QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə56/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   52   53   54   55   56   57   58   59   ...   64

1. Ekranın aşağı səviyyəsi gözlərin səviyyəsindən 20 sm-dən aşağıda, ekranın yuxarı kənarının səviyyəsi isə 

alın hündürlüyündə olmalıdır.  



2. Klaviaturun hündürlüyü elə nizamlanmalıdır ki, istifadəçinin barmaqları horizontal vəziyyətdə olsun.  

3. Kreslonun söykənəcəyi istifadəçinin kürəyinə dayaq olmalıdır.  

4. Omba ilə onurğa arasında bucaq 90

0

 olmalıdır.  



5. Otaqda rütubətliyi yüksəltmək lazımdır; çiçək dibçəklərini, akvariumu kompüterdən 1,5 m radiusunda 

yerləşdirməlidir; optimal rütubətliyin 21

0

C temperaturda 60% olması məsləhətdir.  



6. Yaşlı istifadəçinin monitor ekranı arxasında iş vaxtının tam uzunluğu (adi monitor qoruyucu ekranla) 8 

saatlıq iş günündə 4 saat olmalıdır.  



7. Hər iş saatının sonunda 5 dəqiqəlik, 2 saatdan sonra 15 dəqiqəlik fasilə etməli, monitoru söndürüb iş ye-

rini tərk etməlidir.    

FEHM-də iş üzrə Amerika tövsiyələrindən aşağıdakıları qeyd edək:  

1. Ekran təxminən göz səviyyəsindən 20

0

 aşağı olmalıdır.  



2. Açıq fonda tünd hərflər daha asan oxunur.  

3. Hər 10 dəqiqədən bir 5-10 saniyə ekrandan kənara nəzər salmalıdır. 

Hər 40-45 dəq. işdən sonra idman fasiləsində gözləri saat əqrəbi istiqamətində və əksinə çevirməli, əl üçün 

sadə gimnastika hərəkətləri yerinə yetirmək lazımdır.  

Həkimlər həyəcan təbili çalaraq, qeyd edirlər ki, uşaqların kompüterlə aludə olması onların görmə 

qabiliyyətini pisləşdirir, məktəbdə onların kompüterlə  məşğul olması da, izsiz-əlamətsiz qalmır – uzağı 

görməmə  əlaməti, uşaqlarda 1-ci sinifdən 10-cu sinifə  qədər 10 dəfədən də çox artır, təhsilin sonunda 11-ci 

sinifdə hər dörd uşaqdan biri uzağı görməkdən əziyyət çəkir.  

Aşağı keyfiyyətli displeydən istifadə etdikdə  və otağın düzgün işıqlanmamasından yeniyetmələrdə il 

ərzində dioptrinə (optik şüşə) qədər görmə qabiliyyətinin itirilməsi qeydə alınmışdır.  

Lazımi dəqiqliyi, kontrastlığı, təsvirin stabilliyini təmin etməyən köhnəlmiş kompüter texnikasından 

məktəblərdə istifadə olunmasını həkimlər çoxdan qadağan etmişlər.  

Beş Moskvaətrafı  şəhərlərin 37 məktəbində aparılan tədqiqatlar göstərdi ki, kompüterlərdə yol verilən 

şüalanma normaları hər yerdə 2-20 dəfə yüksəkdir. Moskva şəhərində 1998-ci ildə kompüter siniflərinin 60%-i 

gigiyenik tələbata cavab verməyən və  uşaqlar üçün təhlükə törədən birinci və ikinci nəslə aid olan 

kompüterlərdən ibarətdir.  

Notebook portativ kompüterləri də təhlükəli EMS yaradır, hərçənd bu kompüterlərdə maye kristal əsasdan 

istifadə edilir. Ölçü işləri göstərdi ki, elektromaqnit şüalanması  İsveç standartı MPR II-in ekoloji normativini 

xeyli keçir.  


 

354


Musiqi və reklam kliplərində və multifilmlərində təsvirlərin tez-tez sayrışması (parlayıb sönməsi), xüsusən 

təhlükəli sayılır. 1997-ci ildə 700 yapon uşaqları epilepsiya tutmasına oxşar simptomla xəstəxanaya gətirildi. 

Tutmadan əvvəl bu uşaqlar «Karmannıyı monstrı» multifilminə baxırlarmış. Uşaqların sağlamlığının pozulması 

səbəbi bütün televiziya ekranı boyu təsvirlərin tez-tez 10-30 Qs tezlikli sayrışması olmuşdur. Aydın olmuşdur 

ki, belə tezlikli diapazonda ekranın parlaqlığı beynin neyronlarının bioritmlərinin xüsusi tezliyi ilə rezonansa 

düşür (girir). Televiziya təsvirlərinin insana, onun görmə aparatına və beyinə nəzarətsiz təsiri problemi olduqca 

real olduğundan, son vaxtlar alimlər televiziya ekologiyası adlı yeni fənn inkişaf etdirir.  

Yaşı 10-dan 14-ə qədər olan uşaqlar əvvəlcə 30 dəqiqədən 2 saata qədər müxtəlif televiziya proqramlarına 

baxdıqdan sonra psixoloqların testləşdirilməsindən keçmişlər. Məlum olmuşdur ki, yarım saat «boyevik»in 

fraqmentinə baxdıqdan sonra dərs materialının adi mənimsənilmə sürəti, 20 dəqiqədən sonra müsiqi klipi 

proqramına həmin müddət ərzində baxdıqdan sonra isə 2 saatdan sonra bərpa olunmuşdur.  

 

Yaponiyada aparılan tədqiqatlar göstərdi ki, uşaqların televiziya verilişlərinə aludə olması, onların 



«beyinlərinin pozulması», «leksik anomaliyası» ilə kifayətlənmir, bu həm də onların görmə qabiliyyətinin 

pisləşməsi, oynaqlarının xəstələnməsi, kökəlməsi, qan təzyiqinin yüksəlməsinə  səbəb olur. Televiziya 

verilişlərinə baxmaq ən çox hamilə qadınlar və doğulan uşaqlar üçün təhlükə yaradır.  

Yapon mütəxəssislərinə görə, ailədə söhbətlər və sadə «dil» ünsüyyəti psixoloji iqlimi yaxşılığa doğru 

dəyişdirir, sinir sistemini möhkəmlədir, uşaqları daha təmkinli və sakit edir. 


 

355


XXII FƏSİL 

 

BİOSFERƏ EKSTREMAL TƏSİR 

 

22.1. Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri və  

ekoloji nəticələri   

Bütün hərbi  əməliyyatlar  ətraf təbii mühitə böyük ziyan yetirir, onlar xüsusən böyük ərazilərdə uzun 

müddət ərzində aparılarsa, daha çox zərər vurur. Lakin düşmən müasir dağıdıcı vasitələrdən istifadə edərsə, qısa 

müddətli hərbi konfliktlər də olduqca ağır ekoloji vəziyyət  yarada bilər.  

İndiki dövrdə kütləvi məhvedici silahlar (nüvə, kimyəvi, bakterioloji) böyük dağıdıcı potensiala malikdir.  

Nüvə silahları böyük qüvvəyə  və müxtəlif dağıdıcı (ziyanverici) təsirlərlə  səciyyələnir. Bu, ətraf mühitə 

zərbə dalğası, işıq  şüalanması, yayılma radiasiyası, radioaktiv zədələmə  və elektromaqnit impulsu təsirləri ilə 

təyin olunur. Nüvə müharibəsi haqqında aşağıda geniş məlumat veriləcək.  

Kimyəvi silahlar – insanı və digər canlı orqanizmləri, biotanı hərbi zəhərləyici maddələrin (qazların, maye 

və ya bərk maddələrin) köməyilə  zəhərləmək məqsədi daşıyır. Onlardan raket, mina, mərmi, bomba və ya 

təyyarədən tozlama vasitələrindən istifadə edilir. Kimyəvi zəhərləyici maddələr trofik zəncirə daxil olaraq 

hərəkət etmə qabiliyyətinə malik olub, orqanizmlərin həyatı üçün yüksək toksiki təhlükə yaradır.  

Kimyəvi silahlardan birinci dünya müharibəsində və Vyetnamda geniş istifadə olunmuşdur. 1914-1918-ci 

illərdə hərbi zəhərləyici maddələrdən əsasən iptitdən istifadə zamanı 10 min adamın ölümünə, 1,2 mln adamın 

isə şikəst olmasına səbəb olmuşdur.  

Hazırda prinsipcə fərqlənən yeni zəhərləyici maddələr hazırlanmışdır. Bunlar sinir-paralitik (iflic) təsir (za-

rin, tabun, zoman və b.), həmçinin psixogen, ümumi zəhərəlyici və boğucu təsir göstərir. Bütün bunlar təbii 

ekosistemlərə olduqda neqativ təsir göstərərək, insanların kütləvi zədələnməsinə, bütün onurğalı heyvanların və 

bitkilərin əksər populyasiyalarının məhvinə səbəb olur.  

Vyetnamda hərbi zəhərləyici maddələrdən  əsasən defoliant (herbisid) şəklində istifadə edilmişdir, bu, 

bitkilərin yarpaqsızlaşmasına və geniş  ərazilərdə onların tamamilə  məhvinə  səbəb olmuşdur, bu isə  əlbəttə, 

bütün təbii ekosistemlərə mənfi təsirini göstərmişdir. ABŞ ordusunun Vyetnama 100 min tondan artıq defoliant 

(herbisid) səpməsi nəticəsində ölkəinin meşələrinin 12%-i, manq sahələrinin 40%-i və  kənd təsərrüfatı 

sahələrinin 5%-dən çoxu məhv edilmişdir. 150 quş növündən cəmi 18-si qalmış, həşəratların demək olar ki, 

hamısı  sıradan çıxmış, bir çox bitkilər bioloji növ kimi məhv olmuşdur. 1,6 mln vyetnamlıların sağlamlığına 

bilavasitə  zərər dəymişdir. 7 mln-dan artıq insan kimyəvi silahlardan istifadə edilmiş rayonları  tərk etmişdir 

(N.F.Reymers, 1990). Amerika akademiyası hesabatının müəllifləri Vyetnam və Kambocada hərbi maddələrdən 

kütəvi istifadə edilməsi ilə əlaqədar bitki örtüyünə dəyən neqativ nəticələri, yalnız on illərdən bəlkə də yüz ildən 

sonra aradan qaldırmaq olar.  

1961-1975-ci illərdə Vyetnam, Laos və Kambocada Amerika hərbçiləri yalnız kimyəvi silahlardan istifadə 

etməklə kifayətlənməmiş, həm də «torpağın yandırılması» taktikasından geniş istifadə olunmuşdur. Bir yerə 

yönəldilən bombardmanlar nəticəsində geniş sahələr  antropogen bedlendlərə çevrilmişdir. Nəhəng 

buldozerlərin köməyilə tropik meşələr torpaqla qarışıq kəsilmiş, napalmlardan (yandırıcı bombalardan) geniş 

istifadə edilmişdir. Məhz Hind-çindəki müharibə dövründə A.Talfson (1970) ilk dəfə  «ekosid» (ekoloji 



müharibə) terminini işlətmişdir.  

İnsanları kütləvi qırmaq üçün istifadə edilən bakterial vasitələr (bakteriya, viruslar və s.), zəhərlər 

(toksinlər) bakterioloji (bioloji) silahlar adlanır.      

Bu məqsədlə  xəstəlik yayan canlı orqanizmlərdən (gəmiricilər, həşəratlar və s.), yaxud xəstəliyə 

yoluxdurulmuş toz və ya maye ilə doldurulmuş döyüş sursatlarından istifadə olunur.  

Bakterioloji silahlar insan və heyvanların orqanizminə hətta olduqca kiçik miqdarda daxil olduqda belə, on-

larda kütləvi taun, vəba, sibir xorası və digər xəstəliklərə kütləvi surutdə yoluxdurmağa qabildir. Bakteriyaların 

çoxu sporlar əmələ gətirmək qabiliyyətinə malik olub, onillərlə torpaqda qala bilirlər. 



 

22.2. Müharibələrin ətraf mühitə təsiri  

1945-1988-ci illərdə 200-dən artıq silahlı konfliktlər və müharibələr olmuşdur, bunun nəticəsində 20 mln-

dan artıq adam ölmüşdür. Bu dövrdə olan böyük müharibələrə Koreyada (1950-1953); Cənubi-Şərqi Asiyada 

(1965-1975-ci illər); Əfqanıstanda (1979-1998); İran körfəzində (1991-ci il) və Yuqoslaviyada (1990-cı illərdə) 

bilavasitə 20-dən çox ölkə cəlb olunmuşdur.  

XX əsrə qədər aparılan müharibələr təbiətə təsirilə o qədər nəzəri cəlb etməmişlər. Odur ki, uzun müddət 



 

356


müharibələrin ekoloji aspekti tədqiq olunmamışdır, hərçənd bu problem haqqında bəzi qeydlərə rast gəlinir. 

Məsələn, eramızdan  əvvəl 512-ci ildə farslar və skiflər arasındakı müharibə zamanı  təbiətə ciddi zərərin 

vurulması göstərilir. Belə ki, skiflər fars çarı Dariyanın qoşunlarının qarşısını almaq üçün geri çəkilərkən, ilk 

dəfə «torpağın yandırılması» taktikasından istifadə edərək, bütün bitki örtüyünü və evləri yandırmışlar. 

Müharibə vaxtı bir çox flora və fauna növləri məhv edilmişdir.  

Müharibə aparılması vasitələri inkişaf etdikcə, təbiətə daha ciddi və daha geniş sahələrdə  təsir 

göstərilmişdir. Nəticədə «müharibə və ekologiya» elmi istiqaməti meydana gəldi.  

XX  əsrdə baş verən iki dünya və yüzlərlə lokal və regional müharibələrin ciddi ekoloji nəticələri ilə 

əlaqədar olaraq «genosid» məfhumu ilə yanaşı, elmi və  cəmiyyət terminologiyasına  «ekosid»  məfhumu 

(anlayışı) da meydana gəldi. Ekosid hərbi əməliyyatların bilavasitə və dolayı yolla yer üzərində eyni dərəcədə 

həyat üçün vacib sayılan orqanizmlər və cansız materiya daxil olmaqal geosistemlərə təsirini ifadə edir. 

Genosid və ekosid qarşılıqlı əlaqədədir. XX əsr yaddaşımızda yalnız texniki  tərəqqi kimi deyil, həm də 

genosid və ekosid kimi yadda qalacaqdır. Geosistemin bütün elementləri yerin inkişafı üçün eyni dərəcədə va-

cibdir, onlardan əsas komponentlərdən birinin – homo sapiens-in (insanın) məhv edilməsi və ya hazırda və 

gələcəkdə Yerin biosferinin vəziyyəti ona məhvedici təsir göstərəcəkdir. Misal gətirək: son on il ərzində hərbi 

əməliyyatların gedişində 2 mln-a qədər uşaq ölmüş, 1 mln. yetim qalmış, 5 mln. uşaq isə şikəst olmuşdur. Uşaq 

və yeniyetmələrin ölümü – əhalinin yaşama müddətinin (ömrünün) gələcəkdə hesablanmasında mühüm 

göstəricidir.  

Ekosid anlayışından başqa, müharibələrin  ətraf mühitə  mənfi təsirini ifadə etmək üçün elmi ədəbiyyatda 

həmçinin  «terrasid», «biosid», «ekoloji müharibə», «geofiziki müharibə», «meteoroloji müharibə» kimi 

məfhumlardan da istifadə olunur.  Bu terminlər arasında «ekoloji müharibə» bəlkə də prosesin mahiyyətini daha 

da tam əks etdirir. Bu termin Vyetnam müharibəsindən sonra geniş istifadə olunmağa başladı.  

Vyetnamdakı hadisələr göstərdi ki, ekoloji müharibə olduqca müxtəlif vasitələrlə aparılıb, meşə və aqroe-

koloji sistemləri məhv etmək, geniş  ərazilərdə  təsərrüfatları  və gündəlik həyat  şəraitini yox etmək məqsədi 

daşıyırdı. Ekoloji müharibə bəzən əraziləri bəhrəsiz səhralara çevirir.  



XX əsrin lokal müharibələrinin ekoloji nəticələri  

1.  Təbii sərvətlərin (ilk növbədə neft, təbii qaz, kömür, oduncaq) normativdən artıq istismarı geniş 

ərazilərin zəbt olunmasına, resurslardan səmərəsiz istifadəyə və ətraf ərazilərin çirklənməsinə səbəb olur.  



2. Minalanmış sahələr, karroziyaya uğramış texnikanın, kimyəvi maddərlərin, yanmış  məhsulların və 

yüksək toksik yanacağın qalıqları təsərrüfat sahələrinin azalmasına səbəb olur və insanın məskunlaşdığı mühitə 

zərər yetirir. Müharibənin belə nəticəsi üçün «müharibənin əks sədası» termini mövcuddur. Quruda və dənizdə – 

çoxlu miqdarda minalar, partlamamış mərmilər (o cümlədən kimyəvi maddə ilə doldurulmuş) qalmışdır. Adətən 

istifadə olunmuş döyüş sursatının 10%-i partlamamış halda qalır. Yalnız Hind-Çində 400 min ədəd partlamamış 

Amerika bombaları və 4 mln. ədəd mərmi qalmışdır. Sülh yaradıldıqdan sonra da bunun nəticəsində on minlərlə 

insanın itkisi davam edirdi. BMT-nin məlumatına görə Anqolada hər həftə bu səbəbdən 150-200 adam həyatını 

dəyişir. Minalar həmçinin nəqliyyat yollarının istifadəsini və kənd təsərrüfatı işlərinin aparlımasını çətinləşdirir. 

Kambocada ağır müharibənin nəticəsi olaraq, minalanmış sahələr 3,6 min km

2

 təşkil edir, bu isə bir sıra rayon-



larda həyat şəraitini iflic hala salır. Ekspertlərin qiymətinə əsasən ölkədə 10 mln. döyüş sursatını (əhalinin sayı 9 

mln.) zərərsizləşdirmək üçün hazırkı sürətlə bir neçə on illiklər tələb olunur. Hər ay minalanmış sahələrdə 300-ə 

qədər adam həlak olur. Ölkədə bununla əlaqədar hər 236 vətəndaşdan biri şikəst olmuşdur.  

3. Bombaların partlayışı zamanı yaranan çuxurlar (çalalar) epoziya prosesinin və bataqlıqların  əmələ 

gəlməsinə səbəb olaraq geniş ərazilər təsərrüfat dövriyyəsindən çıxır, bu çuxurlar həmçinin insan və heyvanlar-

da yoluxucu xəstəliklərin daşıyıcısı olan həşəratların inkişafı üçün mənbəyə çevrilir. Vyetnamda hərbi 

əməliyyatlar aparılan ərazilərdə 26 mln. bomba çuxurları mövcuddur.  



4. ABŞ-ın silahlı qüvvələri Vyetnamın cənubunda, həmçinin Laos və Kambocada geniş  ərazilərdə 

zəhərləyici maddələrdən istifadə etmişlər. Vyetnamda tərkibində 170 kq dioksin olan 72 min ton «eycent oranj» 

defoliantı ilə  ərazilərin tozlanması aparılmışdır. Bunun nəticəsində minlərlə yerli sakin həlak olmuş, tropik 

meşələr məhv edilmişdir. Defoliantdan istifadə nəticəsində ABŞ-ın hərbçiləri daxil olmaqla, ümumi zərər çəkən 

insanların sayı 2 mln. təşkil edir. Vyetnamda cəmi 58 min, Koreya müharibəsində 7 min, 1990-1991-ci illərdə 

fars körfəzində hərbi əməliyyatlarda 383 amerikalı həlak olmuşdur.  

Vyetnamda tropik meşələrin məhv edilməsi üçün həm də buldozerlər və xüsusi bombalardan (kütləsi 6800 

kq) istifadə edilmişdir.  



5. Böyük torpaq-qrunt kütləsinin qarışması  ərazinin biogeokimyəvi balansının dəyişməsinə  səbəb olur. 

İkinci Dünya müharibəsində 350 mln. m

3

 torpaq-qrunt qarışmışdırsa, Vyetnam müharibəsində 2 mlrd. m



3

 tor-


 

357


paq-qrunt qarışmışdır. Tədqiqatlar göstərir ki, belə transformasiya ekosistemin məhv olmasına gətirib çıxarır.  

6. Hidrotexniki qurğuların bombardman edilməsi və dağıdılması geniş miqyaslı neqativ nəticələrə  səbəb 

olur. Belə ki, Niderlandda su anbarı bəndinin hitler qoşunları tərəfindən dağıdılması, 200 min torpaq sahəsinin 

su ilə basılmasına səbəb oldu, bu isə ölkə üçün böyük faciə idi. Vyetnamda yalnız  Krasnaya çayının 

hövzəsində bəndin dağıdılması 15 mln. adam üçün təhlükə yaratdı.  



7. Meteoroloji müharibələr həmçinin Vyetnam müharibəsində də geniş tətbiq olunmuşdur, bu zaman B-52 

təyyarəsindən xırda dispers halında gümüşün və qurğuşunun yod birləşmələri və digər maddələr səpərək, ölkədə 

əlverişsiz musson yağışlarının hava mövsümünü uzatmışlar. Bu zaman çayların səviyyəsinin qalxması bəndlərin 

dağılmasına, tarlaları su basmasına, yaşayış məntəqələrinin dağılmasına səbəb olmuşdur.    



8. Bakterioloji və kimyəvi silahlardan istifadə olunması, həmçinin qeyri-qanuni hərbi-elmi kimyəvi və bi-

oloji eksperimentlərin aparılması  təhlükəlidir. Hind-Çində  əhaliyə  və ev heyvanlarına qarşı  xəstəlik törədən 

mikroorqanizmlərin tətbiqi hadisələri də olmuşdur. Hətta belə silahlar yalnız ev heyvanlarına tətbiq olunsa da, 

xəstəlik insanlara da yayılmışdır. Bəzi məlumatlara görə, Mancuriya ərazisində keçirilən sınaqlar nəticəsində 

1931-ci ildə 200 min insan həlak olmuşdur.  

NATO qoşunları Yuqoslaviyaya qarşı  zəifləşdirici uranlı  hərbi güllələrdən (bombalardan) istifadə 

etmişdir. NATO təxminən 100 hərbi  əməliyyat keçirərək, tərkibində 10 ton zəifləşdirilmiş uran olan 31 minə 

qədər bombadan istifadə etmişdir.  

Zəifləşdirilmiş uran radioaktiv maddə olub, kimyəvi və radioloji silahlar qrupuna aiddir. Bəzi mütəxəssislər 

göstərir ki, partlayış zamanı əmələ gələn mikrohissəciklər, ağciyərlərdə çökərək, dəri ilə təmasa girir və ya su və 

qida ilə orqanizmə daxil olaraq, alfa-hissəciklərin aktiv parçalanması hesabına xərçəng xəstəliyi törətməyə qa-

bildir.  

Fars körfəzi zonasında müharibə zamanı  zəifləşdirilmiş uranlı bombalardan istifadə edilməsi ilə  əlaqədar 

İraqın bəzi rayonlarında çoxlu saylı normadan kənar yeni doğulmuş  uşaqlar uranla aydınlaşdırılır.  İraq və 

Küveytdə tanklara qarşı zirehdeşən bombaları gücləndirmək məqsədilə  «Səhrada tufan»  əməliyyatı zamanı 

320 ton zəifləşdirilmiş urandan istifadə edilmişdir. 



9. Lokal müharibələr zamanı bir sıra mühafizə olunan təbii ərazilər hərbi əməliyyatların bir hissəsinə çevri-

lir, nəticədə onların fəaliyyəti (işi) pozulur, mədəni-tarixi abidələr məhv edilir və ya zədələnir, planetin bioloji 

və  mədəni müxtəlifliyi azalır. Bu yalnız quru üçün deyil, okeana da aiddir. Məsələn, kütləsi 100 kq-lıq 44 m 

radiusunda olan dəniz minasının partlaması zamanı faunanın bütün nümayəndələri məhv edilir.      



10. Total ekoloji deqradasiya – lokal müharibələrin ən mürəkkəb komponentlərindən hesab olunur.  

Lokal müharibələr zamanı  zəngin təbii resurslara (xüsusən neftə) malik olan sərhədyanı rayonlarda, 

dövlətlərarası çay hövzələrində, meşə və otlaq areallarında kəskin problemlər yaranır.  

Dövlətlər arasında iqtisadi okean zonalarında çoxlu problemlər yaranmışdır. Məsələn, Tayland ilə Myanma; 

Vyetnamla Malaziya; Çili, Peru ilə Ekvador; Yaponiya, Rusiya və Koreya Respublikası arasında.  

 

22.3. Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri  

Nüvə silahı (atom silahı) nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili 

enerjidən baş verən partlayış təsirli silahlara deyilir. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji 

adi partlayıcı maddədəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə  və külli miqdarda ayrılan 

enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərin (zərbə dalğası, işıq şualanması, 

nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının 

partlayışından fərqlənir.  

Nüvə silahı  ən güclü kütləvi qırğın vasitəsidir: inzibati mərkəzləri, sənaye və  hərbi obyektləri dağıtmaq, 

canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı 

insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa 

və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər.  

Xirosima və Naqasaki şəhərlərinin bombardman edilməsi  şəhərlərdə nüvə silahlarının partlayışının 

nəticələrini bilavasitə öyrənmyə imkan verir. Bu faciəli hadisələr nüvə müharibəsinin potensial fiziki, bioloji və 

sosial nəticələri müxtəlif məlumatlar  əldə etməyə imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, adı  çəkilən 

şəhərlərin hər biri yalnız bir atom partlayışına məruz qalmışdır və ora atılan bombaların gücü dünyanın bugünkü 

nüvə arsenalında toplananlardan olduqca azdır. Nəticədə hazırda 50 min vahid nüvə silahı mövcuddur, həm də 

onların hər birinin gücü Xirosimada partladılan bombanın gücündən dəfələrlə (500 dəfə) çoxdur. Nüvə 

bombasının gücü İkinci Dünya müharibəsində isttifadə olunan ən güclü bombadan 100 min dəfə güclüdür.  

Fasiləsiz olaraq daha güclü yeni silah növlərinin inkişaf etdirilməsi belə bir həyəcan sualı doğurur: əgər si-


 

358


lahlardan istifadə edilsə, nələr baş verər? Aydındır, belə bir addımın atılması 1945-ci ildəki illə müqayisə olun-

mayan ağır nəticələrə  gətirib çıxarar. Bu, hələ indiyə  kimi  yaddan  çıxmayan Xirosima və Naqasaki 

hadisələrindən prinsipcə tamamilə  fərqli olacaqdır. Nüvə bombardmanı zamanı  şəhərlərdə baş verən nəhəng 

yanğınlardan yaranan tüstünün nəticəsi olaraq Yerdə havanın və iqlimin qlobal dəyişməsi istisna edilmir.  

Tədqiqatlar göstərir ki, iri miqyaslı müharibə başlayarsa, dünyanın böyük şəhərlərinin bombardmanı 

zamanı, Yerin geniş ərazilərini həftələrlə, aylarla duman, toran bürüyəcək. Günəş şüaları yanğınlar zamanı his 

hissəciklərindən ibarət olan möhtəşəm buludlardan keçə bilməyəcək.  Ən ağır vəziyyət  Şimal yarımkürəsində 

yaranacaq, burada atmosferin çirklənməsi daha güclü olacaqdır. Bir sıra regionlarda orta temperatur bir neçə 

10

0

C aşağı düşəcək, yəni suyun donma nöqtəsindən də  aşağı olacaqdır. Belə  vəziyyət hərbi  əməliyyatlar 



qurtardıqdan sonra bir neçə həftə, hətta bir neçə ay qala bilər. İqlimin pozulması, hətta bilavasitə müharibədə 

iştirak etməyən ölkələrdə də, bir neçə il keçdikdən sonra təsirini göstərəcəkdir. Dünyanın bir sıra rayonlarında 

yağıntıların azalması da istisna edilmir.  

Temperaturun və atmosfer yağıntılarının dəyişməsi tropik rayonlarda və  cənub yarımkürəsində  (Şimal 

yarımkürəsi ilə müqayisədə az dərəcədə) müşahidə oluna bilər. Tropik və subtropik rayonlarda da xeyli 

soyuqlaşmanın baş verməsi istisna edilmir.  

Fəlakətlər dünya kənd təsərrüfatından və  əsas ekosistemlərdən (meşə, bozqır, dəniz sahələri) də yan 

keçməyəcək. Bitki və heyvan populyasiyaları adi halda nisbətən tez və dramatik dəyişilən  şəraitə düşəcəklər. 

Məhsulun toplanması kəskin iqlim dəyişkənliyi ilə yanaşı, həm də enerji, texnika, gübrələrlə təmin olunmasında 

fasilələr, pozuntularla əlaqədar çətin ki, mümkün olsun. Bu həm müharibə aparılan, həm də neytral ölkələrdə 

qlobal  ərzaq krizisinə  səbəb olacaqdır.  İstehsalın  əsas sisteminin və  ərzaq məhsullarının paylanmasının 

dağıdılması Yer əhalisinin sayının xeyli azalmasına gətirib çıxaracaqdır.  

Mümkün iqlim dəyişmələrindən başqa, irimiqyaslı nüvə  zərbələri nəticəsində baş verən yanğınlar, 

partlayışlar, radioaktiv yağıntıların düşməsi geniş əraziləri xarabazarlığa çevirəcəkdir. Digər nəticələr arasında 

enerji təchizatı sisteminin sıradan çıxması; Yer üzərində  həyatı Günəşin təhlükəli ultrabənövşəyi  şüalarından 

mühafizə edən ozon qatının nazilməsi; intensiv lokal radioaktiv yağmurlar və atmosferin uzunmüddətli qlobal 

çirklənməsi; çoxlu miqdarda yaranan toksik maddələr və qazlarla suyun və havanın zəhərnəlməsini göstərmək 

olar.  


Beləliklə,  nüvə konflikti Yer üzərində olduqca ciddi iqlim və digər ekoloji dəyişkənliklərə  səbəb 

Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin