QəRİb məMMƏdov, mahmud xəLİlov


 Tibbi təminat və onun insan sağlamlığına təsiri



Yüklə 4,26 Mb.
səhifə291/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   287   288   289   290   291   292   293   294   ...   706
10.7. Tibbi təminat və onun insan sağlamlığına təsiri  

İlk baxışda sağlamlığın təmin olunmasında səhiyyənin məsuliyyət payı (10-15%) aşağıdır. Lakin insanların 

əksəriyyəti öz sağlamlığına ümidini məhz səhiyyə ilə bağlayır. Bu onunla əlaqədardır ki, çox vaxt adamlar 

yalnız xəstələndikdən sonra sağlamlığı barədə düşünür. Təbii ki, sağalmasını onlar yalnız tibblə bağlayır. Lakin 

bu zaman insan düşünməlidir ki, həkim sağlamlığı qorumq deyil, müalicə ilə məşğul olur. 

Müalicə zamanı həkim strateji yanaşmadan deyil, tikinti yanaşmadan istifadə edərək kəskin halları aradan 

qaldırmağa çalışır. Həkim simptomu aradan qaldırmaq hesabına müvəqqəti xəstənin halını yüngülləşdirir, lakin 

o, simptomu aradan qaldırdıqda onu yaradan səbəbləri aradan qaldırmır, bununla da xəstəliyi «daxilə» ötürür, 




 

154


onun sonrakı inkişafını süni davam etdirərək xroniki formaya keçirir.  

Ənənəvi tibbdə farmakologiya, sakitlik və cərrah bıçağı əsas müalicə vasitələri sayılır. Onlardan hər birinin 

üstün və çatışmayan cəhətləri vardır. Kritik vəziyyətdə, güclü ağrılar zamanı, yaralandıqda, reanimasiyada 

məlumdur ki, kəskin halları  kənarlaşdırma işləri yerinə yetirilir. Bu halda hər  şeydən  əvvəl farmakoloji və 

cərrahi əməliyyatlar həyata keçirilir. Farmakoloji preparatların əksəriyyəti güclü təsiri ilə fərqlənir və yaşamaq 

uğrunda mübarizə üçün orqanizm maksimum aktivləşdirilir.  

Məlumdur ki, orqanizmdə resursların belə toplanması yalnız müvəqqəti xarakter daşıyır. Lakin uzun 

müddətli belə farmakologiyadan istifadə olunması faydalı deyil, belə ki, bir tərəfdən funksional rezervlərin 

bərpa olunmasına imkan yaranmır, digər tərəfdən zəhərli sayılır, allergiya və digər xəstəliklərə səbəb olur.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin