olacaqdır. Qeyd etmək lazımdır ki, hətta ən orta qiymətlə – nüvə konfliktlərinin dünya kənd təsərrüfatı və
təbii ekosistemlərə, nəticədə isə bəşəriyyətin özünə təsiri son dərəcə təhlükəlidir.
Nüvə konfliktinin iqlim effektləri
Əgər dünyanın iri şəhərləri, xüsusilə qazıntı yanacağı növləri ilə işləyən enerji təchizatı sistemləri nüvə
zərbələrinə məruz qalarsa, iqlimin qlobal pozulması qaçılmazdır. Tam ehtimal etmək olar ki, irimiqyaslı nüvə
konflikti zamanı şəhərlərin və ətrafındakı hərbi və sənaye obyektlərinin bombardman edilməsi nəticəsində Şimal
yarımkürəsinin baş sənaye rayonları xarabazara çevriləcəkdir.
Nüvə partlayışının bilavasitə təsiri ionlaşdırıcı radiasiya, zərbə dalğası və istilik şüalanması ilə əlaqədardır.
Bunlar dərhal insanların həlak olmasına və iri şəhər böyüklüyündə bir ərazinin fəlakətli dağılması ilə nəticələnir.
Bundan başqa, nüvə partlayışları şəhərlərdə hökmən möhtəşəm yanğınlara səbəb olar və güclü tüstü cərəyanları
atmosferə külli miqdarda his (qrum) aparar.
Nüvə partlayışları Yerin səthindən havaya çoxlu miqdarda toz, müxtəlif qırıntı materialları, torpaq qaldırır.
Atmosferdə radiasiya tozunun mövcudluğu yaxın regionlarda, həm də bütün planetdə radioaktiv yağıntıların
düşməsinə gətirib çıxaracaqdır. Toz hissəcikləri atmosferin yuxarı qatlarına qalxaraq ciddi iqlim pozuntularına
səbəb olacaqdır.
Nüvə partlayışlarının təsirilə, Şimal yarımkürəsinin iri şəhərlərində yerləşən alışqan (tezalışan) materialların
dördə biri alışarsa, hesablamalara əsasən havaya təxminən 50-150 mln. ton hissəciklər düşəcək, onun da 30 mln.
tonunun tərkibində karbon olan çox qara maddə günəş şüalarını effektiv udmağa qadirdir. His hissəcikdəri ilə ən
çox doymuş tüstü neft, benzin, qara neft, həmçinin neft-kimya məhsulları- plastmass, rezin, asfaltın yanması
zamanı əmələ gəlir.
Meşə, bozqır və açıq sahələrdə baş verən yanğınlar nəticəsində əmələ gələn tüstünün tərkibində his az olur,
odur ki, onun iqlimə təsiri «sənaye» tüstüsü ilə müqayisədə ehtmal ki, ikinci dərəcəli hesab olunur.
Güclü yanğınlar zamanı tüstü qalxan (yüksələn) hava axınları ilə aparıldığından, hissəciklər troposferin 10-
15 km-lik qatına və hətta strotosferə qalxa bilər.
Bir çox halda tüstü cərəyanları aşağıda yerləşən tufanlı buludlar tərəfindən saxlanıla bilər. Xirosima və Na-
qasaki üzərindəki belə buludlar qalxan tüstüləri udaraq saxlamış, bunun nəticəsində tərkibində su ilə bərabər his,
359
toz, kül olan «qara leysan» düşməyə başlamış, bu, atom bombardmanlarından sonra bir neçə saat ərzində davam
etmişdir. Son vaxtlar aparılan tədqiqatlar nəticəsində güman edilir ki, yağıntılarla birlikdə bir neçə saat və ya bir
neçə gün ərzində, atom bombardmanı zamanı baş verən yanğınlar nəticəsində əmələ gələn hissəciklərin 30-
50%-i yerə düşür.
Qeyd edildiyi kimi, tərkibində his olan tüstü günəş işığı tərəfindən intensiv udulur. Hisin sıx buludları çox
yüksəklikdə, planetin atmosferində qarışaraq günəş enerjisinin böyük miqdarını «tutub saxlayaraq» şüalanma
yolunda keçilməz sədd yaradır. Bu, atmosferin yuxarı qatlarının qızmasına, əksinə, aşağı qatlarının soyumasına
səbəb olur. Əgər Şimal yarımkürəsinin orta dairələri rayonlarında 30 mln. ton hiss tozlanarsa, Yer səthinə çatan
günəş işığının miqdarı 90%-dən az olmayaraq azalacaqdır. Əvvəlcə his hissəcikləri nəhəng yastı «kökələr»
halında toplaşaraq, küləklə uzaq məsafələrə aparılır. Sonra isə ehtimal ki, hava kəskin dəyişərək qısamüddətli
güclü soyuqlaşma baş verir.
Nüvə parlayışından bir neçə gün ərzində atmosfer prosesləri nəticəsində səmanın təmizlənməsini ehtimal
etməyə əsas yoxdur. Yəqin ki, bir neçə sutkadan sonra troposferin yuxarı qatları stabilləşir və Günəş histərkibli
buludları qızdırır. Bunun nəticəsində his hissəcikləri bir qədər də yuxarı qalxır və oradan artıq yağışlar vasitəsilə
«yuyula» bilmir.
Bir neçə gün ərzində tüstü buludları və his hissəcikləri bir kontinentdən Şimali Amerika, Avropa və
Asiyanın böyük hissəsini örtə bilər.
Nüvə partlayışının digər nəticələri
1. Nüvə partlayışı zamanı əmələ gələn azot oksidləri atmosferə qalxaraq, ozon qatının azalmasına
(nazilməsinə) səbəb ola bilər. Hesablamalara əsasən ozon qatı altı ay, hətta il ərzində Şimal yarımkürəsində 20-
30% azala bilər. Qısa müddətlərdə «ozon deşikləri» də yarana bilər və burada ozon qatının qalınlığı «normanın»
30%-ni təşkil edər. Açıq havada təhlükəli ultrabənövşəyi şüalanmanın intensivliyini artırar, hərçənd bir neçə ay
ərzində atmosferin tüstülənməsi ona maneə (sədd) ola bilər. Lakin hisin atmosferə daxil olması da bilavasitə və
ya havanın temperaturunun dəyişməsi və atmosfer sirkulyasiyası nəticəsində ozon qatının dağılmasına səbəb ola
bilər.
2. Nüvə zərbəsindən sonra atmosferə külli miqdarda kimyəvi maddələr, o cümlədən karbon oksidləri,
müxtəlif karbohidrogenlər, azot və kükürd oksidləri, sulfat turşusu, ağır metallar və bir sıra digər toksiki
maddələr düşərək, ətraf mühitin çirklənməsinə səbəb olacaqdır. Bu maddələr bilavasitə və dolayı yollarla insana
və bütün canlı orqanizmlərə böyük ziyan yetirəcəkdir, həm də onun təsiri illərlə davam edə bilər. Bu və ya digər
faktorlardan asılı olaraq yağış sularının turşuluğu xeyli artacaq, yalnız bir ayda çirklənmiş sənaye rayonlarında
onun mövcud səviyyəsini 10 dəfə artıracaqdır.
Yer səthini ay ərzində «turşulu dumanlar» bürüyəcəkdir Yavaş-yavaş davam edən (alovsuz) yanğınların
mənbələri havada toksiki qarışıqlar əmələ gətirib insan sağlamlığı üçün təhlükəlidir.
3. Artıq əsas nüvə zərbələrinin ilk günlərində partlayış yerlərində intensiv lokal radioaktiv yağıntılar
düşəcək. Müharibə aparan dövlətlərin geniş ərazilərinə letal (öldürücü) dozada qamma-şüalanma düşəcəkdir.
Xüsusi sığınacaqlar olmadıqda bir qədər az intensivli qlobal radioaktiv yağıntılar uzun zaman ərzində xərçəng
və digər təhlükəli xəstəliklərin yayılmasına səbəb olacaqdır. Radioaktiv hissəciklər orqanizmə qida, su və hava
(nəfəs aldıqda) ilə daxil olacaqdır. Nüvə bombardmanında salamat qalan insanlarda radiasiya daha çox hiss
olunacaqdır – əvvəla onların sağlamlığı digər zərərli təsirlərdən və ətraf mühit şəraitinin pisləşməsi nəticəsində
pozulacaq, ikincisi isə onlara tibbi yardım minimuma enəcəkdir.
Cənub yarımkürəsində lokal radioaktiv yağıntılar, yalnız nüvə partlayışları olan yerlərdən bir neçə yüz ki-
lometrlik məsafədə təhlükəli ola bilər, yüksək dozalı radioaktivlikli qlobal yağıntıların isə nisbətən az olması
ehtimal edilir.
4. Əgər nüvə silahlarının partlayışları atmosferin yuxarı qatlarında baş verərsə, Yerin böyük əraziləri güclü
elektromaqnit şüalanması təsiri altında qalacaqdır, bu isə rabitə, energetik və elektron sistemlərinin işini pozar,
yaxud tamamilə sıradan çıxara bilər. Müharibənin başlanan vaxtında bunların itirilməsi təşviş və hərcmərclik
yaradacaqdır, bu vaxt isə nüvə silahlarının istifadəsi haqqında məsul qərarlar qəbul edilməsi vacibdir.
Bioloji tədqiqatların nəticələri
1. İrimiqyaslı nüvə müharibəsinin yaratdığı iqlim və digər təsirlərə qarşı həm təbii ekosistemlər, həm də
kənd təsərrüfatı strukturu olduqca həssasdır. Nüvə silahlarının bilavasitə təsirindən qaçqın düşən milyardlarla
insan müharibədən sonra olduqca ağır vəziyyətə düşəcəkdir. Hər şeydən əvvəl məhsulun məhv olması,
beynəlxalq ərzaq ticarətinin pozulması, enerji sistemlərinin dağılması, həmçinin ərzaq ehtiyatının tükənməsi
nəticəsində aclıq hökm sürəcəkdir.
360
2. Nüvə konfliktindən sonra dənli bitkilərin məhsulunun azalması və temperaturun aşağı düşməsilə əlaqədar
xeyli itirilməsi mümkündür.
3. Hətta iqlim pozuntusu olmadıqda belə, nüvə müharibəsinin nəticələri kimi – beynəlxalq ticarət
sistemlərinin və məhsul (ərzaq) nəqliyyatının sıradan çıxması, anbarların, kənd təsərrüfatı texnikasının və enerji
avadanlıqlarının dağıdılması, gübrə, pestisid, toxum fondu və digər kənd təsərrüfatı vasitələrinin dayanması
nəticəsində dünya kənd təsərrüfatı istehsalı və məhsulun paylanması sistemi nüvə müharibəsinin nəticələrindən
ciddi ziyan çəkəcəkdir.
4. İqlim və digər faktorların birgə təsiri nəticəsində Şimal yarımkürəsinin əksər hissəsində və Cənub
yarımkürəsinin bir çox vilayətlərində irimiqyaslı nüvə konfliktindən sonra qida (ərzaq) məhsulu istehsalı bir
ildən artıq praktiki olaraq dayana bilər.
5. Dünya ticarətinin ümumi pozulması, həmçinin bir çox ölkələrin taxıl ixracatında iştirak etməməsi ilə
əlaqədar hərbi konflikt zamanı ərzaq məhsulunun eksportu dayanacaqdır. Bunun nəticəsində əhalinin böyük
kütləsi aclıq təhlükəsi qarşısında qalacaqdır. Nüvə konfliktində iştirak etməyən və bilavasitə nüvə zərbəsinə
məruz qalmayan ölkələr də müharibənin nəticəsi olaraq aclıq keçirəcəklər.
6. Kənd təsərrüfatı istehsalının dağılması şəraitində ərzaq istehsalının əsas mənbəyi təbii ekosistemlər
olacaqdır. Əgər müharibə nəticəsində mühüm iqlim dəyişkənliyi baş verməsə də, təbii ekosistemlər Yer
əhalisinin az bir hissəsini qidalandıra bilər. Hətta ən əlverişli nəticədə onlar kənd təsərrüfatı kimi zəngin
mənbəni əvəz etməyə qadir deyildir.
7. Təbii ekosistemlər istənilən halda nüvə müharibəsinin yaratdığı iqlim pozulmalarına olduqca həssas
olacaqdır. Onların dəyişməsi qütb tundrasından başlamış rütubətli tropik meşələrə, səhradan başlamış okeanlara
və şirinsulu hövzələrə qədər olduqca müxtəlif olacaqdır. Şimal yarımkürəsində temperaturun aşağı düşməsi
əsasən quruda özünü göstərəcək, işıqlanmanın azalması ən çox okean ekosistemlərinə təsir edəcəkdir, halbuki
yağıntıların xarakter və intensivliyinin dəyişməsi başlıca olaraq Cənub yarımkürəsinin bozqırlarına və digər
ekosistemlərinə öz təsirini göstərəcəkdir.
8. Bioloji sistemlər hətta nüvə müharibəsinin yaratdığı nisbətən az iqlim dəyişkənliyinə o qədər həssasdır
ki, məhvedici ekoloji nəticələr zəif iqlim dəyişmələri zamanı da baş verə bilər və bunun nəticəsi olaraq Yer
əhalisinin böyük hissəsi ziyan çəkər.
9. İqlim pozulması uzun müddət davam edərsə, bu vəziyyət prosesin kəskin dövründə, işıqlanmanın ek-
stremal azalması və temperaturun aşağı düşməsi qədər insan həyatına faciəli təsir göstərə bilər.
10. Qlobal radioaktiv yağıntılar, ehtimal olunduğuna görə, insan, ekosistem və kənd təsərrüfatı üçün böyük
nəticələr törətməyəcəkdir. Lakin lokal radioaktiv yağıntılar, şübhəsiz ki, həm müharibə aparan, həm də ona
qonşu ölkələrin əhalisinə ciddi təsir göstərəcəkdir. Müxtəlif rəylərə əsasən lokal radioaktiv yağıntılar
nəticəsində milyonlarla, bəlkə də yüz milyonlarla insan həlak olacaqdır.
Şübhəsiz ki, həm təbii ekosistemlər, həm də kənd təsərrüfatı radioaktiv təsir altında qalacaqdır. Şimal
yarımkürəsinin orta enliklərində geniş ərazilər, o cümlədən dəniz və şirinsulu ekosistemlər radioaktivliyə məruz
qalacaqdır. Radioaktivlik bioloji sistemlərdə toplaşır: qida zəncirinin ən yüksək pilləsində duran canlı orqanizmlər
( o cümlədən insanlar) radioaktivliyə sirayət etmiş məhsullarla qidalanaraq min dəfə artıq radiasiya dozasını qəbul
edir. Az ehtimal etmək olar ki, müharibədən sonrakı şəraitdə belə radioaktivlik zəhərlənməyə qarşı kəsərli tədbirlər
baş tuta bilsin.
22.4. Texnogen ekoloji qəzaların təsiri
Texniki qurğuların qəzası zamanı baş verir və ətraf mühitdə olduqda arzuolunmayan dəyişikliklərə, bir
qayda olaraq canlı orqanizmlərin kütləvi qırğınına və iqtisadi ziyanlara səbəb olur. Antropogen qəzaların
ekosistemlərə təsirləri arasında xüsusi təhlükəli olanlarından aşağıdakıları göstərmək olar:
•
Atom elektrik stansiyalarında və kimyəvi müəssisələrdə baş verən qəzalar;
•
Yanacaq, radioaktiv və zəhərli maddələrin nəqliyyatı zamanı baş verən qəzalar;
•
Sutəmizləyici qurğularda və neft borularında baş verən qəzalar;
•
Geniş ərazilərdə meşə yanğınları;
•
Tankerlərin və neftçıxarma platformaların qəzaları.
Qəzalar və fəlakətlər qəflətən baş verərək lokal xarakter daşıyır, eyni zamanda onların ekoloji nəticələri da-
ha geniş məsafələrə yayıla bilər.
Təcrübələr göstərir ki, texnogen ekoloji qəzalar (TEQ) hətta yüksək texnoloji standartlara malik olan
ölkələrdə də baş verə bilər və onun baş verməsi bir sıra aşağıdakı kompleks səbəblərdən ola bilər: təhlükəsizlik
361
texnikasına riayət edilməməsi, insanların səhvləri, yaxud onların fəaliyyətsizliyi, müxtəlif sınmalar, təbii
fəlakətlərin təsirindən və b. ən təhlükəli ekoloji fəlakətlər radiasiya obyektlərində (atom elektrik stansiyalarında
nüvə yanacağı istehsal edən müssisələrdə, uran filizləri çıxarılan mədənlərdə və b.), kimya müəssisələrində, neft
və qaz borularında, nəqliyyat sistemlərində (dəniz və dəmiryolu nəqliyyatında və s.), su anbarları bəndlərində və
b.
Bəşəriyyət tarixində texnogen xarakterli faciələrlə nəticələnmiş ən böyük qəza 1986-cı il aprelin 26-da
Ukraynada Çernobıl AES-in dördüncü enerji blokunda baş verdi. Çernobıl faciəsinin nəticələri haqqında «Ener-
getika və ekologiya» böləsində ətraflı məlumat verilir.
Çernobıl qəzasından əvvəl, nüvə energetikasında ən ağır qəza 1979-cu ildə Amerikanın Trimayl-Aylend
AES-ində (Pensilvaniya ştatının Qarrisberq şəhərinin yaxınlığında) baş vermişdir. Reaktorun qoruycu örtüyü bu
qəzanın ağır ekoloji nəticələrinin qarşısını alsa da, əhaliyə və ətraf təbii mühitə ciddi ekoloji ziyan dəydi. 30 km-
lik faciə zonasından bütün əhali köçürüldü.
1957-ci il sentyabrın 29-da Çelyabinski vilayətində (Kıştım kəndinin yaxınlığında), müharibədən dərhal so-
nra atom silahı əldə etmək məqsədilə tikilmiş müdafiə müəssisəsində böyük qəza baş verdi. Partlayış
nəticəsində atmosferə radioaktiv məhsullar atılaraq, sonralar 15 min km
2
əraziyə yayıldı. Tullantı 2 mln. 100
min Kü təşkil etmişdir (Çernobıl qəzası zamanı atmosferə 50 mln. Kü atılmışdır).
Ekoloji nəticələr baxımından kimya obyektlərində baş verən böyük qəzalar çox təhlükəli və ağırdır. Bu hal-
da atmosferin yerüstü təbəqəsi, su mənbələri, torpaq və s. zəhərli maddələrə yoluxur. Zəhərləyici maddələr
yüksək konsentrasiyalı olduqda, insan və heyvanlarda kütləvi zədələnmə (zəhərlənmə) müşahidə edilir. Kimya
sənayesində ən ağır faciəli fəlakət 1984-cü il dekabrın 3-də gecə Hindistanın Bxopala şəhərinin təhlükəli
obyektində, Amerikanın pestisid istehsal edən «Yunion-karbayd» kompaniyasının zavodunda baş vermişdir.
Soyuducu sisteminin və qəza təbilinin nasaz olması ilə əlaqədar iki saat ərzində rezervuardan atmosferə 40 ton-
dan artıq fosgen qarışıqlı metilizosianatın 200
0
C temperaturunda 10 atmosfer təzyiqi ilə buxarı atılmışdır. Meti-
lizosianat CH
3
NCO – güclü zəhər olub, kənd təsərrüfatı ziyanvericiləri və təhlükəli xəstəliklərin daşıyıcılarını
məhv etmək üçün istifadə edilən pestisidlərin istehsalında aralıq məhsul hesab olunur. CH
3
NCO-nun moleku-
lyar çəkisi 57 olub, onun buxarı havadan iki dəfəyə qədər ağırdır. Gecə vaxtı havanın şaquli qarışması zəif ol-
duğundan, zəhərli buludlar əhalisi yatmış şəhərin üzərinə çökmüşdür. Zəhərlənmə nəticəsində 3200-dən artıq
adam ölmüş, 30000-i isə beynindən ciddi xəsarət almasından və iflic olmasından şikəst qalmışlar. Ümumilikdə,
qəzadan bir milyona qədər insan ziyan çəkmişdir. Fəlakətdən sonrakı nəsillərdə də bir sıra eybəcərliklər
müşahidə olunmuşdur. Qəzanın baş verməsinə təhlükəsizlik texnikasının kobud şəkildə pozulması səbəb
olmuşdur. Qəza vəziyyətində personalın davranış qaydaları öyrədilmədiyindən onun nəticələrini daha da
ağırlaşdırmışdır.
1976-cı il iyulun 10-da İtaliyanın Sevezo şəhərində kimya istehsalında dəhşətli qəza üz vermişdir.
Personalın buraxdığı səhvə görə, 2,5 kq yüksək toksikliyə malik olan dioksin maddəsi (tetraxlordibenzodioksin)
axmışdır. Məlum olduğu kimi, bu maddə kanserogen, teratogen və mutagen təsirinə malikdir. Qəza nəticəsində
bir neçə yüz adamda ağır dəri xəstəliyi – xlorakne baş verdi, zəhərlənmiş on minə qədər heyvan kəsildi (məhv
edildi). Ekoloq mütəxəssislərin fikrincə, dioksinin təsiri hələ iki-üç onilliklər davam edəcəkdir, belə ki, bu
maddə uzun müddət öz toksikliyini saxlamaq qabiliyyətinə malikdir.
Su ekosistemləri və bütövlükdə biosfer üçün neft və neft məhsullarının dənizlərə axıdılması böyük təhlükə
hesab olunur. Neftlə doldurulmuş tonkerlərin və neft çıxarılan platformaların qəzaları nəticəsində dənizə
qəflətən olduqca böyük miqdarda neft axıdılır. Bu neft su səthində yayılaraq 100 km-lərlə məsafələrə aparılır.
Hər bir belə qəza dəniz orqanizmlərinin – planktondan tutmuş iri balıqlara, dəniz məməlilərinə qədər canlıların
min kvadrat kilometrlərlə sahədə kütləvi qırğınına səbəb olur. Neftin dünya ixracatının yarıdan çoxu tankerlərlə
daşınır. Hazırda dünyada 1000-dən artıq supertankerlər istismar edilir, onların hər biri 100000 tondan artıq neft
daşıya bilir. Hər il yüzə qədər, o cümlədən 20 ağır tanker qəzaya uğrayır.
Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə əlaqədardır. «Amoko-Kadis»
tankerinin Fransanın sahilləri yanında batması nəticəsində 220 min ton neft okeana buraxılmışdır (1978-ci ildə).
1989-cu ildə «Ekson-Valdes» tankerinin yolundan çıxması və Alyaskada Prins-Ulliam körfəzində
deşilməsi nəticəsində dənizə 45 min ton neft axmış və 1500 km
2
sahilyanı ərazinin çirklənməsinə səbəb
olmuşdur.
«Naxodka» adlı Rusiya tankeri Yapon dənizində 1997-ci il yanvarın 2-də fırtına zamanı parçalanıb suyun
dibinə batdı. Dənizə 5 min ton mazut tökülərək Yaponiyanın beş adası sayılan Xonsyunun sahil ərazisinin
böyük hissəsinin çirklənməsinə səbəb oldu. Balıq və digər dəniz məhsullarına olduqca böyük ziyan dəydi.
Yaponiyanın mühüm istirahət zonasının çimərlikləri çirklənməyə məruz qaldı.
362
Tankerlərin qəzaları Dünya okeanı və onun sakinləri üçün XX əsrin əsl bəlasına çevrilmişdir. 1970-ci ildə -
29; 1989-cu ildə – 11; 1991-ci ildə – 7 böyük qəza üz vermişdir. 1987-ci ildə İngiltərənin sahilində baş verən
tankerin qəzası nəticəsində su səthinə 117 min ton xam neft dağılmışdır.
Qeyd edək ki, belə qəzaların nəticələri onillər boyu müşahidə olunur. Bu qəzaların əksəriyyəti yaxşı havada
baş verir və buna həmişə sahibkarların və ekipajların səhlənkarlığı səbəb olur.
363
XXIII FƏSİL
TƏBİİ FƏLAKƏTLƏR
Yerin geoloji tarixində alimlər (Y.Kyuvye və b.) fəlakətlərin böyük rol oynadığını göstərir.
Təbii fəlakətlər – geofiziki vəziyyətin ekstremal nəticəsi olub, təbii əlverişsiz vəziyyətdə dağıdıcı faktorlar
əmələ gələrək təbii faciələr törədir.
Ekoloji fəlakətlər – təbiətin anomaliyası (qeyri adiliyi) uzunmüddətli quraqlıq, kütləvi qırğın (məsələn,
heyvanların və s.) olub, çox vaxt insan fəaliyyətinin təbii proseslərə bilavasitə və dolayı yolla təsiri əsasında baş
verir və müəyyən regionda kəskin əlverişsiz iqtisadi nəticələr törədir və ya əhalinin kütləvi surətdə məhv
olmasına səbəb olur.
Texniki qurğuların (atom elektrik stansiyaları, tankerlər və s.) qəzası mühitdə kəskin əlverişsiz dəyişikliyə
səbəb olaraq canlı orqanizmlərin kütləvi ölümü və iqtisadi ziyanla nəticələnir.
Təbii fəlakətlərin aşağıdakı növlərini göstərmək olar: daşqınlar, tropik tsiklonlar, tufanlar, tayfunlar,
sunamilər, zəlzələlər, vulkan püskürmələri, quraqlıq, ayazlar, meteorit zərbəsi, sürüşmələr, dağ uçqunları, qar
uçqunu, xortumlu burulğan (smepç) və s.
Təbii fəlakətlər litosfer, hidrosfer və atmosferdə qarşılıqlı əlaqədə olurlar.
23.1. FIRTINALAR
Fırtınalar Yer kürəsinin hər yerində qeydə alınan təbii fəlakətlər olub, çox müxtəlifliyi ilə səciyyələnir. On-
lardan bir hissəsi, eyni zamanda inkişaf edib burulğanlı (burulğanlı fırtına) və burulğansız hava axınının hərəkəti
kimi təzahür olunur. Digəri üçün isə havanın yalnız axın hərəkəti formasında (hava axını fırtınası) baş verməsi
xarakterikdir.
Burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan
və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar adətən quraqlıq vilayətlərdən
yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada
çınqıl və iri qum: 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər)
xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar
(Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar – Orta
Asiya üçün xarakterik olub sarı-qonur qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış
gillicə); ağ fırtına – geniş şoran ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan
Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Toz-
lu tufanların müddəti bir neçə saatdan 7 … 70 sutkaya kimi davam edir. Küləyin sürəti adətən saniyədə 40 metri
keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da böyük maddi ziyan yeti-
rir.
Tozlu fırtınalar kənd təsərrüfatı üçün ən təhlükəli meteoroloji hadisələrdən biri hesab olunur. Onlar həm
təbii, həm də antropogen faktorların təsirindən baş verir. Keçmiş SSRİ ərazisində (Ukraynanın Odessa
vilayətinin cənub-qərbində, Krımın bozqır rayonlarında, Nikolayev və Xerson vilayətinin cənubunda, şimali
Qafqazın bozqır rayonlarında, Qazaxıstanın Quryev vilayətinin Xəzəryanı, Aktyubinsk və Qızıl vilayətlərinin
Aralyanı rayonlarında və s.) ən güclü tozlu tufanlar 1892, 1928, 1960-cı illərin yazında baş vermiş, torpağın
eroziyasına (sovrulmasına), səpinlərin korlanmasına, sovrulma materiallarının yolları basmasına səbəb
olmuşdur.
Tozlu fırtınaların baş verməsi və inkişafına kompleks aqrometeoroloji faktorlar səbəb olur, bu faktorlara
güclü küləklər (10 m/san-dən yüksək), torpağın üst qatının tozlu və quru olması, tarlalarda bitki örtüyünün
olmaması və ya zəif inkişaf etməsi, geniş açıq sahələrin mövcudluğu aiddir. Tozlu tufanlar adətən havanın nisbi
rütubətliyi 50%-dən aşağı olduqda baş verir. Qış dövründə bu faktorlara qar örtüyünün olmaması, torpağın
sementləşməsi və dərin olmayan donuşluğunu da aid etmək olar.
Göstərilən faktorlar kompleksi bozqır, yarımsəhra və səhra zonalarında yaranır.
Tozlu tufanlar ən çox yaz mövsümündə güclü küləklər əsən zaman, tarlalar şum altında olduqda və ya bitki
örtüyü orada zəif inkişaf etdikdə baş verir. Bozqırlarda yayın sonunda torpaq quruduqda və erkən yazlıq
bitkilərin məhsulu yığıldıqdan sonra torpaq şumlandıqda da tozlu tufanlar olur. Küləyin sürəti artdıqca torpağın
sovrulma intensivliyi də çoxalır. Məsələn, küləyin sürəti 12-dən 15 m/san-yə qədər yüksəldikdə torpağın so-
vrulma intensivliyi (eroziyası) 2 dəfəyə kimi artır.
Maneələrin (meşə zolağı, tikinti) yaxınlığında küləyin sürəti azaldığından daha ağır hissəciklər toplanaraq
364
torpaq yığını əmələ gətirir. Ən yüngül torpaq hissəcikləri atmosferdə asılı vəziyyətdə qalır. Ona görə də tozlu
fırtına zamanı görünüş və işıqlanma pisləşir, Günəş tozlu örtükdən çətinliklə işıqlana bilir.
Tozlu fırtınaların mənfi təsirinə qarşı aparılacaq tədbirlər torpaq səthində küləyin sürətini zəiflətməyə və
torpaq hissəciklərinin ilişgənliyini artırmağa yönəldilməlidir. Belə tədbirlərə aşağıdakılar daxildir. Ajur tipli
meşə zolaqlarının salınması və küləkqoruyucu kulislər sisteminin yaradılması əsas tədbir hesab edilir. Tarlada
kövşəni saxlamaqla, torpağın laydırsız (əkin qatını çevirmədən) şumlanması, torpaq hissəciklərinin ilişgənliyini
artırmaq üçün kimyəvi maddələrin tətbiqi, çoxillik otların səpini ilə torpaqqoruyucu əkin dövriyyəsi, birillik
səpinlər, çoxillik otların zolaqlarla növbələnməsi və b.
Tozlu fırtınalarla mübarizə tədbirlərini hazırlayarkən hakim küləklərin istiqaməti, ərazinin relyefi, tarlanın
mikroiqlimi və torpağın xüsusiyyətləri nəzərə alınmalıdır.
Burulğanlı fırtınaların özünəməxsus növmüxtəlifliyi – qəfil fırtınalar olub aşağıdakı xarakterik əlamətlərə malik-
dir: demək olar ki, qəfildən baş verməsi, qısa müddətli dağıdıcı gücə malik olmasıdır. Belə fırtınalar dənizdə və quru-
da baş verir, bir qayda olaraq leysan yağışlarla və dolu ilə müşayiət olunur. Moskva ətrafında 1937-ci ildə baş verən
qəfil fırtına zamanı küləyin sürəti 35 m/san-yə çatmışdır. Bu zaman möhtəşəm ağaclar kökündən çıxmış, çardaqlar
uçmuş, pəncərələr sıxılmış, havanın temperaturu 12
0
C-yə qədər aşağı düşmüşdür. Dağıntılar 100 km məsafədə də
qeydə alınmışdır.
Dostları ilə paylaş: |