QƏRİb məMMƏdov, mahmud xəLİlov


QEYRİ-İXTİYARİ GECƏ  İŞƏMƏSİ



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə52/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   48   49   50   51   52   53   54   55   ...   64

 

QEYRİ-İXTİYARİ GECƏ  İŞƏMƏSİ. Bu adətən iki yaşına kimi baş verir. Əgər bu sonra da davam 

edərsə, uşağa saat dörddən sonra və gün ərzində çoxlu maye verməməli.  İşəmə vaxtını  təqribən təyin edərək 

uşağı  hər dəfə 10-20 dəqiqə qabaqcadan oyatmalı. Bunu uşaq normal vəziyyətə qayıdana kimi davam 

etdirməlidir. İspanaq və rəvəndin bişmiş halda qəbul edilməsi çox yaxşı vasitə hesab olunur. Aşağıdakı şirənin 

də verilməsi məsləhət görülür.  

    280 


kök, 


90 

çuğundur və 90 q xiyar  

 

NEFRİT (böyrəyin iltihabı) 

 

 



 

 

280 q kök, 140 q ispanaq 



 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xiyar 

    255 

kök 



və 140 q kərəviz 

    310 


kök 


və 90 q çuğundur  

    340 


kök 


və 110 q cəfəri   

 

AŞAĞI QAN TƏZYİQİ (hipotoniya) 

    280 

kök 



və 170 q ispanaq 

 

 



 

 

200 q kök, 110 q kərəviz, 60 q cəfəri və               



 

 

90 



ispanaq 


 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xiyar 

    310 

kök 



və 90 q çuğundur  

 

GENİŞ SKLEROZ. Yalnız çiy bitkilərlə qidalanmaqla və hər gün üç litrə qədər təzə çiy tərəvəzlərin 

şirəsini qəbul edərək, bir çoxları özündə tədricən sağalma müşahidə etmişlər.  

    280 


kök 


və 170 q ispanaq 

    255 


kök 


və 140 q kərəviz 

    340 


kök 


və 110 q cəfəri 

 

 



 

 

200 q kök, 110 q kərəviz, 60 q cəfəri və               



 

 

90 



ispanaq 


KÖKƏLMƏ. Ziddiyyətli qidalarla və izafi miqdarda kraxmal və  şəkər qəbul edərkən orqanlar ətrafında 

yağ toxumalarının hədsiz toplanması müşahidə edilir. Dietadan tərkibində hər cür kraxmal və yağ olan qidaları, 

alkoqol içkiləri (o cümlədən pivəni) çıxarmaqla, bəzi şəxslər 20 kq-a qədər çəkisini və 30 sm və daha çox beli-

nin dövrəsini azaltmağa qadir olurlar. Belə üsulla çəkisini azaldan insanlar hiss edir, öz sağlamlığını və əhvali-

ruhiyyəsini nizamlaya bilirlər. Bu məqsədlə aşağıdakı şirələrin qəbul edilməsi də məsləhətdir.  

   280 


kök 


və 170 q ispanaq 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xi 

yar 

   310 


kök 


və 140 q kələm  

 

 



 

200 q kök, 140 q kərəviz və 110 q ispanaq 

 

BÖYRƏKLƏRDƏ QUM 

 

 



 

 

Bir limonun şirəsini bir stəkan qaynar  



 

 

 

 suda 

qarışdırıb içməli 

 

 



 

 

280 q kök, 90 q çuğundur və 90 q xiyar 



    260 

kök 



və 140 q kərəviz 

    3470 

kök 


və 110 q cəfəri   

 

PİOREYYA (diş ətinin iltihabı və dişlərin tərpənməsi) 

 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xiyar 

 

 

 



 

200 q kök, 110 q kərəviz, 60 q cəfəri və              

 

 

90 



ispanaq 


 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xiyar  

 

PODAQRA (bədəndə maddələr mübadiləsinin pozulması  nəticəsində  əmələ  gələn oynaq və tox-


 

330


uma xəstəliyi)  

 

 

 

 

280 q kök və 170 q ispanaq 

 

 

 



 

200 q kök, 110 q kərəviz, 60 q cəfəri və              

 

 

90 



ispanaq 


 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xiyar 

    310 

kök 



və 90 q çuğundur  

    255 


kök 


və 140 q kərəviz  

    340 


kök 


və 110 q cəfəri  

 

İSHAL  

 

 

 



 

200 q kök, 110 q kərəviz, 60 q cəfəri və                  

 

 

 



90 q ispanaq 

 

SOYUQLAMA  

    280 

kök 



və 170 q ispanaq 

 

 



 

 

Bir limonun şirəsini 110 q sürtülmüş    

 

 

 



qıtıqotu 

ilə  


qarışdırmalı  

 

 



 

 

280 q kök, 90 q çuğundur, 90 q xiyar  



 

 

 



 

230 q kök, 140 q kərəviz və 90 q turp 

    310 

kök 



və 140 q turp  

SIZANAQ, CİVZƏ və s. Məlhəm (maz) və digər dərmanlardan istifadə etməməli, yalnız təbii üsullar 

tətbiq etməli. 

    280 


kök 


və 170 q ispanaq 

 

 



 

 

230 q kök, 140 q süddüyən salatı və 90 q  



 

 

 



 ispanaq 

 

RAXİT 

    280 

kök 



və 170 q ispanaq 

 

 



 

 

310 q kök, 90 q zəncirotu və 60 q şalğam 



    255 

kök 



və 200 q kərəviz 

 

 



 

 

280 q kök. 90 q çuğundur və 90 q xiyar 



 

 

 



 

255 q kök, 90 q zəncirotu və 110 q latuq  

 

 

 



 salatı  

 

 



 

REVMATİZM (yel) 

 

 



 

 

280 q kök, 90 q çuğundur və 90 q xiyar 



    280 

kök 



və 200 q ispanaq 

 TOKSEMİYA (toksiki maddələrlə orqanizmin zəhərlənməsi) 

 

 



 

 

280 q kök, 90 q çuğundur və 90 q xiyar  



    280 

kök 



və 170 q ispanaq 

    260 


kök 


və 200 q kərəviz  

 

TROMBOZ (damarlarda qan laxtası əmələ gəlməsi) 

 

 

 



110-150 q-lıq limonun şirəsini 110 q sürtülmüş  

 

 



qıtıqotu ilə 

qarışdırmalı 

 

 

 



280 q kök, 90 q çuğundur və 90 q xiyar 

 

 



 

230 q kök, 110 q ispanaq, 60 q şalğam və 60 q su  

 

 

bozalağı  



 

 

 



230 q kök, 110 q kərəviz, 60 q cəfəri və 

60 


 

   ispanaq 



 

VƏRƏM 

   280 


kök 


və 170 q ispanaq 

   340 


kök 


və 110 q zəncirotu  

 

 



 

280 q kök, 90 çuğundur və 90 q xiyar  

 

 

 



200 q kök, 110 q kərəviz, 60 q cəfəri və 

90 


 

   ispanaq 



 

 

 



 

100-150 q-lıq limon şirəsini 110 q sürtülmüş    

 

 



qıtıqotu ilə 

qarışdırmalı  

   260 



kök 



və 200 q kərəviz  

 

 



 

230 q kök, 140 q kərəviz və 90 q turp  

 

 


 

331


QARACİYƏR SİRROZU 

   280q 


kök 

və 170 q ispanaq 

 

 

 



280 q kök, 90 q çuğundur və 90 q xiyar   

 

SİSTİT (sidik kisəsinin iltihabı) 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xiyar  

   280 



kök 



və 170 q ispanaq 

   260 


kök 


və 140 q kərəviz  

   310 


kök 


və 90 q çuğundur  

   340 


kök 


və 110 q yaşıl istiot 

 

EKZEMA 

   280 



kök 



və 170 q ispanaq 

 

 



 

280 q kök. 90 q çuğundur və 90 q xiyar  

 

 

 



200 q kök, 90 q çuğundur, 110 q süddüyən və           

 

 



60 q şalğam  

   255 


kök 


və 140 q kərəviz 

 

YARA, XORA 

   280 



kök 



və 170 q ispanaq 

 

 



 

280 q kök, 90 q çuğundur və 90 q xiyar 

   230 



kök 



və 200 q kərəviz  

Qeyd etmək lazımdır ki, tərəvəz və meyvə  şirələri çox yaxşı bioloji təsirə malik olduğu üçün onlardan uzun 

müddət (heç olmasa bir aydan az olmayaraq) istifadə edilməsi yaxşı  nəticə verir. Şirələrdən istifadə edərək 

sağlamlığının yaxşılaşdığını hiss edən bəzi  şəxslər, bəzən onun uzun müddət qəbulundan imtina edir. Amerika 

alimləri təzə çiy tərəvəz şirələrinin təsirini öyrənərək qeyd edirlər ki, sistemli şəkildə göstərilən reseptlərə ciddi riayət 

edən bir sıra sağlam və xəstə şəxslərdən müsbət rəylər almışlar.  



 

Bitki məhsulları ilə səmərəli qidalanmaq üzrə bəzi tövsiyələr  

Sağlamlığı möhkəmlətmək üçün meyvə və tərəvəzlərlə daha çox qidalanmaq, heyvan mənşəli qidadan isə 

az istifadə etmək məsləhətdir. Uzun və sağlam ömür sürmək üçün bitki məhsullarından səmərəli istifadə 

edildikdə aşağıdakı 12 məsləhətə riayət etmək lazımdır: 



1. Sutkalıq menyuya narıncı  rəngli istənilən meyvə daxil edilməlidir, bu meyvələrin tərkibində orqanizm 

üçün faydalı olan betakarotin olub onkoloji və ürək xəstəlikləri riskini azaldır.  



2. Masa üstündə hər gün tərkibində «C» vitamini olan meyvə və tərəvəz olmalıdır. Bu, ilk növbədə şəkər 

diabeti xəstələrinə aiddir, İtaliya alimlərinin tədqiqatlarına görə gündəlik doza 1000 mq «C» vitamini insulin 

hormonunun hazırlanmasını gücləndirir.  

3. Pomidor dadlı olmaqla yanaşı, tərkibində yüksək miqdarda likopin olduğundan müalicəvi xassəyə ma-

likdir. Pomidordan gündəlik istifadə olunması yoğun bağırsaq, ağız boşluğu, mədədə  xərçəngin  əmələ 

gəlməsinin xeyli qarşısını alır, belə ki, xərçəng toxumalarının inkişafına səbəb olan nitrozaminlərin  təsirini 

neytrallaşdırır. Müəyyən edilmişdir ki, kifayət qədər pomidor yeyən şəxslər, ondan imtina edənlərdən daha ener-

jili və hərəkətli olurlar.  

4. Meyvəni çiy halda yemək lazımdır.  

5. Ərik qaxı (qaysı qurusu) və kişmiş yemək faydalıdır. Onlar sağlamlığı möhkəmlədir, insana güc və enerji 

verir, belə ki, tərkibində olan kalium ürək əzələlərinin işini yaxşılaşdırır.  



6. Meyvə şirələrinin tərkibində süddəki qədər zülal, yağ, bir çox mikroelementlər olmayıb kaloriyasız olsalar da 

çox faydalı sayılır. Qeyd etməliyik ki, meyvə şirələri qidanı əvəz edə bilməz, bəzən uşaqlara həddən çox şirə verirlər. 

Lakin uşaqlar üçün gündə bir stəkan meyvə şirəsi kifayətdir.  

7. Gün ərzində iki meyvə yeməyindən istifadə olunmalıdır. Belə baxdıqda bu real görünmür, əslində isə çox 

sadədir. məsələn, səhər sıyığına (kaşa) banan qatmaq və gün ərzində bir ədəd portağal yedikdə meyvədən 

istifadənin gündəlik norması təmin olunur. 

8. Çiy halında tərəvəz insanda xoş əhval yaradır, dərini təzələyir, zərif qədd-qamət əmələ gətirir, tərkibində 

çoxlu miqdarda sellüloz olduğu üçün mədə və bağırsaqda əngəli aradan qaldırır. Bu, xüsusən oturaq həyat tərzi 

keçirənlər üçün vacib olub, kökəlmə və qəbizliyə qarşı vasitədir.  

9. Soğan və sarımsaq düzgün qidalanmadıqda həzm yolunda çürümənin qarşısını almaqda və qripin kütləvi 

yayılması dövründə mühüm rola malikdir.  



10. Meyvəni yeməkdən yarım saat qabaq, acqarına və çörəksiz yemək məsləhətdir.  

11. Duzdan az istifadə etmək (gündə 6 qram – bir çay qaşığı) lazımdır.  

12. Alkoqoldan istifadənin ziyansız dozası, gündə 20 qram təmiz spirtdən, təxminən bir bokal şərabdan 

ibarət olmalıdır. 



 

332


P.Breqqə görə bütün dietanın 3/5-nü meyvə və tərəvəz (bişmiş və suda az bişirilmiş) təşkil etməlidir. 

 

333


XX FƏSİL 

 

TƏBİƏTİN MÜXTƏLİF İSTİQAMƏTLİ  

DƏYİŞDİRİLMƏSİ VƏ İNSAN SAĞLAMLIĞI 

 

Elmi-texniki tərəqqi təbiətin insan tərəfindən dəyişdirilməsi prosesini gücləndirdi. Əgər insan öz təşəkkül 

tapdığı dövrdə  təkamül gedişində maddələr mübadiləsi və enerji tsiklinə  əhəmiyyətli dərəcədə  təsir göstərə 

bilmirdisə, hazırkı zamanda cəmiyyətin həyatı, artıq təbii landşaftları və onlarda gedən prosesləri əhəmiyyətli 

dərəcədə dəyişdirə bilir.  

Əkinçilik, yaşayış  məntəqələrinin,  şəhərlərin salınmmsı, sənaye istehsalının sürətlə inkişafı, faydalı 

qazıntıların çıxarılması, meşə tədarükü, meliorasiya işləri, heyvandarlığın intensivləşdirilməsi nəticəsində 

hazırda planetimizdə praktikik olaraq bu və ya digər dərəcədə insan fəaliyyətinin təsiri ilə dəyişilməyən, ilkin 

təbii landşaftlar demək olar ki, qalmamışdır.  

Hazırda ayrı-ayrı materiklərdə landşaftların dəyişilmə dərəcəsi müxtəlifdir.  

Aqrolandşaftlarla zəbt olunmasına görə birinci yeri Avropa tutur. Əkinçilik üçün əlverişli olan düzən rayon-

larda mülayim qurşağın yarpaqlı meşələri və subtropiklərin həmişəyaşıl meşələri hər yerdə meşə-çöl (tarla) və 

bağ-plantasiya landşaftları ilə əvəz olunmuşdur.  

Asiyada şumlanan sahələrin iki böyük arealı ayrılır: Onlardan biri şimali Qazaxıstan və Cənubi Sibir, digəri 

isə Mussonlu Asiyanın düzənlik, ovalıq və yüksəklikləri – Hindistandan başlamış Çinə qədər uzanır. Qanqanın 

düzənliklərinin yarısı  əkin altında istifadə olunur, bəzi yerlərdə  təbii landşaftlar tamamilə  mədəni savannalar 

şəklində aqrolandşaftlarla  əvəz edilmişdir. Asiyanın quraqlıq rayonları – Orta Asiya, Yaxın və orta Şərq 

ölkələri, həmçinin Hindistanın qərbindəki torpaqlar ən qədim zamanlardan suvarma əkinçiliyi altında istifadə 

olunur. Çay vadilərində suvarılan landşaftlar geniş massivlər təşkil edir, digər yerlərdə isə onlar böyük olmayan 

sahələr şəklində su mənbələri yaxınlığında yerləşir. Kiçik Asiyadan Monqolustana qədər suvarılmayan ərazilər 

otlaqlar altında istifadə olunur.  

Afrikanın arid rayonlarında antropogen landşaftların formalaşmasına  əsasən maldarlıq təsir göstərir, 

mövsümi-rütubətli meşə landşaftlarının dəyişilməsi isə meşələrin qırılıb yandırılması əkinçilik sistemi ilə bağlıdır.  

Şimali Amerikanın (ABŞ-ın  şərq hissəsi və Kanadanın cənubu) müasir landşaftları yüksək dərəcədə 

mənimsənilməsi ilə  səciyyələnir. Belə ki, preri zonasının 80%-dən, yarpaqlı meşə zonasının 60%-dən çox 

hissəsi şumlanmış və ya tikintilər altında istfadə edilir.  

Cənubi Amerikada kontinentin 50%-ə  qədər  ərazisi meşə ilə örtülüdür, 10%-ə  qədəri  əkin altında, 20%ə 

qədəri isə otlaq kimi istifadə olunur.  

Avstraliyada materikin mərkəzi hissəsində qumlu və daşlı səhralar və şimalda izafi rütubətli meşə rayonları 

mənimsənilməmiş qalaraq ərazinin 25%-nə  qədərini təşkil edir. Tarla və bağ-plantasiya landşaftları  ərazinin 

cəmi 3%-ni, meşələr isə 5%-ə  qədərini tutur. Savanna, bozqır və seyrək meşə otlaq landşatfları fon yaradır, 

geniş sahələrdə şum, suvarma, gübrələrin tətbiqi, ot səpini işləri aparılır, bununla əlaqədar bu otlaq landşaftları 

dəyişilmə xarakterinə və dərəcəsinə görə əkinçilik landşaftlarından az fərqlənir.  

Təsərrüfat fəaliyyəti nəticəsində  təbii  əlaqələri dağılan, pozulan landşaftların (şəhər və  kənd, müxtəlif 

mühəndis və energetik qurğular, nəqliyyat magistralları) zahiri görünüşü tamamilə dəyişmişdir. ABŞ, İngiltərə, 

Almaniya, Yaponiya və digər ölkələrin sənaye rayonlarında mənimsənilən  ərazinin 60%-dən çoxu tikintilər 

altındadır. Seliteb sahələr əksəriyyət hallarda şum sahələrinin hesabına genişlənir. Belə ki, ABŞ-da hər il şəhər 

ərazilərinin genişlənməsi nəticəsində 350 min ha əkin sahəsi itirilir.  

İtirilmiş əkin sahələrinin yeri meşə və otlaqların hesabına doldurulur, bu isə meşə sahələrinin azalmasına və 

keyfiyyətinin aşağı düşməsinə səbəb olur.  

Geniş ərazilər səmərəsiz mənimsənilmə nəticəsində təsərrüfat istifadəsindən çıxır. Bura bedlendlər, rekulti-

vasiya olunmayan atılmış karxanalar, şorlaşmış və bataqlaşmış sahələr, hərəkət edən qumlar, həmçinin sənaye-

məişət tullantıları atılaraq çirklənmiş ərazilər aiddir.  

Biosferin resurslarından səmərəli istifadə edib onu qoruyub saxlamaq üzrə elmi əsaslar hazırlamaq üçün 

təbiətdə antropogen təsirin maddələr və enerji dövranının uçotu aparılmalıdır.  İnsan fəaliyyətinin təsiri 

nəticəsində ekosistemin strukturunun və  fəaliyyətinin dəyişilməsinin aşkar edilməsi və qiymətləndirməsi bu 

dəyişilmənin insanın sağlamlığına təsirinin təyin edilməsi üçün də vacibdir. 

Tədqiqatçıların fikrincə yoluxucu (infeksiya) xəstəliklərin istiqaməti, sürəti və dərinliyinin dəyişilməsinin 

aparıcı təyinedici faktoru insanların yaşayış şəraitinin dəyişilməsi hesab olunur.  

Əlbəttə, təbii landşaftların antropogen landşaftlara çevrilməsi yoluxucu xəstəliklərin, əsasən ətraf mühitlə 



 

334


sıx  əlaqədə olan zoonozların yayılması xarakterinə bu və ya digər  şəkildə  təsir göstərməyə bilməzdi. Bir çox 

yoluxucu xəstəliklərin müasir yayılma xarakterini təyin edən başlıca faktor insanın özü və onun praktiki 

fəaliyyətidir.  

İnsan cəmiyyətin inkişafının müəyyən mərhələsində  xəstəliklərin arealının kəskin genişlənməsi üçün 

əlverişli  şərait yaratmışdır. Bu, ilk növbədə intensiv təsərrüfat fəaliyyəti ilə,  əhalinin daxildə  və kontinentlər 

arası yüksək dərəcədə qarşılıqlı əlaqələrin olması (ünsiyyətin) və infeksiyaya (yoluxmaya) qarşı mübarizə apar-

ma bacarığının olmaması ilə əlaqədar olmuşdur. Şübhəsiz, bir çox hallarda bu və ya digər ərazilərdə insanların 

sosial-iqtisadi şəraitinin aşağı səviyyədə olması da xəstəliklərin sürətlənməsində mühüm rol oynamışdır.  

Qeyd etmək lazımdır ki, infeksiya xəstəliklərinin yayılmasında təbiətin dəyişdirilmə prosesinin təsiri 

müxtəlifdir. Bu təsir yoluxmanın bir mənbəyini aradan qaldırır, mədəniləşdirilmiş sahədə isə digər yoluxma 

mənbəyi – antropurgik tip mənbə, yəni insan fəaliyyəti nəticəsində yaranan infeksiya mənbəyi baş verir.  

Təkamül prosesində yaranan ilkin landşaftların dəyişməsi və insanın təsərrüfat fəaliyyəti nəticəsində onlara 

uyğun ekosistemlərin pozulması xəstəliklərin ibtidai təbii mənbələrinin olduğu şəraiti də dəyişdirir.  

Kənd təsərrüfatı landşaftları şəraitində vəhşi heyvanlar yerli biosenozlarla yeni qarşılıqlı əlaqəyə girir, bu-

nun nəticəsində kənd təsərrüfatı sahələrində formalaşan biosenozlar da insanlarla yeni qarşılıqlı  əlaqəyə daxil 

olur. Bu, insanın həyatında yeni heyvan növlərinin peyda olmasına səbəb olur. Bu növlər kənd təsərrüfatı 

ziyanvericiləri və yoluxucu xəstəliklərin mənbəyi ola bilər.  

Antropogen landşaftlarda heyvanların məskunlaşmağa uyğunlaşma prosesi sərt seçmə ilə müşayiət olunur. 

Ekoloji plastikliyə malik olmayan və yeni şəraitdə əlverişli ekoloji şərait tapa bilmək qabiliyyəti olmayan növlər 

ya sıxışdırılır, yaxud da məhv olur. İnsan fəaliyyəti nəticəsində həyat şəraiti digər növlər üçün yaxşılaşır, belə 

halda bu növlərin populyasiyalarının sayı artır və arealı genişlənir. Mədəniləşdirilmiş landşaftlarda belə 

heyvanların populyasiyalarının sayı təbii landşaftlarla müqayisədə yüksək olsa da, onların bəziləri təbii biotop-

larla əlaqə saxlamaqda davam edir. Buna adi çöl siçanı, cırtdan çöl siçanı və b. misal ola bilər. 

Dəyişilmiş landşaftlarda  əmələ  gələn biosenozlara heyvanların adaptasiya olunma qabiliyyəti sayəsində 

onların xəstəlik törədiciləri də adaptasiya olunur. Beləliklə, landşaftların antropogen dəiyşilməsi prosesi təbii 

infeksiya mənbələrinin təkamülünə, onların yeni ekosistemlərə adaptasiyasına meyl göstərir. Təkamül 

prosesində  dəyişilmiş infeksiya mənbələrini təbii deyil, təbii-antropogen (antropurqik) kimi təyin etmək 

lazımdır.  

Antropogen mənbələr həm təbii mənbələrin mədəniləşdirilmiş ekosistemlərlə bilavasitə təmasda olduğu zo-

nalarda, həm də sinantrop mənbələr vasitəsilə formalaşır, burada biosenozların  əsas üzvləri heyvanlar hesab 

olunur.  

Heyvanlar insanın yaşadığı yerə  və ya təsərrüfat tikintilərinə daxil olma dərəcəsinə görə  aşağıdakılara 

bölünür: euzinantrop (bilavasitə evlərdə  və  mənzillərdə yaşayan), sinantrop (insanın məskunlaşdığı yerlərdə 

əmələ gətirdiyi bir-birindən asılı olan və ya yarımasılı olan müvəqqəti və ya daimi populyasiyalar) və ekzoan-



trop (insanın məskunlaşdığı yerə vaxtaşırı gələn heyvanlar).    

Əkin (şum) sahələri kollu otlaqlarla növbələnən və heyvandarlıq tikililəri ilə, meşə qalıqları saxlanılan 

yaşayış məntəqələri ilə birləşən antropogen landşaftlarda vəhşi və sinantrop heyvanlar təmasda olur və onların 

kənd təsərrüfatı heyvanları ilə  əlaqəsi yaranır. Ona görə  də çox vaxt sinantrop heyvanlar ekoloji istiqamət 

(məcra) rolunu oynayır və bu məcra ilə antropogen mənbədən yoluxmanın başlanğıcı insanın məişətinə daxil 

olur. Bu heyvanlar yaşayış  məntəqəsi daxilinjə müstəqil sinantrop infeksiya mənbəyi yaradaraq yoluxma 

başlanğıcını bir yaşyış məntəqəsindən digərinə keçirə (yaya) bilər.  

Yalnız  ərazi tam mənimsənildikdə insan təbii biosenozlara kökündən (radikal) təsir göstərir. Bu, 

yoluxmanın təbii mənbələrini ləğv edə bilər.  Əsas yoluxma mənbələrini və yayıcılarını ümumilikdə  ləğv 

etməklə və ya təbii biosenozları tamamilə məhv etməklə buna nail olmaq olar. Belə təsirlərə iri su anbarlarının 

yaradılması (su sicanlarının məskəni – yuvaları tamamilə su ilə basılır), bataqlıqların və digər su hövzələrinin 

qurudulması, torpağın başdan-başa  şumlanması (gəmiricilərin toplandığı yerlər məhv edilir) və b. aid etmək 

olar.  

Əkinçiliyin inkişafı müxtəlif xəstəliklər yayan gəmiricilərin (sünbülqıran, dağ siçanı, marmot və b.) yox 



edilməsinə  səbəb oldu. Bununla yanaşı, bu yerlərdə insanların məskunlaşması  və daim yaşaması çöl (bozqır) 

zonasında ev siçanlarının peyda olmasına  şərait yaratdı. Bu isə miqrasiya zamanı insanı  tülyaremiya 

xəstəliyinin mənbəyi ilə bağlayaraq onun daşıyıcılarını bozqırdan yaşayış məntəqələrinə gətirdi.  

Meşələrin məhv edilməsi də çəmən-bozqır tipli tülyaremiya mənbələrinin inkişafına təkan verdi. Bu mənbə 

tipi açıq kənd təsərrüfatı landşaftları üçün xarakterikdir. Belə  mənbələrdə tülyaremiyanın yayıcılarının 

mövcudluğuna adi çöl siçanı və otlaq gənəsi kömək edir. Onların hər ikisi açıq biotopların sakinləri sayılır: çöl 



 

335


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin