QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə308/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   304   305   306   307   308   309   310   311   ...   706
3

) konsentrasiya 

diapazonları (Avropa Şurasının tövsiyəsinə görə, 2001) 

 

Səviyy

ə 

İnde

ks 

PM

10

 

(1 

saat) 

Azot 

2-oksid (1 

saat) 

Kükürd 

anhidridi 

(15 dəq)

 



Karbon 

1 oksid 

(8 saat)

 



Ozon 

(8 və ya 

1 saat)

••

 



Aşağı 

1 0-16 0-95 

0-88 

0-3,8 0-32 



2 17-32 

96-190  89-176  3,9-7,6 

33-66 

3 33-49 


191-286 177-265  7,7-11,5 

67-99 


Müla-

yim 

(orta) 

4 50-57 


287-381 266-354  11,6-13,4 

100-126 


5 5-66 382-476 355-442  13,5-15,4 

127-152 


6 67-74 

478-572 443-531  15,5-17,3 

153-179 



 

162


Yüksək  

7 75-82 


573-635 532-708  17,4-19,2 

180-239 


8 83-91 

636-700 709-886  19,3-21,2 

240-299 

9 92-99 


701-763 887-1063 21,3-23,1 

300-359 


10 

≥100 


≥764 

≥1064 


≥23,2 

≥360 


 

 Mülayim (orta) – zəif, həkimin müdaxiləsinə ehtiyac yoxdur, həssas fərdlər üçün müşahidə edilir.  

 Yüksək – həssas fərdlərdə təzahür edilir.  

 Çox yüksək – həssas fərdlərdə effektlər güclənir.  



 

Flüor və flüortərkibli birləşmələr.  Orqanizmə flüor başlıca olaraq qida və su ilə daxil olur. Qeyri-

endemik ərazidə yaşlı adamın orqanizminə daxil olan bu elementin miqdarı 0,8 mq-a (bədənin kütləsinin 1 kq-

na 0,011 mq) bərabərdir və 0,5-dən 1,2 mq arasında dəyişir. Flüorun konsentrasiyası suda, həmçinin çörək və 

sulu xörəklərdə flüorun hesabına  əhalinin qida rasionunda bir qədər çox olur. Qida məhsullarından flüorun 

mənimsənilməsi suya nisbətən 16-20% az olur. Həzm traktından flüor qana keçir və sümüklərdə, dişlərdə 

toplanır. İnsanın bərk toxumalarında 99,9% flüor vardır. O, orqanizmdən sidiklə, qismən saç və dırnaqlarla xaric 

olunur.  

ÜST flüorun suda səviyyə miqdarını 1,5 mq/l tövsiyə edir.  

Flüorun suda yüksək miqdarı (mülayim iqlim şəraitində 1-2 mq/l-dən artıq, isti iqlim şəraitində 0,5-0,8 

mql-dən artıq)  əhalinin endem flüoroz xəstəliyinə  səbəb olur, onun əsas  əlamətlərindən biri dişin emalında 

ləkələrin olmasıdır. Flüorun orqanizmə izafi daxil olması dişlərin dağılmasına səbəb olur, uşaqlarda böyümə 

zəifləyir və skeletlərin sümükləşməsində pozğunluq yaranır, sinir sisteminin və qalxanvari vəzin fəaliyyətində 

də pozğunluq müşahidə olunur, böyrəklər zədələnməyə başlayır.  

Flüor kalsiumlaşmış toxumalarla birləşərək, dişlərin kariyesini azaldır və sümüklərin sıxlığını artırır. 

Orqanizmə flüorun kifayət qədər daxil olmaması diş emalının əriməsini yüksəldir və dişin zədələnməsinə səbəb 

olur. Bu, suda flüorun konsentrasiyası 1,5 mq/l-dən az olduqda baş verir. Rusiyada əhalinin 90%-dən çoxu 

lazım olan miqdarda bu mikroelementi qəbul etmir.  

Flüor çatışmayan rayonlarda suyun flüorlaşdırılması tövsiyə olunur. Lakin flüor yodun antoqonisti 

olduğundan insan üçün zəruri sayılan bu elementi sıxışdırır.  

İnsan üçün atmosfer havasında olan flüor birləşmələri olduqca təhlükəli hesab edilir. Onların ayrılması 

mənbələri alüminium zavodlarının və mineral gübrələr istehsal olunan müəssisələrin tullantıları sayılır. 

Alüminium zavodu yerləşən  şəhərlərin atmosfer havasında HF-in orta illik konsentrasiyası yüksək olub orta 

sutkalıq YVK-ni (ortasutkalıq YVK – 5 mkq/m

3

-dur) on dəfələrlə keçir.  



Elektroliz istehsalı  fəhlələrində  və yaxınlıqda yaşayan insanlarda peşə flüorozun sümük formalarının, 

sümük-əzələ sistemi, tənəffüs və ağız boşluğu xəstəliklərinin baş verməsi riski yüksəlir.  

Alüminium zavodlarının yaxınlığında yaşayan  əhali üçün dəridə  ləkələr  şəklində  təzahür olunan flüoroz 

xəstəliyi səciyyəvidir. Bu şəxslərin sidik, qan, sümük və dişlərində flüorun miqdarı yüksəklir. Flüorun təsir 

indikatoru onun sidikdə olan miqdarıdır.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin