c) Geotermal energetika
Bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq geotermal enerji
radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində Yerin təkindən daxil olur. Daima istiliyini itirsə
də, Yer olduqca yavaş soyuyur. Belə ki, Yerin nüvəsi hələ milyard illər qaynar qalacaq, çünki Yerin nüvəsi
enerji mənbəyi sayılır (ehtimala görə radioaktiv elementlərin parçalanmasına görə). Hesablamalara əsasən, 5 km
dərinlikdə toplanan istiliyin miqdarı, bütün qazıntı nüvələrinin enerji resurslarındakı enerjidən dəfələrlə çoxdur.
Dərinlik istisindən elektrik enerjisi əldə etməkdə, qızdırma sistemində, yaşayış və sənaye binalarının isti su ilə
təchizində, müxtəlif texnoloji tələbatlarda istifadə etmək olar.
Geotermal sular nisbətən yer səthinə yaxın yerləşdikdə, yəni qaynar bulaqlar, qeyzerlər və vulkanlar
213
şəklində olduqda onlardan istifadə olunması effektli ola bilər.
Termal sular əslində tükənməyən enerji quyusudur. Ondan minillər əvvəl çimmək üçün istifadə
olunmuşdur. Neft yataqlarından fərqli olaraq geotermal mənbələr tükənmir və ondan hədsiz (nəhayətsiz) istifadə
etmək mümkündür.
Planetimizin bəzi rayonları, xüsusilə geotermal enerji ilə zəngindir. Bu baxımdan, Yerin ən zəngin vilayəti
Sakit okeanı sahilləri hesab olunur. Şərqi Sakit okean regionunun da geotermal resursları Cənubi, Mərkəzi və
Şimali Amerika sahilləri boyu olan Alyaskaya qədər yerləşir. Sakit okeanın qərb sahillərində isə geotermal re-
surslar Rusiyanın şərqində, Yaponiyada, Koreyada, Çində və ada dövlətləri olan Filippin, İndoneziya, Yeni
Qvineya, Avstraliya və Yeni Zelandiya ərazisində geniş yayılmışdır.
Geotermal enerjidən elektrik istehsal olunması ilk dəfə 1904-cü ildə İtaliyada həyata keçirilmişdir. Yer
təkində «gizlənən» enerji mənbəyindən bilavasitə istilik və elektrik alınmasında istifadə etmək olar. İstilik əldə
edilməsi üçün su və ya buxar adətən yerin səthinə çəkilir (nasosla), sonra yenidən Yerin təkinə vurulur. Elektrik
həmçinin suyun yer altındakı qaynar daş laylarının çatlarında sirkulyasiyası vasitəsilə alınır. Çıxarılan geotermal
enerji binaların 85%-i bu yolla qızdırılır, Yaponiyada hamamlarda, ABŞ-da elektrik enerjisinin alınmasında
istifadə olunur.
Geotermal enerjidən elektrik alınması 1904-cü ildə ilk dəfə İtaliyada istifadə edilmişdir. Hazırda belə
enerjidən bir sıra ölkələrdə, əsasən hamamların isti su ilə təchiz olunmasında istifadə olunur. XX əsrin 70-ci
ilində geotermal resurslardan elektrik alınması az inkişaf edərək 1973-cü ildə yalnız 1100 meqavata çatdırıldı.
1973-1978-ci illərdə neftin qiyməti kəskin qalxdıqda geotermal enerjidən intensiv istifadəyə başlandı. 1998-ci
ildə bu elektrik sahəsinin miqyası təxminən səkkiz dəfə artaraq 8240 meqavata çatdırıldı (şəkil 15.11).
Geotermal enerjidən istifadə edilməsində ABŞ lider sayılır və bu yolla 2800 meqavatdan artıq enerji əldə
edilir, lakin bu, ABŞ-da istifadə edilən ümumi enerjinin yalnız 1%-i qədərdir. Halbuki, bu rəqəm Nikaraquada –
28%, Filippində – 26% təşkil edir.
Ölkələrin əksəriyyəti hələ təzə-təzə geotermal resursları istehsal etməyə başlamışlar. Sakit okean, Aralıq
dənizi və Şərqi Afrika rift sistemi sahilləri boyu yerləşən ölkələrdə geotermal resurslar böyük potensial enerji
mənbəyi sayılır. Yaponiyada geotermal enerji yer səthinə yaxın yerləşir, bu ölkədə minlərlə kurortları qaynar isti
su mənbələri ilə təmin edir. Bu termal resurslar ölkəni elektriklə 30% təmin etməyə qabildir. Bəzi ölkələr geo-
termal enerji ilə olduqca zəngin olub iqtisadiyyatı bütövlüklə bununla işlətmək olar.
Dövrümüzdə iqlim dəyişikliyi təşvişi artdığı bir vaxtda bir sıra ölkələr öz geotermal potensialını
müəyyənləşdirməyə başlamışdır. Belə ki, ABŞ-ın energetika nazirliyi 2000-ci ildə ölkənin qərbində yerləşən
geotermal resurslarından istifadə olunması proqramının həyata keçirilməsini elan etdi. Proqramın məqsədi ABŞ-
ın qərbində 2020-ci ilə qədər elektrik enerjisinin 10%-nin geotermal resurslardan əldə edilməsinə nail olmaqdır.
Təbii və süni istilik daşıyan geotermal mənbələr ayrılır. Birinci halda energetik qurğularda işçi cismi kimi
təbii halda termal sular və ya buxarlı-su qarışığından istifadə olunur. Ən güclü təbii istilik enerji akumulyatorları
Kamçatka, Saxalin və Kuril adalarında mövcuddur. Hesablamalara görə onların potensialı 2 min MVt, yaxud 4
mln. ton şərti yanacağa (illik) bərabərdir.
Kamçatkada Paujetka çayının yanında yeraltı isti mənbələrin bazasında 5 MVt gücündə geotermal elektrik
stansiyası (geo İES) fəaliyyət göstərir: Analoji geo İES-lər İtaliya, Yaponiya, İslandiya, Meksika, ABŞ və Yeni
Zelandiyada işləyir. XXI əsrin əvvəlinə dünyada bütün geoİES-lərin gücünün cəmi 17,6 mln kVt təşkil edir.
Çox vaxt dərində yerləşməyən temperaturu 60 … 100
0
C olan termal sulardan istifadə olunur. Belə ki,
sutkalıq debeti 1500 m
3
, temperaturu 60
0
C olan termal suyu quyusu əhalisi 14 min olan qəsəbənin isti suya olan
tələbatını təmin edə bilər. Şimal enliklərində yeraltı termal sularından evləri isti su ilə təmin etmək, müalicə
məqsədilə xüsusi istixanalarda tərəvəz, hətta meyvə yetişdirməkdə istifadə olunur.
Süni geotermal mənbələrdə işçi cisim kimi maye və ya qaz tətbiq olunur, onlar qazılmış quyularda yüksək
temperaturlu dağ süxurları layında sirkulyasiya edir.
ABŞ-da neçə illərdən bəridir ki, dərinliyi 4 km, isti çatlı, susuz süxur olan qazılmış quyulara soyuq su bu-
raxmaq üzrə təcrübələr yerinə yetirilir. Suyun təxminən 3/5 hissəsi digər quyular vasitəsilə isti buxar halında
Yerin səthinə çıxır. Bu buxardan yalnız turbinləri hərəkətə gətirərək elektrik istehsal etməkdə deyil, həm də
mərkəzi istixanalarda istifadə etmək olar.
Soyuq suyu Yerin təkinə vurmaqla geotermal enerjidən istifadə olunması üzrə tədqiqatlar Yaponiya, Böyük Bri-
taniya, Fransa və Rusiyada aparılır. Hələlik yeraltı istiliyin çıxarılması baxımından ən perspektivli müasir vulkanizm
rayonları hesab olunur. Vulkanların özü sakit fəaliyyət dövründə, xüsusilə püskürmə zamanı böyük isti su və buxar
mənbəyi sayılır.
Geotermika – hələlik energetikanın yeni bir budağı olub böyük perspektivləri vardır. Geotermal
214
stansiyaların elektrik enerjisi hər halda hidroelektrik stansiyalarında əldə edilən enerjidən iki dəfə, bərk və maye
yanacaqlardan alınan enerjidən isə dəfələrlə ucuz başa gəlir.
Şəkil 15.12. 1980-2000-ci illərdə dünya külək energetikasının generasiya gücü
Gələcəkdə Yerin energetikasından istifadə olunması üzrə təhlil edilə bilən yeni addım çox dərin quyulara
termobatareyaların salınmasıdır. Bu istiqamətin perspektivliyi Kola yarımadasında qazılan dərin quyuların nəticələri
bunu təsdiq edir. Belə şəbəkələr yaratmaqla praktiki olaraq məhdud olmayan təmiz enerji əldə etmək olar. Belə enerji
Yerin daxili istiliyindən alınıb yer səthində təbiəti çirkləndirmir, yəni qazıntı yanacaq tipləri ilə işləyən elektrik
stansiyalarının işi zamanı yaranan kül yığınları, karbon qazı tullantıları, radioaktiv layları qəbirstanlıqları burada
müşahidə olunmur.
Şəkil 15.13. 1950-1998-ci illərdə dünya geoterminal energetikası
Yer təkinin istiliyindən istifadə olunması ətraf mühitin mühafizəsi baxımından olduqca perspektivli hesab
olunur. Hazırda bir sıra ölkələrdə elektrik enerjisi əldə edilməsində, binaların və istixanaların qızdırılmasında
isti su mənbələrindən istifadə edilir.
Geotermal elektrik stansiyaları quraşdırılması, avadanlıq təchizatı və istismarına görə ənənəvi İES-lərdən az
fərqlənir və praktiki olaraq neqativ ekoloji nəticələrə səbəb olmur. Kamçatkanın 1200 m dərinlikdə yerləşən
termal suları yataqlarında suyun temperaturu 257
0
C-yə çatır. Burada aşkar edilən istisu resursları, gücü 350-500
mVt olan geotermal elektrik stanstiyalarının işini təmin edə bilər.
215
Qeyri ənənəvi enerji mənbələrinin iqtisadi effektivliyinin müqayisəli xarakteristikası 15.6 saylı cədvəldə
verilir.
Cədvəl 15.6
Müxtəlif üsullarla alınan enerjilərin müqayisəli xarakteristikası
Elektrik stansiyasının
tipi
Tutduğu ərazinin vahid
sahəsində enerjinin
xüsusi həcmi (Vt/m
2
)
Xüsusi kapital
qoyuluşu (müqayisəli
vahid)
Külək 0,4 4,5
Günəş 30 3
Geotermal 4
3
Atom 1300 1
Geotermal enerjidən istifadə etdikdə su, hava və torpaq xeyli çirklənir. 1000 MVt gücü olan geotermal
elektrik stansiyaları atmosferə il ərzində 10
4
-10
5
ton qaz buraxır, 10
5
-10
8
m
-3
suyu çirkləndirir və geniş sahə
tələb edir (1 stansiya üçün 20 km
2
).
Respublikamızın böyük potensial ehtiyatlara malik enerji mənbələrindən biri də termal sulardır. Termal
suların öyrənilməsinin hazırlık vəziyyətində yalnız Abşeron, Gəncə, Lənkəran, Masallı, Şirvan, Muğan, Xaçmaz
və Naxçıvan rayonları praktiki əhəmiyyətə malikdir. Tədqiqatlar göstərdi ki, (Əzizov, Cəlilov, 2003) respublika
ərazisində termal sulardan isti su təchizatında, istixanalarda, balneoloji məqsədlər üçün, kimyəvi xammal kimi
istifadə edilə bilər. Respublikada Kürdəmir rayonunun ərazisində 1980-ci illərdə neft-qaz axtarışı məqsədilə
qazılan quyudan sutkada 6-10 min m
3
- ə qədər həcmdə, istiliyi 80-90
0
-yə çatan termal su çıxmışdır. İyirmi ildən
yuxarı müddət ərzində həmin sular istifadəsiz qalaraq ətraf ərazilərə axmış və xeyli torpaq sahələrini yararsız
hala salmışdır. Hazırda həmin sulardan balneoloji məqsədlər üçün istifadə edilir. Respublikanın digər
regionlarındakı termal sulardan əsasən balneoloji məqsədlər üçün istifadə olunur.
d) Dəniz energetikası
Dəniz energetikası akvatoriya, dəniz axınları və qabarmaların səthində baş verən dalğaların enerjisinə,
həmçinin dəniz suyunun müxtəlif dərinliklərindəki temperatur və duzluluq dərəcəsi fərqinə əsaslanır.
Dalğa energetikası. İstənilən su hövzəsində dalğalar labüd hadisədir. Dünya okeanının dalğa gücü 2,7
mlrd kVt-la qiymətləndirilir, bu dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir. Dalğa elektrik stansiyalarının
(DES) yerləşdirilməsi məqsədəuyğunluğu (faydalılığı) regional xüsusiyyətlərlə, hər şeydən öncə dalğa
cəbhəsində sıxlığı, yəni vahid uzunluğa düşən dalğa cəbhəsində onun qiyməti ilə təyin olunur. Belə ki, ABŞ və
Yaponiyanın sahil zonasının bir sıra sahələrində dalğa cəbhəsinin xüsusi gücü 40 kVt/m təşkil edir. Böyük
Britaniyanın qərb sahillərində Hebrid adaları rayonunda daha əlverişli şərait yaranaraq bu rəqəm 80 kVm-ə
çatır.
DES-lərin işinin funksional prinsipi dalğanın potensial enerjisini pulsasiyanın kinetik enerjisinə,
pulsasiyaları isə bir istiqamətli gücə çevirməkdən ibarətdir, bu sonradan elektrik mühərriyinin valını fırlandırır.
DES-lər bilavasitə sahildə, sahilin yaxınlığında akvatoriyada və ya sahildən müxtəlif məsafələrdə açıq
dənizdə qurula (tikilə) bilər.
Təcrübələr göstərir ki, sahilyanı zolağın intensiv formalaşdığı sahilə yaxın akvatoriyada yerləşdirilən
qurğular ətraf mühitə daha əlverişli (yaxşı) təsir göstərir.
Qeyd etmək lazımdır ki, bütün bərpa olunan enerji resurslarında olduğu kimi dalğa proseslərinin də bir sıra
çatışmazlıqları – enerjinin nisbətən aşağı konsentrasiyalığı, dalğa tərəddüdlərinin geniş spektrə malik olması,
məkan və zaman daxilində nisbətən dəyişkənliyidir. Lakin bu qurğuların ən üstün cəhəti onun ekoloji
təmizliyindədir.
Axın energetikası. Dəniz energetikasının inkişafının perspektiv istiqamətlərindən biri okean axınlarının
enerjisindən istifadə edərək hidroelektrik stansiyalarının yaradılmasıdır.
Okean axınları enerjisinin dəyişdiriciləri təsir prinsipinə görə dalğa və həcm nasoslarına bölünür.
Okean axınından istifadə üzrə tədqiqat işləri ABŞ-da Tureina Universitetində (Luiziana ştatı) aparılır.
Hazırlanmış layihələrə uyğun olaraq nisbətən güclü axınlara malik olan rayonlarda yaradılan qurğularda
216
alüminiumdan hazırlanan turbinlərin işçi çarxının diametri 170 m, rotorun uzunluğu 80 m, xidmət müddəti 30 il
nəzərdə tutulur.
Qabarma energetikası. Dünya okeanının səviyyəsinin dəyişməsinin səbəbi Ayın və Günəşin cazibə
qüvvəsindən asılı olaraq (Yerin Ay və Günəşlə qravitasiya qarşılıqlı təsiri) qabarma əmələgətirmə gücü hesab
olunur.
Böyük qabarma elektrik stansiyası (QES) Fransada işləyir. Bu «Rans» stansiyası 1 kVt gücünə xüsusi ka-
pital xərcləri 2000 frank təşkil edir. Bu isə analoji gücə malik olan su elektrik stansiyasından iki dəfə artıqdır.
Rusiyada Murmanskdan 60 km qərbdə Ura çayının mənsəbində qabarma enerjisindən praktiki istifadə
olunmasına təcrübəvi Kisloqubsk QES-nin tikintisindən sonra başlanmışdır. Burada qabarmanın hündürlüyü
1,1…. 3,9 m təşkil edir. QES ekoloji baxımdan ən təmiz enerji mənbəyi sayılır.
Dəniz suyunun müxtəlif dərinliklərində temperatur fərqindən istifadə olunması. Dünya okeanının 400
m dərinliyi ilə səthi arasında orta temperatur fərqi 12
0
C təşkil edir. Su qatları arasındakı temperatur fərqlərindən
başqa, həm də hava qatlarının səthində, həmçinin dib süxurları və dib suları arasında temperatur fərqləri
mövcüddür.
Temperatur fərqləri ilə asılı enerjinin əldə olunmasında aşağıdakı sistemlərdən istifadə edilir:
- açıq prinsip və birkonturlu sxem burada işçi cismi kimi dəniz suyundan istifadə olunur.
- qapalı prinsip və ikikonturlu sxem, burada aralıq işçi cisimlərindən (freon, ammonyak, propan və s.)
istifadə olunur.
Göstərilən qurğuların əsas çatışmayan cəhəti üst isti və dərinlik soyuq sularının qarışması nəticəsində istilik
tarazlığının pozulması ilə əlaqədar mütləq temperaturun dəyişməsi olub, istisevər faunaya öldürücü təsir göstərə
bilər. Bundan başqa, okeanın dərin sularında üst qata nisbətən karbon iki oksidin miqdarının çox olması, karbon
qazının atmosferə ayrılması və həmin regionda iqlimin vəziyyətinə təsir göstərir.
Duzluluq qradiyentindən istifadə. Hazırda aparılan nəzəri tədqiqatlar və təcrübi-konstruktiv işlər dəniz
suyunun duzluluq fərqlərinə əsaslanan energetikanın mümkünlüyünü təsdiq edir. Lakin bu sistemdən praktiki
istifadə olunması məsələsi axıra qədər öyrənilməmişdir.
e) Hidrogen energetikasına keçid
Hidrogen energetikası – termokimyəvi və elektrolitik metodların, həmçinin bioloji proseslərin köməyilə
enerji daşıyan kimi hidrogenin alınmasına əsaslanır.
Perspektiv enerji daşıyıcısı kimi hidrogenin istilik törəmə qabiliyyəti karbohidrogen yanacağından 3 dəfə
yüksəkdir. Hidrogen ekoloji təmiz yanacaq olub ənənəvi təbii yanacaq növlərindən fərqlənərək tərkibində
kükürd, toz və ağır metallar olmur. Yandırıldıqda hidrogen su buxarına çevrilir. Bu şəraitdə yeganə zərərli
birləşmə azot oksidləri ola bilər, o, xüsusi yüksək yanma zamanı atmosfer azotunun oksidləşməsindən əmələ
gəlir. Bu neqativ hadisəni bəzi katalizatorlarla nisbətən asan məhdudlaşdırmaq olur. Hidrogen yalnız yanacaq
kimi istifadə olunmaq üçün deyil, həm də universal enerji akkumulyatorudur və onu nəql edərək energetikanın
müxtəlif sahələrinə tətbiq etmək olar.
Hidrogen almaq üçün suyun müxtəlif parçalanma üsulundan istifadə olunur: elektrokimyəvi, termokimyəvi,
fotoelektrokimyəvi. Katalizatorlardan istifadə edərək, kimyəvi reaksiyalar və əmələ gələn məhsulların sonrakı
parçalanmasından, qismən dəniz suyunun tərkibində olan hidrogen sulfiddən hidrogenin alınması daha perspek-
tiv sayılır. Bu baxımdan, Qara dəniz hidrogen sulfidin miqdarına görə (suyun həcminin 90%-i qədər) rekordçu
hesab olunur və o, getdikcə artır.
Qazıntı yanacaq növlərindən hidrogen energetikasına keçidin buşlanmasını müxtəlif enerji mənbələrindən
istifadə artımını müqayisə etməklə aydınlaşdırmaq olar (cədvəl 15.7). Cədvəldən göründüyü kimi, 1990-cı
illərdə külək energetikası fenomal inkişaf tempinə malik olub ildə 25%, 1990-cı ildə 1930 meqavatdan 2000-ci
ildə 2000 meqavata qədər artmışdır. Bu dövrdə günəş elementlərinin miqdarı hər il 20% artmışdır, geotermal
energetikanın artımı isə ildə 4% təşkil etmişdir. Bərpa olunan mənbələrlə işləyən hidroenergetikanın illik artım
tempi 2% olmuşdur.
Cədvəl 15.7
Enerjinin növ və mənbələri
İlbəil artım tempi, %-lə
1 2
217
1 2
Külək enerjisi
25
Günəş elementləri 20
Geotermal enerji
4
Hidroenerji 2
Təbii qaz
2
Neft 1
Nüvə enerjisi
0,8
Daş kömür
-1
Qazıntı yanacağı növlərindən təbii qazın inkişafı tempi daha sürətli olub ildə 2% olmuş, sonrakı yeri neft
tutmuşdur (1%). Daş kömürdən istifadə ildə 1% azalmış, azalma faktiki olaraq 1996-cı ildən sonra başlanmışdır.
Nüvə və energetikanın artımı davam etmiş, lakin bu artım ildə heç 1%-ə çatmamışdır.
2000-ci ildə müxtəlif enerji mənbələrindən istifadə artımı tempindəki fərq qabaqkı onilliklərə nisbətən daha
aydın görünür. Həmin ildə külək turbinlərinin gücü 32%, günəş elementlərinin satışının həcmi 43% artmışdır.
Daş kömürdən istifadə 4% aşağı düşmüş, təbii qazdan istifadə 2%, neftdən istifadə isə 1% artmışdır. Nüvə
enerjisinin artımı tempi 1% olmuşdur. Bu rəqəmlər külək enerjisinin və günəşə əsaslanan energetikanın böyük
tərəqqisini, daş kömürdən istifadənin isə kəskin aşağı düşməsini göstərir.
Hazırda bir çox ölkələr, o cümlədən Bolqarıstan, Almaniya, Qazaxıstan, Niderland, Rusiya, Slovakiya,
İsveç və ABŞ öz AES-lərini bağlayır və ya yaxın illərdə bağlamağı planlaşdırır. Nüvə enerjisi öz şöhrətini hətta
Fransa, Çin və Yaponiyada da itirməyə başlamışdır.
Yaxın gələcəkdə hər yerdə hidrogenlə işləyən istilik elementlərindən istifadə olunacaqdır, yüksək effektli
kombinasiya edilmiş (birləşdirilmiş) qaz turbinləri həm təbii qazla, həm də hidrogenlə işləyəcəkdir. İstilik
elementlərindən ofis binaları, zavod, yaşayış evləri və avtomobil mühərrikləri üçün elektrik enerjisi əldə
etməkdə istifadə olunacaqdır.
Ekoloji iqtisadiyyatda hidrogen nefti sıxışdıraraq dominantlığa malik olacaqdır.
Hidrogendən əsas yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki sivilizasiyanı kökündən
dəyişə bilər. Bununla da müasir dövrün mühüm problemi sayılan ətraf mühitin çirklənmədən mühafizəsi
praktiki olaraq həll oluna bilər.
Hidrogenin mühərrik yanacağı kimi xarakteristikası olduqca nadir sayılır, belə ki, onun yaxşı alovlanması,
işlənmiş qazların zərərli olmaması, yüksək yanma intensivliyi və sürəti («benzin-hava» qarışığından 4 dəfə
artıq) onun üstün cəhətləridir.
Dünyada ildə 50 milyon tona qədər hidrogen istehsal olunur. Mütəxəssislər XXI əsrin ilk 25 ilində ekoloji
təmiz yanacaq kimi hidrogenin istehsalı və ondan istifadəsini bugünkü günə nisbətən 12 … 17 dəfə artmasını
proqnozlaşdırır.
Hidrogenin qaz halında, hətta sıxılmış qaz halında saxlanması sərfəli deyil, çünki belə saxlanması üçün iri
həcmli balonlar lazımdır. Ən real variant hidrogeni maye halında saxlamaqdır. Lakin bu halda xüsusi
termoizolyasiyalı bahalı kriogen çənlərdən (baklardan) istifadə etmək lazımdır.
Hidrogeni metal soyuducu hidridlərin tərkibində bərk halda da saxlamaq olar, bu, benzini çənlərdə (sister-
nalarda) saxlamaqdan təhlükəsiz sayılır.
Hidrogen enengetikası plazmatik texnologiya institutunda hidrogen avtomobilinin yeni sxemi
hazırlanmışdır. Oksidləşmə daxili yanacaq mühərriyində deyil, elektrokimyəvi generatorda gedir və burada da
elektrik enerjisi alınaraq mühərriyin əsas 7 valını fırladır.
Hidrogen enerjisinin elektrokimyəvi generatorun köməyilə elektrik enerjisinə transformasiyası (çevrilməsi)
polimer membranaya əsaslanır, bu isə prosesin suyun qaynama temperaturunda getməsinə imkan yaradır. Bu
digər sistemlərdə yüksək temperatur şəraitində baş verəcək havadakı azot oksidinin sintezi kənar edir.
Avtomobil konserni Daymler-Bens (Almaniya) və «Bellard-Pauer-sistem» (Kanada) energetik
kompaniyası istilik elementlərinin texnoloji inkişafı, istehsalı və marketinqi əməliyyatının keçirilməsinə razılığa
gəlmişlər və dünyada ilk dəfə olaraq yüngül avtomobillər üçün istilik elementlərinin istehsalını qarşıya vəzifə
kimi qoymuşlar.
İstilik elementləri ekoloji təmiz avtomobil mühərrikləri hazırlamaq yolunda texnologiyada bir yenilik
sayılır. Burada əsas yanacaq hidrogendir; onu katalizatorlu polimer membrandan buraxırlar, o, hava oksigeni ilə
kimyəvi reaksiyaya girir; hidrogen suya, kimyəvi enerji isə elektrik enerjisinə çevrilir.
218
Şəkil 15.14. 1950-2000-ci illərdə dünyada qazıntı yanacağından istifadə
İstilik element mühərriyinin digər üstünlüyü – KPD-nin yüksək olmasıdır. Benzin və dizel yanacağı ilə
işləyən adi mühərriklər üçün o, 25-45% təşkil edir, istilik elementlərdə isə KPD – 70% və yüksək olur.
Yaxın vaxtlara kimi istilik elementləri yalnız xüsusi məqsədlər üçün, məsələn, kosmik tədqiqatlar üçün
konstruksiya olunurdu. Hazırda ondan stasionar və səyyar elektrik stansiyalarında, sualtı gəmilərdə və sualtı
qayıqlarda güc qurğularında istifadə olunur.
Hazırda müxtəlif istilik element növlərinin sənaye istehsalına iri firmalar sayılan «Mitsubisi xevi indatriz».
«Toyota», «Fudzi», «Sanyo», «Tosiba», «Elenko Eyç-Bi», «Eyç-Pauer», «İnterneşnl yuen - sell», «BMV»,
«Simmens» və «Linde» başlamışlar.
j) Azərbaycanda energetika
Bölmə əsasən – «Azərenerji» aksioner (səhmdar) cəmiyyətinin (AC) birinci vitse-prezidenti M.Novruzovun
(1999) məlumatlarına əsaslanaraq yazılmışdır.
Azərbaycanda energetika öz inkişafında mərhələlərlə böyük inkişaf yolu keçmişdir. Birinci mərhələ az
güclü elektrik stansiyaların birləşdirilməsi və milli sənaye, ilk növbədə neft sənayesinin formalaşması tipini
daha yüksək təmin etmək üçün yeni stansiyaların tikilməsi ilə başlanmışdır.
Respublikanın müxtəlif regionlarında sənayedə və kənd təsərrüfatında elektrik enerjisinin geniş istifadəsi
enerji sisteminin yeni keyfiyyətli inkişafı ilə bağlı olaraq ikinci mərhələyə keçid üçün şərait yaratdı, inkişafın
Dostları ilə paylaş: |