23.5. DAŞQINLAR
Daşqınlar vahid hadisə zamanı mütləq ölümün sayına görə birinci yerdə durur.
Ən güclü daşqınların tarixi 23.4 saylı cədvəldə göstərilir.
Çində Xuanxe və Yantszı çaylarında bəndlərin dağılması nəticəsində 1887-ci ildə 900 min adam, 1931-ci
ildə isə 1 mln. adam həlak olmuşdur. 1985-ci il mayın sonunda Benqal körfəzində tropik tsiklondan 25 min
adam ölmüşdür. YUNESKO-nun məlumatına görə 1947-1960-cı illər dövründə Yer üzərində daşqınlardan,
tropik tsiklonlardan, tayfunlardan, tufanlardan 2,9 mln. insan ölmüşdür.
Suyun səviyyəsinin qalxmasına qasırğa, tufanlar, sunami, leysan yağışlar, qarın tez əriməsi, çaylarda buzun
yığılıb maneə törətməsi ola bilər.
Qasırğa, tufan, burağan adətən leysan yağışlarla müşayiət olunur, bunun nəticəsində çay və göllərdə suyun
səviyyəsi qalxır. Dənizlərin sahilində göstərilən təbii hadisələr hündürlüyü 15 m-ə çatan qasırğa dalğaları yarada
bilər. 1922-ci ildə Çində Xan çayının körfəzində belə dalğaların qalxması qasırğa (150 km/saat) leysan yağışı
ilə müşayiət olunaraq daşqın əmələ gətirdi. Böyük dağıntılar oldu və bu, 60000-ə qədər insan tələfatı ilə
nəticələndi.
Dostları ilə paylaş: |