fitonsid adlandırdı. Fitonsid iki söz birləşməsindən ibarət olub «fiton» yunanca «bitki», «sedere» isə latınca
«öldürücü» deməkdir. Müəyyən edilmişdir ki, fitonsid adlanan bu maddələr antibiotik xassəsi daşıyıb havadakı
bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır.
Hazırda fitonsid maddələri üzrə hərtərəfli elmi tədqiqat işləri aparılır. Aydın olmuşdur ki, təbiətdə fitonsid hadisəsi
geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və
göllərin suyunda da fitonsidli bitkilərə rast gəlinir.
Ağaclar daha güclü fitonsid xassələri daşıyır. Bu məsələ haqqında aşağıda geniş məlumat veriləcəkdir.
K.A.Timiryazev qeyd etmişdir ki, «Bitki-Günəşlə Yer arasında vasitəçidir. O, həqiqi mənada odu
səmadan oğurlamış Prometeydir (qədim yunan mifologiyasında odu allahlardan oğurlayıb insanlara gətirmiş
titan). Bitki tərəfindən «oğurlanan» günəş şüaları böyük buxar maşınının nəhəng nizam çarxını, rəssamın
fırçasını, şairin qələmini də hərəkətə gətirir».
Seleksiya işlərinə cəlb olunan yabanı bitki növləri olduqca qiymətli kənd təsərrüfatı bitki sortlarının
yaradılmasında ilkin material vəzifəsini görmüş və hazırda da görməkdə davam edir.
Bitkilər üzərində daim müşahidə aparan insan üçün hələ ən qədim zamanlardan bəri, bitki kompas rolunu
oynayaraq, yerdə (ərazidə) ona səmtin (oriyentrin) və vaxtın göstəricisi olmuşdur. Bəzi bitkilər vaxtın kifayət
qədər düzgün göstəricisi olmuşlar. Digər bitkilər barometr və hiqrometr funksiyasını yerinə yetirmiş, şirin və
duzlu suyun indiqatoru olmuşdur. Hazırda geoloqlar, hidroloqlar, yer quruluşu işçiləri, torpaqşünaslar,
iqlimşünaslar, meşəçilər, arxeoloqlar və b. öz tədqiqatlarında və praktiki fəaliyyətlərində indiqator-bitiklərdən
istifadə edirlər. Məsələn, bitkinin köməyilə almazı gizlədən kimberlit borusu aşkar edilir. Bitki torpağın
münbitliyini göstərən indiqator vəzifəsini görə bilir.
Faydalı əhəmiyyəti ilə müqayisədə bitki örtüyünün mənfi cəhətləri olduqca azdır. Məsələn, bəzi yabanı
bitkilər şum sahələrində və otlaqlarda alaq kimi bitir. Bəzi yerlərdə su hövzələrini və suvarma kanallarını örtən
bitkilərlə mübarizə aparmaq lazım gəlir. Bəzən suyun kütləvi olaraq bitkilərlə örtülməsi göllərdə yay dövründə
balıqların qırğınına səbəb olur. Bitkinin insana digər zərərli təsirləri də məlumdur, məsələn, zəhərlənmə, göbələk
xəstəliyi, gəmilərin altlığını, yolları ot örtüyü basması və s.
Lakin zərərli sayılan bitkilərin gələcəkdə insan üçün əhəmiyyətli olacağını qabaqcadan bilmək çətindir. Bu
gün faydasız və zərərli hesab olunan bitki növlərinin çox vaxt sonralar əhəmiyyətli olması aşkar edilir. Belə ki,
zəhərli pas göbələkləri bəşəriyyətə antibiotiklər bəxş etdi, faydasız sayılan bir çox bakteriyalar isə bəzi faydalı
qazıntıların texnologiyasında bəşəriyyətə xidmət edir və s.
Hazırda mövcud olan orqanizmlərin genetik fondu təkamülün çox qiymətli hədiyyəsidir və elmi-texniki
tərəqqinin istiqaməti bu genefondun düzgün istiqamətindən asılıdır.
19.1. Meşə örtüyünün ətraf mühitə təsiri
Meşə ətraf təbii mühitin tərkib hissəsi olub onun inkişafında və mühafizəsində mühüm rol oynayır. Ekoloji
287
sistem kimi meşə müxtəlif funksiya daşımaqla yanaşı, həm də əvəzedilməz təbii resurs hesab olunur. Dünya
alimlərinin tədqiqatları ilə təsdiq edilimşdir ki, təbii mühitdə ekoloji tarazlığın saxlanmasında meşə olduqca
böyük əhəmiyyətə malikdir. Mütəxəssislərin fikrincə, meşənin mühitqoruyucu funksiyası, yəni flora və faunanın
qorunub saxlanması xammal kimi iqtisadi əhəmiyyətindən də qat-qat yüksəkdir.
Meşənin ətraf təbii mühitə təsiri olduqca müxtəlif olub, qismən aşağıdakılardan ibarətdir:
•
planetdə oksigenin əsas «tədarükçüsü» hesab olunur;
•
öz tutduğu yerin və ətraf ərazilərin su rejiminə bilavasitə təsir göstərir və su balansını nizama salır;
•
iqlimi mülayimləşdirir və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə səbəb olur;
•
quraqlıq və quru küləklərin mənfi təsirini azaldır, sovrulan qumların hərəkətini saxlayır;
•
atmosferin kimyəvi çirkləndiricilərinin bir hissəsini udur və dəyişdirir;
•
torpağı su və külək eroziyasından qoruyur, sel, sürüşmə, sahillərin uçması və digər əlverişsiz təbiət
proseslərinin qarşısını alır;
•
normal səhiyyə-gigiyena şəraiti yaradır, insanın əhvali-ruhiyyəsinə xeyirli təsir göstərir, böyük
rekreasiya əhəmiyyəti daşıyır.
Meşəçilərin Beynəlxalq konfransının şüarında (çağırışında) (Hindistanda) meşənin pozitiv ekoloji rolu belə
səslənir:
«Meşə – sudur, su – məhsuldur, məhsul - həyatdır».
XX əsrin əvvəlində Yer üzərində meşənin sahəsi təxminən 5 mlrd. ha təşkil etmişdir. H.F.Reymersin
məlumatına əsasən 1990-cı ildə meşənin ümumi sahəsi 2435 mln. ha təşkil etmişdir. Onun 105 mln. ha (48,4%)
tropik qurşağın, 1233 mln. ha (51,6%) isə mülayim qurşağın payına düşür.
Meşə bitkiləri fotosintez prosesində karbon qazını parçalayır, ondan həyat fəaliyyəti prosesləri üçün lazım
olan karbonu alır və atmosferə oksigen ayırır. Beləliklə, ağaclar işlənmiş (istifadə edilmiş) havanın həyatverici
gücünü bərpa edir. Bu proses ağaclığın məhsuldarlığından asılıdır, meşə yaxşı inkişaf edirsə, oksigeni çox ayırır
və karbon qazını tez udur. Məsələn, 1 ha ən yaxşı meşə sahəsi hər il 4,6-6,5 ton karbon qazı udur və bu zaman
3,5-5,0 ton oksigen ayırır. Bu proses meşənin tərkibindən də asılıdır. Əgər 1 ha küknar meşəsinin karbon qazını
udma qabiliyyətini 100% qəbul etsək, onda yarpaqlı meşə üçün bu göstərici 120%, şam meşəsi üçün 160%,
cökə meşəsi üçün 250%, palıdlıq üçün 450, süni qovaq meşəsi üçün 700% olar.
Planetar miqyasda atmosferin oksigen balansını stabilləşdirmədə şimal yarımkürəsinin boreal iynəyarpaqlı
(şam, küknar, ağşam, qaraşam), tropik və subtropik həmişəyaşıl yarpaqlı meşələri ən böyük rola malikdir.
Meşələr Yer üzərində ən iri ekosistemlər əmələ gətirir. Burada planetin üzvi maddələrinin böyük hissəsi
toplanır, sonralar onlar bəşəriyyət tərəfindən şəxsi ehtiyacları ödəmək üçün və insanın təsərrüfat fəaliyyəti
prosesində biosferin itirilmiş komponentlərinin bərpasında istifadə olunur.
Akademik H.Ə.Əliyev «Həyəcan təbili» (2002) kitabında meşəni Yer kürəsinin «kəməri» kimi
təsəvvür edir və yazır ki, «bu yaşıl kəmərsiz bəşəriyyət yoxdur».
Meşələr atmosferin kimyəvi, xüsusilə qazşəkilli çirklənməsini dəyişdirir, iynəyarpaqlılar daha çox
oksidləşmə qabiliyyətinə malikdir. Bununla yanaşı, meşə sənaye çirklənməsinin bəzi komponentlərini udma
qabiliyyətinə malikdir. Bəzi bitkilər atmosferin çirklənməsinin indiqatorları hesab olunur.
Fotosintez prosesində bir çox ağac, kol və ot bitkiləri böyük aktivliyə malik olan xüsusi kimyəvi
birləşmələr ayırır. Alimlər təbii meşələrin havasında 300-dən artıq müxtəlif adlı kimyəvi maddələr, müxtəlif
ətirli birləşmələr, efir yağları aşkar etmişlər. 1 ha yarpaqlı meşə 2 kq, iynəyarpaq meşə isə 5 kq maddə ayırır.
Yuxarıda qeyd edildiyi kimi. ağaclar daha güclü fitonsid xassələri daşıyır. Odur ki, meşələr insanların
əvəzedilməz sağlamlıq mənbəyidir. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, palıd, cökə, tozağac meşələri
xəstəlik törədən virusları, mikrobları aloye, sarımsaq, soğan və istiotdan da tez məhv edir. Ona görə də
yaşıllıqları havanın «sanitarı», fitonsidləri isə havanın «vitamini» adlandırırlar.
Fitonsid buraxan 40-a qədər ağac və kol növü aşkar edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus
təsiredici xassəsi vardır. Şam ağacının fitonsidləri vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağ şamın fi-
tonsidi difteriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc
ağacının fitonsidləri difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Bir hek-
tar ardıc meşəsi sutkada 30 kiloqram fitonsidli efir yağı buraxır. Bu orta böyüklükdə olan bir şəhərdə havanın
xəstəlik törədici mikroblardan təmizlənməsi üçün kifayətdir. Müəyyən edilib ki, şəhər havasının bir
kubmetrində mikrobların sayı həmin həcmdə meşə havasından 150-200 dəfə çox olur. Ardıc, şam, sidr və palıd
meşələrində mikrob yox dərəcəsindədir.
Ağcaqayın, qovaq, tozağacı, sərv fitonsidləri 20-25, şam, ardıc və dəfnə ağacınınkı 15, qoz 18, vələs və
288
saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidləri isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir.
İynəyarpaqlı ağaclar bütün il boyu, enliyarpaqlı ağaclar isə yalnız yarpağı olan dövrdə havaya fitonsid
ayırır. Bitkilərin iyulda havaya buraxdığı fitonsidlərin miqdarı oktyabra nisbətən 60-70 faiz çox olur.
Bitkinin mikroböldürücü təsirinə aid maraqlı bir misalı çəkmək yerinə düşərdi:
1535-ci ildə Jak Kartenin Nyufaundlend adasına (Kanada) səfəri zamanı ekspedisiyanın 110 üzvündən 100
nəfəri sinqa xəstəliyinə tutulur və onlardan 26 nəfəri dərhal ölür. Qalanları isə çox pis vəziyyətə düşürlər.
Əlacsız qalan xəstələr allaha dua edib nicat diləyirlər. Nəhayət onlar şəfanı şam ağacının iynələrində tapırlar:
hindlilərin məsləhətinə əsasən xəstələr şam ağacının iynələrinin suyunu içəndən bir neçə gün sonra tamamilə
sağalırlar. Bu hadisədən sonra Jak Karte şam ağacını «həyat ağacı» adlandırmışlar.
Mütəxəssislər təyin etmişlər ki, günün ayrı-ayrı saatlarında da bitkilər havaya müxtəlif miqdarda fitonsid
ayırır. Belə ki, səhər 8-ə kimi bitkilərin havaya buraxdığı fitonsidlərin miqdarı gündüz saatlarına nisbətən 3,5
dəfə az olur. Saat 11-16 radələrində fitonsidlərin miqdarı daha da çoxalır və həmin müddət ərzində demək olar
ki, dəyişmir. Axşamçağı saat 19-dan sonra fitonsidlərin miqdarı gündüzə nisbətən 7 dəfə azdır.
Bitkilərin buraxdığı «vitaminlər»in miqdarı iqlim amillərindən asılı olaraq da dəyişir. Havanın temperaturu
20-25
0
C-yə qədər yüksəldikdə fitonsidlərin sıxlığı 1,8 dəfə çoxalır. Havada nəmlik 15%-ə qədər artdıqda isə
fitonsidlərin miqdarı 1,2 dəfə azalır.
Bundan belə nəticəyə gəlmək olar ki, meşəyə, parka yay aylarında günorta saatlarında və günəşli günlərdə
gəzişməyə çıxmaq sağlamlıq üçün daha çox faydalıdır.
Alimlərin fikrincə bitkilərin fitonsid xassələrindən yalnız təbii şəraitdə deyil, həm də bütün yaşayış
yerlərində istifadə etmək olar. Yaşayış binalarında yaşıl bitkilər ətraf mühitin mikroiqlimini saflaşdırır. Otaqlar-
da becərilən bitkilər havanı mikroorqanizmlərdən təmizləyir, oksigenlə zənginləşdirərək sağlamlaşdırır, infek-
siyaya qarşı orqanizmin möhkəmliyini artırır. Bu istiqamətdə təcrübə aparan tədqiqatçılar bir çox bitki növlərini
otaq şəraitində becərmək üçün məsləhət görür. Bunlardan beqoniya, novruzgülü, ətirli pelarqoniya, eyxaris, qip-
peastrum, fikus, filodendron, bəzi qıjı növləri, ağacşəkilli aloye, südləyən kandelyarum fitonsid təsirinə görə ən
fəal bitki növləridir. Bu təcrübələr istehsalat və digər binalarda daxili yaşıllaşdırma işlərinə geniş perspektiv
açır. Belə bitkilər becərilən otaqlarda qış fəslində də yazın, yayın ətri duyulur.
Hazırda istehsalat müəssisələrinin örtülü otaqlarında, sexlərdə, zavod və fabriklərin ərazilərində gözəl bağlar,
güllüklər yaradılır. Bu baxımdan, Bakı məişət kondisionerləri zavodunun işi diqqətəlayiqdir. Zavodun ərazisini 12
mindən artıq müxtəlif ağac növü, 18 min ədəd dekorativ kol, 20 min gül, çiçək bəzəyir. Yaşıl ağacların sahəsi 20 hektara
çatır. Bütün bunlar həm sexləri, həm də zavodun ərazisini bəzəyərək əlverişli bioiqlim yaradır, səs-küyü azaldır, hər bir
adamda xoş əhvali-ruhiyyə, sevinc, gümrahlıq oyadır, əmək məhsuldarlığının yüksəlməsinə kömək edir. Məhz buna
görə də 1980-ci ildə Tolyattidə keçirilən sənaye müəssisələrinin yaşıllaşdırılması üzrə təcrübə mübadiləsinə həsr
olunmuş ümumxalq müşavirəsində respublikamızı Bakı məişət kondisionerləri zavodu təmsil etmişdir.
Həkimlər ürək-damar xəstəliklərinə palıd və digər meşələrin faydalı təsirini çoxdan müşahidə etmişlər.
Palıd meşələri təsir göstərdikləri şəraitdə xəstələrin müalicəsində ümumi dərman preparatları daha effektli nəticə
vermişdir. Ağır xəstələr üçün isə otaqlarda xüsusi «meşə komfortu» yaradılır. Bu məqsəd üçün «Aerofit» cihazı
köməyə gəlir. Bitkilərin hissələri bu cihazda qarışdırılır, ondan alınan fitonsidlər otağa dolur. Hipertoniya
xəstəliyinin bütün mərhələlərində palıd yarpaqlarından istifadə etmək olar.
İstehsalat müəssisələrinin otaqlarında da mikrobları məhv etmək üçün «Aerofit» cihazını işlətdikdə yaxşı nəticə
alınır. Gigiyena və profilaktika məqsədilə iynəyarpaqlı ağacların iynələrindən istifadə etdikdə daha effektli olur.
Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəli maddələri deyil, onların gövdəsinin, meyvə və
giləmeyvələrinin şirələri də güclü antimikrob, yəni fitonsid xassələrinə malikdir. Odur ki, bitki şirələri də
qiymətli sağlamlıq mənbəyi sayılır. Son zamanlar aydın olmuşdur ki, tünd rəngli meyvə və giləmeyvələrin
şirələri daha çox antimikrob xassəsi daşıyır. Bu istiqamətdə aparılan təcrübələr göstərmişdir ki, qırmızı və qara
üzüm sortları ağ üzümə nisbətən qırmızı çuğundur isə ağ çuğundura nisbətən mikrobları daha tez məhv edir. Bu
cəhətdən qaragilə və qara qarağat giləmeyvələrinin şirəsi daha üstün yer tutur.
Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq üçün də fitonsidlərdən istifadə olunur. «Fi-
tonsidli» kağızlara bükülmüş alma, armud, limon, mandarin və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə tutulur.
Məşhur torpaqşünas V.V.Dokuçayev apardığı tədqiqatlarının nəticələrindən belə qənaətə gəlir ki, meşə
rütubətin etibarlı toplayıcısı, qoruyucusu və ədalətli paylayıcısıdır (bölüşdürücüsüdür). Yağış suları əvvəlcə
ağacların budaqlarına düşür, sonra onlardan yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən
torpağa keçir və onun dərin qatları ilə çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü
leysanlar zamanı meşəyə düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın
yarıdan çoxu səthlə axıb gedir.
289
Dağlarda və dərə-təpəli relyef şəraitində su axımının nizama salınmasında meşə xüsusilə böyük rol oynayır.
Qoruyucu meşə zolaqları axını, hidroloji rejimi nizamlayır, mikroiqlimi yaxşılaşdırır, bitişik əraziləri
ziyanlı quru küləklərdən, quraqlıqdan və tozlu tufanlardan mühafizə edir.
H.Ə.Əliyev «Həyəcan təbili» kitabında yazır: «Meşə, su, var-dövlət, bolluq deməkdir. Ərazisinin 25-
30%-i meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq təhlükəsi yaranmaz, tarlalardan daim sabit və
yüksək məhsul götürülür. Elə buna görə də respublikamızda meşələrin sahəsini genişləndirməyə böyük
ehtiyac var» (səh. 25). Meşə planetin biosferində və onun atmosferinin tərkibində gedən təbii proseslərin
nizamlanmasında sabitləşdirici funksiyanı yerinə yetirir.
Cədvəl 19.1
Kontinentlər üzrə meşə sahələrinin azalması və səbəbləri
(FAO və digər mənbələrə əsasən)
Kontinent
(materik)
Meşə ilə örtülü
sahə
mln. ha
Azalma sürəti,
il ərzində
Əsas səbəbi
1 2 3 4
Asiya 600
2-4
mln
Qırma, otarma
Afrika 730 2-4
mln
Qırma, otarma
Latın Amerikası 990
5-10
mln Qırma
Şimali Amerika
580
40 min
Çirklənmə
Avropa 150 12
min
Çirklənmə
Hərtərəfli əhəmiyyətinə baxmayaraq bütün dünyada meşələr məhv edilərək kənd təsərrüfatı bitkiləri və
otlaq sahələrinə çevrilir, geniş ərazilərdə yanğınlara məruz qalır. Hazırda planetimizdə qlobal miqyasda
meşəsizləşdirmə baş verir (cədvəl 19.1). Meşələrin məhv edilməsi lokal, regional və qlobal səviyyələrdə iqlimin
dəyişməsinə, bitki örtüyünün və heyvanat aləminin bioloji müxtəlifliyinə neqativ təsir göstərir.
Meşəsizləşdirmə karbon qazının udulma kanallarının itməsinə, enerji, su, qlobal bioloji tsiklin biogen
elementlərinin dövranının dəyişməsinə səbəb olur, atmosferin kimyəvi tərkibinə təsir göstərir.
Meşəsizləşdirmə biosferin davamlığını aşağı salır, daşqınların, sellərin, su eroziyasının, tozlu tufanların,
quraqlıq və quru küləklərin dağıdıcı gücünü artırır, səhralaşma prosesini tezləşdirir.
Meşənin, ekosferin sabitləşməsində ümumdünya rolu onun qorunmasına qlobal yanaşmağı tələb edir.
Meşəni dayanıqlı vəziyyətdə saxlamaq və yaxşılaşdırmaq məqsədilə bu sahədə beynəlxalq əməkdaşlığın əsas
prinsiplərini və mexanizmini təyin edən Beynəlxalq konvensiya hazırlayıb qəbul etmək lazımdır.
19.2. Təbii otlaqların vəziyyəti
Quru səthinin onda bir hissəsini əkin sahələri tutur, lakin təbii otlaqların ərazisi əkin sahələrindən iki dəfə
artıqdır. Otlaqlar əsasən ya quru əraziləri, ya çox dik yamacları, yaxud da əkinçilik üçün yararsız, münbit
olmayan əraziləri tutur. Yer səthinin beşdə bir hissəsini tutan bu otlaq sahələrində 3,3 mlrd. baş iri buynuzlu
mal-qara, qoyun və keçi otarılır (cədvəl 19.2). Bu gövşəyən heyvanlar mürəkkəb həzm sisteminə malik olub,
kobud yemləri ətə və südə çevirməyə imkan yaradır.
Mövcud məlumatlara əsasən planetimizdə 180 mln adam öz ev təsərrüfatında yaşayışını təmin etmək üçün
mal-qara saxlayır. Bir sıra Afrika ölkələrinin iqtisadiyyatı maldarlıqdan olduqca asılı olub, əhalisini həm
ərzaqla, həm də işlə təmin edir. Yaxın Şərq, Mərkəzi Asiya (Monqolustan daxil olmaqla), şimal-qərbi Çin və
Hindistanın bir çox rayonlarının əhalisi də dünyada daha çoxlu miqdarda gövşəyən heyvanlar saxlayaraq,
onlardan süd, ət və yanacaq almaqla yanaşı, həm də çəkici iş qüvvəsi kimi istifadə edirlər.
Dünyanın digər hissələrində otlaqlardan iribuynuzlu mal-qara təsərrüfatları altında istifadə olunur.
Avstraliyada torpaqların əksər hissəsi otlaqlar altında olub, qoyunların miqdarı 117 mln təşkil edir. Bu, dünyada
ən böyük sürü hesab olunub, hər sakinə altı baş qoyun düşür. Argentina, Braziliya, Meksika və Uruqvayın
iqtisadiyyatı əsasən iribuynuzlu mal-qara saxlamaq istiqamətində inkişaf edir, bunun üçün də əsas rasion ot
sayılır. Şimali Amerikanın Böyük düzlərində taxıl üçün yararsız sahələr də iri buynuzlu mal-qara üçün otlaq
kimi istifadə olunur.
290
Gövşəyən heyvanlar, insanlar üçün ət və süd verməklə yanaşı, həm də dəri və yun mənbəyidir. Dəri və yun
məmulatlarının istehsalı milyonlarla insanların yaşaması üçün gəlir mənbəyi sayılır. Lakin bu sahələr də onlara
xammal verən otlaqlardan asılıdır.
Cədvəl 19.2
Ölkələr üzrə gövşəyən ev heyvanlarının miqdarı
(2000-ci il üçün), mln. baş
Ölkə
İri buynuzlu mal-qara və
kəl
Qoyun və keçilər
1 2
3
Avstraliya 26 117
Argentina 55 17
Banqladeş 24 35
Braziliya 169 31
Böyük Britaniya
11
45
Hindistan 313 181
Çin 127
279
Meksika 30 16
Nigeriya 20 45
Pakistan 45 72
Rusiya 28 16
ABŞ 98 9
Fransa 20 11
Efiopiya 35 39
Qalanlar 509 868
Cəmi 1510
1780
Mənbə: FAO, FAOSTAT Statistics Databuse,
updated 2 may 2001
Planetar miqyasda demək olar ki, otlaqların yarısı bu və ya digər dərəcədə deqradasiyaya məruz qalmışdır.
ABŞ-ın Daxili İşlər Nazirliyinin dövlət torpaq idarəsi üzrə Bürosu 2000-ci ildə dövlət otlaq torpaqlarının
təftişini həyata keçirdi. Təftişin nəticələri göstərdi ki, təbii otlaqların yalnız 36%-i yaxşı vəziyyətdədir, qalanları
isə orta və ya pis vəziyyətdədir.
Digər regionların otlaqlarının vəziyyətinin pisləşməsi haqqında məlumat az olsa da, Afrikanın misalından
aydın olur ki, mal-qaranın miqdarı ilə əhalinin sayının nisbəti uyğun gəlir. 1950-ci ildə 238 mln Afrika
əhalisinin 273 mln baş ev mal-qarası olmuşdur. 2000-ci ildə isə burada 794 mln əhali 680 mln ev mal-qarasına
malikdir. Bu kontinentdə daima taxılın çatışmazlığı hiss olunur, odur ki, burada olan 230 mln baş iribuynuzlu
mal-qara, 241 mln qoyun və 209 mln keçi seyrək otları didməklə yarpaq və zoğlarla qidalanır, mövcud ot örtüyü
onların yemlənməsi üçün iki dəfə azlıq edir.
İran Yaxın Şərqin ən sıx əhalili ölkəsi olub, 70 mln əhali yaşayır və burada otlaqlar hədsiz yüklənir. Burada
iri buynuzlu mal-qaranın sayı 8 mln baş, qoyun və keçilərin sayı isə 81 mln baş hesablanır və onlar əfsanəvi
xalça toxuculuğunun mənbəyi (xammalı) hesab olunur. Lakin ölkədə qoyun və keçilərin miqdarı insanın sayını
keçdiyindən (insanlar əsasən qoyun əti ilə qidalanır) otlaqlar mal-qaranı yemlə təmin edə bilmir və deqrada-
siyaya uğrayır.
Çində də belə problem mövcuddur, ölkənin şimal-qərbində 1978-ci ilin iqtisadi reformasından sonra ev
mal-qarasının miqdarı xeyli artmışdır və hazırda onlar üçün otlaq çatışmır. Məsələn, Qonq vilayətində yerli ot-
laqlar hesablamaya görə 3,7 mln qoyunu yemlə təmin etməyə qadirdir, lakin 1998-ci ilin sonunda onların sayı
5,5 mln-a çatmışdır, bu isə otlaqların imkanından xeyli çoxdur. Bunun nəticəsində ot örtüyü kasatlaşır, seyrəlir,
nəticədə otlaqlar səhraya çevrilir.
Hazırda bütün inkişaf etməkdə olan ölkələrdə mal-qaranın yemə olan tələbatı mövcud otlaqların dayanıqlı
ehtiyatından yüksəkdir. Hindistanda 2000-ci il üçün lazım olan yemin miqdarı 700 mln ton olduğu halda,
mövcud otlaqlar yalnız 540 mln ton yem verməyə qadirdir. Hindistanın torpaqdan istifadə Milli şurası xəbər
291
verir ki, Radcastan və Karnataka ştatlarında yüksək dərəcədə pozulmuş kənd təsərrüfatı sahələrində
heyvandarlığın yemə olan tələbatı yalnız 50-60% ödənilir, bu isə mal-qaranın məhsuldarlığını aşağı salır.
Otlaqlardan hədsiz istifadə edilməsi ilə əlaqədar torpağın gücdən düşməsi iqtisadiyyata böyük ziyan vurur.
Otlaqların deqradasiyasının (tapdanmasının) ilk mərhələlərində torpağın məhsuldarlığının artırılmasına xərclər
çoxalır. Deqradasiya prosesləri davam etdirildikdə bitki örtüyü dağılır, bu isə torpağın eroziyasına səbəb olaraq
tam yararsız hala salır. Yerin quraqlıq regionlarının BMT tərəfindən qiymətləndirilməsi göstərdi ki, otlaqların
deqradasiyası ilə əlaqədar mal-qaranın məhsuldarlığının aşağı düşməsi nəticəsində 1990-cı ildə ümumi itkinin
miqdarı 23 mlrd dolları keçmişdir (cədvəl 19.3).
Cədvəl 19.3
Dostları ilə paylaş: |