QƏRİb məMMƏdov, mahmud xəLİlov


 İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə39/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

16.7. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri  

Bu istiqamətdə yerli dövlət tədbirləri beynəlxalq tədbirlərlə birgə həyata keçirilməlidir. Hər iki səviyyədə 

keçirilən tədbirlər sistemində aşağıdakılar nəzərə alınmalıdır: 

1) mütərəqqi, qabaqcıl texnologiyadan istifadə;  

2) enerjiyə qənaət olunması;  

3) kompleks iqtisadi, hüquqi və tərbiyəvi tədbirlərin həyata keçirilməsi. Bu tədbirlərin həyata keçirilməsində 

əsas məqsəd atmosferə buraxılan parnik qazlarının miqdarının, ilk növbədə CO

2

-nin azaldılması sayılır.  



Son zamanlar istehsalın müxtəlif sahələrində karbon qazından istifadə olunması üzrə yeni texnologiyalar 

hazırlanır. Yalnız ABŞ-da 60-a qədər belə layihələr hazırlanmışdır. Bu layihələr içərisində artıq işi 

dayandırılmış quyulardan yenidən neft istehsalında CO

2

-dən istifadə olunması texnologiyası layihələrinə xüsusi 



qiymət verilir. Bu texnologiyaya əsasən CO

quyuya daxil olunaraq neftdə  həll edilir. Onun həcmini 



genişləndirərək özlülüyünü, suvaşqanlığını azaldır və bununla da neftin yuxarı qalxmasını təmin edir. Hesabla-

malar göstərir ki, bu metod quyuda qalan neftin 10-15%-ni çıxarmağa imkan verir.  

Bir sıra beynəlxalq sənədlərdə CO

2

-nin atmosferdə azaldılması göstərilmişdir: 



1) Alternativ energetikanın inkişafı və İES-dən çıxan tüstü qazlarını və CO

2

-ni tutub saxlamaq;  



2) Enerjiyə qənaət edilməsi. Əgər bütün sənaye ölkələri öz istehsalı və məişətində enerji həcmini Yaponiya 

səviyyəsinə qədər endirsə, enerjinin dünya tələbatı 36%-ə qədər aşağı düşər;  

3) Meşələrin qırılmasının və meşə yanğınlarının qarşısını almaq və yeni meşəliklərin salınması.  

Göstərilən tədbirlərlə yanaşı, tullantıların azaldılması haqqında beynəlxalq razılaşmalar da böyük 

əhəmiyyət daşıyır. Belə öhdəliklər 1988-ci ildə Toronto (Kanada) şəhərində keçirilmiş Beynəlxalq konfransda 

irəli sürülərək 2005-ci ilədək 1988-ci ilə nisbətən atmosferə buraxılan CO

2

-nin təxminən 20% azaldılması 



nəzərdə tutulur.  

Bu zaman Avstraliya, Danimarka, Fransa, Yeni Zenlandiya, İsveçrə (dünya tullantılarının 4,1%-ni təşkil 

edir) 2005-ci ilə qədər CO

2

-ni 20% azaltmağı, Belçika, Kanada, Finlandiya, İrlandiya, İtaliya, Yaponiya, Nider-



land, Norveç, İsveç (10,8%), Böyük Britaniya (2,8%); 2005-ci ilə  qədər SO

2

-nin miqdarını sabitləşdirməyə, 



Almaniya isə (3,2%) – 2005-ci ilə qədər onu 30% azaltmağı öhdəyə götürmüşlər. ABŞ (22,0%) və keçmiş SSRİ 

tərkibində olan ölkələr (18,4%) heç bir qərar qəbul etməmişdir.  



 

16.8. Azərbaycanda iqlim dəyişkənliyi  

İqlim dəyişkənliyi və tərəddüdü bəşəri problem olub respublikamızdan da yan keçməmişdir. Bu dəyişkənlik 

temperatur üçün 1880-1997-ci illərin, yəni  117 ilin məlumatlarının təhlili əsasında verilir (Səfərov S., 2005).  

Məlumatların təhlili göstərir ki, qış dövründə 117 il ərzində istiləşmə müşahidə olunur. Bütün meteoroloji 

stansiyalar üzrə temperaturun yüksəlməsi 0,4-3,6

0

 arasında dəyişmişdir (cədvəl 16.4).  



 

Cədvəl 16.4 

 

1881-1997-ci illərdə havanın temperaturunun  

dəiyşməsi (

0

C) (Səfərov, 2005) 

 

Stansiyalar  

Qış Yaz Yay Payız 

İl 

Bakı  


0,4 

0,2 


0,0 

-03 


0,1 

 

245


Lənkəran  

0,4 


-0,1 

-08 


-03 

-02 


Cəfərxan  

1,8 


0,7 

03 


1,3 

1,0 


Gəncə  

1,6 


1,0 

06 


1,2 

1,1 


Zaqatala  

1,1 


0,4 

1,1 


0,6 

0,8 


Quba  

1,6 


1,4 

1,1 


2,0 

1,5 


Şuşa  

1,0 


-0,6 

-06 


0,2 

0,0 


Naxçıvan  

3,6 


0,7 

-1,0 


-0,1 

07 


 

Aşkar olunan istiləşmə (qış dövründə) əksəriyyət stansiyalar (1,3-3,1

0

C 100 il) öz ölçü qiymətinə görə, həm 



Yer kürəsi və şimal yarımkürəsi, həm də Rusiyanın Avropa hissəsini ötüb keçir.  

XX əsrdə böyük qlobal dəyişmələr dövrlərində Azərbaycan ərazisində temperaturun dəyişməsi göstərdi ki, 

1911-1940-cı illərdə temperaturun dəyişməsi (-0,1-08

0

C); 1941-1970-ci illərdə Naxçıvan (2



0

C) və  Şuşada 

(1,4

0

C) xeyli istiləşmə müşahidə edilmişdir. 1971-1997-ci illərdə isə istiləşmə bütün stansiyalarda müşahidə 



olunmuşdur (cədvəl 16.5). Həmin illər ərzində temperaturun dəiyşməsinin təhlili göstərdi ki, ən güclü istiləşmə 

Naxçıvan MR (2,3

0

C), Kür-Araz ovalığında (1,8



0

C), zəif istiləşmə isə Böyük Qafqazın şimali-şərq yamacı (1,2-

1,5

0

C) və Abşeronda (0,9



0

C) qeydə alınmışdır (cədvəl 16.5). 



Cədvəl 16.5  

 

1971-1997-ci illərdə Azərbaycanın fiziki-coğrafi zonaları üzrə havanın temperaturunun (

0

C) dəyişməsi 

(Səfərov s., 2005) 

 

Fiziki-coğrafi zonalar  

Qış Yaz Yay Payız 

İl 

Lənkəran vilayəti  

1,5 

-01 


0,4 

0,4 


05 

Kür-Araz ovalığı  

1,8 

-03 


0,6 

06 


06 

Abşeron yarımadası 0,9 

-05 

-0,2 


03 

01 


Respublikanın qərb hissəsi  

1,6 


-01 

0,5 


06 

04 


Böyük Qafqazın cənub yamacı   

1,5 


-02 

0,2 


03 

04 


Böyük Qafqazın 

şimal-şərq 

yamacı  

1,2 -02  03  04  04 

Kiçik Qafqaz  

1,8 


-04 

-02 


-02 

01 


Naxçıvan MR  

2,3 


-06 

-0,4 


-0,1 

02 


 

Tədqiqatların nəticələri göstərdi ki, ən çox hiss olunan dəyişikliklər respublikanın düzən və dağətəyi 

hissələrində, zəif dəyişikliklər isə Xəzər dənizinin sahil zonasında qeydə alınmışdır.  

Yaz mövsümündə əksəriyyət stansiyalarda (1881-1997) temperaturun yüksəlməsi müşahidə edilmişdir. Ən 

güclü dəyişikliklər Gəncə, Cəfərxan, Zaqatala, Quba və Naxçıvanda, temperaturun zəif artması isə Bakıda 

müşahidə olunmuşdur. Soyuqlaşma yalnız Lənkəranda olmuşdur (cədvəl 16.5). 1971-1997-ci illər ərzində isə, 

yaz fəsli bütün Azərbaycan  ərazisində soyuq keçmişdir. Soyuqlaşma  ən çox Bakıda (-08

0

C) və Naxçıvanda 



müşahidə edilmişdir. 

Bakı, Quba və Naxçıvan istisna olmaqla, 1971-1997-ci illərin yay mövsümündə respublikanın hər yerində 

temperaturun yüksəlməsi qeydə alınmışdır.    

Payız mövsümündə güclü istiləşmə Quba (2,0

0

C), Cəfərxan (1,3



0

C) və Gəncədə (1,2

0

C) olmuşdur. Bakı və 



Lənkəranda isə zəif istiləşmə qeydə alınmışdır.  

Bütövlüklə il ərzində Lənkəranda zəif soyuqlaşma (-02

0

C) müşahidə edilmişdir. İstiləşmə  ən çox Gəncə, 



Cəfərxan, Böyük Qafqaz və Naxçıvanda, zəif istiləşmə isə Bakıda olmuşdur. Düzən və dağətəyi zonalarda 

müşahidə edilən istiləşmə (0,7-1,3

0

C/100 il) öz üstünlüyünə görə, Yer kürəsi və Şimal yarımkürəsində baş verən 



istiləşmə qiymətini keçir. Fiziki-coğrafi zonalar üzrə  dəqiqləşdirilmiş  məlumatlar göstərir ki, Abşeron və 

Naxçıvan MR-da da illik temperaturun dəyişmə tendensiyası müsbət istiqamətində gedir (Səfərov S., 2005).  

Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Rio-de-Jeneyro (Braziliya) şəhərində keçirilən «Ətraf 

mühit və inkişaf» konfransında «İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası»nı imzalamış, 1995-ci ildə Milli 

Məclis tərəfindən ratifikasiya etmiş, 2000-ci ildə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin edən 

Kioto (Yaponiya) Protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün 

1997-ci ildə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın tələblərinə uyğun olaraq 



 

246


1998-99-cu illərdə  «İqlim dəyişmələri üzrə birinci Milli məlumatlar» layihəsinin I mərhələsi, 2000-ci ildə II 

mərhələsi yerinə yetirilmişdir. Layihənin I mərhələsi çərçivəsində respublika ərazisində müasir iqlim 

dəiyşmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenarisi (5 ssenari) hazırlanmış, 

iqlim dəyişmələrinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması üçün Milli adaptasiya 

planı, qlobal istiləşməyə  səbəb olan parnik qazlarının Milli kadastrı, parnik qazlarının tullantılarının 

azaldılmasına dair Milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhəsində Azərbaycan Respublikasında 

parnik qazlarının azaldılması üçün texnologiyalara Milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik 

müşahidələrin hazırkı vəziyyəti və potensialı qiymətləndirilmişdir.  

Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri (12 ölkə) ilə birlikdə 

parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması 

üzrə regional layihənin ilkin mərhələsində iştirak edir. 


 

247


XVII FƏSİL 

 

HİDROSFERİN ÇİRKLƏNMƏSİ VƏ 

İNSAN SAĞLAMLIĞI 

 

Akademik V.İ.Vernadski yazmışdır: «Su planetimizin tarixində xüsusi yer tutur, elə bir təbii cisim 

yoxdur ki, əsas möhtəşəm problemlərə su qədər təsir göstərə bilsin». Su – Yer üzrində canlı 

orqanizmlərin mövcudluğunu (yaşayışını) təmin edən özünəməxsus mineraldır.  

Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd 

təsərrüfatının inkişafı üçün vasitədir. O həm də  mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik 

gətirən «canlı qandır»».  

Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola 

bilməz. Su da çörək kimi hamıya, hər şeyə həmişə lazımdır».  

Hidrosfer  Yerin su örtüyü olub planetin bütün su obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər, 

bataqlıqlar, buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmusudur.  

Hidrosferin tərkibinə  həmçinin atmosferdəki su, torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir. 

Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk (buz, qar) və qaz (buxar).  



Dünya okeanı. Dünya okeanının ümumi sahəsi qurunun sahəsindən 2,5 dəfə artıqdır. Qurunun əsas sahəsi 

Şimal yarımkürəsində, suyun əsas sahəsi isə  Cənub yarımkürəsindədir. Okean və  dənizlər Yerin ümumi 

sahəsinin 71%-ni tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları, bataqlıqlar və b.) birlikdə Yerin 

su ilə örtülmə dərəcəsini təşkil edir. Dünya okeanı hidrosferin həcminin 96,4%-i qədərdir.  



 

Cədvəl 17.1  

 

Su kütləsinin Yerin hidrosferində paylanması 

 

Hidrosfer Suyun 

həcmi, min km

3

 

Suyun ümumi həcmində 

payı, % 

 

1 2 



Dünya okeanı 1370000 

94,1 

Yeraltı sular 



60000 

4,1 


Buzlaqlar 24000 

1,7 


Göllər 280 

0,02 


Torpaqdakı su 

80 


0,01 

Atmosfer buxarı 14 

0,001 

Çaylar 1,2 



0,0001 

Qurunun suları. Bura çaylarla gətirilən materik suları, göllərdə, bataqlıqlarda, buzlaqlarda, qar örtüyündə 

toplanan sular daxildir. Qurudakı suyun əsas kütləsi Antarktida, Qrenlandiya, qütb adaları  və dağlarda olan 

ümumi su ehtiyatının 1,86%-ni, şirin suyun isə 70,3%-ni təşkil edərək yüksək  əks etdirmə qabiliyyəti ilə 

(albedo) Yer üzərində atmosferin qlobal istilik balansının formalaşmasına böyük təsir göstərir.  



Yeraltı suları (yeraltı hidrosfer). Bura Yer qabığının müxtəlif dərinliklərində yerləşən  şirin, duzlu və 

geotermal (temperaturu 30

0

-dən yüksək) sular aiddir. Yeraltı şirin suların həcmi göl, çay, bataqlıq və s.-nin şirin 



sularından təxminən 100 dəfə artıqdır. yeraltı suların ümumi həcmi hidrosferin 1,68%-ni təşkil edir, onların 

təxminən yarısı şirin sulardır.  



Atmosferdəki su.  Əsasən su buxarından və onun kondensatından ibartədir; su buxarının demək olar ki, 

hamısı (90%) troposferdə yerləşir. Atmosfer havası müəyyən temperaturda yalnız müəyyən miqdarda su buxarı 

saxlayır. Bu miqdara çatdıqda su buxarı kondensasiya olunub dumana və buluda çevrilir. Havanın temperaturu 

yüksək olduqca özündə daha çox su buxarı saxlayır. Yağışlar atmosfer havasının təbii təmizləyicisi sayılır, lakin 

litosferi çirkləndirən səbəb də ola bilər (turşulu yağışlar). Atmosferdəki bütün rütubətlik kondensasiya olunub 

Yerə düşərsə, Yer səthində 25 m qalınlığında su qatı yaranardı.  



Bioloji su. Canlı maddələri təşkil edən su olub canlıların orta hesabla 80%-nə  bərabərdir. Bioloji suyun 

ümumi həcmi təxminən 1000 km

3

 təşkil edir. Orqanizm üçün suyun zəruriliyi çox böyükdür. Məsələn, insan il 



 

248


ərzində 10 ton su tələb edir, 1 kq bioloji kütlənin yaranması üçün isə 500 kq-a qədər su sərf edilir.  

Dünya okeanı, buzlaqlar və yeraltı sular hidrosfer suyunun 99,94%-ni təşkil edir. Çaylar hidrosferin əsas 

komponenti olub dünyada onların suyunun həcmi ümumi su ehtiyatının yalnız 0,0001-0,0002%-i, şirin su 

ehtiyatının isə 0,006%-i qədərdir.  



 

17.1. Materik sularından istifadə 

Məqsədli təyinatına görə şirin sular aşağıdakı təsnifata bölünür (şəkil 17.1). 

 

İçməli su – bakterioloji və tərkibində üzvi və toksik kimyəvi maddələrin göstəricilərinə görə içməli su 



təchizatı norması hüdudunda olur. 

 



Mineral su – komponent tərkibi müalicəvi tələbatlara cavab verir.  

 



Sənaye suları – komponent tərkibi sənaye miqyasında istifadəsinə uyğun gəlir.  

 



İstilik energetik su – xalq təsərrüfatının istənilən sahəsində istifadə oluna bilən termal sular, istilik –

energetik sular.  

 

Texniki sular – içməli, mineral və sənaye sularından başqa xalq təsərrüfatında istifadəyə yararlı sular.  



Bu sular aşağıdakılara ayrılır:  

-  təsərrüfat məişət suları – əhali tərəfindən məişət və  səhiyyə-gigiyenik məqsədlərlə, həmçinin 

camaşırxana, hamam, yeməkxana, xəstəxana və s. yerlərdə işlədilən sular.  

suvarma suları – torpaqların və kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilən sular.  

energetik su – buxaralma, binaları qızdırmaq, həmçinin istilik mübadiləsi cihazlarında maye və qazşəkilli 

məhsulları soyutmaq üçün istifadə edilən sular.  

 


 

249


 

Şəkil 17.1. Təbii suların məqsədli təyinatına görə təsnifatı 

Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından istifadə növü olduqca müxtəlifdir. Sudan ən çox kənd 



təsərrüfatında istifadə olunur. Ədəbiyyat məlumatlarına görə  kənd təsərrüfatında hər il 3500-3600 km

3

 su 



işlədilir, bunun 70 faizi suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə olunan suyun miqdarı  sənayedə 

olduğundan 3,4-4,0 dəfə artıqdır. Hazırda dünyada 250 mln hektara yaxın kənd təsərrüfatı bitkiləri və bağlar, 

plantasiyalar suvarılır. Hər hektara təxminən 12-14 m

3

 su verilərsə, suvarmaya 2800-3000 km



3

 su sərf olunur 

(Nəbiyev, 2000). Suvarılan torpaqların sahəsi  ən çox Asiyada yerləşir. Praktiki olaraq burada suvarma bütün 

ölkələrdə  tətbiq edilir. Suvarılan sahələrin  əsas massivləri kontinentin cənub və  şərqində yerləşir, onun çox 

hissəsində çəltik becərilir. Bununla belə Asiyanın bütün suvarılan torpaqlarının 2/3-dən çoxu yalnız üç ölkənin 

payına düşür (Çin, Hindistan və Pakistan) və təxminən 1000 km

3

 su sərf olunur, bu dünyada suqəbuledicilərdən 



suvarmaya işlədilən suyun yarısına qədərini təşkil edir. Asiyanın bütün ölkələrində suvarmaya sərf olunan 

suyun miqdarı bütün digər istahlakçılarını xeyli ötüb keçir və təxminən 82% təşkil edir. Avropada bütövlükdə 

bu rəqəm 30-u keçir.  

Suvarma üçün şirin su ehtiyatlarının xeyli hissəsindən istifadə olunur və 3/4-ü geri qaytarılmır. Tarlalardan 

drenaj şəbəkəsi ilə qayıdan sular tarlalarda alaqlara və zərərverici həşəratlara qarşı işlədilən müxtəlif maddələrlə 

(pestisidlər) və mineral gübrələrlə güclü çirklənməyə məruz qalır.  

 

Suyun kommunal-məişətdə istifadəsi. Su ehtiyatlarının sərfinin bu növündə  şəhər və  kənd  əhalisinin 

sudan istifadəsi nəzərdə tutulur. Bu zaman suyun keyfiyyətinə xüsusi tələbat sürülür. Hazırda əhali tərəfindən 



 

250


istifadə olunan suyun ümumi həcmi ildə 250 km

3

-u keçmişdir. Yer kürəsi əhalisinin 4%-i sudan kifayət qədər



yəni adambaşına sutkadakı 300-400 litr (onun 10%-i yaxşı keyfiyyətli içməli sudur) su işlədilir. Afrikada və 

Asiyada yerləşən əhalinin 2/3-i üçün sudan istifadə 10 dəfə azdır.  

Beynəlxalq Rio-de-jeneyro (1992) konfransının məlumatına əsasən inkişaf etməkdə olan ölkələrdə hər üç 

nəfərdən biri içməli suyun çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80%-i, ölüm hadisələrinin 1/3-i içməli 

sudan istifadə ilə bağlıdır. Odur ki, səmərəli istifadə edilməsi hesabına planetin bütün əhalisinin yaxşı 

keyfiyyətli içməli su ilə təmin olunması mühüm problem kimi qarşıda durur.  



Suyun sənayedə və energetikada istifadəsi. Bu məqsədlə sudan iş prosesində qızmış aqreqat, mexanizm, 

alətlər və s.-nin soyudulması, istehsal tullantılarının kənarlaşdırılması, maşın detal və hissələrinin yuyulmasında 

istifadə edilir. Sənayedə sudan həlledici kimi də istifadə olunur, hazır məhsulun tərkibinə daxil olur. Bu sudan 

istifadə növündə qayıtmayan suyun miqdarı az olur. Burada çirkab sularının çox olması problem yaradır. 

Hazırda sənaye və energetikada 760 km

3

 su sərf olunur, bu yalnız suvarma suyuna nisbətən azlıq təşkil edir.  



 

17.2. Quru sularının çirklənməsi və insan sağlamlığı  

Şirin (içməli) sular Yer üzərində olduqca qeyri-bərabər paylanmışdır. Belə ki, dünyanın 70% əhalisi 

yaşayan Avropa və Asiyada dünya çay sularının yalnız 39%-i cəmləşir. Təbii çay suları mürəkkəb maye olub 

adətən tərkibində çoxlu kimyəvi maddələr olur. Çay sularında həll olan maddələrin qatılığı 1 q/l-dən artıq ol-

mur. Təbii çay suları adətən istifadəçilər üçün kifayət qədər yararlı keyfiyyətdə olub təmizlənməsi o qədər də 

təbəb olunmur.  

Lakin müasir texnologiya, kənd təsərrüfatı və tikintinin təsirilə çayların və göllərin suları sənaye və məişət 

tullantıları ilə çirklənməyə  məruz qalır. Yalnız sənaye hər il çaylara 160 km

3

  təmizlənməmiş  və ya kifayət 



dərəcədə  təmizlənməmiş sular axıdır. Onlar 4 min km

3

-dan çox, yəni ümumi çay axınlarının 10%-ə  qədərini 



çirkləndirir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu rəqəm 30%-ə çatır. Nəticədə Avropanın,  Şimali 

Amerikanın və digər kontinentlərin  əksəriyyət çayları  məcralarında  əhalini yararlı su ilə  təchiz edən  şirin su 

deyil,  şəhərlərin, sənaye müəssisələrinin, heyvandarlıq fermalarının və s. qarışdırdıqları sular axır, çaylarda 

təmiz su əvəzinə tərkibində zərərli kimyəvi maddələr və bakteriyalar olan su axır. Vaxtilə dolu təmiz sulu çaylar 

və göllər hər yerdə dayazlaşır, bu sularda göy-yaşıl yosunlar inkişaf edir və su içmək üçün, həm də balıqlar və 

digər canlı orqanizmlər üçün yararsız hala düşür.  

Şirin sularda çirkləndiricilərin sayı 2500-ə çatır. Beynəlxalq Səhiyyə  Təşkilatının məlumatına görə bütün 

xəstəliklərin 80%-i əhalinin çirkli su qəbul etməsinin nəticəsidir. Planetin 2,5 mlrd. sakininin dizenteriya, hepa-

tit, diarey və digər xəstəliklərə tutulmsı məhz çirkli sulardan istifadə ilə bağlıdır.  

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və  dərəcəsindən asılıdır. Qeyd 

edildiyi kimi, dünyada xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır. İnkişaf 

etməkdə olan ölkələrdə içməli suyun tərkibindəki patogenlərin və çirkləndiricilərin təsiri nəticəsində hər il 25 

mln. insan ölür. İshal (diareya) xəstəliyindən hər il 5 yaşa qədər olan 3 mln. uşaq ölür. 1990-cı ilə dünyada 1 

milyarddan artıq adam təmiz içməli su ilə və 1,7 milyard adam kanalizasiya ilə təmin olunmayıb.  



Patogenlərlə yoluxma – mədə-bağırsaq xəstəliklərindən yüksək dərəcədə xəstəlik və ölümün çox mühüm 

faktorudur. Bu əhalinin sıxlığından və onun sosial-iqtisadi inkişafından bilavasitə asılıdır, odur ki, inkişaf 

etməkdə olan ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələrdə içməli su təchizatı sistemində su emal olunur

lakin inkişaf etməkdə olan ölkələrdə içməli su kifayət qədər hazırlanmır və ya çox vaxt heç təmizlənmir.  

Hindistanda 1980-ci ilin sonunda çirkab sularının tam təmizlənməsi 3119 şəhərdən yalnız 8-də aparılmışdır, 

217  şəhərdə isə  təmizlənmə natamam (qismən) yerinə yetirilmişdir. Nyu-Dehli şəhərindən axan Yamuna çayı 

sutka ərzində 0,2 mon. kub. m təmizlənməmiş çirkab su qəbul edir. Bunun nəticəsində şəhər daxilində suyun pato-

gen çirklənmə indeksi 3200 dəfə artaraq 100 ml suda koli bakteriyaların sayı 24 mln.-a çatır. Qanqa çayında da 

patogen və üzvi maddələrlə çirklənmə yüksək səviyyəyə çatır.  

Patogenlə yoluxma ilə üzvi maddələrlə çirklənmə qarşılıqlı əlaqədardır. Üzvi maddələr çirkləndiricilərin, ən 

böyük qrupu sayılır. Onlar suya kanalizasiya çirkabları  və ya nizamlanmamış  məişət axıntıları vasitəsilə  həll 

olunmuş, yaxud asılı  şəkildə daxil olur. Bəzi yerlərdə sellüloz – kağız və yeyinti sənayesi də suyu xeyli 

çirkləndirir. Üzvi maddələrlə çirklənmənin coğrafi yayılması patogen yoluxmanın yayılmas ilə tam uyğun gəlir.  

İnkişaf etməkdə olan ölkələrdə  məişət axıntılarının həcminin artması, çirkab sularının təmizləyici 

qurğularının aşağı keyfiyyətdə olması  və ya olmaması  nəticəsində suyun üzvi maddələrlə çirklənməsi və 

patogenlərə yoluxması artır.  İnkişaf etməkdə olan ölkələrdə 1,7 milyard şəhər  əhalisi üçün kanalizasiyanın 

mühəndis sistemi tikilməlidir.  

Təbii sularda və su təchizatı mənbəlrində nitratların əsas mənbəyi kənd təsərrüfatı sayılır. Nitratlar yüksək 



 

251


həll olmaları ilə  fərqlənir. Odur ki, çox hissəsi su obyektlərinə, öncə isə yeraltı sulara daxil olur. Kənd 

təsərrüfatının intensivliyi artdıqca və gübrələrdən istifadənin tarixi uzun müddətlidirsə, nitratlarla çirklənmə bir 

o qədər çox olur. Qərbi Avropanın bir çox ölkələrində (Almaniya, Çexoslovakiya, Danimarka, Fransa və b.) 

quyu sularında nitratların yüksək dərəcədə olması ilə əlaqədar istifadə üçün yararsızdır. İçməli suda nitratların 

izafi qatılıqda olması insanın sağlamlığında problemlər, xüsusilə uşaqlarda qan xəstəliyi, böyüklərdə isə xərçəng 

təhlükəsi yarada bilər.  

Beynəlxalq Səhiyyə  Təşkilatı  tərəfindn təyin edilmişdir ki, içməli suda nitratların norma miqdarı NO

2

 



şəklində 11 mq/l-ə qədər azot olmalıdır. Ətraf mühitdə nitrat və nitritlərin yayılması və insan orqanizminə təsiri 

XVIII    fəsildə geniş şərh olunmuşdur.  

Hazırda istehsalatda və istifadə olunan 100000-ə qədər kimyəvi, əksəriyyət halda üzvi maddələr mövcud-

dur. Bu maddələrin kiçik qatılıqda  ətraf mühitə düşməməsi praktiki olaraq mümkün deyil. Üzvi 

mikroçirkləndiricilərlə suyun keyfiyyətinin pisləşməsi sintetik maddələr (əşya) və pestisidlər istehsalı, qara me-

tallurgiya, neftayırma, sellüloz-kağız və toxuculuq sənayesi sektorları, daş kömür çıxarma və b. sahələrlə 

əlaqədardır.  

Təbii sularda üzvi maddələrin qatılığı adətən 1 litrdə 1000 nanoqram-dan az, yəni milyardın bir hissəsi 

qədər olur. Bu maddələrin suda olduqca kiçik qatılığının ölçülməsi yüksək, çox vaxt mümkün olmayan dəqiqlik 

tələb edir. Bununla belə  kəskin zəhərli olan bu polyutantların ölçülməsi vacibdir. 1 qram polixlorlu bifenillər 

(PXB) (dioksin və b.), 1 mln. kub. m suyu həyat üçün yararsız hala salır. Məlum olduğu kimi DDT (dust) də bu 

qəbil çirkləndiricilərdəndir.  

17.2 saylı  cədvəldə müxtəlif kimyəvi qarışıqların insanın sağlamlığına təsiri verilir. Bu məlumatlar suya 

müxtəlif çirkləndiricilərin məhdudluğunun mümkünlüyünü təyin etmək üçün xüsusi tədbirlərin hazırlanmasına 

əsas verir. Bura su mənbələrinin sanitar mühafizəsi də daxildir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin