xüsusi təbii resurs olub, bərpa olunmayan, eyni zamanda düzgün istifadə edildikdə tükənməyən resurs
sayılır.
Qeyd edildiyi kimi, torpağın mühüm göstəricisi onun münbitliyidir. Tarladan əsas (taxıl, kökümeyvəlilər,
tərəvəz və s.) və əlavə (saman, yarpaq, gövdə, tağ və s.) məhsul götürdükdə insan, maddələrin bioloji dövranını
qismən və tamamilə ayırır, torpağın öüzününizamlama qabiliyyətini pozur, münbitliyini aşağı salır. Humusun
qismən itirilməsi torpağın münbitliyini aşağı salır, onun ekoloji funksiyalarını tam yerinə yetirməyə imkan
vermir və deqradasiyaya uğramağa, yəni fiziki-kimyəvi xassələri pisləşməyə başlayır.
Torpağın deqradasiyaya uğrama səbəbləri, əksər halda antropogen xarakteri daşıyır.
Aqrosistemlərin torpağı daha yüksək dərəcədə deqradasiyaya məruz qalır. Aqrosistemlərin azdavamlı
vəziyyətinin səbəbi, optimal öüzününizamlamayan, strukturu və məhsuldarlığı sabit olmayan sadələşmiş
(bəsitləşmiş) fitosenozunun olması ilə izah olunur. Təbii ekosistemlərdə bioloji məhsuldarlıq təbiətin təbii
qanunlarının təsiri ilə təmin olunursa, aqrosistemlərdə ilkin məhsul subyektiv faktor sayılan insandan, onun
aqronomluq bilik səviyyəsindən, texniki təchizatından, sosial iqtisadi şəraitdən və s.-dən asılı olduğu üçün sabit
qalmır. Məsələn, insan monokultur (buğda, çuğundur, qarğıdalı və s.) yaratdıqda, aqrosistemlərdə bitki
qruplaşmalarının növ müxtəlifliyi pozulur. Aqrosistem sadələşir, birləşir, davamsız olur, abiotik və biotik
ekoloji stresə qarşı davam gətirə bilmək qabiliyyətinə malik olmur.
Aqrosenozun monodominant olması ilə əlaqədar əlverişsiz faktorlar bütün bitki örtüyündə özünü göstərir.
Bunun nəticəsində məhsulun miqdarı təbii ekosisteminkindən aşağı olur.
Xam bozqırların tam həqiqi (əsl) məhsulu səpin sahəsindəkindən 2 dəfədən də artıq olur. Bu,
bozqır bitki örtüyünün vegetasiya dövründən daha bərabər istifadə etməsi ilə əlaqədardır. Bozqır bitki örtüyü
daha çox yerüstü və yeraltı töküntü əmələ gətirərək torpağın münbitliyini yüksəldir, onun fiziki-kimyəvi
xassələrini yaxşılaşdırır.
Təbii ekosistemlərdə heyvanat aləminin əsas kütləsi torpağın ən üst qatında yerləşir (20-30 sm-ə qədər).
Aqrosenozda isə onlar torpaq qatının altında (20-30 sm-dən dərin) toplaşır.
N.Q.Satoxinanın məlumatına görə təbii ekosistemlərin yeraltı sferində aqrosenozdan 3,2 dəfə artıq bitki
maddələri toplaşır. Burada canlı köklər ümumi fitokütlə ehtiyatının 50%-ə yaxın, aqrosenozda isə cəmi 14%-ni
təşkil edir. Təbii ekosistemdə ölü üzvi maddələrin ehtiyatı yaşıl kütlənin ehtiyatından 1,5-2,0 dəfə çoxdur.
Aqrosenozda bitki maddələri yalnız mövsümün sonunda ölür, onun ehtiyatı kiçikdir, uzun müddət torpaq çılpaq
qalır.
Çəmən-bozqırın ümumi məhsulu, aqrosenozunkindən 2-3 dəfə artıq olur. Təbii ekosistemdə məhsulun
80%-i yeraltı sferdə, aqrosenozda isə yerüstü sferdə əmələ gəlir.
Torpaq uzun müddət səpin altında istifadə edildikdə, humusun ehtiyatı 60%-ə qədər azala bilər. Bu, illik
dövriyyəyə daxil olan üzvi maddələrin miqdarının azalması, həm də eroziya prosesinin güclənməsi ilə
əlaqədardır.
Torpağa antropogen təsirin əsas növləri aşağıdakılardır:
1.
Torpağın eroziyası;
2.
Torpağın çirklənməsi;
- Pestisidlərdən istifadənin nəticələri;
- Aqrokimyəvi maddələrin istifadəsinin ətraf mühitə təsiri;
- Torpağın radionuklidlərlə çirklənməsi;
- Torpağın təkrar şorlaşması və bataqlaşması;
274
- Səhralaşma;
- Sənaye və kommunal tikinti üçün torpaq sahəsinin ayrılması.
Dostları ilə paylaş: |