20.4. QURAQLIQ ƏRAZİLƏRİN SUVARILMASI VƏ
İNSAN SAĞLAMLIĞI
Suvarma əkinçiliyinin hüdudu yağıntıların cəmi ildə 250-500 mm düşən ərazilərə uyğun gəlir. Bu həm təbii
(yağıntının rejimi, buxarlanmanın intensivliyi və b.), həm də sosial-iqtisadi faktorlarla təyin edilir. İnkişaf
etməkdə olan ölkələrdə suvarma əsasən yağıntıların cəmi çox az olan rayonlarda aparılır. Məsələn, yaxın Şərqdə
suvarma yağıntılar 250 mm və daha az düşən ərazilərdə aparılır. ABŞ-da yağıntıların illik cəmi 350-400 mm-
dən artıq olduqda suvarmanın aparılması məqsədəuyğun hesab edilmir. ABŞ-da suvarma həm quraqlıq qərb, az
miqyasda cənubi-qərb, həm də kifayət qədər, lakin qısa müddətli yağıntı düşən, şərq ştatlarında aparılır. Burada
suvarma əsasən sənaye meyvəçilikdə və tərəvəzçilikdə aparılır.
Su təsərrüfatı və əkinçiliyin düzgün olmayan metodlarla aparılması ilə əlaqədar bataqlaşma və təkrar
şorlaşma kimi neqativ nəticələri istisna etsək, suvarma yer səthi havasında və torpağın üst qatlarında bitki üçün
əlverişli istilik və rütubət nisbəti yaradır, yüksək temperaturun və bitki vegetasiyasının ayrı-ayrı dövrlərində
rütubət çatışmazlığını aradan qaldırır. Suvarma torpaqların mikroiqlimini və su rejimini dəyişir: radiasiya
balansı yüksəlir, torpağın nəmliyi və onun səthindən, həmçinin bitkinin özündən buxarlanma çoxalır, havanın
rütubətliyi artır, havanın və torpağın temperaturu aşağı düşür. Biokimyəvi proseslərin intensiv gedişi üçün şərait
340
yaranır, torpağın münbitliyi artır. Hidroloji və hidrogeoloji şəraitin dəyişməsilə bitki örtüyü də dəyişir. Kanal
boyu zəngin hidrofil və mezofill bitki örtüyü inkişaf edir, ağac bitkiləri peyda olur, yerli fauna yeni növlərlə
zənginləşir, yerli növlərin əksəriyyətinin sayı çoxalır, lakin onların bir hissəsi, xüsusən kserofillər sıradan çıxır
və sayı azalır. Vahələrdə çoxlu miqdarda həm təsərrüfat üçün faydalı, həm də zərərli heyvanlar və həşəratlar
toplanır.
Kanalların sahili boyu qarğı, qamış və cil bitkiləri ilə zəbt olunan sahələrdə müxtəlif rütubətsevən
gəmiricilər geniş məskunlaşır.
Avropanın bozqır zonasında hər cür suvarma üsulları nəticəsində sahələrdən ilk növbədə gəmiricilərin
bozqır, kserofit növləri (ərəb dovşanı, çöl siçanı, cənub siçanı və s.) sıxışdırılır. Şırımlarla suvarma aparılan
çəltik tarlalarında ev siçanı məskunlaşır. Səthi suvarma aparılan sahələrdə, zolaqlar boyu ev siçanı, meşə siçanı,
adi çöl siçanı, pis planirovka aparılan yerlərdə və zolaq boyu təpəciklərdə isə sünbülqıran qalır. Drenaj suvar-
mada bu növlərə boz dağ siçanı da əlavə olunur. Səthi suvarma aparılan sahələrdə torpaq quruduqdan sonra ev
siçanı və meşə siçanı yenidən qayıdır, həm də onların sayı burada yaxşı yem olduğundan dəmyə tarlalara
nisbətən daha çox olur.
Qaraqum kanalı tikildikdən sonra kanal boyu və ona bitişik suvarılan sahələrdə rütubətsevər faunanın
nümayəndələri (ağcaqanad, mığmığa, milçək, ev siçanı, boz dağ siçanı, lövhədişli siçovul, qırmızıquyruq qum
siçanı və b.) burada əlverişli mikroiqlim və yem şəraiti tapdığından bir çox kserofil heyvanları sıxışdıraraq uzaq
məsafələrə çəkilməyə məcbur edir.
Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının tikilməsi Şirvan, Mil, Muğan və Qarabağ düzlərinin
yarımsəhra mənzərəsini dəyişdirərək oradakı biotopların xarakterik əlamətlərini və növ strukturunu də
dəyişmişdir. Belə ki, tulyaremiya xəstəliyi infeksiyasının əsas yayıcısı olan su siçovulu suvarma kanalları ilə
yarımsəhranın dərinliklərinə soxularaq bura özü ilə tulyaremiyanın spesifik parazit daşıyıcılarını (L.muris,
H.anphibius, H.glasgowi) (Hacıyev və b., 1970) gətirdi.
Kəskin yoluxucu xəstəlik leptospirozların törədicilərinin yayıcıları olan gəmiricilər çəltik tarlalarında da
müşahidə olunur, burada onların yayılması suyun bolluğu, müxtəlif cür heyvan və bitki yeminin mövcudluğu və
yuva qurmaları üçün əlverişli yerlərin olmasıdır. Açıq suvarma kanalları şəbəkəsi inkişaf etmiş Şimali İsraildə,
su tarlalara borularla verilən ölkənin cənubuna nisbətən leptospirozdan əziyyət çəkənlər daha çoxdur. Çində lep-
tospiroz xəstəliyinə çox vaxt kənd əhalisi tutulur, onlar bu xəstəliyə əsasən çəltik tarlalarında alaq işləri və
məhsulun yığımı zamanı yoluxurlar. İtaliyanın Po çayı vadisində yerləşən əyalətlərində (Paviya, Modena, Kre-
mona, Mantuya, Balonya) çəltik tarlalarında çalışan mövsümi fəhlələr arasında hər il düyü məhsulu yığımı
dövründə leptospiroz xəstəliyinə yoluxanlar qeydə alınmışdır, çəltik tarlalarından kənar yerlərdə isə bu xəstəliyə
yoluxanlara rast gəlinmir. Leptospiroz xəstəliyinin yayıcıları həm suvarma kanallarından və ya çöldə olan və
yolkənarı gölməçələrdən xəstəliyə yoluxan ev heyvanları (iri və xırda buynuzlu mal-qara, donuz), həm də vəhşi
heyvanlar, əsasən gəmiricilər ola bilər. Bataqlıqlarda və ya bataqlaşmış su kanalları boyu yerləşən kolluqlarda,
həmçinin çox suvarılan bağlarda bu xəstəliyin yayıcı mənbəyi ev siçanları hesab olunur.
Qrunt sularının səviyyəsinin qalxması, sahil xəttinin su ilə basılması, suvarılan torpaqdan düzgün istifadə
edilməməsi müxtəlif qızdırma xəstəliyi növləri, ensefalit və ilk növbədə malyariya yoluxucu xəstəliklərinin
yayıcılarının artmasına səbəb olur. Belə xəstəliklərin yayıcılarının yayılmasında çəltik tarlalarında günəşlə yaxşı
qızdırılan dayaz su hövzələri və işin qeyri səmərəli təşkil olunması hesab edilir. Çəltik tarlası, bəzən su alaq
bitkiləri ilə birlikdə ağcaqanadların, o cümlədən Culex cinsinin ən sevimli yerinə çevrilir.
Quruducu kanalların və nasos qurğulu suqəbuledicilərin tikilməsi, lazımsız su hövzələrinin torpaqla
örtülməsi, ağcaqanadların sürfə qoyduğu yerlərin şumlanması, suvarıcıların sudan istifadə qaydalarına riayət
etməsi, həm ağcaqandların artmasının qarşısını alar, həm də kənd təsərrüfatında istifadə üçün münbit torpaq
sahələrini artırar.
Beləliklə, quraqlıq ərazilərin suvarılması deyil, onun layihələşdirilməsi, tikilməsi və irriqasiya qurğularının
istismarı zamanı buraxılan ayrı-ayrı səhvlər təbii infeksiya ocaqlarının aktivləşməsinə səbəb olur. Bu
nöqsanların aradan qaldırılması suvarılan ərazilərin sağlamlaşdırılmasına şərait yaradar.
20.5. İZAFİ RÜTUBƏTLİ VƏ BATAQLAŞMIŞ ƏRAZİLƏRİN QURUDULMASI VƏ İNSAN
SAĞLAMLIĞI
İzafi rütubətliyə malik olan və bataqlaşmış ərazilərin qurudulması müxtəlif təsərrüfat sahələrində mühüm
əhəmiyyət kəsb edir. Lazımi hidromeliorasiya və aqrotexniki tədbirləri həyata keçirməklə bu potensial zəngin
torpaqlar qiymətli kənd təsərrüfatı sahələri qrupuna keçir. Meşə təsərrüfatında bataqlaşmış ərazilərin
qurudulması ağac cinslərinin böyüməsini yaxşılaşdırmaq, tikintidə – bataqlaşmış sahənin istifadəsi və yol sal-
341
maq məqsədilə aparılır. Nəhayət izafi rütubətli və bataqlaşmış sahələrin qurudulması ərazinin
sağlamlaşdırılması və abadlaşdırılması məqsədi daşıyır.
Qurudulmuş, mədəniləşdirilmiş bataqlıqların öz mikroiqlimi formalaşır, torpağın və yersəthi havanın tem-
peraturu və havanın nisbi rütubətliyi aşağı düşür, temperaturun gündəlik amplitudu yüksəlir. Qurudulma
torpağın aerasiyasını yaxşılaşdırır, onun məsaməliyini artırır və qida maddələri ilə (nitratlarla) zənginləşməsinə
səbəb olur, bununla əlaqədar mikrobioloji proseslər intensivləşir. Qurudulma nəticəsində qrunt sularının
səviyyəsi aşağı düşür və yaz dövründə qar ərinti suları qalmır. Torpaq tez quruyur. Ərazinin mikrorelyefi və
təbii kompleksi yaxşılaşır. Rütubətlik şəraitinin aşağı düşməsi nəticəsində rütubətsevər bitki və heyvanların
əksəriyyətinin həyat şəraiti kəskin pisləşir, lakin quraqlıqsevən növlər üçün əlverişli şərait yaranır. Beləliklə,
qurudulma tədbirdlərinin təsiri altında yerli biosenozlar dəyişilir, buna xəstəliklərin təbii ocaqları müxtəlif cür
reaksiya göstərir. Ərazinin tam qurudulması biosenotik əlaqələrin pozulmasına, törədicilərin dövranının
dayanmasına və xəstəliklərin mənbələrinin ləğvinə səbəb olur. Qurutma hissə-hissə aparıldıqda xəstəlik
ocaqlarının sahəsi azalır və qismən sağlamlaşma gedir.
Sovet hakimiyyəti dövründə radikal qurutma meliorasiyası aparılaraq Kolxida düzənliyi kökündən
dəyişmişdir. Hazırda düzənliyin ərazisi tamamilə qiymətli subtropik bitkilər altında istifadə edilərək, orada
malyariyanın ocaqları tam ləğv edilmişdir.
İzafi rütubətliyin və bataqlaşmış torpaqların qurudulması bir sıra ölkələrdə malyariyaya qarşı kəsərli
mübarizə tədbiri vəzifəsini görmüşdür. Bu üsul sayəsində Panama kanalı zonası sarı qızdırma xəstəliyindən xi-
las olunmuşdur.
Quruducu meliorasiya tədbirləri leptospiroz və tulyaremiya xəstəliklərinin mənbələrinin ləğv edilməsində
radikal üsul sayılır. Bataqlıq və bataqlaşmış sahələrin qurudulması infeksiyasının əsas su ilə ötürülmə yolunu
təcrid edir (gəmiricilər – su - insan), həm də gəmiricilərin məskunlaşma şəraitini dəyişir, belə ki, əsas yem
bazası sayılan bataqlıq bitkiliyi məhv edilir. Bu rütubətsevər gəmiricilərin (çöl siçanı – gkonom siçovul) sayının
azalmasına, sonra isə tamamilə ləğvinə səbəb olur.
Ərazinin qurudulması ilə əlaqədar böyrəklərin kəskin zədələnməsi infeksiyası leptospiroza xəstəliyiyinin
deqradasiyası, hətta tam ləğvi halları da məlumdur. Qurudulan ərazilərin şumlanması zamanı rütubətsevər
gəmiriciləri, məsələn, çöl siçanlarını, az rütubətsevər meşə, ev və dağ siçanları əvəz edir. Bu növlərin
nümayəndələri leptospiroz zamanı ciddi epizootoloji əhəmiyyət daşımadığı üçün xəstəliyin əvvəlki olduqca ak-
tiv təbii ocaqları sönür.
Beləliklə, ərazinin qurudulması leptospirozun epizootiyasının gərginliyi kəskin aşağı salır. Lakin meliora-
siya sistemindən düzgün istifadə edilməməsi ilə əladəqar təkrar izafi rütubətliyin yaranması xəstəliyin təbii
ocağının aktivləşməsinə gətirib çıxara bilər.
Bununla yanaşı, çay vadisində, subasarlarında bataqlığın başdan-başa qurudulması və bataqlıqların tam
ləğvi təbii çəmənçiliyin məhsuldarlığını aşağa sala bilər. Odur ki, səmərəli meliorasiya apararaq təbii rütubət
balansını və meşə, çöl, çəmən, bataqlıq, çay və göllərin müəyyən birliyinin, əlaqəsinin saxlanmasına çalışmaq
lazımdır. Bataqlıqlar dərman bitkilərinin, giləmeyvələrin (mərcanı, sarı böyürtkən və b.) «anbarı», bir sıra quş
və heyvan növlərinin məskunlaşdığı yer hesab olunur. Bataqlıq qoruğu bu mürəkkəb ekoloji sistemin
öyrənilməsində qiymətli obyekt sayılır.
Qurudulma işlərinin düzgün aparılmaması ərazinin sağlamlaşmasına kömək etmir, əksinə xəstəliklərin təbii
ocaqlarının aktivləşməsinə səbəb olur. Belə ki, geniş bataqlıq massivinin quruducu xəndəklərlə ayrı-ayrı xanala-
ra (kletkalara) parçalanması gəmiricilərin mozaiki konsentrasiyasına şərait yaradır. Quru isti hava şəraiti və me-
liorasiya qaydalarına riayət olunmaması ilə əlaqədar quruducu xəndəklərin ətrafı təpəcik halını alır və orada
əmələ gələn kol cəngəllikləri xırda heyvanların daha da çox toplanmasına şərait yaranır. Belə yerlər iksod
gənələrin toplanması üçün də əlverşlidir. Beləliklə, xəstəliyin mikroocaqları yaranır, oradan infeksiya çaybasara
tökülür, burada biçin mövsümündə axmazlar və xırda çaylar boyu çoxlu miqdarda su siçovulları müşahidə edi-
lir. Tulyaremiya epizootiyasının sonrakı inkişafı su siçovulları arasında uçan qansoran həşəratlar vasitəsilə olur.
Qurutma işləri yoluxucu xəstəliklərin törədicilərini yayan qansoran buğumayaqlıların sayının azalmasına və
entomoloji vəziyyətin yaxşılaşmasına səbəb olur.
F.Q.Fedorova (1976) qeyd edirdi ki, quruducu işləri qurtardıqdan iki-üç il sonra kontrol sahəsində
sürfələrin, həmçinin insana hücum edən ağcaqanadların sayı 10-20 dəfə azalmışdır.
Lakin tam qurudulma aparılmanın ikinci ilində L.persulcatus gənəsinin cəm göstəricisi qurudulma dövrünə
nisbətən 7-18 dəfə çoxalmışdır. D.pictus gənə növü qurutma işindən 3-4 il sonra kəskin artmışdır, lakin onların
daşıyıcıları olan siçanvari gəmiricilər az olduğundan infeksiyanın yayılmasında böyük rol oynamamışdır.
Qurudulma işinin sibir xorası mənbəyinə təsiri başqa cür olmuşdur, onun törədicisi bir çox onilliklər tor-
342
paqda qalmaq qabiliyyətinə malikdir.
Tədqiqatçıların bir sıra müşahidələri göstərmişdir ki, bataqlaşmış ərazi qrunt suyunun səviyyəsinin yuxarıda
olduğu üçün sibir xorası üçün əlverişli sayılmır. Adətən sibir xorası mənbəyi əsasən çay subasarında və ya xırda
çayların yaxınlığında yerləşir, daşqın dövründə sibir xorası sporları yuyulub səthə çıxır və onlar yaxınlıqda
yerləşən sahələrə yayılır.
Ümumiyyətlə, izafi rütubətli və bataqlaşmış ərazilərin qurudulması yerli təbii biosenozları kökündən
dəyişdirir və təbii yoluxucu xəstəliklərin ocaqlarının aktivləşməsinin yatırılmasına səbəb olur, bu əsasən
rütubətsevər gəmiricilərin və qansoran buğumayaqlıların məskunlaşma şəraitinin pisləşməsi nəticəsində baş ve-
rir.
20.6. HEYVANDARLIĞIN İNTENSİVLƏŞDİRİLMƏSİ VƏ
İNSAN SAĞLAMLIĞI
Gələcəkdə maldarlığın müasir metodların təkmilləşdirilməsi istiqamətində aparılması mal-qaranın yoluxucu
xəstəliklərini azalda bilər. Belə ki, mal-qaranın iri sürülərdə toplanması, bütün yay ərzində çəmənlərin otlaq ki-
mi istifadə edilməsi, otlağın mal-qara tərəfindən güclü tapdanması çöl gəmiricilərinin məskunlaşma şəraitini
pisləşdirir. Bu isə tulyaremiya, Ku qızdırma xəstəliklərinin təbii ocaqlarının sönməsinə səbəb olmalıdır.
Bununla belə, heyvandarlığın intensivləşdirilməsi, törədici mənbəyi kənd təsərrüfatı heyvanları olan
zoonozların (brüselloz, sibir xorası, leptospiroz və b.) profilaktikası işlərinin aktivləşdirilməsinin vacib olmasını
qarşıya qoyur. Bu işdə aktual vəzifələrdən biri profilaktik tədbirlərin zoonozların təbii ocaqlarının antropogen
(antropurqik) infeksiya ocaqlarına çevrilməsinin qarşısını almaq istiqamətində gücləndirilməsidir.
Dırnaqlı heyvan sürülərinin otarılması insanın təbii bioloji komplekslərə ən geniş yayılan təsir formasıdır.
Otarma səmərəli aparıldıqda bitki örtüyünün tərkibində müxtəlif otların miqdarı artır, bu isə olduqca müxtəlif
heyvanların və onların növ müxtəliyinin çoxalmasına səbəb olur. Lakin hədsiz otarma zamanı çəmən və bozqır
bitki örtüyü deqradasiyaya uğrayır, çim qatı məhv edilir, torpaq qatı dağıdılır, faunanın növ tərkibi kasatlaşır.
Otarma nəticəsində bozqır örtüyünün zəif komponentləri sıxışdırılır, ölü örtük tapdalanır və məhv edilir,
yeyilmədən mühafizə olunan komponentlər (tikanlı, sıx yatıxmış, süd şirəli və b. bitkilər) güclü inkişaf edir,
birilliklər və efemerlər çoxalır, kənardan gətirilən alaq otları artır, torpaq tapdanır, quruluğu güclənir, bu isə
quraqlıq sevən bitkilərin peyda olmasına səbəb olur, torpağa çoxlu miqdarda gübrə verilir.
Otarmanın təsiri nəticəsində torpağın hidroloji rejimi pozulur, bərkimiş torpaqda otların böyüməsi olduqca
zəifləyir, nəticədə qurumuş, tapdanmış torpaq qatı bitkidən məhrum olur.
Mal-qara tapdağının nəticəsi yaşayış məntəqələri ətrafında daha çox nəzərə çarpır. Belə yerlərdə eroziya və
səhralaşma prosesi özünü göstərir.
Bozqır sahələrin mal-qara döyənəyinə çevrilməsi və burada xam yerdən fərqli alçaq boylu və quraqlıq
sevən bitkilərin yayılması müxtəlif sünbülqıran növlərinin yayılması üçün əlverişli şərait yaradır. Yuvalarının
bilavasitə açıq sahədə yerləşməsi sünbülqırana düşmənini izləmək imkanını asanlaşdırır. Bir çox tədqiqatçıların
müşahidələri göstərir ki, ot örtüyü daha çox tapdanaraq məhv edilmiş açıq sahələrdə sünbülqıranlar daha çox
məskunlaşır.
Beləliklə, infeksiyanın təbii ocaqlarının aktivləşməsinə yol verməmək üçün gəmiricilərinin sayına nəzarət
etməlidir. Gəmiricilərin sayını azaltmaq üçün heriyə qoyulan sahələrdə taxıl otları assosiasiyalarını bərpa etmək,
quru çöl və yarımsəhra zonalarında mal-qaranı norma ilə otarmaq, örüşləri şumlayaraq ot səpini aparıb mədəni
otlaqlar yaratmaq məqsədəuyğundur.
Təbii otlaqlardan fərqli olaraq səpin aparılan otlaqlarda yeni ekoloji şəraitə malik olan və gənələrin
yaşaması üçün az əlverişli şəraitli olduqca yeni biotop yaranır, belə ki, burada onları yemləyənlərin sayı kəskin
azalır. Məsələn, təsərrüfatda istifadə edilən səpin aparılan otlaqlarda dördüncü – beşinci ilində gənələrin miqdarı
təbii otlağa nisbətən on dəfələrlə az olmuşdur.
Mal-qaranın döyənəyi gəmiricilənin məskunlaşmasına mozaiki-ocaq xarakteri verir. Çoxsaylı gəmirici olan
belə ocaqdar (mənbələr) insanın yaşayış yerinə qədər uzanırsa, mal-qara döyənəyi elementar infeksiya
ocaqlarının olmasına və onların keçirilməsinə şərait yaradır.
Quru step (bozqır) və yarımsəhra rayonlarında mal-qara otarılması gəmiricilərin yem bazasını dağıdır və
çox vaxt onların özlərini və yuvalarını da məhv edir.
Lakin otarmanın intensivləşdirilməsi ilkin təbii xəstəlik ocaqlarını törəmə antropogen ocaqlarla əvəz edə
bilər, bir halda ki, bir tərəfdən iksod gənələrin yeyicilərinin sayı çoxalır, digər tərəfdən isə gəmiricilər yem ax-
tarmaq üçün çox hərəkətli olur və onların iksod gənələrlə təmasda olmaq imkanı kəskin artır. Analoji vəziyyət
hədsiz otarma nəticəsində sovrulan və yarımbərkiyən qumların sahəsinin çoxalması ilə bağlıdır, belə halda bir
343
sıra təbii ocaq infeksiyası daşıyan psammofil heyvanlar yeni yerlərdə məskunlaşmağa məcburdur.
Səhra landşaftı və quru bozqırların təmas xəttində yerləşən köçəri otlaqlarda iksod gənələrinin sayının
yüksək olması nəticəsində kənd təsərrüfatı heyvanları Ku-rikketsioz törədicilərinə intensiv yoluxurlar.
Meşə və meşə-çöl zonalarında dırnaqlı vəhşi heyvanlar azlıq təşkil etdiyindən Ku-rikketsiozun qalmasında
kənd təsərrüfatı heyvanları əsas rol oynayır.
Keçmiş SSRİ-nin cənub rayonlarında köçəri maldarlıq metodu üstünlük təşkil edir, ona görə də mal-qara
bütün il boyu aktiv Ku-rikketsioz təbii ocaqları ilə sıx təmasda olur. İsti iqlim şəraiti gənələrin tez inkişafına və
onların yüksək sayda qalmasına əlverişli şərait yaradır, nəticədə mal-qarada yüksək gənəlik dərəcəsi müşahidə
edilir.
Meşə zonasında yaxşı meşəsiz otlaqların çatışmazlığı ilə əlaqədar burada meşə sahələri və atılmış əkin
sahələrindən otlaq altında istifadə olunur. Meşə otlaqlarında mal-qaranın otarılması nəticəsində yerli biosenozlar
dəyişilir. Bitki örtüyünün dəyişməsi faunanın növ tərkibinin dəyişilməsi ilə müşayiət olunur, bu da yerli epizoo-
tik və epidemioloji vəziyyəti dəyişdirir.
Meşə otlaqlarında mal-qara iksod gənələrini yetişkənlik fazada yemləməkdə birinci dərəcəli rol oynayır.
Meşə zonasında bir qayda olaraq iksod gənələrinin ən böyük miqdarı otlaqlarda olur.
Uzun müddət belə fikir irəli sürülürdü ki, meşədən istifadə olunması gənə ensefalitini azaldır. Lakin meşə
zonasında istifadə ərazisinə çəmən-bozqır və sinantrop məməli heyvan növləri soxulur, bu meşə gənələri üçün
davamlı yem bazası sayılır və xəstəlik mənbəyində virusun dövranına şərait yaranır. Vəhşi məməlilərin növ
müxtəlifliyinin son dərəcə kasatlaşması və onların sayının azalması ev heyvanları ilə əvəz olunur, vahid sahədə
onların sıxlığı vəhşi heyvanlarla müqayisədə aşağıdır. Nəticədə meşə otlağında gənələrin sayı artır. Beləliklə,
kənd təsərrüfatı heyvanları iksod gənələrinin həm yedizdiricisi, həm də onların yayıcıları rolunu oynayır.
Heyvandarlıq binaları tikilərkən çox vaxt yanlarında süni suvatlar düzəldilir, bu isə binalarda və ətraf
ərazilərdə boz siçovul, ev siçanı, çöl siçanı, bəzi hallarda qum siçanının toplanmasına səbəb olur. Bu, təbiətdə
gedən epizootik prosesə kənd təsərrüfatı heyvanlarını da cəlb edir və nəticədə infeksiyanın antropogen (antro-
purqik) mənbələri formalaşır. Belə antropogen ocaqlar epidemioloji təhlükə sayılır, belə ki, onların axar suları
açıq su hövzələrini də yoluxdura bilər.
Çoxlu sayda heyvanların məhdud sahədə cəmləşməsi epizootiyanın təsərrüfat daxilində baş vermə
təhlükəsini yaradır, bu hər hansı bir endemik infeksiya rayonundan gətirilmiş damazlıq (cins) heyvanlardan və
ya heyvandarlıq kompleksi zonasında toplaşan xəstəliyə yoluxmuş vəhşi, yaxud xırda sinantrop məməlilərdən
keçə bilər.
Məhdud ərazidə çoxlu saylı heyvanların cəmləşməsi təsərrüfatın ekstensiv formada aparılması ilə
müqayisədə baytar-səhiyyə şəraitinin kəskin dəyişməsinə səbəb ola bilər. Odur ki, xəstəliklərin törədicilərinin
həm kənardan gətirilməsinə, həm də intensiv təsərrüfatlardakı mal-qara arasında yayılmasının qarşısını almağa
yönəldilən baytarlıq-səhiyyə tədbirləri sistemi hazırlamaq lazımdır. Bu zaman profilaktik karantin tədarükçü
təsərrüfatlara nəzarəti təşkil etmək yolu ilə kənardan infeksiyanın qarşısını almağa əsas diqqət yetirməlidir.
Zoogigiyena tələblərinə və baytarlıq-səhiyyə qaydalarına (profilaktik dezinfeksiya, deratizasiya, dezinsek-
siya və əlbəttə profilaktik peyvənd daxil olmaqla) ciddi riayət edilməsi iri ixtisaslaşdırılmış təsərrüfatlarda
infeksiyanın yayılma yollarına maneə yaradır.
20.7. TİKİNTİ İŞLƏRİ VƏ İNSAN SAĞLAMLIĞI
Tikinti işləri təbii biosenozların intensiv dəyişilməsi ilə müşayiət olunur.
Geoloji-kəşfiyyat işləri prosesində nəqliyyat magistrallarının, neft və qaz kəmərlərinin, müvəqqəti və daimi
təsərrüfat qurğularının tikilməsində əmələ gələn antropogen relyef formalarında (yolun kənarındakı küvetlər,
müxtəlif süni çuxurlar, dəmir yolu kənarı torpaq yığınları və s.) yerli epidemioloji vəziyyəti mürəkkəbləşdirən
gəmiricilər və qansoran buğumayaqlılar məskunlaşır. Bəzən tikinti işləri sahəcə kiçik və təsərrüfat üçün yararsız
su hövzələri ilə müşayiət olunur, belə yerlər qansoran qoşaqanadlıların sürfələri üçün yaşama yerlərinə çevrilə
bilər. Əvvəllər faydalı qazıntılar çıxarılan və su ilə dolan karxanaların yerində əvvəlcə adətən az miqdarda Cu-
lex, Ayodes cinsindən olan ağcaqandlar məskunlaşır. Sonralar bu su hövzələri köhnəldikcə bitki ilə örtülür və
suyun reaksiyası zəif turşuluğa (pH=6,5-6,8) yaxınlaşır, burada malyariya ağcaqanadlarının sürfələri peyda olur.
Dəmir yolu və şose yolları boyu ayrılan zolaqlarda geniş küvetlərin yaradılması bir sıra hallarda yararsız su
hövzələrinin əmələ gəlməsinə səbəb olur, bu isə yaxınlıqda yerləşən yaşayış məntəqələrində anofelogen
vəziyyəti kəskin dəyişər və belə yerlər malyariya ağcaqanadlarının mənbəyinə çevrilə bilər.
Dəmir yolu və şose yolları, həmçinin su və qaz kəmərləri boyu torpaq təpələri, bəndlər və s. qum siçanı, çöl
siçanı üçün əlverişli sığınacaq (məskunlaşma) yeri sayılır. Bu torpaq qurğuları bəzən «ekoloji novalça»ya
344
çevrilərək gəmiricilər oradan əvvəllər məskunlaşmadığı ərazilərə soxulur və orada infeksiya törədicilərini
yayırlar.
Landşaftların dəyişdirilməsi ilə əlaqədar epidemioloji problemlər hələ insanın təbiətə ilk müdaxilə
mərhələlərində baş vermişdir: tikinti zamanı insanın infeksiyanın təbii ocaqları ilə təmasda olması hələ əvvəllər
də dəfələrlə infeksiya xəstəliklərinin olduqca dəhşətli «parlayışına» səbəb olmuşdur. Buna bir çox misallar
gətirmək olar: Panama kanalının tikilişi zamanı sarı qızdırma xəstəliyindən 20 mindən artıq adam ölmüşdür.
And dəmir yolunun çəkilişi zamanı on minlərlə insan bartonellez (Barton xəstəliyi) xəstəliyinə tutulmuşdur.
Məlum olduğu kimi Baykal-Amur Magistralı (BAM) kilometrlərlə tayqa meşəsini kəsib keçir. Epidemioloji
kəşfiyyat magistralın həmin zonasında gənə ensefalitinin təbii ocaqlarının mövcudluğunu nəzərə alaraq infek-
siya xəstəliklərinin kompleks profilaktika tədbirlərini həyata keçirmişdir. Tikinti işçiləri arasında ensefalit
gənəsi xəstəliyinə qarşı vaksin və digər profilaktik tədbirləri (xəstəliyə qarşı peyvənd) görüldüyündən BAM-ın
tikilişi zamanı insanlarda bu xəstəlik müşahidə edilməmişdir.
|