QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə425/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   421   422   423   424   425   426   427   428   ...   706
Cədvəl 15.7 

 

Enerjinin növ və mənbələri 

İlbəil artım tempi, %-lə 

 

1 2 




 

217


1 2 

Külək enerjisi 

25 

Günəş elementləri 20 



Geotermal enerji 

Hidroenerji 2 



Təbii qaz 

Neft 1 



Nüvə enerjisi 

0,8 


Daş kömür 

-1 


 

Qazıntı yanacağı növlərindən təbii qazın inkişafı tempi daha sürətli olub ildə 2% olmuş, sonrakı yeri neft 

tutmuşdur (1%). Daş kömürdən istifadə ildə 1% azalmış, azalma faktiki olaraq 1996-cı ildən sonra başlanmışdır. 

Nüvə və energetikanın artımı davam etmiş, lakin bu artım ildə heç 1%-ə çatmamışdır.  

2000-ci ildə müxtəlif enerji mənbələrindən istifadə artımı tempindəki fərq qabaqkı onilliklərə nisbətən daha 

aydın görünür. Həmin ildə külək turbinlərinin gücü 32%, günəş elementlərinin satışının həcmi 43% artmışdır. 

Daş kömürdən istifadə 4% aşağı düşmüş, təbii qazdan istifadə 2%, neftdən istifadə isə 1% artmışdır. Nüvə 

enerjisinin artımı tempi 1% olmuşdur. Bu rəqəmlər külək enerjisinin və günəşə əsaslanan energetikanın böyük 

tərəqqisini, daş kömürdən istifadənin isə kəskin aşağı düşməsini göstərir. 

Hazırda bir çox ölkələr, o cümlədən Bolqarıstan, Almaniya, Qazaxıstan, Niderland, Rusiya, Slovakiya, 

İsveç və ABŞ öz AES-lərini bağlayır və ya yaxın illərdə bağlamağı planlaşdırır. Nüvə enerjisi öz şöhrətini hətta 

Fransa, Çin və Yaponiyada da itirməyə başlamışdır.  

Yaxın gələcəkdə hər yerdə hidrogenlə işləyən istilik elementlərindən istifadə olunacaqdır, yüksək effektli 

kombinasiya edilmiş (birləşdirilmiş) qaz turbinləri həm təbii qazla, həm də hidrogenlə  işləyəcəkdir.  İstilik 

elementlərindən ofis binaları, zavod, yaşayış evləri və avtomobil mühərrikləri üçün elektrik enerjisi əldə 

etməkdə istifadə olunacaqdır.  

Ekoloji iqtisadiyyatda hidrogen nefti sıxışdıraraq dominantlığa malik olacaqdır.  

Hidrogendən  əsas yanacaq kimi istifadə olunması, işlədilməsi gələcək texniki sivilizasiyanı kökündən 

dəyişə bilər. Bununla da müasir dövrün mühüm problemi sayılan  ətraf mühitin çirklənmədən mühafizəsi 

praktiki olaraq həll oluna bilər.  

Hidrogenin mühərrik yanacağı kimi xarakteristikası olduqca nadir sayılır, belə ki, onun yaxşı alovlanması, 

işlənmiş qazların zərərli olmaması, yüksək yanma intensivliyi və sürəti («benzin-hava» qarışığından 4 dəfə 

artıq) onun üstün cəhətləridir.  

Dünyada ildə 50 milyon tona qədər hidrogen istehsal olunur. Mütəxəssislər XXI əsrin ilk 25 ilində ekoloji 

təmiz yanacaq kimi hidrogenin istehsalı və ondan istifadəsini bugünkü günə nisbətən 12 … 17 dəfə artmasını 

proqnozlaşdırır.  

Hidrogenin qaz halında, hətta sıxılmış qaz halında saxlanması sərfəli deyil, çünki belə saxlanması üçün iri 

həcmli balonlar lazımdır.  Ən real variant hidrogeni maye halında saxlamaqdır. Lakin bu halda xüsusi 

termoizolyasiyalı bahalı kriogen çənlərdən (baklardan) istifadə etmək lazımdır.  

Hidrogeni metal soyuducu hidridlərin tərkibində bərk halda da saxlamaq olar, bu, benzini çənlərdə (sister-

nalarda) saxlamaqdan təhlükəsiz sayılır.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin