141
Risk faktoru anlayışı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nizamnaməsində deyilir ki, sağlamlıq insanın ən əsas
hüquqlarından biridir. İnsanın daha mühüm hüququ onun sağlamlığını təyin edən faktorlar və ya risk faktorları
haqqında informasiya almasıdır, belə ki, onların təsiri xəstəliklərə səbəb ola bilər.
Risk faktoru – müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran
ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri, həmçinin orqanizmin anadangəlmə və ya
qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud
xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və
sosial risk faktorları ayrılır (cədvəl 10.1). Əgər risk faktorlarına bilavasitə xəstəliyə təsir
göstərən faktorlarla da
əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır, onlar da analoji təsnifata malikdir.
Dostları ilə paylaş: