxucu xəstəliklər üç əsas qrupa bölünür: əksər hallarda su resursları vasitəsilə, 



qida məhsulları ilə, ağcaqanad və gənələrlə.  

Əhalinin bağırsaq yoluxucu xəstəliklərinin səviyyəsi  suyun keyfiyyətindən (həm su təchizatı 

mənbələrindən, həm də su kəmərindən), həm də qida məhsullarının yoluxma dərəcəsindən çox asılıdır.     

Avropanın müxtəlif ölkələrində iqlim şəraiti ilə salmonelloz xəstəlikləri hadisələrinin təhlili əsasında bu iki 

faktor arasında  əlaqə olması  aşkar edilmişdir. Temperaturun yüksək olması salmonelloz xəstəliklərinin 

inkişafının risk faktoru kimi 30%-ni təşkil edir (R.S.Kovats et al., 2003). Bu xəstəlik Rusiyada geniş 

yayılmışdır. Burada 1992-2001-ci illər ərzində 53-dən 119 min salmonelloz xəstəliyi hadisəsi qeydə alınmışdır.  

Bəzi  şimal  ərazilərdə  ətraf mühitdə temperaturun yüksəlməsi  əhəmiyyətli dərəcədə  nəzərə çarpması ilə 

əlaqədar A – virus hepatiti xəstəliyi xeyli çoxalmışdır.  

Məlum olduğu kimi, qarın yatalağı bakteriyaları orqanizmə yoluxdurucu su və qida məhsulları ilə daxil 

olur. Onun törədiciləri torpaqda və suda təxminən 1-5 ay qala bilir. Bu xəstəliyin «partlayışı», dövri olaraq 

müxtəlif regionlarda baş verir və çox vaxt sü kəməri – kanalizasiya qurğularında yaranan qəzalar zamanı olur. 

Şimal rayonlarında belə qəzalar iqlimin istiləşməsi ilə bağlı ola bilər.  

XXI əsrdə şimalda geniş ərazilər daimi donuşluğun deqradasiyası altındadır. Geoloqların hesablamalarına 

görə XXI əsrin ortalarına daimi donuşluğun sahəsi 12-15% azalacaq və onun sərhədi 160-200 km şimali-şərqə 

doğru yerini dəyişəcəkdir. Moskva Dövlət Universitetinin mühəndis geoloji kafedrasının mütəxəssislərinin 

məlumatına görə Yakutsk, Vorkuta və Tiksidə standart beşmərtəbəli yaşayış binalarının dörddə biri yaxın 

onilliklərdə istismar üçün yararsız hala düşə bilər. Daimi donuşluğun deqradasiyasının  ən yüksək riski Mur-

mansk, qismən Arxangelsk vilayəti, Komi Respublikası, Krasnoyarsk ölkəsi və Tümen vilayətinin  şimalında 

proqnozlaşdırılır. Bu o deməkdir ki, mühəndis kommunikasiyası, o cümlədən su kəməri – kanalizasiya qurğuları 

suda «üzə» bilər. Qəza hadisələri isə  əhalinin yoluxucu xəstəliklərə tutulmasına səbəb olar. Bu artıq indiki 

dövrdə müşahidə olunur, belə ki, 2001-ci ildə Yakutiyada erkən yazda baş verən daşqın zamanı qarın yatalağı 

«partlayışı» baş verdi. 

Çirklənmiş sudan istifadə edilməsi bağırsaq infeksiyasının yaranması ilə yanaşı, hətta  ərazi üçün xas ol-

mayan xəstəliklərin peyda olmasına səbəb olur. Buna törədici ibtidailər sayılan kriptosporidioz xəstəliyi misal 

ola bilər.   



Ağcaqanadlar vasitəsilə keçən infeksiya. İqlimin istiləşməsi nəticəsində atmosfer yağıntılarının miqdarı 

arta bilər, bununla əlaqədar bataqlıq sahələri genişlənər və yaşayış  məntəqələri su altında qala bilər. Artıq 

hazırda şimal rayonlarında, o cümlədən Transsibir dəmir yolu magistralı keçən rayonda bataqlaşma və subasma 

prosesləri qeydə alınır. Bununla əlaqədar ağcaqanad sürfələri məskunlaşan sahə daim artmaqda davam edir və 

bu hal artıq 70% su hövzələrinə sirayət etmişdir. Bu isə «bataqlıq» xəstəliyi sayılan malyariyanın artması 

təhlükəsi yaradır.  

ÜST ekspertlərinin fikrinə görə temperaturun 2-3

0

C yüksəlməsi malyariyaya tutulan adamların sayını 3-5% 



artıra bilər, bu zaman xəstəliyin davamiyyəti də uzana bilər. Rusiyada son 10 il ərzində malyariya hadisəsinin 

yaranması 6 dəfə artmışdır, bu hal yalnız «gətirilmə» deyil, eyni zamanda «yerli yoluxan üçgünlük malya-

riya»ya aiddir.  

1996-cı ildə Rumıniyada Qərbi Nilin lixoradka (qızdırma, isitmə) virusu ilə  əmələ  gələn meningit 

xəstəliyinin böyük «partayışı» oldu və 400 adam xəstələndi. 2000-2001-ci illərdə bu epidemiya İsraildə baş ver-

di, yüzlərlə xəstə xəstəxanalara yerləşdirildi. Bu səbəbdən ölüm hadisəsi 10%-dən artıq oldu. 1999-cu ildə Qərbi 

Nilin  lixoradka virusu ilk dəfə  cənub yarımkürəsinə  gətirildi və Nyu-Yorkda 60 meningit-ensefalit hadisəsi 

aşkar edildi. Bu virus ABŞ  ərazisində sürətlə yayılır: 2002-ci ildə o, 45 ştatda aşkar olunub, 3389 adam 

xəstəxanaya yerləşdirilib, onlardan 201-i ölmüşdür. Qərbi Nilin lixoradka virusunun tropikadan kənar zonada 

aktivləşməsinin iqlimin istiləşməsi ilə bağlı olması istisna edilmir. Məlumdur ki, temperaturun yüksəlməsi ilə 

ağcaqanadlarla virusun çoxalma sürəti də artır.  

Gənələr vasitəsilə törədilən yoluxucu xəstəliklər. Havanın yüksək temperaturlu günlərinin sayının 

artması gənələrin aktivləşməsinə və onlar tərəfindən gətirilən infeksiya xəstəliklərinin çoxalmasına səbəb olur. 

Bir sıra Avropa ölkələrində (Çexiya, İsveç), artıq gənələrin  şimal istiqamətində arealının dəyişməsi qeydə 

alınmışdır.  



Gənə ensefalit virusları əksəriyyət hallarda qansoran zamanı iksodo gənələri vasitəsilə keçir. Xəstəliklə 

əsasən mərkəzi sinir sistemi zədələnir və tam sağalma, şikəst qalma və ölümlə nəticələnir.  

1980-ci ildən etibarən ensefalitlə xəstələnmə hadisələrinin sayı artmağa başladı. 1996-1998-ci illərdə mak-

simum həddə çataraq hər 1000 adamdan 7-si ensefalitə yoluxur. Rusiyada il ərzində  gənə ensefaliti ilə 



 

244


xəstələnənlərin sayı 6 mindən 10 min nəfərə çatır.  

Son illər  şimali-qərb və Povoljski regionları hesabına ensefalitə yoluxma arealının genişlənməsi meyli 

görünür. Gənə ensefaliti xəstəlikləri, vaxtilə bu xəstəlik qeydə alınmadığı Rusiyanın Avropa regionlarında pey-

da olur, həm də bu xəstəliyin ən yüksək göstəriciləri iqlimin istiləşməsi gedən ərazilər üçün səciyyəvidir.  

Gənələrin sayının artması digər yoluxucu xəstəliklərin, məsələn, gənə borreliozasının (layın xəstəliyi) 

çoxalmasına səbəb olur. Bu, xroniki təbii-mənbə xəstəliyi olub, müxtəlif orqan və sistemlərini (dəri, sinir siste-

mi, dayaq-hərəkət aparatı, ürək-damar sistemi, göz, qaraciyər, dalaq və s.) zədələyir.  

Virus etiologiyası təbii-mənbə infeksiyası ilə törədilən Krım-Konqo hemoqrafik lixoradka xəstəliyi intensiv 

artır. Əgər 1999-cu ildə bu xəstəliyə yalnız Stavropol ölkəsində və Rostov vilayətində rast gəlinirdisə, sonralar 

o, Dağıstan, Kalmıkiya, Həştərxan və Volqoqrad vilayətləri, Krasnodar ölkəsində də yayılmışdır. 2001-ci ildə 

bu xəstəliyə tutulan 59 adamdan 6-sı, 2002-ci ildə isə 97 adamdan 6-sı ölmüşdür.     

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin