QƏRİb məMMƏdov, mahmud xəLİlov


Axın fırtınalarında «burağan gövdə»



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə58/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   54   55   56   57   58   59   60   61   ...   64

Axın fırtınalarında «burağan gövdə» olmur,  odur ki, hərəkət edən hava axın  şəklində olur. Belə 

fırtınalardan  ən çox yayılanı  qışda bəzi çayların mənsəbində  və estuarilərdə baş verən, sahil boyu ərazilərdə 

yerləşən dağlardan yüksək sürətlə aşıb gələn  bora adlanan güclü soyuq sərt şimal küləyidir. Bora quru və su 

hövzələri arasında atmosfer təzyiqi kəskin fərqli (quruda yüksək, su hövzəsində isə  aşağı) olduqda yaranır. 

Sürəti bəzən 40 m/san-dən də çox olur. Bora tipli küləklər Novorossiyskdə – «Nord-ost», Baykalda – «Sarma»

Provansda  (Fransanın Aralıq dənizi sahili boyu və Atlantika sahillərində) – «Mistral», Texasda (ABŞ-da) – 



«Norzer», Amazonka çayında – «Pororoka» adlanır. Ən güclü bora Çində Fuçuntsyan çayında müşahidə olu-

nur.  


Bora hadisəsinə Novorossiysk borası klassik misal ola bilər. Şimaldan gələn soyuq hava kütləsi Qafqaz sıra 

dağlarının qərb qurtaracağından aşaraq Qara dənizin Semes buxtasına düşür və Novorossiyskiyə basılır. Bu za-

man bir neçə saat ərzində temperatur 20

0

C-dən çox aşağı düşə bilər.  



Küləklə dənizdən ayrılan su damlalarının sürəti 60m/san-yə çataraq liman və şəhər tikililərində və buxtadan 

çıxmamış gəmilərdə donur. Əmələ gələn buz qatının qalınlığı bəzən 4 m-dən də çox olur. Donmuş gəmilər çe-

vrilir. Belə ki, 1848-ci ildə praktiki olaraq Qara dəniz eskadası  məhv edildi. Yalnız fraqman freqatı (hərb 

gəmisi) «Midiya» və Şxuna (üçdorlu yelkənli gəmi) «Smelıy» salamat qaldı, qalanları isə sahilə atıldı və ya do-

naraq komanda ilə bir yerdə suya batdı. Bir çox binaların qapı və pəncərələri qırıldı, möhtəşəm ağaclar, teleqraf 

dirəkləri və evlərin çardaqları yerindən qopdu, dəmir yolunda vaqonlar çevrildi. Son 10 il ərzində 

Novorossiyskdə belə güclü boralar iki dəfə baş vermişdir.    

Antarktika, Novozemelski və Balxaş boraları Novorossiyski boralarına bənzərdir.  

Qəfil fırtınaların baş vermə yerini müəyyənləşdirməyi qabaqcadan bilmək hələlik praktiki olaraq qeyri 

mümkündür, odur ki, qabaqcadan xüsusi xəbərdarlıq təhlükəsizliyini həyata keçirmək mümkün olmur.  

Qəfil fırtınalardan fərqli olaraq bora tipli axın fırtınaları  həmişə eyni yerdə baş verdiyindən qabaqcadan 

daxil olan xəbərdarlıq, fırtınadan qabaq gəmilərin buxtadan çıxarılmasına,  əhaliyə isə boranın dağıdıcı 

nəticələrini azaltmaq üçün tədbirlərin görülməsinə imkan yaranır.  

Xortumlu fırtınalar (tromb, tornado) 

Olduqca tez (sürətlə) fırlanan qıf formalı hava burulğanıdır. Qıfın daxilində  təzyiq kəskin aşağı olur. Bir 

qıfın fırlanma sürəti böyük həddə  dəyişir və  bəzən havada sürəti hətta səsin sürətindən də çox olur (1200 

km/saat).  

Qasırğadan fərqli olaraq xortumlu fırtınaların (smerç) ölçüsü çox az olur (orta eni 350 … 400 m), qət etdiyi 

yol (məsafə) isə 20 km-ə çatır (bəzən 500 km-ə). Bir qayda olaraq xortumlu fırtınalar ildırım, şimşək, tufanlı 

leysan yağışları və dolu ilə müşayiət olunur. Ayrı-ayrı doluların dənəsinin dairəsi bəzən 45 sm-ə çatır. Xortumlu 

fırtınalar Rusiyada tez-tez baş verir, bəzən insan ölümünə  də  səbəb olur. D.V.Nalivkin (1969, 1984) Şərqi 

Avropada Mərkəzi-Qaratorpaq rayonunu, Baltikyanı ölkələri və Belorusiyanı yüksək xortumlu fırtınalar 

fəaliyyət göstərən vilayətlərə aid edir. Ayrı-ayrı bu tipli fırtınalar Solovetsi adaları  ərazisində (Soçiyə  qədər) 

qeydə alınmışdır.  

Tromb (meteoroloji tromb). Atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə 

ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik 

ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50-100 m/san-yə çatır) və eni 100 


 

365


m-ə  qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-da baş verən  tornadoya oxşayır. Onun 

təkrarlanması son 10-35 ildə 8-10 dəfə artmışdır. Böyük Britaniyada son illərə qədər qeydə alınmırdı. Lakin indi 

ildə onlarla tromb hadisəsi baş verir. Meteoroloji trombun çoxalmasının  əsas səbəbi  ərazinin 

meşəsizləşdirilməsi, geniş açıq sahələrin əmələ gəlməsi, yer səthinin qeyri-bərabər isinməsinin artması və iqlim 

anomaliyasıdır.  

Tornado. Amerikada güclü atmosfer burulğanının adıdır, Avropa trombu ilə müqayisədə olduqca tez-tez 

təkrarlanır. ABŞ-ın cənub-şərqində, xüsusən Missisipi çayının orta axarı boyunca və Vest-Hinddə (Qərbi Hin-

distanda) baş verir. Tromb başlıca olaraq yazda və yayda kiçik bir sahədə müşahidə edilir. Bu zaman küləyin 

sürəti 50-100 m/san-yə çatır və fəlakətli dağıntılar əmələ gətirir. ABŞ-ın şərq hissəsində ildə bir neçə yüz tromb 

müşahidə olunur.  

Beləliklə, hava kütlələrinin sürətlə hərəkəti ilə əlaqədar baş verən təbii fəlakətlər həyat fəaliyyətini xeyli aşağı 

salır. Göstərilən təbii proseslərin mənfi nəticələrini azaltmaq üçün ilk növbədə dövri olaraq fəlakətlər baş verən 

rayonlarda onlara uyğun hava kütlələrinin hərəkətinə davam gətirən binalar və qurğular inşa edilməli, ikincisi isə 

baş verəcək fəlakətlər haqqında vaxtında xəbərdarlıq edilməlidir. Lakin belə təbii fəlakətlərin həyat fəaliyyətinə 

təsirini tam aradan qaldırmaq hələ ki, mümkün olmamışdır.  



 

23.2. Azərbaycanda güclü küləklər  

Respublikamızda külək rejimini onun coğrafi mövqeyi, səth quruluşu, dağların mövcudluğu və  Xəzər 

dənizinin olması müəyyənləşdirir. Xəzər sahili boyu ərazilərdə  şimal,  şimal-şərq və  şimal-qərb, cənub, düzən 

rayonlarda qərb, şimal-qərb, şərq və cənub-şərq istiqamətli, dağlarda isə dağ-dərə küləkləri hakim rol oynayır. 

Respublika  ərazisində küləyin orta sürəti 1-5 m/san-dir, zəif küləklər noyabr-dekabr, güclü küləklər isə yaz 

aylarında əsir (cədvəl 23.1).  



 

Cədvəl 23.1  

 

Küləyin orta sürəti (m/san ilə), Əyyubov, Rəhimov, 2000 

 

Stansiyalar  

Aylar  

İllik  

I  II  III IV V  VI VII VIII IX X  XI XII



2 3 4 5 6 7 8  9  10 11 12 13 14 

Mərdəkan 

  6,0 6,4 6,6 6,0 5,7 5,8 6,1  5,6  5,4 5,6 5,5 5,6  5,9 

Cəfərxan 

  1,8 2,3 2,6 2,7 2,7 2,5 2,3  2,2  2,0 1,9 1,7 1,6  2,2 

Göyçay 


 

2,4 2,2 2,3 2,3 2,2 2,2 2,0  1,9  2,0 2,1 1,9 2,1  2,1 

Füzuli 

 

1,9 1,9 1,8 2,0 1,9 2,1 2,0  2,0  1,8 1,7 1,6 1,7  1,9 



Qazax 

 

0,9 1,1 1,3 1,4 1,4 1,5 1,4  1,3  1,2 1,0 0,8 0,8  2,0 



Prişib 

 

1,7 1,9 2,3 2,3 2,2 2,5 2,4  2,3  1,9 1,6 1,5 1,5  2,0 



Zaqatala 

 

1,1 1,2 1,4 1,3 1,4 1,4 1,4  1,4  1,4 1,2 1,1 1,1  1,3 



Naxçıvan 

  1,3 1,8 2,6 2,9 2,7 3,0 3,8  3,9  3,4 2,6 2,0 1,2  2,6 

 

23.1 saylı  cədvəldən göründüyü kimi, küləyin orta sürəti respublikamızın rayonlarında böyük deyildir. 



Bununla belə, bəzi rayonlarda gücü 15 m/san-dən yüksək olan küləklər də əsir. Belə küləklər ən çox Abşeron 

yarımadası üçün səciyyəvi olub il ərzində onların sayı 100 gündən artıqdır. Sonrakı yeri Naxçıvan MR-in dağlıq 

zonası tutur, burada küləyin sürəti 15 m/saniyədən artıq olan il ərzində günlərin sayı 50-ni keçir (MR üçün 

ümumi 38 gün təşkil edir). Respublikanın digər ərazilərində belə küləklərin sayı ildə 10-25 gün arasında dəyişir 

(cədvəl 23.2).  

 

Cədvəl 23.2 

Güclü küləkli (sürəti 15 m/san-dən çox olan) günlərin sayı 

 

Stansiyalar  

Aylar  

İllik  

I II III IV V VI VII VIII IX X XI XII

 



2 3 4 5 6 7 8 9 10 11 12 13 14 

 

366




2 3 4 5 6 7 8 9 10 11 12 13 14 

Mərdəkan 

 15 19 19 13 11 10 11 11 10 15 11 13 102 

Cəfərxan 

 2 2 3 4 4 4 5 1 2 2 2 2 18 

Göyçay 


  3 3 5 4 2 4 2 1 2 3 1 3 18 

Füzuli 


  3 3 4 4 6 6 4 3 3 4 3 2 26 

Qazax 


  1 3 3 2 3 3 3 2 1 1 1 5 8 

Zaqatala 

  1 1 4 5 7 4 3 5 4 0 2 0 20 

Naxçıvan 

 2 3 4 7 6 5 6 5 4 2 3 1 34 

 

Gücü 21 m/saniyədən çox olan küləklər ildə Putada 140, Sumqayıtda 121, Maştağada 52, Bakıda 50, 



Artyemda 40 gün əsir, yüksək dağlıq və dağətəyi  ərazilərdə belə küləklərin sayı ildə 1-5 dəfə olur. Bunlar 

göstərir ki, Abşeron yarımadası güclü küləklərin ən çox təkrarlandığı ərazidir, burada bəzən gücü 40 m/san-yə 

çatan küləklər də müşahidə olunur. Bakıda belə güclü küləklər 1945-ci il 25 oktyabr, 1952-ci il 12-13 fevral, 

1957-ci il 20-21 noyabr, 1980-ci il 18-20 mart və 26 sentyabr, 1999-cu il 10 noyabr, 2004-cü ilin fevralında, 

Gəncədə 2001-ci il 4 sentyabrda, Dəvəçidə 2002-ci il 9-10 fevralda, Göyçayda 2002-ci ilin 16 fevralında 

müşahidə edilmişdir. Güclü küləklər respublikamızda tez-tez təkrarlansa da gücü 32 m/san-yə çatan küləklər hər 

il, 38 m-san-yə çatan – 5 ildən bir, 40 m/san-yə çatan küləklər isə 20 ildən bir olub, davamiyyəti 2 saatdan 20 

saata, Abşeronda nadir hallarda 48 saata çatır (Babaxanov, Paşayev, 2004).  

Abşeron üçün şimal («Xəzri») küləyi orta hesbala il ərzində 100 gün təkrarlanır. Belə küləklər yay 

dövründə havanın temperaturunu 5-6

0

 aşağı salaraq onu mülayimləşdirir, qışda isə 10-12



0

 aşağı salaraq havanın 

kəskin soyumasına və güclü qar yağmasına səbəb olur. Şimal,  şimal-qərb küləkləri respublikanın dağlıq 

ərazilərində  də baş verərək havanın temperaturunu kəskin aşağı salır. Məsələn, 2002-ci ilin qışında Naxçıvan 

MR ərazisində şimal küləyinin müşayiəti ilə temperatur – 40

0

-yə enmişdir.  



Abşeronda digər üstünlük təşkil edən  cənub (gilavar) küləyi qışda havanı mülayimləşdirir, yayda isə 

havada nəmliyi aşağı salır. Güclü gilavar zamanı hava quraqlaşır, tozlu-qumlu tüfanlara səbəb olur. Cənub 

küləyi Xəzər sahili boyu, Kür-Araz ovalığı və Naxçıvan MR ərazisində daha çox təkrarlanır.  

Güclü küləklər avtomobil, dəmir yolu, hava nəqliyyatının ritmik fəaliyyətini pozur, dəniz, çay, göl və su 

anbarlarında güclü dalğalar əmələ gətirir. tozlu-qumlu tufanlara, külək eroziyasına səbəb olur, elektrik və rabitə 

xətlərini yararsız hala salır, bağlara, üzümlüklərə ziyan yetirir, ağacları kökündən çıxarır, yolları, kanalları, dren 

və kollektorları torpaq və qumla doldurur, yaşayış evlərinin, təsərrüfat binalarının dam örtüyünü, pəncərələrini, 

istixanaları sındırır, yararsız hala salır. İnsanların səhhətinə neqativ təsir göstərir, ürək-damar xəstəlikləri, qan 

təzyiqi və digər xəstəliyi olan şəxslər güclü küləklərdən daha çox əziyyət çəkirlər (Babaxanov, Paşayev, 2004).  

Abşeronda, o cümlədən Bakı  və Sumqayıt  şəhərlərinin  şəhərətrafı  ərazilərin yaşıllaşdırılmasında və 

qoruyucu meşə zolaqlarının salınmasında küləyə davamlı ağaclardan zeytun, eldar şamı, hələb şamı, sərv, çinar, 

daş palıd, pittosporum və b. üstünlük verilməlidir.  

Şəhər və  qəsəbələrdə, evlərin arasında və yollar boyu azömürlü, tez boy atan qovaq ağaclarının  əkilməsi 

məsləhət görülmür, çünki bu ağaclar küləyin təsirindən tez yıxılır, binalar və əhali üçün təhlükə yaradır.  



 

 

23.3. ZƏLZƏLƏ 

Təbii  səbəblərdən (əsasən tektonik proseslərdən) və antropogen faktorların təsirindən yeraltı  təkanların 

yaranması və Yer səthinin tərpənməsi zəlzələ adlanır. İnsan fəaliyyəti nəticəsində süni yaranan və ya texnogen 

zəlzələlər  baş verir. Onların gücü nəqliyyatın hərəkəti ilə bağlı olduqda torpaq-qruntun bir qədər tərpənməsi 

şəklində olur. Yeraltı nüvə partlayışı sınaqları zamanı, su anbarları yaradıldıqda, həmçinin suyun dərin qatlara 

yeridilməsi (vurulması) zamanı isə  nəzərə çarpacaq dərəcədə titrəyiş baş verir. Məsələn, Kolorado ştatında 

(ABŞ) radioaktiv tullantılarla zəhərli suların xüsusi dərin quyulara vurulması 700-dən artıq kiçik zəlzələlərin 

baş verməsinə səbəb olmuşdur (A.Allison, D.Palmer, 1984).  

Zəlzələlər Yer səthində qeyri-bərabər yayılmışdır. Yer kürəsində  əsas  iki seysmik qurşaq məlumdur. 



Aralıq dənizi (Avrasiyanın cənubu ilə Portuqaliya sahillərindən qərbə – Malayya arxipelaqınadək uzanır) və 

Sakit okean (Sakit okean sahillərini halqa kimi əhatə edir).  Zəlzələlərin 90%-i Sakit okean halqa qurşağına 

düşür.  


Göstərilən qurşaqlardan kənarda, materiklərdə zəlzələ episentrləri ən yeni tektonik aktivləşmə sahələrində 

(Tyanşan tipli epiplatforma orogenləri), həmçinin qırılmalar sisteminin əmələ gəlməsi ilə müşayiət olunan rift 



 

367


zonalarındadır (Şərqi Afrika, Qırmızı dəniz riftləri, Baykal riftlər sistemi və s.). Platformalarda və okean dibinin 

çox hissəsində (okeanlardakı silsilələrdən başqa) zəlzələlər nadir hallarda baş verir və gücü az olur.  

Hər il 20-dən artıq güclü zəlzələ baş verərək böyük dağıntılara səbəb olur, onlardan orta hesabla yalnız biri 

fəlakətli olur.        

 

Cədvəl 23.3 

 

Zəlzələnin nəticələrinin qısa səciyyəsi və onların balla qiyməti  

(MSK-64) 

 

İntensivlik, 

balla 

Zəlzələnin 

xarakteristikası 

Xarici effekt 

 

1 2 



1 Hiss 


edilməyən Yalnız seysmik cihazlarla qeydə alınır 

2 Çox 


zəif 

Tam sükunətdə olan tək-tək  şəxslər hiss 

edir 

3 Zəif 


Əhalinin az qismi hiss edir 

4 Mülayim 

Əşyaların, pəncərə  şüşələrinin yüngül 

tərpənməsi və cingiltisindən hiss olunur  

5 Bir 

qədər güclü 



Binalar tərpənir, mebel silkələnir. 

Pəncərə  şüşələri və divarların malası 

çatlayır. Yatanlar oyanır 

6 Güclü 


Hamı hiss edir. Divardan asılan  şəkillər 

düşür. Divardan mala parçaları qopub 

sökülür. Binalar yüngül zədələnir 

7 Çox 


güclü 

Daş evlərin divarları çatlayır  

8 Dağıdıcı 

Yamaclarda çatlar əmələ gəlir. Karnizlər, 

tüstü turbaları düşür. Heykəllər tərpənir 

və ya aşır. Evlər çox zədələnir 

9 Viranedici 

Daş evlər çox zədələnir və dağılır 

10 Məhvedici 

Torpaqda iri çatlar (1 metrə qədər) əmələ 

gəlir. Uçqunlar və sürüşmələr baş verir. 

Daş tikililər dağılır. Dəmir yolu relsləri 

əyilir 

11 Fəlakətli 



Yerin üst qatında enli çatlar yaranır. 

Çoxlu sürüşmələr, uçqunlar baş verir. 

Daş, panel evlər tamam dağılır  

12 Güclü 

fəlakətli 

Yer səthində böyük dəyişikliklər baş 

verir. Çoxlu çatlar, sürüşmələr, uçqunlar 

yaranır. Şəlalələr, süni göllər əmələ gəlir. 

Çaylar məcrasını dəyişir. Bütün tikintilər 

dağılır 


 

İl ərzində milyona qədər kiçik tərpənmələr qeydə alınır.   

Böyük gücə malik olan zəlzələlər bütün əsrlərdə baş vermişdir. Onlardan həqiqi sənədlərə  əsaslanan 

məlumatlar aşağıdakılardır: Çində 1556-cı ildə baş verən zəlzələ – 830000 adamın ölümünə  səbəb olmuşdur. 

1755-ci ildə Portuqaliyada baş verən zəlzələ  nəticəsində Lissabon şəhərinin üçdə biri dağılmış, 60000 adam 

həlak olmuşdur. 1887-ci ildə Alma-Atada zəlzələ 15 dəqiqə  ərzində bütün şəhəri alt-üst etmişdir. 15 km 

məsafədə çoxlu uçqunlar, eni 1 metrə çatan çatlar yaranmışdır. Bu zəlzələ Alma-Atadan radiusu 400 km-dən 

artıq məsafədə yayılaraq dağlarda sürüşmələr yaratmış, çoxlu yeni göllər  əmələ  gəlmiş, çoxlu insanların 

ölümünə səbəb olmuşdur.  

XX  əsrdə  ən güclü zəlzələlər ABŞ-da Prin-Uilyam körfəzində (10-11 bal, 1964), Yuqoslaviyada Skopye 



 

368


şəhərində (9-10 bal. 1963), Mərakeşdə Aqadir şəhərində (11 bal, 1960), Aşxabadda (9 bal, 1948), Spitakda (10 

bal, 1988), Rusiyada Zabaykalyedə (9-10 bal, 1957), Daşkənddə (8 bal. 1966).  

1976-cı ildə Çində (Tyanşan  əyaləti) baş verən zəlzələ  nəticəsində bir milyonluq şəhər və  ətrafdakı 

qəsəbələr Yer üzərindən silinmişdir (Alekseyenko, 2005).  

1970-ci ildə Peruda baş verən zəlzələdən 60 min, 1978-ci ildə İrandakı (Tabas şəhəri rayonu) zəlzələ – 25 

min, 1990-cı ildə  İranda (Gilyan əyaləti) olan zəlzələ 50 min, 2003-cü ildə  İranda (Bam şəhəri rayonu) baş 

verən zəlzələ isə 41 min adamın həyatına son qoymuş  və ya itkin düşmüşdür. 2005-ci il oktyabrın 10-da 

Pakistanda 7,6 bal (Kəşmirdə 7,8 bal) baş verən zəlzələ nəticəsində ərazinin 60%-i zəlzələdən ziyan çəkmiş, 73 

min adam ölmüş (o cümlədən 17 min Kəşmirdə), 65 min adam yaralanmış, 3 milyon adam evsiz-eşiksiz 

qalmışdır.  

2006-cı il martın 31-i səhər çağı İranın qərbində Loriston vilayətində 6 bal gücündə zəlzələ zamanı 70-dən 

çox adam ölüb, 1300-ü yaralanmışdır.  

2006-cı il 26 may səhər çağı İndoneziyada Yava adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş 

verdi. Zəlzələnin epimərkəzi Cokaya – Karta şəhərində minlərlə ev dağıldı, 7000-ə yaxın insan həlak oldu. 

Seysmoloqların hesablamalarına  əsasən zəlzələlər 13 milyondan artıq insanın ölümünə  səbəb olmuşdur. 

Sivilizasiyasının inkişafı,  əhalinin iri şəhərlərdə  cəmləşməsi ilə  əlaqədar zəlzələlərin nəticələri daha dəhşətli 

şəkil alır – iri, çoxmərtəbəli binalar dağılır, insanlar ölür, müxtəlif boru kəmərləri sökülür.  

Zəlzələlərin başvermə vaxtı, onun yeri və intensivliyini qabaqcadan proqnozlaşdırmaq hələlik mümkün 

deyil, odur ki, seysmik baxımdan təhlükəli rayonlarda onun faciəli nəticələrindən qorunmaq üçün bir sıra 

tədbirlər həyata keçirilməlidir.  

Respublikamızda da bütün əsrlərdə zəlzələlər olmuşdur. 427-ci ildə Gəncə şəhərindən 25 km cənub-şərqdə 

(episentrdə) 9 bal gücündə, 1139-cu ildə  Gəncədən 50 km cənubda 9 bal gücündə dağıdıcı  zəlzələlər baş 

vermişdir, Kəpəz dağının bir qanadının zəlzələnin təsirindən uçaraq Ağsu çayının qabağını  kəsib Göygölün 

yaranması da həmin dövrə təsadüf edir. Ən dağıdıcı zəlzələlər 1662, 1669, 1671-ci illərdə Şamaxıda olmuşdur. 

Qış aylarında, yəni 4 yanvar 1869-cu il, 1 fevral 1871-ci, 28 yanvar 1872-ci il və 13 fevral 1902-ci ildə Şamaxı 

şəhəri rayonunda baş verən zəlzələlər  ən güclü sayılır. 1859-cu ildə  Şamaxıda baş verən zəlzələ daha faciəli 

olmuşdur, 1 neçə saniyə davam edən zəlzələ nəticəsində şəhər dağılmış, 8 minə qədər adam ölmüşdür.  

XIX əsrdə Lənkəranda 25, Naxçıvanda 20, Şuşada 14 dəfə zəlzələ olmuşdur.  

1982-ci ilin əvvəli və 2000-ci ildə Böyük Qafqazın cənub-şərq yamacında gücü 7-8 ballıq 3 dəfə zəlzələ baş 

vermişdir. Zəlzələ nəticəsində İsmayıllı şəhəri və ətraf kəndlər güclü dağıntıya məruz qalmışdır.  

Azərbaycanın seysmik rayonlaşmasına  əsasən gücü 8-9 bala çatan zəlzələ  təhlükəli  ərazilər respublika 

ərazisinin 30%-ni təşkil edir, burada 4 milyondan artıq əhali yaşayır (Babaxanov, Paşayev, 2004).  

N.A.Babaxanov, N.Ə.Paşayev (2004) respublikamızın  ərazisində  zəlzələyə qarşı  aşağıdakı  tədbirlərin 

həyata keçirilməsini təklif edir:  



1. Tikinti apararkən zəlzələdən təhlükəli rayonlardan imtina etməlidir. Zəlzələ  təhlükəli rayonlarda 

möhkəmlik və etibarlıq təmin edilməli; 



2. Respublikanın mikroseysmik rayonlaşdırılması  və iri miqyaslı seysmik xəritələşdirilməsi vacibdir. Bu 

işlər ilk növbədə 8-9 ballıq zəlzələ ehtimalı olan Şamaxı-İsmayıllı zonasında və Naxçıvanda aparılmalıdır; 



3. Göstərilən rayonlarda dövlət  əhəmiyyətli və  zəlzələdən çətin mühafizə olunan dövlət  əhəmiyyətli 

binaların tikilməsi qadağan edilməlidir. Tikinti işlərində antiseysmik qaydalara riayət olunmalıdır; 



4. Doqquz ballıq zəlzələlərin və sürüşmələrin baş vermə ehtimalı olan ərazilərin təsərrüfat və tikniti işləri 

altında istifadəsi qadağan edilməli, həmin ərazilərdə istirahət üçün meşə-bağlar yaradılmalıdır.  



 

23.4. SUNAMİ 

Yaponca-  əsasən güclü sualtı  zəlzələ, qismən vulkanik püskürmə  və digər tektonik proseslər nəticəsində 

okean səthində yaranan dalğalardır. Yayılma sürəti 50-1000 km/saat, hündürlüyü açıq okeanda 2-3 m, sahil 

yaxınlığında 10-50 m və daha çox olur. Sunami qurunun içərilərinə soxularaq böyük dağıntılara səbəb olur. 

Əsasən Sakit okeanda müşahidə olunur. Sunami ilə əlaqədar 1000-dən artıq hadisə məlumdur; bunun 100-dən 

çoxu (məs. Yaponiya sahilləri yaxınlığında, 1933, Kamçatkada, Kuril adalarında, 1952 və s.) faciə ilə 

nəticələnmişdir.  



1946-cü ildə Aleut adalarının (Sakit okeanın şimalında arxipelaq, ABŞ, Alyaska ştatı) baş verən sunami 

780 km/saat orta sürəti ilə 3800 km yol (məsafə) qət etmişdir. Yüksək dalğalar əvvəlcə buxtanı qurutmuş, sonra 

isə sahilə doğru təxminən 1 km soxularaq evləri, körpüləri, insanları, dənizdə gəmiləri yuyub geri qayıtmışdır.  

1960-cı ildə Çilidə baş verən zəlzələ 15 saat ərzində Havay adalarına (Sakit okeanda arxipelaq, ABŞ-ın 


 

369


ştatı) çataraq, 11000 km məsafə qət edir, qabaqcadan xəbərdarlığa baxmayaraq, insan tələfatına səbəb olmuş, 75 

mln. dollar ziyan yetirmişdir. 8 saatdan sonra dalğalar Yaponiyaya çataraq, 180 adamın ölümünə səbəb olmuş, 

liman qurğularını dağıtmışdır. 

2004-cü ildə İndoneziya, Hindistan, Şri-Lanka, Malayziya, Tayland, Banqladeş, Somalini əhatə edən 

sunami 150 min insanın tələf olmasına və İtkin düşməsinə səbəb oldu, 1 mlrd. dollara qədər maddi ziyan törətdi.    

2005-ci il avqust ayının 23-də başlanğıcını Atlantik okeanının Baham adalarından götürən Katrina adlanan 

sunami, ABŞ-da Meksika körfəzinin ən gözəl guşəsində, Luiziana ştatının Yeni Orlean şəhərini bütünlüklə su 

altına aldı. Dəniz səviyyəsindən aşağıda yerləşən Missisipi deltası Yeni Orlean şəhərini cənubdan dövrəyə alır. 

Ondan şimalda Pontçartreyn gölü yerləşir və bunlar birlikdə yaratdığı çökəklikdə Yeni Orlean şəhəri yerləşir. 

Şəhər qasırğanın epimərkəzində olmayıb, Katrina dalğası  şərqə  tərəf yönəlir, bu isə  dəhşətli daşqının inkişafı 

üçün təhlükəli variant olur: leysan yağışları Pontçartreyn gölünü ağzına qədər doldurur və onun suyu qoruyucu 

bəndi dağıdır. 

Katrina sunamisi 2005-ci il 23 avqustdan 31 avqusta kimi davam edir, bu zaman küləyin sürəti saatda 280 

km-ə çatır.  

Qasırğanın baş verməsi haqqında 28 avqustda elan verilib, şəhər əhalisinin mütləq köçürülməsi haqda əmr 

olsa da, 150000 adam ona tabe olmur. Qasırğa başlayanda və su şəhəri basanda əhali Luiziananın böyük 

«Superdoum» stadionunda sığınacaq tapır. Stadion 9000 tamaşaçı üçün hesablansa da, orada 1 sentyabrda 23 

min adam (bəlkə də iki dəfə artıq) toplanır. Dörd gün Yeni Orlean şəhərində – sığınacaqda və ondan kənarda 

faciələr baş verdi.  

Elektrik işığı olmayan və sudan, yeməkdən, dava-dərmandan qıtlıq çəkən antisanitar şəraitdə sözlə deyiləsi 

olmayan hadisələr baş verdi. Həftə ərzində stadion üfunətli zibilliyə, siçovulların məskəninə çevrildi.  

Katrina sunamisini Atlantik okeanının ən dəhşətli və baha başa gələn qasırğası hesab etmək olar. 20000-dən 

artıq insan itkin düşdü. Ölənlərin sayı  məlum deyil, çünki yüzlərlə, bəlkə  də minlərlə insanı sunami dalğası 

yuyub-süpürüb batırdı. 160 mindən artıq ev xarabaya çevrildi. Neft emalı istehsalına böyük təsir göstərdi. 

Amerika neftinin 30%-i burada istehsal olunurdu. Neft buruqlarının 90%-nin işi dayandı, hesablamalara görə 50 

mlrd. dollar  məbləğində əmlak su altında batdı.  

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin