QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə41/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   37   38   39   40   41   42   43   44   ...   64

sertifikatı – vəsiqəsi olmalıdır. Bu vəsiqədə  gəmilərin gövdəsi, mexanizmləri və başqa təchizatının saz 

vəziyyətdə olması və dənizi çirkləndirmədiyi göstərilir.  

Sertifikata  əsasən gəminin limana daxil olması inspeksiya tərəfindən yoxlanılır. Xüsusi rayonlarda (bura 

həmçinin Baltik və Qara dəniz aiddir) tankerlərdən neftli suların dənizə axıdılması tamamilə qadağan olunur. 

Bütün nəqliyyat gəmiləri atılan suları  təmizləyən qurğularla təchiz olunur, tankerlər neft qalıqları  dənizə 

axıdılmadan yuyulur. Gəmidə çirkab, o cümlədən təsərrüfat – məişət sularını təmizləmək və zərərsizləşdirmək 

üçün elektrokimyəvi qurğular yaradılmışdır.  

Sahil – təmizləyici qurğular gəmilərdən düşən işlənmiş suları çirkabdan yalnız təmizləmir, həm də min ton-

larla nefti regenerasiya (bərpa) edir.  

Gəmilərdə şlamları, tullantıları və zibilləri təmizləmək üçün qurğular qoyulur.  

Quru yüklərinin yanacaq sisternlərini yumaq üçün üzən təmizləyici stansiyalar yaradılır. Quruluşuna görə on-

lar samovar və tozsoran olan kombaynı xatırladır. İki qazanlı böyük suqızdırıcı qurğu suyu 80-90

0

C qızdırır, na-



soslar isə onu tankerə  çəkir. Çünki su yuyulmuş neftlə birlikdə yenidən təmizləyici stansiyaya daxil olaraq üç 

kaskadlı çökdürücüdən keçir.  

Liman akvatoriyasını  təsadüfi düşən neft çirkləndiricilərindən sistematik təmizləmək üçün üzən 

nefttoplayıcılarından istifadə olunur. NSM-4  nefttoplayıcısı limandan 10 dəniz mili məsafədə sahil boyu və 

açıq dəniz reydlərində  dəniz dalğasının gücü 3 bal, küləyin gücü 4 bal olduqda dəniz suyunu təmizləmə 

qabiliyyətinə malikdir.  

Yaponiyada dənizdə iri neft ləkələrini qısa müddətdə  təmizləyən nadir texnologiya hazırlanmış  və 

təcrübədən keçirilmişdir. «Kansay-Sanqe» korparasiyası əsas komponenti xüsusi hazırlanmış düyü qabığı olan 

ASWW reaktivi buraxmışdır. Bu preparat su səthi üzərində səpələnmiş neft ləkələrini yarım saat ərzində özünə 

soraraq onu qatı kütləyə çevirir. Su üzərindən həmin kütlə adi torla yığılır.  

Amerika alimləri Atlantik okeanda suya dağılmış nefti təmizləmək üçün orijinal üsul tapmışlar. Neft 

plyonkasının altına müəyyən dərinlikdə keramik lövhə buraxılır. Ona akustik qurğu birləşdirilir. Vibrasiyanın 

təsiri altında neft qalın qatla əvvəlcə lövhə qoyulan yerə toplanır, sonra isə su ilə qarışaraq fəvvarə vurur. 

Lövhənin altına qoyulmuş yüksək gərginlikli elektrik cərəyanı fəvvarəni alışdırır və neft tam yanır. Əgər akustik 

qurğunun gücü kifayət qədər deyilsə, neft ancaq bərk kütləyə çevrilir və mexaniki yolla sudan kənarlaşdırılır.  

Sahilyanı suların səthindən yağ ləkələrini kənarlaşdırmaq üçün ABŞ alimləri yağ hissəciklərini özünə çəkən 

polipropilen modifikasiyasını yaratmışlar.  

1982-ci ildə BMT-nin ekspert qrupu çirklənmənin hansı növləri ilə mübarizə aparılmasını müəyyənləşdirdi. 

Bu siyahıda neft, ağır metallar və radioaktiv maddələr birinci sırada dürür. Hazırkı dövrə  qədər neftlə 

çirklənməyə qarşı bir çox tədbirlər işlənib hazırlanmışdır.  

Neft ləkələri sahildən uzaqda və az miqdarda olarsa, öz-özünə təmizlənə bilər.  

Nefti çökdürmək üçün işlənən metodlardan biri neft ləkələrinə təbaşir tozu tökülür, bu zaman təbaşir nefti 

özünə çəkir və suya batır. Bu metod problemi həll etmir. Belə ki, neft suyun dibində qalaraq okeanın dərin su 

biotasını zəhərləyir.  

Qeyd edək ki, Dünya okeanında elə orqanizmlər yaşayır ki, onlar özünə məxsus «Sanitar» rolunu oynaya-

raq suyu təmizləyir. Belə ki, molyusklar qida tapdıqda, suyu özünün qəlsəmə quruluşundan keçirərək süzür. 

Alimlərin hesablamalarına görə ölçüsü 2 sm olan hər bir dəniz molyusku (midiya) sutka ərzində özündən 12 litr 

təmiz su keçirir. Okeanın biofiltratının təmizlədiyi suyun ümumi həcmi 100 km

3

  təşkil edir. Ehtimal ki



 

257


çirklənməyə qarşı istiqamətlərdən biri belə «Sanitar» növlərin sayını artırmaqdır.  

Lakin Okeanın mühafizəsi və səmərəli istifadəsi məsələsinin həllinin əsasının qarşısında 3 təxirəsalınmaz 

məsələ durur:  

1) Okeanın bütövlüyü təsərrüfat fəaliyyətinin effektiv qlobal rejiminin tənzimlənməsini tələb edir. 

2) Bir çox regional dənizlərin resurslarını ayrı-ayrı dövlətlərin istismar etməsi resurslarından istifadəsinin 

regional nizamlanmasının müəyyən öhdəçiliklərini tələb edir.  

3) Okean üçün quru mənbələrdən ciddi təhlükənin olması effektiv milli fəaliyyət tələb edir.  

Lakin neftlə çirklənməni tam aradan qaldırmaq üzrə effektiv üsulların axtarışında bir çox nailiyyətlər əldə 

olunmağına baxmayaraq bu problemin həlli haqqında danışmaq hələ tezdir. Çirklənməni təmizləməkdə yalnız 

ən effektiv metodların tətbiqi ilə  dəniz və okeanların təmizliyini təmin etmək mümkün deyil. Çirklənmənin 

qarşısının alınması kimi mühüm vəzifəni bu işdə marağı olan bütün ölkələrin birgə səyı lazımdır.  

 

17.5. Xəzər dənizinin ekoloji vəziyyəti  

Xəzər dənizi Yer kürəsinin ən böyük gölu olub, geniş materik depressiyasında yerləşmiş qapalı su tutarıdır.  

Bu bölmə tanınmış su mikrobioloqu – ekoloq M.Ə.Salmanovun (1999) Azərbaycanın çaylarının və Xəzər 

dənizinin çirklənməsi və ekoloji durumu üzrə uzun illər boyu apardığı  tədqiqatların nəticələri  əsasında 

yazılmışdır. Apardığı  tədqiqatlara  əsaslanaraq müəllif qeyd edir ki, planetimizdə  Xəzər dənizi qədər amansız 

ekoloji depressiyaya məruz qalan başqa sututar tapmaq çətindir.  

Hələ 1940-50-60-cı illərdə Xəzər dənizində aparılan 10 minlərlə məxfi seysmik partlayışlar (hər biri 10 kq-

dan 1,5 ton çəkisi olan trotil «şaşkilər»), Cənubi Xəzərin açıq hissəsində və başqa sahələrdə xüsusi hərbi poliqon-

larda sınaqdan keçirilən raketlər Xəzər dənizinin altını üstünə çevirmiş, xoşbəxtlikdən o, bugünkü günə kimi «sa-

lamat» qalmışdır.  

M.Ə.Salmanovun 1961-ci ildə apardığı müşahidələr zamanı müyyən edilmişdir ki, 70 kq çəkisi olan 

partlayıcının partladılması  nəticəsində partlayışın epimərkəzində 85-100 m radiusunda ixtiofauna tamamilə 

məhv olur, onun 60%-i dənizin dibinə çökür, plankton həyat qabiliyyətini itirir, su, yanma məhsulunun terrigen 

hissəcikləri ilə zənginləşir, dib çöküntüləri şumlanır (qarışır) və su bulanaraq şəffaflığı azalır, epimərkəzində pH 

3-4 göstərici aşağı düşür.  

Xəzər dənizinin ekoloji vəziyyətinin dəyişməsində  dənizin səviyyəsinin tərəddüdü və çirklənməsi  əsas rol 

oynayır. Qlobal miqyasda isə Xəzərin dəyişməsi dənizin və onun hövzəsinin çirklənməsinin artması nəticəsində 

baş vermişdir. M.Ə.Salmanovun (1999) qeyd etdiyi kimi Xəzərin çirklənməsi barədə olduqca çoxlu məlumatlar 

mövcuddur, bu məsələ ilə yüzlərlə mütəxəssislər məşğul olmuş, onlarla simpozium, konfranslarda müzakirə 

olunmuş, ən yüksək səviyyədə qərarlar qəbul edilmişdir. Xəzərin təmiz saxlanmasının vacibliyi bütün Xəzəryanı 

dövlətlər tərəfindən təsdiq edilsə də o, yenə də həmişə olduğu kimi çirklənməkdə davam edir.  

Xəzərin çirklənməsində başlıca yeri neft və neft məhsulları, sonrakı yeri isə kimyəvi çirklənmə tutur.  

Hazırda Xəzərə tökülən çaylar (Volqa, Kür, Ural, Terek) dənizi üzvi maddələrlə, biogen elementlərlə  də 

zənginləşdirir.  

Xəzər dənizinin çoxkomponentli çirklənməsi bir çox sənaye obyektləri növlərinin məskunlaşdığı mühitin 

sanitar-gigiyena vəziyyətinin dəyişməsinə  təsir göstərən amil olmuşdur. Qiymətli balıq növlərinin kütləvi 

qırılması adi hadisəyə çevrilmişdir.  

Bir sıra alimlərin məlumtına görə bir çox hidrobiontların oraqnizmində insanın sağlamlığı üçün təhlükəli 

parazitlərin  böyük bir siyahısı var: anizakidlər, psevdoamfistomidlər, eustronqililər və s. dəniz suyunda və 

balıqlarda patogen bakteriyalar, məs. ptoteilər, vibrionlar, protei-vulqaris və b.  



 

17.5.1. Xəzərin neft və neft məhsulları ilə çirklənməsi 

Bu bölmədə M.Ə.Salmanovun (1999) tədqiqatlarına əsaslanaraq yazılmışdır.  

Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki-kimyəvi xassələrinə, 

dəniz dibi çöküntülərə çoxtərəfli təsirinə görə başlıca yeri tutur.  

Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası  və ora axan bütün çaylar neftlə çirklənməyə  məruz 

qalmışdır. 1950-60-cı illərdə neftlə çirklənmə yalnız dəniz neft yataqları akvatoriyası  və neft emalı 

müəssisələrinin çirkab suları tökülən zonaya xas idisə, 1980-ci illərdə belə çirklənmə  dənizin hər yerində 

yayılmışdır.  

Məlum mənbələrə əsaslanan hesablamalara görə Xəzər-xvalın epoxasının neft kəşfindən bəri dənizə 2,5 mi-

lyon ton xam neft axmışdır. Yalnız 1969-cu ildə neftdaşıyan tankerlərin ballastik suyu ilə dənizə 47 min ton, 

gəmilərin suyundan isə 7 min ton neft axıdılıb. Dənizdə oduqca çoxlu qəza hadisələri baş verir, onlardan ikisini 


 

258


göstərək: 60-cı illərdə  Xəzərin Orta və  Cənub  şelfində  qəza nəticəsində  dənizə 4000 ton, aylarla mənbədən 

sönməyən yanğın, fəaliyyətdə olan qrifonlardan 20 min ton qaz-neft kondensatı axmışdır. 1983-cü ildə 

Oqurçinsk adasının cənub-qərbində 200 m dərinliyində qruntda – 1 kq lildə 1,43 q, 1955-ci ildə Cənubi və Orta 

Xəzərin sərhədində qruntda 270 m dərinlikdə 1 kq lildə 0,86 q konsentrasiyalı neftin olması qeydə alınmışdır. 

Bakı buxtasında 5-7 m-dən çöküntülərin ətəyinə qədər qrunt neft məhsulları ilə doymuşdur.  

Digər çirkləndiricilərdən fərqli olaraq neft başqa sahələrə asan keçir, nisbətən «uzunömürlüdür». 

çoxşəkillidir. 1 kq neftin tam minerallaşması üçün 400 litr dəniz suyunda olan oksigen sərf olunur (Salmanov, 

1999).  


Neft məhsulları ilə çirklənmənin səciyyəvi  əlamətləri mənbəyinin çoxluğu,  ətraf mühitin demək olar ki, 

bütün komponentlərini çirkləndirməsi, böyük akvatoriyada səpələnməsi, dib çöküntülərində toplanması  və s.-

dir. Neftin həll olan və  ağır komponentləri – fraksiyaları su kütləsində digər toksikantları, o cümlədən toksik 

metalları adsorbsiya edir, onların miqrasiyasına səbəb olur. Onlar suyun keyfiyyətini pisləşdirir, oksigen 

rejiminə mənfi təsir göstərir, suyun üst qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s. 

Neftlə çirklənmə  cənubi Xəzərin qərb  şelfində mühit şəraitini kökündən dəyişmişdir. Bakı-Abşeron 

arxipelaqının adalarının akvatoriyalarında 1961-ci ildən 1976-cı ilə kimi 15 il ərzində fitoplanktonun fotosinte-

zinin ilkin məhsulu 50 dəfə azalmışdır. Krasnovodsk körfəzində, Çeleken yarımadasında fitobentos məhv 

edilmişdir. Neftlə çirklənmiş sahələr də demək olar ki, zoobentosdan məhrum olmuşdur. Bu sahələrin dib 

çöküntülərində anaerob proseslər dominantlıq edir.  

Şimali Xəzərin çirklənməsi əsasən çay axınları və dənizdəki neft yataqları ilə əlaqədardır.  

Dəniz suyu səviyyəsinin qalxması sahildəki neft mədənlərinə məsafəni qısaldır və küləklərin tez-tez əsməsi, 

dalğalar mühafizə  bəndlərini yuyur, sahilyanı neft mədənlərini basır. M.Ə.Salmanovun (1983) tədqiqatlarına 

əsasən  şimali Xəzərin sularında karbohidrogenlərin konsentrasiyası 0,43-16,0 mql arasında dəyişir. Sahənin 

mərkəzi hissəsində karbohidrogenlərin konsentrasiyası orta hesabla 0,11-0,20 mql təşkil edir. Bir qayda olaraq 

maksimum göstərici çay sularına və limanların akvatoriyasına xasdır, burada neft məhsullarının miqdarı müva-

fiq olaraq 1,46-2,07 və 9,4-10,3 mql təşkil edir.  

Cənubi Xəzərdə çirklənmə dərəcəsinə görə «ölü zona» adlandırılan bir sıra sahələr də mövcuddur. Bura Neft 

Daşları akvatroriyası, Bakı, Krasnovodsk buxtaları və Çeleken yarımadası sahilləri aiddir. Bu sahələrin sularında 

neftin miqdarı 1,26-3,83 mql-ə çatır. Neft Daşları qruntunda – Baş korpusun, Baş estakadanın (estakada boyu) 

yanında neftin miqdarı 24 q kq-a qədər, Jiloy adalarının zəif lillənmiş çöküntülərində, Pirallahı yarımadasında 15-

20 qkq, Krasnovodsk körfəzi qruntunda (mərkəz) – 1,9, limanın yanında 123 qkq, Çeleken yarımadasının yanında 

46-57 qkq-a çatır.  

Bakı buxtası  əsl neft məhsullarının «anbarıdır». Burada qrunt 3,5-5,7 m dərinlikdə neft məhsulları ilə 

doymuşdur. M.Ə.Salmanovun (1975) tədqiqatları göstərdi ki, üst 20-25 sm qatda neft məhsullarının miqdarı 

ümumi çəkinin 67%-ni təşkil edir.  

Qruntun neft məhsulları ilə doyması həmçinin cənubi Xəzərin adalarına, Pirsaat silsiləsi və Qaradağ sahəsinə 

də xasdır, burada neftin konsentrasiyası su səthində 0,43-1,26 mql, qruntda isə 0,63-2,3 qkq təşkil edir.  

Xəzər dənizində ekoloji vəziyyətin gərginləşməsində neftlə yanaşı, politsiklik aromatik karbohidrogenlər 

(PAK)  də ciddi təhlükə yaradır. Ciddi ekoloji nəticələr PAK-ın dəniz ekosistemlərin elementlərində 

toplanmasıdır. PAK-a əsasən benzol həlqəsindən ibarət tsiklik fərdi karbohidrogenlərin geniş qrupu daxildir. 

PAK-ın çoxu konserogen və mutagen aktivliyə malikdir. Toksiklikdən başqa PAK-ın  əsas təhlükəliliyi Xəzər 

dənizi ekosistemində onun mutogen meylli olmasıdır. Təsadüfi deyildir ki, PAK-ın ən kanserogenli sayılan 3,4 

benzopirindir, o ətraf mühitə qiymət verən indiqator hesab olunur. PAK-ın tərkibində o, 20% təşkil edir.  

PAK əsasən neft məhsullarının və üzvi maddələrin (kömür, oduncaq, bitum, polimer materialları) yanması, 

emal və istifadə proseslərində əmələ gəlir. Dəniz mühitində PAK-ın təbii mənbələri qrifonlar, sualtı vulkanların 

püskürməsi, hidroterm, həmçinin atmosfer yağıntıları vasitəsilə qurudan və sahil axınları ilə  dənizə 

aparılmasıdır. Dənizə daxil olan PAK-ın mənbələrindən 3-ü çay axını, atmosfer axınları və şəhər axınları əsas 

sayılır. PAK-ın böyük miqdarı dəniz mühitinə gəmiçlik tərəfindən daxil olur, onun orta statistik payı digər əsas 

mənbələrin 35-50%-ni təşkil edir.  

Şəhər aqlomeratlarında avtomobillərdən çıxan və sənaye qazları PAK-ın əsas kütləsini təşkil edərək atmos-

fer yağıntıları ilə çaylara və ya bilavasitə su hövzələrinə axır. Çoxlu əhalisi olan, sənaye cəhətdən inkiaşf etmiş 

dənizkənarı şəhərlər bu baxımdan PAK-ın əmələ gəlməsində statistik mənbə sayılır.  

Müəyyən edilmişdir ki, 1 m

3

 qazdan (avtomobilin buraxdığı) 800-900 mkq-ya qədər 3,4 benzoprin ayrılır 



(500 ml yanacağa). Ətraf mühit üçün təhlükəli PAK-a 17-dən artıq karbohidrogen daxildir, onlardan 7-si 3,4; 

1,12; 1,2; 1,2-5,6; 3,4-9-10 benzoprin əsaslıdır.  



 

259


Quyuların qazılmasında və tikilişində  də  Xəzər dənizinin çirklənməsi baş verir. Qazma proseslərində 

müxtəlif dərəcədə toksikliyə malik olan xüsusi materiallardan və kimyəvi reagentlərdən çoxlu həcmdə sudan 

istifadə olunur, texnoloji tullantılar  əmələ  gəlir, bütün bunlar Xəzərin flora və faunası üçün müəyyən təhlükə 

yaradır. Qazma zamanı  həcminə görə tullantılar arasında qazma çirkab suları (QÇS) üstünlük təşkil edir. 

Müəyyən edilmişdir ki, quyunun texniki suya tələbatı 25-30-dan 100-120 m

3

-a qədər dəyişir. Çox hallarda su 



təchizatının birbaşa axan suyundan istifadə olunur; Bir quyuda sutka ərzində yaranan 40 m

3

-a qədər həcmində 



QÇS su hövzəsinə axıdılır. Bununla yanaşı, QÇS həm də qazma məhlulu, onun komponentləri, kimyəvi 

reagentlər, neft, neft məhsulları və s. ilə çirklənməyə məruz qalır.  

Qazma tullantılarının ən təhlükəli növləri işlənmiş qazıma məhlulu, qazma şlamı və qazılmış süxurlar hesab 

olunur.  

Qazıma tullantılarında təbii mühitin, xüsusən hidrobiontların stabilliyinə mənfi təsir göstərən müxtəlif tok-

sik birləşmələr mövcuddur. 



 

260


XVIII FƏSİL 

 

LİTOSFERƏ ANTROPOGEN TƏSİR 

 

Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yerin qabığından ibarətdir. 

Daxili nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%, kütləsinin 1,2%-ni təşkil edir. Onun bərk cisim olub 

ərimə  vəziyyətinə yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900-500 km dərinlikdə yerləşib 

bütün Yerin həcminin 15,2%, kütləsinin 29,8%-ni tutur. Onun ərimiş-maye halında olması güman edilir, Yer 

nüvəsinin temperaturu 5000

0

-yə, sıxlığı 12,5 tm



3

-a yaxındır.  

Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı  təbəqədir, onun aşağı  sərhədi təxminən 2900 km 

dərinlikdə yerləşir, qalınlığı 2 min km-ə yaxındır,  əsasən maqnezium və  dəmir, ağır metallardan ibarətdir. 

Yuxarı mantiyanı 60-25 km dərinlikdə  ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə temperaturu 

1500


0

, 2900 km dərinlikdə təzyiq 1,35 milyon kqsm

2

 bərabərdir.  



Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən atmosfer və hidrosferlə, altdan seysmik məlumatlarla 

müəyyənləşdirilmiş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Materikdə yer qabığının 

qalınlığı adətən 35-45 km, dağlıq ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer qabığının qalınlığı 5-10 km-dir (su 

qatı ilə birlikdə 9-12 km). Yer qabığının orta sıxlığı 2,8 q sm

3

-dir, onun kütləsi Yerin bütün kütəsinin 0,8%-ni 



təşkil edir.  

Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit və bazalt qatları. Yuxarı qatda gillər, gil şistləri, 

qumlucalar, karbonatlı  və vulkanik süxurlar üstünlük təşkil edir. Çökmə qatının qalınlığı çökəkliklərdə 20-25 

km, kristallik şistlərdə (qalxanlarda) isə parktiki olaraq sıfıra qədər ola bilər. Yer qabığının orta qatı öz 

xassələrinə görə qranitə yaxındır (qranitlər,qneyslər, qranodioritlər, dioritlər, kristallik şistlər, amfibolitlər). Bu 

qat okeanlarda olmur, kontinentlərdə isə onun qalınlığı bir neçə on kilometrlərə çatır. Bazalt qatı kristallik 

süxurlardan təşkil olunub qranit qatına nisbətən sıx (bərk) olur. Okeanın altında onun qalınlığı 2-7 km, 

kontinetlərin altında isə 15-40 km-ə çatır.  

Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas 2 qabıq tipi ayrılır: kontinental və okean. Kontinen-

tal qabığın tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km, sıxlığı 2,5 qsm

3

 olan çökmə süxurlar yerləşir. Daha 



dərində orta dərinliyi 17 km, sıxlığı 2,6-2,8 qsm

3

 olan qranit – metamorfik qatı yerləşir, onun altında isə orta 



dərinliyi 15 km və  sıxlığı 2,9-3,3 qsm

3

 olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində yumşaq 



çöküntülərin orta qalınlığı 0,7 km təşkil edir, bu qat bilavasitə bazaltın üstündə yerləşir.  

 


 

261


 

 

Şəkil 18.1. Litosferin ekoloji funksiyaları 

 

Yer qabığı  və ona birləşən yuxarı mantiyanın bir hissəsi litosferi əmələ  gətirir. Zəlzələlərin  əksəriyyət 



mənbəyi litosferdə əsasən yuxarı 30 km-də yerləşir.  

Litosferin ən üst qatları digər giosferlərlə birlikdə və qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində 

litosferin üst qatında suyun, havanın və canlıların birgə məhsulu olan aşınma qabığı yaranır. Aşınma qabığında 

torpaq inkişaf edir. Aşınma qabığının qalınlığı və quruluşu bütövlüklə coğrafi zonallıq qanununa tabedir. Nival 

və arid qurşaqlarda aşınma qabığının qalınlığı adətən 10 metrə çatmır və quruluşu nisbətən sadə olur. Lakin 

ekvator qurşağında aşınma qabığı çox mürəkkəb quruluşu, inkişaf tarixi uzun müddətli, qalınlığı isə 60 m-i keçə 

bilər.  

Litosferin üst horizontları adətən bilavasitə atmosfer və hidrosferlə əlaqədə olur. Quruda litosfer torpaqla 

(pedosfer), bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer) örtülü olur. Yalnız səhrada litosfer 

bilavasitə (aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı ilə artmosfer və 

litosfer arasında aktiv qaz mübadiləsi gedir. Litosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha yüksək dərəcədə 

gedir, belə ki, yeraltı sular həm hidrosferin, həm də litosferin bir hissəsidir.  

Beləliklə, litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə qarşılıqlı əlaqədə olur. Bu qarşılıqlı əlaqə 

yer səthində maksimum intensivliyə çatır, ondan yuxarı  və  aşağıda isə azalır. Bu əlaqə insanın rolu artdıqca 

daha da güclənir.  

 

18.1. Yerin təkinə təsir 

Yer qabığının faydalı qazıntılar çıxarılan üst hissəsi yerin təki adlanır. Yer təkinin təbii obyekt kimi ekoloji 

və digər funksiyaları kifayət qədər müxtəlifdir (şəkil 18.2). Yerin təki yer səthinin təbii təməli (özülü) olub, ətraf 

təbii mühitə aktiv təsir göstərir, bu, onun ekoloji funksiyası hesab olunur. 

 


 

262


 

           



Şəkil 18.2. Yer təkinin ekoloji və digər funksiyaları 

 

Faydalı qazıntılar – bilavasitə xalq təsərrüfatında istifadə edilən dağ süxurları, həmçinin müxtəlif sahələr 

üçün qiymətli minerallar alınan təbii mineral törəmələridir.  

Dağ-mədən müəssisələri məhsullarının  əsas növləri üçün təbii resurslar faydalı qazıntılar sayılır, onlar 

yanacaq, metal və qeyri metallara bölünür. 

 

 



 

Şəkil 18.3. Mineral resursların təsnifatı 

 

263


 

 

Faydalı qazıntılara yanacaq-energetik resurslar – neft, qaz, kömür, yanar şistlər, torf, uran mədənləri və s. 



daxildir (şəkil 18.3).  

Mədən (filiz) resursları – dəmir və marqans filiz mədənləri, boksitlər, xromitlər, qurğuşun, sink, nikel, 

volfram, molibden, qalay, antimon mədənləri, nəcib metal filiz mədəni və b.  



Təbii tikinti materialları  və qeyri-filiz faydalı qazıntılar – əhəng daşı, dolomit, gillər, qum, mərmər, 

qranit, yəşəm daşı, miner (əqiq), süleyman daşı, korund, almaz, dağ bülluru və b.  



Dağ-kimyəvi xammalı – apatitlər, fosforitlər, xörək duzu, kalium duzu, kükürd, barit, brom və yod tərkibli 

məhlullar və s. 



Hidromineral resurslar – yeraltı şirin və minerallaşmış sular .  

Mədən və karxanaların məhsulları – təbii mineral xammal olub filiz adlanır. Filiz – dağ süxuru olub, 

tərkibində müəyyən miqdarda metallar və onların birləşmələri və ya qeyri-metal minerallar (azbest, barit, 

kükürd, almaz, mika (slyuda)) olur.  

Kömür yataqları şaxtalarının məhsulları – kimyəvi texnoloji xassələrinə görə qonur, antrasit, daş kömür, 

yanar şistlərə bölünür. Daş kömürlər 10 markaya – sinfə bölünür.  

Qeyri filiz materialları dağ sənaye müəssisələrinin əsas məhsulları aşağıdakılardır: çınqıl, qum, qum-çınqıl 

qarışığı, tikinti daşı (but).  

Qazıntı yanacaqları növlərindən dünyada ən çox ehtiyatı olanı kömürdür. Mövcud qiymət qoymağa əsasən 

kömürün şərti yanacaq hesabı ilə ümumi geoloji ehtiyatı 9-11 trilyon tona çatır, tədqiq edilmiş ehtiyatı isə 1,2 

trln. ton təşkil edir.  

Neftin çıxarılan ehtiyatı 250-375 mlrd. ton şərti yanacaq qədər qiymətləndirilir. Neft ehtiyatının 2/3-si 

qədəri Yaxın və Orta Şərqin – Səudiyyə Ərəbistanı, Küveyt, Abu-Dabu, İran, İraqın payına düşür. ABŞ, Rusiya, 

Meksika, Venesuela, Nigeriya, Azərbaycan və bəzi digər ölkələr də neftlə zəngindir.  

Faydalı filiz qazıntıları arasında dəmir filizi böyük əhəmiyyət kəsb edir, yer qabığında onun ümumi ehtiyatı 

600 mlrd. tona çatır.  

Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişlər. Arxeoloq və tarixçilərə məlumlur ki, hələ neolit 

dövründə əcdadlarımız faydalı mineralları, dağ süxurlarını, külçələri yer səthindən yığmaqla kifayətlənməmiş, 

onları yerin alt qatlarından da çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində yerin alt qatlarında silisium, mis, 

dəmir filizi və duz çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı yollar aşkar edilmişdir. İnsan 

nəsillərinin bütün bu fəaliyyətləri yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən sonra insanın 

yer qabığına təsiri qlobal miqyas almışdır.  

Bəşəriyyətin istifadə etdiyi təbii resursların ümumi həcminin 70%-dən çoxu yer təki resurslarının payına 

düşür. Onlardan 94%-i enerji daşıyıcıları (mühərrik) yanacaqları, istilik və atom elektrik stansiyaları 

yanacaqları), 90%-dən artıq ağır sənaye məhsulları (konstruksiya materialları, prokat, boru), 75%-ə qədər tikinti 

materialları, 60% gübrə  və 50% qeyri yeyinti təyinatlı xalq tələbatı malları istehsal olunur. Mineral resurslar 

yeyinti istehlakında (işlərində) mühüm əhəmiyyət kəsb edir, onun əsasında dərman preparatları hazırlanır (şəkil 

18.5).  


Çox hissəsi minerallaşan yeraltı artezian sularından balneoloji məqsədlər, həm də içməli su təchizatında 

geniş istifadə olunur. Mineral palçıqlar, termal su mənbələri müxtəlif xəstəliklərin müalicəsi üçün gözəl vasitə 

hesab olunur.  

Yerin təki, həmçinin faydalı qazıntıların çıxarılması  məqsədi daşımayan bina və qurğuların, nəqliyyat 

kommunikasiya, anbar, mürəkkəb infrastruktur obyektlər və s.-nin yerləşmə məqsədi daşıyır.  

Minerallar (mineral resursları) bilavasitə istifadə oluna bilər, məsələn, mərmər, yaxud ondan uyğun kimyəvi 

birləşmələr alınır, məsələn, dəmir filizindən dəmir  əldə edilir. Minerallarda, suda və havada olan kimyəvi 

elementlər tarixin gedişində  tədricən çoxalır. Qədimdə yalnız 18 element, XVIII əsrdə – 29, XIX əsrdə – 62 

elementdən istifadə olunmuşdur. XX əsrin sonunda dağ  sənaye istehsalında faydalı qazıntıların 250-dən artıq 

növmüxtəlifliyindən istifadə edilmişdir.  

1961-1980-ci illərdə yerin təkindən, əsrin əvvəlindən bəri çıxarılan bütün kömürün 40%-dən çoxu, dəmir fi-

lizinin 55%-i, bütün neftin 73%-dən çoxu, təbii qazın 77%-i, kalium gübrələrinin 64%-i, fosfatların 66%-i, bok-

sit xammalın 80%-ə qədəri çıxarılmışdır.  

1950-ci ildən 1980-ci il daxil olmaqla inkişaf etməkdə olan kapitalist ölkələrində qurğuşunun istehsalı 1,7 

dəfə, sinkinki 2,4 dəfə, misinki 2,8 dəfə, volframınkı 3,3 dəfə, nikelinki 4,6 dəfə, molibden və kalium 

gübrələrininki 6,8 dəfə, fosfat filizininki 5 dəfə, boksidinki isə 11 dəfə artmışdır.  

Mineral resursların mühüm mənbəyi  okean hesab olunur. XX əsrin sonu, XXI əsrin  əvvəlində bütün 


 

264


dünyada xörək duzunun üçdə biri okeanlardan əldə edilmişdir. Xörək duzundan başqa, dəniz suyundan brom, 

maqnezium və digər elementlər alınır. Məsələn, bromun 99%-ə qədəri dəniz suyunda toplanır.  

Mineral xammal həmçinin dəniz sahillərindən, şelf zonasından və okeanın dibindən əldə edilir. Gələcəkdə 

sahil vilayətlərində tikinti sənayesi üçün qum və çınqılın mənbəyi ehtimal ki, dənizin dibi olacaqdır.  

Dənizin dibində,  şelflərin dərinliklərində neftin ehtiyatı tapılmışdır. Burada neftin çıxarılması 

Kaliforniyanın sahillərində, Mekiska və Fars körfəzində, Xəzər dənizində və başqa yerlərdə həyata keçirilir.  



 

Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin