QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə514/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   510   511   512   513   514   515   516   517   ...   706
Cədvəl 18.4 

 

Azərbaycanın kənd təsərrüfatı torpaqlarının eroziyaya uğrama dərəcəsi (Q.Ş.Məmmədov, 2002) 

 

№ 

Kənd 



təsərrüfatı 

yerləri 


Sahə, 

hektarla 

Eroziyaya 

uğramamış 

Eroziyaya uğrama dərəcəsi, 

hektarla  

zəif orta şiddətli  

Əkin  



1613147 

1606049 


4033 

2258 


807 

2 Çoxillik 

 

58752 


46961 

5664 


4594  1533 

Dincə 



qoyulmuş  

172294 166746  3584  1447  517 




 

276


4 Biçənək  

107919 


82785 

11385 


7781 

5968 


5 Örüş və otlaq   2562361 

1913571 


244449 

280066 


124275 



Kənd 

təsərrüfatı 

yerlərinin 

cəmi  

4514473 3816112  269115 296146 133100 

Sair torpaqlar   4127033 



 

 

 



 

Respublika üzrə 

cəmi 

8641506  

 

 

 

Respublikanın ayrı-ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq eroziya 

prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib. Belə ki, Mil-Qarabağ zonasında ərazinin 30,8%-i, 

Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeronda 40,3%-i, Naxçıvan MR-də 70,7%-i. DQMV-də 59,3%-i, Şirvanda 

27,7%-i,  Şəki-Zaqatala zonasında 55,7%-i eroziyaya məruz qalıb. Düzən rayonlarında isə eroziya prosesi 

olduqca zəif gedir. 

Qeyd edildiyi kimi, eroziya hadisəsi su eroziyası  və külək eroziyası  şəklində baş verir. Dağlıq  şəraitində 

yamaclarda əsasən su eroziyası daha geniş yayılıb. Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri 

dik yamaclarda meşələrin qırılması  və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların 

şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur suları torpağa hopa 

bilmədiyindən səthi su axımı  əmələ  gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların 

əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib 

çıxarır. Bu cür arzu olunmayan hala demək olar ki, ölkənin dağ rayonlarında rastlaşırıq. Böyük Qafqaz 

dağlarının  şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə  əlaqədar 

olaraq eroziya prosesi daha intensiv gedir. Məsələn, Şamaxı rayonunda Qozluçay hövzəsində dağlar alçaq olub 

alp və subalp çəmənləri olmadığından hər il qoyun fermaları və qaramal meşə zonasında yerləşdirilir. Mal-qara 

burada otla birlikdə meşəaltı kolları  və meşənin gələcək nəsli sayılan cavan ağacları  və cücərtiləri tələf edir 

Bununla da meşənin  şərq sərhədində onun son qalıqları get-gedə  sıradan çıxır. Bunun nəticəsində torpaq qatı 

dağılır, yarğanlar əmələ gəlir, çox yerdə sürüşmələr baş verir. Odur ki, son illər Qozluçay hövzəsində yağışlar 

zamanı dəhşətli sellər axır. Meşəsi az olan Şin, Kiş, Girdiman və Pirsaat çaylarında da dağıdıcı sellər müşahidə 

olunur. Qatex, Mazım və Balakən çaylarının hövzələrinin çox hissəsi Zaqatala dövlət qoruğunda yerləşdiyi üçün 

orada meşələr və subalp, alp çəmənləri yaxşı mühafizə olunur. Buna görə  də bu ərazidə eroziya prosesi zəif 

gedir, sel hadisələri az olur. Bu çayların su rejimi normal olur, suları isə həmişə şəffaf axır. Digər bir misal, Qax 

rayonu Sarıbaş kəndinin əhalisi meşənin əhəmiyyətini yaxşı başa düşərək kəndə bitişik ərazidə olan qocaman 

palıd ağaclığını göz bəbəyi kimi qoruyur. Bunun nəticəsində  kənd sel hadisəsindən mühafizə edilir və meşə 

bərpa olunaraq öz keçmiş sərhədinə doğru irəliləyir.  

Respublikanın bir çox subalp və alp yay otlaqlarında mal-qaranın sistemsiz və normadan artıq otarılması 

nəticəsində dağ-çəmən torpaqları başdan-başa eroziyaya məruz qalıb,  ərazinin çoxu daşlı-qayalı sahələrə 

çevrilib. Bununla əlaqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya otlaqlar tamamilə sıradan çıxıb. 

Belə sahələrə Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast 

gəlmək olar.  

Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur. Bu növ eroziya prosesi əsasən 

Abşeron yarımadasında, Qobustanda, Xaçmaz-Dəvəçi, Giləzi-Qaradağ-Ələt dəniz sahillərində, Ceyrançöl, 

Muğan və Mil çöllərində geniş yayılıb. Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il külli miqdarda 

zərər yetirir. Nəticədə torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı dəfələrlə 

aşağı düşür və ya tamamilə istifadədən çıxır. Alimlərin hesablamaları göstərir ki, 2,5 sm qalınlığında sovrulmuş 

torpaq qatı ilə hər hektardan 1,5 tona qədər çürüntü, 450-1000 kq azot, 100-200 kq fosfor, 3,5 tona yaxın kalium 

aparılır. Bununla yanaşı, külək eroziyası  nəticəsində bağlar, bostanlar, arxlar, şose və  dəmir yolları, tikintilər 

qum basqınlarından çox ziyan çəkir.  

Bütövlükdə Azərbaycan ərazisini eroziya proseslərinin xarakterinə, növünə və intensivliyinə görə 9 coğrafi 

ərazi tipinə bölmək mümkündür (X.M.Mustafayev, 1974):  

1. Torpaq səthinin zəif yuyulması  və yerlərdə  tək-tək qobuların  əmələ  gəlməsi kimi hallar respublikanın 

bəzi hündür hissələrində (Kiçik Qafqazda – Slavyanka, Kəlbəcər və başqa yaylalar; Böyük Qafqazın dağətəyi 

zonasında – Turut-Sarıca və Ceyrançöl bozqırları), habelə Xanabad, Kiçik və Böyük Turut hövzələrində 

yayılmışdır. 




 

277


2.  Çoxlu sayda qobuların olması, torpaq səthinin orta dərəcədə yuyulması Böyük Qafqazın  şimal-şərq 

yamacında və Qobustandan şimal-qərbə doğru geniş bir qurşağı tutur. Böyük Qafqazın cənub yamacında orta 

dərəcədə yuyulmuş torpaqlar şimal-qərb istiqamətində yayılaraq Şəki-Zaqatala massivinin orta dağ qurşağında 

müşahidə olunur. Kiçik Qafqazda bu tipli eroziya Gürcüstan sərhədindən başlayıb cənub-şərqə doğru uzanaraq 

həm cənub, həm də  şimal yamaclarda dağətəyi, orta və hündür dağ zonasını    əhatə edir. Lənkəran zonasında 

çoxlu qobu olması və torpaq səthinin orta dərəcədə yuyulması dağətəyi və orta dağ qurşağında müşahidə edilir. 



3.  Şiddətli yuyulmuş torpaqlar Böyük Qafqaz silsiləsinin suayırıcı  xətti boyunca yayılaraq Dağıstan 

Respublikası ilə  sərhəd boyu uzanır. Torpaq səthinin  şiddətli yuyulması Kiçik Qafqazın  şimal,  şimal-şərq və 

cənub yamaclarında, Naxçıvan MR-in dağlıq hissəsində  və  Lənkəranın yuxarı dağlıq hissəsində müşahidə 

olunur.  



4. Çoxlu qobu olması, torpaq səthinin zəif yuyulması və sovrulması Böyük Qafqaz zonasını əhatə edərək, 

onun  şərq və  cənub yamaclarında, Böyük Qafqazın cənub-şərq qurtaracağında, Qobustanın bütün ərazisində, 

Niyaldağ. Xocaşen, Bozdağ silsilələrində və Ceyrançöl massivində yayılmışdır.  

5. Torpaq səthinin  şiddətli yuyulması  və sellərin  əmələ  gəlməsi Böyük Qafqazın cənub yamacında və 

Naxçıvanın cənub-şərq hissəsində yayılmışdır. Böyük Qafqazın cənub yamacında bu tip eroziya Qəbələ 

rayonundan başlayaraq zolaq şəklində şimal-qərbə doğru uzanıb Gürcüstan sərhədinə qədər olan ərazini tutur. 

Burada eroziya prosesi torpağın üst qatını dağıdaraq ana süxurun səthə çıxmasına səbəb olur. Bununla bərabər, 

kobud materiallar, aşınma məhsulları qorxulu olan sel mənbələrində – hövzələrdə toplanır. Uzun sürən 

quraqlıqdan sonra leysan yağışları  nəticəsində  əmələ  gəlmiş  şiddətli su axını torpağı yuyaraq aşınma 

materiallarını sel axınları şəklində aparır.  

6. Torpaq səthinin zəif yuyulması və suvarma (irriqasiya) eroziyası Kür-Araz və Samur-Dəvəçi ovalığının 

şimal-şərqində, respublikanın cənubunda – Lənkəranda, Araz çayı hövzəsində (Arazboyu ovalıq), Naxçıvan 

düzənliyi və Qanıx-Əyriçay vadisinin Şəki-Zaqatala massivində yayılmışdır. Göstərilən ovalıqların səthi az 

meyilli olduğu üçün burada eroziya prosesi zəif gedir. Arxyanı, sahil zolaqları sahələrində səthin meyilliyi 3

0

 və 


bəzən 5

0

 olduğundan torpağın yuyulması şiddətli gedir və nəticədə yarğanların əmələ gəlməsi müşahidə edilir. 



Bu növ eroziya Kür-Araz ovalığında daha geniş yayılmışdır.  

 7. Güclü külək eroziyası Abşeron yarımadası  və ona bitişik  ərazilərdə müşahidə edilir. Burada küləyin 

təsiri nəticəsində yer səthinin quruluşu da dəyişir. Külək erozyası Turut-Sarıca, Ceyrançöl massivlərində  də 

yayılmışdır. Bu ərazilərdə külək torpağın münbit qatını sovurmaqla qarayellərin  əmələ  gəlməsinə  səbəb olur. 

Eynilə Kiçik Qafqazın qərb hissəsinin dağətəyi qurşağında əsən şiddətli şimal-qərb küləkləri torpağı sovuraraq 

külək eroziyasının yayılmasına şərait yaradır.  



8. Sovrulan qumlar Xəzər dənizi sahilində, Ələtdən cənubda və Abşeron yarımadasında yayılaraq hərəkət 

edən qum təpəcikləri əmələ gətirir. 

9. Qayalıq yerlərə  dəniz səthindən 2800-3000 m hündürlükdə olan açıq sahələr aiddir. Bu ərazilər üçün 

fiziki aşınma – denudasiya prosesləri daha çox səciyyəvidir.  

Ərazi tiplərinin səciyyəsindən göründüyü kimi, respublikamızın  ərazisində  səth, külək və qobu eroziyası 

geniş yayılmış və torpaqlar müxtəlif dərəcədə eroziya proseslərinə məruz qalmışdır.   

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   510   511   512   513   514   515   516   517   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin