QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə517/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   513   514   515   516   517   518   519   520   ...   706
Mikroelementlər.  İnsanın sağlamlığına torpağın kimyəvi tərkibi də  təsir göstərə bilər.  İlk dəfə bunu 

B.İ.Vernadski qeyd etmişdir. Hazırda bir çox mikroelementlərin bitkilərin böyümə və inkişafına, həmçinin insan 

və heyvan orqanizmlərinin vəziyyətinə  və funksiyasına təsir göstərməsi tədqiqatçılar tərəfindən təsdiq 

olunmuşdur.  

Kifayət qədər öyrənilən 47 elementdən daim orqanizmin tərkibində rast gəlinənlərə mis, kobalt, sink, 

marqans, yod, molibden, flüor, stronsium, bor, kadmium, vanadium aiddir. Canlı kütləyə onlar 0,4-dən 0,6%-ə 

qədər düşür.  

Mikroelementlər – biogen kimyəvi elementlər və azotun mənimsənilməsində katalizator rolunu oynayır. 

Müəyyən edilmişdir ki, heyvanların yeminə zəruri olan mikroelementlər qatıldıqda onların böyüməsi güclənir. 

Bu və ya digər mikroelementin olmaması spesifik çatışmazlıq əlamətləri ilə müşayiət olunur. Belə ki, məsələn, 

molibden və sulfatların izafiliyi ilə misin çatışmazlığı heyvanlarda endemik hərəkət ahəngsizliyinin  əmələ 

gəlməsinə səbəb olur.  




 

279


İnsanın qanının tərkibində 24, ana südündə isə 30-a qədər element (qismən mis, sink, kobalt, silisium, 

arsen) vardır. Mikroelementlər daxili sekresiya vəzilərinin (qalxanvari, mədəaltı  vəzin) işində mühüm rol 

oynayır. Mikroelementlər endokrin vəzilərinin funksiyasına böyük təsir göstərir.  

Mikroelementlər insan orqanizminə torpaq-bitki-heyvan orqanizmi sxemi üzrə bitki və heyvan qidası ilə, 

qismən su ilə daxil olur. Bitki və heyvan orqanizmlərinin mikroelementlərlə təmin olunması, torpaqda onların 

miqdarından asılıdır. Torpaqda mikroelementlərin çatışmazlığı  və izafi miqdarda olması yalnız otyeyən 

heyvanların deyil, həm də ətyeyən (yırtıcı) heyvanların, həmçinin insan orqanizmində onların çatışmazlığına və 

izafiliyinə səbəb olur. Mikroelementlərin çatışmazlığı və izafiliyi ilə əlaqədar baş verən xəstəliklər endem (yun. 

endemos - yerli) xəstəliklər adlanır.  

Torpaqda yodun səviyyəsinin aşağı olması onun miqdarının bitkidə, yeraltı sularda və bunun nəticəsində 

əhalinin rasionunda da azalmasına səbəb olur. Yodun çatışmazlığı  endokrin sisteminin (endokrin vəziləri 

sistemi) xəstələnməsinə səbəb ola bilər. İçməli suda və qidada stronsiumun izafi, kalsiumun isə çatışmazlığı 

bəzi yoluxucu xəstəliklərə səbəb ola bilər. Torpaqda kobaltın miqdarının azlığı buynuzlu heyvan və qoyunlarda 

mübadilə proseslərinin disfunksiyasına səbəb ola bilər. Torpaqda və suda flüorun çatışmazlığı kariyesə səbəb 

olur.  İçməli suyun tərkibində flüorun miqdarı 1,5 mq/l-dən artıq olarsa, insanın və heyvanların dişləri «ləkəli 

emalla» zədələnir. Belə xəstəlik zamanı çox vaxt dayaq-hərəkət aparatı da zədələnir. Son zamanlar bəzi xarici 

ölkələrdə suda azot turşusunun duzlarının izafi miqdarda olması, az yaşlı  uşaqlarda  methemoqlobinemiya 

yoluxucu xəstəliyinin yayılmasına səbəb olmuşdur.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   513   514   515   516   517   518   519   520   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin