QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə35/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

üçüncü mərhələsində enerji sistemimizlə, başqa respublikaların elektrik sistemləri ilə paralel iş aparılması 

təşkil olunaraq SSRİ-nin Vahid enerji sistemi yaradıldı. Respublikanın «Azərenerji» Aksioner (səhmdar) 

Cəmiyyəti 1998-ci ildə 11 elektrik stansiyasını birləşdirir: gərginliyi 500, 330 və 220 kvt elektrik şəbəkələrinin 

ümumi uzunluğu 3000 km, gərginliyi 110 kv və  aşağı olan bölüşdürücü  şəbəkələrinin uzunluğu – 8000 km 

təşkil edir. 1990-cı ildə «Azərenerji»-də elektrik enerjisinin buraxılışı 21 mlrd kvt saat olmuşdur.  

Azərbaycanda enegetikanın yaranma mərhələləri  

XIX  əsrin sonunda dünyada ilk dəfə elektrik enerjisinin istehsalı başlanmışdır. Bu dövrə  qədər 

Azərbaycanda artıq neft çıxarılmasına başlandığı vaxtdan elektrik enerjisindən istifadə olunmuşdur. Bu dövrdə 

(1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil etmişdir. Neft 

mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5-50 kvt-lıq elektrik stansiyaları quraşdırılmışdır. Neft 

sənayesinin intensiv inkişafı elektrik enerjisini yüksəltməyi tələb edirdi.Bu problemin perspektivliyini və 

mənfəətliyini bilən bir sıra xarici elektrotexniki firmalar – «Simens - Qalske», «AEQ» və başqaları Bakıda daha 

güclü elektrik stansiyaları tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə «Elektrik gücü» aksioner 

(səhmdar) cəmiyyəti yaradılır.  

1900-cü ilin martında «Elektrik gücü» AC Bakıda iki elektrik stansiyası layihələşdirir və onların 



 

219


tikilməsinə başlanır: «Belqorod» - 6000 l.s., və Bibi-Heybət – 1000  l.s. (sonralar o «Krasnaya zvezda» İES və 

Krasin adına İES adlandırıldı).  

1902-ci ilin martında istismara buraxılan Belqorod elektrik stansiyasında «Zulcer» firmasına hər birinin 

1000 l.s gücü olan dörd buxar maşını, «Lezner» firmasının 2000 l.s. gücü olan buxar maşını, AEQ firmasının 

6000 v gərginlikli generatoru quraşdırıldı. Bibi-Heybət elektrik stansiyasında «Simens-Qalske» firmasının 500 

l.s. gücündə olan iki buxar maşını qoyuldu. Belqorod və Bibi-Heybət elektrik stansiyaları o dövr üçün Rusiyada 

ən böyük stansiyalar idi.  

1912-ci ildə Bibi-Heybət və Belqorod elektrik stansiyalarının növbəti genişləndirilməsinə başlandı.  İşə 

AEQ firmasının 8000 kvt gücündə olan turbogeneratoru daxil edildi. Belə turbogeneratorun daxil edilməsi Bibi-

Heybət elektrik stansiyasının gücünü 10800 kvt-a çatdırdı.  

1914-cü ildə Bibi-Heybət və Belqorod stansiyaları arasında əlaqə yaradıldı. Bu tarixi Azərbaycanda elektrik 

sisteminin yaranması tarixi hesab etmək olar. 1915-1917-ci illərdə Bibi-Heybət stansiyası Rusiyada ən böyük və 

Avropada  ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47000 kvt-a 

çatdırıldı.  

1913-cü ildə respublikanın Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində ümumi gücü 635 kvt olan bir sıra kiçik 

elektrik stansiyaları işə düşdü.  



Sovet dövründə energetika quruculuğunun mərhələləri 

1920-ci ildə «Elektrotok» energetika kompaniyası qabaqlar xüsusi firmalara məxsus olan daha beş mədən 

elektrik stansiyasını (Romanı – 4000 kvt, Zabrat  – 720 kvt, Sabunçu – 700 kvt, Suraxanı – 900 kvt və Artyom 

adası – 1420 kvt)  birləşdirdi. «Elektrotok» elektrik stansiyasının ümumi gücü 56000 kvt-a çatdırıldı.  

Bakının mədənlərində neft istehsalı dünyanınkının 17,8%-ni və SSRİ-nin neft hasilatının 80%-ə  qədərini 

təşkil etməsini nəzərə alaraq QOELRO-nun planında Bakı  sənaye rayonunun elektrikləşdirilməsinə xüsusi 

diqqət ayrıldı. Elektrik stansiyalarının genişləndirilməsi ilə yanaşı, elektrik şəbəkələri də inkişaf etdirildi. 1935-

ci ildə elektrik sisteminin gücü 176 min kvt-a qədər artırıldı.  

Layihəyə uyğun olaraq «Krasnaya Zvezda» İES-də hər birinin gücü 25000 kvt olan iki terlofikasiya turbini, 

Krasin adına İES-ə isə 25000 kvt gücü olan hər bir kondensasiya turbini qoyuldu. 1939-cu ildə bütün aqreqatlar 

işə salındı. Sistemin gücü 251,6 min kVt-a çatdırıldı.  

1941-ci ildə Sumqayıtda İstilik Elektrik Mərkəzi yaradılaraq gücü 24000 kvt olan kondensasiya turbini və 

gücü 25000 kvt olan AP-25-l tipli teplofikasiya turbini işə salındı.  

1940-cı ildə Azərbaycan energetika sisteminin gücü 251000 kvt-a çatdırılaraq 1920-ci il sistemindən 5 dəfə 

çox təşkil etdi. 1940-cı ildə yarımstansiyaların sayı – 139, 20 – 110 kvt-lıq hava xətlərinin uzunluğu 651 km, 

güc transformatorlarının ümumi gücü 589600 kvt təşkil edirdi. Bu illərdə «Severnaya» İES-i və Mingəçevir 

SES-i işə salındı, fəaliyyətdə olan elektrik stansiyalarında rekonstruksiya işləri aparıldı. «Severnaya» İES-də 

yeni enerji bloku montaj edildi, Əli Bayramlı  İES-i tikildi. 1980-ci illərdə  hər birinin gücü 390 mvt olan iki 

aqreqatdan ibarət  Şəmkir SES-i tikildi. 1983-cü ildə Azərbaycan  İES-də iki aqreqatın montaj işləri qurtardı. 

Hazırda  Azərbaycan  İES-i  (Mingəçevir) 2400 mvt gücünə malik olub Cənubi Qafqazda ən güclü elektrik 



stansiyası sayılır. O, respublikamızın yarısının tələbatını ödəyir. 1990-cı ilin əvvəlində Azərbaycan  İES-nin 

axırıncı 7 və 8-ci enerji blokları istismara verildi.  

Ermənistanla olan münaqişə Azərbaycanın energetikasına mənfi təsir göstərdi, «Azərbaycan İES – Ağdam - 

İmişli» elektrik enerjisinin məsafəyə verilməsi sıradan çıxarıldı.  

Hazırda «Azərenerji» AC-nin kollektivi tərəfindən konkret işlər yerinə yetirilir. Bir çox xarici banklar 

Azərbaycan iqtisadiyyatının gələcək inkişafına etibar edərək ona xeyli kreditlər ayırır. Belə ki, 1995-ci ildə 

Yenikənd SES-nin tikilməsi üçün Azərbaycana 53,4 milyon ABŞ dolları miqdarında kredit verildi.  

 «Severnaya»  İES-nin rekonstruksiyası üçün Yaponiya 160 milyon dollar miqdarında kredit ayırdı. 

Planlaşdırılmış işlər başa çatdıqdan sonra müəyyən edilmiş güc daha 400 mvt artacaqdır.  

Hazırda 500 və 300 kv gərginlikli elektrikin məsafəyə ötürülməsi müvafiq olaraq 594 və 1025 km təşkil 

edir.  

Bütün kompleks işlər yerinə yetirildikdən sonra Respublikanın enerji sisteminin gücü xeyli artacaq və so-



nralar Azərbaycan elektrik enerjisini Avropaya ixrac edə biləcəkdir.  

Cədvəl 15.8 

 

1999-2010-cu illərdə yeni elektrik güclərinin işə salınması 

 

İllər Elektrik 

stansiyasının adı 

Əlavə edilən Tələb olunan 

 

220


güc xərc, mln. ABŞ 

dolları 

 

1 2  3 



1999-2002 

Naxçıvan MR üzrə, kiçik 

SES-lər 


+32,5 MVt 

66,0 


2000 Azərbaycan İES (9-cu blok)  +270 MVt 

20 


2002 Bakı İEM-1, 2-ci aqreqat 

+56 MVt 


50 

2003 


Sumqayıt 

İEM-1 (qaz 

turbinləri) 

+170 MVt 

120 

2004 


Sumqayıt İEM-1 (buxar-qaz 

komp) 


+250 MVt 

175 


2005 

Əli Bayramlı  İES (buxar-

qaz qurğusu) 

+400 MVt 

300 

2007 


Tovuz SES  

+380 MVt 

450 

2007 


Əli Bayramlı  İES (buxar-

qaz qurğusuna qaz turbini) 

+170 MVt 

120 


2008 

Əli Bayramlı  İES (buxar-

qaz qurğusu) 

+250 MVt 

175 

 

 



Cədvəl 15.9 

 

Naxçıvan MR-da su elektrik stansiyalarının tikilməsi proqramı 

 

№-si Çayın adı 

SES-in gücü, 

MVt 

Layihənin 

təxmini qiyməti 

1 Naxçıvan çayı  

4,9 

11,00 


Gilan çayında I – SES 

5,5 

 

II – SES 



4,8 

10,75 


III – SES 

6,3 


9,80 

IV – SES 

6,5 

10,75 


Əlincə çayında  

1,4 

11,20 


Nəsirvaz  

 

6,10 


I – SES 

1,2 


3,10 

II – SES 

1,5 

3,30 


 

 

221


XVI FƏSİL 

 

İQLİMİN QLOBAL DƏYİŞMƏSİ VƏ ONUNLA  

ƏLAQƏDAR YARANAN PROBLEMLƏR 

 

16.1.İqlim və iqlim əmələ gətirən faktorlar  

Günəşdən Yerə düşən (daxil olan) şüa enerjisi planetimizin istilik balansını  və temperatur rejimini təyin 

edir. Bütün digər səma cinslərindən Yerə daxil olan radiasiya enerjisii olduqca az olduğundan Yerdə gedən 

istilik mübadiləsi proseslərinə  nəzərə çarpacaq dərəcədə  təsir göstərmir. Yer kürəsi oxunun (şimal və  cənub 

qütblərini birləşdirən şərti xətt) göy ekvatoru müstəvisinə doğru 23

0

27



′ meyilliyi (əyilməsi) nəticəsində günəş 

şüaları yer səthinə müxtəlif bucaqlar altında düşür. Yerin kürəşəkilli olması, onun Günəş ətrafında fırlanması və 

yer oxunun maili olması Yer səthinin qeyri bərabər qızmasını  və yağıntıların qeyri-bərabər paylanmasını 

müəyyən edir. Atmosferin aşağı qatlarında (30 …. 40 km) və Yer səthi yaxınlığında müxtəlif cür, fasiləsiz 

olaraq dəyişən fiziki proseslər gedərək hər bir konkret yerdə  (ərazidə) hava şəraitini təyin edir. Lakin bütün 

müxtəlif sutka, ay və illik hava şəraitində hər bir yerin hava şəraitinin və havanın orta çoxillik rejiminin ardıcıl 

dəyişməsinin ümumi qanunauyğunluqlarını səciyyələndirmək olar-buna iqlim (klimat) deyilir. İqlim ərəb sözü 

olub qurşaq, vilayət, ölkə deməkdir, klimat isə «klimatos» yunan sözündən götürülüb maillik (səthin günəş 

şüalarına meyilliyi mənasında) deməkdir. Yer səthində konkret ərazidə günəş radiasiyası, atmosfer 

sirkulyasiyası  və fiziki hadisələrin qarşılıqlı təsiri nəticəsində formalaşan atmosfer proseslərinin qanunauyğun 

ardıcıllığı  iqlim  adlanır. Sadə dillə iqlim havanın çoxillik rejimi, hava şəraitinin bir-birilə  əvəz edən bütün 

müxtəlifliklərinin məcmusudur. Hər bir ərazidə iqlim, iqliməmələgətirən proseslərin – atmosferin 

sirkulyasiyasının, istilik və rütubət dövranının təsiri altında tarixən formalaşır. Bu proseslər yerin enlik və 

uzunluq dairələri, dəniz səviyyəsindən yüksəklik, quru və su səthlərinin paylanması, isti (və ya soyuq) okean 

axınlarının təsiri, dağ yamaclarında əsas sudaşıyan atmosfer axınlarının istiqaməti (səmti), bitki və qar örtüyü və 

s. kimi konkret coğrafi  şəraitlərlə birlikdə  (əlaqədə) iqlim əmələgətirən faktorlar adlanır.  İqlimin  əsas 

elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri, atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın 

rütubətliyi, havanın sirkulyasiyası (külək) hesab olunur.  



Qlobal  və  lokal iqlim ayrılır. Qlobal iqlim bir neçə onilliklərdə atmosferin, okeanın, qurunun və 

bütövlükdə biosferin vəziyyətinin statistik məcmusu, lokal iqlim isə coğrafi  şəraitdən asılı olaraq müəyyən 

əraziyə məxsus çoxilliklər dövründə (30 ildən az olmayaraq) atmosfer şəraitinin statistik məcmusudur.  

Yer kürəsində iqliməmələgətirən faktorların müxtəlif əlaqələri (birliyi) olduqca çoxlu iqlim müxtəliflikləri 

yaradır. XIX əsrin ikinci yarısında V.V.Dokuçayev tərəfindən Yerin coğrafi zonallığı qanunu kəşf olundu. Bu 

qanuna  əsasən müəyyən en dairəsi üzrə Yerin coğrafi «təbəqəsinin» qanunauyğun olaraq bölünməsi  torpaq-



iqlim zonalarının bir-birini əvəz etməsi kimi təzahür olunur. Hər zonanın təbii-tarixi formalaşması günəş 

radiasiyasının paylanma xarakteri (ekvatordan qütblərə doğru azalması) və qurunun qeyri-bərabər 

rütubətlənməsindən asılıdır. Hər zona üçün zonal iqlim tipi xasdır və onun mövsümi xüsusiyyətləri torpaq və 

bitki örtüyünün zonal tiplərini formalaşdırır. Bitki örtüyünün məhsuldarlığı iqlim və torpaq şəraitindən asılıdır.  

Akademik A.A.Qriqoryev və M.İ.Budıko (1959, 1962), M.İ.Budıko (1977) tədqiqatlarına  əsasən coğrafi 

zonaların rütubətlənmə şəraiti yağıntıların cəminə (ay, mövsüm, il ərzində) görə deyil, quraqlığın radiasiya indeksi 

göstəricisi ilə daha tam xarakterizə olunur. Bu göstərici Yer səthinin illik radiasiya balansının (R) həmin sahədəki 

illik yağıntıların (r) miqdarının buxarlanması üçün sərf olunan istilik cəminə (L

r

) nisbətidir (cədvəl 16.1).  



Adı  çəkilən müəlliflər zonanın termik şəraitini Yer səthi səviyyəsində (standart müşahidələr səthdən 2 m 

hündürlükdə aparılır) temperatur cəmi ilə ifadə edirlər, bu radiasiya balansının miqdarı ilə sıx bağlıdır (cədvəl 

16.2).//  

Cədvəl 16.1 

 

Rütubətlənmə 

şəraitinin 

xarakteristikası 

Quraqlıq  

indeksi 

Coğrafi zona 

 

1 2 



İzafi rütubətli 0,45-dən az 

Arktik səhra, tundra, meşə-

tundra, alp (yüksək dağlıq) 



 

222


1 2 

çəmənləri   

Rütubətli 0,45 

… 

1,00 



Meşə  

Çatışmayan rütubətli 1,00 

… 

3,00 


Meşə-bozqır, bozqır, yarımsəhra 

(kserofit subtropik bitkiliyi) 

Quru 3,0-dən artıq Səhra  

 

  Cədvəl 16.2 



İsti dövrün termik şəraiti (Qriqoryev, Budıko) 

Termik şəraitin 

xarakteristikası 

Yer səthində temperatur 

10

0

C-dən yüksək olduğu 

dövrdəki temperatur cəmi 

Coğrafi zona 

 

1 2 



Çox soyuq 

Bütün il ərzində havanın tem-

peraturu 10

0

C-ni keçmir 



Arktik səhra, daim qar və 

buzlaq (qlyasial) olan 

yüksək dağlıq zona  

Soyuq 


0,0 … 1000

0

C Tundra 



və meşə-tundra  

Mülayim isti 

1000 …. 2200

0



İynəyarpaqlı meşə, alp 

çəməni, dağ bozqırları və 

Sibirin bozqırları  

İsti 


2200 … 4400

0



Qarışıq və yarpaqlı 

meşələr, meşə-bozqır, 

bozqır   

Çox isti 

4400

0

C-dən çox 



Subtropik bitki örtüyü, 

yarımsəhra və səhra  



 

İqlim tipinin xarakteristikasına mütləq qış dövrü şəraitinin (havanın temperaturu, yağıntıların xarakteri, qar 

örtüyünün qalınlığı) qiymətləndirilməsi də daxil edilir, bu torpaqəmələgəlmə prosesində, bitki örtüyü tipinin 

formalaşmasında və onun inkişaf dinamikasında mühüm əhəmiyyət kəsb edir. Qış dövrü şəraitinin 

xarakteristikası 16.3 saylı cədvəldə verilir.  

 

Cədvəl 16.3 

Qış dövrü şəraiti (Qriqoryev və Budıko) 

 

Qışın xarakteristikası 

Qış dövrünün meteoroloji şəraiti 

 

1 2 

Sərt azqarlı qış  

Yanvarın temperaturu -32

0

C-dən aşağı, qar 



örtüyünün ən yüksək orta dekadalıq qalınlığı 50 sm-

dən az  


Sərt qarlı qış  

Yanvarın temperaturu -32

0

C, qar örtüyünün orta 



dekadalıq ən yüksək qalınlığı 50 sm-dən çox  

Mülayim-sərt azqarlı qış  

Yanvarın temperaturu -13… -32

0

C, qar örtüyünün 



orta dekadalıq ən yüksək qalınlığı 50 sm-dən az  

Mülayim sərt qarlı qış 

Yanvarın temperaturu -13 … -32

0

C, qar örtüyünün 



ən yüksək qalınlığı 50 sm-dən çox  

Mülayim qış  

Yanvarın temperaturu 0 … 13

0

C, qar örtüyü azdır  



Mülayim (isti) qış Yanvarın temperaturu 0

0

C, davamsız qar örtüyü 



 

İsti və soyuq dövrlərin müxtəlif  şəraitlərinin təhlili müxtəlif coğrafi zonalara uyğun 12 əsas iqlim 

vilayətinin ayrılmasına imkan vermişdir.  

 


 

223


 

16.2. İqlimin insanın təsərrüfat fəaliyyətində əhəmiyyəti 

Həyat və insanın bütün təsərrüfat fəaliyyəti müəyyən konkret iqlim şəraitində keçir. İqlim resursları  əsas 

təbii faktorlardan sayılır.  İnsanın konkret ərazidə iqtisadiyyatın müxtəlif sahələrində istifadə etdiyi günəş 

radiasiyası, temperatur, yağmurlar, buxarlanma və digər iqlim elementlərinin miqdarca qiymət məcmusu iqlim 



resursları adlanır. Fasiləsiz bərpa olunan iqlim resurslarına işıq, günəş radiasiyası, istilik; dövrü olaraq bərpa 

olunan iqlim resurslarına isə rütubətlilik, külək, buludluluq və b. aiddir. Kənd təsərrüfatı istehsalı prosesində 

bilavasitə istifadə olunan iqlim elementləri (fotosintetik aktiv radiasiya – FAR, istilik, rütubət və b.) aqroiq-

lim resursları sayılır.   

İqlim, kənd təsərrüfatı bitkilərinin coğrafi yayılması  və müvəffəqiyyətlə becərilməsini, kənd təsərrüfatı 

heyvanlarının saxlanmasını, onların otarılma  şəraitini müəyyənləşdirir. Görkəmli rus alimi K.A.Timiryazev 

qeyd etmişdir ki, iqlim məlumatları, yalnız bitkinin iqlim faktorlarına olan tələbatını  aşkar etdikdə  kənd 

təsərrüfatı üçün əhəmiyyətli (faydalı) ola bilər. Bu tələbatın kəmiyyətini aşkar etmək üçün bitkinin inkişafı, 

böyüməsi və  məhsuldarlığının formalaşmasının miqdarca ifadəsi, iqlim faktorları ilə  əlaqəsi 

müəyyənləşdirilməlidir. Bir tərəfdən iqlim faktorları arasında, digər tərəfdən isə böyümə, inkişaf, qışadavamlılıq 

və məhsuldarlığın formalaşması arasında kəmiyyətcə ifadə olunan əlaqələr aqroiqlim göstəriciləri adlanır. Bu 

göstəricilərdən istifadə edərək, müxtəlif  ərazilərin müxtəlif kənd təsərrüfatı bitkiləri becərmək və  kənd 

təsərrüfatı heyvanları saxlamaq üçün iqlimin əlverişlilik dərəcəsini müəyyən etmək olar. İqlimin kənd təsərrüfatı 

baxımından qiymətləndirilməsində  kənd təsərrüfatı istehsalı üçün ilin isti və soyuq dövrlərində  təkrar olunan 

təhlükəli meteoroloji hadisələrin məlumatlarından mütləq istifadə edilməlidir. Belə hadisələrə  ayazlar, 



quraqlıq, quru küləklər, güclü küləklər, tozlu tufanlar, torpağın eroziyası, dolu, payızlıq bitkilərin və 

kənd təsərrüfatı heyvanlarının əlverişsiz qışlama şəraitinin müxtəlif növləri aiddir.  

Vegetasiya dövründə (və ya müxtəlif fazalar arasındakı dövr) bitkinin istiliyə  tələbatının aqroiqlim 

göstəricisi kimi müsbət, aktiv və ya effektiv temperaturdan istifadə edilir. Bitkinin istiliyə olan tələbatını 

səciyyələndirən temperatur cəminin bütün növlərini ərazinin termik (istilik) resursları ilə asan müqayisə etmək 

olar. Belə müqayisə müəyyən ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin istiliyə olan tələbatını aşkar etməyə 

imkan verir (faizlə). 10 ilin 8 ilindən (80%) az olmayaraq istiliklə bitkinin təmin olunması  səmərəli (gəlirli) 

sayılır. Ərazinin termik şəraitinin qiymətləndirilməsində ən isti ayın orta temperaturu, şaxtasız dövrün uzunluğu, 

gec düşən yaz və tez düşən payız ayazlarının başlanma müddəti (vaxtı), onların təkrarlanmasından da istifadə 

edilir.  

Ərazinin rütubətlənmə şəraitini qiymətləndirdikdə adətən çoxillik orta yağıntıların cəmi və onların aylar (və 

ya mövsümlər), yaxud ilin isti və soyuq dövrlərində paylanmasından istifadə olunur. Lakin orta çoxillik 

yağıntıların miqdarı bitkilərin rütubətlə təmin olunmasını tam səciyyələndirmir, belə ki, yağıntıların bir hissəsi 

səthi axıma, torpaq səthindən buxarlanmaya və torpağın dərin qatlarına hopmasına sərf olunur. Atmosfer suyu-

nun yalnız bir hissəsi bitkinin biokütlə yaranmasında transpirasiyaya sərf olunur. Odur ki, bitkinin rütubətlə 

təmin olunması üzrə daha düzgün qiymət alınmasında vasitəli (dolayı) göstəricilərdən istifadə edilir. Bura 

rütubətlənmənin müxtəlif göstəriciləri (əmsallar) aiddir. Atmosfer yağıntılarının cəminin buxarlanmanın 

miqdarı, yəni müəyyən bir bitki sahəsində torpağın səthindən buxarlanmanın potensial miqdarına nisbəti 

rütubətlilik  əmsalı adlanır, buxarlandırıcı adlı xüsusi cihazın köməyi ilə ölçülür. Rütubətlik  əmsalı illik 

yağıntının cəmini illik buxarlanmaya bölməklə tapılır. Optimal əmsal vahidə yaxındır. A.Kovdanın rütubətlik 

əmsalına görə aşağıdakı fasiyalara ayırmaq olar:  

 Superhumid 

– 

 

1,5-3 



  Semiarid 

 0,7-0,5 



 

Humid -    

 

1,2-1,5   



 

Arid -    

0,5-0,3 

 

Normal - 



 

1,0         

Ekstraarid - 

0,2 


 

Kənd təsərrüfatı bitkilərinin rütubətlə  təmin olunma dərəcəsini qiymətləndirmək üçün torpağın bitki 

kökləri yayıldığı qatlarda məhsuldar rütubət ehtiyatının miqdarından da istifadə etmək olar. Bu zaman 

məhsuldar nəmliyin vegetasiya dövrü ərzində paylanma ehtimalı mütləq nəzərə alınmalıdır.  

 

16.3. İQLİMİN DƏYİŞMƏSİ  

 

16.3.1. Geoloji dövrlərdə iqlimin dəyişməsi 

Yerin geoloji tarixi boyunca (alimlərin fikirlərinə görə təxminən 4,65 milyard il) aktiv tektonik və vulkanik 

fəaliyyətlər nəticəsində onun təbii  şəraiti okeanların və qurunun sahəsi, materiklərin ümumi şəkli, dağ 


 

224


sistemlərinin hündürlüyü və sahəsi, atmosferin tərkibi dəfələrlə  dəyişmişdir, bu zaman iqlim də  əhəmiyyətli 

dərəcədə dəyişikliyə uğramışdır.  

Müasir bilgilərə görə planetimizin müxtəlif geoloji dövrü tarixində astronomik dəyişilmələr – Yerin 

fırlanma oxunun ekliptika müstəvisinə doğru əyilməsi (meyilliyi), Yer orbitinin dəyişməsi, Günəşin işıqlanma 

dərəcəsinin (radiasiya intensivliyinin) dəyişməsi və s.-nin böyük təsiri olmuşdur. Belə  dəyişmələr haqqında 

poleocoğrafiya, paleogeologiya, paleoiqlimşünaslıq, paleontologiya, paleobotanika və başqa sahələrin 

alimlərinin tədqiqatları nəticəsində dürüst materiallar əldə edilmişdir.  

Qədim dövrlərin iqliminin tədqiqi göstərir ki, bir neçə milyon illər əvvəlki iqlim şəraiti, indikindən olduqca 

fərqlənmişdir. Hazırkı dövrdə Yerin ekvator və qütblərindəki temperaturun müasir böyük ziddiyyətləri təxminən 

70 mln. il əvvəl, üçüncü dövrün başlanğıcında formalaşmışdır.  

Paleocoğrafi tədqiqatların materiallarına  əsaslanaraq geoloji keçmişdə iqlimin dəyişməsi M.İ.Budıkoya 

(1977) görə aşağıdakı kimi olmuşdur.  



Dördüncü dövrdən əvvəlki vaxtların iqlimi 

Kembirdən qədim dövrün iqlim şəraiti az məlumdur, palieozoy dövrünün (570-235 mln. il əvvəl) iqlim 

şəraiti haqqında bir qədər çox məlumat mövcuddur. Ehtimal olunur ki, paleozoyun böyük hissəsi ərzində Yer 

kürəsinin bütün hissəsində iqlim olduqca isti keçmişdir.  Paleozoyun sonunda daş kömür  və  perm dövrləri 

hüdudunda buzlaşma baş verərək qurunun böyük ərazisini zəbt etmişdir. Bu buzlaşmanın coğrafi vəziyyəti haq-

da (onun inkişaf dövrlərində) fikir yürütmək olduqca çətindir, belə ki, belə uzun vaxt ərzində ola bilsin ki, Yer 

kürəsinin kontinentləri və qütblərində böyük yerdəyişmələr olmuşdur.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin