zobu, flüorun izafiliyindən yaranan flüorozu, əksinə flüorun çatışmazlığından yaranan dişlərin kariyesini,
dəmir çatışmazlığından baş verən anemiyanı göstərmək olar.
Yod insan orqanizmi üçün vacib olan mikroelement sayılır. Su və qida vasitəsilə daxil olan yodun insan or-
qanizmi üçün sutkalıq norması 0,05 mq-dir. Təbii sularda yodun miqdarı kifayət qədər deyilsə, bu ərazidə
yetişdirilən kənd təsərrüfatı məhsullarında da onun miqdarı az olar. Bunun nəticəsində insanda maddələr
mübadiləsi pozulur, inkişaf ləngiyir, psixika da pozulur.
Lakin böyük şəhərlərdə içməli suyun tərkibində yodun miqdarı kifayət qədər olmadıqda belə, adamlarda
endemik zob xəstəliyi demək olar ki, müşahidə edilmir, belə ki, əhali müxtəlif rayonlardan gətirilən məhsullarla
qidalanır. Kiçik yaşayış məntəqələrində içməli suda yod azlıq edərsə, profilaktika məqsədilə yodlaşdırılmış
xörək duzundan istifadə etmək məsləhətdir.
Təbii-mənbə xəstəliklərinin profilaktikasının əsas məqsədi yoluxmanın dövran etdiyi zəncirdə hər hansı bir
halqanın qırılmasıdır. Bunun üçün landşaftın sağlamlaşdırılması, torpağın düzgün becərilməsi, məhsulun
vaxtında yığılması, gəmiricilərin və başqa virus daşıyıcıların vaxtında məhv edilməsi tələb olunur. İnsan, onu
xəstəliklərdən qoruyan bütün profilaktik tədbirləri həyata keçirməlidir.
Qeyd etmək lazımdır ki, ekosistemin nizamlanmasında təbii faktorların təsiri ilə mübarizə aparmaq
məqsədilə insan təbii resurslardan, o cümlədən əvəzolunmaz resurslardan istifadə edərək özünün yaşaması üçün
süni mühit yaratmaq məcburiyyətində qalır. Bu halda xəstəliklərin baş verməsində aşağıdakı faktorlar başlıca rol
oynayır: hipodinamiya, həddindən artıq yemək, informasiyanın bolluğu, psixoemosional stres. Bununla
əlaqədar aşağıdakı «əsrin xəstəlikləri»nin daima artması müşahidə olunur: ürək-damar, onkoloji, allergiya
xəstəlikləri, psixi-pozğunluq və nəhayət SPİD və s.
Dostları ilə paylaş: |