QəRİb məMMƏdov, mahmud xəLİlov


 Həyat şəraiti və tərzi, onların insan sağlamlığına təsiri



Yüklə 4,26 Mb.
səhifə294/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   290   291   292   293   294   295   296   297   ...   706
10.8. Həyat şəraiti və tərzi, onların insan sağlamlığına təsiri 

Son vaxtlar məlum olmuşdur ki, yalnız tibb əhali arasında artan xəstəliklərin öhdəsindən gölməyə qadir 

deyil. Səhiyyənin insanın sağlamlığına təsiri cəmi 10-15% təşkil edir, halbuki, həyat  şəraiti və  tərzinin təsiri 

50%-dən artıqdır. Bununla əlaqədar həm mütəxəssislər, həm də  əhali arasında sağlam həyat tərzi məsələsinə 




 

155


maraq artmışdır.  

İnsanın həyat tərzi tarixi dövr sivilizasiyanın inkişaf səviyyəsi, mədəniyyətin xüsusiyyətləri, həmçinin şəxsi 

keyfiyyətlər – xarakter və iradə ilə müəyyən olunur. Həyat tərzi əmək, nitq mədəniyyəti, qidalanma xüsusiyyəti 

və insanın həyat fəaliyyətinin digər cəhətlərini əhatə edir (Məmmədov, Suravegina, 2000).  

Hər tarixi dövrün öz həyat tərzi vardır. Qədim insanın həyat tərzi ov və balıqçılıqla bağlı olub, güc, çevik-

lik, müşahidəçilik, dözüm, iti reaksiya tələb edirdi. O dövrdə insanların ömrü qısa idi. Tək-tək adamlara 50 il və 

bir qədər çox yaşamaq qismət olurdu. Uşaq ölümü yüksək səviyyədə idi.  

Müasir insanın həyat tərzi isə qədim əcdadlarından kəskin fərqlənir. Əhalinin böyük şəhərlərdə cəmləşməsi, 

əlaqələrin dünya miqyasında inkişafı XX-XXI əsrlərdə insan həyat tərzinin dəyişməsinə səbəb oldu. Müasir in-

san üçün sərbəst şəxsi münasibətlərin zənginliyi çox vacibdir. Bizim dövrümüzdə insanların vacib sosial qrupu 

kimi ailə daha böyük əhəmiyyət kəsb edir. Ailə  həyatı-ailə üzvlərinin sağlamlığını  həm bilavasitə, həm də 

dolayı yolla müəyyən edir. Ailə  həyatında xoşbəxt olan şəxslər daha çox yaşayır, az xəstələnir. Dul qadınlar 

arasında ölüm halları,  əri olanlarla müqayisədə daha çoxdur. Əlverişsiz psixi-emosional vəziyyətin olduğu 

ailələrdə  uşaqlar daha tez-tez mədə xorası, sarılıq, xroniki qastritə tutulurlar. İstirahətin, qida və yuxunun 

pozulması ailənin əksər üzvlərində ürək-damar, əsəb və başqa xəstəliklərin baş verməsinə şərait yaradır.  

Ailə özünün qidalanma ənənəsinə malikdir. İnsanın sağlamlığı  və uzunömürlülüyü qidanın kəmiyyət və 

keyfiyyəti ilə, həmçinin qidalanma rejimi ilə müəyyən olunur.  

İnsan orqanizminin bioloji xüsusiyyətlərinin illər  ərzində  nəzərə çarpacaq dərəcədə  dəyişməsi də, onun 

həyat tərzi və qidalanma xüsusiyyətlərində böyük dəyişiklik olmuşdur. Belə ki, qədim insanın rasionuna ət, 

balıq, meyvə, giləmeyvə, bəzi yabanı bitkilərin kök yumruları daxil idi. Oddan istifadə  və qida maddələrinin 

istiliklə hazırlanması qidalanmanın xarakterini dəiyşdi, çətin həzm olunan qaba yemlər tez mənimsənilən qida-

larla əvəz olundu.  

Müasir insan xüsusi yetişdirilmiş bitki və heyvanlarla qidalanır. Onun qidasında heyvan mənşəli zülallar bitki 

ilə müqayisədə üstünlük edir. Alimlərin fikrincə, insanın qidası miqdarına və kaloriliyinə görə orta, tərkibinə görə 

müxtəlif və  zəngin olmalıdır. Sağlam dietada (pəhrizdə) yağ  və duzlar məhdudlaşdırılmalı, meyvə  və  tərəvəz 

məhsulları, qaba un məhsullarından geniş istifadə edilməlidir. Zülal yeməyi kimi paxlalılar, az yağlı süd 

məhsulları, balıq və ya pəhriz ətdən istifadə olunması məsləhətdir.  

İnsanın sağlamlığı üçün hərəkət  ən vacib şərtlərdən biridir. Hərəkət xüsusi hormonların ifrazını 

stimullaşdırır və stresin yaranmasına səbəb olan adrenalin və hormonları azaldır. Hərəkət mədəniyyəti, özünü 

idarə etmək qabiliyyətini inkişaf etdirir, yəni istənilən vəziyyətdə emosional müvazinətin saxlanmasına 

köməklik göstərir. Hərəkətin azlığı orqanizmin ümumi vəziyyətində öz əksini tapır: qan təzyiqi yuxarı, ya da 

aşağı olur, sümüklər kövrəkləşir, insan tez yorulur, əhvali-ruhiyyə aşağı olur. Hərəkətin azlığı – hipodinamiya, 

izafi qidalanma, siqaret çəkmək kimi insanda ürək-damar xəstəliklərinin inkiaşfına səbəb olur.  

Həyat tərzində  hər insanın fərdiliyi nəzərə alınmalıdır. Konkret insan üçün sağlam  həyat tərzinin 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   290   291   292   293   294   295   296   297   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin