quraqlığı» adlandırırlar.
Eroziya prosesi intensiv getdikdə şırımlar, yarğanlar əmələ gələrək kənd təsərrüfatı sahələrini əlverişsiz
hala salır, torpağa qulluq işləri çətinləşir.
ABŞ-da son 200 il ərzində torpaq örtüyünün 1/3 hissəsi yuyularaq təbii məhsuldarlıq 10-15% aşağı
düşmüşdür. ABŞ-da əkin sahələrinin yarısının eroziyaya qarşı tədbirlərə ehtiyacı vardır.
Ədəbiyyat məlumatlarına görə hər il tarlalardan 90 milyon torpaq yuyulub aparılır. Müqayisə üçün qeyd
edək ki, dünyanın çaylarının sülb axını ildə 22 milyard ton təşkil edir. Hazırkı dövrdə torpağın eroziyası
əkinçilikdən qabaqkı vaxta nisbətən təxminən 5 dəfə intensiv gedir. Yuyulmuş torpaqlarda olan fosforun
miqdarı dünyada il ərzində istehsal olunan fosfor gübrəsindən çoxluq təşkil edir.
Rütubətli ekvator zonasında əkinçilik dövrünə nisbətən eroziya prosesi 8 dəfə artmışdır. Meşələrin yox
edilməsi və əkin sahələrinin artırılması ilə əlaqədar burada eroziyanın intensivliyi artmaqda davam edir.
Eroziya torpağın münbitliyini aşağı salır. Orta və zəif yuyulmuş torpaqlarda məhsuldarlıq 10-20%, orta
yuyulmuşda – 40-60%, güclü yuyulmuşda 80% və daha çox aşağı düşür. Müxtəlif bitkilərdə bu proses eyni
getmir. Belə ki, eroziya nəticəsində dənli-paxlalı bitkilərdən 10%, qarğıdalıdan 60%, şəkər çuğundurundan
80%-ə qədər az məhsul götürülür.
Torpaq eroziyasından yalnız kənd təsərrüfatı ziyan çəkmir. Tarlalardan yuyulan torpaq nohurlarda,
göllərdə, su anbarlarında, çaylarda toplanaraq onları dayazlaşdırır və ya tamamilə lilləndirir. Tarlalarda axan su
və yuyulan torpaq verilən gübrə və pestisidlərin 10 … 30%-i bir daha geri qaytarılmayaraq itirilir. Bu, həm də
ərazinin ekoloji vəziyyətinə, ən çox isə suyun keyfiyyətinə neqativ təsir göstərir. Belə ki, radioaktiv izotoplar,
məsələn, C
S
– 137 torpağa hoparaq ona qarışır. Torpağın yuyulması və küləklə sovrulması zamanı
radionuklidlər yerini dəyişir və beləliklə, onların düşdüyü yerdə yeni radionuklid mənbələrr əmələ gəlir.
Dostları ilə paylaş: |