18.6. Nitrat və nitritlərin insan sağlamlığına təsiri
Hazırda dünya əhalisinin əksəriyyəti gübrələr tətbiq etməklə, becərilən kənd təsərrüfatı bitkilərindən qida
(ərzaq) kimi istifadə edir. Hazırda adambaşına ildə 23 kq-a yaxın gübrə istehsal edilir və bütün gübrələrin yarısı
azot gübrələrinin payına düşür.
Azot elementi bitkinin böyüməsinə stimul yaradır, onun meyvəsinin (toxumunun) keyfiyyətinə, tərkibində
olan zülalın miqdarına təsir göstərir. Azotun böyük ehtiyatı atmosferdə mövcuddur. Fasiləsiz olaraq azot bu
təbii «anbardan» göy-yaşıl yosunlar və paxlalı bitkilərin köklərində yaşayan xüsusi bakteriyalar tərəfindən
mənimsənilir.
Tərkibində azot birləşmələri olan üzvi və mineral gübrələr torpaqda nitratlara (azot turşusunun duzları)
çevrilərək, su ilə birlikdə bitkiyə daxil olur. Kök sistemi, budaqlar, yarpaqlar və meyvələrdə nitratlar
fermentlərin təsiri ilə amoniumun ionu NH
+
4
-ə qədər bərpa olunur və amin turşusunun əsasına təşəkkül tapır,
sonra isə zülallara çevrilir, yəni mineral azot zərərsiz üzvi azota – təbii birləşmənin komponentinə çevrilir.
Gübrə həddindən artıq daxil olduqda isə bitki onu mənimsəyə bilmədiyindən nitratlar meyvələrdə toplanır və
insanlar ondan istifadə edir.
Nitratlar və nitritlər (azot turşusunun duzları) bir çox qida məhsullarının (o cümlədən hisə verilmiş donuz
əti, vetçina, bəzi pendir və balıq çeşidləri) hazırlanmasında və konserviləşdirilməsində istifadə olunur.
Nitratların mənfi təsiri haqqında ilk dəfə XX əsrin 70-ci illərində Özbəkistanda söhbətlər yarandı, burada
qarpız bitkisinə həddindən artıq amonium selitrası verildiyindən, qarpızdan kütləvi olaraq, mədə-bağırsağın
zəhərlənmə hadisələri baş verdi.
Dünya elmində nitrat haqqında çoxdan məlumat var idi. Hazırda nitratların insan və kənd təsərrüfatı
heyvanları üçün yüksək toksikliyə malik olması hamıya məlumdur.
1. Nitratlar nitratreduktaz fermentinin təsiri ilə nitritlərə kimi bərpa olunur, bu da qanın hemoqlabini ilə
qarşılıqlı əlaqəyə girərək, ondakı ikivalentli dəmiri üçvalentli dəmirə oksidləşdirir. Bunun nəticəsində methe-
moqlobin maddəsi əmələ gəlir. Onun oksigenə dözümü olmadığından orqanizmin hüceyrə və toxumalarının
normal tənəffüsü pozulur (toxuma hipoksiyası), nəticədə süd turşusu, xolestrin toplanır və zülalların miqdarı
kəskin azalır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir, 20-
50% olduqda bu xəstəlik kəskinləşir: oksigen çatışmazlığı, baş ağrısı, zəiflik, ürək döyüntüsü, huşun itirilməsi
müşahidə olunur. Methemoqlobinin miqdarının 50%-i keçməsi ölümlə nəticələnir.
Dostları ilə paylaş: |