- Səhiyyə-qoruyucu əhəmiyyətli meşə-parklar. Bu istiqamətdə işlər 1970-ci ildən sonra aparılmışdır. Bu-
ra Qaraşəhərlə 8-ci km arasında, Zığ zeytun plantasiyası, 8-ci km Bakıxanov qəsəbəsi – Qaraçuxur arasında
salınan yaşıllıqları aid etmək olar.
Bakı şəhərinin şimal hissəsində yerləşən Biləcəri yaşıllıqları, qanlı göl, badamdar, Şor göl və Şıxov
yaşıllıqları da meşə-park rolunu oynayır.
- Şəhərətrafı meşə parkları. Bura Ceyranbatan gölü ətrafındakı və aeroport yanındakı meşə-parklar daxil-
dir.
-Kurort meşə parkları. Bura Buzovna, Zaqulba və Bilgəhdə yerləşən 7 sağlamlıq ocaqları ərazisində
salınan yaşıllıqlar daxildir.
Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir.
Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu
miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və sənayenin digər sahələrinin ərazilərində
yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda, əsasən, Qara şəhərdə, Sumqayıtda və
Qaradağda yerləşir. Onların ətrafında və ərazilərində ilbəil salınan yaşıllıqlar demək olar ki, tamamilə məhv
olur. Belə ki, belə şəraitdə əkilən bitkilər havadan yerüstü orqanları ilə və torpaqdan aldığı zəhərli maddələr
tərəfindən məhv edilir. Odur ki, yaşıllıqlar salarkən sənaye obyektlərinin yanındakı çirklənmiş sahələrin
meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir.
Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq.
- Zığ parkı – dənizə yönələn alçaq təpəli relyeflə səciyyələnir və Əhmədli yaylası şimal tərəfdən əsən
küləkdən bu ərazini qoruyur. Burada salınan zeytun bağları çox gözəl nəticə verməsinə baxmayaraq, onlar hissə-
hissə məhv edilərək, yerində xüsusi tikintilər salınır.
- Şıxov parkı sahəsində dənizə yönələn özünəməxsus amfiteatr yaranır və şimal küləyindən qorunur.
Dənizdən əsən cənub küləyi zamanı hava yodla, mineral duzlarla zənginləşir ki, o da amfiteatrın ərazisində
(parkda) saxlanılır. Badamdar yaylası şəhərdən gələn səsin və şimal küləyinin qabağını alır, eyni zamanda
şəhərdən gələn sənaye çirkləndiricilri, parka daxil olmasının qarşısını alır. Ərazinin yaşıllaşdırılması başa
çatdıqda Şıxov parkı Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı və Bayıl yamaclarının
yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə
əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.
Bayıl yamacları və «Dostluq» parkı yaşıllıqlarında əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən
istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-45
0
) cənub cəhətində süxur
qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu
4-5 m, diametri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının
yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə və efemerlərə təsadüf olunur.
Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə də təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir.
Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır. Bu isə torpaq qatının yuyulmasına və
qayalığın səthə çıxmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |