düşməsinin qarşısını almaqdır. Bu məsələ həll olunduqdan sonra ikinci mühüm vəzifənin – məhsuldarlığın
artırılması vəzifəsinin həlli mümkün ola bilər.
XX əsrin 90-cı illərində şumlanan torpaqların ilk illik məhsuldarlığı planetimizdə 8,7 mld. ton, enerji
ehtiyatı isə 14,7
⋅10
16
kC təşkil etmişdir.
Aqrosenozlarda tez-tez ayrı-ayrı növlərin hədsiz çoxalması baş verir. Bu hadisəni Ç.Elton «ekoloji
partlayış» adlandırır. Tarixən belə «ekoloji partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə fitoftor göbələyi
Fransada bütün kartof sahələrini məhv etmiş və aclığa səbəb olmuşdur. Kolorado böcəyi Amerikada Atlantik
okeanına qədər yayılmış, XX əsrin başlanğıcında Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın Avropa
hissəsinə keçmişdir. Müharibənin sonrakı ağır illərində bu böcək Rusiyanın bütün tarlalarını «boşaltmışdır».
Bu hadisənin qarşısını almaq üçün zərərvericilərin sayını süni yolla nizamlamaq tələb olunur. Lakin kənd
təsərrüfatı praktikasında bu yol bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələşdirilməsi
ekoloji baxımdan təhlükəlidir. Bunu nəzərə alaraq bütün təbii landşaftları aqrotəsərrüfat landşaftına çevirmək
olmaz, onun müxtəlifliyini qorumaq üçün toxunulmayan qoruq sahələri saxlanılmalıdır. Bu sahələr təbii
qruplaşmaların suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır.
|