təbii meşəliyə bənzəyir. Bu meşə-park Bakı şəhərinə şimal tərəfindən daxil olub, Biləcəri rayonu əhalisinin
gözəl istirahət məskənidir.
- Aeroport meşə parkı. Bakı şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır. Bu ərazi şəhərdən
kənarda yerləşib əhalinin istirahət yeridir. Burada ağacların kəsilməsi və yerində ticarət tikintilərinin
yaradılması adi hal olmuşdur.
- Abşeron yaşıllıqlarını Ü.M.Ağamirov, F.M.Məmmədov 16 sağlamlıq ocağı ərazisində dənizdən olan
Şüvəlan qəsəbələrində yerləşən 9 sağlamlıq ocağının yaşıllaşdırılmasında 93 ağac və kol növündən istifadə
olunmuşdur. Bilgəhdə yerləşən kardioloji sanatoriyaları ərazisinin yaşıllaşdırılmasında 48 növ, Buzovnada
yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə cəmi 10-16
ağac və kol növündən istifadə edilmişdir.
Lakin son illər Bilgəh sanatoriyaları ərazisindəki yaşıllıqlara lazımi qulluq edilmədiyindən, çox yerdə
suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.
Zaqulbada yerləşən Daxili İşlər Nazirliyinin istirahət tipli sanatoriyasının ərazisində apardığımız tədqiqat
işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan
istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu
boyu eldar şamı və sərvdən istifadə olunmuşdur. Qayalar arasında əkilən üzüm kolları da bol məhsul verir. Su-
varma aparılmasa da, ağaclar özünü yaxşı hiss edir. Ərazinin düzən hissəsində əsasən eldar şamı və sərvdən
istifadə edilmişdir. Onlarla nar kolları bol məhsul verir. 4 ədəd çinar ağacı, 10 ədəd dəfnə, zeytun özlərini yaxşı
hiss edir.
Abşeron yarımadasının ərazisində üzümlüklər, bağlar, tərəvəz bitkiləri əkinləri, çoxlu şor göllər, yaşayış
138
sahələri, neft vışkaları və s. olduğundan başdan-başa meşə-parkların yaradılması olduqca vacib məsələdir. Re-
lyef və torpaq şəraiti meşə-parkların salınmasına, onların suvarılmasına imkan yaratmadıqda orada quraqlığa
davamlı olan eldar şamı, püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədə uyğundur.
Abşeronda çətin iqlim şəraitini, xüsusən şimal küləklərini nəzərə alaraq meşə-parklar hakim küləklərə
(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.
«Soyuzqiprolesxoz» tərtib etdiyi sxemə əsasən Abşeron yarımadasında 29,3 min ha qoruyucu meşə
zolaqları salınmalıdır. Salınacaq yaşıllıqlar yarımsəhra landşaftı kökündən dəyişərək başdan-başa istirahət meşə-
park zonasına çevriləcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib şimal
küləklərini zəiflədəcəkdir. Bununla yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.
Rekultivasiya yolu ilə Abşeronda neft mədənləri tərəfindən çirklənmiş 10 min ha-dan artıq sahədə
yaşıllaşdırma işləri yerinə yetiriləcək, orada ilk növbədə çətin torpaq şəraitinə dözümlü ağaclardan maklüra, ay-
lant, yulğun, amerika ağcaqayını, yapon saforası, iydə, yalançı sabun ağacı, yaşıl göyrüş, oleandr, ispan nazı,
amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.
Abşeronun ağır iqlim-torpaq şəraitində yaşıllaşdırma məqsədilə ağac-kol bitkilərinin introduksiyası üzrə
aparılan çoxillik təcrübə, salınan yaşıl ağaclıqların, parkların, meşə-parkların və bağların tərkibində ağac-kol
cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.
Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və s.)
yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra ağac cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon
saforasını, dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və
qiymətli ağac-kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar,
yapon heyvası, dovşanalması növləri, hind yasəməni, ərkivan, pirakanta növləri, pittosporum, himalay sidri, ev-
kalipt və maqnoliyanı göstərmək olar.
Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqaynı, göyrüşyarpaq ağcaqayın, meliya,
maklüra və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma,
maqnoliya, himalay sidri, evkalipt, yapon əzgili və daş palıda üstündük verilməlidir.
Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən
dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.
Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki
bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.
Azqiymətli ağacları rekonstruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq
verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.
Respublikanın digər rayon və şəhərlərində də (Gəncə, Şəmkir, Tovuz, Qazax, Zaqatala, Qax, Şəki, Göyçay
və b. şəhərlər) mikroiqlimi yaxşılaşdıran, havanı təmizləyən və oksigenlə zənginləşdirən yaşıllıqlar təqdirə
layiqdir.