QəRİb məMMƏdov, mahmud xəLİlov


Suda balıq yoxdursa, onun su olmasına inanmıram, havada qaranquş



Yüklə 4,26 Mb.
səhifə296/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   292   293   294   295   296   297   298   299   ...   706
Suda balıq yoxdursa, onun su olmasına inanmıram, havada qaranquş 

uçmursa, onun hava olmasına da inanmıram, vəhşi heyvana rast 

gəlinməyən, yalnız insan olan meşəyə meşə demək olmaz. 

 

M.M.Prişvin 

 

 

 



 

II HİSSƏ 

 

ƏTRAF MÜHİT VƏ  

İNSAN 

 

 



 


 

158


XI FƏSİL 

 

ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ VƏ  

ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ  

ATMOSFER HAVASINDA ƏN ÇOX YAYILAN  

ÇİRKLƏNDİRİCİ MADDƏLƏR VƏ ONUN İNSAN  

SAĞLAMLIĞINA TƏSİRİ 

 

ASILI HİSSƏCİKLƏR 

 

 

Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl 

qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması 

təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə  əlaqədar sutkalıq ölüm 

hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir.  

Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə dax-

il olan atmosfer aerozolları  və qazların kimyəvi çevrilmələri prosesində  əmələ  gələn bərk hissəciklər nəzərdə 

tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri 

(uçucu kül) əmələ  gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası  nəticəsində 

əmələ  gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin 

reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozol-

lar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. 

sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.  

Asılı hissəciklərin ölçüsünü, onların təsvirini və davranışını, mənşəyini, həmçinin kimyəvi tərkibin çökmə 

(düşmə) vaxtını  və ya hava mühitində qalma vaxtını  və  ərazidə yayılmasını müəyyən etmək birinci dərəcəli 

əhəmiyyət kəsb edir. Asılı hissəciklərin havada ölçüsü 0,01-dən 100 mkm arasında dəyişir. Ölçüsü 10 mkm-dən 

iri olan hissəciklər tez çökür, təmizləmə apardıqda onları tutmaq olur. Kiçik hissəciklər (0,01-0,1 mkm) hava 

nümunəsində adətən az miqdarda müəyyən edilir.  

Hissəciklərin xırda fraksiyaları (0,1-2,5 mkm) havada toplanır və uzaq məsafələrə aparıla bilir. İri 

hissəciklər (2 mkm-dən iri) qravitasiya çökmə prosesində yerə düşür, lakin bəzən küləyin təsirindən yuxarı qal-

xaraq havanın yenidən çirklənməsinə səbəb olur. Asılı hissəciklərin tərkibində zərərli mikroorqanizmlər (bakte-

riya, virus və göbələklər) atmosferin bioloji çirklənməsinə səbəb olur. Müxtəlif ölçülü hissəciklərin orqanizmə 

təsiri mexanizmində və təsir dərəcəsində prinsipial fərq mövcuddur.  

Analiz üçün nümunə götürərkən selektiv impaktordan keçən aerodinamik diametri 10 mkm olan hissəciklər 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin