QƏRİb məMMƏdov, mahmud xəLİlov


 Faydalı qazıntıların çıxarılması və



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə42/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

18.2. Faydalı qazıntıların çıxarılması və  

istifadəsinin təbii ətraf mühitə təsiri  

XX  əsrdə faydalı qazıntı yataqlarının işlənməsi litosferdə  cəmləşir, lakin əldə olunan faydalı qazıntıların 

emalı, hazırlanması prosesləri bu və ya digər dərəcədə planetimizin bütün biosfer qabığını  əhatə edir. Müasir 

şəraitdə Yerin təkindən geniş istifadə olunması mühüm geoloji proseslərin gedişini pozmuş, ilk növbədə isə 

təbii dövranda mübadilənin maddi balansının nisbətinə təsir göstərmişdir.  

Hazırda çoxlu miqdarda dağ süxuru kütləsinin, həll olmuş və uçucu maddələrin – sənaye axıntıları, tüstü və 

buxar halında, həmçinin ağır metalların yüksək konsentrasiyası şəklində təbii dövrana daxil olması dağ sənayesi 

istehsalı ilə əlaqələndirilir. Faydalı qazıntıların işlənmə məhsulları və onların emalı texnogen məhsulların təbii 

dövrana daxil olmasının  əsas mənbəyi sayılır. Belə ki, BMT-nin ekspertlərinin məlumatına görə 1976-ci ildə 

planetimizin yer təkindən faydalı qazıntıların alınması prosesində 100 milyard ton dağ süxurları kütləsi 

çıxarılmışdır. XX əsrin ilk illərində dağ mədən işlərinin miqyasının artması ilə əlaqədar dünya təsərrüfatında hər 

il 120 mlrd. tona qədər dağ süxurları  çıxarılır.  İstehsalat fəaliyyətinin litosferin kiçicik hissəsinə  təsiri cüzi 

görünsə  də, o, təbii resursların digər növmüxtəlifliyinin keyfiyyətinə  və  məhsuldarlığına olduqca ciddi təzyiq 

(təsir) edir. Ətraf mühit üçün zərərli sayılan maddələrin xeyli hissəsinin dağ-mədən müəssisələri tərəfindən 

atmosferə daxil olması hesab edilir.  

Dünya təsərrüfatlarında sənaye qurğularından hər il atmosferə 200 mln. tondan artıq toz, 100 mln. tona 

qədər kükürd anhidridi, 250 min tondan artıq qurğuşun, həmçinin sink, mis, civə  və digər toksik elementlər 

atılır. Yer səthinə müxtəlif fotokimyəvi duman («smoq»), «turşulu yağışlar» şəklində düşən toksiki elementlər 

biotaya və bütövlüklə biosferə, ilk növbədə insana, onun sağlamlığına böyük ziyan yetirir.  

 

 



 

Şəkil 18.4. Dünyada yanacaq-enerji resurslarının istehsalı 

 


 

265


 

Şəkil 18.5. Dünya resurs istifadəsində faydalı qazıntıların xüsusi çəkisi 

 

Sənaye tullantılarının göstərilən neqativ təsiri bununla bitmir. Texnogen məhsullar və elementlər, məsələn, 



ağır metallar torpaqda, bitkidə, qida zəncirlərində toplanmaq qabiliyyətinə malikdir, onlardan əksəriyyəti təbii 

şəraitdə olduqca toksik və təhlükəli olurlar.  

Son 30-40 il ərzində Dünya okeanında 2000-dən artıq neft quyusu, onlardan 1000-ə  qədəri yalnız  Şimal 

dənizində 1964-cü ildən başlayaraq qazılmışdır. Buruqda cüzi qəza olduqda və ya qəza halları olmadıqda belə, 

hər il 0,1 mln. ton neft itirilir, lakin qəza vəziyyətləri də az olmur. Qurudan neftin böyük kütləsi çaylar və ya 

məişət axıntıları vasitəsilə dənizə tökülür, bu mənbədən neftlə çirklənmənin həcmi ildə 2 mln. tona çatır. Sənaye 

və neft emalı zavodlarının axıntıları ilə hər il dənizə 0,5 mln. tona qədər neft axıdılır. Dənizə düşən neft onun 

canlı sakinlərinə (bitki, heyvanat aləmi, mikroorqanizmlər) öldürücü təsir göstərir. Qərbi Sibirdə neft ehtiyatları 

mənimsənildikdə daxili su hövzələrinin (çay, göl) neftlə çirklənməsi, xüsusilə həyəcan doğurur.  

Boş süxurlar, yəni filizin işə yaramayan hissəsi laylar yaradaraq, geniş torpaq sahələrini, o cümlədən kənd 

təsərrüfatı əkin sahələrini zəbt edir. Atılmış yararsız filiz laylarında külək və su eroziyası prosesləri karxanaların 

yanındakı meşə (bitki) örtüyünün deqradasiyasına, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı 

düşməsinə səbəb olur, dağ-mədən müəssisələri yaxınlığında yaşayan əhali üçün əlverişsiz şərait yaranır.  

Bütün  dünyada dağ-mədən işləri ilə pozulmuş torpaqların ümumi sahəsi 6 mln. hektarı keçir. Dağ-mədən 

sənaye istehsalının kənd təsərrüfatı  və meşələrə bilavasitə neqativ təsirini də bura əlavə etmək olar. 

Hesablamalara görə, fəaliyyətdə olan karxanadan 35-40 km radiusunda kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığı orta səviyyə ilə müqayisədə 30% aşağı düşür.  

Faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthinin çökməsi müşahidə olunur.  

İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir. 

Orta Çeşirdə yerin altından duzun çıxarılmasına eramızdan əvvəl başlanmışdır. XVII əsrin sonundan isə 70-110 

m dərinlikdən yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan ərazidə səthin ilk dəfə çökməsi 

(batması) 1880, sonralar isə 1893 və 1912-ci ildə baş verdi. Bunun nəticəsində diametri 3 km-ə yaxın ərazidə 

yer deformasiyaya uğradı, oranı su basaraq istifadə üçün yararsız hala düşdü. Burada torpağn üstündəki su 

boruları parçalandı, kanallar və dəmiryolu kommunikasiyası dağıldı, evlər zədələndi.  

Uzun illər Parisdə evlər və kilsələrin tikilməsi üçün şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII əsrin 

sonunda şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı, şübhəsiz, Paris şəhəri «batıb» dağılmışdı.  

İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar 

və s.) litosferdə  əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-tək xüsusi dərin karxanalar, şaxtalar və 

quyular da mövcuddur.  

Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da Yuta ştatında Binqem Kenyondadır. Karxananın 

dərinliyi 774 m, sahəsi 7,2 km

2

, karxanadan çıxarılan qruntun kütləsi 3,4 mlrd. ton təşkil edir Rusiyada Uralda 



Korkin kəsiyində karxananın dərinliyi 520 metrdir.  

Ayrı-ayrı  şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq quyularının dərinliyi də bir neçə min metrə çatır, 

dünyada ən dərin quyu (15 km) Kola yarımadasında layihələşdirilmişdir.  

Daş-kömür, dəmir və digər metalların külçələri, tikinti materialları və digər faydalı qazıntıların karxanaları 

bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada litosferin üst qatından il ərzində 1000 milyard tondan çox 

mineral xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90%-ə  qədərini təmin edən 400 növə yaxın faydalı 



 

266


qazıntılar çıxarılır.  

Litosferdən çıxarılan materialların 98%-ə qədəri yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə, 

litosferin üst qatında materialların həddindən çox antropogen qarışdırılması aparılır. Bu isə  həm bütövlükdə 

ekosferə, həm də onun ayrı-ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı qazıntıların çıxarılması həmçinin 

Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.  

Dağ-mədən sənayesinin ətraf mühitə neqativ təsiri çox müxtəlif və böyükdür. Bu, ictimai istehsalın iqtisadi 

effektliyində, həmçinin digər təbii resurs mənbələrinin keyfiyyətində öz əksini tapır.  

Son illər ətraf mühitin mühafizəsi sahəsində çalışan bir sıra mütəxəssislər dağ-mədən sənayesinin təsirini 

kompleks  şəkildə qiymətləndirməyə  cəhd göstərmişlər. Bu məqsədlə dağ-mədən işləri nəticəsində  təbii mühit 

elementlərinin pozulması  və onun səbəblərini  əks etdirən keyfiyyət təsnifatları  tərtib edilmişdir. Belə 

təsnifatlardan birini V.N.Mosines, M.V.Qryaznov (1978) öz işində irəli sürür (cədvəl 18.1). 

 

Cədvəl  18.1 

 

Ətraf mühitin pozulmasını yaradan 

səbəblər  

Pozulmanın xarakterik növləri  

 

1 2 



Geomexaniki 

Layların tökülməsi, karxanaların 

tikilməsi, durulducu hovuzların, 

müxtəlif torpaq təpələrinin, 

xəndəklərin qurulması. Yataqların 

işlənməsi nəticəsində 

səthin 

deformasiyası. Zənginləşdirici fabrik 



və digər istehsal tullantılarının 

saxlanması. Montay işləri, ağır 

avadanlıqların təzyiqi və s.   

Yer səthinin relyefinin, daş massivinin 

geoloji strukturunun, torpaqaltı 

qruntun və torpağın dəyişməsi. 

Torpağın mexaniki zədələnməsi. 

Torpağın dağıdılması  və bioloji steril 

(mikrobsuz) 

ərazinin yaranması. 

Tikinti obyektlərinin və mühəndis 

qurğularının zədələnməsi  



Hidroloji 

Yeraltı  və açıq dağ-mədən işlərinin 

ətraf süxur massivlərinə drenaj təsiri. 

Yeraltı suların drenajı ilə  əlaqədar 

səthin deformasiyası. Yararsız filiz 

laylarının tökülməsi, karxanaların, 

durulducu prudların (hovuzların) 

tikilməsi. Su hövzələrinin, 

suaşıranların və digər hidrotexniki 

obyektlərin qurulması. Suyun 

çirklənməsi. Müxtəlif məqsədlər üçün 

yeraltı suyun çəkilməsi.  

Yeraltı suların səviyyəsinin, həmçinin 

hidroqrafik 

şəbəkənin dəyişməsi, 

yeraltı suyun hərəkəti. Dayazda 

yerləşən horizontlarda suyun 

keyfiyyətinin, torpağın su rejiminin 

pisləşməsi. Yeraltı suların ehtiyatının 

azalması. Suffozinin və qruntun 

mexaniki sıxlaşması (səthin çökməsi). 

Çayların morfodinamik rejiminin 

dəiyşməsi. Subasarın əmələ gəlməsi.  

Kimyəvi 

Qaz və tozun kimyəvi aktivliyinin 

emissiyası. Çirkli suların tullantıları. 

Laylarda və sonuncu anbarlarda olan 

toksiki komponentlərin təsiri. 

Atmosfer havasının, suyun 

(turşulaşma, duzlaşma, çirklənmə), 

torpağın (turşuluq dərəcəsinin artması, 

alkalizasiya,  şoranlaşma, fitotoksiki 

elementlərin artması, çirklənmənin 

digər tipləri) 

Fiziki-mexaniki 

Toz və aerozolların emissiyası. 

Suspenziya və hidrozollarla çirklənmiş 

suların atılması  

Atmosfer havasının və suyun tərkib və 

xassələrinin dəyişməsi. Su axarın 

yatağının kolmatajı. Torpağın 

xassələrinin dəyişməsi  



Termik 

 

267


1 2 

Havanın çirklənməsi.  İsti suların 

atılması.  İstiləşdirilmiş suların süxura 

təzyiqlə basılması  

Atmosfer havasının tərkibi və 

xassəsinin, həmçinin biokimyəvi 

proseslərin dəiyşməsi. Mikroiqlimin 

dəyişməsi.  



 

 Yerin 


təkindən filizin çıxarılması zamanı ətraf mühitdə baş verən neqativ dəyişikliklərin izahı 18.6 saylı 

şəkildə verilir. 

 

 

 



Şəkil 18.6. Yer təkindən mədən çıxarılmasının ekoloji nəticələri 

18.3Dağ süxurlarına və massivlərinə təsir  

İnsanın mühəndis – təsərrüfat fəaliyyəti prosesləri zamanı yer qabığının üst hissəsini təşkil edən dağ 

süxurları bu və ya digər dərəcədə sıxılma, dartılma, yerini dəyişmə, rütubətlə doyma, quruma, vibrasiya və digər 

təsirlərə məruz qalır.  

Müxtəlif təsirlər zamanı baş verən dəyişikliklər diqqətlə öyrənilir. Bu, ekoloji vəziyyətə neqativ təsir 

göstərə biləcək təhlükəli geoloji proseslərin inkişafını proqnozlaşdırmaq üçün vacibdir.  

Dağ süxurlarına əsas antropogen təsirlərə aşağıdakılar aiddir: statik və dinamik yük, istilik təsiri, elektrik 

təsiri və s.  



Statik yük – dağ süxurlarına təsirin ən geniş yayılan növü hesab olunur. Bina və qurğuların 2 MPa və daha çox 

statik gücünün təsiri ilə dağ süxurlarında 70-100 m dərinliyə qədər aktiv dəyişilmə zonası əmələ gəlir. Bu zaman ən 

çox dəyişilmələr daim donuşluq ərazisində və güclü sıxıla bilən süxurlarda (məsələn, torflu və gilli) müşahidə olunur. 

Daimi donmuş buzlu süxurlarda çox vaxt ərimə, qabarma və s. proseslər müşahidə olunur.  

Statik yükün təzyiqindən yer səthinin yatması (çökməsi) müşahidə edilir.  

Yer qabığının yatması bir çox iri şəhərlərin altında da baş verir. Binaların və qurğuların altında qrunt 

bərkiyir və səthi çökür. Müasir şəhərlərdə tikinti yükü o qədər böyükdür ki, ayrı-ayrı binalar altında baş verən 

çökmələr bir-birilə birləşir. Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil edir. Yaponiyanın 

Tokio və Osaka şəhərləri son illərdə yeraltı suların nasosla çəkilməsi və yumşaq süxurların sıxılması nəticəsində 

4 mm çökmüşdür.  

Yer səthinin antropogen dəyişilməsi həmçinin iri hidrotexniki qurğuların tikilməsi ilə əlaqədardır, 1988-ci 

ilə qədər bütün dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq bəndlər tikilmişdir.  

Bəndlərin çəkisinin təsiri, həmçinin süxurların yuyulması prosesində  bəndin bünövrəsinin çökməsi və 

çatların  əmələ  gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-in bəndinin bünövrəsində 20 m 

uzunluğunda çat qeydə alındı. Bratski, Ust-İlimski SES-nin bəndlərinin bünövrəsinin yatması (çökməsi) ildə 10 


 

268


mm-dən çox təşkil edir. Kama su anbarının (sahəsi 1915 km

2

, suyun həcmi 12,2 km



3

) suyu böyük güclə yer 

qabığına təsir göstərdiyi üçün Perm vilayətinin çox hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur.  

Alimlər tərəfindən aşkar edilmişdir ki, su anbarında suyun səviyyəsi 100 m-dən artıq olduqda zəlzələnin 

aktivliyi artır.  

Dinamik yük.  Nəqliyyat, zərbə  və vibrasiya tikinti maşınlarının, zavod mexanizmlərinin və s. işində 

vibrasiya, zərbə, təkan və digər dinamiki yüklər səciyyəvidir. Yumşaq, bərkiməmiş süxurlar (qum, su ilə 

doymuş löslər, torf və b.) titrəyişə daha həssasdır. Bu süxurların zərbə zamanı davamlığı  aşağı düşür, sıxılır, 

struktur əlaqəsi pozulur, qəflətən sıyıqlaşıb sürüşmə, uçqun, axar tullantı və digər əlverişsiz proseslərin əmələ 

gəlməsinə səbəb ola bilər.  

Dinamiki yükün digər növü zəlzələ  təsirinə  bənzər partlayışlar hesab olunur. Avtomobil, dəmir yolu, 

hidrotexniki qurğular tikintisində, faydalı qazıntılar çıxarıldıqda və s. işlərdə dağ süxurları partlayış üsulu ilə 

dağıdılır. Əksər halda partalyış təbii tarazlığın pozulması ilə müşayiət olunub sürüşmə, uçqun əmələ gətirir.  



İstilik təsiri. Dağ süxurlarında temperaturun yüksəlməsi kömürün yeraltı qazlaşdırılması, domna və marten 

sobalarının  əsasında və s. baş verir. Bir sıra hallarda süxurun temperaturu 40-50

0

C, bəzən isə 100



0

C və daha 

yuxarı qalxır (domna peçlərində). Kömürün yeraltı qazlaşdırılması zonada 1000-1600

0

C temperaturda süxurlar 



bişir, «daşlaşır», öz ilkin xassələrini itirir.  

Digər təsir növlərində olduğu kimi, antropogen istilik axını yalnız dağ süxurlarının vəziyyətinə deyil, həm 

də ətraf təbii mühitin komponentlərinə təsir göstərir: torpaq, yeraltı sular, bitki örtüyü də dəyişir.  

Elektrik təsiri. Dağ süxurlarında yaranan süni elektrik sahəsi (elektriklə işləyən nəqliyyat, elektrik ötürücü 

xətləri və s.) dəyişən elektrik cərəyanı və sahəsi yaradır. Bu, əsasən elektrik enerji mənbələri sıx yerləşən şəhər 

ərazilərində müşahidə edilir. Bu zaman süxurların elektrik keçiriciliyi, elektrikə davamlığı  və digər xassələri 

dəyişir. 



Cədvəl 18.2 

 

Ekoloji mühitə texnogen təsirin təsnifatı və onların ekoloji nəticələri 

(V.T.Trofimov və b.) 

 

Təsir sinfi  Təsir tipi  Təsir növü  Təsirin potensial mənbəyi Təsirin ekoloji nəticələri 

 

1 2 









Mexaniki 

Sıxılma 


Statik (qravitasion) 

Vibrosıxılma 

Basıb hamarlama 

Döyəcləyib bərkitmə 

Partlayışla sıxma 

Binalar, qurğular 

 

Vibromexanizmlər 



Avtonəqliyyat 

Metropoliten 

 

Partayış 



Təbii biogeosenoz-ların 

deqradasiyası və dəyişilməsi 

 

Boşalma 


Dinamik 

boşalma 


Statik boşalma 

Şaxtalar, boşluqlar, iri 

çala, partlayış 

«------» 

 

Massivin 



daxildən 

dağılması 

Qazıma 

Parçalama (doğrama) 



Sındırmaq 

(qoparmaq) 

Qazımaq, 

Qazıma quyuları 

Dağ kombaynı 

 

Dağ işləri 



 

Karxana, kəsiliş 

Təbii biogeosenozla-rın 

(ekosis-temlərin) dəyişilməsi



Mexaniki 

 

ekskavasiya 



Partlamaqla 

dağıtmaq 

Şumlama kultivasiya 

Şaxta, lağım 

Partlayış 

Aqrotexniki işlər 

 

Relyefin 



akku-mulya-

siyası 


Terrikonun tökülməsi 

Layəmələgəlmə 

Torpaq təpəsi 

Şaxta, mədən, İES, 

QRES, Kombinatlar 

 

Təbii landşaftların, biogeo-



senoz-ların deqradasiyası 

 

269


1 2 





yaratmaq 

Damba (bənd) 

yaratmaq 

 

 

Tikinti 



Relyefin 

plani-rovkası 

Tikinti və yol 

planirovkası 

 

Rekultivasiya 



Yamacın 

terraslaşdırılm. 

Tikinti 

Rekultivasiya obyekti 

Meliorasiya  obyektləri 

«------» 

Relyefin 

eroziyası 

Oyuğun 

formalaşması 



Kanal, kəsiliş, özül 

yerinin qazılması 

Yamacın kəsilməsi 

Yatım və enmə 

muldasının əmələ 

gəlməsi 


Karxana, kəsilişlər, özül 

yeri, kanal 

 

Yol tikintisi 



 

 

Şaxta, mədən 



«-----», həmçinin binaların 

dağılması və uçması 

nətisəsində insanların tələfatı 

və ya əlil olması 



Hidro-__mexaniki'>Hidro-

mexaniki 

Relyefin 

hidro-akum-

lyasiyası 

Dambanın, bəndin 

hidroyuyulması 

Qızıl laylarının 

yuyuntu ilə örtülməsi 

Töküntünün, 

massivlərin 

yuyulması 

Tikinti , İES, son anbar, 

şlam yığıntısı 

Təbii biogeosenoz-ların 

deqradasiyası 

Relyefin su 

ilə yuyul-

ması 


Massivin yuyulması 

Çökmə –suffozion 

təsir 

Karxana, kəsilişlər, draqa 



Süqəbuledici yeraltı 

yuyulma 


«------» 

Hidro-

dinamiki 

Təzyiqin 

qalxması 

Basma (hava, su), 

inyeksiya 

Altdan rütubətlənmə 

Suvarma 

Vurma (hava), tullantılar, 

sənaye axıntıları 

 

Kənd təsərrüfatı 



suvarması, 

hidromeliorasiya 



Altdan rütu-bətlənmə nəti-

cəsində şoran-laşma, bina-

ların qəzası nəticəsində 

insan ölümü və əlil olması 

 

Təzyiqin 



düşməsi 

Çəkmə (nasosla) 

Drenləmə 

Qurutma 


Su qəbulediciləri 

Meliorasiya  obyektləri 

Təbii biogeo-senozların 

dəyişilməsi 



Termiki 

Qızdırıl-ma 

Konduktiv (100

0

C-yə 



qədər) 

 

 



Konvektiv (100

0

C-yə 



qədər) 

Yandırma (100

0

C-

dən 



yuxarı ) 

Əritmə 


Termik möhkəm-

ləndirmə 

Biokimyəvi 

Domna peçi, AES, İES, 

QRES, qaynar sexlər 

Kükürdün yeraltı 

əridilməsi, kömürün 

qazlaşdırılması 

 

Meliorasiya obyektləri, 



TBO poliqonu 

«------» 

Soyuq-

laşdırma 



Konyuktiv 

Konvektiv 

Soyuducular 

Məhlulun çəkilməsi 

«------» 


 

270


1 2 





Dondurma Texniki 

meliorasiya 

obyektləri 



Elektro-

maqnit 

Təbii 


Elektrik sahəsinin 

çevrilməsi 

Elektrik xətləri, dəmir 

yolu, metropoliten, tram-

vay, trolleybus xətləri 

İnsanın sinir sisteminə mənfi 

təsir 

Məqsəd-


yönlü 

Elektriklə işləmə 

Elektroosmos 

Elektroliz 

Elektrosilikati-zasiya 

Texniki meliorasiya 

obyektləri 

«------» 



Radia-

siyalı 

Çirklən-mə 

Qısaömürlü 

radionuklidlər 

 

Uzun ömürlü 



radionuklidlər 

Nüvə partlayışı 

AES-in tullantıları 

Radioaktiv maddələrin, 

AES-lərin anbarları 

Radioaktiv maddələr 

istehsal 

Radioaktivliyə yoluxma, şüa 

xəstəliyi və immun 

sisteminin pozulmasından 

əhalinin və heyvanların 

ölməsi; 


Radia-

siyalı 

  edən zavodlar 

biogeosenoz-ların dəyişməsi 

və deqradasiyası 

Təmiz-ləmə 

Kimyəvi, 

elektrokimyəvi, 

bioloji, mexaniki 



dezaktivasiya

Dezaktivasiya, 

reabilitasiya obyektləri 

Təmizlənmiş ərazidə ekoloji 

şəraitin yaxşılaşması 

Fiziki-

kimyəvi 

Hidrat 


Kapilyar 

kondensasiya 

Dehidrasiya 

(qurutma) 

Asfalt örtükləri 

 

 



Drenaj sistemi 

Təbii biogeosenoz-ların 

deqradasiyası 

Kolmataj 

Fiziki 

Fiziki-kimyəvi 



Texniki meliorasiya 

obyektləri 

Təbii biogeosenoz-ların 

dəyişməsi 

Yuyulma 

Bilavasitə 

Diffuziya 

Yuyulma obyektləri «------» 

İonlaşma 

mübadilə 

Şorakətləşmə xüsusi 

ionlaşma-mübadilə 

Torpağın meliorasiyası «------» 

Kimyəvi 

Çirklən-mə 

Fenol, xlorfenol Ni-

trat 


 

Pestisid 

Herbisid 

Ağır metallar 

Karbohidrogen 

 

Turşu 



Qələvi 

Duzlaşma 

Kimyəvi fabriklər 

Fermalar, heyvandarlıq 

Tullantı anbarları 

 

Kənd təsərrüfatı işləri 



 

Nəqliyyat, neft anbarları 

Turşulu yağışlar, 

müəssisələr 

Gübrələrin verilməsi 

Əhalinin və heyvanların tro-

fik zəncir üzrə zəhərlənməsi, 

immun sisteminin 

pozulması, biogeosenoz-

ların deqradasiyası 

Təmiz-ləmə 

Neytrallaşdırma 

Duzsuzlaşdırma 

Əlavələr 

 

Torpağın meliorasiyası 



Ekoloji şəraitin 

yaxşılaşması, biogeosenoz-

ların inkişafı 

Massiv-lərin 

bərki-dilməsi 

Sementləşmə 

Silikatlaşma 

Bitumlaşma 

Qətranlaşma 

Əhəngləmə 

Texniki meliorasiya 

obyektləri 

Təbii biogeosenoz-ların 

dəyişilməsi 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin