- Şəhriyar parkı (köhnə Dzerjinski) şəhərin sıx əhali yerləşən massivində idman qurğuları kompleksi
ərazisində salınmışdır. Əhalinin ən çox gəzinti və istirahət yeri hesab olunur. Parkda eldar şamı üstünlük təşkil
edir. Böyük qruplarda zeytun ağacları yaxşı nəticə vermişdir, lakin onlar suvarılmadığı üçün bir qədər solğun,
sıxıntılı görünür. Sərv və şam ağacları suvarılmasa da, alçaq boylu olmasına baxmayaraq, öz görkəmini saxlayır.
Aylant və yapon saforası ağacları görkəmsiz olmaları ilə yanaşı, həm də qurumağa doğru gedir. Şam ağacları
altında pittosporum kolları olduqda cazibədar görünür. Bağın aşağı girəcəyində fəvvarənin yanında yoğunluğu
70 sm olan geniş çətirli daş palıd ağacı bağa yaraşıq verir. Onun yaxınlığında bağın mikroçökək hissəsində lələk
və aylant ağacları quruyur, iydə və yulğun kolları isə yaraşıqlı görünür. Burada bir kökdən qoşa duran boyu 13-
14 m, diametrləri 24-28 sm olan ekvaliptlər öz gözəllikləri ilə seçilir. Stadiondan Çaparidze heykəlinə doğru
Azadlıq prospektinə qədər parkda yalançı sabun ağacı, lələk, qarağac üstünlük təşkil edir, tut və maklüra
ağacları da çox əkilmişdir. Lakin bu ağacların heç biri özünü doğrultmur, onlar suvarılmadıqda solğun görünür,
göbələk xəstəliyinə tutulduğundan ağacların qurumaqları müşahidə olunur. Sonralar sərv ağacları müdaxilə
edildiyindən xiyabanın görkəmində canlanma görünür.
137
Azadlıq prospektindən Semaşko xəstəxanasına doğru 50 m enində xiyaban eldar şamı, zeytun, sərv
ağaclarından ibarət olub çox yaraşıqlı görünür. Xiyabanda tut, maklüra, lələk olan sahələrdə ağacların quruması
və seyrəlməsi müşahidə olunur.
Bütün bunlar göstərir ki, Şəhriyar parkında və ondan ayrılan xiyabanda tədricən rekonstruksiya işləri apara-
raq, əsasən həmişəyaşıl ağac növlərindən (şam, sərv, zeytun, daş palıd, evkalipt, yapon əzgili, sidr və s.) istifadə
edilməlidir.
Dostları ilə paylaş: |