Azərbaycanın endem bitkilərinə aiddir («Azərbaycan florası» 1950-1961).
Azərbaycan Respublikası ərazisində demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim meşə borealı,
səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə təsadüf edilir. Qədim meşə borealı florasına Talışda,
Kiçik və Böyük Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə və sırf boreal bitki tipinə isə
respublikamızın bütün bölgələrində təsadüf edilir. Səhra bitki örtüyü əsasən Kür-Araz ovalığı və Abşeron
yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları əmələ gətirir.
Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. Naxçıvan MR-in ərazisi
bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43%-ni təşkil edir. Quba-Qusar dağ
massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik Qafqazın mərkəzi dağlıq hissəsi 34,5%-ni,
Böyük Qafqazın şərq massivi 29,4%-ni, Talışın dağlıq hissəsi 27%-ni təşkil edir. Kiçik Qafqazın şimal
yamacında bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük
Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-26%) bitki növləri ilə
zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan, Samur-Dəvəçi florasında bitki növləri azdır (Prilipko,
1966).
Respublika ərazisində 865-dən artıq şibyə, 500-ə qədər mamır növü vardır.
Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə təsadüf olunur ki, bu da respublika
florasındakı bitki növlərinin 11%-ni təşkil edir. Onların 70-i endem növü olub respublikamızdan kənarda bitmir.
Azərbaycan florasında üçüncü dövrə aid olan relikt ağac və kollar bitir. Onlardan eldar şamı, dəmirağac, ipək
akasiyası, xəzərlələyi və b. göstərmək olar. Nadir və kökü kəsilmək təhlükəsi altında olan bir çox ağac və kol
növləri Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Onlara ipək akasiyası, Xəzər lələyi, budaqlı danaya,
303
dəmirağac, qarmaqvari şam, aptek dəfnəgilası, hirkan ənciri, qanadmeyvə yalanqoz, adi şabalıd, radde tozağacı,
sarı rododendron, qafqaz rododendronu aiddir.
Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir.
Təəssüflə qeyd etmək lazımdır ki, insanın uzunmüddətli düşünülməz təsərrüfat fəaliyyəti nəticəsində
respublikamızın bitki örtüyünün bioloji müxtəlifliyi deqradasiyaya məruz qalmış, dəyişilmiş, kasatlaşmış,
azalmış, bəzən məhv edilmişdir.
Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi
regionlarında müasir bitki örtüyünün BM-i müasir iqlimə uyğun gəlmir. Bunu aşağıdakı misallarla izah etməyə
çalışaq.
Kiçik Qafqazın şimal yamacında vaxtilə məhsuldar iberiya palıdı meşələri yayılan aşağı dağ-meşə
qurşağının yerində hazırda çox yerdə kserofil qaratikan kolu üstünlük təşkil edən müxtəlif şiblək qruplaşmaları
formalaşmışdır. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin kənd təsərrüfatı bitkiləri altında
və örüş kimi istifadə olunmasıdır (şəkil 19.3, 19.4). Meşəsizləşdirilmiş ərazilər yamacların baxarından və
meylliyindən asılı olaraq bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Belə sahələrdə antropogen təzyiq
dayandırılarsa, ilkin BM-in bərpası prosesi konkret sahədə BM-in pozulma dərəcəsindən, onun fiziki-coğrafi
yerləşməsindən (dəniz səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti və dikliyindən), torpağın pozulma
dərəcəsindən və s.-dən asılıdır.Məs. meşəsizləşdirilmiş dik yamaclarda palıd meşələrinin yerində formalaşan
ikinci dərəcəli ağac cinslərindən (əsasən dəmirqara) ibarət ağaclıqarı mal-qaradan mühafizə etmək yolu ilə
tədricən ilkin palıd meşəsini bərpa etmək olsa da, onun BM-ni olduğu kimi qaytarmaq mümkün deyildir.
Qaratikan üstünlük təşkil edən güclü dərəcədə eroziyaya məruz qalmış sahələrdə biosenoz (bitki növləri,
heyvanat aləmi, mikroorqanizmlər) tamamilə pozulduğundan, biotop (torpaq) itirildiyindən ilkin BM-i
(məhsuldar palıd meşələrini) bərpa etmək qeyri-mümkündür. Belə sahələrdə yerli ağac növlərinin əkini yaxşı
nəticə vermir, burada mövcud biotopa uyğun ağac növlərinin (eldar şamı, Krım şamı, saqqızağac, ardıc,
söyüdyarpaq armud) becərilməsi məqsədə uyğundur.
Meşə ekosistemlərinin BM-nin intensiv deqradasiyası və məhv edilməsi respublikamızın bütün düzən
regionlarında Kür-Araz ovalığı, Samur-Dəvəçi düzənliyi, Qanıx-Həftaran vadisi və Lənkəran ovalığında baş
vermişdir. Bu ərazilərdə meşələr məhv edilərək kənd təsərrüfatı sahələri və meyvə bağları (aqrosenozlar) və ya
seliteb landşaftlarla əvəz olunmuşdur (şəkil 19.5).
Respublikanın bütün dağ sistemlərinin yüksək dağlıq zonasında subalp meşələri məhv edilmiş, ora
uzunmüddətli intensiv yay otlaqları kimi istifadə olunduğundan meşənin yuxarı sərhədi 400-1000 m aşağı
salınmış, nəticədə burada üstünlük təşkil edən tozağac, şərq palıdı və trautvetter ağcaqayını ağaclıqlarının BM
tamamilə məhv edilmişdir. Onların BM-in antropogen seriyalarına yalnız dik qayalı yamaclarda təsadüf etmək
olar (şəkil 19.6).
Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifiyin qorunmasında mühüm rol oynayır. Lakin
təəssüflə qeyd etmək lazımdır ki, respublikamızdakı xüsusi mühafizə olunan ərazilərdə təbii ehtiyatlar lazımi
səviyyədə qorunmur. Qoruq, Milli park və yasaqlıq ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir.
Göygöl, Zaqatala, İlisu, İsmayıllı qoruqlarında meşənin yuxarı sərhədi yay otlaqları kimi istifadə olunur.
Qarayazı, Türyançay, Pirqulu qoruqlarında, həmçinin şəhər, qəsəbəətrafı yaşıl zonalarda, Yalama Milli Parkı
meşə sahəsində isə ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə ekosistemlərinin bioloji müxtəlifliyi bu və
ya digər dərəcədə deqradasiyaya uğramışdır.
Vəhşi heyvanların yaşayış yerlərinin transformasiyası əsasən meşə örtüynün məhv edilməsi, meşə
ekosistemlərinin BM-nin deqradasiyası və aqrosenozlarla əvəz edilməsi ilə əlaqədardır. Belə yerlərdə heyvanat
aləminin BM-nin deqradasiyası onların yaşayış yerlərinin (stasiyalarının) – yuvalarının, qışlama və çoxalma
yerlərinin azalması ilə bağlıdır.
Fermer təsərrüfatlarının artması ilə əlaqədar şum sahələrinin genişlənməsi müşahidə olunur. Bu zaman hey-
vanat aləminin sonuncu qoruyucu stasiyaları yoxa çıxır, gəmiricilər, həşəratlar artır, onların (ziyanvericilərin)
«partlayışı» nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatına böyük ziyan dəyir.
Azərbaycan Respublikasında BM-in qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət
Planı Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 24 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Bura
aşağıdakılar daxildir:
304
Şəkil 19.3. İberiya palıdı meşələrinin bioloji müxtəlifliyinin
antropogen deqradasiyası
•
biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq konvensiyalara və digər ölkələrarası və
regional müqavilələrə qoşulmaq;
•
bioloji müxtəlifliyin əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün
əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qoruma statusuna malik olan bitki və heyvanat aləminin bərpası
üçün müvafiq şəraitin yaradılması;
•
nadir və kökü kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, onların
genofondunun qorunmasının təmin edilməsi və onları xüsusi qorunan təbii ərazilərdə, nəbatat bağlarında,
zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması;
•
Azərbaycan Respublikasının Qırmızı Kitabının ikinci nəşrinin təşkili. İri şəhərlərdə yeni nəbatat
bağlarının yaradılması;
biomüxtəliflik üçün təhlükənin və bunun nəticəsində ilk növbədə təsir atlına düşə biləcək təbii bitki və heyvan
növlərinin proqnozlaşdırılması;
•
Zəngin BM-yə malik olan ekosistemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
•
Kənd təsərrüfatı bitkilərinin və heyvan növlərinin vəziyyətinin qiymətləndirilməsi və qorunması;
•
BM-in qorunması üzrə elmi tədqiqatların aparılması;
•
BM-in inkişafının təşkilinin təmin edilməsi üçün torpaqların yaxşılaşdırılması, səmərəli istifadəsi və
mühafizəsi;
305
Şə
kil 19.4
. İ
beriya pal
ıd me
şə
lə
rinin BM-nin antro
pogen deqra
dasiyas
ı
•
Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi;
•
Meşələrin BM-nin qorunması və səmərəli istifadəsi;
•
Nadir və məhv olmaq təhlükəsinə məruz qalmış bitki və heyvan növlərinin öz təbii məskənlərindən
kənarda (ex-situ şəraitində) qorunması və bərpası;
•
Əhalinin ekoloji maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması.
306
BM-in qorunması və davamlı istifadəsinə yönəldilən bu və digər tədbirlər Milli Strategiya və Fəaliyyət
Planında geniş şərh olunmuşdur.
19.5. Dərman bitkilərindən istifadə
Uzun əsrlər boyu insan tibb və baytarlıq praktikasında lazım olan olduqca müxtəlif dərman maddələrini
bitkilərdən əldə etmişlər. Dərman bitkilərindən hələ 3000 il əvvəl Qədim Assuriyada, Misirdə, Hindistanda,
Çində, Tibetdə, 1900-cü illərin əvvəllərində isə İranda, Yunanıstanda və Romada; orta əsrlərdə ərəb ölkələrində,
Orta Asiyada, Cənubi Qafqazda, Avropa ölkələrində istifadə edilmişdir. Dərman bitkilərinin müalicəvi xassəsi
onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikozidlər, flavonoidlər, vitaminlər, aşı
maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.
Dərman bitkilərinin xüsusi qrupunu antibiotiklər (fitonsidlər) əmələ gətirən bitkilər təşkil edir. Dərman
bitkilərini tədarük edərkən bitkinin növünü, hansı hissələrini yığmağı, onların tərkibində olan maddələrin ən çox
toplanma vaxtını bilmək vacibdir.
Dərmanların çox hissəsi bitki mənşəlidir. Müasir dünya bazarında 1000-dən artıq dərman bitkisi növünə
müraciət olunur. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 80%-ə qədəri əsasən yabanı dərman bitkilərinin və
digər bitkilərin köməyi ilə sağlamlıqlarının qayğısına qalırlar. Dünyada təyin olunmuş və təyin olunmamış
dərmanların yarıya qədərinin tərkibində vəhşi (yabanı) orqanizmlərdən alınan inqridiyentlər vardır. Bu
inqridiyentlərin dörddə biri yalnız tropik meşələrdə rəst gəlinən bitkilərdən alınır.
1960-cı ildə leykemiya xəstəliyinə tutulan beş uşaqdan yalnız birinin sağalmaq ehtimalı var idisə, hazırda
belə ehtimal beş uşaqdan dördü üçündür. Bu, tərkibində müəyyən aktiv maddələr olan dərman preparatları ilə
müalicənin köməyi ilə mümkün olmuşdur. Bu preparat Madaqaskarın tropik meşələrində aşkar olunan Rosy per
Winkle bitkisindən alınır.
307
Şə
kil 19.5
. Qan
ıx-H
əft
əra
n vadisind
ə düz
ən me
şə
lə
rin BM-in ant
ropogen deqr
adasiyas
ı
308
Şə
kil 19.6
. Şə
rq pal
ıd
ı me
şə
lə
rinin BM-l
ərinin antropogen deqra
dasiyas
ı
N.A.Krasilovun (1992) fikrincə, bitkilərin zəngin növ tərkibindən yalnız çox az hissəsi praktiki məqsədlərlə
istifadə edilir. Belə ki, ali bitkilərin dünya florasının 30 min növündən daimi yalnız 2500-dən istifadə olunur.
Təsərrüfat əhəmiyyətli bitkilər arasında sayına görə xammad kimi toplanan dərman bitkiləri birinci yeri tutur.
Dərman prepatarları çeşidlərinin 30%-dən çoxu bitkilərdən alınır, bu bitkilərin də yarısından çoxu təbii şəraitdən
toplanır, az bir hissəsi təsərrüfatlarda becərilir.
Ürək-damar sistemi xəstəlikləri zamanı işlədilən dərmanların 80-90%-i bitkilərdən alınır. Bə dərmanların
əksəriyyəti sintetik dərmanlara nisbətən az zəhərli olub, kənar təsirə malik deyil. Azərbaycanda farmakopeyaya
309
daxil edilən 100-dək növdən əlavə bir çox dərman bitkisi məlumdur. Respublikamızın florasında xalq
təbabətində işlənən 800-ə qədər dərman bitkisi aşkara çıxarılmışdır. Bu bitkilərdən dazı, itburnu, bağayarpağı,
damotu, gicitkan, yemişan, boymadərən, qatırquyruğu, andız, cökə, murdarça və s. toplanır, azvay, nanə və s.
təsərrüfatlarda toplanır.
Dərman bitkilərinin bir çoxunu meşə ağac və kolları təşkil edir. Onlardan sallaq tozağac, ürəkyarpaq cökə,
xırdayarpaq cökə, adi palıd, qozağacı, adi şam, qızılağac, sibir ağşamı, adi quşarmudu, qaragilə, qara qarağat,
mərcangilə, qara qovaq, zirinc, keçi söyüdü, meşə alması, moruq, böyürtkən və bir çox başqalarını göstərmək
olar.
Meşələrimizdə bitən bəzi ağac cinslərinin müalicəvi əhəmiyyətini qeyd edək.
- Görkəmli təbib Abu-Əli-Sina əsərlərində həmişə qozu qüvvətli qida və müalicəvi xarakter daşıyan bitki
kimi təbliğ edirdi.
Son vaxtlar qoz ağacının müxtəlif hissələrindən və meyvəsindən xalq təbabətində və elmi təbabətdə daha
geniş istifadə edilir. Yarpağı böyük müalicəvi əhəmiyyətə malik olub, tərkibində çoxlu «C» vitamini, həmçinin
«B», «P» və «A» provitamini, boyayıcı və aşılayıcı maddələr, tanin, efir yağı (0,012-0,029%), inulin, qlikozid,
flavonid, inozit, yuqlon və mineral duzlar vardır. Dünyanın müxtəlif ölkələrində xalq təbabətində qozun
yarpığını dəmləyərək ondan mədə-bağırsaq, həmçinin dəri xəstəliklərinin müalicəsində istifadə edilir.
Qozun yetişməmiş qozalarının yaşıl qabığı «C» vitamini ilə çox zəngindir. Sütül meyvələrin tərkibində
olan C vitamininin miqdarına görə hətta limon, itburnu və qara qarağatdan da üstündür. Odur ki, ondan C
vitamini almaq və mürəbbə bişirmək üçün istifadə olunur.
Qozun yarpaqları iriləşdikcə tərkibində «C» vitamininin miqdarı artır, vegetasiyanın ortasında (iyulda)
maksimuma çataraq yaş çəkisi 2000 milliqram faiz təşkil edir, sonra azalmağa başlayır. Sentyabr-oktaybrda
vitaminin miqdarı maksimumun altıda birini təşkil edir.
A.K.Qerqelejiuyaya (1938) görə qozun yetişməmiş meyvəsində C vitamininin miqdarı
(Moldaviya) 3036 milliqram faiz, meyvəyanlığında isə (avqustda) 831 milliqram faiz təşkil edir.
Qozun yetişməmiş meyvəsindən alınan askorbin turşusunun konsentratı tünd-qəhvəyi rəngli olub qoz
yarpığının ətrini verən, bir qədər büzücü xassəli mayedir. Onun tərkibində 1,0-2,0 faiz askorbin turşusu, 1-3 faiz
tanin, 2,3-2,9 faiz üzvi turşular olub, həmçinin dəmir və kükürd (kalsium-fosfat şəklində) də qeyd edilir.
Tərkibində 1,0 faiz askorbin turşusu olan konsentrat xroniki mədə pozğunluğu olan uşaqlara verildikdə (gündə
12 qram ekstrat) xəstələrin vəziyyəti 2-3 gündən sonra yaxşılaşır.
Alimlərin bir qrupu (Qerqelejiuya (1938), Bezzubov və b.) qozun yetişməmiş meyvələrindən konsentrat
almağı düzgün hesab etmirlər, onlar bu məqsədlə qozun yarpağından istifadə olunmasını daha çox
məqsədəuyğün sayırlar.
Qozun yarpağı, gövdəsinin qabığı və budaqlarından alınan cövhər və ya ekstrakt xalq təbabətində mədə-
bağırsaq pozğunluğu, yanıq və dəri xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Bu məqsədlə xırda
doğranmış qurudulmuş 1-2 çay qaşığı qoz yarpağını bir stəkan (200 qram) qaynanmış suda dəmləmək,
soyuduqdan sonra süzmək və hər gün 3-4 dəfə yarım stəkan içmək lazımdır.
Qozun yarpağından hazırlanan həlim dəri xəstəliklərini (sızanaq, irinli səpgi, dəmrov, ekzema) müalicə
etmək üçün istifadə olunur. Bu məqsədlə 4-5 xörək qaşığı qoz yarpağı 0,5 litr suda 15 dəqiqə qaynadılır. Alınan
həlimlə dərinin xəstə hissəsi yuyulur, isladılır və ya vanna edilir. Ağız, boğaz iltihabında, dişin əti yumşaldıqda
və yaxud diş tərpəndikdə ağız nahiyəsini yaxalamaq üçün bir stəkan cövhər hazırlanır.
Qoz yarpağı yaranı sağaltmaq xassəsinə malikdir. Bunun üçün ev şəraitində yaraya sürtmək üçün yarpağın
ovuntusundan məlhəm hazırlamaq olar. Bu məqsədlə qozun quru yarpağının ovuntusundan 15 qram götürülür,
ona 100 qram günəbaxan yağı qatılır, 7 gün keçdikdən sonra həmin qarışıq su hamamında 30 dəqiqə qaynadılır.
Sonra ona 15 qram mum əlavə edilir və soyuyana qədər qarışdırılır.
Xalq təbabətində sıraca (xərazir) və raxit xəstəliklərinin müalicəsində də qoz yarpağından geniş istifadə
edilir (Zemlinski, 1958).
Qoz ağacının kökünün qabığı yaxşı işlətmə dərmanı hesab edilir. Qoz ləpəsi və yağı qədim vaxtlardan bəri
xalq təbabətində özünəməxsus yer tapmışdır. Döyülmüş qoz ləpəsindən zəhər əleyhinə, onun əncirlə
qarışığından isə həzmi yaxşılaşdırmaq üçün istifadə edilirdi. Üyüdülmüş qoz qabığı ən yaxşı qankəsici hesab
edilirdi, yandırılmış qoz qabığını isə yara və xoraların üzərinə səpirdilər. Dəyirmi və lentşəkilli qurdları qovub
çıxarmaq üçün qoz ləpəsini səhər acqarına yemək lazımdır. Soliteri (yastı qurd) qovmaq üçün isə 30-60 qram
qoz yağını şəraba qatıb qəbul etməlidir. Qoz yağı sidikdaş xəstəliyi üçün çox faydalıdır. Göz konyuktivi
xəstəliyi zamanı hər gün gözə bir neçə damcı qoz yağı damızdırmaq kifayətdir. Bu yağ qulaq iltihabı zamanı da
kara gəlir. Ondan həm də işlətmə dərmanı kimi, yanığa və gecsağalan yaralara sürtmək üçün də istifadə edilir.
310
Adi qozdan alınan preparatı, məlhəm və su-spirt məhlulu şəklində (kompress, yaxalama) dəri vərəmi
xəstəliyinin, həmçinin stafilakok və strepmokok bakteriyaları ilə zədələnmiş dərinin müalicə olunmasında
istifadə edilir. Qoz ləpəsi yağ, zülal və amin turşuları ilə zəngin olduğundan tez həzm olunur.
Xəstələr üzərində aparılan klinik müşahidələrdə müəyyən edilmişdir ki, qoz ləpəsi mədə seksiyasına faydalı
təsir göstərərək onu normaya salır. Yüksək mədə turşuluğu olan xəstələr 50 qram ləpəni 10 gün müddətində
qəbul edərsə, turşuluq normaya düşür. Müşahidələr göstərmişdir ki, 25, 50, 75 və 100 qram qoz ləpəsini bir
dəfəyə yedikdə də turşuluq aşağı düşür. Göstərilən miqdarda ləpəni aşağı mədə turşuluğu olan xəstələr qəbul
etdikdə əksinə, turşuluq qalxaraq normaya düşür. Qoz ləpəsi mədə fəaliyyəti pozğunluğunu və mədənin ağrısını
zəiflədir.
İngiltərədə qoz ləpəsindən şəkər diabeti və ateroskleroz, Çində isə böyrək daşı xəstəliklərinin müalicəsində
istifadə edilir.
Adi qozun ləpəsinin tərkibində 58-77 faiz yağ, 12-25 faiz zülal, 5-25 faiz karbohidratlar, 0,3 milliqram
askorbin turşusu vardır. Odur ki, qozun ləpəsi yüksək kaloriyə malik olub həmin miqdarda mal ətinin
kalorisindən 7 dəfə artıqdır. 1 kiloqram qoz ləpəsinin 6120 kilokalori qidalığı vardır və ya onun verdiyi
kalorinin miqdarı 7 kiloqram kartofun və ya 15 kiloqram südün, yaxud 1 kiloqram mal əti və 2 kiloqram buğda
çörəyinin birlikdə verdiyi kaloriyə bərabərdir. Məhz buna görə də İ.V.Miçurin adi qozun meyvəsini «gələcəyin
çörəyi» kimi də qiymətləndirmişdir. K.Y.Sialkovski isə qoz ağacını gələcəyin bitkisi, bəzi alimlər isə həyat
ağacı adlandırmışdır. Qozun ləpəsindən əldə edilən yağ çox qiymətli və keyfiyyətli olub yeyinti, ətriyyat və lak-
boyaq sənayesində istifadə olunur. Bütün bunlarla yanaşı, qoz ağacının yarpaqlarının buraxdığı ətirli efirli
maddələr sağlam hava şəraiti yaradaraq mühüm müalicəvi əhəmiyyətə malikdir.
Yuxarıda deyilənlər göstərir ki, qoz ağacı respublikamızda bitən əksər ağaclardan gəlirli və insan üçün çox
faydalıdır. Odur ki, onun meşələrini və bağlarını artırmaq günün vacib problemi hesab edilməlidir.
- Cökə ağacının çiçəkləri bir sıra müalicəvi xassələrə malik olub əczaçılıqda və xalq təbabətində geniş
işlədilir. Ağac çiçək açdığı dövrdə onun çiçəklərini toplayır, qurudur və müalicə məqsədilə dəmləyib içirlər.
Cökənin çiçəkləri olduqca xoşətirli, fitonsid xassəlidir. Tərkibində efir yağı (0,05 faiz), mum, şəkər, aşılayıcı
turşular, qlükozid, zülal və sarı piqmentə təsadüf edilir. Cökə çiçəyi bir sıra dərman preparatlarının və bəzi
markalı likörlərin tərkibinə daxil edilir. Ətriyyat sənayesində ondan efir yağı alınır, onun tərkibində olan fonezol
odekolon və duxilərin ətrini saxlayır. Bu qiymətli xüsusiyyətlərinə görə cökənin çiçəkləri aptek idarələri
tərəfindən tədarük olunur.
Qabıqdan təmizlənmiş cökə toxumunun tərkibində 33 faiz badam yağı tamını verən qiymətli, qidalı yağ
olur. Fiziki xassəsinə görə xörək yağı sayılır. Bu yağ təbabətdə də çox qiymətlidir.
- Saqqızağacın meyvəsi yeməlidir. Qovrulmuş halda istifadə olunur. Məişətdə fındığı, qozu və badamı
əvəz edir. Xalq təbabətində qədimdən işlənir. Zəngilan rayonunun Vejnəli, Bartaz və digər kəndlərində
saqqızağacının meyvəsindən şorba bişirirlər. Burada bu meyvəyə çəttəquş deyirlər. El arasında əhalinin
qədimdən işlətdiyi «Bir dağarcıq çəttəquşum var, elə bil bir küpə yağım var» məsəli saqqızağacı meyvəsinin
qiymətli olduğunu bir daha təsdiq edir. Vejnəlinin qocaman sakinləri deyirlər ki, indiyədək bu kənddə heç kəs
mədə və bağırsaq ağrısından şikayət etməmişdir, səbəbi də çəttəquş meyvəsi yeməyimizdir. Talış zonasında da
saqqızağac meyvəsinin qabığını qaynadıb ondan alınan maye ilə mədə xəstəliklərini, Ərəbistanda isə
meyvəsinin yağı ilə ciyər xəstəliyini müalicə edirlər.
Məlum olduğu kimi, orqanizmin həyat fəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün
vitaminlərin olduqca böyük əhəmiyyəti vardır. İnsan və heyvanlar vitamini bilavasitə bitkilərdən və dolayı yolla
heyvan məhsullarından alır. Vitaminlərlə, xüsusən «C» vitamini ilə zəngin olan bitkilər: itburnu meyvəsi (4500
mq%-ə qədər) qoz (3000 mq%-ə qədər), çaytikanı (300-500 mq%-ə qədər), quşarmudu (220 mq%), çiyələk
(120-200 mq%). Ali bitkilərin demək olar ki, hamısında «A» provitamini olan karotin vardır. Qırmızı və sarı
meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli göbələklər «PP» vitamini, taxıl bitkiləri toxumunun
rüşeymi «B
1
», «B
2
», eləcə də «PP» vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu meyvəsindən,
konsentratlarını hazırlamaq üçün isə qozdan (yetişməmiş halda), qırmızı istiotdan, qarağat, çay tikanı və s.
bitkilərin meyvəsindən istifadə edilir. Bitkilərin hamısında D provitamini olan sterinlər var. «E» vitamini
konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, ispanaq, adi şabalıd yarpağında, kök, balqabaq,
quşarmudu, pomidorda çoxlu «K» vitamini, itburnu və sitrus bitkilərinin meyvəsində isə «P» vitamini olur.
Müxtəlif vitaminlərə insanın gündəlik tələbatı müxtəlifdir. 19.6 saylı cədvəldə ayrı-ayrı vitaminlərin meyvə
və tərəvəzlərdə miqdarı və insanın onlara gündəlik tələbatı verilir. Cədvəldən göründüyü kimi, insan orqanizmi-
nin ən çox «C» vitamininə, sonra isə «PP» və «B
3
» vitamininə ehtiyacı vardır.
Dostları ilə paylaş: |