QəRİb məMMƏdov, mahmud xəLİlov


Duzluluq qradiyentindən istifadə



Yüklə 4,26 Mb.
səhifə424/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   420   421   422   423   424   425   426   427   ...   706
Duzluluq qradiyentindən istifadə. Hazırda aparılan nəzəri tədqiqatlar və  təcrübi-konstruktiv işlər dəniz 

suyunun duzluluq fərqlərinə  əsaslanan energetikanın mümkünlüyünü təsdiq edir. Lakin bu sistemdən praktiki 

istifadə olunması məsələsi axıra qədər öyrənilməmişdir.  

 

e) Hidrogen energetikasına keçid  

Hidrogen energetikası – termokimyəvi və elektrolitik metodların, həmçinin bioloji proseslərin köməyilə 

enerji daşıyan kimi hidrogenin alınmasına əsaslanır.  

Perspektiv enerji daşıyıcısı kimi hidrogenin istilik törəmə qabiliyyəti karbohidrogen yanacağından 3 dəfə 

yüksəkdir. Hidrogen ekoloji təmiz yanacaq olub ənənəvi təbii yanacaq növlərindən fərqlənərək tərkibində 

kükürd, toz və  ağır metallar olmur. Yandırıldıqda hidrogen su buxarına çevrilir. Bu şəraitdə yeganə  zərərli 

birləşmə azot oksidləri ola bilər, o, xüsusi yüksək yanma zamanı atmosfer azotunun oksidləşməsindən  əmələ 

gəlir. Bu neqativ hadisəni bəzi katalizatorlarla nisbətən asan məhdudlaşdırmaq olur. Hidrogen yalnız yanacaq 

kimi istifadə olunmaq üçün deyil, həm də universal enerji akkumulyatorudur və onu nəql edərək energetikanın 

müxtəlif sahələrinə tətbiq etmək olar.  

Hidrogen almaq üçün suyun müxtəlif parçalanma üsulundan istifadə olunur: elektrokimyəvi, termokimyəvi, 

fotoelektrokimyəvi. Katalizatorlardan istifadə edərək, kimyəvi reaksiyalar və əmələ gələn məhsulların sonrakı 

parçalanmasından, qismən dəniz suyunun tərkibində olan hidrogen sulfiddən hidrogenin alınması daha perspek-

tiv sayılır. Bu baxımdan, Qara dəniz hidrogen sulfidin miqdarına görə (suyun həcminin 90%-i qədər) rekordçu 

hesab olunur və o, getdikcə artır.  

Qazıntı yanacaq növlərindən hidrogen energetikasına keçidin buşlanmasını müxtəlif enerji mənbələrindən 

istifadə artımını müqayisə etməklə aydınlaşdırmaq olar (cədvəl 15.7). Cədvəldən göründüyü kimi, 1990-cı 

illərdə külək energetikası fenomal inkişaf tempinə malik olub ildə 25%, 1990-cı ildə 1930 meqavatdan 2000-ci 

ildə 2000 meqavata qədər artmışdır. Bu dövrdə günəş elementlərinin miqdarı  hər il 20% artmışdır, geotermal 

energetikanın artımı isə ildə 4% təşkil etmişdir. Bərpa olunan mənbələrlə işləyən hidroenergetikanın illik artım 

tempi 2% olmuşdur.  

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   420   421   422   423   424   425   426   427   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin