Cədvəl 17.2
Su və qeyri-infeksion xəstəliklər
Suyun keyfiyyəti Sağlamlığa təsiri
1. Tərkibində yüksək miqdarda xlorid və sulfatlar
olan su
Həzm sisteminin funksiyalarına mənfi təsir
göstərir. Minerallaşma dərəcəsi 3 ql-ə qədər olduq-
da hamiləliyin keçməsinə, doğuma, dölə, yeni
doğulan uşağa mənfi təsir göstərir, ginekoloji
xəstəlikləri artırır.
2. Kalsiumun yüksək miqdarı
Böyrəklərdə və sidik kisəsində daşın əmələ
gəlməsinə səbəb olur.
3. Zəif minerallaşmış sular (duzun miqdarı 50 mql)
Su-duz mübadiləsini, mədənin funksiyasını
pisləşdirir.
4. Bəzi mikroelementlərin çatışmaması (flüor, yod)
Flüorun defisitliyi və həddindən artıq olması
dişlərə mənfi təsir göstərir. Yodun defisitliyi
endemik zob xəstəliyinə səbəb olur.
5. Suyun codluğu
Mübahisəli məsələ sayılır. Alimlərin çoxuna görə
içməli su nə qədər yumşaq olarsa, ürək-damar
xəstəliklərinin ehtimalı artır.
6. Konsentrasiyada (məhlulda) metalların yol
verilən həddən artıq olması
Orqanizmdə metalların toplanması artdıqca
zəhərlilik effekti tədricən inkişaf edir. Qurğuşun
orqanizmin əsəb və qan sisteminin xəstəliklərinə:
kadmium, xrom-böyrək xəstəlikləri; civə-mərkəzi
əsəb sistemi, ifrazat və qan-damar sistemi; sink-
hərəkət orqanları (əzələ), mədənin fəaliyyə-tinin
pozulması; arsen-böyrək, qara ciyər, ağciyər, ürək-
damar sistemi xəstəliklərinə səbəb olur.
7. Nitratların qatılığının artması
Xüsusən uşaqlarda qan xəstəliyi (uşaq sianozu)
əmələ gətirir. Bu qanda oksigen keçirmə qabiliyyəti
252
olmayan hemoqlobin formasının (siethemoq-lobin)
peyda olması ilə əlaqədardır.
Rio-de-Jeneyroda (iyun, 1992) BMT-nin konfransında əhalinin keyfiyyətli içməli su il təmin olunması
problemi bəşəriyyətin dayanaqlı inkişaf strategiyasında hakim mövqe təyin olundu. Təbiətin mühafizəsi
strategiyasında qeyd edilir ki, planetar miqyasda bəşəriyyətin sağlamlığı istifadə olunan şirin suyun
keyfiyyətindən asılıdır.
17.3. Azərbaycan respublikası çaylarının ekoloji problemləri
Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Respublikasının su resusrları az olub həmin regionun 15%-ni
təşkil edir. Respublikamızın su resursları Gürcüstandan 7,7-8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Su ilə
təmin olunmaq baxımından dünyanın su ilə az təmin olunan regionuna aid olub hər km
2
əraziyə təxminən
100000 m
3
, hər adambaşına isə ildə 950-1000 m
3
su düşür. Respublikamızda suyun ümumi ehtiyatı 28,5-30,5
km
3
olub quraqlıq illərində isə azalaraq 27,0-22,6 km
3
-ə enir (Mahmudov, 2003). Su ehtiyatları ərazi üzrə qeyri
bərabər paylanmışdır. Belə ki, Şəki, Zaqatala, Xaçmaz, Kəlbəcər, Dağlıq Qarabağ, Gədəbəydə belə problem
olmadığı halda, Qobustan-Abşeron regionunda və suvarma əkinçiliyi inkişaf etmiş Kür-Araz ovalığı
rayonlarında həmişə su qıtlığı mövcuddur.
17.3.1. Araz və Kür çaylarının ekoloji vəziyyəti
Son yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar (M.Salmanov, 2002) göstərdi ki, Kür, Araz çayları və
onların əsas qolları respublikamızdan kənarda – Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Belə ki,
Ermənistanın 100%, Gürcüstanın 30% ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 37 min km
2
sahəsi Kür-Araz hövzəsinə aiddir. Yəni Kür çayına 188 min km
2
, Araza isə 103 min km
2
ərazidən sənaye, kənd
təsərrüfatı və məişət çirkabı, müxtəlif tullantılar atılır.
Kür çayına əvvəlcə Gürcüstanın Borjom, Axalbaba, Xaşuri, Qori, Karelii, Kaspi şəhərlərinin və çayın
sahilində yerləşən başqa yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına
sutkada 3 mln. m
3
-ə qədər çirkab suları buraxılır (Ş.Xəlilov, 2000). Daha sonra 40 km məsafədə Tiflis şəhərini
kəsib keçən Kür çayı daha kəskin çirklənməyə məruz qalır.
Gürcüstan Respublikası su müfəttişliyinin məlumatına əsasən (1989) Tiflis şəhəri daxilində çay suyunda
olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən (QSH) 20 dəfə, fenol 300 dəfə, neft məhsulları
330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə-bağırsaq basilləri 238 dəfə,
saprofit bakteriyaları 300 dəfə artıqdır (Ş.Xəlilov, 2000).
Tiflis şəhəri daxilində sutka ərzində daha 1 mln. m
3
çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən
sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min m
3
-lə sənaye və
kommunal – məişət tullantılarından ibarət çirkab sularını qəbul edir. Nətitcədə Kürə il ərzində orta hesabla 700
min ton üzvi maddələr, 30 min ton azot-fosfor duzları, 12 min ton müxtəlif duzlar və qələvilər, 16 min ton süni
səthi fəal maddələr və s. axıdılır. Nəticədə Kür çayı respublikamıza son dərəcədə çirklənmiş, insan və su
orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. İki respublikanın sərhədi boyu axan Kürün sağ qolu olan
Xramçayı Kürə çoxlu çirkab suları gətirir. Gürcüstan ərazisində Xram çayına Ermənistanın ən çirkli çayı –
Debedçayı qovuşur. Ermənistanın əlvan metallurgiya, kimya və yüngül sənaye mərkəzləri olan Kirovakan,
Alaverdi və Stepanavan şəhərləri bu çayın hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və məişət tullantıları
təmizlənmədən çaya axıdılır. Kirovakan kimya, Alaverdi metallurgiya kombinatlarından və Axtala
filizsaflaşdırma fabrikindən çirkab sularının axıdıldığı Debedi çayı çirklənmə dərəcəsinə görə Razdan və
Oxçuçaydan sonra Ermənistanın üçüncü çayı sayılır.
Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayından daha təhlükəlidir. Araz çayı Gümrüdən
başlayaraq Naxçıvan MR ilə sərhəd əraziyə kimi axınboyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət
və sənaye çirkablarını qəbul edir. Bununla yanaşı, düşmən ərazisindən Araza qovuşan Gedərçay, Vorotan,
Axuryan çayları son dərəcə zəhərlənmişdir. Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi
pH 2,4-ə enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü də məhv olur.
Ermənistanla Naxçıvan MR arasında (Sədərəklə Surenavan kəndi) Arazın suyunda fenollar 220-1160 dəfə,
ağır metalların duzları 36-44 dəfə (mis, molibden və s.) azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft
mənşəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir (Salmanov, 2003).
Araz çayının sol qolu Razdan suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur. Razdan,
Gürensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən
253
başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının
orta illik miqdarı 210 milyon m
3
olmuşdur. Yay aylarında Arazda suyun səviyyəsi aşağı düşdüyü dövrdə
Razdanın çirkab sularının sərfi azalmır. Nəticədə «Araz» su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır.
İsti hava şəraitində suyun «çirklənməsi» baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.
Arazı ən çox çirkləndirən çaylardan biri də Oxçuçaydır. Megri, Qaçaran, Qafan və Dəstəkert dağ-mədən
(metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları
Oxçuçayı hədsiz dərəcədə çirkləndirir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-dan 25-50 dəfə,
fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan, titan və
bismut çirkləndirici elementlərə Oxçuçayda daim rast gəlinir.
Ermənistan AES-nin fəaliyyəti bilavasitə Araz çayı ilə əlaqədardır, hər sutka ərzində Araza 12-16 min m
3
çirkab axıdılır, onun gələcəkdə Araz və onun qolları üçün fəlakətlər törətməsi ehtimalı böyükdür.
Kür boyu yerləşən Yevlax, Zərdab, Sabirabad, Əli Bayramlı, Salyan, Neftçala və b. yaşayış məntəqələri
Kürə ilboyu aramsız çirkab axıdırlar. Ona görə bu sahələrdə Kür sularında sanitar-gigiyena normalardan on min
dəfədən yüksək koliform qrupuna aid bakteriyalar aşkar edilmişdir (Salmanov, 2003). Öz ərazisində Kür, Araz
və onların yüzlərlə qolları amansız çirklənir. Hövzədə yerləşən yaşayış məntəqələrinin heç birində müasir
bioloji təmizləmə qurğusu yoxdur.
Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür və Araz çayları və onların qollarının
suyunun kimyəvi tərkibində xeyli dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı
suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mql olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı
məntəqəsində suyun minerallaşması 400 mql-dən 1300 mql-ə qədər artmışdır (Ş.Xəlilov, 2000).
Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-
natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür-Araz ovalığında
suvarılan sahələrdən qayıdan suların və kollektor drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.
Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da
(Böyük Qafqazın şimal-şərq hissəsi və Lənkəran təbii vilayəti çayları) çirklənmə müşahidə olunur.
Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay,
Lənkəran bölgəsində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış məntəqələri və aqrar-sənaye
təsərrüfatları tərəfindən aramsız çirklənməyə məruz qalır.
17.4. Dünya okeanı və dənizlərin çirklənməsi
Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir
və onun ekoloji sisteminin balansını təmin edir.
Okeanda çirkləndirici maddələrin yayılmasının dəniz orqanizmlərinə və insana təsirinin öyrənilməsi üzrə
toplanmış çoxillik məlumatlar göstərir ki, çirkləndiricilərin təbii ekosistemlərə təsiri baxımından
karbohidrogenlər, yəni xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər),
toksiki metallar və radioaktiv maddələr daha təhlükəli sayılır.
Dünya okeanını çirkləndirən mənbələr üç qrupa ayrılır:
1. Dəniz – hərbi gəmilər, müxtəlif təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru
kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması;
2. Yerüstü – çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin
müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və
digər xüsusi zərərli maddələrdən daxil olur;
3. Atmosfer – atmosferə zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat
vasitələri və digər obyektlər.
Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen
mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft
məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər,
sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki
təsirini göstərmək olar. Məsələn, 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında
insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri
pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan
balıq və molyusklarla qidalanmışlar. Körfəzə qurğuşun birləşmələri sahildə yerləşən kimya zavodlarından daxil
olmuşdur (Tisso kimya kombinatı).
Fransa tədqiqatçıları müəyyən etmişlər ki, Atlantik okeanının dibi qurudan gətirilən qurğuşunla sahildən
254
160 km məsafədə 1610 m dərinlikdə çirklənməyə məruz qalmışdır. Dib çöküntülərinin üst qatlarında
qurğuşunun qatılığının daha çox olması onun uzun müddətli təbii proseslərin deyil, məhz insan fəaliyyətinin
nəticəsi olmasını təsdiq edir.
Çay suları vasitəsilə okeana daxil olan patogen mikroorqanizmlər sahil zonası şəraitində asan adaptasiya
olunaraq orada yaşayır. Bu mikroorqanizmlər dəniz məhsullarında toplanaraq insanların kütləvi xəstəliyə
tutulmasına səbəb olur.
Dənizləri, xüsusən sahilyanı zonanın çirkab təmizləyən qurğuların və gəmilərin təsərrüfat – məişət
çirkabları da çirkləndirir. Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq onların miqdarı da artır.
1950-1992-ci illərdə Sovet İttifaqı tərəfindən Buzlu Şimal okeanı sularında aktivliyi cəmi 2,5 milyon kyürü
olan nüvə tullantıları, 15 reaktor, «Lenin» atom buzqıranının quraşdırılması, 13 qəzaya uğramış sualtı gəmilərin
reaktorları basdırılmışdır.
Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfindən isə Şimal dənizində radioaktiv tullantılar
basdırıldı. Buradan çirkləndiricilər Barens dənizinə keçir.
- Dünya okeanı fiziki çirklənməyə də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv
məhsullar okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların
atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir. Mikroneziyada 50-ci
illərdə 50-dən artıq nüvə partlayışı keçirilmişdir. Minə yaxın ada öldürücü radiasiya təsirinə məruz qalmışdır.
Okeanın istilik çirklənməsi də təhlükəlidir. Elektrik stansiyaları və digər mənbələrdən atılan isti sular
sahilyanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə hər 8-10 il
müddətində okeana atılan suların miqdarı iki dəfə artır.
- Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. BMT-nin məlumatına
görə hər il dəniz və okeanlara 6 … 10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri
zamanı neftin sızması nəticəsində çirklənir. Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı
gəmiçiliyin payına düşür. Hazırda okeanlarda yükgötürmə qabiliyyəti 200-dən 700 min tona qədər olan 230
gəmi üzür. Onlar Dünya okeanına böyük potensial təhlükə yaradır.
1973-1984-cü illər arasında ABŞ-da ətraf mühitin qorunması və energetika institutu suyun neftlə
çirklənməsinin 12000 hadisəsini qeydə almışdır. 1977-ci ildə axıdılan neftin ümumi miqdarı 8,2 milyon hallon
(1 hallon 3,8 litrdir), 1985-ci ildə isə 21,5 milyon ton təşkil etmişdir. 1970-1982-ci illər ərzində dünyada 169
böyük tanker qəzası və 17000 2-ci dərəcəli neftin axması qeydə alınmışdır.
Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə əlaqədardır. «Amoko-Kadis»
tankerinin Fransanın sahilləri yanında batması nəticəsində 220 min ton neft okeana buraxılmasıdır (1978-ci
ildə).
1989-cu ildə «Ekson-Valdes» tankerinin yolundan çıxması zamanı Alyaskada Prins-Uilliam körfəzində
deşilməsi nəticəsində 39 min ton neft axmış və 550 km sahilyanı ərazinin çirklənməsinə səbəb olmuşdur.
«Naxodka» adlı Rusiya tankeri Yapon dənizində 1997-ci il yanvarın 2-də fırtına zamanı parçalanıb suyun
dibinə batdı. Dənizə 5 min ton mazut tökülərək Yaponiyanın baş adası sayılan Xonsyunun sahil ərazisinin
böyük hissəsinin çirklənməsinə səbəb oldu. Balıq və digər dəniz məhsullarına olduqca böyük ziyan dəydi,
Yaponiyanın mühüm istirahət zonasının çimərlikləri çirklənməyə məruz qaldı. Qeyd etmək lazımdır ki, belə
qəzalar hər il dəfələrlə baş verir.
Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan
yetirir. Yalnız 1 ton neft dənizin 12 km
2
sahəsini örtür. Suyun səthində neft pərdəsi (təbəqəsi) bütün fiziki-
kimyəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya
məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir.
Neft və neft məhsulları bütün canlı orqanizmlərə və bioloji zəncirin bütün həlqələrinə öldürücü təsir
göstərir. Dəniz və okeanların səthindəki neft pərdəsi okean və atmosfer arasında olan enerji, istilik, rütubətlik və
qaz mübadiləsini poza bilər. Son nəticədə okeanın səthindəki neft təbəqəsi okeanda fiziki-kimyəvi və hidroloji
şəraitə, həm də Yerin iqliminə və atmosferdəki oksigen balansına təsir göstərə bilər.
Neftlə çirklənmə dənizlərin bioloji tarazlığına böyük zərbə vurur. Neft ləkələri günəş şüalarını buraxmır,
suda oksigenin dəyişməsini ləngidir. Bunun nəticəsində dənizdə yaşayan canlıların əsas qida məhsulu olan
planktonun çoxalmasını dayandırır.
Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksəriyyət hallarda balıqların, dəniz quşlarının
ölümünə səbəb olur, dəniz heyvanlarının ətinin dad keyfiyyətinə mənfi təsir göstərir. Əgər mayalanmış balıq
kürüsünü olduqca az qatılıqlı neft məhsulları olan akvariuma yerləşdirsək, onların rüşeymlərinin (embrionlar)
çoxusu məhv olacaq, salamat qalanları isə eybəcər şəkil alacaqdır.
255
Okean suyunun səthində neftin olduqca nazik qatı tozsoranın süzgəci kimi bir çox çirkləndirici maddələri
özündə tutub saxlayır. neft pərdəsində pestisidlər, ağır metalların ionları – toksikantlar toplanaraq canlıların
həyatına böyük təhlükə yaradır.
- Dünyada pestisidlərin istehsalı ildə 200 min tona çatır. Onların nisbətən kimyəvi davamlılığı, həmçinin
yayılma xarakteri böyük həcmdə dəniz və okeanlara daxil olmasına şərait yaratmışdır. Suda daim xlor üzvi
maddələrin toplanması insanların həyatı üçün ciddi təhlükə yaradır.
Pestisidlər Baltik, Şimal, İrlandiya dənizlərinin müxtəlif rayonlarında, Biskay körfəzində, İngiltərə,
İslandiya, Portuqaliya və İspaniyanın qərb sahillərində aşkar edilmişdir. DDT və heksaxloran Antarktidada
istifadə edilmədiyinə baxmayaraq çoxlu miqdarda suitilərin və Antarktika pinqvinlərinin qaraciyər və piylərində
tapılmışdır. DDT və digər xlor üzvi maddələr atmosfer havasının asılı kalloid hissəciklərində toplana və ya
aerozolların damla hissəcikləri ilə birləşərək uzaq məsafələrə aparıla bilər. Bu maddələrin Antarktidada aşkar
olunması ABŞ və Kanadada onların intensiv istifadə edilməsi ilə əlaqədar okeanın çirklənməsidir. Okean suları
vasitəsilə zəhərli kimyəvi maddələr Antarktidaya qədər gəlib çatır.
17.4.1. Okean və dənizlərin ağır metallarla çirklənməsi
Aktiv antropogen təsirlər şəraitində okean sularının ağır metallarla çirklənməsi xüsusilə kəskin problemə
çevrilmişdir. Sıxlığı 4,5 q/sm
3
-dən artıq olan ağır metallar qrupu dövri sistemin 30-dan çox elementini
birləşdirir. Bu metallar (civə, qurğuşun, kadmium, sink,arsen, mis) geniş yayılıb olduqca toksiki çirkləndirici
maddələrdir.
XII fəsildə ağır metalların ətraf mühitdə yayılması və insan orqanizminə təsiri barədə geniş məlumat verilir.
İndi isə yalnız bu metalların okean sularına düşməsi yolları və canlı orqanizmlərə təsiri haqqında qısa
məlumatlarla tanış olacağıq. Onlardan müxtəlif sənaye sahələrində geniş istifadə edilir, odur ki, təmizləyici
tədbirlərə baxmayaraq sənaye çirkab sularında ağır metallar və onların birləşmələrinin miqdarı xeyli yüksəkdir.
Bu birləşmələrin böyük kütləsi okeana atmosferdən daxil olur. Dəniz biosenozları üçün civə, qurğuşun və kad-
mium daha təhlükəli sayılır, belə ki, onlar toksikliyini uzun müddət saxlayır. Məsələn, tərkibində civə olan
birləşmələr (xüsusən metil-civə) güclü zəhər olub sinir sisteminə təsir göstərir və bütün canlılar üçün təhlükə
yaradır. Yuxarıda qeyd edildiyi kimi, 1950-60-cı illərdə Minomata (Yaponiya) buxtası rayonunda kütləvi
zəhərlənmə qeydə alınmış, zəhərə yoluxmuş balıqla qidalanan 10 minlərlə insan bunun qurbanı olmuşlar,
yoluxmanın səbəbkarı körfəz suyuna civə atan müəssisə olmuşdur.
İldə Dünya okeanına 2 min ton qurğuşun, 20 min ton kadmium və 10 min tona qədər civə daxid olur.
Dünya okeanının çirklənməsində atmosfer də böyük rol oynayır. Belə ki, okeana qurğuşunun 50%-ə qədəri,
civənin isə 30%-i atmosfer tərəfindən toplanır. Ağır metallar dəniz suyuna daxil olarkən əsasən üst pərdədə, dib
çöküntülərində və biotada toplanır, suda isə ancaq kiçik konsentrasiyada qalır. Burada adətən 50 …. 500 mkm
dərinliyində yerləşən üst pərdə xüsusi əhəmiyyət daşıyır. Məhz bu sahədə su ilə atmosfer arasında kütlə
mübadiləsinin bütün tarazlıq prosesləri gedir.
Ətraf mühitdən müxtəlif maddələrin canlı orqanizmlərdə toplanma aktivliyi uyğun əmsallarla ifadə edilir.
Belə ki, hidrobiontların (su mühitinin sakinləri) toxumalarındakı maddələrin miqdarının suda olan maddələrin
konsentrasiyasına nisbəti toplanma əmsalı adlanır. Məsələn, yabanı dəfnədə metil-civənin toplanma əmsalı 4
min, planktonda qurğuşunun toplanma əmsalı 12 min, kobaltda 16 min, misinki isə 90 min təşkil edir. Ağır
metalların böyük hissəsi dib çöküntülərində toplanır. Bu onunla təsdiqlənir ki, çöküntüdə metalların toplanması
bir neçə dəfə çox olur.
Müəyyən edilmişdir ki, okeanda çirklənmənin təbii neytrallaşma imkanı praktiki olaraq tükənmişdir.
Okeanın vəziyyətinin ümumi qiyməti atmosferin vəziyyətindən daha təhlükəlidir. Bu onunla izah olunur ki, at-
mosferin çirklənmə təsiri effektinin qiymət və tərəddüdü bir qayda olaraq 10%-i keçmir, antropogen təsirlə
əlaqədar okean və dənizlərdə geniş rayonlar daxilində ayrı-ayrı qruplaşmaların bioməhsuldarlığı 25 … 30% aza-
la bilər.
Odur ki, planetimizin dəniz ərazilərinin ekoloji balansını saxlamaq üçün bu sahədə beynəlxalq əməkdaşlıq
aparmaq vacibdir.
17.4.2. Dəniz və okeanların qorunması
1954-cü ildə Londonda Beynəlxalq konfrans keçirilərək dəniz mühitini çirklənmədən qorumaq üzrə
dövlətlər qarşısında razılaşdırılmış məqsəd qoydu. Bəşəriyyət tarixində ilk dəfə Beynəlxalq hüquqi sənəd qəbul
edilərək dövlətlər dəniz mühitini qorumağı öhdələrinə götürdülər. Dənizləri neftlə çirklənmədən qorumaq üzrə
1954-cü il Beynəlxalq konvensiya BMT tərəfindən qeydə alındı.
256
Dünya okeanının qorunması haqqında sonrakı fikir (qayğı) öz ifadəsini 1958-ci ildə BMT-nin Cenevrədə
dəniz hüququ üzrə keçirdiyi I Beynəlxalq konfransının 4 konvensiyasında öz ifadəsini tapdı: açıq dəniz
haqqında; ərazi dənizi və ona bitişik zona haqqında; kontinental şelf haqqında; balıqçılıq və dənizin canlı
resurslarının qorunması haqqında. Bu konvensiyalar dəniz hüququnun prinsipləri və normalarını hüquqi
baxımdan möhkəmlətdi.
Açıq dəniz dedikdə nə ərazi dənizinə, nə də istənilən dövlətin daxili sularına aid olmayan dənizin bütün
hissəsi başa düşülür. Açıq dəniz haqqında Cenevrə konvensiyası dəniz mühitini çirklənmədən qorumaq
məqsədilə dəniz mühitini neftlə, radioaktiv tullantılarla və digər zərərli maddələrlə çirklənməsinin qadağan
olunması və həyata keçirilməsi üzrə hər bir ölkənin qarşısında qanunlar işləyib hazırlamaq vəzifəsini irəli sürdü.
Beynəlxalq Konvensiyalar dəniz mühitinin çirklənməsinin qarşısını almaqda müəyyən rol oynadı. 1973-cü
ildə Londonda dənizin çirklənməsinin qarşısını almaq üzrə Beynəlxalq Konfrans çağırıldı. Konfrans gəmilərin
suyu çirkləndirməsinin qarşısını almaq üzrə Beynəlxalq Konvensiya qəbul etdi. 1973-cü ilin konvensiyası
dənizin yalnız neftlə deyil, həm də digər zərərli maye maddələrlə, həmçinin tullantılarla (çirkab suları, gəmilərin
zibili və s.) çirklənməsinin qarşısını almaq üzrə tədbirlər nəzərdə tutur. Konvensiyaya əsasən hər bir gəminin
Dostları ilə paylaş: |