krateri adlanan çuxur əmələ gətirir. 2 km/san-dən böyük sürətlərlə meteorit zərbə nəticəsində bərk haldan güclü
sıxılmış qaza çevrilir və güclü zərbə dalğası yaranır. Meteorit krateri iki növdür: zərbə meteorit krateri və
partlayış meteorit krateri. Zərbə kraterinin diametri nisbətən böyükdür (8 metrdən onlarla metrədək). Yüzə
qədər meteorit krateri məlumdur. Ərinən böyük meteorit krateri Arizona krateri (Şimali Amerikada Arizon
392
ştatındadır) hesab olunur. Onun diametri 1207 m, dərinliyi 175 metrdir. 1947-ci ildə Sixote-Alin meteoriti
adlandırılan dəmir meteoriti düşdükdə diametri 26 metrə çatan 24 meteorit krateri əmələ gəlmişdir.
Sarema adasında (Estoniya) 7 meteorit krateri vardır, onların ən böyüyünün diametri 110 metrə çatır. 1908-
ci ildə Sibirə düşən Tunquska meteoriti ən böyük meteoritlərdən biridir. Onun düşməsindən əmələ gələn güclü
səs çox uzaqlarda eşidilmişdir.
Düşən meteoritlərin belə böyük kraterlər əmələ gətirməsi, şübhəsiz ki, planetimizin atmosferində sapmalar
yaratmış və ehtimal ki, qasırğa, tufan və zəlzələlərlə müşayiət olunmuşdur. Bununla yanaşı, zərbə nəticəsində
olduqca çoxlu miqdarda havaya qalxan toz kütləsi atmosferin şəffaflağını, yerə düşən günəş şüalarını
azaltmışdır. Bu isə yəqin ki, temperatur rejimini dəyişmişdir.
Bundan başqa, Alveresin böyük təbaşir dövrünün tərk olmasını (o cümlədən dinozavrların) möhtəşəm
meteoritlərin düşməsi ilə əlaqələndirmə hipotezini qəbul edərək, Yer səthinin kimyəvi tərkibinin dəyişməsini
meteorit materialları hesabına getməsini nəzərə almaq lazımdır. Hesablamalar göstərir ki, (Alekseyenko, 2005)
o dövrdə torpaqda iridiumun kəskin artması (daş meteoritlərdə iridiumun (İr) miqdarı Yerin litosferindəkindən
min dəfə çoxdur) bioloji fəlakətlər üçün kifayət etmişdir.
Qeyd etmək lamızdır ki, A.İ.Perelmanın məlumatına əsasən iridium anomaliyası venda və kembri (570
mln. il), Perm və Trias sərhədində (248 mln. il), təbaşir sisteminin turon əsrində (90 mln. il), alt kaynazoyun
eosen şöbəsində (40 mln. il) planetar miqyasda məlumdur. Tam ehtimal ki, bütün bunlar möhtəşəm kosmik
fəlakətlərin nəticələri olmuşlar. Belə fəlakətlər olduqca çox nadir hallarda olur, onun qarşısının alınmasında
bəşəriyyət hələ acizdir.
Bizim günümüzə qədər biosfer mürəkkəb və asan olmayan yol keçmişdir. Onun payına olduqca müxtəlif ən
möhtəşəm kosmik və planetar fəlakətlərdən tutmuş, regional və lokal fəlakətlər düşmüşdür. Onların inkişafı çox
vaxt biosferi özünü məhv etmə və tam parçalanma hüduduna salmışdır. Lakin hər dəfə daxili enerji nəticəsində
biosfer olduqca çətin vəziyyətdən çıxa bilmiş və həyat yenidən canlanmışdır. Geoloji tarixdə belə hadisələr
saysız-hesabsızdır. 65 milyon il əvvəl baş verən biosferin qlobal krizisini buna parlaq misal göstərmək olar. Ye-
rin möhtəşəm kosmik cisimlə (astreoidlə) toqquşması nəticəsində ekoloji fəlakət baş vermişdir. Atmosferin qaz
tərkibi və havanın yerüstü və dəniz akvatoriyalarının temperaturu dəyişmiş, qurunun geniş ərazilərində böyük
miqyaslı meşə yanğınları baş vermiş və s. Bir neçə yüz milyard ton kütləsi olan 10 km-ə yaxın diametrli kosmik
cismin partlaması əvvəlcə yanğınlar nəticəsində yerüstü temperaturun xeyli yüksəlməsinə, sonra isə «nüvə
qışına» bənzər soyuqlaşmaya səbəb olmuşdur.
Təbii balansın pozulmasının olduqca böyük olması yerüstü iri onurğalıların, o cümlədən dinozavrların
məhvinə səbəb olmuşdur. Yerin üzvi həyatı tamamilə meşə örtüyündən məhrum olmuşdur. Bütün başıayaqlı
molyusklar (ammonitlər və belemnitlər), plankton orqanizmlərin, mərcanların və mamırların bütün ailələrinin,
braxionodların, qarınayaqlı molyuskların ailələrinin isə 75%-i və digər orqanizmlər sıradan çıxmışlar. Lakin
nisbətən az vaxt ərzində – 3-5 milyon ildən sonra Yerdə üzvi həyat yenidən dirçəlmişdir.
Bununla belə, Yerin tarixində bu kosmik fəlakət ən böyüyü sayılmır.
Geoloji tarixin son 800 milyon ili ərzində 21 dəfə belə kosmik fəlakətlər olmuşdur. Bu yalnız asteroidlərin
bilavasitə zərbəsi və paltayışından ibarət olmayıb, həm də kometlərin (quyruqlu ulduzların) düşməsi və ya Yerin
yaxınlığından uçması hadisələri də müşahidə olunmuşdur. Bütün bunlar üzvi aləmin inkişaf tarixində təsbit olu-
nur və xronoloji şkalanın böyük sərhədlərində qeydə alınır. Əgər 65 mln. il Yerə asteroid düşməsəydi, kosmik
bombalar atılmasaydı, dinozavrların ömrü neçə milyon il davam edərmiş. Axı dinozavrlar yoxa çıxdıqdan sonra
onların sığınacağını məməlilər tutmuşdur, onların təkamülü Hopo-sapiensin (insanın) peyda olmasına gətirib
çıxarmışdır.
Yerin geoloji tarixində müxtəlif davamiyyətli qlyasioeralar (buzlaşma eraları) altı dəfə baş vermiş və hər
dəfə kriosferin (Yer kürəsində temperaturu mənfi olan soyuq təbəqə) böyüməsi biosferin inkişafını
məhdudlaşdırmış və onun homeostazını ( davamlığını, sabitliyini) pozmuşdur. Heyvanat aləminin və bitki
örtüyünün həyat tərzində miqrasiyasına və ya dəyişməsinə səbəb olan yalnız Yer səthinin temperaturu
pozulmamışdır, qlyasioeralar həmçinin biokütlənin olduqca azalmasına, deməli, maddələrin bioloji dövranının
pozulmasına gətirib çıxarmışdır. Hidroloji tsikl də pozulmuşdur. Buzlaşma epoxalarında okean və atmosfer
arasında rütubət mübadiləsi aşağı düşür, atmosferdə rütubətin miqdarı azalır, deməli, istilik (parnik) effekti də
aşağı düşür. Geniş ərazilərdə kriosferin inkişafı nəticəsində Yer səthinin albedosu xeyli yüksəlir, radiasiya
393
balansı isə azalır, bütün bunlar planetin soyuqlaşması effektini gücləndirir.
Vulkanizmin aktivliyi, xüsusən olduqca çoxlu miqdarda atmosferə piroklastik materialın atılması, həmçinin
çoxlu miqdarda karbon qazının da atılması, əksinə parnik (istilik) effektinin güclənməsinə şərait yaratdı.
Planetar hadisələrin həm mənfi (soyuqlaşma), həm də müsbət inkişafı landşaftların orqanizmlərinin həyat
fəaliyyətində yaxşı (əlverişli) şərait yaratdı, biosfer baş verən çətinliklərin öhdəsindən uğurla gələrək inkişaf
etməyə başladı.
Lakin antropogen təsir zamanı əgər destruksiya (dağılma, pozulma) faktoru insan tərəfindən törədilən krio-
gen-qlyasial təsir olarsa, digər ssenari törənə bilərdi. Bu, nüvə konflikti və nüvə qurğularından geniş miqyasda
istifadə edildikdə baş verməsi mümkündür. Belə halda Yerin enerji ilə təmin olunması pozular, kriosfer planetar
miqyasda yayılar, yəni Yer yeni buz planetinə çevrilə bilər.
Elmə əsaslanmış dayanıqlı inkişaf və bəşəriyyətin optimal yaşama şəraitinin strategiyasını hazırlamaq üçün
aşağıdakı prioritetləri müəyyənləşdirmək lazımdır.
- Ali – təbii-antropogen sistemlərin ekoloji-iqtisadi baxımdan optimallaşması. Demoqrafik problemin həlli
də ali prioritetin həyata keçirilməsi uğurlarından asılıdır.
- Yüksək – təbii sistemlərin və bioloji müxtəlifliklərin qorunması.
Dünyada təbii fəlakət baxımından tamamilə təhlükəsiz ölkə yoxdur. İldən-ilə təbii kataklizmlərin (dağıdıcı
çevriliş) sayı getdikcə artır.
Mütəxəssislərin əksəriyyəti təbii fəlakətlərin sayının çoxalmasını birbaşa inan fəaliyyəti ilə bağlayır.
«Scientifis American» jurnalının məlumatına əsasən təbii ekosistemlərin (məs. meşələrin) məhv edilməsi
quraqlıqların, daşqınların və qasırğaların sayının artmasına səbəb olur. Bununla yanaşı, Milli Tədqiqat Şurasının
(National Research Council) məlumatına görə urbanizasiya da bu baxımdan neqativ rol oynayır. İqlimşünas Con
Tviqqa/john Twigg qeyd edir ki, 1970-ci ildən başlayaraq təbii fəlakətlər hər il, orta hesabal 80 min insan
ölümünə səbəb olur və 144 mln. adamın həyatına neqativ təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə Asiya və Amerika sakinləri, Avropaya nisbətən zəlzələ, daşqın,
vulkan püskürməsinin daha çox qurbanı olurlar. Bu baxımdan inkişaf etməkdə olan ölkələr daha çox təhlükə
(qorxu) altındadır. Çoxillik statistik məlumatlar göstərir ki, bütün ölüm hadisələrinin 90%-i məhz onların payına
düşür. BMT-nin məlumatına əsasən daha az inkişaf etmiş 49 ölkənin 24-ü «risk (təhlükə) qrupunda» yerləşir.
Son 15 il ərzində bu ölkələrdən altısı ikidən səkkizə qədər dəhşətli təbii fəlakətə məruz qalmışlar. 1990-cı illərdə
84 böyük təbii kataklizm qeydə alınmışdır, bu 1960-cı illərdəki illə müqayisədə üç dəfə çoxdur. Bu fəlakətlərin
vurduğu ziyan 591 mlrd. dollar, yəni 1960-cı illərdəkinə nisbətən 8 dəfə artıq olmuşdur.
Təbii fəlakətlər sənaye cəhətdən inkişaf etmiş ölkələr üçün də qorxuludur. 1995-ci ildə Yaponiyada baş
verən güclü zəlzələ minlərlə insanın ölümünə səbəb olmuşdur. Zəlzələnin olduqca güclü olmasına baxmayaraq,
ölkə belə növ kataklizmlərə hazır olduğundan ölənlərin sayı çox olmadı və zərərçəkənlərə tez vaxtda köməklik
göstərildi. İqtisadi ziyan 155 mln. dollar təşkil etdi.
Təbii Fəlakətlər Tədqiqat Mərkəzinin məlumatına görə təbii fəlakətlər hər sonrakı onillikdə artmaqda
davam edir. Ziyan çəkənlərin sayı və iqtisadi itkilər də daima çoxalır. 1973-1982-ci illərdə dünyada 1,5 min
fəlakət qeydə alınmışdır (1 mln-a qədər ölüm hadisəsi), 1983-1992-ci illərdə fəlakətlərin sayı 3,5 minə çatmış
(1,2 mln. ölüm halı), 1993-2002-ci illərdə isə fəlakətlərin sayı 6 minə yaxın, ölənlərin sayı isə 620 min nəfər
olmuşdur.
394
Şəkil 23.8. Dünyada 30 ildə (1962-1992) baş verən təbii fəlakətlərin müxtəlif tiplərinin sayı: ziyanın
miqdarına görə (A); ziyan çəkənlərin sayına görə (B); ölənlərin sayına görə (C)
395
XXIV FƏSİL
ƏTRAF MÜHİTİN SOSİAL FAKTORLARI
24.1. Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər
Siqaret çəkmə dünyada ən geniş yayılan vərdiş olub, ayrı-ayrı adamların, həm də bütövlükdə cəmiyyətin
sağlamlığına zərər gətirir. Siqaret çəkməyə əhalinin bütün təbəqələri cəlb olunmuşdur, bu qadınlar və gənclər
üçün daha təhlükəlidir.
ÜST-in məlumatına görə dünyada 1,1 mlrd. adam (yer əhalisinin 18%-i), o cümlədən 900 mln. kişilər, 200
mln. qadınlar, digər məlumata görə 60% kişilər, 20% qadınlar siqaret çəkirlər.
BMT-nin məlumatına əsasən bəşəriyyət tütün məmulatının alınmasına hər il 85-100 mlrd. dollar xərcləyir,
yer kürəsinin hər bir sakini orta hesabla il ərzində min siqaret çəkir.
Dünyada gün ərzində 15 mlrd. siqaret çəkilir. ABŞ-da siqaret çəkməklə bağlı xəstələrin müalicəsinə ildə 50
mlrd. dollar xərclənir. Bu o deməkdir ki, 1993-cü ildə siqaret çəkmə ilə bağlı olan xəstəliklərin sağalmasında bir
qutu siqaretin qiyməti 2 dollara başa gəlir.
İl ərzində siqaret çəkməkdən itkinin miqdarı 200 mlrd. dollar təşkil edir. Yer kürəsində hər beş adamdan
biri bilavasitə və dolayı yolla orqanizmin tütünlə zəhərlənməsindən əziyyət çəkir. Siqaret çəkmə nəticəsində ildə
orta hesabla 8,5 mln. adam dünyasını dəyişir. Orta hesabla siqaret çəkmə ilə əlaqədar insan ömrü 6-8 il qısalır.
Siqaret çəkənlərin yarısı 35-69 yaşında müxtəlif xəstəliklərə tutularaq ölməyə risk edir. MDB ölkələrində
1998-ci ildə hər iki kişidən birinin ən parlaq çağlarında xərçəng xəstəliyindən ölümünə tütün tüstüsü bais
olmuşdur. Siqaret çəkənlərin 80%-i xroniki bronxitdən əziyyət çəkir, ağciyərin xərçəng xəstəliyindən ölənlərin
95%-ni həris siqaret çəkənlər təşkil etmişdir. Qırtlağında xərçəng xəstəliyi olanların 80-90%-i siqaret çəkənlər
olmuşdur. Siqaret çəkməklə birlikdə alkoqol qəbul edənlərin qida borusunda xərçəng xəstəliyinin əmələ gəlmə
riski siqaret çəkməyən adamlara nisbətən 9-12 dəfə yüksəkdir, mədədə xərçəng xəstəliyinin əmələ gəlməsində
isə bu rəqəm 9,3 dəfə təşkil edir. Tütün dodaqda, ağız boşluğunda, qida borusunda, ağciyərdə xərçəng
xəstəliyindən ölənlərin 60-80%-ni, xroniki bronxitin 75%-ni, ürək işemiyasından ölənlərin dörddə birini təşkil
edir.
Amerika tədqiqatçıları tütün tüstüsünün kanserogen təsirinin mexanizmini aşkar etmişlər. Buna başlıca
səbəbkar çoxdan məlum olan benzapiren, daha doğrusu, orqanizmdə benzapirenə çevrilən benzapiren-diol-
epoksid (BPDE) maddəsidir. BPDE şişin böyüməsinin qarşısını alan gen p53-ün sahəsini zədələyir. Əvvəllər
aşkar edilmişdir ki, bu genin mutasiyası ağciyər xəstəliyinə tutulan xəstələrin 60%-də, digər xərçəng növlərinin
isə 50%-ə qədərində rast gəlinir. Normal vəziyyətdə gen p53 şişin böyüməsini sıxır, xəstə hüceyrələri
kənarlaşdırır. Artıq siqaret çəkməyin xərçəng xəstəliyi əmələ gətirməsinə heç bir şübhə yoxdur.
Az qətran tərkibli tütündən hazırlanan «yüngül» siqaret istehsal edənlərə də ümid özünü doğrultmadı.
Tədqiqatlar göstərdi ki, bu «sağlam» siqaterlər də digər xərçəng xəstəliyi növlərinin (adenokarsin) əmələ
gəlməsinə cavabdeh olub ağciyərin dərin sahələrini zədələyir. Bunu sadəcə belə izah etmək olar ki, yüngül
siqaterlərdən ləzzət almaq üçün tüstünü daha çox dərinə sorurlar, yüngül siqaretlərin nisbətən az zərərli olması
haqqında olan reklam həqiqətə uyğun deyildir.
Siqaret çəkmə gənclərin zehni və fiziki qabiliyyətlərinə mənfi təsir göstərir və onları impotentliyə aparır.
Amerika tədqiqatçılarına görə siqaret çəkənlər yaxşı hazırlıqlı tələbələrin 17%-ni, orta hazırlıqlıların 45%,
hazırlıqsızların 59%-ni təşkil etmişdir.
Rusiya Federativ Tibb Elmlər Akademiyasının məlumatına görə siqaret çəkəndən 10-15 dəqiqə sonra
əzələnin gücü 15%, əzələlərin uyğunlaşması (koordinasiyası) 23% azalmışdır. Hətta passiv siqaretçəkmə ürək-
damar xəstəliyinin başvermə təhlükəsini 1,5 dəfə yüksəldir. Həm də passiv siqaret çəkmədən 66,7% ailənin
uşaqları əziyyət çəkir. Siqaret çəkənlərin 40%-ndən çoxu müvəqqəti iş qabiliyyətini itirir. Siqaret çəkən
ailələrdə uşaqların çəkisi 700 qram az, boyu və başının çevrəsi kiçik olur. Belə uşaqlar 9-10 yaşına qədər fiziki
və əqli baxımdan xeyli geri qalır.
Rusiyada kişilərin 67%-i, 15 yaşdan yuxarı qadınların 30%-i siqaret çəkir (1993-cü ilin məlumatı). Burada
tütünün təsirindən hər il 280 min, hər üç kişidən biri və hər 20 qadından biri həyatını dəyişir.
Tədqiqatlar göstərir ki, Rusiyada 8-ci sinifdə şagirdlərin 25%-i, 10-cu sinifdə 42%, qızların 23%-i siqaret
çəkir.
Bir neçə il əvvəl bütün dünyada siqaret çəkməklə mübarizəyə başlanılıb. Güclü mübarizə nəticəsində ABŞ-
da 1970-1990-cı illərdə siqaret çəkənlərin sayı 70%-dən 28%-ə enib. Digər məlumata görə, ABŞ-da kişilərin
28%-i, qadınların 23%-i siqaret çəkir (1994-cü il məlumatı).
396
ABŞ-da hər il 100 min adamın ölümünə tütün səbəb olur. Avtomobillərin yarıdan çoxu külqabısız buraxılır.
Bir sıra kompaniyalar, məsələn «Lokxid» və «Terner brodkostinq» siqaret çəkənləri işə götürmür. «Teksas
instrument» kompaniyası hər siqaret çəkən işçidən ayda 10 dollar, «Yu-xod» isə həfədə 5 dollar tutur.
Vebster Qroun (Missuri ştatı) şəhərinin fəalları yaşı 17-ə qədər uşaq olan xüsusi evlərdə siqaret
çəkilməsinin qadağan olunmasını təklif edirlər. Pensilvaniyada avtomobillərdə siqaret çəkmək qadağan
olunmuşdur. Kaliforniyanın bir neçə şəhərində çimərlikdə siqaret yandırmaq qadağan edilib, Devis şəhərində isə
acıq havada da siqaret çəkməyə icazə verilmir. San-Diyeqo aeroportunda binadan bir neçə metr kənarda siqaret
çəkmək olar.
Pentaqonda siqaretə qarşı müharibə elan edilib. 1994-cü ildə Müdafiə Nazirliyi iş yerində siqaret çəkməyə
yasaq qoyub. 1980-ci ildən 1995-ci il daxil olmaqla ABŞ-ın silahlı qüvvələrində siqaret çəkənlərin sayı üçdə
birə qədər azalmışdır. 1997-ci ildə ABŞ-ın ordusunda 1,4 milyon hərbiçinin 32%-i siqaret çəkmişdir.
1998-ci ilin sentyabrında 8 ştatda tütün kompaniyaları 25 il ərzində siqaret çəkməklə əlaqədar xəstələrin
müalicəsinə 206 mlrd. dollar ayrılması barədə qərara gəlmişlər.
1999-cu ilin sentyabrında ABŞ federal hökuməti tütün kompaniyalarını məhkəməyə vermişdir. Kompaniya-
lar görkəmli ictimai yerlərdə siqaret reklamlarından istifadə etməməyi öhdələrinə götürmüşlər. ABŞ-da idarələr,
parklar, şəhərlər və çaylar tüstüsüz zona elan olunur.
Kanadada hərbi qulluqda, aeroportlarda, vağzallarla, Toranto və Ottavada hətta restoran və barlarda siqaret
çəkmək qadağan olunmuşdur. Qaydanı pozanlar 250-dən 5000 Kanada dolları məbləğində cərimə olunur. Tütün
kompaniyalarına, idman və müxtəlif mədəni tədbirlərə sponsorluq etmək qadağan edilmişdir.
İtaliyada siqaret çəkməklə bağlı hər il 90 min adam ölür. Burada siqaret çəkməklə mübarizə hər yerdə
aparılır. Rusiyadan fərqli olaraq İtaliyada 11-15 yaşlı məktəblilərin yalnız 16%-i siqaret çəkir.
Avropanın bütün ölkələrində, Kanadada, Avstraliyada, ABŞ-ın əksər ştatlarında tütün məmülatlarının rek-
lam olunması praktiki olaraq qadağan edilmişdir.
1998-ci ildə ÜST-nin başlıca vəzifəsi – xüsusilə üçüncü dünyanın ölkələrinin uşaqları və yeniyetmələrinin
siqaret çəkməsilə mübarizə aparmaqdır. ÜST üçüncü dünyanın ölkələrində tütün məmulatlarının reklamına tam
qadağan edilməsini qarşısına məqsəd qoymuşdur.
ABŞ-da siqaret istehsalı ilbəil aşağı düşür, siqaretin xaricə, xüsusilə Şərqi Avropa ölkələrinə və Rusiyaya
satışı sürətlə artır.
1996-cı ilin iyunundan 1997-ci ilin iyununa qədər «Filipp-Morris» firması ABŞ-a 240 mlrd., kənar yerlərə
isə 690 mlrd. dollarlıq siqaret satışı aparmışdır. Çində hər il 1,8 trilyon Amerika siqaretindən istifadə olunur.
1995-ci ildə ABŞ, Çin AİB (Avropa iqtisadi birliyi)-dən sonra Rusiya dünya tütün bazarında dördüncü
yerdə durur. Rusiyada yaşlıların 50%-dən çoxu siqaret çəkəndir. Bir ildə onlar 150 mlrd. siqaret çəkir. Rusiyada
tütün bazarı sürətlə genişlənir, ona uyğun olaraq, inkişaf etmiş sənaye dünyasında ölüm səviyyəsinə görə liderlik
edir.
Tütün reklamı hər şeydən əvvəl gənclərə yönəldilib. Tütün firmalarından birinin direktoru deyir: «Bu zibili
biz özümüz çəkmirik, onu yalnız satırıq. Çəkmək hüququnu gənclərə, kasıblara, qaralara və axmaqlara veririk».
24.2. Narkomaniya və toksikomaniya
Hesablamalara görə hazırda dünyada 50 mln. narkoman verdır. Narkomanlıq bütün bəşəriyyət üçün
təhlükəlidir. Yunanca narke- donma, donub qalma, mania – ağılsızlıq, dəlilik deməkdir.
Narkomaniyanın mahiyyəti (həmçinin onun sosial mənası) daha tam şəkildə aşağıdakı kimi ifadə olunur:
narkomaniya – sosial təhlükəli psixi xəstəlik olub, əsası bu və ya digər kimyəvi birləşmələr qəbul etmək
yolu ilə mərkəzi sinir sistemində «komfort sahəsi»ni süni olaraq stimullaşdırmaq üçün (şövqləndirməklə)
fərdin (şəxsin) qarşısıalınmaz cəhd göstərməsidir. Narkomaniya zamanı deformasiya baş verir, sonra sübutlar
(səbəblər) sistemi dağılır, əvvəlki sosial əlaqələr kəsilir və xəstədə narkotik maddə əldə etmək məqsədilə
istənilən qeyri hüquqi əmələ əl atmaq davranışı formalaşır. Narkomaniya cəmiyyətə böyük əxlaqi və maddi
zərər yetirir.
«Narkomaniya» termini daha ümumi olan «toksikomaniya» termini ilə müqayisədə xüsusidir. İş ondadır ki,
narkotik vəziyyəti psixikaya (ruhi aləmə) təsir göstərən bir çox maddələr yarada bilər. Onların hamısı olduqca
zəhərlidir. Bunların arasında elələri də var ki, tibbdə əvvəllər narkotik kimi heç vaxt istifadə edilməmişdir. Bun-
lar geniş çərçivədə – psixotrop effektli dərmandan tutmuş kimyəvi məişət vasitələrinə kimi maddələrdir. Alko-
qol və nikotin də narkogen (toksik) maddələr olsalar da, narkotiklər nisbətən az təhlükəli hesab olunur, onlara
həvəslə aludə olmağın özü də toksimaniya sayılır. Bu zaman alkoqol və siqaret çəkmə digər narkotiklərə yol
açır.
397
Bununla belə, «narkomaniya» və «toksikomaniya» hazırda paralel də işlədilir. «Narkomaniya» - «klassik»
narkotiklərə (opiya preparatları, Hindistan çətənəsi, cənubi Amerika bitkisi kökü və b.) hərislik və toksikoma-
niya isə geniş yayılan, nizamsız və getdikcə yayılması daha da genişlənən, psixikaya təsir göstərə bilən
maddələr olub, bura müxtəlif növ həblərdən tutmuş benzinə qədər daxildir. Buna uyğun olaraq bir sıra narko-
manlar və toksikomanlar (bura əsasən yeniyetmələr, cavan yaşlılar daxildir) ayrılır.
Narkotik maddələrdən asılılığın ilk (birinci) mərhələsində onu qəbul edən adam hər hansı bir
məsuliiyyətsizlik, arzusuna çatmaq hissiyyatı keçirir, nəyinsə çatışmazlığı barədə həyəcanlanır, psixoloji dis-
komfort duyğusuna məruz qalır.
Belə vəziyyəti kənarlaşdırmaq üçün yeni narkotik üsulları qəbul etdikdən sonra həmin şəxsdə artıq ona qarşı
inam yaranır və narkotikdən asılılıq inkişafının ikinci – psixoloji mərhələsi başlayır. Bu psixikanın xüsusi xəstəlik
vəziyyəti narkomaniyanın əsası və mahiyyəti hesab olunur.
Narkotikdən asılılığın üçüncü mərhələsində narkotik maddələrə kəskin qarşısı alınmaz fiziki aclıq başlayır.
Narkotiklər subyektiv qəbul olunan psixi vəziyyətin yalnız stimulyatoru deyil, həm də modulyatoru sayılır.
Yuxarıda qeyd edildiyi kimi narkotiklərin stimullaşdırıcı təsiri xoş əhvali-ruhiyyə hissiyyatının bilavasitə
təsirindən əmələ gəlir. Onların modullaşdırıcı təsiri isə xoş təsiri gücləndirən digər faktorlardır. Məsələn, kokai-
nin təsiri nəticəsində xüsusi gümrahlıq, yüngüllük, güc-«komfort zonasına» bilavasitə təsir yaranır, musiqi, rəqs
və s.-nin təsirindən isə ləzzət, zövq güclənir. Hətta bədənin bütün səthi erogen zona kimi dərk olunur.
Narkotik maddələr yalnız kimyəvi quruluşuna görə deyil, həm də psixikaya təsir xarakterinə, yaranan
asılılığın sürəti və dərinliyinə, müxtəlif orqanlara və fizioloji sistemlərə təsirinə görə də fərqlənir. Məsələn,
nikotindən asılılıq nisbətən tez baş verir, lakin siqaret çəkmə psixikanın pozulmasına səbəb olmur. Bununla
yanaşı, o, ürək-damar və tənəffüs sisteminə ziyandır, çox vaxt ağciyər və mədədə xərçəng xəstəliyinə səbəb
olur. Alkoqol isə əksinə, psixi pozuntulara aparır, ondan asılılıq inkişafı nikotinə və digər narkotik maddələrə
nisbətən yavaş (tədrici) olur. Narkotiklər (ilk növbədə heroin, kokain) alkoqol və nikotindən də təhlükəli olub
tez və intensiv asılılıq törədir, bu isə müxtəlif orqan və toxumaların distrofiyasına səbəb olur.
İlk yoxlamalarda (dadına baxmada) narkotikdən effekt alınmaya da bilər, lakin «eksperimentator»-şəxs
necə olur olsun, yeni narkotiki qəbul etməyə israrlıdır. 2-5 yoxlamadan sonra həmin şəxs dadına varır və sonra-
lar heç bir məsləhətə ehtiyacı olmadan narkotiki sərbəst qəbul etməyə başlayır.
Narkotik maddələri ilk dəfə qəbul edən şəxs öz vəziyyətində heç bir dəyişiklik hiss etmir. Bəzən
Dostları ilə paylaş: |