159
yuxarı və aşağı tənəffüs yollarının digər simptomlarının artmasından başlayaraq, bronxial astmanın
gərginləşməsi, bronxit xəstəlikləri hadisələrinin çoxalması, tənəffüs orqanlarının və ürək-damar xəstəliklərindən
ölüm hallarının artmasına qədər təzahür olunur.
AH
10
(aslıı hissəciklərin) hissəciklərin qısamüddətli – 24 saat təsiri hər 10 mkq/m
3
PM
10
üzrə 0,8% (0,5-
dən 1,6%-ə qədər) sutkalıq ölüm dərəcəsinin artmasına səbəb olur. Bu zaman ölüm halları ən çox tənəffüs
orqanlarının xəstələnməsi ilə əlaqədar artır, bəzən ürək-damar xəstəliklərindən də ölüm halları çoxalır. Çox vaxt
xəstəxanalarda olanlarla müqayisədə evdə qalanlar daha çox ölür, çünki stasionar şəraitdə xəstələrə daha yaxşı
tibb yardımı göstərməyə imkan vardır.
PM
10
-nun ortasutkalıq konsentrasiyası 10 mkq/m
3
-a qədər yüksəldikdə tənəffüs orqanlarının simptomlarının
tezliyi 2,8% yüksəlir, bu hal həm yuxarı, həm də aşağı tənəffüs yollarına aiddir. PM
10
-nun konsentrasiyası bir ay
ərzində 10 mkq/m
3
yüksələrsə, uşaqlarda astma tutmaları 4,2% çoxalır.
Asılı hissəciklərin xroniki təsiri zamanı həm uşaqlarda, həm də yaşı 65-i keçmiş şəxslərdə bronxit xəstəliyi
hadisəsinin sayı artır. PM
10
-nun konsentrasiyasının hər 10 mkq/m
3
yüksəlməsi ilə əlaqədar bronxit xəstəliyinin
və xroniki öskürəyin baş verməsi hadisəsinin 10-25% artması müəyyən edilmişdir. PM
10
-nun konsentrasiyasının
artması ilə əlaqədar ümumi ölüm hadisələri və ürək-damar, tənəffüs sisteminin və ağciyər xərçəng xəstəliyindən
ölümün artması müşahilə olunur.
Atmosferdə xırda dispers tozun mövcud olduğu Rusiyanın ən çirklənmiş şəhərlərində 2 mln-luq əhalidə
aslıı hissəciklərin kəskin təsirindən əlavə ölüm hadisəsi 4 min, xroniki təsirindən isə əlavə ölüm 2 min təşkil
edir (cədvəl 11.1).
Dostları ilə paylaş: