Azərbaycanda İraq, İran və Orta Asiya ərazilərindən daxil olan subtropik antitsiklonun təsiri nəticəsində ilin
isti dövründə atmosfer prosesləri quraqlıq və quru yellərin əmələ gəlməsinə səbəb olur. Bu isə respublika
ərazisində kənd təsərrüfatı bitkilərinin normal inkişafına mənfi təsir göstərir və məhsuldarlığını aşağı salır.
Ə.M.Şıxlinski (1958) qeyd edirdi ki, respublika ərazisində müşahidə edilən quru yellər, yaranmasına və
əlamətlərinə görə şərq və cənub-şərq istiqamətlidir. Müəllif Azərbaycan ərazisində ağ yellərin müşahidə edildiyi
dörd zona ayırır: 1) Kür-Araz ovalığını, Böyük və Kiçik Qafqaz dağlarının 200-400 m hündürlüyə qədər olan
hissəsini əhatə edən ərazilər. Burada il ərzində ağ yelli günlərin sayı 20-50 gün arasında müşahidə edilir; 2)
Naxçıvan MR-in Arazboyu hissəsindən başlayaraq 1500 m hündürlüyə qədər olan ərazilər. Burada ağ yelli
günlərin sayı 30-75 gün müşahidə olunur; 3) Böyük və Kiçik Qafqazın 400-800 m hündürlük arasında olan
aşağı və orta hissəsi. Ağ yelli günlərin sayı 10-29 arasında dəyişir; 4) Dağlıq və yüksək dağlıq ərazilər, dəniz
sahili ərazinin müəyyən bir hissəsi. Bu hissələrdə ağ yelli günlərin sayı 10 gündən artıq olmur.
Quraqlıq və quru küləklərə qarşı tədbirlər. Bu məqsədlə əsasən aqrotexniki və meliorasiya tədbirləri
həyata keçirilir.
Suvarma – quraqlıq və quru küləklərə qarşı radikal üsul sayılır. Suvarma hətta səhra şəraitində bitkilərdən
yüksək məhsul götürməyə imkan yaradır. Səhra şəraitində günəş enejisi yüksək olduğundan, suvarma xüsusilə
yaxşı effekt verir. Burada suvarma şəraitində (vahələrdə) alınan məhsul hətta mülayim zonadan da yüksək olur.
Suvarılan torpaq sahələrinin genişləndirilməsi nəinki səhra və yarımsəhra rayonlarında, həmçinin sabit
rütubətliyə malik olmayan bozqır (çöl) rayonlarında da vacibdir. Bozqır rayonlarda suvarma norması və vaxtı
atmosfer yağıntıları ilə yaranan torpaq nəmliyinin rejimi ilə uyğunlaşdırılmalıdır, burada süni suvarma təbii
rütubətliyi tamamlamalıdır. Əgər süni suvarma, yağıntıların miqları ilə torpağın nəmlik dərəcəsi nəzərə
alınmadan aparıldıqda torpağın şorlaşmasına səbəb olur.
Quraqlıq rayonlarda suvarma quru küləklər əsən dövrdə aparıldıqda daha effektli nəticələr alınır. Suvarma
torpağın nəmliyi və temperaturu, həmçinin bitkilər arasında havanın temperatur və rütubətliyini dəyişir (nizama
salır).
388
Tarlaqoruyucu meşə zolaqları quraqlıq və quru küləklərə qarşı mübarizədə mühüm tədbir sayılır. Bu
zolaqlar arasındakı tarlalarda, torpaq səthi havasının meteoroloji rejiminə əhəmiyyətli dərəcədə təsir göstərir.
Meşə zolaqları quru küləklər əsdikdə daha yüksək effekt göstərir. Qoruyucu meşə zolaqları vegetasiya dövründə
əkin sahələrini isti, quru və soyuq küləklərdən, temperatur dəyişkənliyindən qoruyur. Havanın, torpağın
nəmliyini artırır, mikroiqlim amillərini tənzim etməklə, kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul
götürülməsi üçün əlverişli şərait yaradır.
Quraqlıq və quru küləklərə qarşı mübarizədə səpin işlərinin vaxtında aparılması mühüm faktor sayılır.
Quraqlığa davamlı yüksək məhsuldar kənd təsərrüfatı bitkiləri sortlarından istifadə edilməsi də quraqlıq və quru
küləklərə qarşı mühüm üsul hesab edilir.
Yeni bitki sortlarının sınaqdan keçirilməsi aqrometeoroloji və aqroiqlim şəraiti nəzərə alınaraq
rayonlaşdırılmalıdır.
23.13. VULKANLAR (qədim romalılarda «od allahı vulkanın» adından)
Yer üzərində baş verən vulkan fəaliyyəti olduqca mürəkkəb fiziki-kimyəvi proses olub, uzun illərdir ki,
ətraf mühitə öz təsirini göstərir. Vulkanizm litosferin – Yerin bərk qabığının, atmosferin və okeanların
formalaşmasında böyük rol oynayır. On və yüz milyon illər ərzində iqlimin uzunmüddətli dəyişilmələri də
müəyyən dərəcədə vulkanizmlə təyin edilir.
Vulkan püskürmələri gücü atılan materialların miqdarı, püskürülən kütlənin tərkibi ilə fərqlənir. Hazırda
yüzlərlə fəaliyyətdə olan vulkanlar olduqca müxtəlif püskürmələr nümayiş etdirir və bu zaman bir neçə yüz
kubmetrdən kilometrkuba qədər və daha çox maddələr atıla bilər.
Vulkanik püskürmələr zamanı Yer qabığının maddələrinin intensiv şaquli hərəkəti və enerjinin daşınması baş
verir, bu isə dərinlik kütlələrinin səthə çıxmasına səbəb olur. Dağ süxurlarının tərkibindən, digər fiziki-kimyəvi
şəraitdən asılı olaraq vulkanizm rayonlarında vulkanik püskürmələr müxtəlif xarakter daşıya bilər. Mərkəzi çat və
sahə püskürmələri ayrılır. Püskürülən kütlə bərk, maye və qazşəkilli maddələrdən ibarət olub, axıb yayıla bilər.
sıxılıb basılar, yaxud partlayış halında ayrıla bilər. İqlimə təsiri baxımından partlayışlı püskürmələr daha çox ma-
raq doğurur, belə ki, partlayış zamanı qazlı piroklastik şırnaqları (qazlı-kül sütunları) strotosferə keçir. Bu zaman
maqma onda həll olan qazlarla qalxaraq dispersləşməyə məruz qalır. Püskürmənin belə rejimi dispersiya adlanır.
Vulkanların istilik gücü 10
10
MVt-a çata bilər, orta hərəkət sürəti 1-2 m/san, bəzən 8-10 m/san olur.
Vulkanın partlayış püskürməsi maqmatik mənbələrdə təzyiqin növbəti toplanmasından sonra təkrar oluna bilər.
Fəlakətli püskürmələr daha güclü olur, bunun nəticəsində vulkan qismən və ya tamamilə dağıldığı yerdə kalder-
uzunluğu bir neçə kilometr, dərinliyi isə bir neçə yüz metr olan depressiya əmələ gəlir. Belə püskürmələr ayrı-
ayrı vulkanlarda on və yüz min il fasilələrlə baş verir və Yer üzərində təbiətin ən dəhşətli hadisəsi hesab edilir.
İ.İ.Quşenkonun (1979) kataloqunda son bir neçə min ildə olan əzəmətli «Tambora» vulkanının püskürməsi
belə təsvir edilir.
«…. 1815-ci il aprelin 1-də uzaq məsafədən göy gurultusunu xatırladan kanonada (vulkan bombasının səsi)
eşidildi. Aprelin 5-də partlayışlar güclənməyə başladı, onların uğultusu vulkandan 1800 km uzaqda da
eşidilməyə başladı. Aprelin 10-da püskürmənin kulminasiyası başlandı. Vulkanın üzərində 70-80 km
yüksəklikdə kül ilə doymuş nəhəng qaz sütunu peyda oldu. 3 sutka ərzində 500 km məsafədə zülmətli (qaranlıq)
duman bərqərar oldu. Vulkandan 1100 km aralıda intensiv kül tökülməsi müşahidə edildi. Yava adasında – Su-
rabayda, 425 km vulkandan aralı məsafədə hava dalğaları ağacları kökündən çıxardı, evləri dağıtdı. Tambora
vulkanının mərkəzində yerləşən uzunluğu 275 km olan mənzərəli Sumbava adası səhraya çevrildi. Vulkandan
250 km məsafədəki əraziyə 0,6 m qalınlığında kül düşdü. Ölən adamların sayı təxminən 100 min təşkil etdi».
389
Cədvəl 23.7
Son 200 ildə ən güclü vulkan püskürmələri
Vulkan
Püskürmə
tarixi
Enlik Uzunluq
Püskü-lürən
külün həcmi km
3
Qaz-kül sütunu-nun
yüksək-liyi, km
Maddə-lərin
kütləsi, Mt
1 2
3
4
5
6
7
Asama (Yaponiya)
09.05.1783 36
0
24
′
ş. 138
0
31
′
şq. 017
Laki (İslandiya) 01.06.1783 64
0
04
′
ş. 18
0
14
′
q.
03 100
Poqromnıy (Aleut adaları) 1795 54
0
34
′
ş. 164
0
42
′
q.
1,0
Sabrina (Azor adaları) 31.01.1811 38
0
ş. 25
0
q. 30-35
Tambora (İndoneziya) 10.04.1815 8
0
15
′
c. 118
0
00
′
şq. 150 70-80
70-150
Qalunqqunq (İndoneziya) 08.10.1822 7
0
15
′
c. 108
0
03
′
şq. 1,5 15-25
Babuyan (Fillipin)
. 07 .1831 19
0
30
′
ş. 121
0
57
′
şq. 20-30
Kosiquina (Nikaraqua)
20.01.1835 12
0
59
′
ş. 87
0
34
′
q.
25 30-40
Çikuraçki (Kuril adaları) 11.02.1853 50
0
20
′
ş. 155
0
28
′
şq. 1,0
Şiveluç (Kamçatka)
17.02.1854 56
0
41
′
ş. 161
0
35
′
şq. 1,0
Vezuviy (İtaliya) 29.04.1872 40
0
49
′
ş. 14
0
26
′
şq.
6-8
Askya (İslandiya) 02.01.1875 65
0
02
′
ş. 16
0
44
′
q.
0,5 7-15
Krakatau (İndoneziya) 26.08.1883 6
0
06
′
c. 105
0
25
′
şq. 18 25-55
Taravera (Yeni Zenlandiya)
10.06.1886 38
0
14
′
c. 176
0
29
′
şq. 1,5 0,5
Ritter (Melaneziya)
13.03.1888 5
0
31
′
c. 148
0
07
′
şq. 1,75
5
Sufriyer (Sent-Vinsent adaları) 06.05.1902 13
0
23
′
ş. 61
0
11
′
q.
1 18
3
Mon-Pele (Martinika)
08.05.1902 14
0
50
′
ş. 61
0
10
′
q.
12
1
Santa-Mariya (Qvatemala)
24.10.1902 14
0
45
′
ş. 91
0
33
′
q.
5,4 21 5
Vezuviy (İtaliya) 08.04.1906 40
0
49
′
ş. 14
0
26
′
şq.
1 15
1
Ksudaç (Kamçatka)
28.03.1907 51
0
50
′
ş. 157
0
31
′
şq. 3 5
Taal (Fillipin)
30.01.1911 14
0
00
′
ş. 121
0
00
′
şq. 0,5 15 1
Katmal (Alyaska)
06.06.1912 58
0
16
′
ş. 154
0
59
′
q.
19,5
10-30
Tunquraya (Ekvador)
18.05.1918 1
0
28
′
c. 78
0
27
′
q.
0,5 25 3
Fueqo (Qvatemala)
21.01.1932 14
0
29
′
ş. 90
0
53
′
q.
1,0 1
Syerro-Asul (Çili)
10.04.1932 35
0
40
′
c. 70
0
46
′
q.
20 20
Severqina (Kuril adaları) 09.01.1933 49
0
03
′
ş. 154
0
26
′
şq. 1 15
1
Klyuçevskoy (Kamçatka)
01.01.1945 56
0
11
′
ş. 160
0
47
′
şq. 0,6 17 0,5
Qekla (İslandiya) 29.03.1947 63
0
59
′
ş. 19
0
42
′
q.
0,21 30 5
Laminqton (Melaneziya)
21.01.1951 8
0
56
′
c. 148
0
10
′
şq. 1,0 15 0,5
Spurr (Alyaska)
09.07.1953 61
0
18
′
ş. 152
0
15
′
q.
0,2 23 1
Bezımyannaya (Kamçatka)
30.03.1956 56
0
04
′
ş. 160
0
43
′
şq. 1,0 35 0,5-1
Aqunq (İndoneziya) 17.03.1963 8
0
21
′
c. 115
0
30
′
şq. 0,2-0,6 31 10-30
Şiveluç (Kamçatka)
12.11.1964 56
0
47
′
ş. 161
0
35
′
şq. 1,5 15 1
Taal (Fillipin)
28.09.1965 14
0
00
′
ş. 121
0
00
′
şq. - 20
1
Avu (İndoneziya) 12.08.1966 3
0
40
′
ş. 125
0
30
′
şq. 3,0 18 2
Fernandina (Qalapaqos adaları) 11.06.1968 0
0
21
′
c. 91
0
31
′
q.
2,0 24 2
Qekla (İslandiya) 05.05.1970 63
0
59
′
ş. 19
0
42
′
q.
0,1 15 1
Sufriyer (Sent-Vinsent adaları) 17.10.1971 13
0
20
′
ş. 61
0
11
′
q.
0,2 18 2
Fueqo (Qvatemala)
17.10.1974 14
0
29
′
ş. 90
0
53
′
q.
0,1 20 1,5-3
Sent-Xelens (ABŞ) 18.05.1980 46
0
12
′
ş. 122
0
11
′
q.
0,3 25 0,5-1
390
1 2
3
4
5
6
7
Aland (Kuril adaları) 27.04.1981 50
0
48
′
ş. 155
0
30
′
şq. 0,5 18 0,5-1
El-Çiçon (Meksika)
04.04.1982 17
0
20
′
ş. 93
0
12
′
q.
0,5 25 23
Vulkan püskürmələri havanın əsas təbii çirklənmə mənbəyi hesab olunur. Güclü vulkan püskürmələri
zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km-dən
də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Məsələn, 1883-cü ildə İndoneziyada Krakatau vulkanı
püskürən zaman vulkan tozu 24 km hündürlüyə qalxaraq 5 ilə yaxın havada qalmışdır. Havada qalan hissəciklər
un və süd tozundan da xırda olub diametri orta hesabla 0,002 mm olmuşdur.
1912-ci ildə Alyaskada Katmay vulkanı püskürən zaman 20 mlrd. m
3
toz 50 km yüksəkliyə qədər
qalxmışdır. 1975-ci ilin iyul-sentyabrında Kamçatkada püskürən Tolbaçik vulkanının məhsullarından ibarət
olan tozun gün ərzində miqdarı antropogen toz tulluntılarının 30%-ni təşkil edirdi. Vulkan püskürmələri zamanı
havaya CO
2
-dən başqa CO, H
2
, SO
2
, H
2
S, karbohidrogen qazları və s. buraxılır.
1986-cı il avqustun 21-də Kamerunda (Mərkəzi Amerikada dövlət) dəhşətli təbii fəlakət baş verir. Nios
gölündən qəflətən boğucu qazın buludları 25 kv. km ərazini örtərək 1746 adamın və 20000-dən artıq
heyvanların ölümünə səbəb olmuşdur.
Son 500 il ərzində 500-dən artıq vulkan püskürməsi baş vermiş və bunun nəticəsində 200 min adam
dünyasını dəyişmişdir. 1947-1970-ci illərdə vulkan püskürməsindən 7220 adam, yəni ildə 300 adam tələf
olmuşdur (Stepanovskix, 2003).
Partlayış xarakterli vulkan püskürmələrindən sonra atmosferdə strotosfer şəffaflığını azaldır və bununla
əlaqədar olaraq soyuqlaşma inkişaf edir. Onillər və yüzillər ərzində analoji soyuqlaşmalar vulkan aktivliyinin
güclənməsi ilə baş verir, bu stratosferdə aerozolların miqdarının orta səviyyəsini artırır.
Bununla belə, geoloji keçmişdə vulkan aktivliyinin güclənməsi ilə əlaqədar atmosferdə karbon qazı
kütləsinin artması iqlimin istiləşməsinə səbəb olmuşdur.
Beləliklə, vulkan aktivliyinin artması bir tərəfdən soyuqlaşmaya, digər tərəfdən isə istiləşməyə səbəb ola
bilər.
Vulkanın sualtı püskürmələri də məlumdur, bunun nəticəsində yeni adalar əmələ gəlir. Yer üzərində 770-
dən artıq vulkan mövcuddur, bunların 69-u suyun altındadır. Vulkanlar ən çox Sakit okean sahilləri və
adalarındadır. Kiçik Qafqazda son vulkan püskürmələri Antropogendə olmuşdur.
Vulkanlar Yerin daxilində olan maqma ocaqları ilə əlaqədardır, bu ocaqların 70-100 km və daha çox
dərinlikdə olması müəyyən edilmişdir. Azərbaycanda Pliosen vulkan kraterləri Kəlbəcər rayonunda müəyyən
edilmişdir. Bu vulkanlarda lipirit və lapit püskürmüşdür. Antropogenə aid vulkan kraterləri Kəlbəcər və Laçın
rayonlarında qeydə alınmışdır. Vulkan püskürmələri məhsulu Naxçıvan və Talışın dağlıq hissəsində də geniş
yayılmışdır. Bəzi vulkanik süxurlardan (andezit və bazaltlardan) tikinti materialları kimi, şüşə və bazalt ərintisi
istehsalında istifadə edilir.
23.13.1/. Palçıq vulkanları
Vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpələrdir
(hündürlüyü 400 m-dək, əsasında diametri 100 m-dən 3,5 km-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz,
süxur qırıntıları, su (bəzən neftli) püskürür. Palçıq vulkanının püskürməsi adətən güclü yeraltı uğultu və
partlayışla başlayır. Yerin dərin qatından səthə çıxan qazlar alışır. Vulkan üzərində alovun hündürlüyü bəzən
1000 m-ə (Qarasu adası vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən metandan, qismən ağır
karbohidrogenlər, CO
2
, N
2
və təsirsiz qazlardan ibarət olur. Bəzi sahələrdə (Kerç yarımadası, Saxalin adası və
s.) palçıq vulkanı qazlarının çox hissəsini CO
2
təşkil edir. Palçıq vulkanlarının suyu yod, brom, bor və s.-li,
əsasən hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis,
barium, stronsium, lilium və s.) iştirak edir. Palçıq vulkanı fəaliyyətinin sakit dövründə krater sahəsində qaz, su,
lil sızan çoxlu parazit mikroquruluşlar – sala və qrifonlar əmələ gəlir. Palçıq vulkanları Rumıniya, İran, Birma,
Kolumbiya, Venesuela ölkələrində, Taman, Kerç yarımadaları, Türkmənistan və Azərbaycanda yayılmışdır.
Dünyada olan palçıq vulkanının çoxu (üçdə birindən artığı) Azərbaycan Respublikasında yayılmışdır,
onların sayı quruda və dənizdə birlikdə 250-yə qədərdir. Palçıq vulkanları əsasən Qobustanda (ən çox cənubi
Qobustanda), Abşeron yarımadasında, Harami-Salyan zonasında, Xəzərin sahilyanı adalarında yayılmışdır.
Onlardan ən böyükləri Qalmuş Torağay və Böyük Kənizdağ sayılır. Yerləşməsinə görə 3 qrup palçıq vulkanı
məlumdur: quru palçıq vulkanı, kömülmüş palçıq vulkanı və dəniz palçıq vulkanı. Dəniz palçıq vulkanı ada
391
əmələ gətirən və sualtı palçıq vulkanına ayrılır. Bakı arxipelaqında 8 ada – Qarasu, Gil, Zənbil, Səngi-Muğan və
s. palçıq vulkanının fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı
məlumdur. Palçıq vulkanları mənşəcə neft və ya qaz yataqları ilə əlaqədar olub, əsasən cavan qırışıqlıq
zonalarında yayılmışdır.
Şimali Qobustanda palçıq vulkanları az yayılmışdır, burada kiçik palçıq vulkanlarından Dəmirçi,
Astraxanka, Kürləmic, Nabur və s. göstərmək olar.
Palçıq vulkanları müalicə məqsədilə işlədilən qiymətli xammaldır. Palçıq vulkanlı brekçiya qələvi
reaksiyaya malik olub tərkibində yod, brom, molibden, vanadium, fosfor, xlor, maqnezium kimi bioloji aktiv
kimyəvi elementlər, həmçinin sulfatlar, hidrokarbonatlar, naften turşuları, bitum və s. vardır və onlar böyük
müalicəvi effekt verir. Vulkanik brekçiyadan pereferik və mərkəzi sinir sistemi, mədə-bağırsaq traktı (həzm
cihazı), dəri, həmçinin poliartrit, radikulit, polinefrit, hepatit və digər xəstəliklərdən əziyyət çəkən xəstələrin
müalicəsində uğurla istifadə etmək olar.
Palçıq vulkanları ilə bir sıra faydalı qazıntı yataqları (dəmir filizi, kükürd, civə, arsen və s.) əlaqədardır.
Palçıq vulkanlarının fəaliyyəti nəticəsində Abşeron yarımadasında ətraf mühit toksik kimyəvi elementlərlə
çirklənir. Belə ki, buradakı palçıq vulkanlarının suyu yüksək minerallığa, qələviliyə malik olub tərkibində
natrium ionu üstünlük təşkil edir. Bu sularda duzların ümumi cəmi 6,5 …. 11,0 q/l təşkil edir. Su əsasən
xloridli-sulfatlı-natriumlu tərkibli olub, mühit reaksiyası (pH) 8,0-8,7-dir (A.H.Əhmədov, 1985). Müəllif
(Əhmədov, 1985) qeyd edir ki, palçıq vulkanlarının fəaliyyəti, xüsusi duzlaşmış landşaftın əmələ gəlməsil ilə
müşayiət olunur. Vulkanik brekçiyalarda sodalı şoranlar və şoran torpaqlar formalaşır. Qələvili vulkan suları və
brekçiya ilə səthə bir sıra mikroelementlər gətirilir. Mikroelementlərin tərkibində bor, molibden və qurğuşun
üstünlük təşkil edərək, konsentrasiya klarkı litosferin klarkından 3 dəfə artıq olur.
Palçıq vulkanlarının fəaliyyəti ətraf mühitin geokimyəvi xüsusiyyətlərinə güclü təsir göstərir.
Məlum olduğu kimi, bitkidə və suda bor, molibden və stronsiumun izafi miqdarda olması heyvanlarda
endem xəstəliklərinə səbəb olur. Yarımsəhra zonasının yem bitkilərinin bəziləri (xostək, çərən, yovşan) xüsusilə
borla zəngindir. Qoyunlarda endem toksikoz xəstəlikləri də bununla əlaqədardır. Bu xəstəlik nəticəsində
qoyunların tükləri (yunu) tökülür. Yemin tərkibində molibdenin izafi olması heyvanlarda molibdeniozis
xəstəliyi baş verir və orqanizmdə sidik turşuları toplanır. Stronsiumun çox olması isə qələvi xəstəliyinə (trons-
raxit) səbəb olur.
23.14. KOSMİK FƏLAKƏTLƏR
Bir çox ehtimal olunan və az ehtimal olunan kosmik fəlakətlərdən ən məlum olanı və geniş yayılanı
planetlərarası fəzadan Yer səthinə əsasən kosmik toz halında düşən meteoritlərdir (aerolitlər). Hər gün Yer
səthinə yüz tonlarla meteorit düşür. Meteoritlərin ölçüləri təqribən 1 mm-bir neçə metr, çəkiləri isə təqribən 1
qram – 1 neçə tondur. Adətən meteoritlər atmosferə sürtünməsi nəticəsində 160-180 km yüksəklikdə alışır və
Yerə çatmamış atmosferdə yanıb külə dönür, lakin bəzən onlar Yerə çatır. Tərkibinə görə meteoritlər üç növdür:
daş meteorit (92%), dəmir-dağ meteorit (2%) və dəmir meteorit (6%). Daş meteorit əsasən dəmir-maqnezium
silikatları və dəmir-nikel ərintisindən, dəmir-daş meteorit əsasən pollasitlərdən, dəmir-nikel və silikatlardan,
dəmir meteorit isə nikelli dəmirdən ibarətdir.
Ən nəhəng meteorit (təqribən 60 ton) 1920-ci ildə Cənubi-qərbi Afrikada tapılan Qoba dəmir meteoriti
hesab olunur. Ölçüsünə görə ikincisi (34 ton) Qrenlandiyada tapılmışdır. Kütləsi 1 tondan artıq olan təqribən 35
meteorit məlumdur. Meteoritlərin parçalanması nəticəsində minədək meteoriti olan qrup (meteorit yağışı) düşür.
1947-ci ildə düşən Sixote-Alin meteoriti yağışı təqribən 70 tondur. Keçmiş SSRİ ərazisində 160 meteorit
tapılmışdır (1988). 1959-cu il noyabrın 24-də Yardımlı rayonuna ümumi ağırlığı 150 kq olan dəmir meteorit
düşmüşdür.
Meteoritlər düşərkən güclü işıq, səs və mexaniki hadisələrə səbəb olur; səmada quyruğu səpələnən parlaq
odlu kürə halında görünür, buna bolid deyilir. Bu, gecə bir neçə yüzlərlə kilometr ərazini işıqlandırır. Yerdəki
kimyəvi elementlərin demək olar ki, hamısı meteoritdə də var. Meteoritdə radioaktiv kimyəvi elementlərin və
onların parçalarının olması nəticəsində aşkar edilmişdir ki, meteorit maddəsinin yaşı 4,5 mlrd. ildir. Bəzən
ağırlığı bir neçə ton olan meteorit Yerə düşdükdə planetar fəlakət yarada bilər. Onlar böyk bir zərbə ilə yerə
düşdükdə parçalanır, diametri təqribən 1 metrdən bir neçə kilometr olan dairəvi və qıfabənzər geniş meteorit
Dostları ilə paylaş: |