QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə254/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   250   251   252   253   254   255   256   257   ...   706
- Biləcəri meşə parkı Biləcəri yamaclarında, qayalı sahələrdə salınıb,  əsasən eldar şamından ibarət olub 

təbii meşəliyə  bənzəyir. Bu meşə-park Bakı  şəhərinə  şimal tərəfindən daxil olub, Biləcəri rayonu əhalisinin 

gözəl istirahət məskənidir.  

- Aeroport meşə parkı. Bakı  şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır. Bu ərazi  şəhərdən 

kənarda yerləşib  əhalinin istirahət yeridir. Burada ağacların kəsilməsi və yerində ticarət tikintilərinin 

yaradılması adi hal olmuşdur.  

- Abşeron yaşıllıqlarını Ü.M.Ağamirov, F.M.Məmmədov 16 sağlamlıq ocağı  ərazisində  dənizdən olan 

məsafələrinə görə 2 qrupa bölür:  



1. Abşeronun şimal-şərq hissəsində dəniz sahilində yerləşən sağlamlıq ocaqları. Bura Buzovna, Zaqulba və 

Bilgəhdə yerləşən 7 sağlamlıq ocağı daxildir. 



2. Yarımadanın şimal-şərqində, dənizdən 3-5 km aralı yerləşən sağlamlıq ocaqları. Bu qrupa Mərdəkan və 

Şüvəlan qəsəbələrində yerləşən 9 sağlamlıq ocağının yaşıllaşdırılmasında 93 ağac və kol növündən istifadə 

olunmuşdur. Bilgəhdə yerləşən kardioloji sanatoriyaları  ərazisinin yaşıllaşdırılmasında 48 növ, Buzovnada 

yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə cəmi 10-16 

ağac və kol növündən istifadə edilmişdir.  

Lakin son illər Bilgəh sanatoriyaları  ərazisindəki yaşıllıqlara lazımi qulluq edilmədiyindən, çox yerdə 

suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.  

Zaqulbada yerləşən Daxili İşlər Nazirliyinin istirahət tipli sanatoriyasının  ərazisində apardığımız tədqiqat 

işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan 

istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu 

boyu eldar şamı və sərvdən istifadə olunmuşdur. Qayalar arasında əkilən üzüm kolları da bol məhsul verir. Su-

varma aparılmasa da, ağaclar özünü yaxşı hiss edir. Ərazinin düzən hissəsində  əsasən eldar şamı  və  sərvdən 

istifadə edilmişdir. Onlarla nar kolları bol məhsul verir. 4 ədəd çinar ağacı, 10 ədəd dəfnə, zeytun özlərini yaxşı 

hiss edir.  

Abşeron yarımadasının  ərazisində üzümlüklər, bağlar, tərəvəz bitkiləri  əkinləri, çoxlu şor göllər, yaşayış 



 

138


sahələri, neft vışkaları və s. olduğundan başdan-başa meşə-parkların yaradılması olduqca vacib məsələdir. Re-

lyef və torpaq şəraiti meşə-parkların salınmasına, onların suvarılmasına imkan yaratmadıqda orada quraqlığa 

davamlı olan eldar şamı, püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədə uyğundur.  

Abşeronda çətin iqlim şəraitini, xüsusən  şimal küləklərini nəzərə alaraq meşə-parklar hakim küləklərə 

(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.  

«Soyuzqiprolesxoz» tərtib etdiyi sxemə  əsasən Abşeron yarımadasında 29,3 min ha qoruyucu meşə 

zolaqları salınmalıdır. Salınacaq yaşıllıqlar yarımsəhra landşaftı kökündən dəyişərək başdan-başa istirahət meşə-

park zonasına çevriləcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib şimal 

küləklərini zəiflədəcəkdir. Bununla yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.  

Rekultivasiya yolu ilə Abşeronda neft mədənləri tərəfindən çirklənmiş 10 min ha-dan artıq sahədə 

yaşıllaşdırma işləri yerinə yetiriləcək, orada ilk növbədə çətin torpaq şəraitinə dözümlü ağaclardan maklüra, ay-

lant, yulğun, amerika ağcaqayını, yapon saforası, iydə, yalançı sabun ağacı, yaşıl göyrüş, oleandr, ispan nazı, 

amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.  

Abşeronun ağır iqlim-torpaq şəraitində yaşıllaşdırma məqsədilə  ağac-kol bitkilərinin introduksiyası üzrə 

aparılan çoxillik təcrübə, salınan yaşıl ağaclıqların, parkların, meşə-parkların və bağların tərkibində  ağac-kol 

cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.  

Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və s.) 

yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra ağac cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon 

saforasını, dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və 

qiymətli ağac-kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar, 

yapon heyvası, dovşanalması növləri, hind yasəməni, ərkivan, pirakanta növləri, pittosporum, himalay sidri, ev-

kalipt və maqnoliyanı göstərmək olar.  

Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqaynı, göyrüşyarpaq ağcaqayın, meliya, 

maklüra və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma, 

maqnoliya, himalay sidri, evkalipt, yapon əzgili və daş palıda üstündük verilməlidir.  

Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən 

dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.  

Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki 

bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.  

Azqiymətli ağacları rekonstruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq 

verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.  

Respublikanın digər rayon və şəhərlərində də (Gəncə, Şəmkir, Tovuz, Qazax, Zaqatala, Qax, Şəki, Göyçay 

və b. şəhərlər) mikroiqlimi yaxşılaşdıran, havanı  təmizləyən və oksigenlə  zənginləşdirən yaşıllıqlar təqdirə 

layiqdir. 




 

139



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin