Sağlamlığa təsiri. Ozon suda az həll olduğu üçün havakeçirən yollarla insanın orqanizminə daxil olur. O,
qıcıqlandırıcı xassəyə malikdir. Ozonun 160-470 mkq/m
3
səviyyəli konsentrasiyada təsiri zamanı xarici
tənəffüsün funksiyasında əhəmiyyətli dərəcədə dəyişiklik gedir, öskürək və baş ağrıları baş verir. Ozonun uzun
müddətli təsiri ağciyərlərin mərkəzi hissəsinin epitelial və birləşdirici toxumalarının morfoloji dəyişməsinə
səbəb ola bilər.
• Mötərizədə zərərli maddələrin təsir müddəti göstərilir.
• İndeksi hesablamaq üçün maksimal konsentrasiya 8 saat, orta konsentrasiya – 1 saat ərzində istifadə edi-
lir.
Yuxarıda göstərilən çirkləndirici maddələrin təhlükəlilik təsirini qiymətləndirmək üçün Avropa Şurası (AŞ)
havanın keyfiyyətini göstərən 10 diapazon təklif edir, hər diapazona müəyyən neqativ effekt uyğun
gəlir (cədvəl 11.3).
Aşağıda havanın müəyyən çirklənmə səviyyəsinə uyğun zərərli maddələrin əhalinin sağlamlığına təsir
effektləri xarakterizə olunur (AŞ-nın tövsiyəsinə görə, 2001).
• Aşağı – müəyyən maddəyə hətta həssaslıq göstərən şəxslərə təsiri də güman edilmir.
Cədvəl 11.3
Müxtəlif keyfiyyət indekslərinə (diapazonlarına) uyğun gələn zərərli maddələrin (mqm/m
Dostları ilə paylaş: |