fitonsid deyilən bioloji aktiv maddələr əmələ gətirir. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox
zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Şam, ardıc, qovaq,
cökə, tozağac, palıd, dəfnə, qaraçöhrə xəstəlik törədən virusları, mikrobları azvay (aloya), sarımsaq, soğan və
istiotdan da tez məhv edir.
Yaşıl yarpaqlar, çiçəkaçan bitkilərin gözəl ahəngdarlığı, onların ətri, yarpaqların sakitləşdirici xışıltısı in-
sanda xoş sakitlik hissi yaradır, əsəb gərginliyini aradan qaldıraraq onun əhvali-ruhiyyəsini yaxşılaşdırır.
1m
-2
qazondan saatda 200 qrama qədər su buxarlanır. Bu havanı xeyli rütubətləndirir. Yayın qızmar
günlərində qazonun yanındakı piyada yolda insanın boyu hündürlüyündəki havanın temperaturu asfalt
örtüyündə həmin hündürlükdəkinə nisbətən 2,5
0
C aşağı olur. Qazon külək tərəfindən gətirilən tozu özündə
saxlayır.
İsti yay günündə qızmış asfaltın və evlərin çardaqlarının dəmir örtüyündən isti havanın qalxan axını yaranır və
xırda toz hissəciklərini yuxarı qaldıraraq havada uzun müddət qalır. Şəhərin mərkəzində salınan köhnə parkın
üzərində isə yarpaqların səthi asfalta və dəmir örtüklərə nisbətən xeyli sərin olduğu üçün havanın enən axını əmələ
gəlir. Havanın enən axınını yarpaqlar özünə cəzb edir və toz yarpağın üstündə yığılır.
Yaşıl ağaclar havadakı karbon qazını udmaqla yanaşı, həm də atmosferi dəm qazından təmizləyərək onun
qatılığını təbii hala (0,00001%-ə) qədər endirir.
Beləliklə, yaşıl ağaclıqlar mikroiqlimi yaxşılaşdırır, istilik rejimini dəyişir, havanı rütubətləndirir və
təmizləyir, onu oksigenlə zənginləşdirir və xəstəlik törədici mikrobları məhv edərək insanlara xoş təsir
bağışlayır.
Keçmiş Sovetlər İttifaqının bir sıra şəhərlərində (Moskva, Minsk, Daşkənd, Donetsk, Novoçerkassk və b.)
yaşıllaşdırma istiqamətində böyük işlər görülmüşdür. Bu yaşıllıqlarda əsas rolu təbii landşaftlar oynayaraq, süni
yaşıllıqlarla gözəl ahəngdarlıq yaradılmışdır.
Bakı şəhərində, Abşeronda da gözəl tərtibatlı yaşıllıqlar salınmışdır. Onların demək olar ki, hamısı süni
yaradılan yaşıllıqlardır. Aşağıda onların təsviri verilir.
Dostları ilə paylaş: |