QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə30/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   706
 

Zoologiya sahəsi 

Azərbaycanda zoologiya elminin tarixi və inkişafı M.Ə.Musayevin (1987) məlumatına  əsaslanaraq  şərh 

olunur.  

Azərbaycanın çoxcəhətli faunası bir çox təbiətşünasların və  səyyahların diqqətini cəlb etmişdir. Hələ 

eramızdan əvvəl IV-III əsrlərdə Qobustanda yaşayan ibtidai insanlar qayalar üzərində Azərbaycanın heyvanlar 

aləminin müxtəlif nümunələrini – öküz, maral, at və s. təsvir edirdilər.  

Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Herodot, 

Klavdi Elian), coğrafiyaşünasların (Əl-İstəhri, Rubruk, Tavernye, Oleari, X-XII əsrlər)  əsərlərində, böyük 

Azərbaycan şairlərinin poemalarında (Nizami, XII əsr; Füzuli, XVI əsr) və s.-də rast gəlmək olar.  

S.Q.Qmelinin 1770 və 1773-cü illərdə  gəlişi Azərbaycan faunasının tədqiqinin başlanğıcı sayılmalıdır. 

Görkəmli təbiətşünaslardan Menetrie, Qoqenaker, Radde, Ber, Qrimm, Kessler və başqaları müxtəlif vaxtlarda 

Azərbaycanda olmuş  və  tədqiqatlar aparmışlar. Onlar bir çox yeni heyvan növləri təsvir etmişlər. 1867-ci ildə 

Tiflisdə Qafqaz muzeyi təşkil olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən bu muzeyin işçiləri Azərbaycanın 

müxtəlif quberniyalarının faunasını tədqiq etmiş  və bir sıra zərərli gəmirici növlərin, çəyirtkəkimilərin və s.-nin 

kənd təsərrüfatında rolunu müəyyənləşdirmişlər. Burada həm də zərərvericilərə qarşı mübarizə tədbirləri hazırlanır 

və aparılırdı. Bu muzeyin (indi Gürcüstan Dövlət Muzeyi) mövcud olduğu dövr ərzində burada Azərbaycan 

faunası üzrə ayrı-ayrı şəxslərin müxtəlif vaxtlarda yığdığı zəngin material toplanmışdır.  

Beləliklə, XX əsrin əvvəllərinə qədər Azərbaycanın heyvanlar aləmini yalnız gəlmə alimlər öyrənirdi.  

Beləliklə, Azərbaycanda 1920-ci ilə kimi zəif stasionar zooloji müəssisə – Bakı ixtioloji stansiyası var idi. 

1912-ci ildə  təşkil olunmuş bu stansiya ölkənin balıq təsərrüfatının öyrənilməsini lazımi səviyyədə  təşkil edə 

bilməmişdi. 1909-cu ildə Bakı, 1916-cı ildə Yelizavetpol-Zaqatala müvəqqəti entomoloji kabinetləri fəaliyyətə 

başladı. Bakı-Dağıstan bitki mühafizəsi bürosu (1916-cı il) çəyirtkə  və  gəmiricilərə qarşı mübarizənin təşkili 

üzrə iş aparırdı.  

Gəncə şəhərinin yaxınlığındakı Zurnabad taunla mübarizə stansiyasında (1902-ci il) mal-qaranın parazitar 

xəstəlikləri qismən öyrənilirdi.  

Azərbaycanın heyvanat aləminin planauyğun, sistemli tədqiqi yalnız sovet hakimiyyəti illərində elmi 

idarələrin və ali məktəblərin geniş şəbəkəsi yarandıqdan sonra mümkün oldü.  



 

28

1932-ci il Azərbaycanın inkişaf etməkdə olan zoologiya elmi üçün xüsusən  əlamətdar oldu. Həmin ildə 



hökumətin qərarı ilə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin tərkibində zoologiya bölməsi yaradıldı. 

Onun tərkibində 2 seksiya fəaliyyət göstərirdi: quru və su faunası. Həmin ilin noyabrında üçüncü seksiya-ev 

heyvanları seksiyası yaradıldı və ona rəhbərlik prof. İ.İ.Kaluginə tapşırıldı.  

Protozooloji və parazitoloji tədqiqatlar akademik M.Ə. Musayevin rəhbərliyi ilə aparılır. Tədqiqatçılardan 

M.Ə. Musayev, Y.Y.Yolçiyev, F. Əliyeva, A.A. Manafov, Surkova, A. Abidinbəyova,  Ş.R.  İbrahimov, 

T.K.Mikayılov, Ş.R. İbrahimov və b. göstərmək olar.  

Entomoloji tədqiqatlar, həşəratlar qruplarının faunastik komplekslərinin öyrənilməsi ilə A.V.Boqarev, Çerno-

va, Miram, Sidorski, S.P.Tarbinski, N.P.Səmədov, V.N.Ruşanova,  Ş.M. Cəfərova, A.Ə.Abdinbəyova, 

N.B.Mirzəyeva, N.C.Vəzirov, R.M. Əfəndi, X.Ə.Əliyev, Z.M.Məmmədov, A.Ə.Əliyev, L.M. Rzayeva və b. 

tərəfindən aparılmışdır.  

Helmintoloji tədqiqatlar K.İ.Skryabin, P.P.Popov, S.M. Əsədov, H.Ə.Qasımov, İ.Ə.Sadıqov, fitohelminto-

loji tədqiqatlar isə Q.Ə.Qasımova tərəfindən yerinə yetirilmişdir.  

Quru faunası seksiyası üzrə məməlilər, quşlar, ilanlar, suda-quruda yaşayanlar, onurğasızlar, Qızılağac və 

Zaqatala qoruğunun faunası, qansoran həşərat, parazit qurdlar, əkinlərin nematodları, tərəvəz və bostan 

zərərvericilərin öyrənilməsi üzrə  tədqiqatlar aparılmışdır. Bu istiqamətdə  işlərin  əsas tədqiqatçılarından 

A.N.Arqiropulo, V.S.Yelpatyevski, N.K.Vereşaqin, A.M.Ələkbərov, X.M.Ələkbərov, ornitoloji tədqiqatların 

müəlliflərindən isə A.Y.Tuqarinov, M.Ə.  Əhmədov, Y.V.Kozlova-Puşkaryeva, N.K.Vereşaqin, A.N. 

Xanməmmədov, D.Q.Tuayev, V.İ.Vasilyev, İ.R.Babayev və b. göstərmək olar.  

Su faunası seksiyası üzrə Azərbaycan ərazisində Xəzərin balıqları, ali xərçəngkimiləri, kollektor suları və 

irriqasiya sistemlərinin biologiyası, Azərbaycanın hidrobiologiyası və s. öyrənilmişdir. Hidrobioloji və ixtioloji 

tədqiqatlar A.N.Derjavin, Ə.N. Əlizadə, Ə.H.Qasımov, M.Ə.Salmanov, Y.Ə. Əbdürrəhmanov, R.A.Qayıbova, 

H.S.Abbasov, A.N. Smirnov, Z.M.Quliyev və b. tərəfindən yerinə yetirilmişdir.  

Hazırda Azərb.MEA Zoologiya İnstitutu  əməkdaşlarının və digər müəssisə  və ali məktəblərdə çalışan 

zooloqların apardıqları çoxillik tədqiqatların nəticəsində Azərbaycanın zəngin heyvanlar aləmindən (təxminən 

18 min heyvan növü) aşağıdakılar müəyyən edilmişdir: 

1500 növdən artıq ibtidai, 1200 növdən çox heyvanlarda parazitlik edən qurdlar (helmintlər), 300 növdən 

artıq fitohelmint, təxminən 290 növ rotatori, 360 növdən çox xərçəngkimi, təqribən 14 min növ həşərat, 1100 

növdən artıq hörümçəkkimi, 181 növ ilbiz, 101 növ və forma balıq, 10 növ suda-quruda yaşayan, 54 növ 

sürünən, 348 növ quş, 97 növ məməli (o cümlədən 13 növ həşəratyeyən, 24 növ yarasa, 29 növ gəmirici, 2 növ 

dovşan kimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ kürəkayaqlı). Respublika faunasından 109 növ heyvan 

«Azərbaycanın Qırmızı kitabı»na daxil edilmişdir.  

Zoologiya institutu alimlərinin çoxillik tədqiqatlarının təhlili və ümumiləşdirilməsi nəticəsi olan 50-dən 

artıq monoqrafiya institutda əsaslı  tədqiqatların inkişafını  əks etdirir. Bunlardan «Azərbaycan faunası» 

seriyasından çoxcildli nəşrini (Azərb. dilində) xüsusilə qeyd etmək lazımdır. Artıq bu seriyadan 6 cild nəşr 

olunmuşdur («Balıqlar», «Quşlar», «Məməlilər», «Xərçənglər», «Rotatorilər», «Yarpaqyeyən böcəklər»). 

Müəlliflər kollektivinin «Azərbaycanın heyvanlar aləmi» adlı 3 cildlik əsəri rus dilində nəşr edilmişdir, əsərdə 

Azərbaycan  ərazisində  və  Xəzər dənizinə qonşu sahələrdə yaşayan bütün heyvan qruplarının zooloji tədqiqi 

ümumiləşdirilmişdir. Hazırda əsər Azərbaycan dilində nəşrə hazırlanır.  

Zoologiya  İnstitutunun nəzdində zooloji muzey 1971-ci ildən fəaliyyət göstərir və 1987-ci ilə  qədər ona 

A.İ. Xanməmmədov rəhbərlik etmişdir. Həmin ildən sonra İ.R.Babayev muzeyin müdiri vəzifəsində  işləyir. 

Hazırda muzeydə onurğasızlar və onurğalılar faunasını səciyyələndirən 800-dən çox eksponat vardır. Eksponat-

lar arasında sürünənlər, suda-quruda yaşayanlar, balıqlar, quşlar və  məməlilər sinfinin nümayəndələrinin 

müqəvvaları, müxtəlif heyvanların embrionları, molyuskların, xərçəngkimilərin, dərisitikanlıların, su 

həşəratlarının, eyni zamanda müxtəlif heyvanların helmintləri, Azərbaycan torpaq və bitkilərinin nematodları, 

eləcə də kənd təsərrüfatı bitkiləri zərərvericilərinin qrupları üzrə kolleksiyaları vardır. Muzeydə xarici ölkələrin 

faunasını əks etdirən nümunələrin müqəvvaları da vardır. Onlardan Hindistan fili, şir, zürafə seyrçilərdə böyük 

maraq doğurur.  

Hər il muzeyə 10 mindən artıq ekskursant gəlir. Bura kollektiv halında Bakı  şəhəri rayonlarının orta 

məktəblərinin şagirdləri, texnikumlarının, litseylərin və ali məktəblərin tələbələri gəlirlər. 



 

29


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin