Ozon. Ozon oksigenin allatrop modifikasiyası (O
3
) olub, mavi rəngə, xarakterik iyə və partlayıcı xassəyə
malikdir, həmçinin güclü oksidləşdiricidir.
Troposfer və strotosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12-17 km-ə qədər, strotosfer ozonu
isə 50 km-ə qədər hündürlükdə yerləşir. Ozonun çox hissəsi strotosferdə yerləşir. Troposferdə isə ozonun
miqdarı azdır. O, atmosferdə elektrik və şimşək çaxması nəticəsində əmələ gəlir.
Troposfer ozonu həm də günəş radiasiyasının təsir şəraitində azot oksidlərinin krabohidrogenlərlə
fotokimyəvi reaksiyası nəticəsində əmələ gəlir. Havada olan karbon qazı və azot oksidi də əsasən antropogen
mənşəlidir (ən çox avtomobillərin yaratdığı).
Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji
fəlakətlərə gətirib çıxara bilər.
Atmosfer havasında ozonun fon konsentrasiyası adətən 30 mkq/m
3
-i keçmir. Rusiyada ozonun YVK-sı 20
dəqiqədə 160 mkq/m
3
, bu konsentrasiya il ərzində və 24 saat ərzində 30 mkq/m
3
müəyyən edilir. ÜST Avropa
Bürosu 8 saat ərzində ozonun normativini 120 mkq/m
3
səviyyəsində tövsiyə edir.
Dostları ilə paylaş: |