1. Ekranın aşağı səviyyəsi gözlərin səviyyəsindən 20 sm-dən aşağıda, ekranın yuxarı kənarının səviyyəsi isə
alın hündürlüyündə olmalıdır.
2. Klaviaturun hündürlüyü elə nizamlanmalıdır ki, istifadəçinin barmaqları horizontal vəziyyətdə olsun.
3. Kreslonun söykənəcəyi istifadəçinin kürəyinə dayaq olmalıdır.
4. Omba ilə onurğa arasında bucaq 90
0
olmalıdır.
5. Otaqda rütubətliyi yüksəltmək lazımdır; çiçək dibçəklərini, akvariumu kompüterdən 1,5 m radiusunda
yerləşdirməlidir; optimal rütubətliyin 21
0
C temperaturda 60% olması məsləhətdir.
6. Yaşlı istifadəçinin monitor ekranı arxasında iş vaxtının tam uzunluğu (adi monitor qoruyucu ekranla) 8
saatlıq iş günündə 4 saat olmalıdır.
7. Hər iş saatının sonunda 5 dəqiqəlik, 2 saatdan sonra 15 dəqiqəlik fasilə etməli, monitoru söndürüb iş ye-
rini tərk etməlidir.
FEHM-də iş üzrə Amerika tövsiyələrindən aşağıdakıları qeyd edək:
1. Ekran təxminən göz səviyyəsindən 20
0
aşağı olmalıdır.
2. Açıq fonda tünd hərflər daha asan oxunur.
3. Hər 10 dəqiqədən bir 5-10 saniyə ekrandan kənara nəzər salmalıdır.
Hər 40-45 dəq. işdən sonra idman fasiləsində gözləri saat əqrəbi istiqamətində və əksinə çevirməli, əl üçün
sadə gimnastika hərəkətləri yerinə yetirmək lazımdır.
Həkimlər həyəcan təbili çalaraq, qeyd edirlər ki, uşaqların kompüterlə aludə olması onların görmə
qabiliyyətini pisləşdirir, məktəbdə onların kompüterlə məşğul olması da, izsiz-əlamətsiz qalmır – uzağı
görməmə əlaməti, uşaqlarda 1-ci sinifdən 10-cu sinifə qədər 10 dəfədən də çox artır, təhsilin sonunda 11-ci
sinifdə hər dörd uşaqdan biri uzağı görməkdən əziyyət çəkir.
Aşağı keyfiyyətli displeydən istifadə etdikdə və otağın düzgün işıqlanmamasından yeniyetmələrdə il
ərzində dioptrinə (optik şüşə) qədər görmə qabiliyyətinin itirilməsi qeydə alınmışdır.
Lazımi dəqiqliyi, kontrastlığı, təsvirin stabilliyini təmin etməyən köhnəlmiş kompüter texnikasından
məktəblərdə istifadə olunmasını həkimlər çoxdan qadağan etmişlər.
Beş Moskvaətrafı şəhərlərin 37 məktəbində aparılan tədqiqatlar göstərdi ki, kompüterlərdə yol verilən
şüalanma normaları hər yerdə 2-20 dəfə yüksəkdir. Moskva şəhərində 1998-ci ildə kompüter siniflərinin 60%-i
gigiyenik tələbata cavab verməyən və uşaqlar üçün təhlükə törədən birinci və ikinci nəslə aid olan
kompüterlərdən ibarətdir.
Notebook portativ kompüterləri də təhlükəli EMS yaradır, hərçənd bu kompüterlərdə maye kristal əsasdan
istifadə edilir. Ölçü işləri göstərdi ki, elektromaqnit şüalanması İsveç standartı MPR II-in ekoloji normativini
xeyli keçir.
354
Musiqi və reklam kliplərində və multifilmlərində təsvirlərin tez-tez sayrışması (parlayıb sönməsi), xüsusən
təhlükəli sayılır. 1997-ci ildə 700 yapon uşaqları epilepsiya tutmasına oxşar simptomla xəstəxanaya gətirildi.
Tutmadan əvvəl bu uşaqlar «Karmannıyı monstrı» multifilminə baxırlarmış. Uşaqların sağlamlığının pozulması
səbəbi bütün televiziya ekranı boyu təsvirlərin tez-tez 10-30 Qs tezlikli sayrışması olmuşdur. Aydın olmuşdur
ki, belə tezlikli diapazonda ekranın parlaqlığı beynin neyronlarının bioritmlərinin xüsusi tezliyi ilə rezonansa
düşür (girir). Televiziya təsvirlərinin insana, onun görmə aparatına və beyinə nəzarətsiz təsiri problemi olduqca
real olduğundan, son vaxtlar alimlər televiziya ekologiyası adlı yeni fənn inkişaf etdirir.
Yaşı 10-dan 14-ə qədər olan uşaqlar əvvəlcə 30 dəqiqədən 2 saata qədər müxtəlif televiziya proqramlarına
baxdıqdan sonra psixoloqların testləşdirilməsindən keçmişlər. Məlum olmuşdur ki, yarım saat «boyevik»in
fraqmentinə baxdıqdan sonra dərs materialının adi mənimsənilmə sürəti, 20 dəqiqədən sonra müsiqi klipi
proqramına həmin müddət ərzində baxdıqdan sonra isə 2 saatdan sonra bərpa olunmuşdur.
Yaponiyada aparılan tədqiqatlar göstərdi ki, uşaqların televiziya verilişlərinə aludə olması, onların
«beyinlərinin pozulması», «leksik anomaliyası» ilə kifayətlənmir, bu həm də onların görmə qabiliyyətinin
pisləşməsi, oynaqlarının xəstələnməsi, kökəlməsi, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Televiziya
verilişlərinə baxmaq ən çox hamilə qadınlar və doğulan uşaqlar üçün təhlükə yaradır.
Yapon mütəxəssislərinə görə, ailədə söhbətlər və sadə «dil» ünsüyyəti psixoloji iqlimi yaxşılığa doğru
dəyişdirir, sinir sistemini möhkəmlədir, uşaqları daha təmkinli və sakit edir.
355
XXII FƏSİL
BİOSFERƏ EKSTREMAL TƏSİR
22.1. Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri və
ekoloji nəticələri
Bütün hərbi əməliyyatlar ətraf təbii mühitə böyük ziyan yetirir, onlar xüsusən böyük ərazilərdə uzun
müddət ərzində aparılarsa, daha çox zərər vurur. Lakin düşmən müasir dağıdıcı vasitələrdən istifadə edərsə, qısa
müddətli hərbi konfliktlər də olduqca ağır ekoloji vəziyyət yarada bilər.
İndiki dövrdə kütləvi məhvedici silahlar (nüvə, kimyəvi, bakterioloji) böyük dağıdıcı potensiala malikdir.
Nüvə silahları böyük qüvvəyə və müxtəlif dağıdıcı (ziyanverici) təsirlərlə səciyyələnir. Bu, ətraf mühitə
zərbə dalğası, işıq şüalanması, yayılma radiasiyası, radioaktiv zədələmə və elektromaqnit impulsu təsirləri ilə
təyin olunur. Nüvə müharibəsi haqqında aşağıda geniş məlumat veriləcək.
Kimyəvi silahlar – insanı və digər canlı orqanizmləri, biotanı hərbi zəhərləyici maddələrin (qazların, maye
və ya bərk maddələrin) köməyilə zəhərləmək məqsədi daşıyır. Onlardan raket, mina, mərmi, bomba və ya
təyyarədən tozlama vasitələrindən istifadə edilir. Kimyəvi zəhərləyici maddələr trofik zəncirə daxil olaraq
hərəkət etmə qabiliyyətinə malik olub, orqanizmlərin həyatı üçün yüksək toksiki təhlükə yaradır.
Kimyəvi silahlardan birinci dünya müharibəsində və Vyetnamda geniş istifadə olunmuşdur. 1914-1918-ci
illərdə hərbi zəhərləyici maddələrdən əsasən iptitdən istifadə zamanı 10 min adamın ölümünə, 1,2 mln adamın
isə şikəst olmasına səbəb olmuşdur.
Hazırda prinsipcə fərqlənən yeni zəhərləyici maddələr hazırlanmışdır. Bunlar sinir-paralitik (iflic) təsir (za-
rin, tabun, zoman və b.), həmçinin psixogen, ümumi zəhərəlyici və boğucu təsir göstərir. Bütün bunlar təbii
ekosistemlərə olduqda neqativ təsir göstərərək, insanların kütləvi zədələnməsinə, bütün onurğalı heyvanların və
bitkilərin əksər populyasiyalarının məhvinə səbəb olur.
Vyetnamda hərbi zəhərləyici maddələrdən əsasən defoliant (herbisid) şəklində istifadə edilmişdir, bu,
bitkilərin yarpaqsızlaşmasına və geniş ərazilərdə onların tamamilə məhvinə səbəb olmuşdur, bu isə əlbəttə,
bütün təbii ekosistemlərə mənfi təsirini göstərmişdir. ABŞ ordusunun Vyetnama 100 min tondan artıq defoliant
(herbisid) səpməsi nəticəsində ölkəinin meşələrinin 12%-i, manq sahələrinin 40%-i və kənd təsərrüfatı
sahələrinin 5%-dən çoxu məhv edilmişdir. 150 quş növündən cəmi 18-si qalmış, həşəratların demək olar ki,
hamısı sıradan çıxmış, bir çox bitkilər bioloji növ kimi məhv olmuşdur. 1,6 mln vyetnamlıların sağlamlığına
bilavasitə zərər dəymişdir. 7 mln-dan artıq insan kimyəvi silahlardan istifadə edilmiş rayonları tərk etmişdir
(N.F.Reymers, 1990). Amerika akademiyası hesabatının müəllifləri Vyetnam və Kambocada hərbi maddələrdən
kütəvi istifadə edilməsi ilə əlaqədar bitki örtüyünə dəyən neqativ nəticələri, yalnız on illərdən bəlkə də yüz ildən
sonra aradan qaldırmaq olar.
1961-1975-ci illərdə Vyetnam, Laos və Kambocada Amerika hərbçiləri yalnız kimyəvi silahlardan istifadə
etməklə kifayətlənməmiş, həm də «torpağın yandırılması» taktikasından geniş istifadə olunmuşdur. Bir yerə
yönəldilən bombardmanlar nəticəsində geniş sahələr antropogen bedlendlərə çevrilmişdir. Nəhəng
buldozerlərin köməyilə tropik meşələr torpaqla qarışıq kəsilmiş, napalmlardan (yandırıcı bombalardan) geniş
istifadə edilmişdir. Məhz Hind-çindəki müharibə dövründə A.Talfson (1970) ilk dəfə «ekosid» (ekoloji
müharibə) terminini işlətmişdir.
İnsanları kütləvi qırmaq üçün istifadə edilən bakterial vasitələr (bakteriya, viruslar və s.), zəhərlər
(toksinlər) bakterioloji (bioloji) silahlar adlanır.
Bu məqsədlə xəstəlik yayan canlı orqanizmlərdən (gəmiricilər, həşəratlar və s.), yaxud xəstəliyə
yoluxdurulmuş toz və ya maye ilə doldurulmuş döyüş sursatlarından istifadə olunur.
Bakterioloji silahlar insan və heyvanların orqanizminə hətta olduqca kiçik miqdarda daxil olduqda belə, on-
larda kütləvi taun, vəba, sibir xorası və digər xəstəliklərə kütləvi surutdə yoluxdurmağa qabildir. Bakteriyaların
çoxu sporlar əmələ gətirmək qabiliyyətinə malik olub, onillərlə torpaqda qala bilirlər.
22.2. Müharibələrin ətraf mühitə təsiri
1945-1988-ci illərdə 200-dən artıq silahlı konfliktlər və müharibələr olmuşdur, bunun nəticəsində 20 mln-
dan artıq adam ölmüşdür. Bu dövrdə olan böyük müharibələrə Koreyada (1950-1953); Cənubi-Şərqi Asiyada
(1965-1975-ci illər); Əfqanıstanda (1979-1998); İran körfəzində (1991-ci il) və Yuqoslaviyada (1990-cı illərdə)
bilavasitə 20-dən çox ölkə cəlb olunmuşdur.
XX əsrə qədər aparılan müharibələr təbiətə təsirilə o qədər nəzəri cəlb etməmişlər. Odur ki, uzun müddət
356
müharibələrin ekoloji aspekti tədqiq olunmamışdır, hərçənd bu problem haqqında bəzi qeydlərə rast gəlinir.
Məsələn, eramızdan əvvəl 512-ci ildə farslar və skiflər arasındakı müharibə zamanı təbiətə ciddi zərərin
vurulması göstərilir. Belə ki, skiflər fars çarı Dariyanın qoşunlarının qarşısını almaq üçün geri çəkilərkən, ilk
dəfə «torpağın yandırılması» taktikasından istifadə edərək, bütün bitki örtüyünü və evləri yandırmışlar.
Müharibə vaxtı bir çox flora və fauna növləri məhv edilmişdir.
Müharibə aparılması vasitələri inkişaf etdikcə, təbiətə daha ciddi və daha geniş sahələrdə təsir
göstərilmişdir. Nəticədə «müharibə və ekologiya» elmi istiqaməti meydana gəldi.
XX əsrdə baş verən iki dünya və yüzlərlə lokal və regional müharibələrin ciddi ekoloji nəticələri ilə
əlaqədar olaraq «genosid» məfhumu ilə yanaşı, elmi və cəmiyyət terminologiyasına «ekosid» məfhumu
(anlayışı) da meydana gəldi. Ekosid hərbi əməliyyatların bilavasitə və dolayı yolla yer üzərində eyni dərəcədə
həyat üçün vacib sayılan orqanizmlər və cansız materiya daxil olmaqal geosistemlərə təsirini ifadə edir.
Genosid və ekosid qarşılıqlı əlaqədədir. XX əsr yaddaşımızda yalnız texniki tərəqqi kimi deyil, həm də
genosid və ekosid kimi yadda qalacaqdır. Geosistemin bütün elementləri yerin inkişafı üçün eyni dərəcədə va-
cibdir, onlardan əsas komponentlərdən birinin – homo sapiens-in (insanın) məhv edilməsi və ya hazırda və
gələcəkdə Yerin biosferinin vəziyyəti ona məhvedici təsir göstərəcəkdir. Misal gətirək: son on il ərzində hərbi
əməliyyatların gedişində 2 mln-a qədər uşaq ölmüş, 1 mln. yetim qalmış, 5 mln. uşaq isə şikəst olmuşdur. Uşaq
və yeniyetmələrin ölümü – əhalinin yaşama müddətinin (ömrünün) gələcəkdə hesablanmasında mühüm
göstəricidir.
Ekosid anlayışından başqa, müharibələrin ətraf mühitə mənfi təsirini ifadə etmək üçün elmi ədəbiyyatda
həmçinin «terrasid», «biosid», «ekoloji müharibə», «geofiziki müharibə», «meteoroloji müharibə» kimi
məfhumlardan da istifadə olunur. Bu terminlər arasında «ekoloji müharibə» bəlkə də prosesin mahiyyətini daha
da tam əks etdirir. Bu termin Vyetnam müharibəsindən sonra geniş istifadə olunmağa başladı.
Vyetnamdakı hadisələr göstərdi ki, ekoloji müharibə olduqca müxtəlif vasitələrlə aparılıb, meşə və aqroe-
koloji sistemləri məhv etmək, geniş ərazilərdə təsərrüfatları və gündəlik həyat şəraitini yox etmək məqsədi
daşıyırdı. Ekoloji müharibə bəzən əraziləri bəhrəsiz səhralara çevirir.
XX əsrin lokal müharibələrinin ekoloji nəticələri
1. Təbii sərvətlərin (ilk növbədə neft, təbii qaz, kömür, oduncaq) normativdən artıq istismarı geniş
ərazilərin zəbt olunmasına, resurslardan səmərəsiz istifadəyə və ətraf ərazilərin çirklənməsinə səbəb olur.
2. Minalanmış sahələr, karroziyaya uğramış texnikanın, kimyəvi maddərlərin, yanmış məhsulların və
yüksək toksik yanacağın qalıqları təsərrüfat sahələrinin azalmasına səbəb olur və insanın məskunlaşdığı mühitə
zərər yetirir. Müharibənin belə nəticəsi üçün «müharibənin əks sədası» termini mövcuddur. Quruda və dənizdə –
çoxlu miqdarda minalar, partlamamış mərmilər (o cümlədən kimyəvi maddə ilə doldurulmuş) qalmışdır. Adətən
istifadə olunmuş döyüş sursatının 10%-i partlamamış halda qalır. Yalnız Hind-Çində 400 min ədəd partlamamış
Amerika bombaları və 4 mln. ədəd mərmi qalmışdır. Sülh yaradıldıqdan sonra da bunun nəticəsində on minlərlə
insanın itkisi davam edirdi. BMT-nin məlumatına görə Anqolada hər həftə bu səbəbdən 150-200 adam həyatını
dəyişir. Minalar həmçinin nəqliyyat yollarının istifadəsini və kənd təsərrüfatı işlərinin aparlımasını çətinləşdirir.
Kambocada ağır müharibənin nəticəsi olaraq, minalanmış sahələr 3,6 min km
2
təşkil edir, bu isə bir sıra rayon-
larda həyat şəraitini iflic hala salır. Ekspertlərin qiymətinə əsasən ölkədə 10 mln. döyüş sursatını (əhalinin sayı 9
mln.) zərərsizləşdirmək üçün hazırkı sürətlə bir neçə on illiklər tələb olunur. Hər ay minalanmış sahələrdə 300-ə
qədər adam həlak olur. Ölkədə bununla əlaqədar hər 236 vətəndaşdan biri şikəst olmuşdur.
3. Bombaların partlayışı zamanı yaranan çuxurlar (çalalar) epoziya prosesinin və bataqlıqların əmələ
gəlməsinə səbəb olaraq geniş ərazilər təsərrüfat dövriyyəsindən çıxır, bu çuxurlar həmçinin insan və heyvanlar-
da yoluxucu xəstəliklərin daşıyıcısı olan həşəratların inkişafı üçün mənbəyə çevrilir. Vyetnamda hərbi
əməliyyatlar aparılan ərazilərdə 26 mln. bomba çuxurları mövcuddur.
4. ABŞ-ın silahlı qüvvələri Vyetnamın cənubunda, həmçinin Laos və Kambocada geniş ərazilərdə
zəhərləyici maddələrdən istifadə etmişlər. Vyetnamda tərkibində 170 kq dioksin olan 72 min ton «eycent oranj»
defoliantı ilə ərazilərin tozlanması aparılmışdır. Bunun nəticəsində minlərlə yerli sakin həlak olmuş, tropik
meşələr məhv edilmişdir. Defoliantdan istifadə nəticəsində ABŞ-ın hərbçiləri daxil olmaqla, ümumi zərər çəkən
insanların sayı 2 mln. təşkil edir. Vyetnamda cəmi 58 min, Koreya müharibəsində 7 min, 1990-1991-ci illərdə
fars körfəzində hərbi əməliyyatlarda 383 amerikalı həlak olmuşdur.
Vyetnamda tropik meşələrin məhv edilməsi üçün həm də buldozerlər və xüsusi bombalardan (kütləsi 6800
kq) istifadə edilmişdir.
5. Böyük torpaq-qrunt kütləsinin qarışması ərazinin biogeokimyəvi balansının dəyişməsinə səbəb olur.
İkinci Dünya müharibəsində 350 mln. m
3
torpaq-qrunt qarışmışdırsa, Vyetnam müharibəsində 2 mlrd. m
3
tor-
357
paq-qrunt qarışmışdır. Tədqiqatlar göstərir ki, belə transformasiya ekosistemin məhv olmasına gətirib çıxarır.
6. Hidrotexniki qurğuların bombardman edilməsi və dağıdılması geniş miqyaslı neqativ nəticələrə səbəb
olur. Belə ki, Niderlandda su anbarı bəndinin hitler qoşunları tərəfindən dağıdılması, 200 min torpaq sahəsinin
su ilə basılmasına səbəb oldu, bu isə ölkə üçün böyük faciə idi. Vyetnamda yalnız Krasnaya çayının
hövzəsində bəndin dağıdılması 15 mln. adam üçün təhlükə yaratdı.
7. Meteoroloji müharibələr həmçinin Vyetnam müharibəsində də geniş tətbiq olunmuşdur, bu zaman B-52
təyyarəsindən xırda dispers halında gümüşün və qurğuşunun yod birləşmələri və digər maddələr səpərək, ölkədə
əlverişsiz musson yağışlarının hava mövsümünü uzatmışlar. Bu zaman çayların səviyyəsinin qalxması bəndlərin
dağılmasına, tarlaları su basmasına, yaşayış məntəqələrinin dağılmasına səbəb olmuşdur.
8. Bakterioloji və kimyəvi silahlardan istifadə olunması, həmçinin qeyri-qanuni hərbi-elmi kimyəvi və bi-
oloji eksperimentlərin aparılması təhlükəlidir. Hind-Çində əhaliyə və ev heyvanlarına qarşı xəstəlik törədən
mikroorqanizmlərin tətbiqi hadisələri də olmuşdur. Hətta belə silahlar yalnız ev heyvanlarına tətbiq olunsa da,
xəstəlik insanlara da yayılmışdır. Bəzi məlumatlara görə, Mancuriya ərazisində keçirilən sınaqlar nəticəsində
1931-ci ildə 200 min insan həlak olmuşdur.
NATO qoşunları Yuqoslaviyaya qarşı zəifləşdirici uranlı hərbi güllələrdən (bombalardan) istifadə
etmişdir. NATO təxminən 100 hərbi əməliyyat keçirərək, tərkibində 10 ton zəifləşdirilmiş uran olan 31 minə
qədər bombadan istifadə etmişdir.
Zəifləşdirilmiş uran radioaktiv maddə olub, kimyəvi və radioloji silahlar qrupuna aiddir. Bəzi mütəxəssislər
göstərir ki, partlayış zamanı əmələ gələn mikrohissəciklər, ağciyərlərdə çökərək, dəri ilə təmasa girir və ya su və
qida ilə orqanizmə daxil olaraq, alfa-hissəciklərin aktiv parçalanması hesabına xərçəng xəstəliyi törətməyə qa-
bildir.
Fars körfəzi zonasında müharibə zamanı zəifləşdirilmiş uranlı bombalardan istifadə edilməsi ilə əlaqədar
İraqın bəzi rayonlarında çoxlu saylı normadan kənar yeni doğulmuş uşaqlar uranla aydınlaşdırılır. İraq və
Küveytdə tanklara qarşı zirehdeşən bombaları gücləndirmək məqsədilə «Səhrada tufan» əməliyyatı zamanı
320 ton zəifləşdirilmiş urandan istifadə edilmişdir.
9. Lokal müharibələr zamanı bir sıra mühafizə olunan təbii ərazilər hərbi əməliyyatların bir hissəsinə çevri-
lir, nəticədə onların fəaliyyəti (işi) pozulur, mədəni-tarixi abidələr məhv edilir və ya zədələnir, planetin bioloji
və mədəni müxtəlifliyi azalır. Bu yalnız quru üçün deyil, okeana da aiddir. Məsələn, kütləsi 100 kq-lıq 44 m
radiusunda olan dəniz minasının partlaması zamanı faunanın bütün nümayəndələri məhv edilir.
10. Total ekoloji deqradasiya – lokal müharibələrin ən mürəkkəb komponentlərindən hesab olunur.
Lokal müharibələr zamanı zəngin təbii resurslara (xüsusən neftə) malik olan sərhədyanı rayonlarda,
dövlətlərarası çay hövzələrində, meşə və otlaq areallarında kəskin problemlər yaranır.
Dövlətlər arasında iqtisadi okean zonalarında çoxlu problemlər yaranmışdır. Məsələn, Tayland ilə Myanma;
Vyetnamla Malaziya; Çili, Peru ilə Ekvador; Yaponiya, Rusiya və Koreya Respublikası arasında.
22.3. Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri
Nüvə silahı (atom silahı) nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili
enerjidən baş verən partlayış təsirli silahlara deyilir. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji
adi partlayıcı maddədəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan
enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərin (zərbə dalğası, işıq şualanması,
nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının
partlayışından fərqlənir.
Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir: inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq,
canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı
insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa
və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər.
Xirosima və Naqasaki şəhərlərinin bombardman edilməsi şəhərlərdə nüvə silahlarının partlayışının
nəticələrini bilavasitə öyrənmyə imkan verir. Bu faciəli hadisələr nüvə müharibəsinin potensial fiziki, bioloji və
sosial nəticələri müxtəlif məlumatlar əldə etməyə imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, adı çəkilən
şəhərlərin hər biri yalnız bir atom partlayışına məruz qalmışdır və ora atılan bombaların gücü dünyanın bugünkü
nüvə arsenalında toplananlardan olduqca azdır. Nəticədə hazırda 50 min vahid nüvə silahı mövcuddur, həm də
onların hər birinin gücü Xirosimada partladılan bombanın gücündən dəfələrlə (500 dəfə) çoxdur. Nüvə
bombasının gücü İkinci Dünya müharibəsində isttifadə olunan ən güclü bombadan 100 min dəfə güclüdür.
Fasiləsiz olaraq daha güclü yeni silah növlərinin inkişaf etdirilməsi belə bir həyəcan sualı doğurur: əgər si-
358
lahlardan istifadə edilsə, nələr baş verər? Aydındır, belə bir addımın atılması 1945-ci ildəki illə müqayisə olun-
mayan ağır nəticələrə gətirib çıxarar. Bu, hələ indiyə kimi yaddan çıxmayan Xirosima və Naqasaki
hadisələrindən prinsipcə tamamilə fərqli olacaqdır. Nüvə bombardmanı zamanı şəhərlərdə baş verən nəhəng
yanğınlardan yaranan tüstünün nəticəsi olaraq Yerdə havanın və iqlimin qlobal dəyişməsi istisna edilmir.
Tədqiqatlar göstərir ki, iri miqyaslı müharibə başlayarsa, dünyanın böyük şəhərlərinin bombardmanı
zamanı, Yerin geniş ərazilərini həftələrlə, aylarla duman, toran bürüyəcək. Günəş şüaları yanğınlar zamanı his
hissəciklərindən ibarət olan möhtəşəm buludlardan keçə bilməyəcək. Ən ağır vəziyyət Şimal yarımkürəsində
yaranacaq, burada atmosferin çirklənməsi daha güclü olacaqdır. Bir sıra regionlarda orta temperatur bir neçə
10
0
C aşağı düşəcək, yəni suyun donma nöqtəsindən də aşağı olacaqdır. Belə vəziyyət hərbi əməliyyatlar
qurtardıqdan sonra bir neçə həftə, hətta bir neçə ay qala bilər. İqlimin pozulması, hətta bilavasitə müharibədə
iştirak etməyən ölkələrdə də, bir neçə il keçdikdən sonra təsirini göstərəcəkdir. Dünyanın bir sıra rayonlarında
yağıntıların azalması da istisna edilmir.
Temperaturun və atmosfer yağıntılarının dəyişməsi tropik rayonlarda və cənub yarımkürəsində (Şimal
yarımkürəsi ilə müqayisədə az dərəcədə) müşahidə oluna bilər. Tropik və subtropik rayonlarda da xeyli
soyuqlaşmanın baş verməsi istisna edilmir.
Fəlakətlər dünya kənd təsərrüfatından və əsas ekosistemlərdən (meşə, bozqır, dəniz sahələri) də yan
keçməyəcək. Bitki və heyvan populyasiyaları adi halda nisbətən tez və dramatik dəyişilən şəraitə düşəcəklər.
Məhsulun toplanması kəskin iqlim dəyişkənliyi ilə yanaşı, həm də enerji, texnika, gübrələrlə təmin olunmasında
fasilələr, pozuntularla əlaqədar çətin ki, mümkün olsun. Bu həm müharibə aparılan, həm də neytral ölkələrdə
qlobal ərzaq krizisinə səbəb olacaqdır. İstehsalın əsas sisteminin və ərzaq məhsullarının paylanmasının
dağıdılması Yer əhalisinin sayının xeyli azalmasına gətirib çıxaracaqdır.
Mümkün iqlim dəyişmələrindən başqa, irimiqyaslı nüvə zərbələri nəticəsində baş verən yanğınlar,
partlayışlar, radioaktiv yağıntıların düşməsi geniş əraziləri xarabazarlığa çevirəcəkdir. Digər nəticələr arasında
enerji təchizatı sisteminin sıradan çıxması; Yer üzərində həyatı Günəşin təhlükəli ultrabənövşəyi şüalarından
mühafizə edən ozon qatının nazilməsi; intensiv lokal radioaktiv yağmurlar və atmosferin uzunmüddətli qlobal
çirklənməsi; çoxlu miqdarda yaranan toksik maddələr və qazlarla suyun və havanın zəhərnəlməsini göstərmək
olar.
Beləliklə, nüvə konflikti Yer üzərində olduqca ciddi iqlim və digər ekoloji dəyişkənliklərə səbəb
Dostları ilə paylaş: |